MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə78/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   74   75   76   77   78   79   80   81   ...   91
§ 3. Pərakəndə alqı-satqı müqaviləsinin məzmunu 

1. Satıcının vəzifələri 

Pərakəndə alqı-satqı müqaviləsində satıcı rolunda çıxış edən tərəfin vəzifələri, hər şeydən əvvəl, alqı-satqı 

haqqında ümumi müddəalarla müəyyən edilir. Pərakəndə alqı-satqı müqaviləsi üzrə satıcının əsas vəzifəsi malı 

alıcıya verməkdən ibarətdir. Bu vəzifə alqı-satqı müqaviləsində olduğu kimi bir neçə şərti (tələbi) əhatə edir: 

 malı müəyyən bir yerdə vermək; 



 yardımçı əşyalarla və sənədlərlə vermək; 

 razılaşdırılmış sayda və miqdarda, habelə müəyyən çeşiddə vermək; 



 əşyanı komplektdə vermək; 

 lazımi keyfiyyətdə vermək; 



 üçüncü şəxslərin hüquqlarından azad vermək; 

 lazımi tara və (və ya) qabda vermək. 



Satıcının  əsas  vəzifəsini  əhatə  edən  həmin  tələblər  alqı-satqı  müqaviləsi  haqqında  ümumi  qaydalar  tətbiq 

edilməklə müəyyən edilir. Bununla belə, pərakəndə alqı-satqı müqaviləsində həmin tələblər (şərtlər) müəyyən 

xüsusiyyətlərə malikdir. 

Satıcının  malı  alıcıya  vermək  vəzifəsini  əhatə  edən  tələblərdən  biri  malı  müəyyən  bir  yerdə  verməkdə



ibarətdir. Çox vaxt mal satış yerində (ticarət mərkəzinin, pərakəndə ticarət şəbəkəsi və müəssisəsinin olduğu 

yerdə) alıcıya verilir. Müqavilə malın alıcıya çatdırılması şərti ilə də bağlana bilər. Bu cür müqavilələr üzrə 

satıcının  əsas  vəzifəsi  malı  alıcının  göstərdiyi  yerə  çatdırmaqdan  ibarətdir.  Müqavilədə  malın  çatdırılma  yeri 

göstərilməyə  də  bilər.  Belə  halda  mal  fiziki  şəxsin  (alıcının)  yaşayış  yerinə,  alıcı  hüquqi  şəxs  olduqda  isə 



onun olduğu yerə çatdırılır (MM-in 621.1-ci maddəsi). 

Satıcının malı alıcıya vermək vəzifəsini əhatə edən tələblərdən biri malın ona aid olan yardımçı əşyalarla 



və sənədlərlə birlikdə verilməsindən ibarətdir. Sənədlər dedikdə, texniki pasport, keyfiyyət sertifikatı, istis-

mar təlimatı və s. başa düşülür. « stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 7-ci maddəsinin 7-

ci bəndində bu cür sənədlərin tərkibi dəqiqləşdirilməklə konkretləşdirilir: qəbz; mal çeki; kassa çeki; zəmanət 

müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd. 

Satıcı malı əyyənləşdirilmiş sayda, miqdarda və kəmiyyətdə verməyə borcludur. Miqdar və say anlayı-

ş

ı pərakəndə alqı-satqı müqaviləsi üçün spesifik anlayış deyildir. Bu onunla izah olunur ki, pərakəndə alqı-satqı 



 

491


müqaviləsi malların çox miqdarda, iri partiyalarla verilməsini yox, malların ayrı-ayrı nümunələrlə tək halda, 

çox olmayan, az sayda və miqdarda satışını nəzərdə tutur. Təsadüfi deyildir ki, pərakəndə satış malların tək 

halda nümunələrlə, az miqdarda satışını ifadə edir. Malların böyük və iri partiyalarla satışı topdansatış üçün xa-

rakterikdir. Buna görə də qanun pərakəndə alqı-satqı müqaviləsində miqdar və say anlayışına xüsusi olaraq to-

xunmur. 


Satıcı alıcıya lazım olan çeşiddə mal verməlidir. Satıcı alıcını ona lazım olmayan çeşiddə mal almağa məj-

bur  edə  bilməz.  Satıcının  belə  hərəkətlərə  yol  verməsi  qanunla  qadağan  edilir  (« stehlakçıların  hüquqlarının 

müdafiəsi haqqında» AR Qanununun 14-cü maddəsinin 2-ci bəndi). Əksinə o, lazım olan çeşiddə mal seçməkdə 

alıcıya hər cür kömək göstərməlidir. 



Mal  çeşidi  müxtəlif  əlamətlərə  -  növünə,  tipinə,  ölçüsünə,  markasına,  rənginə  və  s.  əlamətlərinə  görə  bir 

qrupda birləşdirilən müxtəlif mallar qarışığıdır, onların cürbəcür növləridir. Bu onu göstərir ki, çeşid anlayışı 

pərakəndə satış üçün yox, topdansatış üçün əhəmiyyətə malikdir. Bundan əlavə, adətən pərakəndə ticarət müəs-

sisəsinin fəaliyyət predmeti pərakəndə ticarət sahəsində çeşid barədə şərti xarakterizə edir. Malın özü çeşid haq-

qında şərti xarakterizə etmir. Belə təsəvvür yaranır ki, miqdar anlayışı kimi çeşid anlayışı da pərakəndə alqı-

satqı müqaviləsi üçün spesifik deyildir. Ona görə də çeşid anlayışı ilə əlaqədar yaranan münasibətlər qanunla 

xüsusi olaraq tənzimlənmir. 

Satıcı pərakəndə alqı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn mal verməlidir. Əgər 

müqavilədə nəzərdə tutularsa, o, malı dəst şəklində komplektə daxil olan bütün mallarla birlikdə alıcının mül-

kiyyətinə verməyə borcludur. Belə hallarda alqı-satqı müqaviləsi barədə ümumi müddəalar tətbiq edilir. Malın 

komplektliyi və komplekti də qanunla xüsusi qaydada nizama salınmır. Lakin « stehlakçıların hüquqlarının mü-

dafiəsi haqqında» qanunda (13-cü maddə) bu məsələlərə ötəri də olsa toxunulur. Belə ki, qanuna görə, istehlak-

çı (alıcı) malların komplektliyini yoxlamaq hüququna malikdir. Qanun satıcının mallardan süni surətdə komlekt 

(dəst) yaratmaq vəzifəsini, alıcının isə bu mal komplektindən özünə lazım olan malı almaq hüququna malik ol-

masını müəyyən edir. 

Satıcı  alıcıya  lazımi  keyfiyyəti  olan  mal  verməyə  borcludur.  Keyfiyyət  malın  təyinatına  müvafiq  olaraq 

müəyyən tələbatı ödəmək qabiliyyətini şərtləndirən xassələrin məjmusudur. Satıcı alıcıya elə bir mal verməlidir 

ki, bu malın keyfiyyəti normativ sənədlərə (məcburi tələblər müəyyənləşdirən dövlət standartlarına), müqavilə 

şə

rtlərinə, həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olsun. 



Malın keyfiyyəti ilə əlaqədar məsələlərə « stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunda xüsusi 

olaraq toxunulur. Qanunda malın keyfiyyəti ilə bağlı olaraq onun xidməti, yararlılıq və zəmanət müddəti müəy-

yən edilir. 

Nümunə  üsulu  malın  keyfiyyətini  müəyyən  etmək  üçün  tətbiq  edilən  əsas  vasitələrdən  biridir  (MM-in 

581.3-cü maddəsi). Pərakəndə alqı-satqı müqaviləsinin növlərindən biri malların nümunələr üzrə satılmasını nə-

zərdə tutur (MM-in 619-cu maddəsi). Lakin bu o demək deyildir ki, malın keyfiyyətini təyin etmək üçün tətbiq 

edilən nümunə üsulu anlayışı ilə pərakəndə alqı-satqı müqaviləsinin bağlanmasını şərtləndirən satıcının təklif 

etdiyi və alıcının tanış olduğu mal nümunəsi anlayışı eyni anlayışlardır. Bu anlayışları bir-biri ilə qarışdırmaq 

olmaz. Belə ki, müqavilənin bağlanmasını şərtləndirən satıcının təklif etdiyi və alıcının tanış olduğu mal nümu-

nəsi malın keyfiyyətini təyin etmək üçün tətbiq edilən üsul deyildir. Bu cür mal nümunəsi, hər şeydən əvvəl, 

müqavilənin predmetini müəyyən etmək üçün istifadə edilən vasitədir. Belə halda alıcının mal nümunəsi (onun 

təsviri, malların kataloqu və s.) ilə tanış olması əsasında müqavilə bağlanılır. 

Pərakəndə alqı-satqı müqaviləsində satıcı malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad şəkildə ver-



məlidir. Bu onu ifadə edir ki, satıcının alıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan (alıcının bu cür malı 

qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla) mal verməyə ixtiyarı yoxdur. Satıcının üçüncü şəxslərin hü-

quqlarından azad mal vermək vəzifəsini icra etməməsinin hüquqi nəticələri alqı-satqı haqqında ümumi müddəa-

larla müəyyən edilir (MM-in 29-cu fəslinin 1-ci paraqrafı, 572-ci maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda 

irəli  gəlmirsə,  satıcı  alıcıya  malı  tarada  və  (və  ya)  qabda  verməlidir.  Pərakəndə  alqı-satqı  müqaviləsinin 

predmeti olan malın tarası və qabı ilə əlaqədar olan məsələlər alqı-satqı haqqında ümumi müddəalarla (MM-in 

593-594-cü maddələri) tənzimlənir. Ayrı-ayrı növ malların qablaşdırılması və taralaşdırılması qaydaları xüsusi 

normativ aktlarda nəzərdə tutula bilər. 

2. Satıcının mal haqqında informasiya vermək vəzifəsi 

Pərakəndə alqı-satqı müqaviləsində satıcının əsas vəzifələrindən biri mal haqqında informasiya verməkdən 

ibarətdir. Satıcının mal haqqında informasiya vermək vəzifəsi MM-in 617-ci maddəsində, « stehlakçıların hüquq-

larının müdafiəsi haqqında» AR Qanununun 13-cü maddəsində nəzərdə tutulmuşdur. 

Satıcı pərakəndə alqı-satqı müqaviləsi bağlanana kimi alıcıya mal barədə informasiya vermək vəzifəsini ye-


 

492


rinə  yetirməlidir.  Bu  öhdəliyi  müqavilə  öhdəliyi  yox,  şərti  olaraq  müqaviləqabağı  öhdəlik  adlandırmaq  olar. 

Satıcının informasiya verməkdən ibarət olan müqaviləqabağı vəzifə daşıması pərakəndə alqı-satqı müqaviləsi-

nin ümumi müqavilə növünə aid edilməsi ilə izah olunur. 

Müqaviləqabağı münasibətlərdə həm də alıcı iştirak edir. Belə ki, alıcı pərakəndə alqı-satqı müqaviləsi bağ-

lanana kimi satış üçün təklif olunan malı gözdən keçirmək hüququna malikdir. Onun ixtiyarı vardır ki, öz ya-

nında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını satıcıdan tələb etsin. Alıcı-

nın göstərilən hərəkətləri pərakəndə ticarət qaydalarına zidd olmamalıdır. 

Mal barədə informasiyanın məzmununa aid tələblər qanunla və pərakəndə ticarətdə adətən irəli sürülən qay-

dalarla müəyyən edilir.  nformasiya zəruri və düzgün olmalıdır (MM-in 617.1-ci maddəsi). 

Zəruri informasiya dedikdə, onun kifayət qədər dolğun və tam ifadə etdiyi məlumat başa düşülür.  nforma-

siya alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, o, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. ba-

rədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Bunun nəticəsində alıcı öz istəyinə uyğun olaraq düzgün mal seçir. 

Düzgün  informasiya  dedikdə,  mal  haqqında  həqiqətə  uyğun  gələn,  yanlış  olmayan  məlumatlar  başa  düşülür. 

Mal barəsində verilən düzgün informasiya alıcı tərəfindən malın seçilməsində yanlışlığa və səhvə yol verilməsinə 

səbəb olmur. 

Qeyd etdik ki, informasiyanın məzmununa aid tələblər əsasən qanunla müəyyən edilir. « stehlakçıların hü-

quqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsində bu cür tələblərin dairəsinə aid edilir: 

 malın qiyməti; 



 istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün 

zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı); 

 əldə edilməsi şərtləri; 



 təminat öhdəlikləri və iddiaların irəli sürülməsi; 

 malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadə üsulları və qaydaları. 



Satıcı istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və 

düzgün məlumat verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 13-cü maddəsinin 1-

ci bəndi).  stehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı olmalıdır.  stehsal mar-

kasında müəyyən məlumatlar göstərilir: mal istehsalçısının adı; onun mənsubiyyəti və yeri; standartların (nor-

mativ sənədlərin) şifrəsi. 

Malda bəzi hallarda etiket (yarlıq) olmalıdır. Qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı 

malda etiketin (yarlığın) olmasını nəzərdə tutur. Etiketdə müəyyən məlumatlar verilir: sahibkarlıq fəaliyyəti ilə 

məşğul olmaq hüququ verən sənədin nömrəsi; həmin sənədi təsdiq edən orqanın adı; onun sertifikatlaşdırılması; 

xüsusi tələblərə javab verən mallar üçün dövlət standartlarının nömrəsi. 

« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun satılan mal barəsində satıcı tərəfindən yanlış məlu-

matın və kifayət qədər dolğun olmayan məlumatın verilməsinin hüquqi nəticələrini müəyyən edir. Əgər satıcı-

nın göstərilən hərəkətləri alıcının lazımi xassələrə malik olmayan malı almasına səbəb olmuşdursa, onda alıcı 



müqavilənin ləğv edilməsini və itkilərin ödənilməsini tələb edə bilər

Alıcıya  zəruri  və  düzgün  informasiya  verilməməsinin  hüquqi  nəticələri  MM-də  (617-ci  maddəsinin  3-cü 

bəndi) nəzərdə tutulmuşdur. Bu nəticələr pərakəndə alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmamasından asılı 

olaraq müxtəlif olur. Əgər satıcı müqavilə bağlanana kimi alıcıya məlumat verməzsə, o, pərakəndə alqı-satqı 

müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində alıcıya dəyən zərəri ödəməlidir

Müqavilə bağlandıqdan sonra alıcının ixtiyarı vardır: 

 ağlabatan müddətdə müqavilənin icrasından imtina etmək və mal üçün ödədiyi məbləğin geri qayta-



rılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb etmək

 zəruri və düzgün informasiya verilməməsi nəticəsində malda aşkar edilən qüsurlara görə MM-in 624-cü 



maddəsinə uyğun olaraq tələb irəli sürmək

 mal haqqında zəruri və düzgün informasiya verilməməsi nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına 



və ya əmlakına, yaxud hüquqi şəxsin əmlakına dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək, bu 

şə

rtlə ki, mal sahibkarlıq məqsədi ilə istifadə edilmək üçün deyil, yalnız istehlak məqsədi ilə əldə edilsin 



(MM-in 1128-ci maddəsi). Belə halda delikt öhdəliyi əmələ gəlir. 

Sonuncu halda satıcı dəyən zərəri onun təqsiri olub-olmamasından asılı olmayaraq ödəyirsə, malın alıcıya 

verilməsindən sonra əmələ gəlmiş qüsurlara görə isə o, yalnız təqsiri olduqda və təqsiri sübuta yetirildikdə mə-

suliyyət daşıyır. Belə halda sübutetmə yükünü alıcı çəkir (MM-in 617.4-cü maddəsi). 



3. Alıcının vəzifələri və hüquqları 

Pərakəndə alqı-satqı müqaviləsində alıcının əsas vəzifəsi satıcıdan kassa və ya əmtəə çeki və ya malın 



ödənildiyini  təsdiq  edən  digər  sənəd  almaqdan  ibarətdir.  Daha  doğrusu,  alıcının  əsas  vəzifəsini  müqavilə 

 

493


bağlandığı zaman satıcının elan etdiyi qiyməti ödəmək təşkil edir. Alıcının malın qiymətinin ödənildiyini təsdiq 

edən  sənədi  əldə  etdiyi  (malın  qiymətini  ödədiyi)  andan  müqavilə  lazımi  formada  bağlanmış  sayılır  (MM-in 

615-ci maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində malın qiymətinin qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Bu onu 

ifadə edir ki, alıcı öz vəzifəsini mal ona verilməmişdən qabaq yerinə yetirir. Malların pərakəndə nisyə alqı-satqı 

müqaviləsində, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilədə alıcı 

malın qiymətini ödəmək vəzifəsini isə mal ona verildikdən sonra həyata keçirir. Bu cür müqavilələrdə alıcının 

öz vəzifəsini icra etmək vaxtı ilə müqavilə bağlamaq vaxtı üst-üstə düşmür. 

Alıcı malın qiymətini ödədikdən sonra onu qəbul etməyə borcludur. Bu, onun vəzifəsidir. Alıcının göstə-

rilən həmin vəzifəsi icra vaxtı ilə bağlanma vaxtı üst-üstə düşən (müqavilə bağlanarkən icra edilən) pərakəndə 

alqı-satqı müqavilələri üçün xarakterikdir. 

Alıcının daşıdığı vəzifələrdən biri qiymətlər arasındakı fərqi ödəməkdən ibarətdir. Belə ki, o qeyri-ərzaq 

malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə 

başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə 

fərq olduqda, alıcı həmin borcu ödəməyə borcludur (MM-in 623.1-ci maddəsi). 

Alıcı vəzifələr daşımaqla bərabər, həm də hüquqlara malikdir. Məsələn, qüsuru olan mal satılarkən alıcı 

müəyyən tələb irəli sürmək hüququna malikdir. Alıcının ixtiyarı var ki, qeyri-ərzaq malını başqa ölçülü, forma-

lı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirsin, mal haqqında (qiyməti, istehlak xassələri, tə-

minat öhdəlikləri və s.) informasiya alsın, ona dəyən mənəvi ziyanın ödənilməsini tələb etsin və s. 

4. Pərakəndə alqı-satqı müqaviləsinin formaları 

MM-də pərakəndə alqı-satqı müqaviləsinin bir sıra formaları nəzərdə tutulmuşdur. Pərakəndə alqı-satqı mü-

qaviləsinin hər bir formasının mülki-hüquqi tənzimlənməsi müəyyən xüsusiyyətlərə malikdir. MM ilə nizama 

salınan və əhatə edilən müqavilələr ümumi mülki pərakəndə alqı-satqı müqaviləsi adlanır. Bu cür müqavilə-

yə aiddir: 

 malın alıcı tərəfindən müəyyən müddətdə qəbul edilməsi şərtilə satılması (MM-in 618-ci maddəsi); 



 malların nümunələr üzrə satılması (MM-in 619-cu maddəsi); 

 malların avtomatlardan istifadə etməklə satılması; 



 malın alıcıya çatdırılma şərti ilə satılması. 

Pərakəndə alqı-satqı müqaviləsi alıcının malı müqavilədə müəyyənləşdirilmiş müddətdə qəbul etmək şərti ilə 

bağlanarsa, bu cür müqavilə malın alıcı tərəfindən müəyyən müddətdə qəbul edilməsi şərti ilə bağlanan pə-



rakəndə alqı-satqı müqaviləsi adlanır. Bu müqavilənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, göstərilən müd-

dət ərzində mal başqa şəxsə satıla bilməz. Həmin müddətdə satıcı malı ticarət dövriyyəsindən çıxarmaq kimi 

ə

lavə vəzifə daşıyır. Əvvəlki mövzuların birində göstərilən müqavilə növünə toxunduğumuza görə bu barədə 



geniş söhbət açmağı lazım bilmirik. 

Pərakəndə alqı-satqı müqaviləsi satıcı tərəfindən təklif edilmiş mal nümunəsi (onun təsviri, malların katalo-

qu və s.) ilə tanış olma əsasında bağlanarsa, bu cür müqaviləyə malların nümunələr üzrə satışı müqaviləsi 

deyilir. Bu müqavilənin mühüm cəhəti ondan ibarətdir ki, malı alarkən alıcı onun keyfiyyəti və başqa istehlak 

xüsusiyyətləri barədə satıcı tərəfindən təklif edilmiş mal nümunəsi əsasında məlumat alır. Alıcı malın keyfiyyə-

ti  və  digər  xüsusiyyətlərinə  yalnız  mal  nümunəsinə  baxmaqla  qiymət  verir.  Müqavilənin  ikinci  xüsusiyyəti 

onunla şərtlənir ki, mal müqavilədə göstərilmiş yerə, müqavilədə malın verilməsi yeri nəzərdə tutulmadıqda isə 

fiziki şəxsin yaşayış yeri üzrə və ya hüquqi şəxsin olduğu yer üzrə alıcıya çatdırılır. Mal nümunəsi dedikdə vit-

rində, piştaxtada və digər yerlərdə alıcıların tanış olması üçün qoyulan malın bir nüsxəsi başa düşülür. Malın 

təsvirinin verilməsi, onun təsvirinin kataloqda əks olunması analoji məqsəd güdür. Bir qayda olaraq, fiziki şəxs-

lərin yaşayış yerinə çatdırılmaqla nümunələr əsasında iriqabaritli mallar (mebel, soyuducu, paltaryuyan maşın, 

tikiş maşını, motosikl, velosiped, pianino və s.) satılır. 

Alıcı birtərəfli qaydada malın nümunəsi üzrə pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 

Bunun üçün iki şərtin olması tələb olunur. Birincisi, mal verilənədək müqavilənin icrasından imtina edilməsinə 

yol verilir.  kincisi, alıcı satıcıya müqavilənin yerinə yetirilməsi üzrə hərəkətlərin icrası ilə əlaqədar çəkdiyi zə-

ruri xərclərin əvəzini ödəyir. 



Malların avtomatlardan istifadə etməklə satılması müqaviləsi konklyudent hərəkətlə bağlanılır. Bu cür 

müqavilə bağlanan halda satıcı əlavə vəzifə daşıyır. Bu vəzifə satıcının adı (firma adı), olduğu yer, habelə malı 

almaq  üçün  alıcının  yerinə  yetirməli  olduğu  hərəkətlər  haqqında  məlumatlar  verilməsindən  ibarətdir.  Bu  cür 

məlumat  avtomat  sahibi  tərəfindən  avtomatda  yerləşdirilir  və  bu  üsulla  alıcıya  çatdırılır.  nformasiya  alıcıya 

başqa üsulla da çatdırıla bilər. Avtomat onun sahibinin xüsusi təsərrüfatında olur. Avtomat sahibi və satıcı eyni 

şə

xs olmaya da bilər. Məsələn, avtomat sahibi satıcıya avtomat qoymaq üçün yer ijarəyə verərsə, onda avtomat 



 

494


sahibi və satıcı ayrı-ayrı şəxslər olur. Lakin bütün hallarda alıcıya informasiya vermək vəzifəsi avtomat sahibi-

nə həvalə edilir. 

Müqavilənin bağlanma anı alıcının malı almaq üçün zəruri hərəkətləri yerinə yetirdiyi anla şərtlənir. Zə-

ruri hərəkətlər dedikdə, düymənin basılması, cetonun atılması və s. yollarla ödənişin həyata keçirilməsi başa 

düşülür ki, bu hərəkətlərə konklyudent hərəkətlər deyilir. 

Bəzən də elə olur ki, qiyməti ödənilmiş mal alıcıya verilmir. Müqavilənin bağlanmasını təsdiq etmək üçün 

belə halda şahid ifadələri, avtomat vasitəsilə satılan malların sayı barədə məlumatlar və bu mallara görə alınan 

pul məbləği və ya ödəniş işarələri (məsələn, ceton) sübutetmə vasitəsi kimi götürülə bilər. Belə halda alıcı iki 

alternativdən birini seçir: 

 malın ona verilməsini tələb etmək: 



 ödədiyi məbləği geri almaq. 



Malın alıcıya çatdırılmaq şərti ilə bağlanan pərakəndə alqı-satqı müqaviləsi elə bir müqavilədir ki, bu 

müqavilə ilə satıcı müəyyənləşdirilmiş müddətdə malı alıcının göstərdiyi yerə çatdırmağı öhdəsinə götürür. Elə 

hallar olur ki, müqavilədə malın çatdırılma yeri göstərilmir. Belə halda mal alıcı olan fiziki şəxsin yaşayış yeri-

nə və ya hüquqi şəxsin olduğu yerə çatdırılır. 

Bu cür müqavilələrin icra edilmə vaxtı malın alıcıya təhvil verildiyi an ilə müəyyən edilir. Bəzən də elə 

olur ki, bu və ya digər səbəbə görə malın alıcıya təhvil verilməsi mümkün olmur. Belə halda kim qəbzi təqdim 

etsə, mal da ona təhvil veriləjəkdir. Qəbz müqavilənin bağlanmasının və ya malın çatdırılmasının rəsmiləşdiril-

məsini təsdiq edən sənəddir. 

Pərakəndə alqı-satqı müqaviləsini müxtəlif əsaslara və əlamətlərə görə təsnifləşdirmək olar. Lakin yuxarıda 

sadaladığımız növləri ayırmaq və fərqləndirmək üçün vahid meyar yoxdur. MM-də göstərilən pərakəndə alqı-

satqı müqavilələrinin növlərini təsnifat yox, sadəjə olaraq siyahı saymaq lazımdır. Bu siyahı tam, ardıjıl və sis-

temli olmadığına görə təsnifat hesab edilmir. 



5. Pərakəndə alqı-satqı müqaviləsi üzrə məsuliyyə

Pərakəndə alqı-satqı müqaviləsini biz bir az əvvəldə şərti olaraq iki növə ayırdıq: ümumi mülki pərakəndə 



alqı-satqı müqaviləsi; məhdud istehlak xarakterli pərakəndə alqı-satqı müqaviləsi. Bu cür bölgü müqavi-

lənin hüquqi tənzimetmə xüsusiyyətlərinə əsaslanır. Əgər birinci növ müqavilələr MM ilə tənzimlənirsə və əha-

tə olunursa, ikinci növ müqavilələr « stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR-in Qanunu ilə niza-

ma salınır və əhatə edilir. Hüquq ədəbiyyatında bu müqavilələrin pərakəndə alqı-satqı müqaviləsinin əsas növ-

ləri hesab edilməsi barədə fikir söylənilir. 

Pərakəndə alqı-satqı müqaviləsinin həmin növləri üzrə məsuliyyət müəyyən xüsusiyyətlərə malikdir. Əvvəl-

jə ümumi mülki pərakəndə alqı-satqı müqaviləsi üzrə məsuliyyət məsələlərinə nəzər salaq. 

Satıcı alıcıya lazımi keyfiyyətli olmayan mal satdıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqjadan bil-

dirilməyibsə, alıcı tələb edə bilər: 

 ya keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini



 ya alış qiymətinin mütənasib surətdə azaldılmasını

 ya malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını



 ya malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini

Alıcı göstərilən tələbləri irəli sürməyə də bilər. Belə halda o, müqavilənin icrasından imtina etmək və mal 

üçün ödədiyi pul məbləğini geri qaytarmaq barədə tələb irəli sürür. Bu zaman lazımi keyfiyyəti olmayan mal 

satıcıya qaytarılır. 

Yaxın vaxtlara kimi bəzi keyfiyyətsiz malların dəyişdirilməsi müəyyən xüsusiyyətlərə malik idi. Məsələn, 

texniki cəhətdən mürəkkəb malların (məsələn, kompüterin, avtomobilin və s.) və ya baha malların dəyişdirilmə-

si üçün zəruri idi ki, həmin malların keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulsun, yəni bu cür mal-

larda aşkar edilmiş qüsurlar adi yox, mühüm qüsurlar olmalı idi. Bu göstəriş indi MM-dən çıxarılmışdır. 

Bəzən də elə olur ki, malın xassələri və istehlak xüsusiyyətləri onda aşkar edilmiş qüsurları aradan qaldırma-

ğ

a imkan vermir. Məsələn, ərzaq məhsulları, məişət kimyası malları və s. bu cür mal növlərindən ola bilər. Bu 



kimi keyfiyyətsiz mallar verildikdə alıcı iki alternativdən birini seçir: 

 həmin malı lazımi keyfiyyətli malla dəyişdirməyi tələb etmək; 



 alış qiymətinin azaldılmasını tələb etmək. 

Alıcı göstərilən bu tələbləri irəli sürməyə də bilər. Belə halda o həmin tələbləri irəli sürmək əvəzinə müqavi-

lənin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Alıcı 

bu zaman lazımi keyfiyyətli olmayan malı satıcıya qaytarır. 

« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun pərakəndə alqı-satqı müqaviləsinin digər növü olan 

məhdud istehlak xarakterli müqavilə növü üzrə məsuliyyət qaydalarını müəyyən edir. Qanuna görə, satıcı 


 

495


istehlakçı qarşısında zəmanət (qarantiya) müddəti həm müəyyən edilmiş, həm də müəyyən edilməmiş mallarda 

aşkar edilmiş qüsurlara görə məsuliyyət daşıyır. Əgər qüsurlar zəmanət müddəti müəyyən edilməmiş mallarda 

aşkar edilərsə, alıcı həmin qüsurlar barədə üç ildən gej olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna 

malikdir. 

stehlakçı zəmanət müddəti müəyyən edilmiş mallarda zəmanət müddəti ərzində malda qüsur və ya saxtalaş-

dırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan tələb edir: 

 lazımi keyfiyyətli mala dəyişdirməyi



 satış qiymətini uyğun məbləğdə azaltmağı

  malın  qüsurlarının  satıcının  və  istehsalçının  hesabına  aradan  qaldırılmasını  və  ya  qüsurların  aradan 



qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini

 malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanmaq şərti 



ilə əvəz edilməsini

 müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini



stehlakçının malı dəyişdirmək tələbinin yerinə yetirilməsinin müddəti dəyişdirmək üçün malın olmasından 

asılıdır. Əgər dəyişdirmək üçün mal olarsa, istehlakçının tələbi dərhal yerinə yetirilir. Belə halda zərurət olduq-

da malın keyfiyyəti yoxlanılır. Yoxlama müvafiq tələb irəli sürülən andan on dörd gün müddətində aparılır. Də-

yişdirmək  üçün  mal  olmadıqda,  istehlakçının  tələbi  həmin  tələb  irəli  sürülən  andan  iki  ay  müddətində  təmin 

edilir.  stehlakçının tələbi yazılı ərizə formasında rəsmiləşdirilir. 

ri qabaritli və ağır çəkili mallar dəyişdirilərkən satıcı əlavə vəzifə daşıyır. Belə ki, həmin mallar istehlakçı-

dan satıcıya qaytarılarkən və dəyişdirilərək yenidən istehlakçıya çatdırılarkən çəkilən xərcləri satıcı ödəyir. 

stehlakçıların malda aşkar etdiyi qüsurun əvəzsiz olaraq aradan qaldırılmasını tələb etdiyi hallarda, satıcı on 

dörd gün ərzində bu qüsurları təmir etmək yolu ilə aradan qaldırmalıdır. Tərəflərin razılığı ilə başqa müddət də 

nəzərdə tutula bilər. Satıcı bu müddət ərzində alıcının tələbini icra etməyərək ləngitməyə görə məsuliyyət daşı-

yır. Belə ki, o, istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona 

malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. Analoji qayda malın qüsurlarının aradan qal-

dırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək barədə alıcının irəli sürdüyü tələbin yerinə yetiril-

məsi müddəti (on dörd gün) ləngidildiyi halda da tətbiq edilir. 

stehlakçının malda aşkar etdiyi qüsur və ya saxtalaşdırma barədə irəli sürdüyü tələblərə yalnız qanunun mü-

ə

yyən  etdiyi  şərtə  əməl  olunduqda  baxılır.  Bunun  üçün  zəruridir  ki,  alıcı  malın  ödənildiyini  və  müqavilənin 



bağlandığını təsdiq edən sənəd (qəbz, mal və ya kassa çeki), zəmanət müddəti olan mallar üzrə isə texniki pas-

port və ya onu əvəz edən digər sənəd təqdim etsin. 

« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun xüsusiyyətlərindən biri odur ki, bu qanun 

mənəvi (qeyri-əmlak) ziyanın ödənilməsi barədə qayda müəyyən edir. Satıcı qanunla istehlakçılara verilmiş 

hüquqları pozarsa, istehlakçıya dəyən mənəvi ziyanı ödəməyə borcludur. Satıcının ödəməli olduğu ziyanın də-

yərini məhkəmə müəyyən edir. Məhkəmə yalnız satıcının təqsiri olduqda mənəvi zərərin ödənilməsi barədə qə-

rar qəbul edir. Beləliklə, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mə-

nəvi (qeyri-əmlak) zərərin də ödənməsini həll edir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qa-

nununun 26-jı maddəsi). 

« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun digər xüsusiyyəti ondan ibarətdir ki, bu 

qanun (11-ci maddə) həm də əmlak məsuliyyətini nəzərdə tutur. Belə ki, satıcının alıcıya verdiyi lazımi keyfiy-

yəti olmayan mal istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurarsa, dəymiş zərər satıcı tərəfin-

dən tam ödənilməlidir. Bu cür halda müqavilədənkənar (deliktöhdəlik əmələ gəlir. Malın istehsalçısı da eyni 

qaydada  məsuliyyət  daşıyır.  Həm  istehsalçı,  həm  də  satıcı  vurulan  zərəri  yalnız  təqsirləri  olduqda  ödəyirlər. 

Ə

gər onların təqsiri yoxdursa, vurulan ziyanın ödənilməsindən söhbət gedə bilməz.  stehlakçının həyatına, sağ-



lamlığına və ya əmlakına zərər lazımi keyfiyyəti olmayan malın konstruksiya, istehsal, resept və başqa qüsurları 

nəticəsində dəyə bilər. 

« stehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında»  AR  Qanununun  xüsusiyyətlərindən  biri  odur  ki,  qanun 

bəzi hallarda tələb edilən qaydaları pozmaqla satılmış mallardan əldə edilən gəlirin dövlət büdjəsinə köçürül-



məsini nəzərdə tutur. Vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik 

tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilmədiyi və həmin tələblərə onların uyğunlu-

ğ

unu təsdiq edən sertifikat olmadığı halda, belə malların satılmasından əldə edilən gəlir məcburi olaraq dövlət 



büdjəsinə daxil edilir.  kinci halda mal istehlakçının həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər 

vurduqda və ya zərər vura bilərsə, istehsalçı (satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan 

qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onu dövriyyədən çıxarılmalıdır. Zərərin səbəblərini aradan qal-

dırmaq mümkün olmazsa, istehsalçı belə malları istehsaldan çıxarmalı və dövriyyədən yığmalıdır. Ərzaq xam-



 

496


malı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar ya məhv edilir, ya da ki, təkrar emal edilir. Göstəri-

lən bu tələblərin pozulması ilə satılmış maldan əldə edilən gəlir dövlət büdjəsinə köçürülür. Bu barədə qərarı 

malların keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqan qəbul edir. 

TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Vitrənskiy V.V. Doqovorı kupli-prodaci, menı, arendı, bezvozmezdnoqo polğzovaniə, perevozki, transportnoy 

gkspediüii. Rasçetı. M., 1996. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 / Pod red. A.P.Serqeeva, Ö.K. Tolstoqo. M., 1997 (ql.30, §3). 

Qracdanskoe pravo Rossii. Kurs leküiy. Çastğ 2. Obəzatelğstvennoe pravo / Pod red. O.N. Sadikova. M., 

1997. (ql.2). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 / Pod red. E.A. Suxanova. M., 1999 (ql.31, §3). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 / Pod red. A.Q.Kalpina. M., 1999 (ql.1, §2). 

Kommentariy k Zakonu Rossiyskoy Federaüii «O zahite prav potrebiteley». M., 1993. 

Kommentariy k QK RF çasti vtoroy / Otv red. O.N. Sadikov. M., 1999 (ql. 30, §2). 

Kunik Ə.A. Doqovorı v sovetskoy qosudarstvennoy torqovle. M., 1983. 

Levhina  T.L. Rozniçnaə  kuplə-prodaca  //  Qracdanskiy  kodeks  Rossiyskoy  Federaüii,  çastğ  vtoraə.  Tekst, 

kommentariy. M., 1996. 



Levhina T.L. Osnovı zakonodatelğstva o zahite prav potrebiteley. M., 1994. 

offe S.S. Obəzatelğstvennoe pravo. M., 1975. 

 

 



XII FƏS L  

Ə

MLAK K RAYƏS  MÜQAV LƏS  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə