MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə74/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   70   71   72   73   74   75   76   77   ...   91

Dövlət standartlarının tövsiyə olunan tələbləri məcburi xarakter daşımayan tələblərdir. Lakin bu cür 

tələblər iki halda şərtsiz yerinə yetirilməlidir: qanunda nəzərdə tutularsa; məhsulu hazırlayan (tədarükçü) tə-

rəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişsə. 

Məhsulların dövlət standartlarının tələblərinə uyğunluğu sertifikasiya ilə təmin edilir və yaxud nişanlama yo-

lu ilə təsdiqlənir. Sertifikasiya səlahiyyətli dövlət orqanı tərəfindən məhsulun normativ sənədin tələblərinə uy-

ğ

unluğunun  təsdiqidir.  Sertifikasiya  nəticəsində  məhsulun  konkret  dövlət  standartına  uyğun  olduğuna  zəruri 



ə

minliyin təmin edildiyini göstərən sənəd, yəni uyğunluq sertifikatı verilir. Nişanlama nəticəsində isə məhsu-



 

466


lun konkret dövlət standartına uyğunluğuna zəruri əminliyin təmin edildiyini göstərən, müəyyən edilmiş qayda-

da müdafiə olunan uyğunluq nişanı verilir. 

Əş

yanın (malın) keyfiyyətinin müəyyən edilməsinin üsullarından biri nümunədir. Nümunə dedikdə satılan 



malın keyfiyyətini müəyyən etmək üçün etalon rolunu oynayan ölçü vasitəsi başa düşülür. Nümunə elə bir eta-

londur ki, onun istehlak (istismar, istifadə) xüsusiyyətləri satılan malın keyfiyyətini müəyyən etmək üçün əsas 

rolunu oynayır. 

Əş

yanın (malın) keyfiyyəti təsvir üsulu ilə də müəyyən edilə bilər. Bu üsula spesifikasiya da deyilir. Göstə-



rilən həmin üsul xüsusən mürəkkəb sənaye mallarının keyfiyyətinin müəyyən edilməsində tətbiq edilir. Malın 

təsviri dedikdə onun malik ola biləjəyi istehlak (istismar, istifadə) xüsusiyyətlərinin siyahısı başa düşülür. Təs-

vir fotoqrafiya ilə, qrafik əkslə (surətlə) və s. müşayiət oluna bilər. Beləliklə, malın keyfiyyətinin təsvir üsulu 

ilə müəyyən edilməsi onu ifadə edir ki, mal onun təsvirində göstərilmiş bütün parametrlərə, istifadə (istismar) 

xüsusiyyətlərinə uyğun gəlməlidir. Çox vaxt malın təsviri özündə çertyocları, sxemləri, malın surətini (əksini) 

və s. birləşdirir. 

Məhsulun (malın) keyfiyyət göstəriciləri üsulu məhsulun ayrı-ayrı xassələrinin müəyyən edilmiş etalona 

(kriteriyaya) uyğun gəlib-gəlməməsini konkret xarakterizə edən göstəricilər sistemidir. Hər bir istehlak təyinatlı 

mal özünəməxsus keyfiyyət göstəricisinə malikdir. Başqa sözlə desək, mallar keyfiyyət göstəricisinə görə fərq-

lənir. Məsələn, parça və trikotac üçün onların boyasının möhkəmliyi, sıxlaşıb kiçilmə dərəcəsi, davamlılığı mü-

hüm keyfiyyət göstəriciləridir. Toxuculuq-trikotac məmulatı üçün həmin göstəricilərdən əlavə, modalara uyğun 

gəlməsi də malın keyfiyyət göstəricisinə daxildir. Uzun müddət istifadə olunan mallar üçün onların qənaətliliyi, 

möhkəmliyi,  davamlılığı,  texniki  estetikasının  nəzərə  alınması  vacib  göstəricilər  kimi  qiymətləndirilir.  Yeyinti 

malları üçün  əsas keyfiyyət  göstəricisi onlarda  olan faydalı maddələrin (yağların, vitaminlərin, zülalların və s.) 

məzmunu və miqdarı ilə xarakterizə edilir. 

Malın keyfiyyətini müəyyən etmək üsulu kimi ilkin yoxlama, bir qayda olaraq, fərdi əlamətləri ilə xarakteri-

zə olunan əşyaların (məsələn, antikvariat, injəsənət əsərlərinin və s.) keyfiyyətini yoxlamaq zərurəti yarananda 

tətbiq edilir. Adətən bu üsuldan hərraj ticarətində istifadə edilir.  lkin yoxlama üsulunun mahiyyəti ondan iba-

rətdir ki, satılan əşyaya onun keyfiyyətini yoxlamaq üçün baxış keçirilir və bunun nəticəsində onun keyfiyyəti 

bəyənilsə, satıcı alıcıya həmin keyfiyyətdən olan əşya verir. 

Elə də hallar olur ki, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmur. Belə halda müqavi-

lənin  lazımi  qaydada  icrasını  təmin  və  alıcının  hüquqlarını  müdafiə  etmək  zərurəti  yaranır.  Göstərilən  həmin 

halda satıcının alıcının malı hansı məqsədlə əldə etməsini bilməsindən asılı olaraq MM-in 581.1-ci maddəsində 

iki fərqli qayda müəyyən edilir. Birinci halda əgər malın hansı məqsədlə əldə edildiyi satıcıya naməlum olarsa, 

onda o, alıcıya bu cür malın adətən istifadə edildiyi hər hansı məqsədə yarayan əşya verməyə borcludur. Malın 

adətən istifadə edildiyi məqsədə yaraması o deməkdir ki, bu cür mallar lazımi keyfiyyətdə olsun və bu key-

fiyyət maldan faktiki istifadə nəticəsində mənfi nəticələrə gətirib çıxarmasın və ya istehlakçının xərclərini artır-

masın. 

Ə

gər mal adətən istifadə edildiyi bütün məqsədlər üçün yox, anjaq bəzi məqsədlər üçün yarayırsa, satıcı bu 



barədə alıcını xəbərdar etməyə borcludur. Əgər satıcı bu barədə məlumat verməzsə, bu, müqavilənin lazımi ol-

mayan qaydada icrasını şərtləndirir. Məsələn, universal olmayan yuyucu tozu satarkən satıcı onun yalnız bəzi 

parça növlərinin yuyulmasında istifadə edilməsini alıcıya bildirməlidir. 

kinci halda müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barədə satıcıya məlumat 

verməlidir. Əşyanın əldə edilməsinin konkret məqsədi ya birbaşa müqavilədə göstərilməli, ya da tərəflərin mü-

qaviləqabağı əlaqə prosesində satıcıya bildirilməlidir. 

Alıcı  əşyanı  əldə  etməsinin  konkret  məqsədləri  barəsində  satıcıya  müqavilə  bağlanan  vaxta  kimi  məlumat 

verməlidir.  Buna  görə  də  əşyanın  konkret  əldə  edilmə  məqsədi  satıcıya  müqavilə  bağlanandan  sonra  məlum 

olarsa, onda satıcının göstərilən məqsədə uyğun gəlməyən mal verməsini müqavilənin lazımi olmayan qaydada 

icra edilməsi kimi hesab etmək olmaz. Satıcı konkret məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borclu-

dur, bu şərtlə ki, müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlu-

mat versin (MM-in 581.2-ci maddəsi).  

Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, əşya-

nın keyfiyyətinin müəyyənləşdirilməsi onun əldə edilməsinin konkret məqsədləri ilə şərtlənir. Əşyanın əl-

də edilməsi məqsədi alqı-satqı müqaviləsinin hüquqi məqsədi (əsası) yox, onun motividir. Motiv isə müqavi-



lənin etibarlı olmasına təsir göstərmir. Lakin tərəflərin razılığı ilə motivə hüquqi əhəmiyyət verilə bilər, yəni 

o,  müqaviləyə  daxil  edilir.  Belə  halda  motiv  müqavilənin  şərtinə  çevrilir.  Müqavilə  isə  müəyyən  şərt  altında 

bağlanan (şərti müqavilə yox) müqaviləyə çevrilir. 


 

467


1.8. Əşyanın keyfiyyətinin yoxlanılması 

Qanun əşyanın keyfiyyətini müəyyən etməyin üsulları ilə bərabər, həm də əşyaların keyfiyyətinin yoxlanıl-

masının vacibliyini və zəruriliyini müəyyən edir. Əşyanın keyfiyyətini yoxlamaq üçün müəyyən metodlar-

dan istifadə edilir. Lakin MM tətbiq edilən konkret yoxlama metodlarını müəyyən etmir. Ona görə ki, bu me-

todları təyin etmək mümkün deyildir, çünki texnikanın inkişafı ilə bağlı olaraq həmin metodlar da təkmilləşir. 

Əş

yanın keyfiyyətinin yoxlanılması qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya 



alqı-satqı müqaviləsində nəzərdə tutula bilər. Əgər həmin sənədlərdə əşyanın keyfiyyətinin yoxlanılması qay-

dası müəyyənləşdirilməzsə, onda bu məsələni həll etmək üçün əsasən işgüzar dövriyyə adətləri tətbiq edilir. 

Belə halda yoxlama əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə (əmlak dövriyyə qaydalarına) 

uyğun ola bilər. 

Sənədlərdə satıcının əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi nəzərdə tutularsa, satıcı alıcıya bu cür yoxlama-

nın həyata keçirilməsini təsdiq edən sənədlər təqdim etməlidir. Bu cür sənədlərə yoxlama aktını, keyfiyyət serti-

fikatını və digər sənədləri misal göstərmək olar. Sahibkarlıq fəaliyyəti üçün əldə edilən malların keyfiyyəti yox-

lanarkən keyfiyyətin yoxlanma faktından əlavə, həm də yoxlamanın nəticəsi əhəmiyyətə malik olur. Belə halda 

satıcı  yoxlamanın nəticəsi haqqında sənədləri alıcıya verməyə borcludur. Bu sənədlər laboratoriya analizinin, 

sınağının, müayinənin və s. nəticələrini əks etdirir. 

Əş

yanın keyfiyyəti alıcı tərəfindən də yoxlanıla bilər. O, əşyanın keyfiyyətinin müəyyən tələblərə uyğun gəl-



mədiyini müəyyən etdiyi halda satıcıya bildiriş göndərir (MM-in 595.1-ci maddəsi).  

stər satıcı, istərsə də alıcı tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əşyanın keyfiyyətinin yoxlanıl-

ması qaydası və digər şərtləri hər iki tərəf üçün eyni olmalıdır (MM-in 586.4-cü maddəsi).  

1.9. Malın keyfiyyəti üçün qarantiya 

Malın keyfiyyəti onun elə faydalı istehlak xassələrini əks etdirməlidir ki, bunun nəticəsində mal ijtimai tələ-

batı ödəmək qabiliyyətinə malik olur, ijtimai, o cümlədən şəxsi istehlak təmin edilir, onun rəqabətə davamlılığı 

artırılır, habelə malın ən yaxşı nümunələr səviyyəsinə çatdırılmasına nail olunur. Malın keyfiyyəti elə olmalıdır 

ki, bunun nəticəsində həmin mal istifadə edildiyi məqsədlərə  yarayan əşyaya çevrilə bilsin. Bununla bərabər, 

malın  keyfiyyəti  onun  təhlükəsizliyini  təmin  etməlidir,  yəni  maldan  istifadə  edilməsi  istehlakçının  həyatına, 

sağlamlığına, habelə ətraf mühitə zərər vurmamalıdır. 

Malın  keyfiyyəti  əbədi  olaraq  dəyişməz  qalmır.  Vaxt  müddəti  keçdikdə  malın  keyfiyyəti  də  dəyişir.  Belə 

halda maldan normal istifadə edilməsini, normal istifadə üçün malın yararlı olmasını şərtləndirən, onun təhlükə-

sizliyini təmin edən vaxt müddətinin müəyyən edilməsi böyük əhəmiyyətə malik olur. Göstərilən bütün bu mə-

sələlər malın keyfiyyəti haqqında qarantiya, yararlılıq və xidməti müddət elmi anlayışlarının vasitəsi ilə 

qaydaya salınır. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatına, sağlamlığına, onların 

ə

mlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara xidmət müddəti (yararlılıq müddə-



ti) müəyyən edilməlidir.  stehsalçı bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə 

borcludur (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 10-cu maddəsinin 2-ci bəndi). 



Qarantiya dedikdə (fransızja «garantie», «garantir» - təmin etmək sözündən) borclunun (satıcının) öz verdi-

yi  malın  keyfiyyətinə  görə  kreditorun  (alıcının)  qarşısında  javab  verməsi  başa  düşülür.  MM  satıcı  tərəfindən 

alıcıya verilən əşyanın keyfiyyəti üçün iki növ qarantiya müəyyən edir: 

 qanuni qarantiya (MM-in 582.1-ci maddəsi); 



 müqavilə qarantiyası (MM-in 582.2-ci maddəsi).  

Qarantiyanın  iki  növünün  fərqləndirilməsi  müəyyən  əlamətlərə  əsaslanır:  maldakı  qüsurun  aşkar  edilməsi 

müddətinə  görə;  məsuliyyətin  şərtlərinə  görə;  qüsurun  əmələ  gəlmə  səbəblərinin  sübutetmə  yükünün  tərəflər 

arasında bölüşdürülməsinə görə. 

Qanuni qarantiya odur ki, bu qarantiya müqavilədə nəzərdə tutulmayan bütün hallarda mövcud olur. Qanu-

ni qarantiya mal verildiyi anda onda qüsurun olmaması barədə satıcının verdiyi elə bir zəmanətdir ki, bunun 

nəticəsində mal müəyyən məqsəd üçün istifadəyə yararlı olur. Qanuni qarantiyanın mahiyyəti ondan ibarətdir 

ki, alıcıya verildiyi məqamda satıcının alıcıya satdığı əşya tələb olunan keyfiyyətdə olmaqla, əgər müqavilədə 

ayrı qayda nəzərdə tutulmazsa, bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzin-

də yararlı olmalıdır. 



Müqavilə qarantiyası odur ki, bu cür qarantiya müqavilədə nəzərdə tutulur. Müqavilə öhdəliyi əlavə öhdə-

likdir. Bu satıcının öhdəsinə götürdüyü elə bir zəmanətdir ki, bunun nəticəsində satılan mal müqavilədə göstəri-

lən müddət ərzində nəzərdə tutulan keyfiyyət tələblərinə uyğun gəlir. Başqa sözlə desək, müqavilə qarantiyası 

satıcının alıcı qarşısında satılan əşyanın müqavilədə nəzərdə tutulan müddət ərzində keyfiyyət barədə irəli sürü-

lən tələblərə uyğun gəlməsi haqqında verdiyi təminat öhdəliyini ifadə edir. Müqavilədə nəzərdə tutulan həmin 

müddətə qarantiya müddəti deyilir. 



 

468


Qarantiya müddəti satıcının verdiyi əşyanın keyfiyyətinə görə alıcının qarşısında javab verməsi müddətidir. 

Qarantiya müddəti dedikdə elə bir vaxt müddəti başa düşülür ki, bu müddət ərzində satıcının alıcıya verdiyi 

əş

ya (mal) adətən istifadə edildiyi məqsədlər üçün yararlı olur. Bu müddət ərzində satıcı satılan əşyadan adətən 



təyinatına uyğun olaraq istifadə edilməsi barədə alıcıya təminat və zəmanət öhdəliyi verir. 

Qanun qarantiya müddətinin hesablanması qaydasını müəyyən edir. MM-in 583.1-ci maddəsinə görə qa-



rantiya müddətinin axımı əşyanın alıcıya verildiyi andan başlayır. Göstərilən bu norma imperativ yox, dis-

pozitiv xarakter daşıyır. Belə ki, alqı-satqı müqaviləsində qarantiya müddətinin axımının başlanması barədə ay-

rı qayda da nəzərdə tutula bilər. Məsələn, tərəflər razılığa gələ bilərlər ki, məmulatın istismara və ya istifadəyə 

buraxıldığı gün qarantiya müddətinin axımının başlanğıjı hesab edilsin. Komplektləşdirici məmulat üçün qaran-

tiya müddəti əsas məmulat üçün qarantiya müddəti ilə eyni vaxtda başlanır, çünki bu cür məmulatların qaranti-

ya müddəti əsas məmulat üçün qarantiya müddətinə bərabər tutulur (MM-in 583.3-cü maddəsi). Lakin komp-

lektləşdirici məmulat üçün qarantiya müddəti barədə alqı-satqı müqaviləsində ayrı qayda da nəzərdə tutula bi-

lər. 


Qanun bəzi hallarda qarantiya müddətinin axımının başlanması haqqında ayrı qayda nəzərdə tutur (MM-in 

583.2-ci maddəsi). Məsələn, alıcı əşyadan satıcıdan asılı səbəblərə görə istifadə etmək imkanından məhrum ol-

duqda və ya əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadə etmək mümkün olmadıqda qarantiya müddəti-

nin axımı əşyanın alıcıya verildiyi andan başlanmır və ya qarantiya müddəti artırılır. Birinci halda, yəni satıcı-

dan asılı səbəblərə görə alıcının əşyadan istifadə etmək imkanından məhrum olduğu halda, qarantiya müddəti-

nin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Məsələn, alıcı satın aldığı minik avtomo-

bilindən satıcının ona avtomobilin açarını verməməsi səbəbinə görə istifadə edə bilmir. Satıcı açarı alıcıya verir 

və bu andan qarantiya müddətinin axımı başlayır. 

kinci halda, yəni əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı halda, qarantiya müd-

dəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır. Lakin bunun 

üçün zəruridir ki, MM-in 595.1-ci maddəsində nəzərdə tutulan qaydada bildiriş verilsin. 

1.10. Əşyanın xidmət (qulluq) müddəti.  

     Əşyanın yararlılıq müddəti 

Əş

yanın  xidmət  (qulluq)  müddəti  qarantiya  müddətinin  növüdür.  Bunlar  arasında  müəyyən  fərqlər  vardır. 



Birinci fərq ondan ibarətdir ki, xidmət müddəti nisbətən daha uzun müddətə istifadə üçün nəzərdə tutulan 

əş

yalar barədə müəyyən edilir.  kincisi, xidmət müddəti ya normativ sənəddə nəzərdə tutula bilər, ya da is-



tehlakçı ilə müqavilə əsasında müəyyən edilə bilər. Xidmət müddəti olmadığı halda isə 10 il müddətində ma-

lın təyinatı üzrə istifadə edilməsinə təminat verilir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qa-

nununun 5-ci maddəsinin 4-cü bəndi). Üçüncüsü, qarantiya müddəti ərzində satıcı əşyanın keyfiyyətinə təminat 

verirsə, xidmət müddəti ərzində isə bu təminatı istehsalçı, yəni satış üçün mal istehsal edən müəssisə, ida-



rə, təşkilat və ya sahibkar verir

Yeni  MM  xidmət  müddəti  anlayışını  nəzərdə  tutmur.  Bununla  bərabər,  bəzi  normativ  aktlarda  qarantiya 

müddətinin bu növü barədə müəyyən göstərişlər ifadə edilir. Məsələn, « stehlakçıların hüquqlarının müdafiəsi 

haqqında» AR Qanununun (5-ci maddə) istehsalçının normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə mü-

qavilə əsasında malın xidmət müddəti ərzində istifadə edilməsinə təminat vermək vəzifəsini müəyyən edir. Xid-

mət müddəti istehlak olunmayan əşya barəsində istehsalçının müəyyən etdiyi elə bir müddətdir ki, bu müd-



dəərzində istehlakçının əşyadan təyinatına görə təhlükəsiz istifadə etməsinə təminat verilir

Çox vaxt xidmət müddətini yararlılıq müddəti ilə qarışdırırlar. Bunlar bir-birindən fərqlənən müddət növləri 

hesab olunur. Ən birinci fərq ondan ibarətdir ki, xidmət müddəti uzun müddətə istifadə üçün nəzərdə tutulan is-

tehlak olunmayan əşyalar üçün təyin edilirsə, yararlılıq müddəti tez xarab olan istehlak edilən və insanların 



sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edəərzaq məhsulları, dərmanlar, 

ə

triyyat-kosmetika  vasitələri,  kimya  məhsulları  və  başqa  mallar  üçün  müəyyən  edilir.  kincisi,  xidmət 

müddətindən fərqli olaraq yararlılıq müddətləri əşyanın hazırlandığı gündən hesablanır. Üçüncüsü, yararlı-

lıq müddəti ötmüş malların satışı qadağan edilir. Xidmət müddəti keçmiş malların satışı barədə bu cür qada-

ğ

an nəzərdə tutulmamışdır. Dördüncüsü, yararlılıq müddəti qanunvericiliklə, dövlət standartlarının məcburi 



tələbləri və ya digər məcburi qaydalarla müəyyənləşdirilir. Bu, imperativ göstərişdir. Alqı-satqı müqaviləsi-

nin  iştirakçıları  bu  göstərişi  dəyişdirmək  hüququna  malik  deyildir.  Xidmət  müddəti  isə  həm  normativ  sənəd, 

həm də istehsalçı və istehlakçı arasında bağlanan müqavilə əsasında müəyyən edilir (« stehlakçıların hüquqları-

nın müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsi). 

Nəhayət, əşyanın yararlılıq müddəti onun istifadəyə yararlığını göstərən vaxt dövrü ilə müəyyən edilir. Mə-

sələn, mal iki ay müddətində istifadə üçün yararlıdır. Xidmət müddəti isə başqa ölçü vahidi ilə də təyin edilə bi-

lər. Məsələn, minik avtomobilinin xidmət müddəti kilometrlə müəyyən edilir. Əşyanın yararlılıq müddəti hazır-


 

469


landığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə yararlığının 

bitdiyi tarixlə müəyyənləşdirilir (MM-in 585-ci maddəsi). Məsələn, mal 10 oktyabr 1998-ci il tarixindən 3 ay 

müddətinə yararlıdır. Və yaxud mal 10 oktyabr 1998-ci il tarixindən 10 yanvar 1999-cu il tarixinə kimi istifadə 

üçün yararlıdır. 

Bununla bərabər, yararlılıq müddəti qarantiya müddətindən fərqlənir. Birincisi, yararlılıq müddəti keç-

miş və ötmüş əşya istifadə üçün yararsız olur, bu cür əşyanı satmaq olmazQarantiya müddəti ötmüş əşya 

isə istifadə üçün yararlıdır, onun satılması istisna edilmir, mümkündür.  kincisi, yararlılıq müddətinin mü-

ə

yyən edilməsi barədə qanunun göstərişləri (MM-in 584-cü maddəsi) imperativ xarakterə malikdir. Bu gös-

tərişləri tərəflər dəyişə bilməz. Qarantiya müddəti isə alqı-satqı müqaviləsi ilə, satıcının mülahizələri əsasında 

təyin edilir. 

Üçüncüsü, qarantiya müddəti alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın satıldığı 



gündən, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır

Nəhayət, qarantiya müddəti istehlak olunmayan mallar üçün təyin edilir. Yararlılıq müddətinə gəldikdə isə 

bu müddət tez xarab olan, texniki cəhətdən qeyri-mürəkkəb (sadə), uzun müddətə istifadə üçün nəzərdə tutul-

mayan, istehlak edilən əşyalar üçün müəyyənləşdirilir. 

Beləliklə, yararlılıq müddəti normativ aktla müəyyən edilən elə bir müddətdir ki, bu müddətin ötüb keçməsi 

ilə istehlak olunan mal təyinatına görə istifadə üçün yararsız olur və bu cür malın satışı qadağan edilir. Yararlı-



lıq müddəti dedikdə qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə 

əş

yanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət başa düşülür. Satıcı yararlılıq müddəti müəyyən-



ləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlılıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə 

edilə bilsin (MM-in 584.2-ci maddəsi).  



1.11. Lazımi keyfiyyəti olmayan əşyanın verilməsinin 

     hüquqi nəticələri 

Satıcı alıcıya lazımi keyfiyyəti olmayan əşyanın verilməsinə görə məsuliyyət daşıyır. Satıcı tərəfindən key-



fiyyəti lazımi səviyyədə olmayan əşyanın verilməsi müəyyən hüquqi nəticələrə səbəb olur ki, bu nəticələr 

MM-in 587–589-cu maddələrində göstərilmişdir.  

Göstərilən maddələrdə müəyyən edilən qaydalar satılan əşyanın keyfiyyəti barədə şərtlərin pozulması ilə əla-

qədar yaranan münasibətləri nizama salır. 

Satılan malın keyfiyyəti barədə müqavilə şərtinin pozulmasının nəticələri bir sıra amillərdən asılıdır. Ən bi-

rinci amil malda aşkar edilmiş qüsurların xarakter və dərəcəsidir. Başqa sözlə desək, satılan malda müəy-

yən edilən qüsurların xarakteri müxtəlif hüquqi nəticələrin yaranmasını şərtləndirir və alıcıya öz seçimi ilə al-

ternativ hərəkətlərdən birini etmək ixtiyarı verir. 

Satılan malda aşkar edilmiş qüsurları şərti olaraq iki yerə ayırmaq olar: adi (qeyri-mühüm) qüsurlar; mühüm 

qüsurlar. Bu bölgü şərti xarakter daşıyır. Adi qüsurlar MM-in 587.1-ci maddəsində, mühüm qüsurlar isə MM-in 

587.2-ci maddəsində nəzərdə tutulmuşdur.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə