hüquqi nəticələrə səbəb olur. Ən birinci hüquqi nəticə ondan ibarətdir ki, satıcının üçüncü şəxslərin hüquq-
larından azad əşya vermək vəzifəsini icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı
müqaviləsinin ləğvini tələb etmək hüququ verir (MM-in 572.1-ci maddəsi). Bu hüquqi nəticə o vaxt baş verir
ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Özü də belə halda
sübut etmə yükünü alıcı yox, satıcı çəkir. Bununla bərabər, satılan əşyaya üçüncü şəxslər iddia (tələb) irəli sürə
bilərlər. Məsələn, əşya barəsində vindikasiya iddiasının irəli sürülməsini bu cür tələbə misal göstərmək olar.
Belə halda alıcı əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək ixtiyarına
malikdir. Bunun üçün iki şərt tələb edilir. Birincisi, üçüncü şəxslərin iddiası əmlak alıcıya verildikdən sonra
hüquqa uyğun hesab edilmişsə; ikincisi, əşya verildiyi məqamda üçüncü şəxsin əşyaya iddialarının oldu-
ğ
unu satıcının bilməməsi sübut edilməsin.
Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsinin icra edilməməsinin ikinci hüquqi
nəticəsi eviksiyadır (eviksiya sözü latınja «evictio» ifadəsindən olub, «özgəninkiləşdirilmək» mənasını ifadə
edir). Eviksiya dedikdə üçüncü şəxslərin hüquqlarından azad olmayan və onların hüquqları ilə yüklənən satıl-
mış əşyanın üçüncü şəxslərin xeyrinə məhkəmə qərarı əsasında alıcıdan məcburi olaraq alınması başa düşülür.
Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsinin icra edilməməsinin üçüncü hüquqi
nəticəsi (alıcıdan əşya geri alındığı halda) satıcı tərəfindən alıcıya dəymiş zərərin əvəzinin ödənilməsidir.
Belə halda məsuliyyətin əsası eviksiyadır. Eviksiyaya görə satıcı məsuliyyət daşıyır (MM-in 573.1-ci maddəsi).
Bunun üçün aşağıdakı şərtlərin olması vacibdir: əşyanın (malın) qanunda nəzərdə tutulan qaydada alıcıdan
alınması (məsələn, vindikasiya iddiasının təmin edilməsi barədə məhkəmə qərarı əsasında); əşyanın alınmasını
şə
rtləndirən əsasın alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlməsi (yəni əşyanın alıcıya verilməsinədək
yaranması); satıcının alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməməsi; alıcıya qarşı əşya-
nın geri alınması (eviksiya) barədə məhkəmə qaydasında iddia irəli sürülməsi və alıcının satıcını işdə iştirak
etməyə cəlb etməsi.
Eviksiya (əşyanın geri alınması) barədə məhkəmə qaydasında iddia irəli sürüldükdə, alıcı və satıcı qanunda
nəzərdə tutulan vəzifələr daşıyırlar (MM-in 574-cü maddəsi). Üçüncü şəxslər tərəfindən irəli sürülən iddianın
ə
sas tələbi satıcıdan satın alınmış malı alıcıdan almaqdan ibarətdir. Alıcının belə halda əsas vəzifəsi satıcını işdə
iştirak etməyə cəlb etməkdən ibarətdir. Satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur. Onun belə
halda əsas vəzifəsi eviksiyadan müdafiəni həyata keçirməkdən ibarətdir. Bu vəzifənin əsas mahiyyəti alıcı-
dan əşyanın geri alınmaması üçün zəruri olan müdafiə yardımı göstərməklə şərtlənir. Satıcı bu vəzifəni
bağladığı müqavilənin hüquqa uyğun olmasını sübut etməklə həyata keçirir.
şə
cəlb edilən satıcı burada müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edir. O, işin tərəfləri
sayılan iddiaçı və javabdeh hesab edilmir. Prosesə girməyin əsasını alqı-satqı müqaviləsi icra edilənədək əmələ
gələn faktlar təşkil edir. Məsələn, əşyanın alınması barədə iddia verən üçüncü şəxs bəyan edir ki, malın mülkiy-
yətçisi odur və bu mal oğurlanmışdır.
Satıcının işə cəlb edilməsinə, eləjə də ona sübutetmə prosesində iştirak etmək imkanı verilməsinə baxmaya-
raq, əşya məhkəmə qərarı əsasında alıcıdan geri alına bilər. Belə halda satıcı alıcıya vurulmuş zərərin əvə-
zini (əmlakı) tam həcmdə ödəyir. Özü də satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məh-
dudlaşdırılması barədə tərəflərin razılığa gəlmələri etibarsızdır.
Ə
mlak geri alındığı halda alıcı satıcıya onun əldə etdiyi əşya üçün verdiyi pul məbləğini qaytarmaq tələbi
irəli sürə bilər. Bu tələb ödənilmədikdə alıcı satıcıya məhkəmə qaydasında reqres iddiası verir (latınja
«regressus» - qayıtma, geriyə hərəkət). Reqres iddiası (geriyə tələb) alıcının satıcının təqsiri üzündən üçüncü
şə
xsə verdiyi əmlakın qiymətini geriyə ödəmək tələbidir.
Alıcının satıcını işdə iştiraka cəlb etmək vəzifəsini yerinə yetirməməsi müəyyən hüquqi nəticələrə səbəb
olur. Bu nəticə ondan ibarətdir ki, satıcı alıcı qarşısında məsuliyyətdən azad edilir. Bunun üçün zəruridir ki,
satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geriyə alınmasına yol verməyə biləjəyini sübuta yetirsin
(MM-in 574.2-ci maddəsi).
463
1.5. Satılan əş yanın nə zə rdə tutulan miqdarda
(kə miyyə tdə ) verilmə si
Alqı-satqı müqaviləsinin predmeti onun mühüm və zəruri şərtidir. Alqı-satqı müqaviləsində satılan əşyanın
miqdarı (kə miyyə ti) da müqavilə nin mühüm şə rti hesab edilir. Bu o deməkdir ki, əgər alqı-satqı müqaviləsi
verilməli olan əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır (MM-in
577.2-ci maddəsi).
Satılan əşyanın miqdarı alqı-satqı müqaviləsində natura ilə və ya pulla ifadə olunur (MM-in 577.1-ci maddə-
si). Satılan əşyanın natura formasında miqdarı (kəmiyyəti) onun müvafiq ölçmə vahidləri ilə, yəni metrlə,
dənə ilə, kiloqramla və digər ölçü vahidləri ilə ifadə olunmasını əks etdirir. Satılan əşyanın miqdarını (kəmiyyə-
tini) müəyyən etmək üçün ton və kiloqram, həcmi müəyyən etmək üçün kubmetr, litr və barrel, uzunluğu ölç-
mək üçün metr, sahəni təyin etmək üçün kvadrat metr kimi ölçü vahidləri seçilir.
Çox vaxt satılan əşyanın miqdarını müəyyən etmək üçün dənə anlayışından istifadə edilir. Bu kəmiyyət
ölçüsü ilə əşyanın miqdarı müəyyən edilərkən əşyanın sayı göstərilir. Məsələn, 10 ədəd kitab, 100 ədəd dəftər,
30 ədəd qələm və s. Tez-tez müqavilədə satılan əşyanın miqdarı pulla ifadə olunur. Belə halda pul həm dəyər
ölçüsü kimi, həm də kəmiyyət ölçüsü kimi çıxış edir. Məsələn, iki yüz manat məbləğində dəftərxana ləvazi-
matı və s. Müxtəlif adlı mal satılarkən onlardan hər birinin miqdarı ayrıca göstərilir.
Qanun alqı-satqı müqaviləsində satılan əşyanın miqdarını yox, yalnız onun miqdarının müəyyən edilməsi
qaydasının nəzərdə tutulmasının mümkünlüyü haqqında göstəriş ifadə edir. Əşyaların miqdarı haqqında şərt
müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər (MM-in 577.1-ci
maddəsi). Məsələn, vətəndaşların alıcı (abonent) rolunda çıxış etdiyi enerci təjhizatı müqaviləsində satılan
elektrik enercisinin miqdarı göstərilmir. Belə ki, vətəndaş elektrik enercisindən məişət ehtiyajları üçün lazımi
və zəruri miqdarda istifadə etmək ixtiyarına malikdir. Belə halda elektrik enercisinin miqdarı onun faktiki isteh-
lakı (nə qədər istifadə olunması) nəzərə alınmaqla müəyyən edilir. Tədarük (mal göndərmə) müqaviləsində tə-
rəflər bir illik, yarımillik müddətə göndərilən malın həcmi barədə razılığa gələ bilərlər.
Əş
yaların miqdarı haqqında müqavilə şərtinin pozulması müəyyən nəticələrə səbəb olur. Nəticələr tərəfin
yol verdiyi pozuntudan asılı olaraq müxtəlifdir. Satıcı tərəfindən əşyanın miqdarı barədə şərtin lazımi qaydada
yerinə yetirilməməsinin iki halı fərqləndirilir:
●
müqavilədə nəzərdə tutulandan az miqdarda mal verilməsi (az mal göndərmə);
●
müqavilədə nəzərdə tutulandan çox miqdarda mal verilməsi (çox mal göndərmə).
Göstərilən bu pozuntulardan hər biri müxtəlif nəticələrin baş verməsinə səbəb olur.
Birinci halda, yəni satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə nəzərdə tutulduğundan az miq-
darda mal verdikdə alıcı alternativ (mümkün olan bir neçə variantdan birinin seçilməsi) hüquqa malik olur:
●
satıcıdan çatışmayan miqdarda əşya verilməsini tələb etmək;
●
verilmiş əşyadan və onu ödəməkdən imtina etmək;
●
əşyanın qiyməti ödənildiyi halda pul məbləğinin qaytarılmasını tələb etmək.
kinci halda, yəni satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu
barədə satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin
şə
rtinin pozulması aşkar edilmiş olduqdan sonra ağlabatan müddətdə bildiriş verir. Alıcının bildirişini aldıq-
dan sonra satıcı ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə sərənjam verə bilər. Əgər satıcı malların artıq
hissəsinə sərənjam verməsə, alıcı mümkün olan iki alternativ variantdan birini seçir:
●
əşyanın artıq (çox) hissəsini qəbul etmək və müqavilə qiyməti ilə artıq hissəni ödəmək;
●
əşyanın artıq hissəsinə satıcının sərənjam verməsini və bu məqsədlə artıq hissənin götürülməsini
satıcıdan tə lə b etmə k.
Əş
yaların miqdarı haqqında şərtin pozulmasının nəticələri haqqında MM-in 578-ci maddəsi imperativ yox,
dispozitiv xarakterə malikdir. Bu o deməkdir ki, tərəflərin razılığı ilə bu barədə ayrı qayda da nəzərdə tutula bi-
lər.
1.6. Əş yaların nə zə rdə tutulmuş çeş iddə verilmə si
Alqı-satqı müqaviləsində tərəflərin razılığa gəldiyi şərtlərdən biri əşyaların çeşidi barədə tələbdir. Əşyala-
rın çeş idi barə də şə rt müqavilənin mühüm şə rti sayılmır. Əşyaların çeşidi müxtəlif əlamətlərə görə fərqlənən
müəyyən adlı malların siyahısıdır. Müxtəlif əlamətlərə görə eyni cinsli əşyalar bir qrupda birləşdirilir ki, bu, əş-
yaların çeşidini əmələ gətirir. Əşyaların müəyyən çeşiddə qruplaşdırılmasını şərtləndirən əlamətlərin təxmini si-
yahısı MM-in 579-cu maddəsində göstərilmişdir: növlər; modellər; ölçülər; rənglər; digər əlamətlər. Beləliklə,
növlərə, modellərə, ölçülərə, rənglərə və ya digər əlamətlərə görə bir birindən fərqlənən eynicinsli əşyaların bir
qrupda birləşdirilməsinə əşyaların çeşidi deyilir. Əşyaların çeşidi alıcının sifarişi (ofertası) əsasında müəyyən
edilir və hər şeydən əvvəl, onun ehtiyajını ifadə edir.
464
Əş
yaların çeşidinin müəyyən edilməsi «təmiz» müqavilə şərtidir. Bu onu ifadə edir ki, alqı-satqı müqavilə-
sində çeşid və onun müəyyənləşdirilməsi qaydası tərəflərin razılığı ilə müəyyən edilir. Bununla belə, elə hallar
da olur ki, alqı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilmir. Belə halda əşyala-
rın çeşidi haqqında şərt öhdəliyin öz mahiyyətindən irəli gəlir. Bu onu ifadə edir ki, öhdəliyin xarakteri və təbi-
ə
ti alıcıya əşyaların hansı çeşiddə verilməsini şərtləndirir. Məsələn, pərakəndə satış müəssisələri şəbəkəsində
satılan xalq istehlakı malları müxtəlif cür növdə, formada, rəngdə və s., yəni müxtəlif çeşiddə ola bilər. Bu və
ya digər pərakəndə satış müəssisəsində olan çoxnövlü malların çeşidi tərəflərin razılığı ilə yox, öhdəliyin ma-
hiyyətindən irəli gəlir. Çeşid barədə şərti öhdəliyin mahiyyətindən irəli gələn müqavilələr bağlanarkən, satıcı
müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə
verə bilər və ya müqavilənin icrasından imtina edə bilər (MM-in 579-cu maddəsi).
Satıcı alqı-satqı müqaviləsinin əşyaların çeşidi haqqında şərtinin pozulmasına görə məsuliyyət daşıyır.
Bu barədə şərtin pozulması onun üçün arzuolunmaz və xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Çeşid haq-
qında şərtin pozulması halları müxtəlif ola bilər. Bu cür pozuntunun əsasən iki halı fərqləndirilir: çeşid haqqın-
da şərtin tam uyğun gəlməməsi; çeşid haqqında şərtin qismən uyğun gəlməməsi.
Birinci halda satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən
çeşiddə verir. Belə halda alıcının ixtiyarı vardır:
●
əşyanı qəbul etməkdən və pul məbləğini ödəməkdən imtina etmək;
●
əgər əşyanı qəbul edib, əvəzində pul məbləğini ödəmişsə, ödədiyi pul məbləğinin qaytarılmasını tələb
etmə k (MM-in 580.1-ci və 580.2-ci maddələri).
kinci halda satıcı alıcıya həm alqı-satqı müqaviləsinə uyğun gələn, həm də çeşid haqqında müqavilə şərtini
pozan (müqavilənin tələblərinə uyğun gəlməyən) əşyalar verir. Belə halda alıcı mümkün alternativlərdən birini
seçir:
●
çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etmək, qalan əşyalardan imtina etmək;
●
verilmiş əşyaların hamısından imtina etmək;
●
çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olun-
masını tə lə b etmə k;
●
verilmiş əşyaların hamısını qəbul etmək (MM-in 580.2-ci maddəsi).
Axırınjı hal onu ifadə edir ki, alıcı alqı-satqı müqaviləsinə uyğun gələn əşyalarla yanaşı, həm də çeşid haq-
qında müqavilə şərtini pozan əşyaları qəbul edə bilər. Belə halda alqı-satqı müqaviləsinin çeşid haqqında şərti-
nə uyğun gəlməyən (yəni çeşid haqqında müqavilə şərtini pozan) əşyaları qəbul etmək üçün alıcının öz razılığı-
nı açıq-aşkar ifadə formasında bildirməsi tələb olunmur. Bunun üçün sadəjə olaraq zəruridir ki, alıcı həmin əş-
yaları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya bu barədə öz imtinasını bildirməsin (MM-in 580.4-cü
maddəsi). Başqa sözlə desək, alıcı pozuntu haqqında satıcıya bildiriş göndərməməlidir.
Çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən (alıcı tərəfindən sifariş verilməyən, müqavilə şərtlərini po-
zan) əşyaları alıcı öz mülkiyyətinə daxil edə bilər. Bu cür əşyaların qiyməti tərəflərin razılığı ilə müəyyən edilir.
Satıcı ilə qiymət barədə razılığa gəlmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şərait-
də analoji (oxşar) əşyalar üçün adətən alınan qiymətlə ödəyir (MM-in 580.6-jı maddəsi).
Çeş idi alqı-satqı müqavilə sinə uyğ un gə lmə yə n əş yaları alıcı öz mülkiyyətinə qəbul etməyə də bilər. Belə
halda alıcı həmin malları ödəməkdən imtina edir. Əgər həmin əşyaların qiymətini ödəmiş olarsa, alıcı ödədi-
yi pul mə bləğ inin qaytarılmasını tə lə b edə bilə r (MM-in 580.3-cü maddəsi).
Əş
yaların çeşidi haqqında MM-in 580-ci maddəsi dispozitiv normalardır. Bu normaların müəyyən etdiyi
qaydalar yalnız alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
1.7. Satılan əş yanın alqı-satqı müqavilə sinə uyğ un
gə lə n keyfiyyə tdə verilmə si
Məhsulun (malın) keyfiyyəti iqtisadi kateqoriyadır. Bu anlayışda əməyin son nəticəsi öz əksini tapır, əməyin
özünün keyfiyyəti, insanların istehsal vasitələrinə olan münasibəti ifadə olunur. Məhsulun yüksək keyfiyyətdə
alınması əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin ― mühəndislərin, texnoloqların, fəhlələrin eyni dərəcədə
yüksək səviyyədə əmək sərfi ilə şərtlənir. Məhsulun keyfiyyəti nəticə etibarı ilə ijtimai istehsalın səmərəliliyini
müəyyən edir. Beləliklə, məhsulun (malın) keyfiyyəti dedikdə ijtimai tələbatı ödəmə qabiliyyətinə malik məh-
sulun faydalı istehlak xassələrinin məjmusu başa düşülür.
Satıcı satdığı malı (əşyanı) lazımi keyfiyyətdə alıcıya verməlidir. Lazımi keyfiyyət odur ki, satılan əşya
müqavilə şərtlərinə uyğun gəlsin. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə
borcludur (MM-in 581.1-ci maddəsi).
Keyfiyyət haqqında şərt alqı-satqı müqaviləsinin böyük əhəmiyyətə malik olan şərtlərindən biri sayılır. La-
kin bu şərt müqavilənin mühüm şərti hesab edilmir. Keyfiyyət haqqında şərt alqı-satqı müqaviləsinin adi
465
şə
rtlərinə daxil edilir. Özü də çox vaxt bu müqavilə şərtini tərəflərin özləri müəyyən edirlər.
Alqı-satqı müqaviləsində satılan malın keyfiyyətinə aid şərtlər və tələblər, başqa sözlə desək, malın keyfiy-
yəti müxtəlif üsullarla müəyyən edilir. Bu cür üsullara aiddir:
●
standartlaşdırma üzrə normativ sənədləri göstərmək üsulu (standart əsasında keyfiyyətin müəyyən edilmə-
si üsulu);
●
nümunə (etalon) üsulu;
●
təsvir üsulu;
●
nümunə və təsvir üsulu;
●
malın keyfiyyət göstəriciləri üsulu;
●
ilkin yoxlama üsulu.
Qeyd etmək istəyirik ki, malın keyfiyyəti müəyyən edilərkən bəzi hallarda göstərilən bütün üsullardan eyni
vaxtda istifadə edilir.
Standartlaş dırma üzrə normativ sə nə dlə ri göstə rmə k üsulu malın keyfiyyətini müəyyən etmək üçün tətbiq
edilən əsas üsuldur. Normativ sənəd dedikdə malların keyfiyyətinə və təhlükəsizliyinə uyğun məcburi tələbləri
müəyyənləşdirən dövlət standartları başa düşülür. Satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə uyğun olan
mal verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsinin 3-cü bəndi).
Başqa sözlə desək, satıcı alıcıya keyfiyyəti standartlara uyğun gələn mal verməyə borcludur.
Müvafiq standartlara istinad etmək yolu ilə malın keyfiyyətini müəyyənləşdirmək üsulu həm milli, həm də
beynəlxalq ticarət dövriyyəsində tətbiq edilən əsas üsuldur. Təsadüfi deyildir ki, standartlaşdırmanın əsas məq-
sədlərindən biri alıcıların (istehlakçıların) məhsulların keyfiyyəti haqqında tam və səhih informasiyaya malik
olmalarını təmin etməkdən ibarətdir («Standartlaşdırma haqqında» AR Qanununun 1-ci maddəsi).
Standart (ingilisjə «standaro» - norma, nümunə, ölçü) geniş mənada digər obyektlərlə müqayisə üçün əsas
kimi qəbul edilmiş nümunə, etalon və modeldir. Məhdud mənada standart dedikdə kütləvi istifadə üçün nə-
zərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd başa
düşülür. Məhsulun (malın) keyfiyyətinə qoyulan müəyyən tələbləri və normaları əhatə edən standartlaşdırma
məhsulun (malın) keyfiyyətini idarə edən formadır.
Bəzi hallarda satılan malın keyfiyyətinin standart əsasında müəyyən edilməsi məcburi xarakter daşıyır.
Belə halda tərəflərin malın keyfiyyət şərtlərini müstəqil surətdə təyin etmək imkanları məhdudlaşdırılır. Satılan
əş
yanın keyfiyyəti barəsində məcburi tələblərin müəyyən edilməsi insanın həyatı, sağlamlığı, əmlakı və ətraf
mühitin təhlükəsizliyini, təsərrüfat dövriyyəsi sferasında ijtimai mənafeyin təmin edilməsi, habelə istehlakçıla-
rın hüquqlarının müdafiəsi mülahizələri ilə şərtlənə bilər. Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı
alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur (MM-in 581.4-cü maddəsi). Bu cür
məcburi tələblər müxtəlif standartlarda ifadə olunur ki, «Standartlaşdırma haqqında» AR Qanununun 5-ci mad-
dəsi bu standartların müxtəlif növlərini müəyyən edir:
●
dövlət standartları;
●
sahə standartları;
●
beynəlxalq, regional (hövzə) və dövlətlərarası standartlar;
●
müəssisə standartları;
●
elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ijtimai birliklərin standartları.
Dövlə t standartları odur ki, bu cür standartlar kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan
məhsullar üçün işlənib hazırlanır. Dövlət standartları iki növdə ola bilər: məcburi tələblər növündə; tövsiyə olu-
nan tələblər növündə. Məcburi tələblərə aiddir: məhsulların insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühiti
üçün təhlükəsizliyi; məhsulların texniki, texnoloci və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunma-
sı; məhsulların əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, daşınması və
s. Azərbayjan Respublikasının dövlət standartlarının tələblərinə uyğun gəlməyən məhsulların satışı qanunla ya-
saqlanır («Standartlaşdırma haqqında» AR Qanununun 6-jı maddəsinin 6-jı bəndi). Bununla bərabər, Azərbay-
jan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional (hövzə), dövlətlərarası və digər dövlətlərin
standartlarına uyğun gəlməyən məhsullar də alqı-satqı müqaviləsinin predmeti ola bilməz.
Dostları ilə paylaş: |