MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə83/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   79   80   81   82   83   84   85   86   ...   91
§ 5. Lizinq müqaviləsinin xitamı 

1. Müqaviləyə xitam verilməsinin əsasları 

Lizinq müqaviləsi müxtəlif əsaslara görə xitam edilir. Bu əsaslar mülki qanunvericilikdə nəzərdə tutulmuş-

dur. Digər tərəfdən qeyd etməliyik ki, qüvvədən düşmüş «Lizinq xidməti haqqında» AR Qanununun V fəslinə 

daxil olan normalar (13-cü maddə) müqavilənin ləğv edilməsi əsaslarına həsr edilmişdi; qüvvədən düşməsinə 

baxmayaraq həmin qanunda göstərilən əsaslar öz əhəmiyyətini itirməyərək aktuallığını saxlayır. 

Lizinq müqaviləsinin müddətinin başa çatması müqavilənin xitam edilməsi əsaslarından biridir. Müqavi-

lənin müddəti qurtardıqdan və sona çatdıqdan sonra lizinq alan lizinq əmlakını lizinq verənə qaytarır. Bununla 

müqavilə ləğv edilir. 

Lizinq  alan  müəssisə  ləğv  edildiyi  halda  da  lizinq  müqaviləsi  xitam  edilir.  Lizinq  alan  müəssisənin  ləğv 

edilməsi  dedikdə  bu  müəssisənin  mövcudluğuna  və  fəaliyyətinə  onun  hüquq  və  vəzifələrinin  hüquqi  varislik 

qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi başa düşülür. Müəssisə müxtəlif əsaslara görə ləğv edilə 

bilər. Məsələn, bu cür müəssisənin təsisçilərinin (iştirakçılarının) qərarı, o cümlədən müəssisənin mövcudluğu 

üçün nəzərdə tutulan müddətin bitməsi və ya qarşıya qoyulmuş məqsədə nail olunması lizinq alan müəssisənin 

fəaliyyətinə xitam verilməsi üçün əsas ola bilər. 



Tərəflərin sazişi lizinq müqaviləsinin ləğv edilməsi əsaslarından biridir. Belə halda, müqavilənin müddəti 

 

517


bitməsə də, lizinq müəssisəsi ilə lizinq alan müqaviləni pozmaq üçün qarşılıqlı razılığa gəlirlər. 

Məhkəmənin qərarı lizinq müqaviləsinə xitam verilməsi əsaslarından biri sayılır. Məsələn, müqavilənin ba-

ğ

lanmasında iştirak edən müəssisələrin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar 



onun qeydiyyatının etibarsız sayılması barədə məhkəmə qərarı lizinq müqaviləsinin pozulmasına səbəb ola bi-

lər. 


Lizinq müqaviləsi müqavilənin predmeti olan əmlak qarşısıalınmaz qüvvə nəticəsində məhv olduqda, mü-

qavilə  ləğv  edilir.  Qarşısıalınmaz  qüvvə  dedikdə  müxtəlif  cür  təbii  fəlakət  hadisələri  (ildırım,  tufan,  qasırğa, 

daşqın, zəlzələ və s.) başa düşülür. 

Qanunda və müqavilədə lizinq müqaviləsinin ləğv edilməsinin digər halları da nəzərdə tutula bilər. Bu cür 

halların müəyyənləşdirilməsi istisna edilmir. 

2. Müqaviləyə xitam verilməsinin nəticələri 

Lizinq müqaviləsinin ləğv edilməsi əyyən hüquqi nəticələrə səbəb olur. Bu cür nəticələrə aiddir: 

 lizinq əmlakının lizinq verənə qaytarılması



 əmlakın qaytarılması ilə bərabər lizinq verənə dəyən zərərin əvəzinin ödənilməsi

 əmlakın geri götürülməsi ilə bərabər lizinq alana dəyən zərərin əvəzinin ödənilməsi



Lizinq müqaviləsinin müddəti qurtardıqdan sonra lizinq əmlakını icarəçi (lizinq alan) satın alma hüququndan 

istifadə etməklə mülkiyyət hüququ əsasında əldə etmir. Belə halda əmlak lizinq verənə qaytarılır. Bu, lizinq 

müqaviləsinin xitam edilməsinin hüquqi nəticəsidir. 

Bununla bərabər, müqavilə lizinq alanın təqsiri üzündən pozula bilər. Belə halda əmlak lizinq verənin özünə 

qaytarılır və lizinq alan qarşı tərəfə dəyən zərərin əvəzini ödəyir. Əgər müqavilənin ləğv edilməsində lizinq ve-

rən təqsirkar olarsa, əmlak geri qaytarılır və lizinq alana dəyən zərərin əvəzi ödənilir. 



§ 6. Lizinqin növləri (tipləri) 

Dünya praktikasında lizinq müqaviləsinin çoxsaylı tipləri işlənib hazırlanmışdır. Ədəbiyyatda bu məsələyə 

müəyyən dərəjədə toxunulmuşdur. Lakin lizinq müqaviləsinin dəqiq və elmi cəhətdən əsaslandırılmış geniş təs-

nifatına biz rast gəlmirik. Azərbaycanlı hüquqşünas müəlliflərdən S.Ə.Vəliyev lizinq müqavilələrinin ayrı-ayrı 

növlərini sistemli şəkildə nəzərdən keçirməyə təşəbbüs göstərmişdir. 

Lizinq müqaviləsini müxtəlif meyarlara görə təsnifləşdirmək olar. Hər şeydən əvvəl, beynəlxalq ticarət prak-

tikasında müddət meyarına görə lizinqin üç növünə rast gəlirik: 

 rentinq; 



 xayrinq; 

 uzunmüddətli lizinq. 



Rentinq dedikdə qısamüddətli lizinq başa düşülür. Bu müddət bir ilə kimi olan müddəti əhatə edir. Xayrinq 

orta müddətli lizinqdir. Bu lizinq növü bir ildən üç ilə kimi olan müddəti nəzərdə tutur. Uzunmüddətli lizinq 

odur ki, onun müddəti üç ildən çoxdur. Beynəlxalq praktikada müddəti iyirmi və ya daha çox il olan lizinqə də 

rast gəlmək mümkündür. 



Lizinq avadanlığının istifadə müddəti və əqddə iştirak edən tərəflərin sayı kimi meyara görə lizinqin iki 

növü fərqləndirilir: maliyyə lizinqi; operativ lizinq. 



Maliyyə lizinqi odur ki, bu cür lizinqdə icarəyə verilmiş lizinq avadanlığından istifadə müddəti adətən hə-

min avadanlığın xidmət müddətinə (təsərrüfat məqsədləri üçün istifadə müddətinə və ya tam amortizasiya müd-

dətinə) yaxınlaşır. Bu növ lizinq müqaviləsi, bir qayda olaraq, üç ildən on ilə kimi, bəzi hallarda isə on ildə

çox müddətə bağlanır. Bununla bərabər, maliyyə lizinqi mürəkkəb əqddir. Belə ki, həmin əqddə üç tərəf iştirak 

edir. Lizinq müddəti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq lizinq alan avadanlıq üzərində mül-

kiyyət hüququ əldə edə və ya müqaviləni daha güzəştli şərtlərlə təzələyə, ya da avadanlığı lizinq verənə (icarə-

yə verənə) qaytara bilər, yəni müqavilə münasibətlərini ləğv edə bilər. Maliyyə lizinqinə investisiya lizinqi də 

deyilir. 

Geriqaytarma lizinqi maliyyə lizinqinin  yarımnövüdür. Maliyyə lizinqindən fərqi olaraq geriqaytarma li-

zinqi üçtərəfli yox, ikitərəfli əqddir. Bu əqddə lizinq verən və lizinq alan iştirak edir. Satıcının (istehsalçının) 

bu münasibətlərdə çıxış etməsinə təsadüf olunmur. Geriqaytarma lizinqi onunla xarakterizə olunur ki, bu lizinq 

növü avadanlığı mülkiyyətçisinin onu lizinq müəssisəsinə satmasına, sonradan ilkin mülkiyyətçinin həmin ava-

danlığın lizinqə (icarəyə) götürməsini nəzərdə tutur.  lkin mülkiyyətçi həm avadanlığın qiymətini alır, həm də 

avadanlıqdan istifadə nəticəsində gəlir götürür. Deməli, lizinq avadanlığının ilkin mülkiyyətçisi həm də eyni za-

manda lizinq alan rolunda çıxış edir. Lizinq müəssisəsi həm lizinq avadanlığının sonrakı mülkiyyətçisi, həm də 

lizinq verəndir. 



Operativ lizinq odur ki, bu növ lizinq avadanlığın onun tam amortizasiyası müddətində dəfələrlə lizinqə ve-

rilməsini nəzərdə tutur. Başqa sözlə desək, operativ lizinqdə müqavilənin qüvvədə olma müddəti ərzində lizinq 



 

518


avadanlığının istifadə müddəti avadanlığın xidmət (qulluq) müddətindən azdır. Lizinq alan avadanlığı qısa 

və ya orta müddətə icarəyə götürür. Bu isə lizinq verənə imkan verir ki, o, lizinq müddəti qurtardıqdan və başa 

çatdıqdan sonra həmin avadanlığı başqasının istifadəsinə versin. Belə ki, lizinq müddəti qurtardıqdan sonra ava-

danlıq lizinq verənə qaytarılır. Bu cür halda lizinq alanın ixtiyarı çatmır ki, lizinq avadanlığı üzərində mülkiy-



yət hüququnun ona keçməsini tələb etsin

Lizinq avadanlığına texniki xidmət göstərilməsi üzrə vəzifənin kimə həvalə edilməsi əlamətinə görə li-

zinqin iki növü fərqləndirilir: təmiz lizinq; xidmətli lizinq. Təmiz lizinq odur ki, bu növ lizinq avadanlığa xid-

mət  göstərilməsini  lizinq  alana  həvalə  edilməsini  nəzərdə  tutur.  Bu  lizinq  növü  kommersiya  bankları,  lizinq 

ə

məliyyatları ilə məşğul olan sığorta təşkilatları üçün xarakterikdir. Bu, məlum məsələdir. Belə ki, lizinq verən 



rolunda çıxış edən banklar və sığorta təşkilatları, təbii ki, lizinq əmlakına xidmət göstərə bilməz.  

Xidmətli lizinq odur ki, bu lizinq avadanlığa xidmət göstərmək vəzifəsinin lizinq verənə həvalə edilməsini 

nəzərdə tutur. Bu lizinq növündən o halda istifadə edilir ki, müqavilənin predmetini xüsusi xarakterli avadanlıq-

lar (məsələn, kompyüterlər, hesablama maşınları və s.) təşkil etsin. Göstərilən müqavilə əlavə şərt nəzərdə tu-

tan  müqavilə  də  adlandırılır.  Əlavə  şərtlər  mürəkkəb  xarakterli  avadanlığa  xidmət  göstərməyin  vacibliyi  ilə 

ə

laqədardır. Əgər təmiz lizinq quru lizinq adlanırsa, xidmətli lizinqə islaq (yaş) lizinq də deyilir. 



ş

tirakçıların tərkibinə görə və lizinq əməliyyatlarının həyata keçirilməsi texnikasından asılı olaraq li-

zinqin üç növü fərqləndirilir: birbaşa lizinq; dolayı lizinq; qrup lizinqi. 



Birbaşa lizinq odur ki, həmin lizinqdə iştirak edən əmlak mülkiyyətçisi (mal göndərən) həm də eyni zaman-

da lizinq verəndir. O, avadanlığı müstəqil olaraq lizinqə verir. 



Dolayı lizinq elə bir əqddir ki, bu əqdə görə lizinq verən lizinq alana lizinqə vermək üçün satıcıdan xüsusi 

olaraq avadanlıq alır. Özü də tez-tez biz lizinq verənin bankların və digər kredit təşkilatlarının maliyyə vəsaitini 

cəlb etməklərinin şahidi oluruq. Deməli, dolayı lizinqdə vasitəçi çıxış edir. 

Qrup lizinqi elə bir əqddir ki, bu əqdin bağlanmasında lizinq verən tərəfindən bir neçə şəxs çıxış edir. 

Müqavilənin  beynəlxalq  xarakterə  malik  olub-olmamasına  görə  lizinqin  iki  növü  vardır:  daxili  lizinq; 

beynəlxalq lizinq. Daxili lizinq odur ki, lizinq müqaviləsinin tərəfləri (subyektləri) rolunda Azərbaycan Res-

publikasının vətəndaşları çıxış edirlər. Bu lizinq dünyanın bir çox ölkələrində daha inkişaf etmişdir. Daxili milli 

lizinq bazarında istehsal avadanlıqlarının, avtomobillərin və digər əmlak növlərinin lizinqə verilməsi üstünlük 

təşkil edir. 

Beynəlxalq lizinq odur ki, bu lizinqdə iştirak edən lizinq alan və lizinq verən müxtəlif dövlətlərin subyektlə-

ridir;  onlar  ayrı-ayrı  dövlətlərdə  olurlar.  Beynəlxalq  lizinqdə  əsas  yeri  gəmilərin,  təyyarələrin,  dəmiryolu  va-

qonlarının və s. lizinqə verilməsi təşkil edir. Daxili və beynəlxalq lizinq MM-in 747-3-cü maddəsində nəzərdə 

tutulmuşdur. 



Lizinq obyektinin «hərəkət edib-etməməsi» əlamətinə görə lizinqin iki növü fərqləndirilir: mobil lizinqi; 

immobil lizinqi. Mobil lizinqi daşınar əmlak növlərinin lizinqə verilməsidir.  mmobil lizinq isə bunun əksinə 

olaraq daşınmaz əmlakın lizinqə verilməsini nəzərdə tutur. 

Lizinqin kompensasiya lizinqi adlı xüsusi xarakterli növü də fərqləndirilir. Bu lizinqin əsas xüsusiyyəti li-

zinq haqqının forması ilə şərtlənir. Belə ki, lizinq alan lizinq haqqını icarəyə (lizinqə) götürdüyü avadanlığın 

tətbiqi nəticəsində əldə etdiyi məhsul formasında ödəyir. Ödəniş lizinq alan tərəfindən xammal və yarımfabri-

katlar verməklə də həyata keçirilə bilər ki, onların lizinq avadanlığının istifadəsi ilə heç bir əlaqəsi yoxdur. 

Sublizinq müqaviləsi elə bir əqddir ki, o, lizinq alan tərəfindən lizinq predmetinin yenidən üçüncü şəxsə li-

zinqə verilməsi ilə bağlı əmələ gələn münasibətləri rəsmiləşdirir. Sublizinq ikinci əldən lizinqə verməkdir. La-

kin bunun üçün lizinq verənin razılıq və icazə verməsi tələb olunur. Xüsusi xarakterli münasibətləri tənzimlə-

yən  sublizinq  Ottava  konvensiyasının  2-ci  maddəsində  nəzərdə  tutulmuşdur.  Sublizinq  AR  MM-in  747-4-cü 

maddəsi ilə tənzimlənir. 

Mülki qanunvericilikdə lizinqin digər növləri də göstərilir. Mülki Məcəllənin 747-5-ci maddəsi lizinq xidmə-

tinin müxtəlif cür formalarını nəzərdə tutur. Məsələn, lizinq müqaviləsi subyektlərinin iştirakına görə lizinqin 

ikitərəfli və ya üçtərəfli kimi iki növü fərqləndirilir. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Veliev  S.A.  Lizinq  kak  odna  iz  form  vneşnegkonomiçeskoy  sdelki  //Mecdunarodnoe  pravo.  Baku.  1998. 

1, s.80-86. 



Kabatova E.V. Lizinq: pravovoe requlirovanie. M., 1996. 

Çekmareva E.N. Lizinqovıy biznes. M., 1993. 

Dcuxa V.M. Lizinq. Rostov-na-Donu. 1999. 

Lehenko M. . Osnovı lizinqa. Uçebnoe posobie. M., 2000. 

Qext P. . Razvitie lizinqovıx operaüiy. M., 1991. 

 

519


Tınelğ A., Funk Ə., Xvaley V. Kurs Mecdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk. 2000. 

Qazman V.D. Lizinq. M., 1997. 

Qoremıkin V.A. Lizinq. M., 1997. 

K.Şmittqoff.

 Gksport: pravo i praktika mecdunarodnoy torqovli. M., 1993. 

 

 



XVI FƏS L  

FRANÇAYZ NQ MÜQAV LƏS  

§ 1. Françayzinq müqaviləsinin anlayışı, 

xüsusiyyətləri, elementləri, əhəmiyyəti və 

mülki-hüquqi tənzimlənməsi 

1. Françayzinqin anlayışı 

Françayzinq  müqaviləsinin  rəsmiləşdirdiyi  münasibətləri  başa  düşmək  üçün,  onun  hansı  sahələrdə  tətbiq 

olunmasını bilmək məqsədilə belə bir misal çəkək. Yeni yaradılmış hər hansı kommersiya müəssisəsi sahibkar-

lıq fəaliyyətinə başlamaq istəyir. Lakin onun qabaqcıl texnologiyası yoxdur. Həmin müəssisə marketinq və biz-

nes işinin müasir yollarını da bilmir. Təbii ki, o, işgüzar nüfuza malik deyil və daxili bazarda, o cümlədən, bey-

nəlxalq  bazarda  tanınmır.  Şübhəsiz,  sahibkarlıq  fəaliyyətində,  kommersiya  əməliyyatlarında  və  biznes  işində 

göstərilən müəssisənin uğur qazanması müəyyən çətinliklərlə bağlı olajaqdır. Bəs vəziyyətdən nejə çıxmalı? 

Vəziyyətdən çıxmaq üçün kommersiya müəssisəsi həm daxili bazarda, həm də beynəlxalq bazarda yaxşı ta-

nınan, işgüzar nüfuza malik olan məşhur iri firma ilə (məsələn, «Coca-cola» korporasiyası; «Pepsi-cola» korpo-

rasiyası; «Makdonalds» korporasiyası; «General Motors» korporasiyası və s. ilə) razılığa gəlir ki, o, öz məhsul-

larını həmin firmanın əmtəə nişanı altında istehsal etsin və ya öz kommersiya əməliyyatlarını həmin firmanın 

firma adı (və ya ticarət markası) altında aparsın və yaxud da onun xidmət nişanı altında fəaliyyət göstərsin. Bu 

kimi hallarda kommersiya müəssisəsi və tanınmış məşhur firma arasındakı əlaqələr françayzinq münasibətləri, 

həmin münasibətləri rəsmiləşdirən hüquqi forma isə françayzinq müqaviləsi adlanır. 

Hələ  SSSR-in  mövcud  olduğu  dövrdə  (1972-ci  ildən)  bəzi  sovet  müəssisələri  «Pepsiko»  korporasiyası  ilə 

müqavilə bağlayaraq həmin korporasiyanın sirop (şirə) və konsentratlarından onun ticarət markası altında sərin-

ləşdirici içki («Pepsi-cola» və «Fanta») istehsal edirdilər. Həmin müqavilə françayzinq müqaviləsi adlanırdı.   

Hər şeydən əvvəl, beynəlxalq praktikada geniş surətdə tətbiq edilən françayzinq termininin mənasını açaq. 

Françayzinq (franşiza) ideyası hələ antik dövrlərdə mövcud olsa da, həmin termin ilk dəfə orta əsrlərdə birinci 

kommersiya dəniz və bank münasibətlərinin yarandığı dövrdə meydana gəlmişdir. Həmin termin ilk dəfə Fran-

sada işlədilmişdir. Françayzinq fransızja «franchise (franşiza)» sözündən olub, güzəşt, imtiyaz, sərbəstlik 

mənasını ifadə edir. Bu termindən hələ orta əsrlərdə Fransada istifadə edilirdi. O vaxtı françayzinq termini ilə 

müəyyən  bir  fəaliyyətin  həyata  keçirilməsi  üçün kraldan  pulla  hər  hansı  imtiyaz  (hüquq)  əldə  edilməsi  əhatə 

olunurdu. XIX əsrdə bu anlayış ABŞ-da inkişaf etməyə başladı. Müasir mənada françayzinq anlayışı müəyyən 

bir  sahibkarın  (müəssisənin,  firmanın)  digər  sahibkardan  (firma,  müəssisədən)  ona  məxsus  olan  kompleks 



müstəsna əqli mülkiyyət hüquqları və digər hüquqlardan kommersiya məqsədləri üçün istifadəyə icazə 

almasını ifadə edir. Françayzinq dedikdə iki və bir neçə sahibkar partnyorun elə bir könüllü əməkdaşlığı başa 

düşülür  ki,  bununla  həmin  sahibkarlar  onlardan  birinə  məxsus  olan  fərdləşdirmə  vasitələrinə  olan  hüquqdan 

(firma adlarından, kommersiya işarələrindən, əmtəə nişanlarından və ya xidmət nişanlarından) birlikdə istifadə 

edirlər. Fərdiləşdirmə vasitələrindən istifadəyə hüquq verən tərəf, eyni zamanda, digər tərəfə (istifadəçiyə) həm 

də  mühafizə  edilən  (qorunan)  kommersiya  informasiyası  (nou-hau)  verir,  həmçinin  biznesin  təşkili  üçün  ona 

daim məsləhətlər verir. 

Françayzinq qoşa biznes, marketinqin və ya mal bölgüsünün bir formasıdır. Bununla bazarda artıq tanınan 

və məşhurlaşan hər hansı firma, kompaniya, korporasiya, ümumiyyətlə, müəssisə (buna françayzer deyilir) di-

gər firmaya müəyyən bir yerdə, müəyyənləşdirilmiş vaxt müddəti ərzində göstərilən formada öz biznesini həya-

ta keçirməyə imtiyaz (hüquq) verir. Firma (françayzer) işini möhkəm tutan, bazarda dəfələrlə sınaqdan çıxan və 

böyük işgüzar nüfuzu olan sahibkar, təsərrüfat subyektidir. Bununla bərabər, bu firma (françayzer), şübhəsiz ki, 

biznesini geniş yaymaqla özünün daha da inkişaf etməsində maraqlıdır. Öz biznesinin əhatə dairəsini və miqya-

sını daha da artırmaq, həyata keçirdiyi sahibkarlıq və digər fəaliyyəti nisbətən genişləndirmək və bu fəaliyyəti 

(biznesi) dünyanın bir çox ölkələrinə yaymaq üçün onun qarşısında iki yol vardır. Birinci yol ondan ibarətdir 

ki, firma öz işini yaymaq üçün geniş şəbəkə təşkil etməli, bu məqsədlə müxtəlif yerlərdə birgə və törəmə mü-

ə

ssisələr, filiallar açmalıdır. Bu yol həm iqtisadi cəhətdən, həm də digər səbəblərə görə məqsədəuyğun və sər-

fəli deyildir. Belə ki, göstərilən yolla firmanın işinin və biznesinin geniş yayılması böyük ilkin pul məbləği (ka-

pital) tələb edir və nejə deyərlər, yersiz və lazımsız narahatlığa, «başağrısına», əzab-əziyyətə səbəb olur. 



 

520


Firmanın öz işini və biznesini daha da geniş yaymağın ikinci yolu françayzinqdir. Françayzinq formasında 

işləmək firma üçün iqtisadi cəhətdən sərfəli və məqsədəuyğundur. Belə ki, firma filialların açılmasına, birgə və 

ya törəmə müəssisələrin yaradılmasına və s. heç bir əlavə xərc çəkmədən öz təsir sferasını genişləndirir. Bun-

dan əlavə, firma-françayzer qarşı tərəfdən müəyyən haqq (ödəniş) almaqla gəlir əldə edir. Qarşı tərəf xidmət 

və malların bölgüsü, yaxud satış üzrə özünün müəssisəsini yaratmaq istəyən tərəfdir. Bunun üçün o, bazarda də-

fələrlə sınaqdan çıxan və məşhurlaşan firma (françayzer) ilə əlaqəyə girir. Həmin firmanın müvafiq sahibkarlıq 

fəaliyyətinin təşkilində kifayət qədər təjrübəsi vardır. Onun istehsal etdiyi mal və ya göstərdiyi xidmət bazarda 

dəfələrlə müsbət mənada sınaqdan çıxmışdır. Bu firma mal istehsal etməkdə və ya xidmət göstərməkdə yaxşı 

işlənmiş plana malikdir. Onun buraxdığı məhsulların əmtəə nişanları və ya göstərdiyi xidmətlərin xidmət nişan-

ları dünyanın bir çox yerlərində tanınır. Buna görə də yaxşı işlənmiş plan əsasında özünün xidmət və malların 

bölgüsü, yaxud satış üzrə müəssisəsini yaratmaq istəyən qarşı tərəf həmin firmanın malik olduğu fərdiləşdirmə 

vasitələrindən (kommersiya işarələrindən, əmtəə nişanlarından və xidmət nişanlarından) istifadə etməklə onun 

nişanı altında, markası altında işləmək istəyir. Belə halda firma ilə qarşı tərəf arasında münasibətlər françayzinq 

forması vasitəsilə qaydaya salınır. Beləliklə, bazarda dəfələrlə sınaqdan çıxan və məşhur olan firma yaxşı işlən-

miş plan əsasında özünün müəssisələrini (kompaniyalarını, firmalarını və s.) yaratmaq istəyən şəxslərin (istifa-

dəçilərin) hamısına onun nişanı altında, markası altında işləmək hüququ verir ki, bu, françayzinq adlanır. 



2. Françayzinqin tarixi 

«Françayzinq» sözü əvvəldə qeyd etdiyimiz kimi, fransız mənşəli sözdür. Lakin buna baxmayaraq, françayzinq 

münasibətləri özünün əmələ gəlməsinə, inkişafına və tanınmasına görə ABŞ hüququna «borclu və minnətdar» ol-

malıdır. 

Xüsusi xarakterə malik olan françayzinq hələ XIX əsrdə ABŞ-da meydana gəlmişdir. Lakin bu münasibətlər 

Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində yalnız 1950-ci ildən sonra geniş yayıldı. Qeyd etmək lazım-

dır ki, müasir mənada hüquq institutu kimi françayzinqin yaranması ABŞ-da XIX əsrin II yarısında Jənub və 

Ş

imal arasında vətəndaş müharibəsi qurtardıqdan dərhal sonrakı dövrə təsadüf edir. Hesab edilir ki, birinci «tə-



miz françayzinq» praktikada 1863-cü ildə məşhur tikiş maşınlarının ixtiraçısı Y. Zingerin firması tərəfindən tət-

biq olunmuşdur. Dəmir yolu və bank işi sahəsində biznesə verilən hüquqları da françayzinqin ilkin nümunələri 

hesab etmək olar 1898-ci ildə müasir françayzinqin inkişafında yeni dövr başlayır. Belə ki, «Jeneral Motors» 

korporasiyası öz avtomobillərini ayrı-ayrı ərazilərdə satmaq üçün müstəqil firmalar cəlb etdi. XIX əsrin axırla-

rında alkoqolsuz (spirtsiz) içkilər sahəsində satış françayzinqi inkişaf etməyə başladı. Bu sahədə françayzinq-

dən ilk dəfə «Coca-cola» korporasiyası, daha sonra isə «Pepsi-cola» və «Şveps» firmaları istifadə etmişlər. 

XX əsrin əvvəllərindən başlayaraq françayzinq ABŞ-da öz tətbiq sferasını daha da genişləndirərək kütləvi 

tələbat mallarının pərakəndə ticarəti, əhaliyə məişət xidməti göstərilməsi, dondurma satışı, xalça məmulatları-

nın kimyəvi təmizlənməsi kimi sahələrdə  yayıldı. 30-cu illərdə əvvəlcə  H. Consonun, sonra isə  Vulvorsonun 

mağazalar sisteminin təşəbbüsü ilə françayzinq beynəlxalq kommersiya praktikasında tətbiq olundu. Müharibə-

dən sonra 1950-ci ildən başlayaraq ABŞ-da françayzinq daha da inkişaf etdi. Məhz 50-ci illərdə «Makdonalds», 

«Kentakki Frayd Çikens», «Seven-ap», «Vilti», bir az sonra «Pitsa Hat» və dünyada tanınan digər françayzerlər 

yarandı. Mehmanxana biznesi sahəsində «Hilton», «Şeraton» və «Holidey  nn» kimi françayzinq nəhəngləri da-

ha məşhurdur. «Burger Kinq», «Pepsiko», «Kompüterlend» və digərləri françayzinq müqaviləsi əsasında işlə-

yirlər.   

Hal-hazırda  dünya  miqyasında  françayzinqin  tətbiq  sferası  günü-gündən  genişlənir.  Françayzinq  biznesi 

dünyanın 80 ölkəsini əhatə edir. ABŞ-da pərakəndə ticarətin ümumi həcminin üçdə bir hissəsi məhz françay-

zinq şəbəkələrinin vasitəsi ilə həyata keçirilir. 

Dünyanın  bəzi  dövlətlərində  françayzinq  münasibətlərinin  tənzimlənməsinə  xüsusi  fikir  verilir.  Françayzinq 

haqqında ilk qanunvericilik aktı 1971-ci ildə Kanadanın Alberta əyalətində qəbul edilmişdir. Belə akt 1989-cu il-

dən Fransada da mövcuddur. RF-in mülki qanunvericiliyində «kommersiya konsessiya müqaviləsi» anlayışı nə-

zərdə tutulur ki, bu hüquqi konstruksiyadan françayzinq müqaviləsinə oxşar olan münasibətləri müəyyən etmək 

üçün istifadə edilir. RF MM-in 54-cü fəsli (1027-1040-cı maddələr) həmin münasibətləri qaydaya salır. 

ABŞ-ın federal qanunvericiliyi də françayzinq münasibətlərinə toxunur. Belə ki, həmin qanunvericiliyə da-

xil olan bəzi aktlar françayzinqin qaydaya salınmasına həsr edilmişdir. Məsələn, françayzinq üzrə Qaydalar bu 

cür aktlara misal ola bilər ki, həmin sənədi ticarət üzrə federal komissiya hazırlamışdır. ABŞ-ın bəzi ştatlarının 

qanunvericiliyi  françayzinq  müqaviləsinin  qeydiyyata  alınmasının  məjburiliyi  haqqında  qayda  müəyyən  edir. 

ABŞ-da françayzinq haqqında qanunvericilik həm federal, həm də ştatlar səviyyəsində 1979-cu ildə qəbul olun-

muşdur. 

Bununla bərabər, bəzi dövlətlərin (Almaniya,  ngiltərə və s.) milli hüquq sistemləri françayzinq münasibətlə-

rini xüsusi qanunvericilik səviyyəsində tənzimləmir. Lakin bu, həmin dövlətlərdə françayzinqin geniş surətdə 


 

521


tətbiq edilməsinə mane olmur. Qeyd etməliyik ki, françayzinq bir az əvvəldə göstərdiyimiz kimi, 80-dən çox öl-

kədə mövcud olsa da, onun hüquqi tənzimlənməsi yalnız dörd ölkədə (ABŞ, Kanada, Fransa və RF-də) həyata 

keçirilir. Qanunvericiliklə tənzimetmədən başqa, qeyri-məjburi xarakterli beynəlxalq sənədlər də vacib əhəmiy-

yətə malikdir. Bu sənədlərə aiddir: informasiyaların açılması barədə Model qanunu (2002); UN DRUA-nın ha-

zırladığı  françayzinqin  beynəlxalq  şəbəkələrinin  təşkili  haqqında  rəhbərlik  (1998);  françayzinq  üzrə  Avropa 

Davranış Məcəlləsi (1972); Beynəlxalq Ticarət Palatasının beynəlxalq françayzinq haqqında birtipli kontraktı 

və s.   

3. Françayzinqin məqsədi, əhəmiyyəti və növləri 

Françayzinq əsasında istifadəçi şəxsin istehsal etdiyi mal (və ya göstərdiyi xidmət) bazarda firma-françayze-

rin istehsal etdiyi analoji mal (və ya analoji xidmət) kimi çıxış edir, tanınır və qəbul edilir. Belə təsəvvür yaranır 

ki, françayzinqin vasitəsilə istifadəçi müəssisə öz fəaliyyətinin nəticələrini firma-françayzerin artıq çoxdan 



bəri bazarda dəfələrlə sınaqdan çıxmış atributları ilə rəsmiləşdirir. Hətta həmin istifadəçi müəssisələr müş-

tərilərin təsəvvüründə belə bir fikir yaratmağa jəhd göstərirlər ki, guya müştərilərin aldıqları mallar (və ya müş-

tərilərə göstərilən xidmətlər) onların istehsal etdikləri mallar (və ya göstərdikləri xidmətlər) yox, firma-françay-

zerin istehsal etdiyi mallardır (və ya göstərdikləri xidmətlərdir). Beləliklə, onlar mülki (əmlak) dövriyyədə fir-



ma-françayzerin maskası (pərdəsi) altında çıxış edirlər. Bu cür müəssisələr nə birgə müəssisə, nə asılı müəs-

sisə, nə də firma-françayzerin filialı hesab edilir. Həqiqətdə isə istifadəçi müəssisələr dövriyyənin müstəqil işti-

rakçıları kimi qalaraq heç kəsdən asılı olmadan öz nizamnamə fəaliyyətlərini həyata keçirirlər. Bununla belə, 

firma-françayzer istifadəçi müəssisənin istehsal-kommersiya fəaliyyəti üzərində müəyyən dərəjədə nəzarət et-

mək imkanına malikdir. Əslində isə bu cür müəssisələr tanınmış və məşhur olan firma-françayzerin (və ya şir-

kətin)  fərdiləşdirmə  vasitələri  və  atributları  ilə  şirmalanmış  (pərdələnmiş)  müstəqil  təsərrüfat  subyektləridir. 

Nəyin barəsində söhbət getdiyini başa düşmək üçün «Makdonalds» adlı tanınmış Kanada-Amerika korporasiya-

sını misal çəkək. Bu korporasiyanın dünyada 20 mindən çox qəlyanaltı-restoranı vardır. Bakı şəhərində də onun 

iki qəlyanaltı-restoranı fəaliyyət göstərir. Qəlyanaltı-restoranlar «Makdonalds» korporasiyasının nə törəmə mü-

ə

ssisəsi, nə filialı, nə də bölməsidir. Onlar korporasiyadan asılı olmayan kommersiya qurumlarıdır. Lakin qəl-



yanaltı-restoranların  lövhəsinə  «Makdonalds»  yazılmışdır;  bu  qəlyanaltı-restoranların  özlərini  «Makdonalds» 

adlandırmaq hüququ vardır. Bunların hamısında istehsal eyni metodla həyata keçirilir, məhsullar eyni reseptlə 

hazırlanır. Başqa sözlə desək, həmin qəlyanaltı-restoranlar əsl (oricinal) «Makdonalds»ın kopiyalarıdır; amma 

onlar əsl «Makdonalds»dan heç nə ilə fərqlənmirlər. «Makdonalds»ın dünyada tanınması və göstərdiyi xidmə-

tin yüksək səviyyədə olması təbii ki, müştəriləri cəlb edir; həmin müştərilər, şübhə etmirlər ki, onlara xidmət 

edən qəlyanaltı-restoranlar «Makdonalds»ın özüdür. Bax bu françayzinqdir. 



Françayzinqin məqsədi dünya bazarında tanınmış şirkətlərin, firmaların öz işlərini və biznesini əlavə xərc-

lərə yol vermədən genişləndirilməsini təmin etməkdən, istifadəçi müəssisələrə həmin firma və şirkətlərin fərdi-

ləşdirmə vasitələri altında işləmələri üçün hüquq verməkdən ibarətdir. Bu cür münasibət hər iki tərəf üçün sər-

fəli və faydalıdır. Belə ki, istifadəçi müəssisələr firma-françayzerin fərdiləşdirmə vasitələrinə olan hüququndan 

istifadə etməklə istehsal etdiyi malın və ya göstərdiyi xidmətin reklamına xərc çəkmir. Ona görə ki, o, artıq 

dünya  bazarında  çoxdan  bəri  məşhur  olan  firma-françayzerin  buraxdığı  malın  (xidmətin)  malik  olduğu  nişan 

(marka) altında məhsul istehsal edir (xidmət göstərir). Eyni zamanda, yuxarıda göstərdiyimiz kimi, firma-fran-

çayzer özünün firmalarını açmadan, asılı müəssisələr və ya birgə müəssisələr yaratmadan öz biznesini genişlən-

dirir və bununla bağlı xərc çəkmir. 

Françayzinq hər yerdə, dünyanın bir çox dövlətlərində adi biznesə nisbətən daha əhəmiyyətli və etibarlıdır. 

Ona görə ki, hər bir yeni və təzə yaradılmış müəssisənin arxasında vaxt və bazar baxımından yoxlanılmış, sı-

naqdan çıxmış və dünya bazarında tanınmış firma-françayzer («böyük qardaş») durur. Məsələn, «Makdonalds» 

(restoran), «Hilton» (mehmanxana xidməti), «Soni» (müasir elektron aparatları), «Ribok» (idman ayaqqabısı), 

«Lemonti» (hazır paltar) və s. firma-françayzerə misal ola bilər. 

Françayzinq sahibkarlıq fəaliyyətinin əsasən iki sahəsini əhatə edir: 

 malların istehsalını və satışını (Product Distribution Franchising); 



 xidmət göstərilməsini (Business Format Franchising)  

Praktikada françayzinqin dörd növü fərqləndirilir: 

  satış françayzinqi; 



  ticarət françayzinqi; 

  xidmət françayzinqi; 



  istehsal françayzinqi. 



Satış françayzinqi firma-françayzerin ümumi nəzarəti altında vahid satış şəbəkəsinin yaradılmasını nəzərdə 

tutur.  Françayz  alan  (istifadəçi)  müəyyən  bir  ərazidə  françayz  verənin  (firma  françayzerin)  mallarını  onun 



 

522


ticarət markası altında satır. Məsələn, avtomobil yanajağı və ya ətriyyat-kosmetika vasitələrinin satışı satış fran-

çayzinqi növü ilə həyata keçirilir. Ticarət françayzinqi odur ki, bunun əsasında firma-françayzerin ticarət mar-

kasından istifadə edən ticarət müəssisəsi açılır və fəaliyyət göstərir. Xidmət françayzinqi firma-françayzerin 

xidmət nişanından istifadə edən və xidmət sahəsində fəaliyyət göstərən şəbəkələrin yaradılmasını nəzərdə tutur. 



stehsal françayzinqi odur ki, bunun əsasında istifadəçi müəssisə firma-françayzerin əmtəə nişanından istifadə 

etməklə mal istehsal etmək işi ilə məşğul olur.  Əslinə baxsan, satış françayzinqi ilə ticarət françayzinqi eyni 

mənalı anlayışlardır. Hüquq ədəbiyyatında həm də sənaye françayzinqi kimi anlayış işlədilir. Qeyd etmək la-

zımdır ki, sənaye françayzinqi istehsal françayzinqi ilə eynimənalı anlayışdır. Belə ki, sənaye françayzinqinə 

görə, müəssisəyə françayzerin əmtəə nişanından və (və  ya) sənaye sirrindən («nou-hau»dan) istifadə etməklə 

mal  istehsalına  icazə  verilir;  bu  zaman  françayzer  müəssisəyə  texniki  yardım  da  göstərir.  Fransa  müəllifi  F. 

Bessi də onları eynimənalı anlayışlar kimi işlədir.  

Qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatında françayzinq digər əsaslara görə də təsnif edilir. Məsələn, ingilis 

müəllifi L. Moytland françayzinin imkanı və niyyətinə görə françayzinqi üç növə bölür: fərdi (şəxsi) françayzinq 

(bu növ françayzinqə görə, hər hansı şəxs tək halında öz evində və ya nəqliyyat vasitəsindən istifadə etməklə mal-

ların satışı və ya xidmət göstərilməsi üzrə franşiza işini həyata keçirir); işgüzar françayzinq (bu növ françayzinqə 

görə, hər hansı ailə və ya qohumlardan ibarət olan qrup ticarət mağazasından istifadə etməklə mal satır və ya xid-

mət göstərir); investisiya françayzinqi (bu növ françayzinqə görə kommersiya təşkilatı qoyulmuş kapitala görə 

uzunmüddətli faiz alır).  

Fransa müəllifi F. Bessi françayzinqi üç növə bölür: servis françayzinqi (bu növ françayzinqə görə, fran-

çayzi françayzerin xidmət nişanı altında xidmət göstərir); bölüşdürücü françayzinq (bu növ françayzinqə satış 

və ticarət françayzinqləri aiddir); istehsal (və ya sənayefrançayzinqi

Müəlliflərdən V. Dovqan françayzinqin üç növünü fərqləndirir: əmtəə françayzinqi (bu növ françayzinqə 

görə, françayziyə françayzerin ticarət markası altında mal satmağa icazə verir); istehsal françayzinqi (bu növ 

françayzinq  spirtsiz  içki  sahəsində  daha  geniş  yayılmışdır);  işgüzar  françayzinq  (bu  növ  françayzinqə  görə, 

françayzer françayziyə mağaza, pavilyon və köşk açmağa, habelə onun firma adı altında alıcılara mal satmağa 

və ya xidmət göstərməyə icazə verir). 



Subfrançayzinq (subfranşiza) françayzinqin xüsusi xarakterli növüdür. Belə ki, françayzi françayzerdən əl-

də etdiyi hüquqları başqa françayziyə verə bilər. Buna subfrançayzinq deyilir. 

Françayzinqin əhəmiyyəti və rolu böyükdür. O, sahibkarlığın dinamik surətdə inkişaf edən növlərindən biri 

sayılır. Təsadüfi deyildir ki, françayzinq sahibkarlığın ən perspektivli metodlarından biri kimi tanınır. ABŞ-da 

məjmu milli məhsulun 13 ℅-ni françayzinq təmin edir. Françayzinq həm də iş yerləri deməkdir. Belə ki, fran-

çayzinq nəticəsində 7 milyondan çox iş yeri açılmışdır. ABŞ-ın transmilli korporasiyaları françayzinqi dünya-

nın  hər  yerində  yayırlar.  «Coca-cola»,  «Kompüterlend»,  «Makdonalds»,  «Pitsa-Hat»,  «Hilton»,  «Şeraton»  və 

ABŞ-ın digər korporasiyaları françayzer qismində xarijdə yerli sahibkar-françayzilərlə françayzinq münasibət-

lərinə girərək onlara qabaqcıl texnologiya verir, biznes və marketinqin müasir yollarını öyrədir və bununla yerli 

milli sahibkarlığın formalaşmasına kömək edirlər. 

Françayzinq axırıncı 30 il ərzində biznesin təşkilinin sadə, qeyri-mürəkkəb və praktiki üsulu kimi tanınmış-

dır. Beynəlxalq ədəbiyyatda françayzinqin sürətlə inkişaf etməsi göstərilir. Qeyd etməliyik ki, axırıncı onillik-

lərdə təkjə ABŞ yox, həm də Avropa, Yaponiya, Kanada və Avstraliya françayzerləri intensiv surətdə öz franşi-

za şəbəkələrini xarici ölkələrdə inkişaf etdirmişlər. Həmin ölkələrdə və digərlərində françayzinqin inkişafı da-

vam edir. Beynəlxalq françayzinq biznesi xüsusilə genişlənir ki, bunun nəticəsində ölkələrin iqtisadi inkişafı tə-

min olunur. Özü də françayzinq mülkiyyətin istənilən forması (xüsusi, bələdiyyə və ya dövlət mülkiyyəti) əsa-

sında inkişaf edir. 

4. Françayzinq müqaviləsinin anlayışı 

Françayzinq müqaviləsinin anlayışı MM-in 723-cü maddəsində verilmişdir. Həmin maddəyə görə françay-



zinq müqaviləsi elə bir uzun müddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurə

olduqja spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kö-

mək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Lakin françayzinqə verilən bu leqal anlayışı uğurlu tərif 

hesab etmək olmaz. Vacibdir ki, françayzinq müqaviləsinə dolğun, əhatəli və münasib elmi anlayış verilsin. Di-

gər tərəfdən bu anlayışda françayzinqin əsas və mərkəzi anlayışı olan franşiza öz əksini tapmalıdır. Franşiza 

dedikdə, əqli mülkiyyət hüquqlarının (əmtəə nişanı hüququ; firma adı hüququ; «nou-hau»ya olan hüquq; ixtira 

hüququ; faydalı model hüququ; müəlliflik hüququ və s.) məjmusu başa düşülür. Məhz bu hüquqların əvəzli şə-

kildə,  haqq  müqabilində  françayzer  tərəfindən  istifadə  üçün  françayziyə  (istifadəçiyə)  verilməsi  françayzinq 

müqaviləsinin hüquqi məqsədini təşkil edir. 

Françayzinq müqaviləsinə görə bir tərəf (françayzer) franşizadan, yəni əqli mülkiyyət hüquqlarından 


 

523


istifadə hüququnu bazarda müəyyən növ malların və (və ya) xidmətlərin realizə olunması üçün digər tə-

rəfə (françayziyə, istifadəçiyə) verməyi, françayzi (istifadəçi) isə bunun əvəzində haqq ödəməyi öhdəsinə 

götürür. Avropa  ttifaqı hüququnda françayzinq müqaviləsinə məhz belə anlayış verilir. 

Françayzinq  müqaviləsi  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyi  üçün  yeni  müqavilə  növüdür. 

Bu müqavilə növü əvvəllər sovet qanunvericiliyinə məlum deyildi. 80-ci illərin axırlarından başlayaraq sovet 

müəssisələrinin müqavilə praktikasında françayzinq institutu tətbiq edilməyə başladı. Bazar iqtisadi münasibət-

lərini hüquqi qaydaya salmaq və tənzimləmək françayzinq müqaviləsi haqqında normaların MM-ə daxil edil-

məsini şərtləndirdi. Bunu Azərbaycan mülki hüquq nəzəriyyəsinin və qanunvericiliyinin mühüm nailiyyətlərin-

dən biri hesab etmək lazımdır. 

Qərbdə və bir çox xarici ölkələrin qanunvericiliyində françayzinq anlayışı işlədilir. Rusiya Federasiyasının 

mülki qanunvericiliyində bu anlayışın rus ekvivalenti kimi kommersiya konsessiyası anlayışı tətbiq edilir. Bu-

nunla belə, inkişaf etmiş bəzi hüquq sistemləri françayzinq anlayışını hələ tanımır. 

Öz  hüquqi  təbiətinə  görə  françayzinq  müqaviləsi  ikitərəfli  (qarşılıqlı,  sinallaqmatik)  müqavilədir.  Ona 

görə ki, françayzinq hüquq münasibətlərində iştirak edən hər iki tərəf qarşılıqlı hüquqlara malik olmaqla, həm 

də vəzifələr daşıyırlar. 

Françayzinq  müqaviləsi  əvəzli  müqavilədir.  Belə  ki,  istifadəçi  müəssisə  firma-françayzerə  ona  verilmiş 

kompleks müstəsna hüquqlardan istifadəyə görə müəyyən haqq (ödəniş) verir. 

Anlayışdan görünür ki, françayzinq müqaviləsi həm də konsensual müqavilədir. Belə ki, müqavilənin bü-

tün mühüm şərtləri barədə tərəflər razılıq əldə etdikləri andan onlar üçün hüquq və vəzifələr yaranır. 

Françayzinq müqaviləsinə verilən leqal anlayışdan aydın olur ki, françayzinq hüquq münasibətləri müstəqil 



əssisələr arasında əmələ gəlir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəssisə anlayışı iki 

mənada işlədilir. Birinci mənada müəssisə sahibkarın öz fəaliyyətində istifadə etdiyi əmlak kompleksini ifadə 

edir.  Belə  halda  müəssisə  hüququn  obyekti  kimi  çıxış  edir.  kinci  mənada  müəssisə  dedikdə  mənfəət  alması 

məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs statuslu müstəqil təsər-

rüfat subyekti başa düşülür. Mənfəət almaq məqsədi ilə məhsul istehsal etmək, bu məhsulları satmaq, işlər gör-

mək və xidmətlər göstərmək sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləridir. Deməli, ikinci mənada müəssisə sa-

hibkarlıq fəaliyyətini həyata keçirən hüquq subyekti kimi çıxış edir. Bu isə onu söyləməyə əsas verir ki, françay-

zinq müqaviləsini bağlayan müəssisələr sahibkar statuslu subyektlərdir (tərəflərdir). Göstərilən həmin xüsu-

siyyət isə françayzinq müqaviləsini sahibkarlıq müqaviləsinə şamil edilməsini şərtləndirir. Hüquq ədəbiyyatında 

birmənalı şəkildə göstərilir ki, françayzinq sahibkarlıq müqaviləsidir. Bu, həm də ondan irəli gəlir ki, françayzinq 

sahibkarlıq fəaliyyətinin bir növü olub, kommersiya əməliyyatlarının aparılması üsuludur.   

Françayzinq müqaviləsinin tənzimlədiyi və qaydaya saldığı hüquq münasibətlərinə bu müqavilənin predme-

tindən asılı olaraq əqli mülkiyyət obyektlərindən istifadəyə müstəsna hüquqların verilməsi barədə lisenziya mü-

qaviləsi, ticarət nümayəndəliyi və konsessiya müqaviləsi, alqı-satqı, əmlak kirayəsi, podrat kimi müqavilə növ-

ləri haqqında müddəalar müvafiq olaraq tətbiq edilir (MM-in 731-ci maddəsi). Belə təsəvvür yaranır ki, fran-

çayzinq müqaviləsi özündə bir neçə mülki-hüquqi müqavilənin elementlərini birləşdirir. Lakin bu müqavi-

ləni  MM-in  390.4-cü  maddəsində  nəzərdə  tutulmuş  müxtəlif  müqavilələrin  elementlərini  əhatə  edən  qarışıq 



(kompleks) müqavilə hesab etmək olmaz. Françayzinq hüquq münasibətlərinə hansı müqavilə haqqında müd-

dəaların  tətbiq  edilməsindən  asılı  olmayaraq,  bu  münasibətləri  tənzimləyən  müqavilə  françayzinq  müqaviləsi 

adlanır. Özü də bu müqavilə müstəqil mülki-hüquqi müqavilə kimi çıxış edir. Odur ki, françayzinq münasi-

bətlərinin bəzən praktikada qarışıq (kompleks) müqavilə bağlamaq  yolu ilə rəsmiləşdirilməsinin heç bir əsası 

yoxdur. 

Françayzinq müqaviləsini nümayəndəlik münasibətləri yaradan hər hansı bir müqavilə də saymaq ol-



maz. Belə ki, müqavilədə tərəf kimi çıxış edən istifadəçi müəssisə həmişə öz adından, öz hesabına və öz məna-

feyi üçün çıxış etməklə müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 

Françayzinq müqaviləsini bəzi müəlliflər lisenziya tipli müqavilə qrupuna şamil edir, digər müəlliflər isə li-

senziya müqaviləsinin bir növü sayırlar. Bu mövqe həqiqətdən xeyli uzaqdır. Belə ki, françayzinq müqaviləsi 

kompleks xarakterli hüquqların (əqli mülkiyyət hüququnun kompleks obyektlərinin, habelə digər əmlak hüquq-

larının) istifadə üçün verilməsini, lisenziya müqaviləsi isə yalnız əqli mülkiyyətin müəyyən bir obyektindən is-

tifadə hüququnun müəyyən bir şəxsə keçməsini nəzərdə tutur. Bundan əlavə, françayzinq müqaviləsinin məq-

sədi həmişə yeni sahibkarlıq komplekslərinin yaradılmasından ibarətdir. Lisenziya müqaviləsi ilə istisnasız 

olaraq  yalnız  əqli  mülkiyyət  obyektlərindən  istifadə  hüququnun  verilməsinə  yönəlir.  Françayzinq  müqaviləsi 

elə bir münasibətdir ki, bu münasibətə görə bir tərəf ikinci tərəfə «işgüzar kompleks» verir. « şgüzar kompleks» 

ibarətdir: qorunma qabiliyyətli əmlak hüquqlarından (firma adları, əmtəə nişanları və s. ilə bağlı hüquqlardan); 

qorunma qabiliyyəti olmayan əmlak hüquqlarından (məsələn, işgüzar təjrübə və s.); mülki hüququn digər obyekt-


 

524


lərindən (məsələn, kommersiya informasiyası və s.). 

Françayzinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, müəyyən müddətə bağlanır; bu 

müqavilə qeyri-müəyyən müddətə (yəni müddətsiz) bağlana bilməz. Qanun birmənalı şəkildə müəyyən edir ki, 

françayzinq müqaviləsi uzunmüddətli öhdəlik münasibətidir (MM-in 723-cü maddəsi). Buna görə də françay-

zinq müqaviləsi müddətli müqavilədir

Yuxarıda  dediklərimizi  yekunlaşdıraraq  françayzinq  müqaviləsinin  hüquqi  əlamətlərini  müəyyənləşdir-

mək olar: 

 françayzinq müqaviləsi sahibkarlıq əqdinin bir növüdür. Ona görə də bu müqavilənin iştirakçıları yalnız 



kommersantlar (sahibkarlar) ola bilər; 

 françayzinq müqaviləsi müddətli əqddir



 bu müqavilə qarşılıqlı öhdəliklər yaradan konstruksiyadır. Belə ki, hər iki müqavilə iştirakçısı hüquq-

lara malik olub, vəzifələr daşıyırlar; 

 müqavilə sahibkarlıq əqdi olduğuna görə həmişə və bütün hallarda əvəzlidir



 müqavilənin spesifik predmeti vardır. « şgüzar kompleks» onun predmetini təşkil edir




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə