MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə76/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   72   73   74   75   76   77   78   79   ...   91
§ 1. Heyvanların, quşların və balıqların 

alqı-satqı müqaviləsinin anlayışı, 

 xüsusiyyətləri və elementləri 

1. Müqavilənin anlayışı 

Nəzərdə  tutulan  müqavilə  alqı-satqının  xüsusi  xarakterli  növlərindən  biridir.  Belə  ki,  göstərilən  müqavilə 

spesifik predmet tərkibinə (heyvanlar, quşlar və balıqlar) malikdir. Bu müqavilə növü ilk dəfədir ki, Azərbayjan 

Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulur. Göstərilən həmin müqavilə bir çox qabaqjıl ölkələrin 

qanunvericiliyinə (məsələn, Hollandiyanın və s.) məlumdur. Hollandiyanın MM-in 1992-ci ildə qüvvəyə minən 

7-ci kitabının 1-ci bölməsi alqı-satqı müqaviləsini, onun ayrı-ayrı növlərini (o cümlədən, heyvanların, quşların 

və balıqların alqı-satqı müqaviləsini) tənzimləyir. 

Heyvanların, quşların və balıqların alqı-satqı müqaviləsi MM-in 29-cu fəslinin 2-ci paraqrafına daxil olan 



normalarla (608-613-cü maddələrlə) tənzimlənir. Bu müqavilə ilə əlaqədar olan münasibətlərə həm də əşya-

ların alqı-satqısı haqqında ümumi müddəalar (29-cu fəslin 1-ci paraqrafına daxil olan normalar) tətbiq edilir. 



Heyvanların, quşların və balıqların alqı-satqı müqaviləsinə görə satıcı heyvanı, quşu və balığı alıcının 

mülkiyyətinə verməyi, alıcı isə onları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi 

öhdəsinə götürür. Bu müqavilə öz hüquqi təbiətinə görə konsensual, əvəzli və ikitərəfli (qarşılıqlı) müqavilə-

dir. 


Müqavilənin  hüquqi  məqsədi  heyvanlar,  quşlar  və  balıqlar  üzərində  mülkiyyət  hüququnun  satıcıdan 

alıcıya keçirilməsindən ibarətdir. Müqavilənin sosial-iqtisadi məqsədi isə müxtəlif ola bilər: damazlıq məqsə-

di ilə heyvanların əldə edilməsi; jıdır idman növündə iştirak etmək üçün (idman məqsədi üçün) at almaq; yük 



 

480


daşıma və qoşqu məqsədi ilə heyvan almaq; yeyinti (ərzaq) məhsulları əldə etmək üçün heyvanların kəsilmək 

məqsədi ilə alınması; xəz dərisindən istifadə etmək məqsədi ilə heyvanların əldə edilməsi və s. Xüsusilə hey-

van, quş və balıq əti zülallarla zəngin, yüksək kaloriliyə malik olan qida və ət məhsulu kimi mühüm əhəmiyyətə 

malikdir. Bundan əlavə, heyvanlardan sirkdə nümayiş etdirmək və heyvanxanalarda saxlayıb tamaşaçılara gös-

tərmək məqsədləri üçün də istifadə olunur. 

2. Müqavilənin elementləri 

Müqavilədə iki subyekt (tərəf) iştirak edir: heyvan, quş və balıq satıcısı; heyvan, quş və balıq alıcısı. Mül-



ki hüququn istənilən subyekti bu müqavilədə tərəf rolunda çıxış edə bilər. Qanun həmin müqavilənin iştirak-

çıları  barədə  hər  hansı  xüsusi  tələb  müəyyən  etmir.  Dövlətin  bu  müqavilədə  iştirak  etməsi  istisna  olunmur. 

Dövlət  ərzaq  məhsulu  kimi  ətlik  məqsədi  ilə  vətəndaşlardan  mal-qara  ala  bilər,  habelə  heyvanxanalar  üçün 

müxtəlif cür heyvanlar əldə edə bilər və s. 



Müqavilənin qiyməti haqqında MM hər hansı bir xüsusi qayda nəzərdə tutmur. Tərəflər satılan heyvan, quş 

və balıqların qiymətini öz razılıqları əsasında müəyyən edirlər. 



Müqavilənin forması barəsində də MM hər hansı bir xüsusi tələb nəzərdə tutmur. Ona görə də bu müqavi-

lənin forması haqqında əqdlərin forması barədə qanunun müəyyən etdiyi qayalar tətbiq edilir (MM-in 329-334-

cü maddələri). Bu qaydaya müvafiq olaraq, tərəflərin qarşılıqlı razılığı ilə heyvanların (quşların, balıqların) al-

qı-satqı müqaviləsi həşifahi, həm də sadə yazılı formada bağlanır. Tərəflərdən hər hansı birinin tələbi ilə 

yox, yalnız onların qarşılıqlı razılığı ilə müqavilə notarial qaydasında təsdiqlənə bilər (MM-in 329.1-ci mad-

dəsi). 


3. Müqavilənin predmeti 

Heyvanların (quşların, balıqların) alqı-satqı müqaviləsinin predmeti müqavilənin mühüm şərti hesab edilir. 

Müqavilənin predmeti rolunda heyvanlar, quşlar və balıqlar çıxış edir. 

Heyvanlar həm geniş mənada, həm də məhdud mənada başa düşülür. Geniş mənada heyvanlar dedikdə bü-

töv heyvanlar aləmi anlaşılır. Heyvanlar aləmi isə çox müxtəlif və zəngindir. Alimlərin axırınjı illərdə gəldikləri 

nəticəyə görə planetimizdə yaşayan heyvan növlərinin sayı iki milyondan çoxdur. Geniş mənada heyvanlar alə-

mi özündə məməlilər sinfinə aid olan heyvanları, quşları və balıqları, sürünənləri və digər heyvanları birləşdirir. 

Məhdud mənada heyvanlar dedikdə təbiət və insanlar üçün  faydalı olan, əsasən məməlilər sinfinə şamil 

edilən heyvanlar başa düşülür. Bu cür heyvanlar iki yerə ayrılır: ev heyvanları; ov heyvanları. Ev heyvanları-



nın çoxu məməlilər sinfinə daxildir. Qaramal, qoyun, keçi, at, dəvə, donuz, it, pişik dünyada geniş yayılmış ev 

heyvanlarıdır. Bunların çoxunu insanlar eramızdan əvvəl əhliləşdirmişlər. 

Xalq təsərrüfatının ilkin sahələrindən olan heyvandarlığın inkişafı ev heyvanları ilə əlaqədardır. Qaramal 

(inək, zebu, jamış) ətlik, südlük və qoşqu heyvanı kimi saxlanılır. Azərbayjanda Kiçik Qafqaz, Böyük Qafqaz, 

Qırmızı Qazax və digər yerli inək cinsləri geniş yayılmışdır. Lerik, Astara və Lənkəran rayonlarında zebu sax-

lanır.  Azərbayjanın  dağətəyi  və  aran  rayonlarında  jamışçılıq  da  geniş  yayılmışdır.  Jamışın  südü  çox  yağlı 

(7,5%), yük daşıma keyfiyyəti yüksəkdir. 



Qoyunçuluq nisbətən daha geniş yayılmışdır. Azərbayjanda qoyunçuluq heyvandarlığın əsasını təşkil edir. 

Qarabağ (Qarabağ ərazisində), Şirvan (Şirvan bölgəsində), ləzgi (Böyük Qafqazın yamajlarında yerləşən rayon-

larda), bozaq (Yevlaxdan qərbə tərəf yerləşən rayonlarda), karo (Lənkəran zonasında), balbas və məzək (Naxçı-

vanda) və s. yerli qoyun cinsləri yayılmışdır. Dağ merinosu zərif yunlu qoyun cinsidir. O, Gədəbəy və başqa 

dağlıq rayonlarda saxlanır. Azərbayjanda olan keçi cinsləri südçülük istiqamətində yetişdirilmişdir, onların əti, 

yunu, gönü ikinci dərəcəlidir. 

Azərbayjanın yerli at cinsləri minik atlarıdır. Atdan həm də yük daşıma və jıdır meydanlarında yarış məq-

sədləri üçün də istifadə edilir. Qazaxda diliboz at cinsi yaradılıbdır. Ona Qazax cinsi deyilir. Quba bölgəsində 

Quba atı yetişdirilibdir. Azərbayjana ingilis, ərəb, türkmən və s. at cinslərinin gətirilməsi yeni cinslərin əmələ 

gəlməsinə səbəb olmuşdur. 



Donuzçuluq Azərbayjanda çox da geniş yayılmış təsərrüfat sahəsi hesab edilmir. Bu təsərrüfat sahəsi Avro-

pa ölkələrində və digər yerlərdə geniş yayılmışdır.  

Ulaq (eşşək) və qatırdan dünyanın çox yerlərində istifadə edilir. Azərbayjanda da bu heyvanlardan istifadə 

edilməsi hallarına rast gəlirik. Kənd yerlərində ondan qoşqu və yük daşımaq məqsədilə istifadə edilir. 

Azərbayjanda dəvədən də istifadə edilir. Dəvə əsasən yük heyvanıdır. Dəvə belində 300-320 kq yükü rahat 

aparır. Lakin dəvənin faydası bununla qurtarmır. Belə ki, dəvənin əti yeməli, südü çox yağlı, yunu isə yüksək 

keyfiyyətlidir.  

t və pişik kimi ev heyvanları da alqı-satqı müqaviləsinin predmeti kimi çıxış edir. Azərbayjanda pişik sax-

lamaq çox da dəb deyil.  tin isə əsasən gözətçi cinsləri, yəni həyət itləri və çoban itləri saxlanılır. Dövlət işlərin-

də xidməti itlərdən geniş istifadə edilir. 


 

481


t bizim eradan 15 min il əvvəl bütün heyvanlardan qabaq əhliləşdirilmişdir. Ev itlərinin əjdadı janavar, bəzi 

yerdə isə çaqqal olmuşdur.  tin yüzlərlə cinsi vardır. Pişik isə ilk dəfə Şərq ölkələrində əhliləşdirilmişdir. 



Ov heyvanları da alqı-satqı müqaviləsinin predmeti qismində çıxış edə bilər. Hələ qədimdən heyvanlar ov-

lanıb istifadə olunur. Onların dərisindən də istifadə edilir. Ölkəmizdə ov heyvanlarının bir çox növlərinin təbii 

ehtiyatı  azaldığı  üçün  ovlanması  müvəqqəti  dayandırılmışdır.  Söhbət  Xəzər  suitisi,  maral,  cüyür,  jeyran,  dağ 

qoyunu, tur, dağ keçisi, qarapaça, boz ayı və digər heyvanlardan gedir. Bu kimi ov heyvanları alqı-satqı mü-



qaviləsinin predmeti kimi çıxış edə bilməz. Xəz dərisindən istifadə etmək üçün samur, suiti, norka, sinjab, də-

lə, tülkü, çaqqal, janavar, qunduz və s. ovlanır. Bəzək-estetik məqsədlər üçün qəfəsdə saxlanan heyvanlar 

Avropa ölkələrinə nisbətən Azərbayjanda azdır. 

Quşlar da alqı-satqı müqaviləsinin predmeti ola bilər. Təxmini hesablamalara görə dünyada yüz milyard 

başa qədər quş yaşayır və onlar doqquz min növə daxildir. Quşlar da ev quşları və ov quşları adlı iki yerə ay-

rılır. Ev quşları əsasında quşçuluq inkişaf edir. Quşçuluq heyvandarlığın çox əlverişli və xeyirli sahəsidir. Bu 

elə bir sahədir ki, o, az vaxtda çoxlu miqdarda və yüksək keyfiyyətli ərzaq məhsulları verməyə qadirdir, Quş 

ə

tinin dadı yaxşı, qidalılığı yüksəkdir, tez və rahat həzm olunur. Ona görə pəhriz xörəklərinin çoxunu və uşaq 



xörəklərini hazırlamaq üçün quş əti əlverişlidir. Toyuq yumurtaları çox vacib ərzaq məhsuludur. Yumurtadan 

yeyinti sənayesində geniş istifadə olunur. Quş əti və yumurta hətta müalijəvi əhəmiyyətə malikdir, bəzi dərman-

ların hazırlanmasında  yumurtadan istifadə olunur. Lələkdən yorğan, balış və döşək düzəldilir. Dünyada geniş 

istifadə edilən əsas ev quşları toyuq, qaz, ördək, hind toyuğu, tovuz quşu və göyərçinlərdir. Bundan əlavə, bə-

zək quşu olan bülbül, tutuquşu və başqaları ev quşu kimi bəslənib saxlanır. Biz tez-tez bu cür quşların alınıb-sa-

tılmasının şahidi oluruq. 



Ov quşları da alqı-satqı müqaviləsinin predmeti ola bilər. Keçmişdə quşların demək olar ki, hamısı ov quşu 

hesab edilirdi. 1950-ci illərdən sonra Azərbayjanda ov quşlarının tədarük edilməsi aradan götürüldü. Ovçuluqda 

qayda-qanun yaradıldı.  cazəli quş ovlanmasının vaxtı, yeri, qaydası və miqdarı müəyyənləşdirildi. Ov məhsulları 

satmaq qadağan edildi. Hər kəs ovladığı quşu yalnız özü istifadə edə bilər. Təbii ehtiyatı azalmış quşların ovlan-

ması dayandırıldı. 

Hazırda Azərbayjanın əsas ov quşları bir neçə növ ördək, qaz, qaşqaldaq, cüllüt, kəklik, bildirçin və qır-

ğ

ıdır. Biz tez-tez bazarlarda bu cür ov quşlarının satıldığının şahidi oluruq.  

Balıqların təsərrüfat əhəmiyyətinə malik olması onun alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etmə-

sini şərtləndirir. Hazırda dünya əhalisinin heyvani zülala olan ehtiyajının 35-40%-nə qədərini balıq məhsulları 

təşkil edir. Bu məhsullar konserv, dondurulmuş, duzlanmış, ədviyyatlı və hisə verilmiş halda emal olunur. Balıq 

yağı çox faydalı məhsuldur. Bəzi balıqların dərisi qalantereya sənayesi üçün xammal mənbəyi ola bilər. Nəha-

yət, balıq məhsulları yüksək keyfiyyətli ərzaqdır. Balıq ətinin tərkibində fosfor maddələri çoxdur ki, bu maddə-

lərin zehni əmək adamları üçün vacib əhəmiyyəti vardır. Balıq estetik əhəmiyyətə də malikdir. Min cür al-əlvan 

rəngli, zahirən çox gözəl görünən akvarium balıqları mənzil-məişətin bəzəyidir. Həvəskar balıqçılıq, hər şeydən 

ə

vvəl,  əsəb  xəstəliklərinin  müalijəsində  müəyyən  əhəmiyyətə  malikdir.  Balıq  kürüsü  yüksək  keyfiyyətli  qida 



məhsuludur. Bakı bazarlarında nərə, siyənək, çəki və digər balıq növlərinin tez-tez satılmasını görürük.  

Balıq ehtiyatının qorunması ilə əlaqədar qanunsuz tutulan hər bir balıq üçün jərimə müəyyən edilmişdir.  

Beləliklə, heyvanlar, quşlar və balıqlar insanın həyatında böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanla-

rın ətindən, dərisindən, sümüyündən istifadə edirdilər. Zaman keçdikjə insanlar tədrijən müxtəlif heyvanları əh-

liləşdirmiş və onlardan  maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq və s. təsərrüfatlar  yaratmışlar.  Bu təsərrüfat 

cəmiyyəti yeyinti məhsulları və yüngül sənaye xammalı ilə təmin edir. 

nsan üçün heyvanların, quşların və balıqların əhəmiyyəti böyük və çoxcəhətlidir. Onların ətindən, xəz dəri-

sindən,  piyindən,  daxili  orqanlarından  ərzaq,  sürtmə  yağı,  ətriyyat  maddələri,  müalijə-profilaktika  dərmanları 

alınır. Heyvanların, quşların və balıqların istehlakçılara çatdırılmasında alqı-satqı müqaviləsi hüquqi forma 

rolunu oynayır. Lakin elə heyvan növləri vardır ki, onlar alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Azər-

bayjanın Qırmızı kitabına daxil edilmiş heyvanlar bu cür heyvanlardan hesab edilir. Məsələn, ilan balığı Qırmı-

zı kitaba daxil edilib. 

§ 2. Müqavilənin məzmunu 

1. Satıcının vəzifələri 

Heyvanların, quşların və balıqların alqı-satqısı müqaviləsinin məzmunu tərəflərin hüquq və vəzifələrində



ibarətdir. Heyvan, quş və balıq satıcısının əsas vəzifəsi heyvan, quş və balıqları başlıja qüsur olmadan 

alıcıya verməkdən ibarətdir (MM-in 609.1-ci maddəsi). Başlıja qüsurlar dedikdə heyvanlarda müəyyən xəs-

təliklərin olması başa düşülür. Qanun faydalı, damazlıq və yaxud yeyinti məhsulları əldə etmək məqsədi ilə kə-

silmək üçün heyvanlar (jıdır və yük heyvanları, qaramal, qoyunlar və keçilər və s.) satıldığı halda onun başlıja 

qüsurlara malik olmasını şərtləndirən xəstəliklərin dairəsini müəyyən edir (MM-in 609.2-ci və 609.3-cü maddə-



 

482


ləri). Məsələn, manqo, vərəm, qotur, qızıl yel, ümumi hidropos, trixin kimi xəstəliklər satılan heyvanlarda 

başlıja qüsurlar olmasına dəlalət edən xəstəliklərdir

Göründüyü kimi jıdır və yük heyvanları, qaramal, qoyunlar, keçilər və donuzlar, yəni damazlıq və yaxud ye-

yinti məhsulları əldə etmək üçün kəsilmək məqsədi ilə bu cür heyvanlar satılarkən xəstəliklərin dairəsi Mülki Mə-

jəllədə nəzərdə tutulur. Yerdə qalan digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıja qüsurlar müvafiq icra 



hakimiyyəti orqanının (AR Kənd Təsərrüfatı Nazirliyinin) normativ-hüquqi aktları ilə müəyyən edilir. Əgər 

müvafiq aktlar olmasa, onda heyvanlar satılarkən başlıja qüsurlar müqavilədə nəzərdə tutulur. 

Heyvan, quş və balıq satıcısı satdığı heyvanları başlıja qüsurlar olmadan alıcıya vermək vəzifəsini yerinə 

yetirməməyə görə məsuliyyət daşıyır. Özü də satıcının məsuliyyəti yalnız başlıja qüsurların konkret müddət-

lər ərzində aşkara çıxması halı ilə şərtlənir. Başqa sözlə desək, başlıja qüsurlar yalnız konkret müddətlər ərzində 

müəyyən edildiyi hallarda, satıcı mülki-hüquqi məsuliyyətə cəlb edilir. Göstərilən həmin müddətlər qarantiya 

müddətləri adlanır. Qarantiya müddətləri odur ki, bu müddət ərzində satılan heyvan, quş və balıqlarda başlıja 

qüsurların olmamasına təminat verilir və həmin müddət ərzində bu cür qüsurlar aşkara çıxarsa, satıcı məsuliy-

yətə cəlb edilir. 

Qanun  qarantiya  müddətlərini  hər  bir  başlıja  qüsura  (xəstəliyə)  görə  dəqiq  olaraq  müəyyən  edir  (MM-in 

609.2-ci və 609.3-cü maddələri). Məsələn, yeyinti məhsulları əldə etmək məqsədi ilə kəsilmək üçün alınan qo-

yunlar və keçilər ümumi hidropos xəstəliyinə görə, qaramal isə heyvanın çəkisinin yarıdan çoxunu insanın qi-

dalanması  üçün  yararsız  etmiş  vərəm  xəstəliyinə  görə  14  günlük  qarantiya  müddəti  ilə  satılır.  Əgər  14  gün 

müddəti ərzində həmin xəstəliklər aşkara çıxırsa, satıcı məsuliyyət daşıyır. 

Heyvan, quş və balıq satıcısı alıcı ilə qarantiya müddətlərinin uzadılması və ya qısaldılması barədə öz 

aralarında razılığa gələ bilərlər. Lakin bu razılığın hökmən yazılı formada ifadə olunması tələb olunur.  

Qarantiya müddəti heyvanın, quşun və balığın təsadüfən məhv olması riskinin satıcıdan alıcıya keçdiyi gü-



nün sonundan başlayaraq hesablanır. Risk isə satıcının heyvanı, quşu və balığı alıcıya vermək vəzifəsini icra 

etmiş sayıldığı andan, yəni onları alıcıya təhvil verdiyi məqamdan alıcıya keçir. Satıcı riskin alıcıya keçdiyi ana 

qədər mövcud olan qüsurlara görə məsuliyyət daşıyır. Bu hal isə qanunun nəzərdə tutduğu heyvan, quş və ba-

lıq satıcısının təqsiri prezumpsiyası barədə qayda ilə müəyyən edilir (MM-in 611-ci maddəsi). Həmin qay-

daya görə qarantiya müddəti ərzində hər hansı başlıja qüsurun aşkar edilməsi bu qüsurun riskin alıcıya keçməsi 

anına qədər mövcud olmasını ifadə edir. Yəni bu qüsur alıcının yox, satıcının təqsiri üzündən yarandığına görə 

satıcı da həmin qüsura görə javab verməyə borcludur. Başqa sözlə desək, təqsir prezumpsiyasına görə, qaranti-

ya müddəti ərzində aşkar edilmiş hər hansı başlıja qüsura görə satıcı təqsirli bilinir. 

Satıcının heyvanı, quşu və balığı başlıja qüsurlarla verməsi alıcıya ixtiyar verir ki, o, müqavilənin ləğvini 



tələb etsin. Alıcı bu cür hallarda başlıja qüsur aşkar edilmiş heyvanın, quşun və balığın qiymətinin azaldılma-

sını tələb edə bilməz. Beləliklə, göstərilən vəziyyətdə müqavilə ləğv edilir, heyvan satıcıya verilir, satıcı isə al-

ğı pul məbləğini alıcıya qaytarır və ona dəymiş zərərin əvəzini ödəyir. Alıcı başqa variantdan da istifadə 

edə bilər. Belə ki, o, müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alarkən başlıja qüsurlar müəyyən et-

dikdə müqavilənin ləğv edilməsini tələb etmir. Alıcı müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balı-

ğ

ın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan (quş, balıq) verilməsini tələb edir (MM-in 612.2-ci maddə-



si).  

Elə də məqamlar olur ki, alıcı xəstəlik (başlıja qüsur) aşkar edilmiş heyvanı, quşu və ya balığı özünün javab-

deh olmadığı hallarla bağlı olaraq satıcıya qaytara bilmir. Alıcı heyvanı başqasına satdığı və yaxud heyvanın tə-

ləf olduğu, xəstələndiyi və ya kəsildiyi hallarda da onu satıcıya qaytara bilmir. Bu kimi hallarda da onun müqa-

vilənin ləğvini tələb etmək hüququ vardır. Heyvan, quş və ya balıq kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə 

dəyərini ödəyir (MM-in 612.1.1-ci maddəsi). 

Müqavilə ləğv edildiyi halda satıcı təkjə alıcının ödədiyi pul məbləğini qaytarmır və dəymiş zərərin əvəzini 

ödəmir, həm də müvafiq xərcləri ödəyir. Belə ki, alıcı heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müa-

yinələrinə və qulluğuna, məjburən öldürülməsinə və uzaqlaşdırılmasına xərclər çəkə bilər. Satıcının vəzifəsidir 

ki, həmin xərclərin əvəzini ödəsin (MM-in 612.1.3-cü maddəsi). 



2. Alıcının vəzifəsi 

Alıcının əsas vəzifəsi aldığı heyvanın, quşun və balığın qiymətini ödəməkdən ibarətdir. Bununla bərabər, 

nəzərdə tutulan müqavilə üzrə alıcının vəzifəsidir ki, o, başlıja qüsur barəsində satıcıya məlumat versin və 

ya bu barədə ona bildiriş göndərsin (MM-in 613.1-ci maddəsi). 

Alıcı heyvanda, quşda və balıqda başlıja qüsur aşkar etdiyi hallarda qarantiya müddəti qurtardıqdan sonra 



üç gündən gej olmayaraq məlumat (bildiriş) vermək vəzifəsini yerinə yetirməlidir. Heyvan, quş və ya balıq 

həmin müddət bitənədək tələf ola və ya kəsilə bilər. Belə halda alıcı özünün məlumat (bildiriş) vermək vəzifəsi-

ni heyvanın, quşun və ya balığın kəsilməsindən və ya tələf olmasından dərhal sonra yerinə yetirir. 


 

483


Alıcının göstərilən vəzifəni, yəni başlıja qüsur barəsində bildiriş (məlumat) vermək vəzifəsini icra etməməsi 

onun  üçün  xoşagəlməz  və  arzuolunmaz  nəticələrə  səbəb  olur.  Belə  ki,  həmin  vəzifənin  yerinə  yetirilməməsi 

alıcını baş

lıja qüsurla əlaqədar ona mənsub olan hər hansı hüquqdan məhrum edir. Alıcı bu kimi halda 

müqavilənin ləğv edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini və yaxud heyvanın, quşun və balı-

ğ

ın başqa cinslə dəyişdirilməsini tələb edə bilməz. Yalnız bir halda alıcının bildiriş (məlumat) verməməsi onu 



başlıja qüsur ilə bağlı satıcıya tələb irəli sürmək hüququndan məhrum etmir. Bu, satıcının başlıja qüsur barəsin-

də qəsdən susaraq onu gizli saxlaması halından ibarətdir. Əgər satıcı başlıja qüsur barəsində qəsdən susmuşdur-

sa, alıcı bu qüsur barəsində satıcıya məlumat (bildiriş) verib-verməməsindən asılı olmayaraq satıcıya tələb irəli 

sürmək ixtiyarına malikdir. 

Bəzən də elə olur ki, alıcı başlıja qüsur barəsində satıcıya məlumat vermir və ya ona bu barədə bildiriş gön-

dərmir. Alıcı sadəjə olaraq satıcıya başlıja qüsurla əlaqədar iddia irəli sürür. Bu hal alıcını başlıja qüsur əsa-

sında ona məxsus olan hüquqlardan məhrum etmir. Belə çıxır ki, satıcıya başlıja qüsur barəsində məlumat ver-

mək və ya ona bu barədə bildiriş göndərmək satıcıya qarşı iddia irəli sürməyə bərabər tutulur.  

Qarantiya müddəti qurtardıqdan yalnız iki ay ərzində müqaviləni ləğv etmək, heyvanı (balığı, quşu) dəyiş-

dirmək və ya zərərin əvəzini ödəmək hüququ gerçəkləşdirilə bilər. Bu müddətin ötməsi və keçməsi ilə həmin 

hüquqların həyata keçirilməsi mümkün olmur. Belə ki, qarantiya müddəti qurtardıqdan iki ay sonra müd-

dətin keçməsinə görə həmin hüquqlar qüvvədən düşür (MM-in 613.2-ci maddəsi). 

TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Osnovnıe  institutı  qracdanskoqo  prava  zarubecnıx  stran.  Sravnitelğno-pravovoe  issledovanie  /  Pod  red 



V.V.Zalesskoqo. M., 1999. 

Qracdanskoe i torqovoe pravo kapitalistiçeskix qosudarstv / Pod red. E.A.Vasilğeva. M., 1993. 

Qracdanskiy kodeks Niderlandov /Perevod M.Ferştmana. Leyden. 1996. 

III FƏS L 

PƏRAKƏNDƏ ALQI-SATQI MÜQAV LƏS  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə