MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə77/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   73   74   75   76   77   78   79   80   ...   91
§ 1. Pərakəndə alqı-satqı müqaviləsinin anlayışı, 

ə

həmiyyəti, tətbiq sferası və əsas xüsusiyyətləri  



1. Pərakəndə alqı-satqı müqaviləsinin anlayışı 

və əsas xüsusiyyətləri 

ş

ləmək,  fəaliyyət göstərmək, bir sözlə, həyatda yaşamaq üçün hər gün bizə müxtəlif cür ərzaq məhsulları, 



geyim şeyləri, paltar, ayaqqabı, məişət əşyaları (televizor, soyuducu və s.), ev avadanlıqları (mebel, stul və s.) 

və digər əşyalar almaq gərəkdir. Bu əşyaları əldə etmək üçün biz bazara, dükana, mağazaya gedirik və onlarla 

münasibətə giririk. Göstərilən bu cür münasibətlər pərakəndə alqı-satqı müqaviləsi vasitəsi ilə rəsmiləşdirilir. 

Müxtəlif ərzaq məhsullarını, geyim şeylərini, məişət əşyalarını, ev avadanlıqlarını və məişətdə istifadə etdiyi-

miz digər əşyaları əldə etdiyimizə görə, ümumiyyətlə, həyatda yaşamağımızı və mövcud olmağımızı təmin etdi-

yinə görə biz, necə deyərlər, pərakəndə alqı-satqı müqaviləsinə  «borclu»  və  «minnətdar» olmalıyıq. Təsadüfi 

deyildir ki, dünyada hər gün bir milyarda yaxın pərakəndə alqı-satqı müqaviləsi bağlanılır.  

Pərakəndə alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin müstəqil bir növüdür. Bununla belə, bu müqavilə 

onu alqı-satqının digər növlərindən və əmlakın əvəzli qaydada özgəninkiləşdirilməsinə yönələn müqavilə növ-

lərindən fərqləndirən xüsusiyyətlərə malikdir. Birincisi, bu müqavilə həmin müqavilədə tərəf rolunda çıxış edən 

satıcının xarakteristikası (statusu) ilə fərqlənir.  kincisi, pərakəndə alqı-satqı müqaviləsi satıcının fəaliyyət pred-

meti ilə xarakterizə olunur. Belə ki, satıcının fəaliyyət predmetini malın pərakəndə satışı (hər hansı satış yox) 

təşkil edir. Üçüncüsü, müqavilə üzrə verilən malın istifadə məqsədi və təyinatı bu müqaviləni digər müqavilə 

növlərindən  fərqləndirməyə  imkan  verir  (göstərilən  xüsusiyyətlər  barədə  dərsliyin  növbəti  yarımbaşlıqlarına 

bax).  

Pərakəndə alqı-satqı müqaviləsi vətəndaşlara ticarət xidməti göstərilməsinin əsas mülki-hüquqi formasıdır. 



Hər gün bağlanan çoxsaylı pərakəndə alqı-satqı müqavilələri məjmu halında birləşərək pərakəndə ticarət döv-

riyyəsini təşkil edir. Həmin müqavilə elə bir alətdir ki, bununla istehlak mallarının sivil bazarı inkişaf edir, bu, 

malların rəqabət qabiliyyətli olmasını müəyyən edən barometr rolunu oynayır.  



Pərakəndə alqı-satqı müqaviləsi dedikdə tərəflər arasında bağlanan elə bir saziş başa düşülür ki, bu 

sazişə  görə  malların  pərakəndə  satışı  üzrə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  satıcı  sahibkarlıq 

fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi 

öhdəsinə götürür (MM-in 614.1-ci maddəsi). Bu müqaviləyə verilmiş anlayışdan görünür ki, pərakəndə alqı-

satqı müqaviləsi konsensual müqavilədir. Belə ki, müqavilə malın alıcıya verildiyi andan  yox, həmin malın 

satılması haqqında tərəflər razılığa gəldikləri andan bağlanmış hesab edilir. Məhz bu andan tərəflər üçün hüquq 

və vəzifələr yaranır.  



 

484


Pərakəndə alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir. Ona görə ki, bu müqavilədən yaranan öhdəlik qarşı-

lıqlı xarakterə malikdir. Belə ki, müqavilədə iştirak edən hər bir tərəf biri digərinə münasibətdə həm hüquqlara 

malikdir, həm də vəzifələr daşıyır.  

Pərakəndə alqı-satqı müqaviləsi həm də əvəzli müqavilədir. MM-in 622-ci maddəsinin 1-ci bəndində göstə-

rildiyi kimi, alıcı mal üçün müəyyən edilmiş pul məbləğini ödəməyə borcludur.  

Ə

gər qanunda nəzərdə tutulan tələblərə javab verərsə, pərakəndə alqı-satqı müqaviləsi ümumi müqavilə ola 



bilər (MM-in 400-cü maddəsi). Bu onu ifadə edir ki, həmin müqavilə malların pərakəndə satışını həyata keçirən 

və bazarda üstün mövqe tutan şəxsə (pərakəndə ticarət müəssisəsinə) müraciət edən hər hansı bir şəxslə eyni 

şə

rtlərlə bağlanılır. Başqa sözlə desək, ümumi müqavilə növünə aid edildiyinə görə pərakəndə alqı-satqı müqa-



viləsində malların qiyməti, habelə müqavilənin digər şərtləri bütün istehlakçılar (alıcılar) üçün eyni cür mü-

ə

yyənləşdirilir. Pərakəndə alqı-satqı müqaviləsinin bütün hallarda ümumi müqavilə növünə aid edilməsi müba-

hisəli məqamlarda onu mal göndərmə müqaviləsindən fərqləndirmək üçün əsas və həlledici rola malik olur. Be-

ləliklə, bu müqavilənin ümumi müqavilə növünə aid edilməsi onu nümayiş etdirir ki, pərakəndə ticarətçi (ticarət 

təşkilatı), yəni müqavilədə satıcı rolunda çıxış edən tərəf alıcıya zəruri olan mal satmağa imkanı olduğu hallar-

da, onunla müqavilə



 bağlamaqdan imtina etmək ixtiyarına, müqavilə bağlanarkən bir alıcıya nisbətən, di-

gərinə üstünlük vermək hüququna malik deyildir. O, alıcı ilə müqavilə bağlamaqdan əsassız imtina etmə-

məli, habelə alıcıya qeyri-bərabər şərtlər təklif etməməlidir.   

Pərakəndə alqı-satqı müqaviləsi bağlanma üsuluna görə qoşulma müqaviləsi hesab edilir; qoşulma müqavi-

ləsi standart şərtlər nəzərdə tutan müqavilədir (MM-in 417-ci maddəsi). Bu onu ifadə edir ki, müqavilənin şərt-

ləri satıcı tərəfindən müəyyənləşdirilir və bu şərtləri digər tərəf (alıcı) yalnız təklif olunmuş müqaviləyə bütöv-

lükdə qoşulmaq yolu ilə qəbul edə bilir. MM-in 622-ci maddəsinin 1-ci bəndində ifadə edilmiş qaydaya görə 

mal alıcıya satıcının elan etdiyi qiymətlə satılır. Bu isə malın qiymətinin satıcı tərəfindən birtərəfli qaydada mü-

ə

yyən  edilməsini  nümayiş  etdirir.  Müqavilənin  predmeti  istisna  olmaqla,  onun  qalan  digər  şərtləri  də  həmin 



qaydada müəyyənləşdirilir. Odur ki, pərakəndə alqı-satqı müqaviləsi alıcının standart formalara qoşulması yolu 

ilə bağlanmır; o, müqavilə şərtlərinin müzakirəsində iştirak etmir.  



2. Pərakəndə alqı-satqı müqaviləsinin tətbiq 

sferası, məqsədi və əhəmiyyəti 

Pərakəndə alqı-satqı müqaviləsinin MM-in 614.1-ci maddəsində formulə edilən leqal anlayışından belə tə-

səvvür yaranır ki, satıcının müqavilə ilə alıcıya verdiyi malın əsas təyinatı ondan sahibkarlıq fəaliyyəti ilə bağlı 

olmayan şəxsi, ailə, ev və ya digər məqsədlər üçün istifadə etməkdən ibarətdir. Bu, həmin malın spesifik xüsu-

siyyətidir. Göstərilən həmin xüsusiyyət müstəsna dərəcədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün is-

tifadə  olunan  malların  alqı-satqı  münasibətlərinin  pərakəndə  alqı-satqı  müqaviləsi  ilə  tənzimlənməsini  istisna 

edir. Bu cür münasibətlər pərakəndə alqı-satqı müqaviləsinin müəyyən etdiyi qaydalarla nizama salınmaqdan 

çox uzaqdır. Məsələn, sənaye avadanlıqlarının, tikinti texnikasının və sahibkarlıq fəaliyyətinin həyata keçiril-

məsi ilə bağlı olan digər malların alqı-satqı münasibətləri bu müqavilə vasitəsi ilə rəsmiləşdirilmir. Odur ki, hə-

min münasibətlərə MM-in pərakəndə alqı-satqı müqaviləsi barədə müddəaları tətbiq edilmir. Bu cür müddəala-

rın tətbiq sferasına yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün 

nəzərdə tutulan malların alqı-satqısı ilə yaranan münasibətlər daxildir

Pərakəndə alqı-satqı müqaviləsinin hüquqi məqsədi mal üzərində mülkiyyət hüququnu satıcıdan alıcıya 



keçirməkdən ibarətdir. Bu müqavilə nəticəsində satıcı mala olan mülkiyyət hüququnu itirir, alıcı isə həmin 

mal üzərində mülkiyyət  hüququ qazanır. Belə təsəvvür  yaranır ki, pərakəndə alqı-satqı müqaviləsi mülkiyyət 

hüququnun əldə edilməsinin törəmə üsulu kimi satılmış malın alıcının mülkiyyətinə daxil edilməsini şərtləndi-

rən hüquqi fakt (əqd) kimi çıxış edir.  

Alıcının əldə etdiyi mal üzərində mülkiyyət hüququ əldə etməsi vaxtı onun malın əvəzini ödədiyi anla şərtlə-

nir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı əşyanın əvəzini ödədiyi andan onun mülkiyyətçisi 

olur.  Malların  pərakəndə  nisyə  alqı-satqısı  müqavilələrində,  o  cümlədən  alıcı  tərəfindən  malların  hissə-hissə 

ödənilməsi şərti ilə bağlanmış müqavilələrdə alıcı malın əvəzini tam ödədiyi halda onun üzərində mülkiyyət hü-

ququ əldə edir.  

Pərakəndə alqı-satqı müqaviləsinin hüquqi məqsədindən fərqli olaraq onun sosial-iqtisadi məqsədi alıcının 



müqavilə əsasında əldə etdiyi maldan hansı məqsədlər üçün istifadə etməsini ifadə edir. Həmin müqavilə 

ə

sasında əldə edilən maldan istifadə məqsədləri kifayət qədər geniş və müxtəlifdir. Maldan istifadə məqsədləri-



nin dairəsi MM-in pərakəndə alqı-satqı müqaviləsinin leqal anlayışını verdiyi 614.1-ci maddəsində göstərilmiş-

dir. Bu, maldan sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və digər təyinat məqsədləri üçün isti-



fadə etməkdən ibarətdir. Məsələn, evdə və məişətdə istifadə etmək üçün xalça, soyuducu, mebel və s. alırıq. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  əhəmiyyəti  kifayət  qədər  böyükdür.  Alqı-satqı  müqaviləsinin  ən  geniş 



 

485


yayılmış  növü  olan  pərakəndə  alqı-satqı  müqaviləsi  vətəndaşların  ehtiyajlarının  təmin  edilməsində  birinci 

dərəcəli rol oynayır.  ri partiyalarla satışı nəzərdə tutan topdan satışdan fərqli olaraq pərakəndə alqı-satqı vətən-

daşların gündəlik tələbatlarını ödəmək üçün malların ayrı-ayrı nüsxələrinin tək halda və az sayda (miqdarda) sa-

tılmasını ifadə edir.  

Hər bir ölkədə iqtisadiyyatın əsas məqsədi əhalinin ehtiyajını təmin etməkdən və onun tələbatını ödəməkdən 

ibarətdir.  qtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəlməsinə xidmət 

edir (Konstitusiyanın 15-ci maddəsinin 1-ci hissəsi).  jtimai istehsal nəticəsində çoxsaylı istehlak predmetləri, 

müxtəlif çeşiddə istehlak məhsulları, çoxişlənən mallar istehsal edilir ki, onları istehlakçılara çatdırmaq zərurəti 

yaranır. Bax, pərakəndə alqı-satqı müqaviləsi bu münasibətlərdə, yəni istehlak mallarının geniş əhali kütləsinə 

çatdırılmasında hüquqi forma rolunu oynayır. Bu müqavilənin vasitəsilə çoxişlənən mallar istehlakçıların sərən-

jamına  verilir.  Maddi  nemətlərin  dövriyyə  prosesində  hüquqi  forma  olmaq  baxımından  pərakəndə  alqı-satqı 

müqaviləsinin əhəmiyyəti şəksizdir. Bir sözlə, pərakəndə mal (əmtəə) dövriyyəsində bu müqavilənin rolu əvə-

zedilməzdir. 

3. Pərakəndə alqı-satqı müqaviləsinin 

hüquqi tənzimlənmə mənbələri 

Pərakəndə  alqı-satqı  münasibətlərinin  tənzimlənməsində  Azərbayjan  Respublikası  Mülki  Məjəlləsinin 



normaları mühüm yer tutur. MM-in 29-cu fəslinin 3-cü paraqrafı (MM-in 614-625-ci maddələri) bu cür müna-

sibətlərin nizama salınmasına həsr edilmişdir. Göstərilən paraqrafın həmin maddələrində pərakəndə alqı-satqı 

müqaviləsindən əmələ gələn münasibətlərə toxunan ümumi müddəalar formulə edilmişdir. Bu müddəalarla, bir 

qayda olaraq, alqı-satqı haqqında ümumi normalarla (29-cu fəslin 1-ci paraqrafı) tənzimlənməyən münasibətlər 

nizama salınır. Məsələn, mal haqqında informasiya verilməsi, malların nümunələr üzrə satılması, malların avto-

matlardan istifadə etməklə satılması ilə əlaqədar münasibətlər və s. alqı-satqı müqaviləsi haqqında ümumi müd-

dəalarla  tənzimlənmir.  Göstərilən  məsələlərin  qaydaya  salınması  pərakəndə  alqı-satqı  müqaviləsi  haqqında 

müddəaların vasitəsilə həll edilir.  

Bununla bərabər, pərakəndə alqı-satqı müqaviləsi haqqında ümumi müddəalar bəzi məsələlər barəsində alqı-

satqı müqaviləsi haqqında ümumi müddəalardan fərqli qaydalar müəyyən edir. Məsələn, pərakəndə alqı-satqı 

haqqında normalar (MM-in 625.2-ci maddəsi) lazımi keyfiyyəti olmayan malın əvəzinə verilən malın qiyməti 

arasındakı fərqin ödənməsi barədə yeni qayda müəyyən edir.  

Pərakəndə  alqı-satqı  müqaviləsi  ilə  tənzimlənməyən  münasibətlərə  alqı-satqı  haqqında  ümumi  müddəalar 

tətbiq  edilir.  Məsələn,  pərakəndə  alqı-satqı  müqaviləsində  satıcının  malı  vermək  vəzifəsinə  malın  keyfiyyəti, 

miqdarı, çeşidi, komplektliyi, komplekti və s. barədə tələblər (şərtlər) daxil edilir ki, bu tələblərlə bağlı münasi-

bətlər pərakəndə alqı-satqı müqaviləsi haqqında yox, alqı-satqı müqaviləsi haqqında müddəalarla nizama salı-

nır. Beləliklə, pərakəndə alqı-satqı müqaviləsi haqqında ümumi müddəalar malların pərakəndə satışı üzrə sahib-

karlıq fəaliyyətini həyata keçirən satıcı ilə öz şəxsi-məişət ehtiyajlarını ödəmək üçün mal alan alıcı arasında ya-

ranan münasibətlərin hüquqi tənzimlənməsinin yalnız xüsusiyyətlərini müəyyən edir.  

Pərakəndə alqı-satqı müqaviləsindən əmələ gələn münasibətlərin mülki-hüquqi tənzimlənməsində qanunlar 

ə

sas  yerlərdən  birini  tutur.  Pərakəndə  ticarətin  hüquqi  nizama  salınmasında  « stehlakçıların  hüquqlarının 



müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli AR Qanunu vacib rol oynayır. Bu qanun fiziki şəxs olan 

alıcının  iştirakı  ilə  bağlanan  pərakəndə  alqı-satqı  müqaviləsi  ilə  əlaqədar  Azərbayjan  Respublikasının  Mülki 

Məjəlləsi ilə tənzimlənməyən münasibətlərə tətbiq edilir (MM-in 614.3-cü maddəsi).  

Qanun  BMT-nin  Baş  Assambleyası  tərəfindən  qəbul  edilmiş  « stehlakçıların  maraqlarını  müdafiə  etmək 

üçün rəhbər prinsiplər» (1985) əsasında işlənmişdir. Bu Qanun bir neçə xüsusiyyəti ilə diqqəti cəlb edir. Birin-

cisi, qanun pərakəndə alqı-satqı haqqında MM-in müddəalarını konkretləşdirir və müfəssəlləşdirir. Məsələn, qa-

nunun 13-cü maddəsi istehlakçıların mal haqqında məlumat almaq hüququnun həyata keçirilməsi qaydalarını 

müəyyən edir. Bununla qanun mala aid məlumat verilməsi haqqında MM normasının (617-ci maddə) məzmu-

nunu konkretləşdirir. Başqa bir misalda qanunun 15-ci maddəsi (istehlakçının tələblərini ödəməyən malın lazı-

mi  keyfiyyətli  mala  dəyişdirilməsi)  MM-in  624-cü  maddəsində  (keyfiyyətsiz  malın  lazımi  keyfiyyətli  malla 

ə

vəz edilməsi) ifadə edilən hüquqların həyata keçirilməsini konkret olaraq müəyyən edir. 



kincisi, qanun MM-də müəyyən edilməyən və nəzərdə tutulmayan qaydalar müəyyənləşdirir. Məsələn, qa-

nunun 7-ci maddəsində qüsuru olan mal satılarkən istehlakçıların hüquqlarına aid məsələlərə (istehlakçının malı 

dəyişmək tələbinin 14 gün müddətində yoxlanılması, qüsuru olan malın lazımi keyfiyyətli mala dəyişdirilərkən 

qiymətlər dəyişdikdə qiymətlərin yenidən hesablanması, müddətin ötürüldüyü hər gün üçün malın satış qiymə-

tinin 1 faizi məbləğində dəbbə pulu ödənməsi və s.) toxunan qaydalar nəzərdə tutulmuşdur ki, bunların heç biri-

nə MM-də rast gəlmək olmur. Başqa bir misalda qanunun xidmət müddəti haqqında müəyyən etdiyi qaydalar 

(5-ci maddə) MM-də nəzərdə tutulmamışdır. 


 

486


« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun təfsirində və eyni şəkildə (qaydada) tətbiq edil-

məsində RF Ali Məhkəməsi Plenumunun 29 oktyabr 1994-cü il tarixli « stehlakçıların hüquqlarının müdafiəsi 

haqqında işlərə məhkəmələr tərəfindən baxılması dərəcəsi barədə» qərarı böyük rol oynayır. Azərbayjan Res-

publikasının  həmin  qanunu  ilə  RF-in  eyni  adlı  qanunu  arasında  çox  oxşar  cəhətlər  olduğuna  görə  bu  qərarın 

məhkəmələrin praktiki fəaliyyətində tətbiq edilməsini mümkün hal hesab edirik. 

Pərakəndə alqı-satqı münasibətlərinin qaydaya salınmasında qanunqüvvəli aktların rolu böyükdür. Məsə-

lən, Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbayjan Respubli-

kasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları həm də pərakən-

də ticarət obyektlərinin fəaliyyətini tənzimləyir. Həmin qaydalarda göstərilir ki, ticarət obyektlərinin vitrinlərin-

də müstəqil pərakəndə satış qiymətləri göstərilməklə anjaq satışda olan malların nümunələri qoyulur. 

§ 2. Pərakəndə alqı-satqı müqaviləsinin 

elementləri  

1. Müqavilədə iştirak edən tərəflər  

Pərakəndə alqı-satqı müqaviləsində iki tərəf iştirak edir: satıcı; alıcı. Müqavilədə tərəf qismində çıxış edən 



subyektlər (subyekt tərkibi) spesifikliyi ilə seçilirlər və bu xüsusiyyət müqavilənin predmeti ilə birlikdə onu 

digər müqavilə növlərindən fərqləndirməyə imkan verir.  

Pərakəndə alqı-satqı müqaviləsinə verilən leqal anlayışdan (MM-in 614.1-ci maddəsi) belə təsəvvür yaranır 

ki, bu müqavilədə satıcı rolunda yalnız malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçi-



rən  şəxs  çıxış  edə  bilər.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  satıcının 

fəaliyyət predmetini malların hər hansı satışı yox, yalnız malların pərakəndə satışı təşkil edir. Malların pəra-



kəndə satışı dedikdə, gündəlik ehtiyajları ödəmək üçün malların ayrı-ayrı nümunələrinin tək-tək halda, kəmiy-

yət və miqdarja az sayda satılması başa düşülür. 

Satıcı qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar (yəni 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər)  çıxış  edə  bilərlər.  Hüquqi 

şə

xslərin bir növü olan kommersiya təşkilatlarının satıcı kimi iştirakı bu müqavilə üçün daha tipik haldır. Hüqu-



qi şəxslərin digər növü olan qeyri-kommersiya təşkilatlarının bu müqavilədə satıcı qismində çıxış etməsi istisna 

edilmir, çünki qeyri-kommersiya təşkilatları da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər (MM-in 43.6-jı mad-

dəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində tərəf kimi iştirak edən satıcıya pərakəndə ticarətçi deyilir. Müxtəlif sa-



tış məntəqələri, yəni pavilyonlar, köşklər, mağazalar, habelə pərakəndə ticarət şəbəkələri və müəssisələri pəra-

kəndə ticarətçi hesab edilir. 

Müqavilədə alıcı qismində əsasən vətəndaşlar çıxış edirlər. Bu müqavilədə hüquqi şəxslərin alıcı kimi çıxış 

etməsi istisna edilmir. Kommersiya təşkilatlarının bu müqavilədə alıcı kimi iştirak etmək imkanları məhduddur. 

Ona görə ki, bu təşkilatların bağladıqları əqdlər sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olmalıdır. Lakin buna 

baxmayaraq kommersiya təşkilatları pərakəndə alqı-satqı müqaviləsində alıcı qismində çıxış edə bilərlər, bu 

şə

rtlə ki, onlar müqavilə əsasında əldə etdikləri maldan mənfəət götürmək məqsədi ilə istifadə etməsinlər. Hü-



quqi şəxslərin digər növü olan qeyri-kommersiya təşkilatlarına gəldikdə isə onu demək olar ki, bu cür təşki-

latların pərakəndə satış şəbəkəsindən aldıqları malların əldə edilməsi ilə bağlı olan münasibətləri (yəni alqı-sat-

qı münasibətləri) pərakəndə alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Bu cür təşkilatların müqavilədə alıcı qis-

mində iştirak etmək imkanları kommersiya təşkilatlarına nisbətən bir o qədər də məhdud deyil. Bu onunla izah 

olunur ki, qeyri-kommersiya təşkilatlarının əsas məqsədi mənfəət əldə etməkdən ibarət deyil. Beləliklə, hüquqi 

şə

xslər pərakəndə ticarət qaydasında yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan istifadə məqsədi üçün mal 



ala bilər. Məsələn, hüquqi şəxs pərakəndə satışla məşğul olan mağazadan ofis üçün dəftərxana ləvazimatı (dəf-

tər, kağız, qələm, xətkeş və s.) alarsa, onda alqı-satqı münasibətlərində pərakəndə alqı-satqı müqaviləsi forma-

sından istifadə ediləjəkdir. 

Bəzi subyektlər pərakəndə ticarət qaydasında məhdud dövriyyə qabiliyyətli mal əldə edəndə, həmin subyek-

tin qanunla nəzərdə tutulan qaydada xüsusi icazə alması tələb olunur. Məsələn, mülki silahı (özünümüdafiə, ov 

və idman silahı) əldə etmək istəyən vətəndaş xüsusi icazə almağa borcludur. Mülki silahın əldə edilməsinə xü-

susi icazəsi olmayan subyektlərə odlu silahın satılması qadağandır («Xidməti və mülki silah haqqında» AR Qa-

nununun 13-cü maddəsinin 3-cü bəndi). 



Mülki hüququn xüsusi və spesifik subyekti olan dövlətə gəldikdə isə onu demək olar ki, hakimiyyət funk-

siyasını yerinə yetirən, siyasi hakimiyyətə və dövlət suverenliyinə malik olan həmin subyektin pərakəndə alqı-

satqı müqaviləsində həm satıcı, həm də alıcı rolunda çıxış etməsi istisna edilir. Bu onunla izah olunur ki, 

cəmiyyətin siyasi təşkilatı və hakimiyyət daşıyıcısı olan dövlət nə sahibkar, nə də ki istehlakçıdır. Dövlət ehti-

yajları üçün, yəni vətəndaşların həyat və yaşayışını, ölkənin müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün 


 

487


lazım olan mal əldə etmək zərurəti yarandıqda, habelə dövlət maddi ehtiyatlarını yaratmaq, ölkənin müdafiə qa-

biliyyətini lazımi səviyyədə saxlamaq, beynəlxalq sazişlərə görə xarijə (ixraj) mal göndərilməsini təmin etmək, 

dövlət  proqramlarını  reallaşdırmaq  məqsədi  ilə  dövlət  (daha  doğrusu,  dövlətin  özü  yox,  dövlət  adından  onu 

təmsil  edən  orqanlar)  müqavilə  münasibətlərinə  girir  ki,  bu  münasibətlər  pərakəndə  alqı-satqı  müqaviləsi  ilə 

yox, dövlət ehtiyajları üçün tədarük müqaviləsi və ya mal göndərmə müqaviləsi ilə rəsmiləşdirilir. 

2. Müqavilənin predmeti 

Müqavilənin predmeti pərakəndə alqı-satqı müqaviləsinin mühüm şərtidir. Müqavilənin predmetinin spe-

sifikliyi  (müqavilənin  subyekt  tərkibi  ilə  birlikdə)  bu  müqaviləni  alqı-satqı  müqaviləsinin  digər  növlərindən 

fərqləndirməyə imkan verir. 

Pərakəndə alqı-satqı müqaviləsinin predmetini dövriyyədə olması qadağan edilməyən, yəni dövriyyə qabi-



liyyəti olan hər hansı əşya (mal) təşkil edir. Məhdud dövriyyə qabiliyyətli olan (məsələn, mülki silah) əşyala-

rın müqavilənin predmeti ola bilməsi istisna edilmir. Lakin məhdud dövriyyə qabiliyyətli əşyaların (malların) 

pərakəndə alqı-satqı müqaviləsinin predmeti olması üçün alıcının müvafiq icazə alması tələb olunur. Müqavilə-

nin predmeti kimi həm fərdi əlamətləri ilə, həm də cinsi əlamətləri ilə müəyyən edilən əşyalar çıxış edə bilər. 

Lakin malların pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilməsi üçün onların iki əlamətə uyğun gəlməsi 

tələb olunur ki, bu əlamətlər malın spesifikliyini şərtləndirir. Birinci əlamət ondan ibarətdir ki, malın müqavi-

lənin predmeti ola bilməsi üçün o, pərakəndə ticarət qaydasında satılmalıdır. Başqa sözlə desək, bu mal top-

dansatış qaydasında realizə edilən mal ola bilməz. Ona görə ki, topdansatış qaydasında ticarət malların tək-tək 

yox, çox sayda, kütləvi şəkildə və iri partiyalarla satışını nəzərdə tutur. 

kinci əlamət ondan ibarətdir ki, malın pərakəndə alqı-satqı müqaviləsinin predmeti olması üçün maldan 

şə

xsi, ailə, ev və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər məqsədlər üçün istifadə edilməsi tələb olu-



nur. Əgər mal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alınarsa, onda yaranan münasibətlərin pəra-

kəndə alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməsindən söhbət gedə bilməz. Məsələn, vətəndaş minik avtomobili-

nin satışı ilə məşğul olan mağazadan ailə-məişət və şəxsi ehtiyajlarını təmin etmək üçün avtomobil alır. Belə 

halda yaranan münasibətlər pərakəndə alqı-satqı müqaviləsi formasında qaydaya salınır. Bunun əksinə olaraq, 

ə

gər taksi parkı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq (sərnişin daşıyıb mənfəət əldə etmək) üçün avtomobil 



ə

ldə edərsə, yaranan münasibətlər pərakəndə alqı-satqı müqaviləsi ilə yox, alqı-satqı müqaviləsinin digər növü 

olan tədarük (mal göndərmə) müqaviləsi ilə rəsmiləşdiriləjəkdir. Əgər avtomobili vətəndaş (malların pərakəndə 

satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirməyən şəxs) satarsa, bu cür münasibətlər alqı-satqı müqaviləsi-

nin hüquqi tənzimləmə sferasına daxil olur.  

Ə

mlak hüquqlarının prinsip etibarilə pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilməsi mümkündür. 

Belə ki, müxtəlif fond mağazaları vətəndaşlara qiymətli kağızlar – dövlət özəlləşdirmə çekləri, səhmlər, veksel-

lər və s. satırlar. Həmin kağızların vətəndaşlar tərəfindən əldə edilməsi bu kağızlarda ifadə olunan əmlak hü-

quqlarının satılması deməkdir. Belə halda bağlanan müqavilələr pərakəndə alqı-satqı müqaviləsinin əlamətləri-

nə uyğun gəlir. Lakin bu münasibətləri bütün təfərrüatı ilə nəzərdən keçirəndə görürük ki, satılan və müqavilə-

nin predmeti olan əmlak hüquqları yox, qiymətli kağızların özüdür. Qiymətli kağızlar isə əşyanın xüsusi növü-

dür, mülkiyyət hüququnun obyektidir. Belə təsəvvür yaranır ki, əşyanın xüsusi növü olan qiymətli kağızlar pə-

rakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilər. Lakin əmlak hüquqlarının pərakəndə ticarət qaydasın-

da satılması mümkün deyildir. Hüquq ədəbiyyatında göstərildiyi kimi, çətin ki, əmlak hüquqlarının satışı pə-

rakəndə ticarət formasında həyata keçirilsin. 

Ə

qli mülkiyyət obyektləri – elm, ədəbiyyat və injəsənət əsərləri, ixtiralar, faydalı modellər, sənaye nümu-

nələri və s. pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Ona görə ki, əsərlər, ixtiralar və s. ideal 

(qeyri-maddi) xarakterə malikdir. Bununla bərabər, bu cür obyektlərdən istifadə hüququ (müstəsna hüquqlar) 

özgəninkiləşdirilə  bilər  ki,  bu  halda  yaranan  münasibətlər  pərakəndə  alqı-satqı  müqaviləsi  ilə  yox,  lisenziya 

müqaviləsi, müəllif müqaviləsi və  ya alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir (məsələn, patent hüququnun gü-

zəşti formasında patent hüquqları alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilə bilər). Müstəsna hüquqların (əqli 

mülkiyyət hüququnun) təbiəti və xarakteri elədir ki, bu, onların pərakəndə ticarət qaydasında özgəninkiləşdiril-

məsini istisna edir.  



Puldan fərqli olaraq xarici valyuta pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilər. Bizim hər 

gün  rastlaşdığımız  mübadilə  məntəqələrinin  mahiyyəti  ticarət  obyektindən  başqa  bir  şey  deyildir.  Göstərilən 

mübadilə məntəqələrinin vətəndaşlara xarici valyuta satması pərakəndə alqı-satqı müqaviləsinin bağlanmasını 

ifadə edir.  

MM-in 614.1-ci maddəsi pərakəndə alqı-satqı müqaviləsinin predmeti olan obyekt barədə mal anlayışını iş-

lədir.  qtisadi ədəbiyyatda mala faydalı (yararlı) xassələri ilə insanın tələbatını ödəyən, istehlak dəyəri olan və 

bazarda təklif olunan hər şey kimi anlayış verilir. Belə təsəvvür yaranır ki, pərakəndə alqı-satqı müqaviləsinin 


 

488


predmetini yalnız evdə, məişətdə, ümumiyyətlə, qeyri-sahibkarlıq fəaliyyəti sferasında istifadə məqsədi ilə əldə 

edilən mal təşkil edir. Özü də bu malı satıcı alıcıya pərakəndə ticarət qaydasında verir. Mal əmtəə ilə eyniməna-

lı anlayışdır. 

3. Müqavilənin digər elementləri 

Müqavilənin  predmeti  ilə  bərabər,  onun  qiyməti  pərakəndə  alqı-satqı  müqaviləsinin  mühüm  şərtidir

MM-in 616.2-ci maddəsi qiymətin bu müqavilənin mühüm şərti olması barədə birbaşa göstəriş ifadə edir.  

Pərakəndə alqı-satqı müqaviləsi qoşulma müqaviləsidir. Bu, müqavilənin qiymətini müəyyən etməyin qay-

dasını şərtləndirir. Belə ki, pərakəndə alqı-satqı müqaviləsi göstərilən müqavilə növünə şamil edildiyinə görə 

alıcı malın qiymətinin müəyyən edilməsində bilavasitə iştirak etmir. Malın qiyməti satıcı tərəfindən birtərəfli 



qaydada müəyyənləşdirilir. Belə ki, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pəra-

kəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur (MM-in 622.1-ci 

maddəsi). 

Malların qiyməti bütün istehlakçı alıcılar üçün eyni cür müəyyənləşdirilir. Bu onunla izah edilir ki, pəra-

kəndə alqı-satqı müqaviləsi ümumi müqavilə növünə aid edilir; satıcı alıcıya (kontragentə) qeyri-bərabər şərtlər 

təklif etməməlidir (MM-in 400-cü maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində malın qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Alıcı qabaqjadan ödə-

nişi  nəzərdə  tutulmuş  müddətdə  həyata  keçirməməsinə  görə  məsuliyyət  daşıyır.  Belə  ki,  alıcının  müqavilədə 

müəyyənləşdirilmiş müddətdə malın qiymətini ödəməməsi, əgər tərəflərin razılığı ilə başqa qayda nəzərdə tu-

tulmayıbsa, onun müqavilənin həyata keçirilməsindən imtina etməsini nümayiş etdirir (MM-in 622.2-ci maddə-

si). 

Pərakəndə alqı-satqı müqaviləsi malların nisyə satışı, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənil-



məsi  şərti  ilə  də  bağlana  bilər.  Bu  cür  müqavilələrdə  əşyaların  nisyə  alqı-satqı  müqaviləsindən  fərqli  olaraq 

alıcının  müqavilədə  nəzərdə  tutulan  müddətdə  malın  qiymətini  ödəməməsinə  görə  faiz  hesablanmır  (MM-in 

622.3-cü maddəsi). 

Pərakəndə  alqı-satqı  müqaviləsində  iştirak  edən  satıcının  malın  qiyməti barədə  qaydanı  pozması  müəyyən 

xüsusiyyətlərə malikdir. Belə ki, əgər pərakəndə alqı-satqı müqaviləsi ümumi müqavilə olarsa, satıcı pərakəndə 

satılan malları eyni və bərabər qiymətlərlə alıcılara verməyə borcludur. Bu onu ifadə edir ki, pərakəndə ticarətçi 

(satıcı) malı alıcıya başqa alıcıya nisbətən baha satmaq ixtiyarına malik deyildir. Əgər o, bu qaydanı pozarsa, 

alıcının ixtiyarı vardır ki, bağlanmış müqavilənin etibarsızlığını tələb etsin. Ona görə ki, müqavilənin mühüm 

şə

rti pozulmuşdur. Belə halda alıcının tələbi ilə müqavilə puç əqd kimi etibarsız sayılır və tərəflərin əvvəlki və-



ziyyəti bərpa edilir, yəni alıcı malın pulunu almaqla onu satıcıya qaytarır. Əgər alınmış mal istehlak olunmuşsa, 

malın satıldığı baha qiymətlə digər alıcılara satılan qiymət arasındakı fərq ödənilir. Bu, ikitərəfli restitusiyanı 

ifadə edir. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  elementlərindən  biri  müqavilənin  müddətidir.  Müddət  müqavilənin 

mühüm yox, adi şərtidir. Bu şərt satıcı ilə alıcı arasında razılaşma əsasında müəyyən edilir. 

Bəzi hallarda müddət pərakəndə alqı-satqı müqaviləsində mühüm xarakter kəsb edir. Bu onu ifadə edir ki, 

həmin müqavilələrdə nəzərdə tutulan müddət haqqında şərtə əməl edilməzsə, göstərilən hal müqavilənin bağ-

lanmamış sayılmasını şərtləndirir. Alıcı tərəfindən malların (nisyə satılmış) əvəzinin hissə-hissə ödənilməsi şər-

ti ilə bağlanmış pərakəndə alqı-satqı müqavilələrində müddət müqavilənin mühüm şərti kimi çıxış edir (MM-in 

601.1-ci və 622.3-cü maddələri). 

Elə pərakəndə alqı-satqı müqavilələri vardır ki, bu müqavilələr malın alıcı tərəfindən müəyyən müddətə qə-

bul edilməsi şərti ilə satılmasını nəzərdə tutur. Bu cür müqavilədə iştirak edən alıcı malı müqavilə ilə müəyyən-

ləşdirilmiş müddətdə qəbul etməlidir. Belə halda həmin müddət ötüb keçənədək mal başqa şəxslərə satıla bil-

məz. 


Alıcının müqavilədə nəzərdə tutulan müddətdə malı qəbul etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. 

Alıcının malı qəbul etməməsi satıcı tərəfindən alıcının müqavilənin icrasından imtina etməsi kimi qiymətləndi-

rilə bilər (MM-in 618.2-ci maddəsi). Bundan əlavə, satıcı malın müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya 

verilməsini təmin etmək üçün əlavə xərclər çəkə bilər. Belə halda satıcı çəkdiyi əlavə xərcləri alıcıdan tələb edə 

bilməz və etməməlidir. Ona görə ki, satıcının çəkdiyi əlavə xərclər malın qiymətinə daxil edilir (MM-in 618.3-

cü maddəsi). 



4. Pərakəndə alqı-satqı müqaviləsinin forması 

Pərakəndə alqı-satqı müqaviləsi, bir qayda olaraq, şifahi formada bağlanır. Belə ki, bu cür müqavilələrdə 

müqavilənin bağlanma anı ilə onun icra edilməsi anı üst-üstə düşür. Başqa sözlə desək, belə müqavilələr icra 

edilən zaman bağlanılır və ya bağlanarkən dərhal icra edilir. Özü də şifahi formalı pərakəndə alqı-satqı müqavi-

lələri bağlanarkən satıcı alıcıya kassa və ya mal çeki verir. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kas-


 

489


sa çeki və ya digər yazılı sənəd verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 

7-ci maddəsinin 7-ci bəndi). Həmin sənədlərin verilməsi onunla şərtlənir ki, qüsuru olan mal satılarkən alıcı öz 

hüquqlarını müdafiə edə bilsin. Yalnız bu sənədlər təqdim edildikdə, qüsur və ya saxtalaşdırma aşkar edilmiş 

mal barəsində alıcı satıcıdan müəyyən hərəkətləri etməyi tələb etmək ixtiyarına malik olur. Belə təsəvvür yara-

nır ki, göstərilən sənədlərin əsas təyinatı mala görə verilmiş pul məbləğini, ödənişi təsdiq edən sübut rolunu 

oynamaqdan  ibarətdir.  Başqa  sözlə  desək,  kassa  və  mal  (əmtəə)  çeki  müqavilənin  bağlanması  faktını  və 

onun şərtlərini təsdiq edən yazılı sənəddir. Kassa çekində malın qiyməti, mal çekində isə müqavilənin pred-

meti və qiyməti ifadə edilir. Özü də qanun bu sənədlərin alıcıya verilməsi anı ilə müqavilənin lazımi formada 

bağlanmış hesab edilməsini əlaqələndirir. Əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşul-

duğu  standart  formaların  şərtlərində  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  müqavilə  satıcının  alıcıya  kassa  və  ya 

ə

mtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır 



(MM-in 615-ci maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsinin elə növləri vardır ki, bu cür müqavilələr (məsələn, köşklərdə qəzet satışı, 

bazarda ticarət və s.) ödəniş haqqında hər hansı sənədin (mal çeki, qəbz, kassa çeki) verilməsini nəzərdə tutmur. 

Lakin alıcıda ödəniş haqqında sənədin olmaması əsas vermir ki, onun hüquqlarının müdafiəsindən imtina edil-

sin. Əgər bu cür sənədlər olmazsa, alıcı şahid ifadələrindən istifadə etməklə malın alınması faktını, müqavilənin 

bağlanma şərtlərini, o cümlədən malın qiymətini sübut etmək ixtiyarına malikdir. Belə halda məhkəmə şahid 

ifadələrini sübut kimi qiymətləndirir. 

Nə kassa çeki, nə mal (əmtəə) çeki, nə də ki alıcı tərəfindən malın ödənildiyini təsdiq edən hər hansı sənəd 



pərakəndə alqı-satqı müqaviləsinin yazılı formada bağlanmasını ifadə edir. Həm şifahi, həm də yazılı for-

mada müqavilə bağlanarkən alıcıya bu cür sənədlər verilə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, göstərilən həmin 

sənədlər yalnız müqavilənin lazımi formada bağlanma faktını və anını, həmçinin bəzi müqavilə şərtlərini (müqa-

vilənin predmetini, qiymətini) təsdiq edən yazılı sübutlardır. Yazılı müqavilə forması üçün tələb olunan şərtlərə 

mal çeki, kassa çeki və digər ödəniş sənədləri javab vermir və buna görə də həmin sənədlər müqavilənin yazılı 

formada bağlanmasını ifadə etmir. 

Pərakəndə alqı-satqı müqaviləsinin bəzi növləri sadə yazılı formada bağlanılır. Bu cür müqavilələr, bir qay-

da olaraq, bağlandıqdan sonra icra edilir. Məhz malların nümunələr üzrə satılması müqaviləsi, malların pəra-

kəndə nisyə alqı-satqı müqaviləsi, o cümlədən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilə sadə 

yazılı formada bağlanılır. Yaxın vaxtlara qədər, yəni 24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişiklik və əla-

vələr edilənə kimi hüquqi şəxslərin öz aralarında və fiziki şəxslərlə, habelə fiziki şəxslərin öz aralarında müəy-

yənləşdirilmiş minimum əmək haqqı miqdarından azı 50 dəfə çox olan məbləğdə bağladıqları pərakəndə alqı-

satqı müqavilələri, bir qayda olaraq, sadə yazılı formada olurdu (MM-in qüvvədən düşmüş 332-ci maddəsi).  n-

di bunlar tələb olunmur. Müqavilənin sadə yazılı formada bağlanması üçün tərəflərin qarşılıqlı razılığı kifayət-

dir. Sadə yazılı formalı pərakəndə alqı-satqı müqaviləsi də alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənil-

diyini təsdiq edən digər sənədin verildiyi andan lazımi formada bağlanmış sayılır (MM-in 615-ci maddəsi). 

Pərakəndə  alqı-satqı  müqaviləsi  alıcının  konklyudent  hərəkətləri  ilə  də  bağlana  bilər.  Məsələn,  malların 

avtomatlardan istifadə etməklə satışı müqaviləsi alıcının malı almaq üçün konklyudent hərəkətləri yerinə yetir-

məsi ilə bağlanılır. Bu müqaviləyə ən yaxşı misal olaraq sovet dövründə qazlı suyun avtomatlardan istifadə et-

məklə əhaliyə satışını göstərmək olar. Qanunda pərakəndə alqı-satqı müqaviləsinin notarial formada və susmaq 

yolu ilə bağlanması haqqında qayda nəzərdə tutulmamışdır. 

5. Pərakəndə alqı-satqı müqaviləsinin bağlanma 

qaydası 

Pərakəndə alqı-satqı müqaviləsi bağlanarkən, şübhəsiz ki, müqavilənin bağlanması barədə MM-in 408-410-

cu  maddələrində  nəzərdə  tutulan  ümumi  qaydalar  tətbiq  edilir.  Bununla  bərabər,  bu  müqavilənin  bağlanması 

qaydası  müəyyən  xüsusiyyətlərə  malikdir.  Pərakəndə  alqı-satqı  müqaviləsinin  ümumi  müqavilə  növünə  aid 

edilməsi həmin müqavilənin xüsusi qaydada bağlanmasını şərtləndirir. 

Pərakəndə alqı-satqı müqaviləsinin xüsusi qaydada bağlanması onu ifadə edir ki, bu müqavilə ümumi oferta 

ə

sasında bağlanılır. Malın ümumi ofertası dedikdə onun qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklam-



da, kataloqlarda və malların təsvirlərində edilən elə bir təklifi başa düşülür ki, bu təklif pərakəndə alqı-satqı mü-

qaviləsinin  bütün  mühüm  şərtlərini  əhatə  edir  (MM-in  616.1-ci  maddəsi).  Burada  oferent  kimi  pərakəndə 

ticarətçi (satıcı), yəni təklif verən çıxış edir. Çox vaxt oferta (müqavilə bağlanması haqqında təklif) ümumi xa-

rakter daşıyır. Bununla bərabər, alıcı tərəfindən də müqavilə bağlanması barədə təklif (oferta) irəli sürülə bilər. 

Ümumi oferta əsasında bağlanan pərakəndə alqı-satqı müqaviləsinə misal olaraq malların avtomatlardan isti-

fadə etməklə satışını göstərmək olar. Məsələn, qəzetin, suyun avtomatlar vasitəsi ilə alıcıya çatdırılması müqa-

vilənin ümumi oferta qaydasında bağlanmasını nümayiş etdirir. 


 

490


Elə də hallar olur ki, həmin hallarda malın qiyməti və pərakəndə alqı-satqı müqaviləsinin digər mühüm şərt-

ləri göstərilmir. Belə hallar müqavilənin mühüm şərtlərinin göstərilib-göstərilməməsindən asılı olmayaraq ümu-

mi oferta sayılır. Bu cür hallara aiddir: 

 satış yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların qoyulması; 



 malların nümunələrinin nümayiş etdirilməsi; 

  satılan  mallara  dair  məlumatların  (malların  təsvirlərinin,  kataloqlarının,  fotoşəkillərinin  və  i.a.)  təqdim 



edilməsi. 

Qanun göstərilən bu qaydadan istisnaya yol verir. Belə ki, əgər alıcı açıq-aşkar müəyyən etsə ki, satış yerin-

də qoyulan, nümunələri nümayiş etdirilən, barəsində məlumatlar verilən mal satış üçün nəzərdə tutulmamışdır, 

onda belə mallar pərakəndə alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Məsələn, ticarət mərkəzinin zalında 

bədii tərtibat məqsədi üçün qoyulan mal və yaxud vitrində qoyulan mal ticarət avadanlığı hesab edilir. 

Ümumi ofertanın əsas xüsusiyyətlərindən biri pərakəndə alqı-satqı müqaviləsinin ümumi müqavilə növünə 

aid edilməsi ilə izah olunur. Belə ki, ümumi müqavilə bütün istehlakçılar (alıcılar) üçün malların qiymətini və 

müqavilənin  digər  şərtlərini  eyni  cür  müəyyənləşdirir.  Ona  görə  də  oferta  bütün  şəxslər  üçün  eyni  müqavilə 

şə

rtlərini əks etdirməli və nəzərdə tutmalıdır. Ümumi oferta qaydasında bağlanan pərakəndə alqı-satqı müqavi-



ləsində  tərəf  kimi  çıxış  edən  satıcı  hər  hansı  bir  alıcının  təklifini  qəbul  etməklə  onunla  müqavilə  bağlamağa 

borcludur. Onun müqavilə bağlanmasında hər hansı bir alıcıya digərinə nisbətən üstünlük verməyə hüququ yox-

dur. Mal satmağa imkanı olan satıcı alıcı ilə müqavilə bağlamaqdan əsassız imtina etdikdə alıcının ixtiyarı var 

ki, satıcını müqavilə bağlamağa məjbur etmək məqsədilə məhkəməyə müraciət etsin və müqavilə bağlamaqdan 

boyun qaçırmağa görə vurulan zərərin ödənilməsini ondan tələb etsin. Ümumi oferta qaydasında bağlanan pəra-

kəndə alqı-satqı müqaviləsinin bir xüsusiyyəti də ondan ibarətdir ki, alıcı müqavilənin predmetindən savayı 



digəşərtlərinin müəyyən edilməsində iştirak etmir və müqaviləyə qoşulmaq yolu ilə həmin şərtləri qəbul 

edir. Göstərilən halda qanun alıcının hüquqlarının qorunmasına təminat verir. Belə ki, qanunvericilikdə nəzərdə 

tutulan  hüquqlarla  müqayisədə  istehlakçıların  hüquqlarını  məhdudlaşdıran  müqavilə  şərtləri  etibarsız  sayılır 

(« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 16-jı maddəsi). Bu şərtlərin tətbiqi nəticəsində is-

tehlakçıya (alıcıya) zərər dəyibsə, o, təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilir. Müqavilənin özü puç, müt-

ləq etibarsız əqd hesab edilir. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə