MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə82/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   91
§ 4. Lizinq müqaviləsinin məzmunu 

1. Lizinq verənin hüquq və vəzifələri 

Tərəflərin, yəni lizinq verən və lizinq alanın hüquq və vəzifələri lizinq müqaviləsinin məzmununu təşkil 

edir. Qanunun ayrıca maddəsi xüsusi olaraq lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələrinin tənzimlən-

məsinə həsr edilmişdir (MM-in 748-1-ci maddəsi). Tərəflərin hüquq və vəzifələri MM-in digər maddələrində də 

nəzərdə tutula bilər. 

Lizinq verənin daşıdığı vəzifələrdən biri ondan ibarətdir ki, o, lizinqin obyekti olan əmlakı hazırlamalı və 



ya əldə etməlidir (MM-in 747.2-ci maddəsi). Lizinqin obyekti olan əmlakı ixtisaslaşdırılmış sənaye şirkətləri 

hazırlayır; belə şirkətlər, adətən, texniki və sənaye avadanlıqları, sənaye qurğuları və digər əşyalar istehsal edir. 

Onların lizinq verən rolunda çıxış etmələri mümkündür. Deməli, lizinq obyekti olan əmlakı lizinq verən rolunda 

çıxış edən istehsal şirkətləri hazırlamalıdır. 

Lizinq verən ya da lizinqin predmeti olan əmlakı əldə etməlidir. Əldə etmə dedikdə, əmlakın hər hansı mü-

ə

yyən  satıcıdan  satın  alınması  başa  düşülür.  Belə  ki,  lizinqin  təşəbbüskarı  olan  gələjək  istifadəçi,  yəni  lizinq 



alan lizinq verənə (məsələn, ixtisaslaşmış lizinq şirkətinə, banka və s.) onun üçün konkret əmlak əldə etmək və 

həmin əmlakı onun müvəqqəti istifadəsinə vermək xahişi ilə müraciət edir. Lizinq verən bu müraciətə əsasən li-

zinq  alanın  göstərdiyi  satıcı  ilə  alqı-satqı  müqaviləsi  bağlayır:  bu  müqavilədə  lizinq  verən  alıcı  rolunda  çıxış 

edir. Alqı-satqı müqaviləsi bağlamaqla, lizinq verən əmlakın mülkiyyətçisi olur. Lakin öz mülkiyyətçi səlahiy-

yətini o, yalnız əldə etdiyi əmlakı lizinq alanın müvəqqəti istifadəsinə verməklə həyata keçirə bilər. 

Lizinq verənin üzərinə həm də belə bir vəzifə düşür ki, o, lizinq obyekti olan əmlakı lizinq alana lizinq 



müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun vəziyyətdə təqdim etməlidir. Başqa sözlə de-

sək, lizinqə verilən əmlak saz və istifadə üçün yararlı halda olmalıdır.  

Lizinq obyekti olan əmlak lizinq alana bilavasitə lizinq verən tərəfindən təqdim olunur. Qanunun ifadə etdi-

yi göstərişdən belə nəticəyə gələ bilərik ki, satıcı əmlakı lizinq verənə verir (MM-in 748-6.1-ci maddəsi). Bun-

dan sonra o da öz növbəsində əmlakı lizinq alana təqdim edir. Bununla yanaşı, lizinq müqaviləsində nəzərdə tu-

tula bilər ki, əmlakı lizinq alana lizinq verən yox, satıcı təqdim etsin. Belə halda əmlakı lizinq alana satıcı (mal 

göndərən) verir. Məhz bu cəhət adi alqı-satqı müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan müqaviləyə çevirir; 

lizinq alan isə üçüncü şəxs sayılır. 

Lizinq verən lizinqin obyekti olan əmlakı lizinq alanın müvəqqəti istifadəsinə verir. Belə halda o, həmin əm-

laka mülkiyyət hüququnu itirmir, əksinə saxlayır. Ona görə ki, lizinq alana istifadəyə verilmiş lizinq obyekti li-

zinq verənin mülkiyyətidir (MM-in 748-2.1-ci maddəsi). Beləliklə, lizinq obyekti olan əmlak lizinq alana veril-

dikdən sonra lizinq verənin mülkiyyətində qalır. Mühasibat uçotu baxımından bu fakt lizinq verənin balansında 

olmaq kimi əks olunmalıdır. Amma lizinq müqaviləsində nəzərdə tutula bilər ki, lizinq obyekti olan əmlak li-

zinq alanın balansında uçota alınsın (MM-in 748-3-cü maddəsi). 

Lizinq verən lizinqə verilən əmlakın pulunu ödəmək vəzifəsi də daşıyır. Belə vəzifə alqı-satqı müqavilə-

sindən yaranır. Əvvəldə qeyd etdiyimiz kimi, lizinq verən satıcı ilə alqı-satqı müqaviləsi bağlayır. Odur ki, o, 

alıcı qismində lizinq obyekti olan əmlakın pulunu ödəməlidir. 

Lizinq verənin üstünə, həm də belə bir vəzifə düşür ki, o, lizinq obyekti olan əmlakı əsaslı təmir etdirmə-



lidir (MM-in 748-1.7-ci maddəsi). Bu vəzifə lizinq alana da həvalə oluna bilər. Əsaslı təmir lizinq obyekti olan 

ə

mlakın əsas tərkib hissələrinin (detalların, konstruksiyaların, mexanizmlərin, aqreqatların və s.) dəyişdirilməsi-



ni nəzərdə tutur.  

Ə

gər lizinq müqaviləsində nəzərdə tutularsa, lizinq verən lizinq obyektini itirilmə (məhv olma), çatışmaz-



lıq  və  ya  zədələnmə  risklərindən  sığortalamaq  kimi  vəzifə  də  daşıyır  (MM-in  748.2-ci  maddəsi).  Bunun 

üçün, yəni lizinq obyektini sığortalamaq üçün lizinq verən sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlamalıdır. 

Amma sığorta haqqını, yəni sığorta üçün ödənilən məbləği vermək vəzifəsi lizinq alanın üstünə düşür. Belə ki, 

həmin  məbləğ  lizinq  ödənişlərinin  ümumi  məbləğinə  daxildir  (MM-in  748-11-ci  maddəsi).  Sığorta  müddəti 

satıcı əmlakı lizinq verənə verdiyi andan başlayır, lizinq müqaviləsinin müddəti başa çatanadək davam edir. Bir 

qayda olaraq, ğortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir (MM-in 748-6.3-cü maddəsi). 

Ə

gər lizinq obyektini lizinq verən seçərsə, onda o, həmin obyektin lizinq müqaviləsində nəzərdə tutulan isti-



fadə məqsədlərinə uyğun gəlməməsi ilə bağlı riskə görə məsuliyyət daşıyır (MM-in 748-7.3-cü maddəsi). Belə 

 

513


ki, bu kimi riskə görə lizinq obyektini seçən tərəf cavabdehdir. Lizinq müqaviləsində ayrı qayda da nəzərdə tu-

tula bilər. 

Lizinq verənin daşıdığı vəzifələrdən biri həm də ondan ibarətdir ki, o, lizinq obyektinə edilən yaxşılaşdır-

maların dəyərini lizinq alana ödəməlidir (MM-in 748-1.10-cu maddəsi). Belə ki, lizinq alan lizinq verənin 

yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdıra bilər; əgər həmin yaxşılaşdırmalar lizinq ob-

yektindən zərər vurmadan ayrıla bilmirsə, lizinq verən onların dəyərini lizinq alana ödəməlidir. Lizinq obyekti 

lizinq verənin yazılı razılığı olmadan yaxşılaşdırıldığı halda isə o, belə vəzifə daşımır. Əgər lizinq alanın etdiyi 

yaxşılaşdırmalar lizinq obyektindən ayrıla bilərsə, onun mülkiyyəti hesab olunur (MM-in 748-2.3-cü maddəsi). 

Lizinq müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər. 

Ə

gər lizinq müqaviləsində lizinq alanın lizinq obyekti olan əmlakı satın almaq hüququ verilərsə, onda lizinq 



verənin üstünə həmin əmlakı lizinq alana satmaq vəzifəsi düşür. Lizinq alanın lizinq obyektini satın almaq 

hüququna opsion hüququ deyilir və ya bu hüquq satın alma opsionu adlanır. Lizinq müqaviləsinə satın alma 

opsionu (opsion hüququ) daxil edildikdə, lizinq alan müqavilənin müddəti başa çatdıqdan sonra bu hüquqdan 

istifadə edə bilər. Belə halda lizinq verən lizinq əmlakını satmağa borcludur, yəni onun üçün lizinq obyekti olan 

ə

mlakı  satmaq  vəzifəsi yaranır.  Məhz  lizinqin maliyyə  lizinqi  kimi  növündə  lizinq  verən  belə  vəzifə  daşıyır. 



Qeyd etmək lazımdır ki, maliyyə lizinqi zamanı lizinq obyektini lizinq verən satır və bunun nəticəsində həmin 

obyektə mülkiyyət hüququ lizinq müqaviləsinin müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (MM-in 748-

2.5-ci maddəsi). Lakin lizinq alan lizinq müqaviləsində nəzərdə tutulan bütün məbləğləri (ödənişləri) lizinq ve-

rənə ödəməlidir. Lizinq müqaviləsində başqa hal da nəzərdə tutula bilər. Məsələn, lizinq müqaviləsində müəy-

yən edilə bilər ki, lizinq obyektinə mülkiyyət hüququ lizinq alana lizinq müqaviləsinin müddəti başa çatdıqdan 

sonra keçsin və s. 

O ki qaldı lizinqin operativ lizinq adlı növünə, qeyd etməliyik ki, bu növ lizinqə görə lizinq obyekti lizinq 

verənə qaytarılır və lizinq alan həmin obyektin satın alınmasını tələb edə bilməz. Təbii ki, lizinq verən operativ 

lizinq zamanı lizinq obyektini lizinq alana satmaq vəzifəsi daşımır. 

Lizinq alan lizinq obyektinə mülkiyyət hüququ əldə etmək üçün bütün lizinq ödənişlərini vermək yolu ilə 



onu satın almalıdır. Belə halda lizinq ödənişləri lizinq obyektini satın alma pulu sayılır. Lizinq obyektinin qəti 

dəyəri hesablanarkən amortizasiya faktı nəzərə alınmalıdır (MM-in 747.3-cü maddəsi). Özü də lizinq ödənişlə-

rinin məbləği (həcmi) lizinq obyektinin satın alınma qiymətindən çox olmalıdır; onlar arasındakı fərq isə lizinq 

verənin gəliri (mənfəəti) sayılır. 

Xarici ölkələrin mülki hüququna görə lizinq əmlakı lizinq müqaviləsi ilə müəyyənləşdirilən və ya təyin olu-

na bilən qiymətlə satılır; qiymət əmlak satılan anda onun bazar dəyərinə (qalıq dəyərinə) uyğun gəlməlidir. 

Lizinq verən həm də belə vəzifə daşıyır ki, o, əgər lizinq müqaviləsində nəzərdə tutularsa, əlavə xidmətlər 

göstərməlidir. Əlavə xidmətlərin siyahısı və bu xidmətlərə görə lizinq verənə ödənilən haqq lizinq müqavilə-

sində göstərilməlidir (MM-in 748.2-ci maddəsi). 

Ə

lavə xidmət dedikdə, lizinq verən tərəfindən göstərilən istənilən növ xidmət başa düşülür. Belə xidmət li-



zinq obyektindən həm istifadəyə kimi, həm də istifadə prosesində göstərilə bilər. Əlavə xidmətlərə aid edilir: li-

zinq alanın işçilərini öyrətmək; üçüncü şəxslərdən əqli mülkiyyət hüququ (məsələn, əmtəə nişanından, istehsal 

sirrindən, ixtiradan və digər obyektlərdən istifadə hüququ) əldə etmək; lizinq əmlakının quraşdırılması və işə 

salınması ilə bağlı göstərilən xidmət; lizinq əmlakına göstərilən xidmət; lizinq əmlakının təmiri; istehsal sahələ-

rini və kommunikasiyaları hazırlamaq və s. 

Lizinq verən həm də hüquqlara malikdir. Bu hüquqlara aiddir (MM-in 748-12-ci maddəsi; 748-13-cü mad-

dəsi): lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək və onu yoxlamaq hü-

ququ; lizinqlə bağlı maliyyə sənədləri, habelə lizinqin obyekti ilə maneəsiz tanış olmaq hüququ; lizinq alanın 

lizinq obyektinə aid öz öhdəliklərini yerinə yetirməsinə maliyyə nəzarəti etmək hüququ; maliyyə nəzarətini 

həyata keçirmək üçün lazım olan məlumatı almaq məqsədilə lizinq alana yazılı sorğu göndərmək hüququ; li-

zinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə, həmin öhdəliklərin təmin edilməsinə yönəl-



dilmiş hərəkətləri həyata keçirmək hüququ və s. 

Müəyyən hallarda lizinq verənin hüququ vardır ki, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etsin. Həmin 

hallar qanunda göstərilmişdir (MM-in 748-1.11-ci maddəsi). Növbəti yarımbaşlıqda bu hallar barədə danışıla-

jaqdır.  



2. Lizinq alanın hüquq və vəzifələri 

Lizinq alanın üzərinə düşən vəzifələrdən biri ondan ibarətdir ki, o, lizinqə veriləəmlakı, yəni lizinq ob-



yektini  qəbul  etməlidir  (MM-in  748-1.2-ci  maddəsi).  Bu  vəzifənin  yerinə  yetirilməsi  müəyyən  hərəkətlərin 

edilməsini tələb edir: birincisi, lizinq alan lizinqə verilən əmlakın keyfiyyətini yoxlamalıdır; ikincisi, yoxlama 

prosesində əgər hər hansı çatışmazlıq və qüsur aşkar edilməzsə, əmlak qəbul olunur; əmlakın qəbulu protokolla 


 

514


(qəbul protokolu ilə) rəsmiləşdirilir və təsdiq edilir; üçüncüsü, əmlakı qəbul edərkən hər hansı çatışmazlıq və 

qüsur aşkar edərsə, lizinq alan bu barədə müvafiq qeyd etməlidir; dördüncüsü, lizinq alan çatışmazlıq və qüsur 

barədə lizinq verənə məlumat verməlidir. Məlumat ona görə verilir ki, çatışmazlıqları aradan qaldırmaq məqsə-

dilə əmlakın satıcısı qarşısında tələb irəli sürmək mümkün olsun. 

Lizinq alanın digər vəzifəsi ondan ibarətdir ki, o, əmlakdan lizinq müqaviləsinin şərtlərinə və ya həmin 

ə

mlakın təyinatına uyğun istifadə etməlidir. Başqa sözlə desək, lizinq alanın lizinq obyektindən istifadə et-

məsi lizinq müqaviləsinin şərtlərinə və lizinq obyektinin təyinatına uyğun gəlməlidir. Bir qayda olaraq, lizinq 

alan lizinq əmlakından lizinq müqaviləsinin şərtlərinə uyğun istifadə etməlidir; əgər lizinq müqaviləsində belə 

şə

rtlər nəzərdə tutulmazsa, onda o, əmlakdan təyinatına uyğun istifadə etməyə borcludur. 



Lizinq alanın bu vəzifəni yerinə yetirməməsi onun üçün arzuolunmaz mənfi nəticələrə səbəb olur. Belə ki, 

ə

gər lizinq alanın lizinq obyektindən istifadəsi lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına 



uyğun deyilsə, onda lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv edə bilər (MM-in 748-1.12-ci maddə-

si). Bu kimi halda lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri alır.  

Lizinq alanın üstünə həm də lizinq ödənişlərini vaxtında ödəmək vəzifəsi düşür (MM-in 748-10-cu mad-

dəsi). Hüquq ədəbiyyatı səhifələrində bu, lizinq alanın əsas vəzifəsi sayılır. Lizinq ödənişləri dövri, yəni vaxta-

ş

ırı (aylıq – ayda bir dəfə; rüblük – rübdə bir dəfə; yarımillik – altı ayda bir dəfə) verilməlidir. Lizinq ödənişlə-



rinin dövriliyi lizinq müqaviləsində göstərilir (MM-in 748-10.2-ci maddəsi). Lizinq müqaviləsində, hətta lizinq 

ödənişlərinin qrafiki verilir. 

Qeyd etmək lazımdır ki, öz iqtisadi məzmununa görə lizinq birbaşa investisiya hesab edilir. Buna görə də 

lizinq ödənişlərinin ümumi məbləği elə müəyyənləşdirilməlidir ki, lizinq verən həm öz investisiya xərclərinin 

ə

vəzini  tam  ödəyə,  həm  də  lizinq  haqqı  şəklində  gəlir  (mənfəət)  götürə  bilsin.  Odur  ki,  lizinq  ödənişlərinin 



ümumi məbləği tərkibjə iki hissədən ibarətdir: 

 investisiya xərclərindən;  



 lizinq verənin əldə etdiyi gəlirdən (mənfəətdən). 



nvestisiya xərcləri dedikdə, lizinq verənin lizinq əmlakının əldə olunması və lizinq alanın həmin əmlakdan 

istifadə etməsi ilə bağlı çəkilən xərclər başa düşülür. Məsələn, amortizasiya, gömrük, vergi və digər məsələlərlə 

bağlı olan xərclər və s. 

Lizinq verənin əldə etdiyi gəlir (mənfəət) dedikdə, lizinq haqqı başa düşülür. Lizinq haqqı isə lizinq alanın 

lizinq əmlakından istifadə etməsinə  görə lizinq verənə əvəz kimi ödədiyi pul məbləğidir.  Lizinq haqqı lizinq 

ə

mlakı vasitəsilə istehsal olunan məhsulla (natura formasında) da ödənilə bilər (MM-in 748-10.3-cü maddəsi). 



Lizinq ödənişlərinin ümumi məbləği lizinq əmlakının dəyərindən və həmin əmlakın satın alınma qiymətin-

dən çox olmalıdır. Məhz lizinq əmlakının qiymətindən çox olan hissə (fərq) lizinq verənin gəlirini (mənfəətini), 

yəni lizinq haqqını təşkil edir. 

Lizinq alanın lizinq ödənişlərini vermək öhdəliyi onun lizinq obyektindən istifadəyə başladığı vaxtdan yara-

nır. Lakin bu qayda dispozitiv xarakter daşıyır. Belə ki, lizinq müqaviləsində ayrı ayda da nəzərdə tutula bilər 

(MM-in 748-10.4-cü maddəsi). Məsələn, lizinq müqaviləsində nəzərdə tutula bilər  ki, lizinq ödənişləri lizinq 

ə

mlakından istifadə olunma məhsuldarlığın müəyyən səviyyəsinə çatdığı halda verilsin və s. 



Bununla bərabər, lizinq müqaviləsində müəyyənləşdirilə bilər ki, lizinq ödənişlərinə 6 ay (180 gün) möhlə

verilsin. 6 aylıq müddət lizinq obyektindən istifadəyə başlandığı vaxtdan hesablanır. Həmin müddət keçənədək 

lizinq ödənişləri verilmir. Yalnız 6 aylıq müddət keçdikdə (ötdükdə) lizinq ödənişləri verilə bilər (MM-in 748-

10.5-ci maddəsi). 

Lizinq alanın lizinq ödənişlərini vaxtında vermək  vəzifəsini  yerinə  yetirməməsi onun üçün mənfi nəticələrə 

gətirib çıxara bilər. Belə ki, əgər o, lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş 

müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə (məsələn, iki ay; iki rüb və s.), lizinq verən lizinq mü-



qaviləsini vaxtından əvvəl ləğv edə bilər (MM-in 748-1.12-ci maddəsi). Bu zaman lizinq verən lizinq obyektini 

mübahisəsiz olaraq geri alır. 

Lizinq alan həm də lizinq obyekti olan əmlakın salamatlığını təmin etməlidir. Bu, onun daşıdığı vəzifələr-

dən biridir. O, lizinq əmlakını yararlı və işlək halda saxlamalı, onun texniki vəziyyətini, istismar xüsusiyyətləri-

ni və istehlak keyfiyyətlərini pisləşdirməməlidir. Əmlakın salamatlığını təmin etmək üçün lizinq alan öz hesabı-

na lizinq obyektinə texniki xidmət göstərməli, onun orta və cari təmirini həyata keçirməlidir (MM-in 748-1.7-ci 

maddəsi). Lizinq müqaviləsində başqa qayda da nəzərdə tutula bilər. Lizinq əmlakının istismarı ilə bağlı bütün 

risklər onun üzərinə düşür. Əgər lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak key-

fiyyətlərini pisləşdirirsə, onda lizinq verən həmin obyekti mübahisəsiz geri ala və bununla da lizinq müqaviləsi-

ni vaxtından əvvəl ləğv edə bilər (MM-in 748-1.12-ci maddəsi). 

Lizinq əmlakının cari və əsaslı təmiri, ona texniki xidmət göstərilməsi barədə məsələ, ümumiyyətlə, tərəflə-


 

515


rin razılığından asılı olaraq müəyyən edilir. Bu vəzifə çox vaxt əsasən lizinq alana həvalə olunur. Bu, aydın mə-

sələdir. Belə ki, bir qayda olaraq, lizinq verən rolunda maliyyə şirkəti (təşkilatı) çıxış edir. Təbii ki, maliyyə şir-

kətinin lizinq əmlakını təmir etmək və ona texniki xidmət göstərmək imkanı yoxdur.  

Ə

gər lizinq müqaviləsində nəzərdə tutularsa, lizinq alan lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq 



və ya zədələnmə risklərindən sığortalamaq vəzifəsi daşıyır. Bundan ötrü o, sığorta təşkilatı (sığortaçı) ilə əm-

lak sığorta müqaviləsi bağlamalı, habelə sığorta haqqı ödəməlidir. 

Lizinq alan həm də zərər vurmaq nəticəsində yaranan öhdəliklərin (delikt öhdəliklərinin) yerinə yetirilməsi-

nə görə öz mülki-hüquqi məsuliyyətini sığorta etdirməlidir (MM-in 748-6.4-cü maddəsi). Belə ki, lizinq ob-

yektinin istifadəsi prosesində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər (ziyan) vurula bilər. 

Belə halda zərər vurmaq nəticəsində öhdəlik (delikt öhdəliyi) yaranır. Bu öhdəlikdə lizinq alan borclu, üçüncü 

şə

xs isə kreditordur. Odur ki, lizinq alan üçüncü şəxsə vurulmuş zərərin əvəzini ödəməlidir, yəni delikt öhdəli-



yini yerinə yetirməlidir. O, buna görə mülki-hüquqi məsuliyyət daşıyır. Lizinq alan bu məsuliyyəti sığortalama-

lıdır. Bunun üçün o, sığorta təşkilatı ilə mülki məsuliyyətin sığorta müqaviləsi bağlamalıdır. 

Lizinq alanın həm də vəzifəsidir ki, lizinq əmlakını lizinq verənin razılığı olmadan sublizinqə verməsin

Bu vəzifənin yerinə yetirilməməsi lizinq verənə əsas verir ki, o, lizinq əmlakını mübahisəsiz geri alsın və lizinq 

müqaviləsini vaxtından əvvəl ləğv etsin (MM-in 748-1.12-ci maddəsi). 

Amma lizinq alan lizinq verənin razılığı ilə əmlakı sublizinqə verə bilər. Razılıq hökmən yazılı formada 

verilməlidir (MM-in 747-4.4-cü maddəsi). Sublizinq əmlakı ikinci əldən lizinqə verməkdir. 

Lizinq müqaviləsində nəzərdə tutula bilər ki, müqavilə müddəti qurtardıqdan sonra lizinq alan lizinq obyek-



tini əldə etsin. Başqa sözlə desək, lizinq müqaviləsi lizinq alana lizinq əmlakının mülkiyyətçisi olmaq vəzifəsi 

həvalə edə bilər (MM-in 747.3-cü maddəsi). Belə halda lizinq əmlakını əldə etmək lizinq alanın hüququ yox, 

vəzifəsi hesab olunur və bəzi ölkələrdə (Fransada, Belçikada) olduğu kimi lizinq müqaviləsinin məjburi şərti 

sayılır.  



Lizinq əmlakını qaytarmaq lizinq alanın daşıdığı vəzifələrə aiddir. Belə ki, lizinq müqaviləsinə xitam ve-

rildikdən sonra lizinq alanın üzərinə lizinq obyektini lizinq verənə qaytarmaq vəzifəsi düşür. O, əmlakı normal 

amortizasiya (köhnəlmə) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla qaytarmalıdır (MM-in 

748-1.8-ci maddəsi).   



3. Satıcının hüquq və vəzifələri 

Satıcı lizinq münasibətlərinin iştirakçısıdır. Əgər lizinq münasibətləri üçtərəfli müqavilə şəklində rəsmiləş-

dirilərsə, onda satıcı müqavilənin tərəflərindən biri kimi çıxış edir. Buna görə də o, hüquqlara malik olub vəzi-

fələr daşıyır. 

Satıcının əsas vəzifəsi lizinq obyektini lazımi keyfiyyətdə və əyyənləşdirilmiş müddətdə lizinq verə-

nə təqdim etməkdən ibarətdir. Ona görə ki, lizinq verən satıcı ilə bağladığı alqı-satqı müqaviləsində alıcı qis-

mində  iştirak  edir.  Hətta  qanunda  bu  barədə,  yəni  satıcının  lizinq  obyekti  olan  əmlakı  lizinq  verənə  verməsi 

haqqında birbaşa göstəriş də vardır (MM-in 748-6.1-ci maddəsi).  

Amma çox vaxt belə olmur. Belə ki, satıcı, bir qayda olaraq, lizinq obyektini lizinq verənin göstərdiyi ünva-

na göndərir. Adətən, satıcı əmlakı lizinq alanın olduğu yerə göndərməli olur. Ona görə ki, lizinq alan alqı-satqı 

müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir; digər tərəfdən alqı-satqı müqaviləsində göstərilir ki, əm-

lak lizinq verən tərəfindən xüsusi olaraq lizinq alana lizinqə verilmək üçün əldə edilir (MM-in 747-5.2-ci mad-

dəsi). Beləliklə, lizinq verən çox vaxt satın aldığı əmlakın özünü görmür; o, yalnız əmlakın pulunu verərək ödə-

nişi həyata keçirir.  

Satıcının digər vəzifəsi ondan ibarətdir ki, əgər alqı-satqı müqaviləsində nəzərdə tutulubsa o, lizinq obyekti-



nə təminatlı xidmət göstərməlidir (MM-in 748-1.6-cı maddəsi). Buna görə də o, təminat müddəti ərzində əm-

lakla bağlı olan hər hansı qüsur və çatışmazlığı öz hesabına aradan qaldırmalıdır. Təminat müddəti ötüb keçdik-

dən sonra satıcı təminatlı xidmət göstərmək vəzifəsi daşımır. 

Lizinq obyektini sığortalamaq satıcının daşıdığı vəzifələrdən biridir. Belə ki, əgər lizinq müqaviləsində ayrı 

qayda nəzərdə tutulmayıbsa, satıcı lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərin-

dən sığortalamalıdır (MM-in 748-6.1-ci maddəsi). Sığorta müddəti satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq 

müqaviləsinin müddəti başa çatdığı anı əhatə etməlidir. 

Satıcı  ilə  lizinq  verən  arasında  lizinq  obyektinin  əldə  edilməsi  barədə  müqavilə  alqı-satqı  müqaviləsidir. 

Odur ki, satıcının üstünə alqı-satqı müqaviləsi üzrə satıcının daşımalı olduğu analoji vəzifələr düşür.     



4. Lizinq iştirakçılarının (subyektlərinin) məsuliyyəti 

Lizinq subyektlərinin məsuliyyəti mülki-hüquqi məsuliyyətin ümumi müddəalarına tabedir. Bununla ya-

naşı, lizinq münasibəti iştirakçılarının məsuliyyəti özünəxas cəhət və xüsusiyyətlərə malikdir. Belə ki, öz öhdə-

liklərini pozmağa görə tərəflərin məsuliyyət məsələsi lizinq üçün spesifik olan üsullarla həll edilir. 



 

516


Lizinq iştirakçılarının məsuliyyətinin əsas xüsusiyyəti ondan irəli gəlir ki, bu münasibətlərdə lizinq şirkəti-

nin rolu lizinq əməliyyatını maliyyələşdirməkdən ibarətdir. Maliyyə təşkilatı olan lizinq verənin lizinq ob-

yektinə bilavasitə münasibəti yoxdur. Əvvəldə qeyd etdiyimiz kimi, o, çox vaxt lizinq obyektinin özünü belə 

görmür. Buna görə də təbii ki, lizinq verən lizinq obyekti ilə bağlı vəzifələri ya satıcının, ya da lizinq alanın 

üzərinə qoyur. Bunun nəticəsində lizinq münasibətləri üzrə məsuliyyəti əsasən lizinq alan və ya satıcı daşıyır; 

lizinq verənin üzərindən isə məsuliyyət götürülür. Lizinq əmlakı ilə bağlı məsuliyyəti lizinq verənin üzərindən 

götürmək üçün elə etmək lazımdır ki, əmlakla bağlı məsələni lizinq alan və satıcı bilavasitə, lizinq verənin işti-

rakı olmadan özləri həll etsinlər. Bundan ötrü qanun lizinq alanı xüsusi statusla – «alqı-satqı müqaviləsi üzrə 



alıcı» hüququ ilə təmin edir. Belə ki, qanun müəyyən edir ki, bir az öndə göstərdiyimiz kimi, lizinq alan lizinq 

obyektinin  satıcısı  ilə  lizinq  verən  arasında  bağlanılan  alqı-satqı  müqaviləsindən  irəli  gələn  alıcı  hüquqlarına 

malikdir (MM-in 747-5.2-ci maddəsi). Məhz alıcı hüquqları lizinq alana imkan verir ki, o, lizinq əmlakı ilə bağ-

lı bilavasitə satıcıya tələb irəli sürsün. Belə ki, lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu ob-

yektin keyfiyyət və komplektliyi, göndərmə müddəti barədə, habelə alqı-satqı müqaviləsi ilə nəzərdə tutulan di-

gər tələbləri irəli sürə bilər (MM-in 748-1.3-cü maddəsi). Bu halda satıcı həmin tələblərə baxaraq müvafiq po-

zuntunu lazımınca aradan qaldırmalıdır. 

Lizinq  alanı  alqı-satqı  müqaviləsi  üzrə  alıcı  hüququ  ilə  təmin  etmək  barədə  qayda  xarici  ölkələrin  mülki  və 

ticarət hüququna da məlumdur. Bu qaydanı həm də beynəlxalq maliyyə lizinqi barədə Ottava konvensiyası müəy-

yənləşdirir.  

Qeyd etdiyimiz kimi, alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq obyekti lizinq verən tərəfindən xü-

susi olaraq lizinqə verilmək üçün satın alınır, yəni əldə edilir (MM-in 747-5.2-ci maddəsi). Bu göstəriş satıcı ilə 

lizinq alan arasında münasibətlərdə vacib rol oynayır. Həmin göstəriş satıcını əvvəlcədən xəbərdar edir ki, li-

zinq əmlakı ilə bağlı mümkün tələblər alqı-satqı müqaviləsinin tərəfi olan lizinq verənə yox, lizinq alana 



irəli sürüləjəkdir. Buna görə də lizinq verən lizinq əmlakında aşkar olunan çatışmazlığa və qüsura görə məsu-

liyyət daşımır (MM-in 748-1.4-cü maddəsi).  

Lizinq alan öz öhdəliklərini pozduğu hallarda (məsələn, o, lizinq obyektindən təyinatına uyğun istifadə et-

mədiyi, icazəsiz lizinq əmlakını sublizinqə verdiyi və digər hallarda), lizinq verən aşağıdakı mülki-hüquqi mü-

dafiə  vasitələrindən  istifadə  edə  bilər:  mübahisəsiz  pul  məbləğlərini  almaq;  lizinq  obyektini  mübahisəsiz 

geri almaq; lizinq müqaviləsini mübahisəsiz geri almaq. 

Lizinq alan həm də lizinq obyektini qaytarmamağa və ya vaxtında qaytarmamağa görə məsuliyyət da-

ş

ıyır. Belə halda o, lizinq verənin tələbi ilə kompensasiya ödəməlidir (MM-in 748-1.9-cu maddəsi). 

Lizinq alan aşağıdakılara görə məsuliyyət daşıyır (MM-in 748-7.1-ci maddəsi): lizinq əmlakının zərərin bü-

tün növlərindən qorunmasına görə; lizinq əmlakının məhv olması, itirilməsi, korlanması, oğurlanması və vax-

tından əvvəl sıradan çıxmasına görə; lizinq əmlakının quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərə 

görə; lizinq əmlakının istismarı zamanı yol verilən risklərə görə. Lizinq müqaviləsində ayrı qayda da nəzərdə 

tutula bilər. 

Lizinq alanın hüququ var ki, o, lizinq müqaviləsinin pozulmasına görə öz məsuliyyət riskini lizinq verənin 

xeyrinə sığortalasın (MM-in 748-6.5-ci maddəsi). Bundan ötrü o, sığorta təşkilatı ilə sığorta müqaviləsi bağla-

malıdır. Bu müqavilə üçüncü şəxsin xeyrinə bağlanan sığorta müqaviləsi, lizinq verən isə üçüncü şəxs sayı-

lır.


     


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə