MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə75/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

Adi qüsurlar odur ki, bu cür qüsurları tənasübsüz xərclər çəkmədən və ya vaxt sərf etmədən aradan qaldır-

maq mümkün olur. Adi qüsurlar mühüm olmayan qüsurlardır, yəni bu qüsurların əşyadan təyinatına uyğun su-

rətdə istifadə olunması üçün bir o qədər də əhəmiyyəti yoxdur. Satılan əşyada adi qüsurlar olduqda və bu qüsur-

lar  barədə  satıcı  qabaqjadan  məlumat  vermədikdə  alıcı  (satıcının  təqsiri  olub-olmamasından  asılı  olmayaraq) 

aşağıdakı alternativ hərəkətlərdən birini seçir (MM-in 587.1-ci maddəsi): 

 alış qiymətinin mütənasib azaldılması



 əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması

 əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi



Alış qiymətinin mütənasib azaldılması o vaxt mümkün olur ki, aşkar edilmiş qüsur satılan əşyadan təyinatına 

görə istifadə edilməsinə mane olmur, yəni qüsuru aradan qaldırmadan da əşyadan istifadə etmək mümkün olur. 

Belə halda alıcı tələb edir ki, əşyanın qiyməti aşkar edilmiş qüsura uyğun olaraq mütənasib surətdə azal-

dılsın

Əş

yanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması barədə alıcı o vaxt tələb irəli sü-

rür ki, bu qüsurları təmir, tərkib hissələrini (detallarını, aqreqatlarını və s.) dəyişmə yolu ilə aradan qaldırmaq 

mümkün olsun. Əşyanın təmiri və tərkib hissələrinin dəyişdirilməsi xərclərini satıcı çəkir. 

Əş

yanın qüsurlarının aradan qaldırılması üçün alıcının çəkdiyi xərclərin əvəzinin ödənilməsi halında 

alıcı satıcıdan tələb edir ki, satıcı əşyanın qüsurlarının aradan qaldırılması üçün alıcının çəkdiyi xərclərin əvəzi-

ni ödəsin. Qüsuru alıcının ya özü, ya da ki, üçüncü şəxslər aradan qaldıra bilər. Satıcı alıcının çəkdiyi xərcləri 

tam həcmdə ödəməlidir, bu şərtlə ki, bütün hallarda çəkilən xərc əşyanın özünün qiymətindən çox olmasın, yəni 

çəkilən xərclərin ödənilməsi ağlabatan olmalıdır. 


 

470


Mühüm qüsurlar odur  ki, bu cür qüsurların aradan qaldırılması tənasübsüz xərclər çəkmədən və  ya vaxt 

sərf etmədən mümkün olmur və ya dəfələrlə aşkar edilir və ya aradan qaldırandan sonra yenidən üzə çıxır. Əş-

yada mühüm qüsurların müəyyən edilməsi əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması-

nı şərtləndirir. Satılan əşyada mühüm qüsurlar aşkar edildikdə alıcıya ixtiyar verilir ki, o, iki alternativ hərəkət-

dən birini seçsin (MM-in 587.2-ci maddəsi): 

 müqavilənin icrasından imtina etmək və əşya üçün ödədiyi pul  məbləğinin qaytarılmasını tələb et-



mək

 lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək



Göstərilən hər iki halda təbii ki, mühüm qüsuru olan əşya geri, yəni satıcıya qaytarılır; bununla bağlı olaraq 

yaranan münasibətlərə MM-in 157-ci maddəsində müəyyənləşdirilmiş qaydalar tətbiq olunur. 

Komplektə daxil olan əşya hissələri barədə analoji qaydalar tətbiq edilir (MM-in 587.4-cü maddəsi). Başqa 

sözlə desək, bu cür əşya hissələrində adi və ya mühüm qüsurlar tapıldıqda göstərilən alternativlərdən biri seçi-

lir. 

Həm adi qüsurlar, həm də mühüm qüsurlar iki növdə ola bilər: açıq-aşkar qüsur növündə; gizli qüsur növün-



də. Açıq-aşkar qüsurlar odur ki, bu cür qüsurları əşyanın qəbul edilməsinin adi üsulları ilə və yaxud yoxlama-

nın xüsusi metodları vasitəsi ilə müəyyən etmək mümkün olur. Adi üsula əşyaya baxış keçirməyi, xüsusi meto-

da isə sınağı və ya laboratoriya analizini misal göstərmək olar. Gizli qüsurlar odur ki, bu qüsurları açıq-aşkar 

qüsurları müəyyən etmək üçün istifadə edilən üsullarla (adi və xüsusi üsullarla) müəyyən etmək mümkün ol-

mur. Gizli qüsurların mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu cür qüsurları yalnız sazlama, montac (quraşdır-

ma), istifadə və saxlama prosesləri zamanı müəyyən etmək olur. 

Satıcı əşyanın ona məlum olan həm açıq-aşkar, həm də gizli qüsurları barədə alıcıya məlumat verməyə borc-

ludur. Bu vəzifəni yerinə yetirməməyə görə o, alıcı qarşısında məsuliyyət daşıyır.  

Bununla bərabər, qeyd etmək lazımdır ki, alıcı yalnız verilmiş (satılmış) əşyanın qüsurlarının (həm adi, həm 

mühüm, həm açıq-aşkar, həm də gizli qüsurlarının) aşkar edilməsi müddətləri haqqında qaydaya əməl etdikdə 

yuxarıda göstərilən tələbləri (alternativləri) irəli sürmək ixtiyarına malikdir. Satılmış əşyanın qüsurlarının aşkar 

edilməsi müddətlərinə riayət edilməsi alıcı üçün prinsipial əhəmiyyətə malikdir. Başqa sözlə desək, alıcının əş-

yanın qüsurları ilə bağlı tələbləri irəli sürməsi həmin qüsurların qanunda müəyyənləşdirilmiş müddətdə aşkar 

edilməsindən  asılıdır.  Bu  cür  müddətlər  isə  MM-in  589.2-ci  və  589.6-jı  maddələrində  nəzərdə  tutulmuşdur. 

Ə

gər  alqı-satqı  müqaviləsi  ilə  ayrı  qayda  müəyyənləşdirməyibsə,  alıcı  əşyanın  qüsurları  ilə  bağlı  tələbləri  bu 



şə

rtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin (MM-in 589.1-

ci maddəsi).  

Özü də qeyd etmək istəyirik ki, göstərilən həmin müddətlər satılan əşya üçün qarantiya müddəti və ya yarar-

lılıq müddəti təyin edilməsindən asılıdır. Əşya üçün yalnız qanuni qarantiya və ya yararlılıq müddəti müəyyən-

ləşdirilməyən halda alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları MM-də nəzərdə tutulmuş müd-



dətdə aşkar etdikdə irəli sürür. Bu müddət iki ildən çox ola bilməz.  ki il müddəti isə əşyanın alıcıya veril-

diyi gündən hesablanır. Alqı-satqı müqaviləsi ilə daha uzun müddətin  müəyyənləşdirilməsi nəzərdə tutula bi-

lər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çat-

dırıldığı gündən hesablanır (MM-in 589.2-ci maddəsi).  

Əş

ya üçün qarantiya müddəti və ya yararlılıq müddəti müəyyənləşdirildiyi halda, alıcı əşyanın qüsurları ilə 



bağlı  tələbləri  həmin  qüsurları  qarantiya  müddəti  və  ya  yararlılıq  müddəti  ərzində  aşkara  çıxardıqda 

irəli sürə bilər. Qarantiya müddəti və ya yararlılıq müddəti keçəndən sonra alıcının pretenziya irəli sürmə

hüququ  itir.  Lakin  bəzi  hallarda  alıcı  əşyanın  qüsurlarını  qarantiya  müddəti  bitəndən  sonra  aşkar  edir.  Belə 

halda qüsurlar əşyanın alıcıya verildiyi gündən iki il ərzində müəyyən edilməlidir ki, alıcı tələb irəli sürə bilsin. 

Bu cür əşyalar üçün müqavilədə qarantiya müddəti iki ildən az nəzərdə tutulur. Göstərilən halda satıcı bu şərtlə 

məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqama-

dək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin (MM-in 589.7-ci maddəsi). Belə təsəvvür yaranır ki, 

müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olan hallarda alıcının mənafeyi xüsusi qayda əsasın-

da müdafiə edilir.  

Qanunda həm də verilmiş əsas əşyanın komplektləşdirici məmulatlarının qüsurlarının aşkar edilməsi müd-

dətləri barədə qayda müəyyən edilmişdir (MM-in 589.4-cü və 589.5-ci maddələri). Burada iki halı fərqləndir-

mək lazımdır: müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata (əşyaya) nisbətən daha qısa qaranti-

ya müddəti müəyyənləşdirilən hal; müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata (əşyaya) nisbə-

tən daha uzun qarantiya müddəti müəyyənləşdirilən hal. Birinci halda, alıcı komplektləşdirici məmulatın qüsur-

ları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində, ikinci halda isə komplekt-

ləşdirici məmulatın qarantiya müddəti ərzində (əsas məmulatın qarantiya müddətinin bitib-bitməməsindən 


 

471


asılı olmayaraq) aşkara çıxardığı halda irəli sürə bilər.  

Ümumi qaydaya görə, satıcı yalnız alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən 

ə

mələ gələn qüsurlara görə məsuliyyət daşıyır (MM-in 588.1-ci maddəsi). Əşyanın qüsurlarına görə satıcının 



javab verməsi üçün lazımdır ki, bu hal, yəni qüsurun satıcının təqsiri üzündəəmələ gəlməsi sübut olun-

sun.  Belə  halda  sübutetmə  yükünü  alıcı  çəkir.  Başqa  sözlə  desək,  əşyanın  qüsurlarının  əmələ  gəlməsində 

satıcının təqsirli olmasını alıcı sübuta yetirir. Əgər o, satıcının təqsirini sübut edə bilməsə, satıcı əşyanın qüsur-

larına  görə  məsuliyyət  daşımır.  Deməli,  satılan  əşyanın  qüsurları  üçün  satıcının  təqsirlilik  prezumpsiyası 

prinsipi  müəyyən  olunmuşdur.  Göstərilən  bu  qaydalar  satılan  əşya  üçün  qarantiya  müddəti  təyin  edilmədiyi 

halda tətbiq edilir.  



Keyfiyyət qarantiyası veriləəşya satıldıqda isə məsələ tamam başqa cür həll edilir. Belə ki, həmin halda 

sübutetmə yükünü alıcı yox, satıcı çəkir. Satıcı sübut etsə ki, əşyanın qüsurları əşya alıcıya verildikdən sonra 

alıcı tərəfindən ondan istifadə və ya onun saxlanma qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri 

nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəlmişdir, onda o, məsuliyyət daşımır, əşyanın qüsur-

larına görə javab vermir.  

MM-in satılmış əşyanın qüsurlarının aşkar edilməsi müddətlərini nəzərdə tutan 589-cu maddəsi formulə edi-

lərkən  1980-ci  il  Vyana  konvensiyasının  tələbləri  nəzərə  alınmışdır.  Başqa  sözlə  desək,  qüsurların  müəyyən 

edilməsi müddətləri barədə müddəalar Vyana konvensiyasının 38-ci və 39-cu maddələrindən iqtibas edilmişdir. 

Vyana konvensiyası da alıcının əşyanın qüsurları ilə bağlı tələbləri yalnız bu qüsurların aşkar edilməsinin mü-

ə

yyənləşdirilmiş müddətlərdə irəli sürə bilməsi qaydasını nəzərdə tutur.  



1.12. Satıcının əşyanı müqavilənin komplektlik  

     haqqında şərtinə uyğun verməsi 

Satıcının  əşyanı  vermək  vəzifəsinin  tələblərindən  (şərtlərindən)  biri  əşyanın  komplektliyidir.  Satıcı  alıcıya 

alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur (MM-in 590.1-ci 

maddəsi).  

Komplektlik anlayışı texniki cəhətdən mürəkkəb olan əşyalara aiddir. Bu cür əşyalara avadanlıqları, ma-

ş

ınları, cihazları və məişət texnikasını misal göstərmək olar. Əşyanın komplektliyi dedikdə əsas əşya (məmu-



lat) ilə komplektləşdirici müstəqil əşyaların (məmulatların) elə bir məjmusu başa düşülür ki, bu komplektləşdi-

rici məmulatlar əsas məmulatın hissəsi kimi onunla tam vahid halında birləşərək ümumi təyinat məqsədləri üzrə 

istifadə  edilir.  Komlektləşdirici  məmulat  əsas  məmulatın  tərkib  hissəsi  yox,  onun  müstəqil  hissəsidir

Funksional təyinatın ümumiliyi əsas məmulatla komlektləşdirici məmulatı birləşdirir. Onların birləşməsi əşya-

nın adətən istifadə edildiyi məqsədə nail olmaq üçündür.  

Komplektlik anlayışı əşyanın mürəkkəəşya olmasını şərtləndirir. Həmin mürəkkəb əşya isə müxtəlif növ-

lü müstəqil məmulatlardan ibarətdir ki, bunlar komplektləşdirici məmulatlar adlanır. Məsələn, yeməkxana (mət-

bəx) servizi, mebelin qarnituru və s. bu cür məmulatlara misal ola bilər.  

Komplektləşdirici məmulatları yardımçı əşyalardan fərqləndirmək lazımdır. Yardımçı əşya baş (əsas) əş-

ya ilə konstruktiv əlaqədə olmur. Komplektləşdirici məmulat ilə əsas əşya arasında adətən konstruktiv əla-



qə vardır. Bundan əlavə, yardımçı əşyanın əsas təyinatı baş (əsas) əşyaya xidmət etməkdirsə, komplektləşdirici 

məmulatın əsas təyinatı əsas (baş) əşya ilə birlikdə onunla tam vahid halında ümumi təyinat məqsədləri üçün isti-

fadə olunmasından ibarətdir. Məsələn, kompüterin çexolu (örtüyü) yardımçı əşyadır. Əsas təyinatı isə baş əşyanı 

 kompüteri kənar təsirdən qorumaqdır. Kompüterin vinçestri, displeyi, klaviaturası isə kompüterin komplektləş-



dirici məmulatlarıdır. Bu məmulatlar kompüterlə birlikdə müəyyən təyinat məqsədləri üçün istifadə edilir. 

Əş

yanın komplektliyi tərəflərin razılığı ilə müəyyən edilir. Bu onu göstərir ki, əşyanın komplektliyi müqavi-



lə şərtidir

Komplektlik  alqı-satqı  müqaviləsində  müxtəlif  üsullarla  müəyyən  edilir:  müqavilədə  komplektləşdirici 



məmulatları saymaqla tərəflərin razılığı ilə; standartlaşdırma haqqında normativ sənədi göstərməklə (stan-

dartlara istinad etməklə); bu iki üsulu uyğunlaşdırmaqla. Alqı-satqı müqaviləsində əşyanın komplektliyi gös-

tərilən bu üsullarla müəyyənləşdirmədikdə, əşyanın komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli 

sürülən digər tələblərlə təyin edilir (MM-in 590.2-ci maddəsi).  

Əş

yanın komplektliyi haqqında şərtin pozulmasına görə satıcı məsuliyyət daşıyır. Bu şərtin yerinə yeti-



rilməməsi müəyyən hüquqi nəticələrə səbəb olur (MM-in 592-ci maddəsi). Komplektsiz əşya verildikdə alıcı iki 

alternativdən birini seçir: 

 alış qiymətinin mütənasib surətdə azaldılması



 əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması

Alıcı axırınjı alternativi seçdiyi halda, satıcı alıcının tələbini ağlabatan müddətdə yerinə yetirməzsə, alıcı iki 

alternativ hərəkətdən birini etmək ixtiyarına malik olur: 



 

472


 komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etmək

  alqı-satqı  müqaviləsinin  icrasından  imtina  etmək  və  ödədiyi  pul  məbləğinin  qaytarılmasını  tələb  et-



mək. 

1.13. Malların komplekti (dəsti) 

Malın komplektliyi anlayışını malın komplekti (dəsti) anlayışından fərqləndirmək lazımdır. Bu iki anlayışı 

belə də müqayisə etmək olar: komplektli mal və ya komplektdə olan mal. 

Malların komplekti müxtəlif və ya eyni cinsli (növlü) malların elə bir toplusudur ki, həmin mallar ümumi 

təyinat məqsədilə istifadə üçün tam və ya bütöv vahid halda birləşmir. Malların komplektinə daxil olan ayrı-ay-

rı mallar bir-biri ilə funksional və konstruktiv əlaqədə olmur. Başqa sözlə desək, malların komplektinə daxil 

olan malları ümumi təsərrüfat və sair təyinat üçün istifadə məqsədi birləşdirmir. Malların komplektinə ofis üçün 

ə

ldə edilən dəftərxana ləvazimatlarını (qələm, kağız, xətkeş, mürəkkəb, pozan, dəftər və s.), bayram günlərində 



hər bir ailə üzvü üçün alınan hədiyyə dəstini və s. misal göstərmək olar. Malların komplektinə ən yaxşı əyani 

misal olaraq hər gün ərzaq dükanından aldığımız müxtəlif ərzaq məhsullarının dəstini – əti, südü, qatığı, pendi-

ri, çörəyi, kolbasanı, düyünü və s. göstərmək yerinə düşərdi. 

Malın komplekti yalnız müqavilə



ni bağlayan tərəflərin razılığı ilə müəyyən edilir. Alqı-satqı müqaviləsin-

də  əşyaların  komplekt  halında  verilməsi  nəzərdə  tutula  bilər  (MM-in  591.1-ci  maddəsi).  Belə  halda  satıcının 

ə

sas vəzifəsi malları komplekt halında alıcıya verməkdən ibarətdir. 



Alıcı tərəfindən sifariş edilməyən malın satıcı tərəfindən satılan mal komplektinə daxil edilməsi halı hü-

quqdan  sui-istifadədir.  Bu,  mülki  hüquqların  həyata  keçirilməsini  pozmaqdır.  « stehlakçıların  hüquqlarının 

müdafiəsi haqqında» AR Qanununda istehlakçının sərbəst mal seçmək hüququ ifadə edilir (14-cü maddənin 2-

ci bəndi). Qanunun 14-cü maddəsi istehlakçını (alıcını) ona lazım olmayan mal almağa məjbur etməyi qadağan 

edir.  Buradan  iki  mühüm  qayda  müəyyən  etmək  mümkün  olur.  Birinci  qayda  ondan  ibarətdir  ki,  əgər  malın 

komplektini satıcı düzəltmişsə, alıcının həmin komplektdən ona lazım olmayan malı çıxartmaq ixtiyarı vardır. 

kinci qayda ondan ibarətdir ki, satıcının alıcı üçün lazım olmayan malı komplektə daxil etmək ixtiyarı yoxdur. 

stehlakçı (alıcı) satıcının süni surətdə  yaratdığı dəstdən (komplektdən) ona lazım olan malı almaq hüququna 

malikdir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 14-cü maddəsinin 5-ci bəndi). 

Satıcı tərəfindən alıcıya lazım olmayan malların komplektə daxil edilməsinin yasaqlanması və yol verilməz-

liyi bir sıra qanunlarda da öz ifadəsini tapır. Məsələn, «Haqsız rəqabət haqqında» AR Qanununun 7-ci maddəsi-

nə görə əmtəələrin məcburi əlavə çeşidlə (və ya komplektlə) satışı haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və 

bu cür hərəkətə yol verilmir. 

Satıcının malın komplekti barədə vəzifəsi onun komplektə daxil olan bütün əşyaları eyni vaxtda alıcıya 

vermək yolu ilə icra edilir. Satıcı komplektə daxil olan bütün əşyaları alıcıya eyni vaxtda verməyə borcludur 

(MM-in  591.2-ci  maddəsi).  Lakin  MM-in  591-ci  maddəsi  imperativ  yox,  dispozitiv  göstəriş  ifadə  edir,  yəni 

satıcının malın komplektini alıcıya verməsi vəzifəsinin icrası vaxtı barədə tərəflərin razılığı ilə başqa qayda da 

nəzərdə tutula bilər. Ümumi qayda isə belədir ki, satıcının malların komplekti barədə öhdəliyi komplektə daxil 

olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır (MM-in 591.1-ci maddəsi).  

Malların  komplekti  barədə  şərtlərin  pozulması  əşyanın  komplektliyi  barədə  şərtlərin  pozulması  kimi 



analoji  hüquqi  nəticələrə  səbəb  olur.  Bu  hüquqi  nəticələr  MM-in  592-ci  maddəsində  göstərilmişdir  ki,  biz 

bundan əvvəlki yarımbaşlıqda bu barədə danışmışıq. 



1.14. Əşyanın tara və qabda verilməsi 

Satıcının əşyanı vermək vəzifəsinə daxil olan tələblərdən biri əşyanın alıcıya tarada və (və ya) qabda veril-

məsidir. Satıcı alıcıya əşyanı tarada və (və ya) qabda verməlidir (MM-in 593.1-ci maddəsi).  

MM-in 593-cü maddəsi satıcının alıcıya onların tərəfindən müqaviləyə müvafiq şərt kimi daxil etməsindən 

asılı olmayaraq əşyanı tarada və (və ya) qabda vermək vəzifəsini müəyyən edir. Bu maddə dispozitiv göstə-

riş ifadə edir. Belə ki, tərəflərin razılığı ilə alqı-satqı müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər. Bununla 

belə, elə əşyalar vardır ki, xarakterinə, təbiətinə və xüsusiyyətinə görə onların taralaşdırılması və (və ya) qablaş-

dırılması tələb edilmir. Məsələn, öz xarakterinə görə metal qırıntıları, qum, keramzit, çınqıl, kömür və s. qablaş-

dırma və taralaşdırma tələb etmir. Bu əşyaların xarakteri elədir ki, onların taralaşdırılmasına və (və ya) qablaş-

dırılmasına ehtiyaj və zərurət yoxdur. Xarakterinə görə taralaşdırılması və (və ya) qablaşdırılması tələb olunma-

yan əşya istisna təşkil edir, yəni satıcı həmin əşyanı tarada və (və ya) qabda vermək vəzifəsini daşımır (MM-in 

593.1-ci maddəsi). Əşyanın tarasız və (və ya) qabsız verilməsi alqı-satqı müqaviləsində də nəzərdə tutula bilər 

və ya öhdəliyin mahiyyətindən də irəli gələ bilər. 

Tara və qab daşınma və saxlama zamanı malın salamatlığını (olduğu kimi), yükləmə və boşaltma zamanı 



onun zədələnməsinin və xarab olmasının qarşısının alınmasını, normal saxlanmasını təmin edir. Tara və 

qab malı ətraf mühitin təsirlərindən, bəzən isə ətraf mühitin özünün malın zərərli xüsusiyyətlərindən qorun-



 

473


masını və müdafiə edilməsini, onların dövriyyəsini, yəni alınıb-satılmasını, daşınmasını, saxlanmasını asan-

laşdırır. Bəzi hallarda isə tara və qabın köməyi ilə malın xarici görkəminin estetik həlli təmin edilir. 

Qablaşdırma (qab) dedikdə malın və ətraf mühitin zədələnməkdən, zərərli xüsusiyyətlərdən və itkidən qo-

runmasını və dövriyyə prosesinin asanlaşdırılmasını təmin edən vasitə və ya vasitələr məjmusu başa düşülür. 

Tara qabın elementidir. Buna görə də taranı element kimi özünə birləşdirdiyinə görə qab daha geniş anlayışdır. 

Tara dedikdə elə bir məmulat başa düşülür ki, bundan malın yerləşdirilməsində istifadə olunur. Tara iki mə-

nada işlədilən anlayışdır. Birinci mənada, tara çəki mənasında işlədilir. Məsələn, malın tutduğu  və  yerləşdiyi 

qutunun, yeşiyin çəkisi taranı ifadə edir.  kinci mənada tara qablama (yerləşdirmə) materialları mənasında başa 

düşülür. Məsələn, qab, qutu, yeşik, kisə, həsir və s. 

Tara və qaba aid tələblər onları saymaq yolu ilə müqavilə əsasında müəyyənləşdirilir.  

Tara və qaba aid tələblər qanunvericiliyin müəyyən etdiyi məcburi göstərişləəsasında da nəzərdə tutula 

bilər. Əgər qanunla müəyyənləşdirilmiş qaydada taraya və (və ya) qaba aid məcburi tələblər nəzərdə tutulmuş-

dursa, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya əşyanı həmin məcburi tələblərə uyğun gələn tarada və 

(və  ya) qabda verməlidir (MM-in 593.3-cü maddəsi). Belə halda tara və  ya qaba aid tələblər bu cür tələbləri 

müəyyən edən normativ sənədləri (standartlaşdırma üzrə), yəni dövlət standartlarını göstərməklə müəyyən 

edilir. Məsələn, «Standartlaşdırma haqqında» AR Qanununun 6-jı maddəsinin 2-ci bəndində ifadə olunan göstə-

rişə görə məhsulların qablaşdırılması dövlət standartlarının məcburi tələblərinə şamil edilir. Tara  və qaba aid 

dövlət standartları əsasında məcburi tələblərin müəyyən edilməsi istehlakçıların həyatını, sağlamlığını və əmla-

kını, habelə təhlükəsizliyini təmin etmək məqsədini güdür. Məsələn, tez alışan, partlayıjı, zəhərli maddələrin, 

ə

rzaq məhsullarının qablaşdırılmasına və taralaşdırılmasına aid tələblərin müəyyən edilməsi təhlükəsizlik müla-



hizələri ilə şərtlənir. Deməli, söylədiklərimizdən belə çıxır ki, qanunda tara və qaba aid məcburi tələblər nəzər-

də tutularsa, belə halda satıcı alıcıya əşyanı həmin məcburi tələblərə uyğun gələn tarada və (və ya) qabda ver-

məlidir. Məcburi tələblər sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcılar üçün müəyyən edilir. Onlar müqa-

vilədə dövlət standartlarına zidd olan, uyğun gəlməyən şərtlər müəyyən edə bilməzlər.

 

Elə də hallar olur ki, qanunda və alqı-satqı müqaviləsində tara və qaba aid tələblər nəzərdə tutulmur. Göstə-



rilən hallar satıcını əşyanı müəyyən qabda və tarada vermək vəzifəsindən azad etmir. Həmin vəziyyətdə əşya iki 

üsulla  qablaşdırılır  və  taralaşdırılır:  adi  üsulla;  bu  cür  əşyaların  adi  şəraitdə  salamatlığını  təmin  edən  üsulla. 

kinci üsul o vaxt tətbiq edilir ki, əşyanın qablaşdırılması və taralaşdırılması adi üsulla mümkün olmasın. 

Əş

yanın tara və qabına aid olan tələblərin pozulması qanunda müəyyənləşdirilən hüquqi nəticələrə səbəb 



olur ki, bu nəticələr MM-in 594-cü maddəsində nəzərdə tutulmuşdur. Bu maddə nəticənin yaranmasını şərtlən-

dirən iki növ pozuntunu nəzərdə tutur: 

 əşyanın tarasız və (və ya) qabsız verilməsi



 əşyanın qeyri-münasib qabda və (və ya) tarada verilməsi

Əş

yanın qabsız və tarasız verilməsi o halda pozuntu sayılır ki, standartlaşdırma haqqında normativ sənəd-

lərdə (dövlət standartlarında), alqı-satqı müqaviləsində və ya irəli sürülən adi tələblərdə əşyanın qablaşdırılması 

və taralaşdırılması nəzərdə tutulsun. Əşyanın tarasız və qabsız verilməsi alqı-satqı müqaviləsində nəzərdə tutu-

larsa,  habelə  xarakterinə  görə  taralaşdırılması  və  qablaşdırılması  tələb  olunmazsa,  əşyaların  qabsız  və  tarasız 

verilməsi pozuntu sayılmır. Qalan bütün hallarda alıcı satıcıdan əşyanı taralaşdırmağı və qablaşdırmağı tələb et-

mək ixtiyarına malikdir. Əgər müqavilədən, öhdəliyin mahiyyətindən və ya əşyanın xarakterindən ayrı qayda 

irəli  gəlmirsə,  əşyanın  qablaşdırılmasını  və  (və  ya)  taralaşdırılmasını  alıcı  satıcıdan  tələb  edə  bilər  (MM-in 

594.1-ci maddəsi).  



Qeyri-münasib  tarada  və  qabda  əşyanın  verilməsi  dedikdə  satıcının  əşyanı  müqavilə  şərtlərinə,  dövlət 

standartlarının məcburi tələblərinə uyğun gəlməyən, habelə bu cür əşyanın adi şəraitdə salamatlığını təmin edən 

qablaşdırma (taralaşdırma) üsullarına zidd olan tarada və (və ya) qabda alıcının mülkiyyətinə verməsi başa dü-

ş

ülür. Belə pozuntu olduqda alıcının ixtiyarı var ki, qeyri-münasib taranı və (və ya) qabı dəyişdirməyi tə-



ləb etsin

Tara və qab malın özünün ayrılmaz elementidir. Ona görə ki, tara və qab malın istehlak xüsusiyyətlərini mü-

ə

yyən edir. Buna görə də söyləyə bilərik ki, əşyanın tarasız (qabsız) alıcıya verilməsi və ya qeyri-münasib tara-



da (qabda) verilməsi əşyanın lazımi olmayan qaydada verilməsi kimi qiymətləndirilir. Belə halda alıcı əşyanı 

taralaşdırmağı (qablaşdırmağı) və ya qeyri-münasib taranı (qabı) dəyişdirməyi tələb etmək əvəzinə, lazımi key-

fiyyətli olmayan əşyanın verilməsindən irəli gələn tələbləri vermək ixtiyarına malikdir (MM-in 594.2-ci maddə-

si).  Bu  tələblərin  dairəsi  və  xarakteri  isə  MM-in  594-cü  maddəsində  müəyyənləşdirilmişdir:  alış  qiymətinin 



mütənasib azaldılmasını tələb etmək; qüsurların ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması üçün 

özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi və s.  

Analoji norma (qayda) 1980-ci il Vyana konvensiyasının 35-ci maddəsində də vardır. Söhbət MM-in 594.2-



 

474


ci maddəsində ifadə olunan qaydadan gedir. 

2. Alıcının hüquq və vəzifələri 

Alqı-satqı  müqaviləsi  əsasında  elə  qarşılıqlı  (ikitərəfli)  öhdəlik  əmələ  gəlir  ki,  bu  öhdəlikdə  tərəflər,  yəni 

alıcı və satıcı bir-birinə  münasibətdə qarşılıqlı hüquqlara malik olub, qarşılıqlı vəzifələr daşıyırlar. Alqı-satqı 

müqaviləsində iştirak edən hər bir tərəf digər tərəf üçün borclu şəxs hesab edilir. Ona görə ki, o, digər tərəfin 

xeyrinə müəyyən hərəkətlər etməyə borcludur. Eyni zamanda həmin tərəf qarşı tərəf üçün həm də kreditor sayı-

lır. Ona görə ki, o, qarşı tərəfdən müəyyən hərəkətləri tələb etmək hüququna malikdir. Bununla bərabər, alqı-

satqı müqaviləsində iştirak edən tərəflərdən hər birinin malik olduğu hüquqlar digər tərəfin daşıdığı vəzifələrə 

uyğun gəlir. Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində tərəf rolunda çıxış edən alıcı həm borclu, həm də 

kreditordur. Borclu şəxs qismində o, vəzifələr daşıyır, kreditor kimi isə hüquqlara malik olur. 

Satıcı  satılmış  əşyanı  alıcının  mülkiyyətinə  verməyə  borcludur.  Belə  halda  o,  borclu  şəxs  kimi  çıxış  edir. 

Satıcı alıcıdan satılmış əşyanı qəbul etməyi və onun qiymətini ödəməyi tələb etmək hüququna malikdir. Belə 

halda o, kreditor (səlahiyyətli şəxs) kimi çıxış edir. 

Alıcı ona satılmış əşyanı qəbul etməyə və onun qiymətini ödəməyə borcludur. Bu, alıcının borclu şəxs qis-

mində çıxış etməsini şərtləndirir. Alıcı ona satılmış əşyanın verilməsini satıcıdan tələb etmək hüququna malik-

dir. 

Beləliklə, alqı-satqı müqaviləsində tərəf kimi iştirak edən alıcı da satıcı kimi hüquqlara malik olub, vəzifələr 



daşıyır ki, bu hüquq və vəzifələr satıcının hüquq və vəzifələri ilə birlikdə müqavilənin məzmununu təşkil edir. 

Alıcının vəzifələrini iki yerə bölmək olar: əsas vəzifəəlavə vəzifəƏsas vəzifəyə daxildir: əşyanı qəbul et-

mək vəzifəsi; alınmış əşyanın qiymətini ödəmək vəzifəsi

Alıcının əlavə vəzifəsinin dairəsinə şamil edilir: müqavilənin lazımınja icra edilməməsi barədə satıcıya 



məlumat vermək vəzifəsi; əşyanı sığortalamaq vəzifəsi (bu vəzifə satıcı üçün də nəzərdə tutula bilər). 

2.1. Alıcının əşyanı qəbul etmək vəzifəsi 

Əş

yanın alıcı tərəfindən qəbul edilməsi onun iki əsas vəzifəsindən biridir. Alqı-satqı müqaviləsində nəzərdə 

tutulan əşyanı o, mülkiyyətinə daxil etməlidir. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur (MM-in 596.1-ci 

maddəsi).  

Alıcı satılmış əşyanın verilməsini və alınmasını təmin etmək üçün zəruri olan hərəkətləri etməlidir. Bu hərə-

kətlərin konkret məzmunu (əşyanı qəbul etmək vəzifəsinin konkret məzmunu) alqı-satqı müqaviləsi ilə müəyyən 

edilir. Bu hərəkətlərin məzmununun xüsusi normativ aktlarla müəyyən edilməsi istisna edilmir. Alqı-satqı müqa-

viləsində və ya xüsusi normativ aktlarda həmin hərəkətlərin məzmununu müəyyən edən qaydalar olmadıqda, alıcı 



adətən irəli sürülən tələblərə uyğun gələn hərəkətlərlə əşyanın alınmasını təmin edir. Adətən irəli sürülən tə-

ləblər dedikdə əmlak dövriyyə adətləri (qaydaları) başa düşülür. 

Əş

yanın verilməsini və alınmasını təmin etmək üçün zəruri olan hərəkətlər elədir ki, bu hərəkətlər nəticəsin-



də alıcı əşya üzərində mülkiyyət hüququ əldə edir, satılmış əşya onun mülkiyyətinə daxil olur. Göstərilən həmin 

hərəkətlərin dairəsi kifayət qədər genişdir: əşya təyinat yerinə aparıldıqda və çatdırıldıqda alıcının adı və ünva-

nını bildirmək; əgər əşyanı yerinə çatdırmaq və daşımaq alıcıya həvalə edilərsə, əşyanı daşıyıb aparmaq üçün 

nəqliyyat  vasitəsi  ilə  təmin  etmək;  əgər  əşyanı  daşımaq  satıcıya  həvalə  edilərsə,  satıcıya  rekvizitləri  (lat. 

«Requistum» - tələb olunan, zəruri) bildirmək; daşıma müqaviləsi bağlamaq (əgər yükü özü daşıyarsa); daşıyıcı 

olan nəqliyyat vasitəsindən əşyanı (yükü) boşaltmaq; stansiyadan yükü öz anbarı olduğu yerə daşıyıb aparmaq; 

yükü yoxlamaq; yük sənədlərini qəbul etmək; öz nümayəndəsini satıcı olan yerə ezamiyyətə göndərmək və s. 

Bəzi hallarda alıcıya çatdırmaq üçün satıcı tərəfindən əşya daşıyıcıya (nəqliyyat təşkilatına) və ya rabitə təş-

kilatına təhvil verilir. Belə halda alıcının əşyanı qəbul etmək vəzifəsinin gerçəkləşdirilməsinə yönələn zəruri hə-

rəkəti ondan ibarətdir ki, o, göndərilmiş əşyanı daşıyıcıdan və ya rabitə təşkilatından qəbul edir. Əşyanın qəbulu 

nəqliyyat və ya rabitə haqqında qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. 

Alıcının  əşyanı  qəbul  etmək  vəzifəsinin  icrasından  iki  halda  imtina  etməsi  pozuntu  sayılmır  (MM-in 

596.1-ci maddəsi). Birinci halda alıcının əşyanı dəyişdirməyi tələb etməyə ixtiyarı çatır və o, əşyanı qəbul et-

mir. Məsələn, alıcının ixtiyarı var ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda onun 

yeni əşya ilə əvəz olunmasını və dəyişdirilməsini tələb etsin. Belə halda alıcının əşyanı qəbul etməkdən imtina 

etməsi pozuntu sayılmır. 

kinci halda, yəni satılmış əşyada mühüm qüsurlar aşkar edildikdə alıcının ixtiyarı var ki, müqavilənin 

icrasından imtina etsin və buna görə də əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməsin. Belə halda da alıcı-

nın əşyanı qəbul etmək vəzifəsini icra etməməsi pozuntu sayılmır. 

Qalan bütün hallarda alıcının əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməməsi onun üçün arzuolunmaz və 

xoşagəlməz nəticələrin yaranmasına səbəb olur. Əgər alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etməz-

sə və ya onun qəbulundan imtina edərsə, satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin 



 

475


icrasından imtina edə bilər (MM-in 596.3-cü maddəsi). Beləliklə, satıcı alıcı tərəfindən əşyanı qəbul etmək və-

zifəsi icra edilmədikdə iki alternativdən birini seçir: 

 alıcıdan əşyanı qəbul etməyi tələb etmək



 müqavilənin icrasından imtina etmək

Ə

gər satıcının tələbi ilə alıcı könüllü surətdə əşyanı qəbul etməzsə, onda satıcının tələbi məhkəməyə iddia 



vermək yolu ilə məcburi qaydada həyata keçirilə bilər. Bundan əlavə, satıcı mümkün olan alternativin hər hansı 

birini seçəndə, alıcının müqaviləni pozaraq əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməməsinə görə ona vu-



rulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-in 21-ci və 448-ci maddələri).  

2.2. Alıcının alınmış əşyanın qiymətini ödəmək vəzifəsi 

Alıcının ikinci əsas vəzifəsi aldığı əşyanın qiymətini ödəməkdən ibarətdir. Alıcı özünün bu vəzifəsini əşya 

üçün müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) satıcıya ödəməklə yerinə yetirir. Əgər alqı-satqı müqavilə-

sində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəmə-

yə borcludur (MM-in 598.2-ci maddəsi).  

Alıcının əşyanın qiymətini ödəməsi onun verilməsi faktından asılı deyildir. Belə ki, alıcı əşyanı satıcıdan bi-

lavasitə təhvil almazdan əvvəl də, təhvil aldıqdan sonra da ödəyə bilər (MM-in 598.1-ci maddəsi). Alıcı əşyanı 

satıcıdan bilavasitə təhvil almazdan əvvəl onun qiymətini ödəyərsə, bu, qabaqjadan ödəniş adlanır. Qabaqja-

dan ödənişin həyata keçirilmə müddəti və qaydaları MM-in 599-cu maddəsi ilə müəyyən edilir. 

Alıcı əşyanı satıcıdan təhvil aldıqdan sonra onun haqqını ödəyərsə, bu cür ödənişə möhlətlə ödəniş deyilir. 

Möhlətlə ödəniş həm nisyə (kreditlə) ödəniş, həm də hissə-hissə ödəniş növündə ola bilər. Nisyə satılmış əş-

yanın ödənilməsi qaydaları MM-in 600-cü, əşyanın hissə-hissə ödənilməsi qaydaları isə MM-in 601-ci maddə-

sində nəzərdə tutulmuşdur. 

Alınmış əşyanın ödənilməsi müddəti MM-in 598-ci maddəsi ilə müəyyən edilir. Bu maddədə nəzərdə tutulan 

qayda imperativ yox, dispozitiv xarakter daşıyır. Bu onu ifadə edir ki, alınmış əşyanın ödənilməsi barədə alqı-

satqı müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gələ bilər. 

Məsələn, elektrik enercisinin verilməsi üzrə öhdəliyin mahiyyətindən irəli gəlir ki, enerci dəyərinin ödənilməsi, 

bir qayda olaraq, enercinin verilməsindən sonra  həyata keçirilir. Belə ki, abonent faktiki surətdə qəbul etdiyi 

enerci miqdarına görə pul ödəyir. 

Satılmış əşyanın qiymətini alıcı iki yolla (üsulla) ödəyir

 nağd hesablaşma (ödəniş) yolu ilə; 



 nağdsız hesablaşma (ödəniş) yolu ilə. 

Hesablaşmanın hansı üsulundan istifadə edilməsi alqı-satqı müqaviləsində iştirak edən tərəflərin statusun-

dan asılıdır. Belə ki, fiziki şəxslərin iştirak etdiyi alqı-satqı müqaviləsi üzrə ödəniş, əgər alqı-satqı sahibkarlıq 

fəaliyyəti ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan nağd pullarla və ya nağdsız qaydada aparılır. Qa-

nuni ödəniş vasitəsi nağd puldur. Nağd ödəniş zamanı alıcı satıcıya pulu «natura» formasında (manat, bank bi-

letləri) verir. 

Sahibkarlıq fəaliyyəti  ilə  məşğul  olan fiziki  şəxslər  arasında  ödənişlər  nağdsız  qaydada  həyata  keçirilir. 

Ə

gər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu şəxslər arasında hesablaşmalar (ödənişlər) nağd pullarla 



da aparıla bilər (MM-in 971.1-ci maddəsi).  

Nağdsız hesablaşmalar (ödənişlər) banklar və digər kredit təşkilatları vasitəsi ilə həyata keçirilir. Nağdsız he-

sablaşma qaydasında alıcının ödənişi həyata keçirmək vəzifəsini iki mərhələyə bölmək olar: hazırlıq hərə-

kətlərinin edilməsi; xüsusi mənada ödənişin həyata keçirilməsi. Hazırlıq hərəkətlərinin görülməsi mərhələ-

sində alıcı bankda və digər kredit təşkilatlarında bank hesabı açır, onlarla bank hesabı müqaviləsi bağlayır, bank 

rekvizitləri haqqında satıcıya məlumat verir və s. 

kinci mərhələdə alıcı nağdsız hesablaşmanın formalarından istifadə etməklə sözün xüsusi mənasında ödəni-

ş

i həyata keçirir. Alıcı belə halda nağdsız hesablaşmaların əsas forması olan ödəniş tapşırıqları ilə hesablaş-



manı tətbiq edir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı alıcı banka tapşırıq verir. Bank bu tapşırıq əsasında 

alıcının həmin bankdakı hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda onun gös-

tərdiyi şəxsin (satıcının) hesabına köçürür. Ödənişin (hesablaşmanın) üsulları qanunun məcburi göstərişləri nə-

zərə alınmaqla, bir qayda olaraq, alqı-satqı müqaviləsi ilə müəyyən edilir. 

Alıcı ödənişi akkreditiv, çek və veksel kimi vasitələrin köməyi ilə də həyata keçirə bilər. Nağdsız hesablaş-

manın digər formaları qanunda göstərilmişdir (MM-in 972-ci maddəsi).  

Alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq əşyanın qiymətini vaxtında ödəməlidir. Alıcının əşyanın əvə-

zində müəyyən edilmiş pul məbləğini vaxtında ödəməməsi onun üçün neqativ olan nəticəyə səbəb olur. Ödəni-

ş

in gecikdirilməsi və yubadılması satıcıya ixtiyar verir ki, o, alıcıdan əşyanın qiymətini və faiz ödəməyi tələb 

etsin. Faizin miqdarı bank uçot dərəcəsi ilə müəyyənləşdirilir (MM-in 449.1-ci maddəsi). Verilmiş əşyanın qiy-



 

476


mətinin alıcı tərəfindən gecikdirilməsi məhkəmə praktikasında özgəsinin pul vəsaitindən istifadə kimi qiy-

mətləndirilir. Ona görə də satıcı MM-in 449-cu maddəsində nəzərdə tutulduğu kimi faiz ödənilməsini tələb et-

mək hüququna malikdir. Satıcı alıcı tərəfindən göstərilən tələblərin yerinə yetirilmədiyi halda, iddia ərizəsi ilə 

məhkəməyə müraciət edir. 

Alıcı ona verilmiş əşyanın qiymətini ödəməməyə görə satıcı qarşısında məsuliyyət daşıyır. Belə ki, alıcı-

nın özünün əsas vəzifələrindən biri olan alınmış əşyanın əvəzini ödəmək vəzifəsini yerinə yetirməməsi satıcının 

müəyyən  tələblər  irəli  sürməsini  şərtləndirir.  Bu  tələbin  gerçəkləşdirilməməsi  müəyyən  hüquqi  nəticələrin 

ə

mələ gəlməsinə səbəb olur. Başqa sözlə desək, əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etmək-



dən imtina edirsə, belə halda satıcı iki alternativdən birini seçir:  

 əşyanın ödənilməsini tələb etmək



 müqavilənin icrasından imtina etmək

Alqı-satqı müqaviləsində satıcının alıcıya satılmış əşyanı bir neçə partiya (hissə-hissə) ilə verməsi qaydası 

nəzərdə tutula bilər. Belə halda ödəniş xüsusi qayda ilə həyata keçirilir ki, bu qayda MM-in 598.5-ci maddəsin-

də nəzərdə tutulmuşdur. Bu qayda alqı-satqı müqaviləsinin hüquqi tənzimlənməsində yeni qaydadır. Göstərilən 

həmin qaydanın mahiyyəti ondan ibarətdir ki, satıcının əşyaları partiyalarla verməyə borclu olduğu hallarda, o, 

ə

vvəl verilmiş əşyaların hamısının qiyməti tam ödənilənədək qalan digəəşyaların verilməsini dayandıra 

bilər. Satıcı belə halda müqavilənin icrasından imtina etmir, o, yalnız alıcıya verdiyi malların qiyməti tam 

həcmdə  ödənilənə  kimi  müqavilənin  icrasını  dayandırır.  Malın  verilməsinin  dayandırılması  barədə  satıcı 

alıcıya xəbər verməyə borcludur. 

Alqı-satqı müqaviləsi ilə hesablaşmanın (ödənişin) başqa qaydası da nəzərdə tutula bilər. Məsələn, hesablaş-

manın akkreditiv formasına keçilə bilər və ya qabaqjadan ödəniş qaydasının tətbiqi nəzərdə tutula bilər və s. 

2.3. Qabaqjadan ödəniş  

Qabaqjadan ödəniş əşyanın qiymətinin ödənilməsinin xüsusi qaydalarından biridir. Bu cür xüsusi qayda mü-



qavilənin ödəniş şərti kimi çıxış edir. Bununla bərabər, qabaqjadan ödəniş barədə qaydanın müəyyən edilməsi 

bu cür alqı-satqı müqaviləsinin alqı-satqının bir növü kimi fərqləndirilməsini şərtləndirmir. Ona görə ki, göstə-

rilən qayda tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər isə öz mülahizələrinə görə alqı-satqının istənilən nö-

vündə qabaqjadan ödəniş qaydasından istifadə etmək barədə razılığa gələ bilərlər. 

Qabaqjadan ödəniş qaydası tərəflərin razılığı ilə alqı-satqı müqaviləsinin ödəniş barədə şərti kimi müəyyən 

edilir. Ödənişin qeyri-sabit olduğu bir şəraitdə tərəflər bu şərti alqı-satqı müqaviləsinə daxil edirlər. Belə təsəv-

vür yaranır ki, qabaqjadan ödəniş barədə qayda müqavilə şərtidir. Ona hesablaşma formasının müəyyən edil-

məsi kimi baxmaq olmaz. Bu qaydanı həm də tərəflərin müəyyən etdiyi hesablaşma qaydası hesab etmə

olmaz. Qabaqjadan ödəniş barədə müqavilə şərti ödənişin müddəti barədə şərtdir. Bu şərt malın satıcıdan alıcı-

ya verilməsi müddətindən əvvəl gerçəkləşdirilir. 

Öz təbiətinə görə qabaqjadan ödəniş kommersiya kreditinin bir növüdür. Belə ki, kommersiya kreditinə 

görə müqavilə üzrə hər hansı qarşılıqlı öhdəlik vaxt və müddət etibarı ilə üst-üstə düşmür. Kommersiya krediti-

nə görə mal ya onun ödənişindən əvvəl verilir, ya da ki, ödəniş malın verilməsindən əvvəl həyata keçirilir. 

Beləliklə, alqı-satqı müqaviləsinə görə alıcının əşyanın qiymətini satışdan əvvəl tam və ya qismən ödə-



məsinə  qabaqjadan  ödəniş  deyilir.  Qabaqjadan  ödənişin  müddəti  alqı-satqı  müqaviləsində  nəzərdə  tutulur. 

Ə

gər müqavilədə belə müddət nəzərdə tutulmazsa, alıcı ödənişi ağlabatan müddətdə həyata keçirməyə borclu-



dur (MM-in 427.2-ci maddəsi).  

Alıcının əşyanın qiymətini qabaqjadan ödəmək vəzifəsini icra etməməsi müəyyən nəticələrə səbəb olur. Bu 

hal satıcıya ixtiyar verir ki, mümkün olan iki alternativdən birini seçsin (MM-in 441.2-ci maddəsi): 

 öhdəliyin icrasını, yəni əşyanın verilməsini dayandırmaq



 müqavilənin icrasından imtina edib, zərərin əvəzinin ödənilməsini tələb etmək

Ödəniş məbləğini qabaqjadan almış satıcı da əşyanı müəyyən edilmiş müddətdə vermək vəzifəsini icra etmə-

məyə görə məsuliyyət daşıyır. Bu hal alıcıya mümkün olan iki alternativdən birini seçməyə ixtiyar verir (MM-

in 599.3-cü maddəsi): 

 qiymətini ödədiyi əşyanın verilməsini tələb etmək



 əşya üçün qabaqjadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək

Satıcının qiyməti qabaqjadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etməməsi onun üçün həm də arzuolun-

maz digər nəticəyə səbəb ola bilər. Belə ki, satıcı əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya 



verildiyi  günədək  qabaqjadan  ödəniş  məbləğindən  faiz  ödəməyə  borcludur,  yəni  hər  gecikdirilən  gün 

üçün faiz hesablanır. Əgər alıcının tələbi ilə əşya üçün qabaqjadan ödənilən məbləği satıcı geri qaytararsa, be-

lə halda da satıcı faiz ödəyir. Göstərilən halda faiz qabaqjadan ödənişin həyata keçirildiyi gündən qabaqjadan 

ödəniş məbləğinin alıcıya qaytarıldığı günədək olan müddət üçün hesablanır (MM-in 599.4-cü maddəsi).  


 

477


Satıcı aldığı qabaqjadan ödəniş məbləğinə görə alıcıya faizlər ödəyə bilər. Bunun üçün zəruridir ki, bu barədə 

müqaviləyə şərt daxil edilsin. Belə halda faizlər satıcının alıcıdan qabaqjadan ödəniş məbləğini aldığı gündən he-

sablanır. 

2.4. Nisyə (kreditlə) satılmış əşyanın ödənilməsi 

Alıcı  əşyanı  satıcıdan  bilavasitə  təhvil  aldıqdan  sonra  da  ödəyə  bilər.  Bu  cür  ödənişdən  xüsusilə  malların 

nisyə (kreditlə) satışında istifadə edilir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət 

sonra  ödənilməsi  nəzərdə  tutularsa,  buna  əşyanın  nisyə  (kreditlə)  satışı  deyilir.  Belə  halda  həyata  keçirilən 

ödəniş isə nisyə (kreditlə) ödəniş adlanır. Əşyaların nisyə (kreditlə) satışı qabaqjadan ödəniş kimi kommersi-

ya kreditinin bir növüdür. Kommersiya kreditinin bu növü kommersiya kreditinin digər növü olan qabaqja-

dan ödənişdən onunla fərqlənir ki, burada mal alıcıya onun qiymətinin ödənilməsindən əvvəl verilir, yəni ödə-

niş mal alıcıya təhvil verildikdən sonra həyata keçirilir. Qeyd etdiyimiz kimi qabaqjadan ödəniş adlı kommersi-

ya kreditində isə ödəniş malın verilməsindən əvvəl yerinə yetirilir. 

Əş

yaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müd-



dət nəzərdə tutulmadıqda, qabaqjadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə 

öhdəliyi icra etməlidir (MM-in 427.2-ci maddəsi).  

Bazarda qiymətlərin dəyişməsi nisyə satılmış əşyanın qiymətinə təsir göstərmir. Belə ki, nisyə satılmış əşya-

nın qiyməti ödənilərkən satış günü qüvvədə olmuş qiymətlər nəzərə alınır, yəni bu qiymət əsasında əşya 

alıcıya satılır və bu qiymət sabit qalır, dəyişmir. Başqa sözlə desək, nisyə satılmış əşyaların qiymətinin sonra-

dan dəyişməsi (azalması və ya artması) yenidən hesablaşmaya səbəb olmur (MM-in 600.2-ci maddəsi).  

Bununla bərabər, bu məsələ barəsində tərəflər alqı-satqı müqaviləsində başqa qayda da nəzərdə tuta bilərlər. 

Satıcı  əşyanı  vermək  vəzifəsini  icra  etmədikdə  alıcı  iki  mümkün  olan  alternativdən  birini  seçir  (MM-in 

600.3-cü və 441-ci maddələri): 

 öhdəliyin icrasını dayandırmaq



 öhdəliyin icrasından imtina edib, zərərin əvəzinin ödənilməsini tələb etmək



Alıcının əşyanın nisyə satışı müqaviləsində əsas vəzifəsi əşyanı təhvil aldıqdan sonra onun qiymətini müqa-

vilədə nəzərdə tutulan müddətdə ödəməkdən ibarətdir. Əgər bu vəzifəni alıcı icra etməsə, satıcının ixtiyarı 

var ki, alıcıdan tələb etsin (MM-in 600.4-cü maddəsi): 

 verilmiş əşyanın ödənilməsini



 ödənilməmiş malın qaytarılmasını

Alıcının verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməməsi onun üçün 

digər  xoşagəlməz  nəticənin  yaranmasına  səbəb  olur.  Belə  ki,  o,  malın  müqaviləyə  görə  ödənilməli  olduğ

gündən ödənildiyi günədək faiz ödəməlidir. Faiz gecikdirilmiş məbləğ üzrə hesablanır. Bununla bərabər, tə-

rəflər razılığa gələ bilərlər ki, alıcı əşyanın verildiyi gündən başlayaraq satıcıya faiz ödəsin. Belə halda faizlər 

gecikdirilmiş məbləğə görə hesablanır. 

2.5. Əşyanın hissə-hissə ödənilməsi 

Əş

yanın hissə-hissə ödənilməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əşyanın nisyə satışının xüsusi halıdır



Əş

yanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər (MM-in 601.1-ci 

maddəsi). Bu cür müqaviləyə hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə deyilir. 

Bu müqavilədə müqavilənin predmeti ilə yanaşı, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məb-



ləğləri onun mühüm şərti hesab olunur. Bu, onun spesifik xüsusiyyətidir. Ona görə də həmin şərtlərin müqavi-

lədə  göstərilməsi  məcburi  olaraq  zəruri  və  vacibdir,  əks  təqdirdə,  bu,  müqavilənin  bağlanmamış  sayılmasını 

şə

rtləndirir. Müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əş-



yanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM-in 601.1-ci maddə-

si). Məsələn, müqavilədə göstərilir ki, alıcı qiyməti 1200 manat olan malın pulunu 1 il ərzində, hər ayın sonun-

da 100 manat ödəməklə verməlidir. Alıcı malın pulunu bir dəfədə yox, hissə-hissə aybaay və s. ödəməlidir. 

Hissə-hissə ödənmə şərti malın nisyə satılması haqqında müqavilənin xüsusi halı olduğuna görə bu iki mü-

qavilənin hüquqi tənzimlənməsinə analoji qaydalar tətbiq edilir.  

Göstərilən həmin qaydalar MM-in 600.2 - 600.5-ci maddələrində nəzərdə tutulmuşdur. 



2.6. Mülkiyyət hüququnun satıcıda saxlanması  

   şərti ilə alqı-satqı müqaviləsi  

Göstərilən müqavilə əşyaların nisyə (kreditlə) satışının digər xüsusi halıdır. Hissə-hissə ödəmə şərti ilə 

malın nisyə satılması haqqında müqavilədə mülkiyyət hüququnun satıcıda saxlanması barədə qayda (qeyd-şərt) 

nəzərdə tutula bilər (MM-in 606-jı maddəsi). Bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, satıcı alıcıya nisyə 



(kreditə)  mal  satır  və  o,  alıcı  tərəfindən  malın  qiyməti  tam  həcmdə  ödənilənədək  həmin  mal  üzərində 

mülkiyyət hüququnu özündə saxlayır. Belə halda alıcı satıcının nisyə verdiyi göstərilən həmin mal üzərində 

 

478


mülkiyyət hüququ qazanmır. Alıcı malın qiymətini tam ödəyənədək onun mülkiyyətçisi sayılmır. Malın mül-

kiyyətçisi onun əvəzi pul məbləği ilə tam ödənilənədək satıcı hesab edilir. Yalnız qəbul etdiyi (nisyə aldığı) əşya-

nın əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödədikdən sonra əşya üzərində mülkiyyət hüququ satıcı-

dan alıcıya keçir. Ona görə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmazsa, alıcı əşyanı ödədiyi andan onun mül-

kiyyətçisi olur. 

Alıcı mülkiyyət hüququ ona keçənə kimi malı özgəninkiləşdirmək ixtiyarına malik olmur. Onun mal üzə-

rində öz mülahizəsinə görə sərənjam vermək imkanı istisna edilir. Bu cür malın özgəninkiləşdirilməsi barədə 

alıcının bağladığı əqdlər qanunun tələblərinə zidd olduğu üçün etibarsız sayılır (MM-in 338-ci maddəsi). Bu-

nunla bərabər, alıcı iki halda malı özgəninkiləşdirə və ya onun üzərində sərənjam verə bilər: birincisi, əgər 

müqavilədə alıcıya malı özgəninkiləşdirmək barədə ixtiyar verilərsə; ikincisi, əşyanın təyinatından və xas-



sələrindən ayrı qayda irəli gələrsə. 

Alıcı müqavilədə nəzərdə tutulan müddətdə nisyə aldığı əşyanın qiymətini ödəməlidir. Bu vəzifənin yerinə ye-

tirilməməsinə,  habelə  ödənişin  gecikdirilməsinə  görə  o,  satıcı  qarşısında  məsuliyyət  daşıyır.  Belə  halda,  satıcı 

alıcıdan əşyanı ona qaytarmağı və müqaviləni ləğv etməyi tələb edə bilər (MM-in 606.1-ci maddəsi). Alqı-sat-

qı müqaviləsində alıcının ödənişin müddəti barəsində öz vəzifəsini yerinə yetirməməsinin başqa nəticələri də mü-

ə

yyən edilə bilər. 



Göründüyü kimi, müqaviləyə görə mala alıcının mülkiyyət hüququnun əmələ gəlməsi malın pulu ödənilənə 

kimi təxirə salınır. Odur ki, o, təxirəsalıcı şərtlə bağlanan müqavilədir. 



2.7. Alıcının müqavilənin lazımınja icra edilməməsi haqqında satıcıya bildiriş vermək vəzifəsi 

Alıcının müqavilənin lazımınja icra edilməməsi haqqında satıcıya bildiriş vermək vəzifəsi onun daşıdığı 

ə

lavə vəzifələrdən biridir. Köhnə 1964-cü il MM-dən fərqli olaraq alıcının göstərilən vəzifəsi yeni MM-də təzə 

haldır. Malın tələb olunan şərtlərə uyğun gəlməməsi haqqında alıcı tərəfindən satıcıya məlumat verilməsi qay-

dasının tənzimlənməsi 1980-ci il Vyana konvensiyasının 39-cu və 40-jı maddələrində nəzərdə tutulmuşdur ki, 

bu, MM-in müəyyən etdiyi qaydaların eynidir. 

Alqı-satqı müqaviləsində nəzərdə tutulan şərtlər satıcı tərəfindən bu və ya digər səbəblərə görə pozulur. Bu 

şə

rtlər pozulduqda alıcının satıcıya müxtəlif cür pretenziyalar irəli sürmək, tələblər vermək hüququ və ixtiyarı 



yaranır. Alıcı tərəfindən satıcıya tələb irəli sürmək və pretenziya vermək üçün zəruridir ki, o, alqı-satqı mü-

qaviləsinin lazımınja icra edilməməsi haqqında satıcıya bildiriş (məlumat) versin.  

Belə bildirişin verilməsi üçün müddət müqavilə ilə müəyyən edilir. Bu cür müddət müqavilədə nəzərdə tu-

tulmadıqda, alıcı ağlabatan müddətdə bildiriş verməlidir. Ağlabatan müddətin axımı müqavilənin müvafiq 

şə

rtlərinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan başlayır.  



Alıcının satıcıya bildiriş verməsini şərtləndirən müqavilə pozuntularının dairəsi kifayət qədər genişdir. Gös-

tərilən pozuntuların dairəsi MM-in 595.1-ci maddəsində nəzərdə tutulmuşdur: 

 müqavilənin miqdar haqqında şərti; 



 müqavilənin çeşid haqqında şərti; 

 müqavilənin keyfiyyət haqqında şərti; 



 müqavilənin komplektlik haqqında şərti. 

 müqavilənin tara və (və ya) qab haqqında şərtləri. 



Bildirişdə mal haqqında müqavilə şərtlərinin pozulması barədə məlumat verilir. Alıcı bildirişə müqavilə po-

zuntusuna görə satıcıya irəli sürdüyü tələbi də daxil etməlidir.  

Qanunda bildirişin hansı formada - şifahi və ya yazılı formada verilməsi barədə göstəriş ifadə edilməmişdir. 

Yazılı  formada  bildirişin  verilməsi  daha  məqsədəuyğun  və  üstünlüyə  malik  olan  formadır.  Bu  onunla  izah 

edilir  ki,  müəyyən  hüquqi  nəticənin  əmələ  gəlməsi  bildirişlə  bağlı  olur.  Eyni  zamanda  həm  də  yazılı  forma 

satıcıya bildirişin göndərilməsini sübut edir. 

Bildiriş barədə tələblərə alıcı tərəfindən riayət edilməməsi satıcıya ixtiyar verir ki, alıcının aşağıdakı tələb-



lərini ödəməkdən tamamilə və ya qismən imtina etsin (MM-in 595.2-ci maddəsi):  

 alıcının ona çatışmayan miqdarda əşya verilməsi barədə tələbini; 



 keyfiyyət və ya çeşid haqqında müqavilə şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsi barədə tələbi-

ni; 



 əşyanın qüsurlarının aradan qaldırılması barədə tələbini; 



 komplektinin tamamlanması barədə tələbini; 

 komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsi barədə tələbini



 əşyanın qabına və (və ya) tarasına aid tələbini və ya qeyri-münasib taranın (qabın) dəyişdirilməsinə dair 

tələbini. 


 

479


3. Əşyanı sığortalamaq vəzifəsi 

Alıcının əlavə vəzifələrindən biri alqı-satqı müqaviləsinin predmeti olan əşyanı sığortalamaqdan ibarət-

dir. Bu vəzifə həm də tərəflərin razılığı ilə satıcıya həvalə edilə bilər. Alqı-satqı müqaviləsində satıcının və ya 

alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər (MM-in 602.1-ci maddəsi).  

Satılan əşya itmək, xarab olmaq və ya zədələnmək riskinə görə sığortalana bilər. Müqavilədə əşyanı konkret 

olaraq kimin – alıcının və ya satıcının sığortalaması göstərilməlidir. Əgər əşyanı sığortalamaq vəzifəsi alıcıya 

həvalə edilərsə, o, sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayır. Satıcı belə halda alıcıya müqavilə bağlamaq 

üçün mal haqqında gərəkli və zəruri olan bütün məlumatları verməyə borcludur. 

Müqavilənin predmeti olan malın sığortalanması sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla əmlakın sı-

ğ

ortalanması qaydaları əsasında həyata keçirilir. Sığorta müqaviləsi bağlanarkən «Sığorta haqqında» AR Qanunu-



nun, MM-in və Dövlət Sığorta Şirkətinin müvafiq təlimatlarının göstərişləri əsas tutulur. 

Alıcının (və ya satıcının) əşyanı ğortalamaması müəyyən hüquqi nəticələrə səbəb olur. Əgər alıcı (və ya 

satıcı) sığortanı həyata keçirməsə, satıcı (və ya alıcı) əşyanı sığorta etdirə bilər. Belə olduqda satıcının (və ya 

alıcının) ixtiyarı var ki, iki alternativdən birini seçsin: 

 ğortaya çəkdiyi xərclərin əvəzini ödəməyi alıcıdan (və ya satıcıdan) tələb etməyi



 müqavilənin icrasından imtina etməyi. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Braqinskiy M. ., Vitrənskiy V.V. Doqovornoe pravo. Obhie poloceniə. M., 1997. Ql.3-8. 

Vitrənskiy V.V. Doqovorı kupli-prodaci, menı, arendı, bezvozmezdnoqo polğzovaniə, perevozki, transport-

noy gkspediüii. Rasçetı. M., 1996. 



Vitrənskiy V.V. Doqovor kupli-prodaci i eqo otdelğnıe vidı. M., 1999. 

Qracdanskiy kodeks Rossiyskoy Federaüii. Çastğ vtoraə. Tekst, kommentarii, alfavitno-predmetnıy ukaza-

telğ. M., 1996. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 /Pod red. A.Q.Kalpina. M., 1999. 



Qribanov V.P. Doqovor kupli-prodaci po sovetskomu qracdanskomu pravu. M., 1956. 

Qracdanskoe pravo. Kurs leküiy. Çastğ 2. Obəzatelğstvennoe pravo / Pod red. O.N.Sadikova. M., (ql.30). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 /Pod red. E.A.Suxanova. M., 1999 (ql.31). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2. /Pod red. A.P.Serqeeva, Ö.K.Tolstoqo. M., 1997 (ql.30).  

Kommentariy k  Qracdanskomu Kodeksu Rossiyskoy  Federaüii, çasti vtoroy / Otv. red. O.N.Sadikov. M., 

1999. (ql.30). 

Venskaə konvenüiə o doqovorax mecdunarodnoy kupli-prodaci tovarov. Kommentariy. M., 1994. 

Tınelğ A., Funk Ə., Xvaley V. Kurs mecdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk. 2000 (ql.6). 

II FƏS L 

HEYVANLARIN, QUŞLARIN VƏ BALIQLARIN  

ALQI-SATQI MÜQAV LƏS  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə