MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə85/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   81   82   83   84   85   86   87   88   ...   91
§ 4. Tərəflərin məsuliyyəti 

Françayzinq  müqaviləsi  iki  müstəqil  müəssisə  arasında  bağlanır.  Həmin  müəssisələr  əmlak  dövriyyəsinin 

müstəqil  subyektləridir.  Ona  görə  də  françayz  verən  françayz  alanın  öhdəlikləri  üçün,  françayz  alan  isə 

françayz verənin öhdəlikləri üçün məsuliyyət daşımır

Françayz verən françayzinq sistemi ilə nəzərdə tutulan hüquqlar və informasiya üçün məsuliyyət daşıyır. O, 

qəsdən və ya ehtiyatsızlıqdan müqavilə öhdəliklərini poza bilər. Françayz verənin bu cür təqsirli hərəkətləri mə-

suliyyətə səbəb olur. Belə ki, müqavilə öhdəliklərini o, təqsirli surətdə pozarsa, bu, françayz alana françayzinq 



haqqının miqdarını azaltmaq hüququ verir. Haqqın nə qədər azaldılması müstəqil ekspert rəyi əsasında mü-

ə

yyənləşdirilir. 



Françayz alan müştərilər qarşısında « stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunla məsuliyyət da-

ş

ıyır. Françayz  alanla istehlakçılar arasında münasibətlər həmin qanunun  hüquqi tənzimləmə sferasına daxildir. 



Məsələn, istehlakçı zəmanət müddəti ərzində malda qüsur aşkar edərsə, o, françayz alandan malı lazımi keyfiyyət-

li mala dəyişdirməyi və ya satış qiymətini uyğun məbləğdə azaltmağı və yaxud malın qüsurlarının françayz alanın 

hesabına aradan qaldırılmasını və s. tələb etmək hüququna malikdir (qanunun 7-ci maddəsi). 

Bununla bərabər, satılmış malın qüsuruna görə istehlakçı qarşısında françayz verən və françayz alan subsidi-



ar (əlavə) və yaxud birgə məsuliyyət də daşıya bilərlər. Bunun üçün zəruridir ki, bu cür məsuliyyət françay-

zinq müqaviləsində nəzərdə tutulsun. 

Françayz alanın əsas vəzifələrindən biri ondan ibarətdir ki, o, istehlakçıları aldatmamalıdır. O, istehlakçılara 

məlumat verməlidir ki, satdığı malın realizəsi və ya həyata keçirdiyi fəaliyyətin gerçəkləşdirilməsi françayzinq 

müqaviləsinə əsaslanır. 

TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 /Pod red. A.P.Serqeeva, Ö.K.Tolstoqo. M., 1997 (ql.47). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 /Pod red. A.Q.Kalpina. M., 1999 (ql.25). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 /Pod red. E.A.Suxanova. M., 1999 (ql.25). 

Qracdanskoe pravo. Uçebnik. /Pod red. S.P.Qrişaeva. M., 1999 (ql.31). 


 

529


Qracdanskoe pravo. Çastğ 2. Obəzatelğstvennoe pravo /Pod red. V.V.Zalesskoqo. M., 1998. 

Qracdanskoe pravo Rossii. Çastğ 2 /Otv.red. O.N.Sadikov. M., 1997 (ql.27). 

Ş

mittqoff K. Gksport: pravo i praktika mecdunarodnoy torqovli. M., 1993. 

Camen S., Lakur L. Torqovoe pravo. M., 1993. 

Mendelğson M. Rukovodstvo po françayzinqu. M., 1995. 

Tınelğ A., Funk Ə., Xvaley V. Kurs mecdunarodnoqo torqovoqo pravo. Uçebnik. Minsk. 2000. 

Stgnvort Dc., Smit B. Françayzinq v malom biznese. M., 1906. 

Dovqanğ V. Françayzinq: putğ k rasşireniö biznesa. M., 1994. 

Vilkova N.Q. Doqovornoe pravo v mecdunarodnom oborote. M., 2004. 

Sosna S.A., Vasilğeva E.N. Françayzinq. M., 2005. 

Qracdanskoe i torqovoe pravo zarubecnıx qosudarstv. Uçebnik. Tom 2 / Otv. red. E.A. Vasilğev, A.S. Ko-



marov. M., 2005. 

 

MÖVZU 14 



PODRAT MÜQAV LƏS  

§ 1. Podrat müqaviləsinin anlayışı, xüsusiyyətləri,  

hüquqi təbiəti və elementləri 

1. Podrat müqaviləsinin anlayışı və hüquqi təbiəti 

Mülki  hüququn  ən  «qədim»  müqavilə  növlərindən  biri  podrat  müqaviləsidir.  Bu  müqavilə  növü  «locatio-



conductio operis» adı ilə Roma hüququna məlum idi. Roma hüququ podrat müqaviləsinə bir tərəfin (podratçı-

nın, conductor) öz üzərinə müəyyən işi digər tərəfin (sifarişçinin, locator) xeyrinə yerinə yetirmək, sifarişçinin 

isə bu işə görə pul formasında haqq ödəmək öhdəliyi götürməsi kimi anlayış verirdi. Podrat müddətli müqavilə 

sayılırdı. 

Podrat müqaviləsinin anlayışı MM-in 752.1-ci maddəsində formulə edilmişdir. Podrat müqaviləsinə görə 

podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış haqq ödəməyi 

öhdəsinə götürür

Podrat müqaviləsi əşyanın (işin nəticəsinin), yəni görülmüş işin nəticəsi  olan əşyanın verilməsi anına kimi 

və müqavilə bağlandığı andan qüvvəyə minir. Buna görə də podrat müqaviləsi konsensual müqavilədir. Başqa 

sözlə, podrat müqaviləsinin bağlanmış hesab edilməsi üçün tərəflərin müqavilənin mühüm şərti barədə razılığa 

gəlmələri tələb olunur; bundan ötrü hər hansı tərəfin digər tərəfə əşya verməsi tələb edilmir. Məhz razılığa gəl-

dikləri andan podrat müqaviləsi bağlanmış sayılır, eləjə də tərəflər üçün hüquq və vəzifələr yaradır. Odur ki, 

podrat müqaviləsi konsensual müqavilə kimi tanınır. 

Podrat müqaviləsinin bağlanmasında iştirak edən tərəflərdən hər biri hüquq və vəzifələrin daşıyıcısıdır. Ona 

görə də podrat müqaviləsi ikitərəfli müqavilədir. Belə ki, podratçı ona tapşırılmış işi görmək, sifarişçi isə işin 

haqqını ödəmək vəzifəsi daşıyır; podratçı işin haqqını almaq, sifarişçi isə görülmüş işin nəticəsinin ona verilmə-

sini tələb etmək hüququna malikdir. 

Müqaviləni bağlayan tərəflərin hər ikisi də bir-birinin daşıdığı vəzifəni qarşılıqlı icra etmək üçün öz üzərləri-

nə öhdəlik götürürlər. Podratçının işin nəticəsini (əşyanı) sifarişçiyə vermək vəzifəsi və sifarişçinin işin haqqını 

ödəmək vəzifəsi qarşılıqlı olaraq biri digərini şərtləndirir. Bu isə podrat müqaviləsinin sinallaqmatik müqavilə 

(yunanja «synallagma» - dəyişmə sazişi) olmasını şərtləndirir. 

Podrat müqaviləsi iş görülməsini nəzərdə tutur;  onun əsasında iş görülür. Görülən işin nəticəsi haqqı ilə mü-

vafiq qarşı tərəfə verilir. Bu hal isə podrat müqaviləsinin əvəzli müqavilə olmasını şərtləndirir. 

Podrat müqaviləsi iş görülməsi üzrə öhdəlik  yaradır. Bu müqavilə ilə iş görülməsi üzrə bütün öhdəliklər 

ə

hatə edilir. Qeyd etmək lazımdır ki, iş görülməsi üzrə öhdəlik mülki-hüquqi öhdəliyin müstəqil növlərindən 



(qruplarından) biridir. Bu növ (qrup) öhdəlik isə məhz podrat öhdəliyi ilə əhatə olunur ki, həmin öhdəlik podrat 

müqaviləsindən əmələ gəlir. Buna görə də podrat öhdəliyi dedikdə iş görülməsi üzrə öhdəlik başa düşülür.  

Podrat müqavilə öhdəliklərinin iş görülməsi üzrə öhdəlik tipinə aiddir. Bu öhdəlik tipi üzrə borclu şəxs 

hər hansı bir əşyanı vermək yox, müəyyən əşya düzəltmək və hazırlamaq (məsələn, taxtadan mebel düzəltmək, 

parçadan paltar tikmək və s.), onu təmir etmək və s., yəni iş görmək vəzifəsini daşıyır və icra edir.  ş görülməsi 

hər hansı bir nəticəyə nail olmağa və çatmağa yönələn fəaliyyətdir. Bu cür fəaliyyətə əşyanın hazırlanmasını və 

ya təmir edilməsini, onun istehlak xüsusiyyətinin yaxşılaşdırılmasını və ya dəyişdirilməsini və s. misal göstər-

mək olar. Lakin görülən işin (fəaliyyətin) nəticəsi konkret əşya (maddi) formasında olub, iş icrasının (iş gö-



rəşəxsin) özündən ayrılmaq xüsusiyyətinə malik olmalıdır. Bu xüsusiyyət onunla izah edilir ki, işin nəticə-

si qarşı tərəfə verilməlidir. 

Podrat müqaviləsi istehsal fəaliyyəti prosesini tənzimləyir. Bu fəaliyyət nəticəsində müəyyən maddiləşmiş 


 

530


nəticə əldə edilir. Bununla bərabər, podrat müqaviləsi həm də xidmət göstərilməsi üzrə, habelə mal mübadiləsi 

üzrə iqtisadi münasibətləri tənzimləyir. 



2. Müqavilənin tətbiq sahəsi 

Podrat müqaviləsi çox geniş sahələrdə tətbiq edilir. Bu müqavilədən, hər şeydən əvvəl, müəyyən nəticəsi 

olan, onun nəticəsi ayrıla bilən işlərin görülməsində hüquqi konstruksiya və vasitə kimi istifadə olunur. Özü də 

işi görən tərəf, həm də onu təşkil edir.  şin nəticəsi kimi bir qayda olaraq, hazırlanmış yeni əşyalar – tikilmiş 

penjəkdən tutmuş ujaldılmış binalara və tikililərə kimi bütün predmetlər çıxış edir. Bununla belə, sifarişçi tərə-

findən özünə məxsus olan əşyanı emal olunmaq üçün verildiyi hallarda da podratdan hüquqi forma kimi istifadə 

edilir. 


Podrat müqaviləsinin hüquqi rəsmiləşdirmə vasitəsi kimi çıxış etdiyi ən vacib sahə tikintidir. Tikinti aparıl-

ması ilə əlaqədar münasibətlər bu müqavilənin hüquqi tənzimetmə sahəsinə aiddir. Təkjə tikinti yox, həm də 

eyni zamanda tikinti ilə bağlı layihə, quraşdırma, axtarış-kəşfiyyat, işə salma və digər işlərin görülməsi ilə əla-

qədar yaranan münasibətlər podrat müqaviləsi ilə qaydaya salınır. 

Podrat müqaviləsi vətəndaşların şəxsi ehtiyaclarının ödənilməsinə də xidmət edir. Belə ki, bağ evlərinin, 

yaşayış mənzillərinin tikintisi, təmir emalatxanasının (müəssisəsinin) şəxsi minik avtomobillərini, soyuducuları, 

televizorları və s. təmir etməsi, rəssamın sifariş əsasında portret yaratması, şəkil çəkməsi, heykəltəraşın isə sifa-

riş üzrə abidə-heykəl ujaltması və digər hallarda bu müqavilə hüquqi rəsmiləşdirmə vasitəsi kimi çıxış edir. 



3. Podrat müqaviləsinin ona yaxın olan müqavilə 

növlərindən fərqləndirilməsi 

Podrat müqaviləsinə ən yaxın olan müqavilə növü alqı-satqıdır. Bu müqavilələr həm oxşar, həm də fərqli 

cəhətlərə malikdir. Bu müqavilələrin hər ikisi üçün ümumi olan xüsusiyyət ondan ibarətdir ki, onlar əmtəə-mal 

mübadiləsi üzrə iqtisadi münasibətləri qaydaya salır. Podrat müqaviləsində alqı-satqı müqaviləsində olduğu 

kimi borclu şəxs (iş görən şəxs) əşyanı kreditorun (işi sifariş edən şəxsin) mülkiyyətinə verir. 

Bununla belə, podrat müqaviləsi ilə alqı-satqı müqaviləsini eyniləşdirmək olmaz. Onları bir birindən fərqlən-

dirən birinci cəhət ondan ibarətdir ki, əgər alqı-satqı müqaviləsi təkjə mal dövriyyəsi üzrə münasibətləri nizam-

layırsa, podrat müqaviləsi həm mal dövriyyəsi üzrə münasibətləri, həm də maddi nemətlərin istehsalı (ha-

zırlanması) üzrə münasibətləri qaydaya salır. Başqa sözlə desək, alqı-satqı müqaviləsi əşyanın bilavasitə ve-

rilməsi üzrə alıcı və satıcı arasında yaranan münasibətləri nizamlayırsa, podrat müqaviləsi əşyanın hazırlanması 

və  müəyyən  istehsal  fəaliyyəti  prosesində  sifarişçi  ilə  podratçı  arasında  qarşılıqlı  münasibətləri  tənzimləyir. 

Bunlar arasında ikinci fərqləndirici əlamət ondan ibarətdir ki, bütün hallarda podrat müqaviləsinin predmetini 



fərdi-müəyyən  əlamətləri  ilə  təyin  edilən  əşya  (əşya  hazırlandığı  hallarda)  və  ya  fərdi-müəyyən  əşyalara 

münasibətdə konkret maddiləşmiş (əşyalaşş) nəticə (emal olunduqda və ya digər iş yerinə yetirildikdə) çı-

xış edir. Alqı-satqı müqaviləsinin predmetini isə həm cinsi, həm də fərdi-müəyyən əşyalar təşkil edir. Belə tə-

səvvür yaranır ki, alqı-satqıdan fərqli olaraq podrat müqaviləsinin predmeti kimi cinsi (növ) əlamətləri ilə mü-

ə

yyən edilən, hüquqi cəhətdən əvəz edilməsi mümkün olan əşyalar çıxış edə bilməz. Əgər podrat müqaviləsi 



üzrə podratçı özünün əldə etdiyi materiallardan əvəz edilən əşya hazırlanmışdırsa, onda alqı-satqı qaydaları tət-

biq ediləjəkdir (MM-in 752.2-ci maddəsi). Qeyd etməliyik ki, podrat müqaviləsi üzrə podratçı əşyanı aldığı si-

fariş əsasında hazırlayır. Məhz bu səbəbdən o, həmişə fərdi əlamətləri ilə müəyyən edilən əşya olur. Digər tə-

rəfdən podratçı əşyanı aldığı sifarişin şərtlərinə riayət etməklə hazırlayır. Alqı-satqı müqaviləsi üzrə satıcı isə 

alıcıya müqavilədə göstərilən əşya verir: satılan əşyanın kim tərəfindən hazırlanması hüquqi əhəmiyyət kəsb et-

mir. 


Podrat müqaviləsinə yaxın olan müqavilə növlərindən biri mal göndərmə müqaviləsidir. Bu müqavilələrin 

hər ikisi üçün ümumi və oxşar cəhət ondan ibarətdir ki, həm mal göndərmə, həm də podrat müqaviləsi əy-



yən bir əşyanın (məmulatın) hazırlanmasını nəzərdə tutur. Özü də bu müqavilələr bağlandığı anda müqavilə-

nin predmeti olan obyektlərin mövcudluğundan və varlığından söhbət gedə bilməz. Həmin obyektlər tərəf-

lər müqavilə münasibətlərinə girdikdən sonra, nejə deyərlər, gələjəkdə hazırlanır. Həm mal göndərmə müqa-

viləsində, həm də podrat müqaviləsində müqavilənin bağlanma vaxtı ilə icra vaxtı arasında xeyli müddət olur, 

yəni göstərilən müddətlər üst-üstə düşmür. Lakin bunlar arasında şübhəsiz ki, mühüm fərqlər də vardır. Ən bi-

rinci fərq ondan ibarətdir ki, mal göndərmə müqaviləsi üzrə əşya bütün hallarda yalnız mal göndərənin (hazırla-

yanın) materiallarından (xammaldan) hazırlanır. Podrat müqaviləsi üzrə isə əşya həm sifarişçinin, həm də pod-

ratçının materiallarından hazırlana bilər. Lakin təjrübədə elə mal göndərmə münasibətlərinə rast gəlmək olur ki, 

bu münasibətlərə görə müqavilənin predmetini hazırlamaq üçün materialın (xammalın) bir hissəsini alıcı verir. 

Belə halda müqavilənin növünü müəyyən etmək üçün müqavilənin məzmununu təhlil etmək tələb olunur. Əgər 

müqavilə sifarişçinin tapşırığı əsasında onun özünün materiallarından iş görülməsinə yönələrsə və bunu nə-

zərdə tutarsa, belə halda podrat müqaviləsi bağlanmış olur. Əgər müqavilədə icra prosesində tərəflərin ara-


 

531


sında  yaranan  münasibətlərin  tənzimlənməsi  müfəssəl  şəkildə  həyata  keçirilməzsə,  bu  cür  müqaviləni  podrat 

müqaviləsi saymaq olmaz. 

Bununla bərabər, əşyanın hazırlanmasını və ya istehsal edilməsini nəzərdə tutan müqavilənin növünün təyin 

edilməsində mülki qanunvericiliyin müəyyən etdiyi müvafiq göstərişin mühüm əhəmiyyəti vardır (MM-in 604-

cü maddəsi). Bu göstərişə görə iki şərt əsasında hazırlanmalı və ya istehsal edilməli olan malların göndərilməsi-

nə dair müqavilələr podrat müqavilələrinə yox, alqı-satqı müqavilələrinə (mal göndərmə müqavilələrinə) bəra-

bər tutulur: 

 birincisi, əgər sifarişçi malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini 



göndərməyi öz öhdəsinə götürmürsə; göstərilən müqavilələr zəruri materialların mülkiyyətçisinin hansı tərəf 

olmasından asılı olaraq fərqləndirilir; əgər işin (sifarişin) görülməsi üçün zəruri olan materialları sifarişçi verər-

sə, belə halda podrat müqaviləsi bağlanmış sayılır; əgər əşyanın yaradılması üçün zəruri olan materialı podratçı 

verərsə və onu öz əməyi ilə hazırlayarsa, belə halda mal göndərmə müqaviləsi bağlanır. Fransanın,  ngiltərənin, 

ABŞ-ın və s. ölkələrin praktikası məhz bu mövqedə dayanır. 

 ikincisi, əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa 



xidmətlərin göstərilməsindən ibarət deyildirsə. 

Bu müqavilələrin bir-birindən fərqləndirilməsinə imkan verən ikinci cəhət ondan ibarətdir ki, əgər mal gön-

dərmə münasibətlərinin əsas sosial-iqtisadi təyinatı cəmiyyət üzvlərinin kütləvi, tipik, müxtəlif növlü və çox çe-

ş

idli mallara olan tələbatını ödəməkdən ibarətdirsə, podrat müqaviləsi ilə yalnız bir nəfər cəmiyyət üzvünün 



(sifarişçinin) ehtiyacları təmin edilir

Üçüncüsü, mal göndərmə müqaviləsi malların şərtləşdirilmiş müəyyən müddət ərzində partiyalarla göndəril-

məsini müəyyənləşdirir; podrat müqaviləsi isə əyyən bir işin icrasını, sonra isə icranın nəticəsinin sifariş-

çiyə verilməsini nəzərdə tutur

Podrat müqaviləsinə oxşar, onunla həmmərz və əlaqəli olan müqavilə növlərindən biri əmək müqaviləsidir

Bu müqavilələri yaxınlaşdıran əlamət ondan ibarətdir ki, iş prosesi, əmək prosesi, başqa sözlə desək, istehsal 

prosesi həm podrat, həm də əmək müqaviləsinin hüquqi tənzimetmə predmetinə daxil olan münasibətlərdir. La-

kin bu müqavilələr fərqli cəhətlərə də malikdir. 

Podrat  müqaviləsini  əmək  müqaviləsindən  fərqləndirən  birinci  cəhət  ondan  ibarətdir  ki,  podrat  müqaviləsi 

üzrə yaradılan əşya (məmulat) onun sifarişçiyə verilməsi anına kimi mülkiyyət hüququ əsasında podratçı-

ya məxsusdur. Podratçı həmin əşya üzərində mülkiyyət hüququ qazanır. Bundan fərqli olaraq əmək müqaviləsi 

üzrə işçinin yaratdığı bütün şeylər işverənə (müəssisəyə), yəni işəgötürənə məxsusdur. 

kinci fərq ondan ibarətdir ki, podrat müqaviləsi üzrə podratçı işi öz materialları, öz qüvvəsi, əməyi və və-

saiti hesabına icra edir. O, işi öz riski (cavabdehliyi) ilə görür. Görülmüş işin təsadüfi məhv olması və ya zə-

dələnməsi riski sifarişçiyə verilən vaxta kimi podratçının üzərinə düşür (MM-in 772.1-ci maddəsi). Belə halda 

podratçı gördüyü işin haqqını almaq ixtiyarından məhrum olur. Əmək müqaviləsi üzrə işləyən işçi isə işverənin 

vəsaiti və materialları əsasında əmək prosesində iştirak edir.  şçinin gördüyü iş nəticə verməsə də, o, əmək haq-

qı almaqdan məhrum edilmir. 

Üçüncüsü,  podrat  müqaviləsi  üzrə  podratçı  müstəqil  təsərrüfat  subyekti  kimi  işin  (sifarişin)  görülməsi  və 

nəticəyə nail olunması üsullarının seçilməsində və müəyyən edilməsində sifarişçidən asılı olmur. O, işi şəx-

sən yerinə yetirmək vəzifəsi istisna edilməklə (MM-in 755-ci maddəsi), qalan bütün hallarda müqavilə üzrə öz 

vəzifəsini  icra  etdiyi  zaman  işin  görülməsinə  üçüncü  şəxsləri  də  cəlb  edə  bilər.  Müqavilə  əlaqələrinin  belə 

mürəkkəb strukturu podrat müqaviləsi üçün xarakterikdir. Buna görə də bu xüsusiyyətə podrat müqaviləsinin 

fərdi, spesifik əlaməti kimi baxılırdı. Əmək müqaviləsi bağlayan işçi isə əmək münasibətlərində olduğu müəssi-

sənin, idarənin və ya təşkilatın ştatına daxil edilir, daxili əmək nizam qaydalarına, əmək qanunvericiliyinə tabe 

olur. O, işverənin verdiyi göstərişləri icra etməyə borcludur. Beləliklə, əmək müqaviləsi üzrə işçi öz əmək funk-

siyasını yerinə yetirməklə məşğul olur ki, bu, ixtisas, vəzifə və dərəjə ilə şərtlənir. Podrat müqaviləsi üzrə pod-

ratçı sifarişçiyə münasibətdə müstəqildir; o, özü işi təşkil edir, işin görülmə vaxtını ayrı-ayrı dövrlərə bölür və 

s. Şübhəsiz, əmək müqaviləsi üzrə işləyən şəxs belə hüquqlara malik deyil. 

Dördüncüsü, əmək münasibətlərinin əmək müqaviləsi vasitəsi ilə tənzimlənməsinin əsas məqsədi əmək pro-

sesini nizamlamaqdan, podrat müqaviləsi üzrə mülki-hüquqi tənzimetmənin başlıja niyyəti isə görülən işdə



əyyən bir nəticə əldə etməkdən və bu nəticəni sifarişçiyə verməkdən ibarətdir. Bunlardan başqa, göstə-

rilən müqavilələr bir-birindən həm də belə bir cəhəti ilə fərqlənir ki, əmək müqaviləsi üzrə işləyən şəxs işçi ad-

lanır; işçi qismində isə yalnız fiziki şəxslər çıxış edə bilər. Podrat müqaviləsi üzrə işləyən (iş görən) şəxs isə 

podratçı adlanır; həm fiziki şəxslər, həm də hüquqi şəxslər podratçı funksiyasını yerinə yetirə bilərlər. 



 

532


4. Podrat müqaviləsinin əvəzli xidmət göstərilməsi 

müqavilələrindən fərqləndirilməsi 

Xidmət göstərilməsi nəticəsində də öhdəliklər yaranır. Xidmət göstərilməsi üzrə öhdəlik müqavilə öhdəli-

yinin müstəqil bir tipini təşkil edir. Bu öhdəlik tipi müqavilə öhdəliyinin podrat müqaviləsi ilə əhatə olunan o 

birisi tipindən – iş görülməsi üzrə öhdəlik tipindən fərqlənir. 

Xidmət göstərilməsi üzrə öhdəliklər müxtəlif cür mülki-hüquqi müqavilələr nəticəsində əmələ gəlir. Söhbət 

tapşırıq, komissiya, turist xidmətlərinin göstərilməsi, ticarət agenti haqqında müqavilə, broker müqaviləsi və s. 

ə

vəzli xarakterə malik olan müqavilələrdən gedir. Podrat müqaviləsini bu müqavilələrə yaxınlaşdıran cəhət on-



dan ibarətdir ki, göstərilən müqavilə növləri üzrə bir tərəf digər tərəfin tapşırığı əsasında onun üçün müəyyən 

hərəkətləri yerinə yetirir. Podrat müqaviləsinin nəzərdə tutduğu görülən iş, əvəzli xidmət müqavilələrinin pred-

meti olan göstərilən xidmət mülki hüquq münasibətlərinin obyektlərindən biri olan hərəkətin ayrı-ayrı növləri 

(halları) hesab edilir. Bu, onların ümumi cəhətə malik olduğunu göstərir. Belə ki, həm görülən iş, həm də göstə-

rilən xidmət hərəkət hesab edilir. 

Bununla belə, podrat müqaviləsini əvəzli xidmət müqavilələrindən fərqləndirmək lazımdır. Bu müqavilələrin 

fərqləndirilməsi öz başlanğıcını və mənbəyini Roma hüququndan götürmüşdür. Klassik Roma hüququna görə 

kirayənin (locatio-conductio) hələ üç müstəqil növü ayrılır və fərqləndirilirdi: 

 locatio-conductio rerum (əşyaların kirayəsi)



 locatio – conductio operis (işin kirayəsi və ya podrat)

 locatio - conductio operarum (xidmətin kirayəsi)



kinci  növ  müqavilə  (yəni  podrat  müqaviləsi)  üçün  əsas  xarakterik  xüsusiyyət  bu  müqavilənin  iqtisadi 

nəticə (opus) əldə etmək məqsədi ilə bağlanmasından ibarət idi. Xidmət müqaviləsi bu xüsusiyyətdən məh-

rum idi. 

Göstərilən bölgü indi də bir çox sivil mülki hüquq sistemlərində saxlanılır. Məsələn, Almaniya Mülki Qa-

nunnaməsinin ikinci kitabının 7-ci fəsli «Podrat və ona oxşar olan müqavilələr» adlanır. Bu fəsil iki yarımhissə-

yə bölünür. Birinci hissə podrat, ikinci hissə xidmət müqaviləsinin bir növü olan turist xidmətlərinin göstəril-

məsi müqaviləsinə həsr edilmişdir. 

Fransa Mülki Məcəlləsində bu bölgüyə rast gəlmək olar. Müasir dövrün ən yeni mülki məcəllələrindən biri 

sayılan Hollandiya MM-in «Qulluq tabeçiliyi olmayan xidmət göstərilməsi» adlı kitabında xüsusi fəsil ayrılmış-

dır. Buraya tapşırıq, vasitəçilik və kommersiya agentliyi adlı fəsillər daxildir. Bundan başqa, 7a xüsusi bölməsi 

«Kommersiya  agentliyi  haqqında  müqavilə»  adlanır.  Xidmət  göstərilməsi  üzrə  bu  cür  müqavilələrlə  bərabər, 

Hollandiya MM-i (7-ci kitab) podrat müqaviləsini də tənzimləyir. 

nqilabaqədərki rus sivilistləri arasında G.F.Şerşeneviç podrat və xidmət anlayışlarını bir-birindən fərqlən-

dirməyin  ən  fəal  tərəfdarı  hesab  olunurdu.  Onun  fikrincə,  podrat  dedikdə  iş  qüvvəsinin  tətbiq  edilməsinin 

məhsulu kimi görülən iş başa düşülürdü

Müasir müəlliflərdən görkəmli sovet sivilist alimi O.S.  offe işi xidmətdən ayırmağa xüsusi diqqət yetirirdi. 

O, «Öhdəlik hüququ» adlı əsərində podrat müqaviləsi ilə bərabər, həm də ayrıca olaraq xidmət göstərilməsi üz-

rə öhdəlikləri nəzərdən keçirmişdir. 

Beləliklə, podrat müqaviləsi əvəzli xidmət müqavilələrindən fərqli xüsusiyyətlərə malikdir. Əsas fərq əla-

məti bu müqavilələrin predmeti ilə şərtlənir. Belə ki, əvəzli xidmət müqavilələrinin predmetini xidmət təşkil 

edir. Göstərilən xidmətin (müəyyən hərəkət və ya müəyyən fəaliyyətin) nəticəsi qeyri-maddi xarakter daşıyır və 

maddiləşmiş əşya formasında deyil. Xidmət əmtəə xarakterində olsa da, onun nəticəsi maddi formada olmur. 

Bu  sözləri  podrat  müqaviləsinin  predmeti  haqqında  demək  olmaz.  Podrat  müqaviləsi  əsasında  görülən  işin 



nəticəsi maddi formaya malikdir.  kincisi, podrat müqaviləsi əsasında görülən işin nəticəsini bu işi icra edə-

nin özündən ayırmaq mümkündür. Xidmətin nəticəsi isə bu xidməti göstərənin özündən ayrılmazdır. 

Podrat  müqaviləsi  predmetinə  görə  müəllif  müqaviləsindən  fərqlənir.  Müəllif  müqaviləsinin  predmetini 

müəllifdən istifadəçiyə verilən əmlak hüquqları təşkil edir. 

Ə

sərin özü müqavilənin predmeti ola bilməz. Müəllif müqaviləsinin predmetini yaradıcı fəaliyyətin nəticə-



sindən istifadə hüquqları təşkil edir. Lakin bu nəticə əqli mülkiyyətin obyektidir və buna görə də xüsusi hüquqi 

recimlə qaydaya salınır. Belə təsəvvür yaranır ki, podrat müqaviləsinin predmetini podratçının adi, texniki 



fəaliyyətinin nəticəsi, müəllif müqaviləsinin predmetini isə əqli fəaliyyətin və əqli əməyin nəticəsinə olan isti-

fadə hüquqlarının verilməsi təşkil edir. 

Bəzi müəlliflər əsərlərin nüsxələrinin hazırlanması müqaviləsini (o cümlədən, müəllif nüsxələrinin) podrat 

müqaviləsi hesab edirlər. Bu barədə başqa fikir də var. 

Müəlliflərdən V.A.Dozortsev işin yaradıcı xarakterə malik olmasını nəzərə alaraq göstərir ki, sifariş müqavi-

ləsini (əsərin yaradılması barədə müəllif müqaviləsini) müəllif müqaviləsi yox, podrat tipli müqavilə hesab et-



 

533


mək lazımdır. Onun fikrincə, bu onunla izah edilir ki, müqavilə bağlanan zaman nə obyektin özü, nə də bütöv-

lükdə müəlliflik hüququ vardır. Bəzi hallarda müqavilənin subyekt tərkibi müəllif və podrat müqavilələrini bir-

birindən fərqləndirmək üçün əsas meyar kimi götürülür. Məsələn, heykəltəraşlıq əsərinin yaradılması müqavilə-

si üzrə iş müəllifin özü tərəfindən icra edilərsə, bu, müəllif müqaviləsi hesab olunajaqdır. Yox, əgər sifarişin ye-

rinə yetirilməsi işini başqa şəxs həyata keçirərsə, belə halda yalnız podrat müqaviləsindən söhbət gedə bilər. 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə