MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə81/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   77   78   79   80   81   82   83   84   ...   91
§ 2. Lizinq müqaviləsinin anlayışı 

və xarakterik əlamətləri 

1. Lizinq müqaviləsinin hüquqi təbiəti 

barədə diskussiya 

Lizinq  müqaviləsinin  hüquqi  təbiəti  hüquq  ədəbiyyatı  səhifələrində  ən  çox  müzakirə  olunan  və  mübahisə 

predmetinə çevrilən məsələlərdən biridir. Mülki hüquq doktrinasında hal-hazırda bu, ən diskussiya doğuran mə-

sələlərdən biri kimi  qalır. Lizinq müqaviləsinin mülki-hüquqi müqavilələr sistemində tutduğu yer barədə dis-

kussiya bu gün də davam edir və indiyə kimi öz qəti həllini tapmamışdır. Bu, onunla izah edilir ki, lizinq mü-

qaviləsi özündə müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini birləşdirir və buna görə onun hüquqi 

təbiətini müəyyənləşdirmək çətin məsələyə çevrilir. 

Mülki hüquq ədəbiyyatında alimlər lizinq müqaviləsinin hüquqi təbiəti barədə bir-birindən fərqli, müxtəlif 

fikirlər söyləyirlər. Məsələn, Almaniya sivilistika doktrinasında lizinq müqaviləsi xüsusi növ nisyə alqı-satqı 



müqaviləsi kimi təsnif edilir. Fransa və Almaniya doktrinasında lizinq müqaviləsinin özündə tapşırıq müqavi-

ləsinin  elementlərini  birləşdirməsi  barədə  konsensiya  əsaslandırılır:  bu  konsepsiyaya  görə  lizinq  müqaviləsi 

ə

sasında  lizinq  alan  lizinq  verənə  onun  üçün  əmlak  əldə  edilməsi  barədə  tapşırıq  verir.  Bəzi  müəlliflərin 



fikrincə, lizinq müqaviləsi əmlak kirayə müqaviləsinin xüsusi növüdür. Müəlliflərdən M. . Leşenko göstərir 

ki, lizinq müqaviləsi əmtəə kredit müqaviləsidir; lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana istifadə 

üçün əmlak (avadanlıq, maşın, gəmi və s.), yəni əmtəə krediti verir. Lizinq müqaviləsini mülki-hüquqi müqavi-

lənin müstəqil növü (tipi) hesab edən müəlliflərə də təsadüf olunur; onlar lizinq müqaviləsini müstəqil mülki-



hüquqi müqavilə kimi tanıyırlar. Bəzi alimlərə görə lizinq müqaviləsi xüsusi növ müqavilə (sui generis) olub, 

özündə  bir  neçə  müqavilənin  elementini  birləşdirir.  Fransa  hüquq  doktrinasında  lizinq  müqaviləsini  üçüncü 

şə

xsin xeyrinə bağlanan müqavilə hesab edən əsaslandırılmış konsepsiya mövcuddur. Bəzi müəlliflər isə he-

sab edirlər ki, lizinq müqaviləsi icarə müqaviləsinin ayrıca növüdür.  

Bizim fikrimizjə, lizinq müqaviləsini icarə müqaviləsinin ayrıca növü kimi tanıyan müəlliflərin mövqeyi 

həqiqətə daha yaxındır. Belə ki, lizinq müqaviləsinə görə əmlak lizinq verən tərəfindən lizinq alanın müvəqqəti, 

müddətli və əvəzli istifadəsinə verilir. Qeyd etməliyik ki, icarə müqaviləsinin də hüquqi məqsədi məhz bundan 

ibarətdir. O ki qaldı lizinq müqaviləsinin xarakterik əlamətlərinə (lizinq alanın istifadəsinə xüsusi olaraq onun 

müraciəti əsasında lizinq verən tərəfindən alınmış əmlakın verilməsi, istifadəyə verilmiş əmlakın lizinq alan tə-

rəfindən satın alınması və onun mülkiyyətinə keçməsi və s.), qeyd etmək lazımdır ki, onlar heç də məsələnin 

mahiyyətinə təsir göstərmir. Belə ki, lizinq müqaviləsi müstəqil müqavilə kimi yox, yalnız icarə müqaviləsi-

nin ayrıca növü kimi tanına bilər. Həmin xarakterik əlamətlər isə lizinq müqaviləsini icarə müqaviləsinin di-

gər növlərindən fərqləndirməyə imkan verir (bu əlamətlər barədə növbəti yarımbaşlıqda). 

Beləliklə,  lizinq  müqaviləsi  icarə  müqaviləsinin  ayrıca  növüdür.  Bəzi  xarici  ölkələrin,  məsələn,  RF-in 

qanunvericiliyi məsələyə məhz bu cür yanaşır. Belə ki, lizinq müqaviləsi dedikdə, maliyyə icarə müqaviləsi ba-

ş

a düşülür (RF MM-in 665-ci maddəsi). Bu ölkənin qanunvericiliyində maliyyə icarəsi və lizinq eynimənalı an-



layışlar kimi işlədilir. Belçika qanunvericiliyi də lizinqi (leasing) icarə ilə eyniləşdirir.  

Bəzən  lizinq  müqaviləsi  «kredit-icarə  müqaviləsi»  kimi  müəyyənləşdirilir.  Fransa  qanunvericiliyinə  görə 

«kredit-icarə müqaviləsi» özündə həm əmlak kirayəsi müqaviləsinin, həm də kredit müqaviləsinin elementlərini 

birləşdirir və lizinq müqaviləsinin spesifik növü sayılır.  

Kvebekin Mülki Məcəlləsi lizinq müqaviləsini mülki-hüquqi müqavilənin ayrıca və müstəqil növü kimi nə-

zərdə tutur; məcəllənin üçüncü fəsli bu müqavilənin tənzimlənməsinə həsr olunmuşdur.  



2. Lizinq müqaviləsinin anlayışı və xarakterik əlamətləri    

Lizinq müqaviləsinin leqal anlayışı MM-in 747.1-ci maddəsində verilmişdir.  Bu anlayışda lizinq müqavilə-

sinin hüquqi xarakterini müəyyənləşdirməyə imkan verən cəhətlər nəzərdə tutulmuşdur.  

Lizinq müqaviləsinə görə, bir tərəf (lizinq verən) müəyyəəşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyə

haqla, müəyyən müddətə və digəşərtlərlə (lizinq alana əşyanı satın almaq hüququnun verilməsi barədə 

şə

rt də daxil olmaqla) digər tərəfin (lizinq alanın) istifadəsinə verməyi, lizinq alan isə vaxtaşırı haqq ödə-



məyi öhdəsinə götürür. 

Anlayışdan görürük ki, əşyanı lizinq alanın istifadəsinə lizinq verən müəyyənləşdirilmiş haqq müqabilində 

verir. Başqa sözlə desək, əşyadan istifadə etməyə görə lizinq alan lizinq verənə haqq ödəməyi öhdəsinə götürür. 

Odur ki, lizinq müqaviləsi əvəzli müqavilədir.  



 

509


Lizinq müqaviləsinin tərəfləri hüquqlara malik olub vəzifələr daşıyırlar. Buna görə də lizinq müqaviləsi iki-

tərəfli (qarşılıqlı) müqavilədir.  

Lizinq müqaviləsi müqavilənin mühüm şərti barədə tərəflər razılığa gəldikləri andan bağlanmış sayılır. Bu 

andan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Müqavilənin bağlanmış sayılması üçün əşyanın lizinq verən 

tərəfindən lizinq alana istifadəyə verilməsi tələb edilmir. Buna görə də lizinq müqaviləsi konsensual müqavilə-



dir

stifadəyə  verilən  əşyadan,  bir  qayda  olaraq,  sahibkarlıq  məqsədi  üçün  istifadə  olunur.  Bu  kimi məqsədi 

həm lizinq verən, həm də lizinq alan güdür. Digər tərəfdən müqaviləni bağlayan tərəflər, adətən, sahibkarlardır. 

Bunlardan başqa, lizinq əvvəldə qeyd etdiyimiz kimi, sahibkarlıq fəaliyyətinin xüsusi növü sayılır. Ona görə də 

lizinq müqaviləsi sahibkarlıq müqaviləsidir. Təsadüfi deyildir ki, Almaniya hüquq doktrinasında lizinq müqa-

viləsi ticarət əqdi hesab edilir ki, bu növ əqd sahibkarlıq əqdi sayılır. Hüquq ədəbiyyatı səhifələrində birmənalı 

şə

kildə göstərilir ki, lizinq müqaviləsi sahibkarlıq müqaviləsidir. 



Lizinq müqaviləsinin bir neçə xarakterik əlaməti vardır. Bu əlamətlər onun fərqləndirici cəhətləridir.  

Birincisi, lizinq müqaviləsi xüsusi formada investisiya qoyma və ya kreditləşdirmə məqsədilə bağlanılır. 

Belə ki, lizinq verən pul vəsaiti qoyaraq əmlak alır və onu lizinq alanın istifadəsinə verir. Belə halda həmin əm-

lak investisiya və ya əmtəə krediti kimi çıxış edir. Bununla lizinq verən lizinq alanı maliyyələşdirir. 

kincisi, lizinq müqaviləsi müddətli müqavilədir; bu müqavilənin qeyri-müəyyən müddətə bağlanmasına 

yol verilmir. 

Üçüncüsü, lizinq müqaviləsi lizinq alana istifadəyə götürülmüş əmlakı satın almaq və həmin əmlakın mül-

kiyyətçisi olmaq imkanı verir. Bunun üçün lizinq müqaviləsində bu barədə şərt nəzərdə tutulması tələb edilir. 

stifadəyə verilmiş əmlak lizinq ödənişlərinin lizinq alan tərəfindən lizinq verənə verilməsi yolu satın alınır. 

Dördüncüsü, lizinq müqaviləsi, bir qayda olaraq, uzun müddətə bağlanılır; özü də bu müddət çox vaxt isti-

fadəyə  götürülmüş  əmlakın  effektiv  xidmət  (qulluq)  müddətini  əhatə  edir  və  yəni  əmlakın  tam  amortizasiya 

müddətinə yaxınlaşır. 

3. Lizinq münasibətlərinin (əməliyyatlarının) 

hüquqi forması 

Lizinq münasibətlərinin (əməliyyatlarının) hüquqi forması dedikdə, həmin münasibətlərin hüquqi rəsmi-

ləşdirmə vasitəsi başa düşülür. Qanun belə iki forma nəzərdə tutur (MM-in 747-5-ci maddəsi). 

Lizinq münasibətlərinin birinci hüquqi forması iki müqavilənin bağlanmasını tələb edir. Başqa sözlə desək, 

lizinq münasibətləri iki müqavilə ilə rəsmiləşdirilir. Birinci müqavilə lizinq verənlə satıcı arasında bağlanmış 



alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq verən tərəfindən satın alınan əm-

lak xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Bu, lizinq əməliyyatının xarakterik xüsusiyyətlərindən biri-

dir. Digər tərəfdən alqı-satqı müqaviləsində həm də nəzərdə tutulmalıdır ki, lizinq alan bu müqavilədən irəli gə-

lən alıcı hüquqlarına malikdir. Məhz bu səbəbdən lizinqə verilən əmlakın alqı-satqı müqaviləsi üçüncü şəxsin 



xeyrinə bağlanan müqavilə hesab edilir ki, bu müqavilənin hüquqi cəhətləri MM-in 403-cü maddəsində göstə-

rilmişdir. 

kinci  müqavilə  isə  lizinq  verənlə  lizinq  alan  arasında  bağlanmış  lizinq  müqaviləsidir.  Bu,  ikitərəfli  əqd 

olub, lizinqə verilən əmlakın alqı-satqı müqaviləsi ilə sıx surətdə bağlıdır. Lakin lizinq münasibətlərinin iştirak-

çılarından (subyektlərindən) biri olan satıcı lizinq müqaviləsinin bağlanmasında iştirak etmir.  

Lizinq münasibətlərini (əməliyyatlarını) rəsmiləşdirməyin ikinci hüquqi forması üçtərəfli müqavilədir. Bu 

müqavilənin bağlanmasında üç tərəf (satıcı; lizinq alan; lizinq verən) iştirak edir. Beynəlxalq maliyyə lizinqi 

haqqında konvensiyaya görə lizinq münasibətləri məhz üçtərəfli müqavilə şəklində rəsmiləşdirilir. 



¨ 3. Lizinq müqaviləsinin elementləri 

1. Lizinq müqaviləsinin predmeti (obyekti) 

Lizinq  müqaviləsinin  predmeti  dedikdə,  lizinqin  obyekti,  yəni  lizinq  münasibətlərinin  (əməliyyatlarının) 

obyekti başa düşülür.  stifadəyə (lizinqə) hansı əşya verilərsə, o əşya da lizinq müqaviləsinin predmeti hesab 

edilir. Deməli, lizinq müqaviləsinin predmeti lizinqə verilən əşyadır; ona lizinq əmlakı deyilir. O, bəzən lizinq 

avadanlığı adlanır. Beynəlxalq maliyyə lizinqi barədə konvensiyada məhz bu termin işlədilir. 

Lizinq əmlakının iki əsas xarakterik cəhəti vardır. Birinci cəhət ondan ibarətdir ki, lizinq əmlakı gəlir və 



mənfəət vermək qabiliyyətli əmlak olmalıdır; həmin əmlak yalnız ona görə lizinqə verilir ki, ondan gəlir və 

mənfəət  götürmək  mümkün  olsun.  kincisi,  lizinq  əmlakından  lizinq  alan  əsasən  sahibkarlıq  məqsədləri 



üçün  istifadə  etməlidir,  lizinq  alan  ondan  şəxsi,  ailə,  məişət  və  ya  ev  məqsədləri  üçün  istifadə  edə  bilməz. 

Beynəlxalq maliyyə lizinqi haqqında konvensiya da məsələyə bu cür yanaşır. Üçüncüsü, lizinqin predmeti (ob-

yekti) olan əmlak əsas vəsaitlər sırasına aid olmalıdır (MM-in 742-2-ci maddəsi).  

Xarici ölkələrdə lizinq müqaviləsinin predmeti rolunda çıxış edir: maşınlar; nəqliyyat vasitələri; sənaye qur-



 

510


ğ

uları; maşınqayırma avadanlığı; tikinti avadanlığı; sənaye avadanlığı; dəzgahlar və s. əmlak. Bunlardan başqa, 

dəniz gəmiləri, təyyarələr, konteynerlər, neft buruqları, neft-qaz kəşfiyyatı və hasilatı üçün zəruri olan avadan-

lıqlar lizinqə verilir.  

Lizinq müqaviləsinin predmeti həm daşınar əşya, həm də daşınmaz əşya (məsələn, torpaq sahəsi, istehsal tə-

yinatlı binalar və s.) ola bilər. 



2. Lizinq müqaviləsinin tərəfləri 

Qeyd etmək lazımdır ki, «lizinq münasibətinin subyektləri» və «lizinq müqaviləsinin tərəfləri» anlayışlarını 

bir-birindən  fərqləndirmək  lazımdır.  Lizinq  münasibətinin  subyektləri  dedikdə,  lizinq  əməliyyatında  iştirak 

edən şəxslər – lizinq əməliyyatının iştirakçıları başa düşülür. Onlara aiddir: lizinqə verilən əmlakın satıcısı; li-

zinq verən; lizinq alan. Lizinq münasibətinin subyektləri (iştirakçıları) olan satıcı, lizinq verən və lizinq alan öz 

aralarında bir-biri ilə bir yox, iki ayrıca müqavilə ilə bağlıdır: alqı-satqı müqaviləsi ilə; lizinq müqaviləsi ilə. 

Ə

vvəldə qeyd etdiyimiz kimi, alqı-satqı müqaviləsi satıcı və lizinq verən arasında, lizinq müqaviləsi lizinq ve-



rənlə lizinq alan arasında bağlanır. Satıcı lizinq müqaviləsinin bağlanmasında iştirak etmir. Satıcı dedikdə, 

lizinq obyektini lizinq verənə satan şəxs başa düşülür. O, lizinq verənlə alqı-satqı müqaviləsi bağlayır. Həm fi-

ziki şəxs, həm də hüquqi şəxs satıcı ola bilər. Satıcı sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır. 

Lizinq müqaviləsinin tərəfləri dedikdə, bu müqavilənin bağlanmasında iştirak edən şəxslər başa düşülür. 

Söhbət iki tərəfdən gedir: lizinq verən; lizinq alan. Buna görə də satıcı lizinq müqaviləsinin tərəfi hesab olun-

mur. 

Ə

gər lizinq münasibəti üçtərəfli müqavilə şəklində rəsmiləşdirilərsə, onda «lizinq münasibətinin subyektlə-



ri» və «müqavilənin tərəfləri» anlayışları üst-üstə düşür. Belə ki, bu kimi halda üç şəxs həm müqavilənin tərəf-

ləri, həm də lizinq münasibətinin subyektləri hesab olunurlar. 

Lizinq müqaviləsinin tərəfləri lizinq müqaviləsinin subyektləridir. Buna görə də lizinq müqaviləsinin bağ-

lanmasında tərəf kimi iştirak etməyən satıcı müqavilənin subyekti sayılmır. Odur ki, qanunverici qeyri-dəqiqli-

yə yol verərək satıcını lizinq müqaviləsinin subyektləri sırasına aid edir (MM-in 747-ci maddəsi). Satıcı lizinq 

müqaviləsinin subyekti yox, lizinqin subyektidir və ya lizinqin iştirakçısıdır. 



Lizinq verən dedikdə, satıcıdan əldə etdiyi əmlakı lizinq alana müvəqqəti, müddətli və əvəzli istifadəyə ve-

rən şəxs başa düşür. Bir qayda olaraq, lizinq verən rolunda sahibkar statusu olan fiziki şəxslər (fərdi sahibkar-

lar), həm də hüquqi şəxslər (kommersiya təşkilatları) çıxış edə bilər. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul ol-

mağa icazə verilərsə, qeyri-kommersiya təşkilatlarının lizinq verən ola bilmələri mümkündür.  

Lizinq verən rolunda, adətən, ixtisaslaşdırılmış lizinq şirkətləri, habelə banklar çıxış edirlər. Lizinq şirkəti 

dedikdə, elə bir maliyyə şirkəti başa düşülür ki, o, lizinqə verilən əmlakın satın alınmasını rəsmiləşdirir və ma-

liyyələşdirir. Son zamanlar bəzi xarici ölkələrdə lizinq verən rolunda sığorta şirkətləri və pensiya fondları da çı-

xış edirlər. Lizinq verənin səlahiyyətli dövlət orqanından xüsusi razılıq (lisenziya) alması tələb edilmir. Belə ki, 

lizinq lisenziyalaşdırılmış fəaliyyət növü sayılmır və prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq 

olunmuş xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısından çıxarılmışdır. 



Lizinq alan dedikdə, elə bir şəxs başa düşülür ki, lizinq əmlakı müvəqqəti, haqqı ilə məhz onun istifadəsinə 

verilir. Həm fiziki şəxslər (sahibkar statusu olan fiziki şəxslər), həm də hüquqi şəxslər (kommersiya təşkilatları) 

lizinq alan rolunda çıxış edə bilərlər. Lizinq alan sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır. Bu, məlum mə-

sələdir. Belə ki, lizinq əmlakından, adətən, sahibkarlıq məqsədləri üçün istifadə edilir. Digər tərəfdən lizinq mü-

qaviləsinin  sosial-iqtisadi  məqsədi  sahibkarlıq  fəaliyyətini  həyata  keçirməkdən  ibarətdir.  Əgər  sahibkarlıq 

fəaliyyəti ilə məşğul olmağa icazə verilərsə, qeyri-kommersiya təşkilatları da lizinq alan rolunda çıxış edə bilər-

lər. 

Xarici ölkələrdə lizinq alan qismində avadanlıqlarının yeniləşdirilməsinə ehtiyacı olan istehsal şirkətləri (sə-



naye, tikinti, nəqliyyat və s. müəssisələri) iştirak edir. Lizinq müqaviləsi icarə müqaviləsinə oxşadığına görə bə-

zi ölkələrdə lizinq alan icarəçi, lizinq verən isə icarəyə verən adlanır. 



3. Lizinq müqaviləsinin digər elementləri 

Forma  və  bağlanma  qaydası  lizinq  müqaviləsinin  elementlərindən  biridir.  MM-in  748-ci  maddəsi  lizinq 

müqaviləsinin formasının tənzimlənməsinə həsr olunmuşdur. 

Qanun müəyyən edir ki, lizinq müqaviləsi yazılı formada bağlanılır (MM-in 748.1-ci maddəsi). Bu zaman 

iki yoldan istifadə oluna bilər. Birinci yol müəyyən bir adi sənəd tərtib etməkdən ibarətdir ki, həmin sənədi tə-

rəflər imzalayırlar.  kinci yol sənədlərin mübadiləsi yoludur (MM-in 406.3-cü maddəsi). Sənədlər rabitə vasi-

tələri (poçt, teleqraf, telefon, faks və digər vasitələr) ilə mübadilə edilir. Bu vasitələr sənədin müqavilə bağlayan 

tərəfdən gəldiyini dürüst müəyyən etməlidir. 

Lizinq müqaviləsinin forması barədə qanunun göstərişi imperativdir. Buna görə həmin göstərişə əməl olun-

mazsa, lizinq müqaviləsi etibarsız sayılır. Odur ki, lizinq müqaviləsi şifahi formada bağlana bilməz. 


 

511


Lizinq müqaviləsi notarial formada da bağlana bilər. Belə ki, əgər tərəflər qarşılıqlı razılığa gəlsələr, onda li-

zinq müqaviləsi notariat qaydasında təsdiqlənir. 

Lizinq müqaviləsində lizinq obyektinin təsviri, saxlanması, təmiri qaydası, sığorta etdirilməsi və digər məsə-

lələr barədə məlumatlar göstərilməlidir. Həmin məlumatların dairəsi qanunla müəyyənləşdirilir (MM-in 748.2-

ci maddəsi). 

Lizinq müqaviləsi üçün dövlət qeydiyyatı nəzərdə tutulmuşdur. Belə ki, lizinq müqaviləsinin obyekti olan 

ə

mlaka  hüquqlar  AR  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidməti  tərəfindən  dövlət  qeydiyyatına  alınmalıdır 



(MM-in 748.5-ci maddəsi). Bu, lizinq müqaviləsinin dövlət qeydiyyatına alınması deməkdir. O mənada ki, döv-

lət qeydiyyatına alındığı andan lizinq müqaviləsi öz hüquqi məqsədinə çatır, yəni əmlakın lizinq alanın istifadə-

sinə verilməsini təmin edir. 

Müddət lizinq müqaviləsinin elementlərindən biridir. Müddət dedikdə lizinq müqaviləsinin qüvvədə olma 

müddəti başa düşülür. Lizinq müqaviləsinin qüvvədə olma müddəti o deməkdir ki, lizinq verən əmlakı lizinq 

alana  hansı  müddətə  istifadəyə  vermişdir.  Deməli,  lizinq  müqaviləsinin  müddəti  lizinq  əmlakından  istifadə 

müddətini  ifadə  edir.  Buna  görə  də  qanun  müəyyən  edir  ki,  tərəflər  lizinq  müqaviləsində  əmlakdan  istifadə 

müddətini göstərməlidirlər (MM-in 748-ci maddəsi). Ona görə ki, lizinq müqaviləsinə görə, lizinq verən müəy-

yən əşyanı müəyyən müddətə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürür. Odur ki, lizinq müqaviləsi 



müddətli müqavilədir. Məhz bu səbəbdən lizinq müqaviləsi qeyri-müəyyən müddətə (müddətsiz), yəni müd-

dət göstərilmədən bağlana bilməz. Bunu nəzərə alan bəzi müəlliflər müddəti lizinq müqaviləsinin mühüm şərti 

hesab edirlər. 

Lizinq  müqaviləsinin  müddətini  tərəflər  özləri  müəyyənləşdirirlər.  Lakin  bu  zaman  belə  bir  tələbə  əməl 

olunmalıdır:  lizinq  müqaviləsinin  müddəti  bu  müqavilənin  predmeti  olan  əmlakın  tam  amortizasiyası 

(tam köhnəlməsi) ilə başa çatmamalıdır (MM-in 747.3-cü maddəsi). 

Müddətinə görə lizinq müqaviləsinin üç növü fərqləndirilir: 

 qısamüddətli lizinq müqaviləsi; 



 ortamüddətli lizinq müqaviləsi; 

 uzunmüddətli lizinq müqaviləsi.  



Qısamüddətli lizinq müqaviləsi odur ki, bu müqavilə əmlakın 1 ildən 1 il 6 aya kimi istifadəyə verilməsini 

nəzərdə tutur. Ortamüddətli lizinq müqaviləsi dedikdə, lizinq əmlakının 1 il 6 aydan 3 ilə kimi istifadəyə ve-

rilməsini nəzərdə tutan müqavilə başa düşülür. Uzunmüddətli lizinq müqaviləsinə görə lizinq əmlakı 3 ildən 

çox müddətə lizinq alanın istifadəsinə verilir. Beynəlxalq praktikaya lizinq müqaviləsinin 10 il, 15 il, 20 il və 

daha uzun müddətə bağlanması məlumdur. 

Qiymət də lizinq müqaviləsinin əsas elementlərindən sayılır. Lizinq müqaviləsinin qiyməti dedikdə, lizinq 

ödənişləri başa düşülür. Qanun lizinq müqaviləsinin bu elementinə ayrıca norma həsr etmişdir (MM-in 748-10-

cu maddəsi). 

Lizinq ödənişləri dedikdə, lizinq obyekti olan əmlakdan istifadəyə görə lizinq alanın lizinq verənin xeyrinə 

həyata keçirdiyi ödənişlər başa düşülür. Qeyd etməliyik ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzin-

də həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği məhz lizinq ödənişləri hesab edilir.  Lizinq ödənişlərinin 

ümumi məbləğinə daxildir (MM-in 748-11-ci maddəsi): 

 lizinq obyektinin amortizasiya (köhnəlmə) ödənişləri; 



 lizinq obyektinin əldə edilməsi ilə bağlı xərclər;  

 lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;  



 lizinq verənin gəliri (lizinq haqqı);  

 sığorta üçün ödənilən məbləğ (sığorta haqqı), əgər lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdir-



sə;  

 lizinq verənin göstərdiyi əlavə xidmətlərin haqqı;  



 lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 

Göründüyü kimi, bu, lizinq ödənişlərinin ümumi məbləğinə daxil olan xərclərin dəqiq və qəti yox, təxmini 

siyahısıdır. Belə ki, lizinq müqaviləsində digər xərclər də nəzərdə tutula bilər. Qeyd etməliyik ki, lizinq ödəniş-

lərinin ümumi məbləği, lizinq ödənişlərinin konkret həcmi, lizinq verənin əldə etdiyi gəlir (lizinq haqqı), lizinq 

ödənişlərinin qrafiki (qrafik hesablaşma qaydasını əks etdirir), lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi 

üsulu, forması və dövriliyi tərəflərin razılığı əsasında lizinq müqaviləsi ilə müəyyənləşdirilir (MM-in 748.2-ci 

maddəsi; 748-10.2-ci maddəsi). 

Lizinq  ödənişləri,  bir  qayda  olaraq,  pul  formasında  həyata  keçirilir.  Bununla  yanaşı,  lizinq  ödənişləri  ilə 

bağlı hesablaşmalar natura formasında da aparıla bilər. Natura formasında hesablaşma dedikdə, lizinq müqa-

viləsinin obyekti olan əmlakın vasitəsilə istehsal olunan məhsulla aparılan hesablaşma başa düşülür. Bu zaman 


 

512


məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir (MM-in 748-10.3-

cü maddəsi). 

Qeyd etmək lazımdır ki, lizinq ödənişləri iki hissədən ibarətdir. Birinci hissəni əvəzi ödənilən xərclər (amorti-

zasiya, sığorta və digər xərclər) təşkil edir.  kinci hissə isə lizinq verənin gəlirlərindən ibarətdir ki, ona lizinq 

haqqı deyilir. 

Lizinq müqaviləsinin qiyməti bəzi müəlliflər tərəfindən mühüm şərt sayılır. 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə