MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə87/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   83   84   85   86   87   88   89   90   91
§ 1. Tapşırıq müqaviləsinin anlayışı,  

xüsusiyyətləri, əsas cəhətləri və elementləri 

1. Tapşırıq müqaviləsi və xidmət göstərilməsi 

üzrə öhdəliklə

Öhdəliyin  ən  geniş  yayılmış  növü  müqavilə  öhdəliyidir.  Müqavilə  öhdəliyi  özü  müxtəlif  tiplərə  bölünür: 

ə

mlakın mülkiyyətə verilməsi üzrə öhdəlik (alqı-satqı, dəyişmə, bağışlama və renta öhdəlikləri); əmlakın istifa-



dəyə verilməsi üzrə öhdəlik (əmlak kirayəsi, icarə, lizinq və əvəzsiz istifadə öhdəlikləri); iş görülməsi üzrə öh-

dəlik (podrat öhdəliyi) və s. 

Müqavilə öhdəliyinin tiplərindən biri xidmət göstərilməsi üzrə öhdəlik hesab olunur. Bu cür öhdəliklərə 

aiddir: daşıma; saxlama (saxlanj); sığorta; komissiya; bank əmanəti; bank hesabı və s. öhdəliklər. Xidmət göstə-

rilməsi üzrə öhdəliyin bir növü tapşırıq öhdəliyidir

Mülki  hüquqda  xidmət  göstərilməsi  üzrə  müqavilə  öhdəlikləri  xidmət  göstərənin  həyata  keçirdiyi 



fəaliyyətin xarakterindən asılı olaraq müəyyən növlərə ayrılır: 

 faktiki xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (daşıma öhdəliyi, broker öhdəliyi; saxlama öhdəliyi); 



 hüquqi xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (komissiya öhdəliyi); 

  həm  faktiki,  həm  də  hüquqi  xarakterli  öhdəlik  (tapşırıq,  nəqliyyat-ekspedisiya,  konsessiya  və  tijarət 



agenti öhdəlikləri); 

 pul-kredit xarakterli xidmət göstərilməsi üzrə öhdəlik (bank hesabı, bank əmanəti və sığorta öhdəliklə-



ri). 

Yeni MM xidmət göstərilməsi üzrə müqavilə öhdəliklərini xüsusi qrup halında birləşdirməyərək sistemləş-

dirmir. Bu halı onun qüsurlu cəhətlərindən biri hesab etmək olar. Bununla belə, artıq çoxdan bəridir ki, mülki 

hüquq elmində öhdəliklərin təsnifi aparılır. Bu təsnifə əsasən müqavilə öhdəliklərindən xidmət göstərilməsi üz-

rə öhdəliklər xüsusi qrup halında ayrılır. Xidmət öhdəlikləri içərisində bəzi öhdəliklər özlərinin hüquqi təbiətinə 

görə fərqləndirilir. Bunlar vasitəçilik xidməti göstərilməsi üzrə öhdəliklər adlanır. Bu cür öhdəliklərə aiddir: 

 tapşırıq öhdəliyi; 



 broker öhdəliyi; 

 ticarət agenti (nümayəndəsi) öhdəliyi; 



 konsessiya öhdəliyi; 

 komissiya öhdəliyi; 



 nəqliyyat-ekspedisiya öhdəliyi. 

Vasitəçilik xidməti üzrə öhdəliklər içərisindən ticarət vasitəçiliyi adlı xüsusi öhdəliklər qrupu ayrılır: tica-


 

541


rət agenti öhdəliyi; konsessiya öhdəliyi; komissiya öhdəliyi; broker öhdəliyi. Ticarət vasitəçiliyi öhdəliklərin-

dən yalnız ikisi ticarət nümayəndəliyi yaradır: ticarət agenti öhdəliyi; komissiya öhdəliyi. 



2. Tapşırıq müqaviləsinin anlayışı və hüquqi təbiəti 

Tapşırıq müqaviləsinin «yaşı» çox qədim dövrlərə gedib çıxır. Bu müqavilə «mandatum» (tapşırıq) adı ilə 

hələ neçə-neçə yüz il bundan əvvəl Roma hüququna məlum idi. Roma hüququ tapşırıq müqaviləsinə bir şəxsin 

(etibar edənin) hər hansı hərəkətin pulsuz yerinə yetirilməsini digər şəxsə (etibar edilənə) tapşırması, etibar edi-

lənin isə bunu öz üzərinə götürməsi kimi anlayış verirdi. 

Tapşırıq  müqaviləsi  bir  çox  sivil  və  qabaqcıl  dövlətlərin  (məsələn,  taliyanın,  Almaniyanın,  Avstriyanın, 

Fransanın və s.) qanunvericiliyində nəzərdə tutulmuşdur. Məsələn, Almaniya Mülki Qanunnaməsi tapşırıq mü-

qaviləsinə etibar edilənin etibar edən tərəfindən ona tapşırılmış işi əvəzsiz ijra etməyi öhdəsinə götürməsi kimi 

anlayış verir (§ 662). Qeyd etmək lazımdır ki, tapşırıq müqaviləsi yalnız kontinental Avropa ölkələrinin hüqu-

quna məlumdur. 

Azərbaycan Respublikası MM-in 777.1-ji maddəsi tapşırıq müqaviləsinin leqal anlayışını formulə edir. Tap-

ş

ırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürəşəxs (vəkalət alan) başqa şəxsin (və-



kalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat 

vermədən icra etməyi öhdəsinə götürür

Tapşırıq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri müqavilənin mühüm şərtləri barədə onlar arasında ra-

zılıq əldə edildiyi andan əmələ gəlir. Bu onu göstərir ki, tapşırıq müqaviləsi konsensual müqavilədir. Həm də 

ona görə ki, tərəflər öz aralarında razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Amma müqavilə vəkalət 

alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (MM-in 777.2-ji maddəsi). Ona görə ki, əqdin təsnifi ba-

xımından tapşırıq müqaviləsi ikitərəfli əqddir; ikitərəfli əqdin isə bağlanması üçün hər iki tərəfin iradə ifadəsi 

tələb olunur. Vəkalət alanın tapşırığı qəbul etməsi məhz onun tapşırıq müqaviləsinin bağlanmasına razılıq ver-

məsini və iradəsini ifadə edir. 

Tapşırıq müqaviləsi həəvəzli, həm də əvəzsiz ola bilər. Bunu MM-in 783.2-ci maddəsində ifadə edilən 

göstərişdən müəyyən etmək mümkündür. Bu göstərişə görə vəkalət verən vəkalət alana  yalnız o halda haqq 



ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun. Bu onu ifadə edir ki, haqq ödənilməsi barədə tərəflər razılığa gəldik-

də müqavilə əvəzli, haqq barədə şərt nəzərdə tutulmadıqda isə əvəzsiz xarakterə malik olur. Başqa sözlə desək, 

tapşırıq müqaviləsi yalnız müqavilədə haqq barədə şərt nəzərdə tutulduğu halda əvəzli olur. Bununla bərabər, 

vəkalət alan tərəf (vəkil, patent müvəkkili) müstəqil peşə fəaliyyəti formasında əqdlər bağlayarsa və ya xid-

mətlər göstərərsə, tapşırıq müqaviləsi əvəzli müqavilə olajaqdır. Söhbət kommersiya nümayəndəliyindən get-

mir (MM-in 361-ci maddəsi). Göstərilən hallarda söhbət ancaq vəkillər, patent müvəkkilləri və s. tərəfindən hə-

yata keçirilən peşəkarlıq nümayəndəliyindəgedir ki, belə nümayəndəlik həmişə əvəzli olur; bu hamılıqla be-

lə qəbul edilmişdir. Bəzən tapşırıq müqaviləsində haqq vermək barədə şərt göstərilsə də, haqqın miqdarı müəy-

yənləşdirilmir. Lakin bu hal heç də müqavilənin əvəzsiz olmasını şərtləndirmir; tapşırıq müqaviləsi buna bax-

mayaraq bu kimi məqamlarda əvəzli müqavilə sayılır. 

Ə

vəzsiz tapşırıq müqaviləsi yalnız gizli nümayəndəlik münasibətləri yaradır. Bu cür müqavilədən xidmə



göstərilməsi üzrə öhdəlik əmələ gəlmir. Əvəzli tapşırıq müqaviləsinə gəldikdə isə onu göstərə bilərik ki, bu 

müqavilə həm nümayəndəlik münasibətləri, həm də xidmət göstərilməsi üzrə öhdəlik yaradır. 

Tapşırıq müqaviləsi həm də ikitərəfli (qarşılıqlı) müqavilədir. Ona görə ki, tərəflərdən hər biri bir-birinə 

münasibətdə vəzifələr daşıyırlar: vəkalət verən haqq ödəmək, tapşırığın ijrası zamanı çəkilən xərclərin əvəzini 

vermək və digər vəzifələr daşıyır; vəkalət alanın isə üstünə tapşırığı ijra etmək, hesabat vermək və digər vəzifə-

lər düşür. Bu müqavilədə tərəflərdən birinin hüququ digər tərəfin vəzifəsinə uyğun gəlir. Tapşırıq müqaviləsi 

ə

vəzli və ya əvəzsiz olmasından asılı olmayaraq bütün hallarda qarşılıqlı xarakterə malikdir. 



3. Tapşırıq müqaviləsinin tətbiq sahəsi 

və əhəmiyyəti 

Bəzən həyatda elə vəziyyət yaranır ki, mülki dövriyyə subyektləri bu və ya digər səbəbə görə mülki hüquqla-

rını və vəzifələrini şəxsən özləri həyata keçirə bilmirlər. Belə ki, adətən mülki hüququn hər bir subyekti malik 

olduğu mülki hüquq qabiliyyətini özü gerçəkləşdirir, əmlak əldə edir, əmək haqqını alır, mülkiyyətdə olan pred-

metləri və avadanlıqları satır, müxtəlif cür əqdlər bağlayır və digər hüquqi hərəkətlər edir. Həyat halları bəzi 

məqamlarda subyektin müstəqil və sərbəst şəkildə öz hüquqlarını həyata keçirməsinə, eləjə də subyektiv hüquq 

və vəzifələr əldə etməsinə mane olur. Mane olan hallar həm hüquqi xarakterli (fəaliyyət qabiliyyətinin olmama-

sı), həm də faktiki xarakterli (xəstəlik, hüquqi savadsızlıq, vaxt məhdudluğu və s.) ola bilər. Belə hallarda nü-

mayəndəlik institutunun köməyindən istifadə etməklə subyektin özünün malik olduğu hüquq qabiliyyətinin bir 

hissəsini həyata keçirməsi onun üçün həddindən artıq rahat və əlverişli olur, bəzi hallarda isə sadəjə olaraq zə-

rurətə çevrilir. 


 

542


Beləliklə, nümayəndəlik institutundan istifadə etmək məqsədi ilə hüquq subyektləri ayrı-ayrı şəxslərin xid-

mətlərindən faydalanırlar. Həmin şəxslər əqdlər bağlayır və digər hüquqi hərəkətlər edirlər ki, bunun əsasında 

mülki hüquq münasibətləri əmələ gəlir və ya xitam olunur. Mülki hüquqda bu cür münasibətlər nümayəndəlik 

adlanır. 

Nümayəndəlik münasibətləri müxtəlif əsaslara görə yarana bilər. Bu əsaslardan biri tapşırıq müqaviləsidir. 

Tapşırıq müqaviləsi mülki (əmlak) dövriyyədə çox geniş surətdə tətbiq olunur. Bu müqavilədən həm vətən-

daşların məişətində, həm ümumi mülki münasibətlərdə, həm də kommersiya fəaliyyətində (sahibkarlıq sahəsin-

də) istifadə edilir. 

Tapşırıq müqaviləsini vasitəçilik üzrə fəaliyyətin hüquqi əsaslarından biri hesab etmək olar. Bu müqavi-

lənin köməyi ilə vəkalət alan müxtəlif cür hüquqi xarakterli əqdlər bağlayır. Vəkalət alan həm də faktiki hərə-

kətlər yerinə yetirir. Faktiki hərəkətlər tapşıran (vəkalət verən) üçün hüquqi nəticə yaratmır, hüquq və vəzifələr 

doğurmur, nümayəndəlik əmələ gətirmir. 

Tapşırıq müqaviləsi qiymətli kağızlar bazarında da tətbiq edilir. Belə ki, brokerlər qiymətli kağızlar bazarın-

da müəyyən hallarda tapşırıq müqaviləsi əsasında hərəkət edirlər («Qiymətli kağızlar haqqında» qanun). 

Tapşırıq müqaviləsinin əhəmiyyəti böyükdür. Bu hüquqi konstruksiya öz işini şəxsən aparmaq imkanına ma-

lik olmayan istənilən şəxsə imkan verir ki, o, vəkalət alanın (nümayəndənin) vasitəsi ilə mülki dövriyyədə çıxış 

etsin. 

Tapşırıq müqaviləsinin tətbiq sahəsi günü-gündən daha da genişlənir. Demək olar ki, hər gün hüquqi yardım, 



tərəfdaşların axtarılması, marketinq və digər sahələrdə xidmət göstərilməsi üzrə yeni-yeni firmalar əmələ gəlir. 

Kommersiya təşkilatlarının bir növü olan təsərrüfat cəmiyyətlərinin səhmdarları nümayəndə vasitəsi ilə səhm-

dar cəmiyyətinin ijlasında iştirak etmək, qiymətli kağızlarla əməliyyatlar aparmaq ixtiyarına malikdirlər. Koo-

perativin üzvü olan hüquqi şəxsi kooperativdə onun tərəfindən vəkil edilmiş şəxs (nümayəndə) təmsil edir. Bu 

kimi hallarda münasibətlər tapşırıq müqaviləsi ilə rəsmiləşdirilir.  

4. Tapşırıq müqaviləsinin xüsusiyyətləri 

Tapşırıq müqaviləsinin ən birinji xüsusiyyəti ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz kimi, bu müqavilə 

ə

sasında gizli mülki nümayəndəlik münasibətləri əmələ gəlir. Bu müqaviləni nümayəndəliyin klassik forması 



saymaq olmaz. Belə ki, tapşırıq müqaviləsində tərəf kimi iştirak edən vəkalət alan (nümayəndə) həmişə vəkalə

verənin (təmsil olunanın) adından yox, ancaq öz adından, lakin onun hesabına, onun mənafeyi üçün çıxış 

edir. Bununla vəkalət verən üçün mülki hüquq və vəzifələr yaranır, dəyişir və ya xitam olunur. Belə ki, vəkalət 

alan üçüncü şəxslərlə əqdləri vəkalət verənin adından yox, öz adından bağlayır. Belə halda vəkalət alan bağlan-

mış əqd üzrə qarşı tərəfə (kontragentə) çevrilir. O, üçüncü şəxslər qarşısında kreditor (və ya borclu) kimi çıxış 

edir. Bağlanmış əqdlər əsasında əldə edilmiş hüquq və vəzifələr şəxsən vəkalət alana məxsus olur, yəni əqdin 

bağlanmasından yaranan hüquqi nəticə ona məxsus olur. Tapşırıq müqaviləsi icra olunduqdan sonra o, əqd üzrə 

ə

ldə etdikləri hüquqların hamısını vəkalət verənə verir. Beləliklə, vəkalət alan vəkalət verənin gizli (dolayı) 



nümayəndəsi kimi çıxış edir. Gizli nümayəndəlikdə vəkalət verənlə üçüncü şəxslər arasında bilavasitə hüquq 

münasibətləri yaranmır. 

Gizli nümayəndəlik institutu qədim Romada əmələ gəlmişdir. Roma hüququnda nümayəndəlik tapşırıq mü-

qaviləsi  formasında  həyata  keçirilirdi.  Roma  hüquqşünasları  tapşırıq  müqaviləsini  gizli  nümayəndəlik  hesab 

edirdilər. Bu baxımdan Roma hüququ kontinental Avropa ölkələrinin qanunvericiliyinə jiddi təsir göstərmişdir. 

Almaniya mülki qanunverijiliyinə görə tapşırıq müqaviləsindən gizli (dolayı) nümayəndəlik əmələ gəlir. Həmin 

müqaviləyə anlayış verən normada (AMQ-nin 662 §-ı) Roma hüququnda olduğu kimi vəkalət alanın vəkalət ve-

rənin hesabına və mənafeyinə hərəkətlər etmək hüququ nəzərdə tutulmur. Bizim qanunvericilikdə də belədir. 

Azərbaycan Respublikası MM-in tapşırıq müqaviləsinə anlayış verən normasında (777.1-ci maddəsində) gizli 

nümayəndəliyin  «tapşıranın  (prinsipalın)  hesabına,  lakin  vəkalət  alanın  adından  hərəkət  etmə  kimi 

ə

sas prinsip və formulası ifadə olunmur. Bu isə Roma hüququ və bəzi Avropa ölkələrinin qanunvericilik ənənə-



sinə uyğundur. Lakin tapşırıq müqaviləsi barədə normaları məntiqi üsulla təfsir etdikdə gizli nümayəndəliyin 

ə

sas formulasını müəyyənləşdirmək olar. Bundan əlavə, MM-in 782-ci maddəsində bu formula birbaşa nəzərdə 



tutulmuşdur. 

Bundan fərqli olaraq, bəzi xariji ölkələrinin qanunvericiliyində (məsələn, RF-in, Çexiyanın, Fransanın və s.) 

tapşırıq müqaviləsindən klassik (açıq) nümayəndəlik forması yaranır. Sovet mülki qanunverijiliyində də bu mü-

qavilədən klassik formalı nümayəndəlik yaranırdı. 

Beləliklə, tapşırıq müqaviləsi nümayəndəlik haqqında müqavilədir. Özü də bu müqavilə əsasında könüllü 

(müqavilə) nümayəndəlik münasibətləri əmələ gəlir. Ona görə tapşırıq müqaviləsinə aid olan qaydalar nüma-

yəndəlik institutuna şamil edilən normalarla birlikdə tətbiq edilə bilər (MM-in 26-cı fəsli). Başqa sözlə, tapşırıq 

müqaviləsinə nümayəndəlik haqqında ümumi qaydaların şamil olunması mümkündür.  


 

543


Tapşırıq  müqaviləsinin  ikinci  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bir  az  qabaqda  göstərdiyimiz  kimi,  bu 

müqavilə əsasında  mülki nümayəndəlik münasibətlərindən savayı, həm də öhdəlik hüquq münasibətləri 

ə

mələ gəlir. Bu müqavilə hüquqi və faktiki xidmətlərin göstərilməsi üzrə öhdəliyin yaranmasını şərtləndirir. Bu 

onu ifadə edir ki, bu cür öhdəlik hüquq münasibətlərində obyekt kimi həm faktiki xarakterli, həm də hüquqi xa-

rakterli hərəkətlər çıxış edə bilər. Vəkalət alan ona tapşırılan əqdləri, işləri və ya digər xidmətləri icra edir 

(MM-in 777.1-ci maddəsi). Söhbət burada hüquqi xarakterli əqdlərdən, faktiki hərəkətin növü olan işlərdən və 

xidmətlərdən gedir. 

Tapşırıq müqaviləsinin üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu müqavilədə tərəf rolunda çıxış edən vəka-

lət  alanın  fəaliyyəti  qeyri-maddi  xarakterli  vasitəçilik  funksiyasının  yerinə  yetirilməsinə    yönəlir.  Vəkalət 

alan həm də nəzərdə tutulan müsbət nəticəyə nail olunmasına qarantiya və zəmanət vermir. O, tapşırığı konkret 

nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (MM-in 777.1-ci maddəsi). 

Tapşırıq müqaviləsinin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, o, fidusiar xarakterli müqavilə növünə 

ş

amil edilir (latınja «fides» - etibar). Bu müqavilə onu bağlayan vətəndaşların bir-birinə qarşılıqlı etimad gös-



tərmələrinə, etibar etmələrinə əsaslanır və şəxsi xarakter daşıyır. Belə ki, vəkalət verənlə vəkalət alan ara-

sında qarşılıqlı münasibətlərə şəxsi etibar elementi xasdır. Ona görə də bu münasibətlərin şəxsi-etimad xarakte-

rinin itirilməsi tərəflərin hər ikisinə ixtiyar verir ki, onlar heç bir dəlil-səbəb və arqument gətirmədən müqa-

viləni  pozsunlar.  Belə  ki,  tapşırıq  müqaviləsinin  hər  bir  iştirakçısı  istənilən  vaxt  müqaviləni  ləğv  edə  bilər 

(MM-in 786.1-ci maddəsi). Qeyd etməliyik ki, etimad (etibar) hər bir əqdin vacib və zəruri elementi sayılır. La-

kin elə əqdlər vardır ki, həmin əqdlərin mahiyyəti onların iştirakçılarının bir-birinə qarşılıqlı etibar etmələrindən 

ibarətdir; bu səbəbdən onlar fidusiar əqdlər adlanır; tapşırıq müqaviləsi məhz belə əqdlərdən biridir. 



§ 2. Tapşırıq müqaviləsinin elementləri 

1. Tərəflə

Tapşırıq müqaviləsində iki tərəf iştirak edir: 

 vəkalət verən; 



 vəkalət alan. 

Vəkalət verən təmsil olunan, vəkalət alan isə nümayəndədir. Tapşırıq müqaviləsinin əsas funksiyası da bu iki 

müqavilə iştirakçısı arasındakı münasibətləri tənzimləməkdən və qaydaya salmaqdan ibarətdir. Roma hüququ və-

kalət verəni «mandant», vəkalət alanı isə «mandatari (prokurator)» adlandırırdı. 

Tapşırıq müqaviləsinin subyekt tərkibi bu müqavilənin növü ilə şərtlənir Əgər tapşırıq müqaviləsi ümumi 



mülki münasibətləri tənzimləyirsə, bu cür müqavilədə istənilən hər hansı hüquqi və fiziki şəxsin həm vəka-

lət verən, həm vəkalət alan rolunda çıxış etməsi istisna olunmur. Özü də buradaca dərhal qeyd etməliyik ki, 

yalnız tam mülki fəaliyyət qabiliyyətli vətəndaşlar bu müqavilənin bağlanmasında tərəf qismində iştirak edə bi-

lərlər. Başqa sözlə desək, tapşırıq müqaviləsini bağlamaq üçün həm vəkalət alanın, həm də vəkalət verənin tam 

mülki fəaliyyət qabiliyyətinə malik olmaları tələb olunur. Müqavilənin predmeti faktiki hərəkətlər olduqda on-

ların tam fəaliyyət qabiliyyətinə malik olmaları tələb edilmir. Ona görə ki, faktiki hərəkətlər qeyri-əqd tipli hə-

rəkətlərdir. Belə hərəkətlərin edilməsi üçün isə vəkalət alan şəxsin tam mülki fəaliyyət qabiliyyətinə malik ol-

ması tələb edilmir. Məsələn, şəxs öz yaxın qohumuna tapşırır ki, o, evdəki paltarları camaşırxanada yudurtsun; 

bu zaman vəkalət alan şəxsin tam mülki fəaliyyət qabiliyyətinə malik olması tələb edilmir. Amma hüquqi hərə-

kətlər əqd tipli hərəkətlərdir (məsələn, müqavilə bağlamaq və s.); əqd bağlamaq qabiliyyəti isə mülki fəaliyyət 

qabiliyyətinin məjburi elementlərindən biridir. Odur ki, şəxs əqd bağlayarsa, o, tam mülki fəaliyyət qabiliyyəti-

nə malik olmalıdır. 

Kommersiya nümayəndəliyi münasibətlərini tənzimləyən tapşırıq müqaviləsinə  gəldikdə isə onu demək 

lazımdır ki, bu növ müqavilə üzrə vəkalət alan tərəf rolunda kommersiya nümayəndəsi (sahibkarları daimi və 

müstəqil surətdə təmsil edən şəxs) çıxış edə bilər (MM-in 361-ci maddəsi). Kommersiya nümayəndəsi dedikdə 

sahibkarlıq statusuna malik olan vətəndaşlar və kommersiya təşkilatları başa düşülür. Belə çıxır ki, kom-

mersiya nümayəndəliyi  münasibətlərini rəsmiləşdirən tapşırıq müqaviləsi üzrə vəkalət alan qismində  yalnız sa-

hibkar vətəndaşlar və kommersiya təşkilatları iştirak edə bilərlər. Qeyri-kommersiya təşkilatlarının və qeyri-sahib-

kar vətəndaşların bu müqavilə üzrə kommersiya nümayəndəsi (vəkalət alan) kimi iştirak etmələri istisna olunur. 

Hakimiyyət funksiyasını həyata keçirən və mülki hüququn xüsusi subyekti sayılan dövlətin tapşırıq müqa-

viləsinin bağlanmasında iştirakına gəldikdə isə deyə bilərik ki, onun bu müqavilənin iştirakçısı olmaq imkanı 

istisna edilmir. Hüquq ədəbiyyatında dövlətin tapşırıq müqaviləsinin bağlanmasında çıxış etməsinin mümkün-

lüyü fikri söylənilir. Məlum məsələdir ki, dövlət mülki (əmlak) dövriyyədə özü çıxış etmir. Onu mülki hüquq 

münasibətlərində müxtəlif mərkəzi icra hakimiyyət orqanları – Maliyyə Nazirliyi, Mərkəzi Bank və digər or-

qanlar təmsil edir. Məsələn, Mərkəzi Bank Azərbaycan dövləti adından ödənişlər haqqında sazişlər və ya başqa 

kontraktlar bağlaya bilər. 


 

544


qtisadi  nkişaf Nazirliyi mülki əmlak münasibətlərində və özəlləşdirmə prosesində dövləti təmsil edir. Na-

zirlər Kabineti xarici investorlarla faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, digər təbii ehti-

yatların istifadəyə verilməsi barədə konsessiya müqaviləsi bağlayır («Xarici investisiyanın qorunması haqqın-

da» qanunun 40-cı maddəsi). Belə təsəvvür yaranır ki, əmlak dövriyyəsində dövləti təmsil edən həmin orqanlar 



dövlətin nümayəndəsi kimi çıxış edir. Bu cür nümayəndəlik könüllü (müqavilə) nümayəndəlik yox, qanuni 

(normativ akta əsaslanan) nümayəndəlik hesab olunur. Ona görə ki, müvafiq dövlət orqanları qanunun mü-

ə

yyən etdiyi göstəriş əsasında dövləti təmsil edir. 



Bununla belə, dövlət tapşırıq müqaviləsi əsasında yaranan nümayəndəlik münasibətlərində də iştirak edə bi-

lər. Dövlət xarici ölkədə səfirliyin, konsulluğun yerləşdirilməsi üçün binanın satın alınmasını, kirayəyə götürül-

məsini hər hansı bir şəxsə tapşıra bilər və ya milli əhəmiyyətə malik olan nadir əşyaların əldə edilməsi üçün fir-

malarla tapşırıq müqaviləsi bağlaya bilər və s. 



2. Müqavilənin predmeti 

Tapşırıq müqaviləsinin predmetini müəyyənləşdirmək üçün mülki qanunvericiliyin həmin müqaviləyə leqal 

tərif verən normasını nəzərdən keçirmək lazımdır (MM-in 777.1-ci maddəsi). Bu normaya görə vəkalət alan və-

kalət verənin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Əqdləri, işləri və 

ya xidmətləri icra etmək hüquqi hərəkət yox, faktiki hərəkət sayılır. Deməli, bizim ölkə qanunvericiliyinə görə, 

tapşırıq  müqaviləsinin  predmetini  vəkalət  alanın  vəkalət  verənin  hesabına  həyata  keçirdiyi  faktiki  hərəkətlər 

təşkil  edir.  Odur  ki,  qüvvədə  olan  mövcud  mülki  qanunvericilik  baxımından  əgər  hər  hansısa  bir  şəxs  başqa 

şə

xs üçün yalnız hüquqi hərəkətlər yerinə yetirərsə, tapşırıq müqaviləsi bağlanmır. 



Amma tapşırıq müqaviləsi əsasında faktiki hərəkətlərdən başqa, həm də hüquqi hərəkətlər yerinə yetirilə bi-

lər. Buna görə də MM-də tapşırıq müqaviləsinin leqal anlayışını verən norma belə formulə edilməlidir: 



Tapşırıq müqaviləsinə görə, bir tərəf (vəkalət alan) başqa tərəfin (vəkalət verənin) ona tapşırdığı hü-

quqi hərəkətləri və (və ya) faktiki hərəkətləri yerinə yetirməyi öhdəsinə götürür.  

Verdiyimiz  elmi  (doktrinal)  anlayışdan  görünür  ki,  tapşırıq  müqaviləsinin  predmetini  ilk  növbədə  hüquqi 



hərəkətlər təşkil edir. Bu hərəkətləri vəkalət alan vəkalət verənin hesabına və onun mənafeyi üçün, lakin öz 

adından yerinə yetirir. 

Vəkalət alanın vəkalət verənin hesabına və onun mənafeyi üçün yerinə yetirdiyi hüquqi hərəkətlər, birincisi, 

əyyən hüquq və vəzifələrin həyata keçirilməsinə yönəlir. Belə ki, vəkalət verən bu və ya digər səbəbə gö-

rə öz hüquq və vəzifələrini müstəqil surətdə həyata keçirmək imkanından məhrum ola bilər. Odur ki, həmin hü-

quq və vəzifələrin həyata keçirilməsini vəkalət verən vəkalət alana tapşırır, ona həvalə edir. Bu məqsədlə də on-

lar arasında tapşırıq müqaviləsi bağlanır. Məsələn, xəstələndiyinə görə şəxs onun ünvanına gələn poçt baratının 

(poçtla göndərilmiş pulun) və ya iş yerindən aylıq əmək haqqının alınmasını öz yoldaşına, tanışına və ya qohu-

muna tapşırır. Başqa misalda ştatında hüquq məsləhətçisi vəzifəsi olmayan müəssisə hər hansı vəkillə müqavilə 

bağlayır; bu müqaviləyə əsasən vəkil məhkəmə orqanlarında həmin müəssisənin mülki işlərini aparır. 

Vəkalət  alanın  yerinə  yetirdiyi  hüquqi  hərəkətlər,  ikincisi,  hüquq  və  vəzifələrin  əldə  edilməsinə  yönəlir

Başqa sözlə, vəkalət alan hüquqi hərəkətləri hüquq və vəzifələrin əldə olunması məqsədilə həyata keçirir. Belə 

ki, vəkalət verən bu və ya digər səbəbə görə özü üçün öz hərəkətləri ilə yeni hüquq və vəzifələr əldə etmək im-

kanından məhrum ola bilər. Buna görə də o, yeni hüquq və vəzifələrin əldə olunmasını öz yoldaşına, tanışına və 

ya qohumuna tapşırır, ona həvalə edir. Məsələn, şəxs öz qohumuna tapşırır ki, yaşayış evi almaq üçün o, evin 

mülkiyyətçisi ilə alqı-satqı əqdi (müqaviləsi)  bağlasın; bunun nəticəsində həmin şəxs yaşayış evinə mülkiyyət 

hüququ əldə edir. Digər misalda şəxs öz tanışına tapşırır ki, bağ evini kirayəyə götürmək üçün o, bağ evinin sa-

hibi ilə kirayə əqdi (müqaviləsi) bağlasın; bunun nətijəsində həmin şəxs bağ evindən istifadə hüququ əldə edir. 

Vəkalət verən vəkalət alana hər hansısa digər əqdin bağlanmasını da tapşıra bilər. 

Beləliklə, vəkalət alan öz üzərinə vəkalət verən üçün hüquqi hərəkətlər etmək vəzifəsi götürür. Hüquqi hərə-

kətlərə isə aiddir: əqd (müqavilə) bağlamaq; məhkəmədə çıxış etmək və prosessual hərəkətləri yerinə yetirmək; 

pul almaq; əmlak almaq və s. 

Tapşırıq müqaviləsinin predmetini həm də faktiki hərəkətlər təşkil edir. Belə ki, bu müqavilə əsasında və-

kalət alan vəkalət verən üçün faktiki hərəkətlər yerinə yetirə bilər. Faktiki hərəkətlər əqd xarakterinə malik ol-

mayan hərəkətlərdir. 

Faktiki hərəkətlərə, hər şeydən əvvəl, vəkalət alanın vəkalət verənin tapşırdığı işi ijra etməsi aiddir. Məsə-

lən, şəxs (vəkalət verən) öz tanışına tapşırır ki, o, bağ evi tikdirsin və ya mənzili təmir etdirsin. Burada tanışın 

həmin şəxs üçün bağ evi tikdirməsi iş görülməsi formasında faktiki hərəkətdir. 

Faktiki hərəkətlərə digər tərəfdən bağlanmış əqdləri (müqavilələri) ijra etmək aiddir. Məsələn, şəxs öz qo-

humuna tapşırır ki, o, həmin şəxsin hər hansı üçüncü şəxslə əmlak əldə edilməsi barədə bağladığı alqı-satqı mü-

qaviləsini icra etsin, yəni əmlakın pulunu üçüncü şəxsə verib onu alsın və vəkalət verən şəxsə versin. 



 

545


Faktiki hərəkətlərə həm də xidmətləri ijra etmək aiddir. Məsələn, yük göndərən hər hansı şəxsə tapşırır ki, 

həmin şəxs daşıyıjının vasitəsilə yükü təyinat yerinə çatdırsın, yəni yükü daşıtdırsın. 

Tapşırıq müqaviləsinin predmeti qarışıq xarakterə malik ola, yəni qarışıq tərkibdən də ibarət ola bilər. Belə 

ki, əgər şəxs digər şəxsə eyni vaxtda həm hüquqi, həm də faktiki hərəkət yerinə yetirməyi tapşırarsa, müqavilə-

nin predmeti qarışıq xarakter daşıyır. Məsələn, şəxs öz yoldaşına tapşırır ki, o, həm alqı-satqı müqaviləsi bağla-

sın, həm də həmin müqaviləni icra etsin. 

Mülki hüquq subyektinin şəxsiyyəti ilə qırılmaz bağlı olan, şəxsi xarakter daşıyan hüquqi hərəkətlər tapşırıq 

müqaviləsinin predmeti kimi çıxış edə bilməz. Məsələn, subyekt tapşırıq müqaviləsi bağlamaqla nümayəndənin 

vasitəsilə öz əmlakı barəsində vəsiyyət edə və nigah bağlaya bilməz və s. Bəzi ölkələrin (RF-in, Fransanın, Çe-

xiyanın və s.) qanunvericiliyinə görə, tapşırıq müqaviləsinin predmetini əvvəldə göstərdiyimiz kimi, yalnız hü-

quqi hərəkətlər təşkil edə bilər. 

3. Müqavilənin digər elementləri 

Qanun tapşırıq müqaviləsinin forması haqqında göstəriş ifadə edir (MM-in 777.2-ci maddəsi). Həmin göstə-

rişə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilənin tərəflərin qarşı-

lıqlı razılığı ilə notariat qaydasında təsdiqlənməsi istisna edilmir. 

MM-də tapşırıq müqaviləsinin elementlərindən biri olan müddətə həsr edilən xüsusi norma yoxdur. Elə 

hesab etmək olar ki, müddət tapşırıq müqaviləsi üçün mühüm şərt hesab edilmir. 

Tapşırıq müqaviləsində müddət həm göstərilə, həm də göstərilməyə bilər. Əgər müddət göstərilərsə, müd-

dətli tapşırıq müqaviləsindən, əgər müddət nəzərdə tutulmazsa, müddətsiz tapşırıq müqaviləsindən söhbət 

gedə bilər. 



Tapşırıq  müqaviləsi  üzrə  müddət  vəkalət  alanın  həyata  keçirdiyi  hüquqi  və  ya  faktiki  hərəkətlərin  icra 

vaxtını ifadə edir. Əgər müqavilə əsasında müddət müəyyənləşdirilərsə, vəkalət alan ona verilən tapşırığı həmin 

müddət ərzində icra etməyə borcludur. Müddət, bir qayda olaraq, tapşırıq müqaviləsinin iştirakçılarının razılığı 

ilə müəyyən edilir. 

Müddətsiz tapşırıq müqaviləsində vəkalət alanın ona verilən tapşırığı hansı müddətə ijra etməsi nəzərdə tu-

tulmur. Müqavilədə müddətin təyin edilmədiyi hallarda tapşırığın icrası müddəti MM-in 427.2-ci maddəsində 

göstərilən qaydada müəyyən olunur. Belə halda vəkalət verən tapşırığın dərhal ijrasını tələb edə bilər, vəka-

lət alan isə onu ağlabatan müddətdə ijra etməyə borjlu olur

Tapşırıq  müqaviləsinin  qiymətinə  gəldikdə  isə  göstərə  bilərik  ki,  müddət  kimi  qiymət  də  müqavilənin 

mühüm şərti sayılmır. Müddətdən fərqli olaraq qanun tapşırıq müqaviləsinin qiymətinə, onun ödənilməsi qay-

dasına xüsusi norma həsr etmişdir (MM-in 783-cü maddəsi). 

Tapşırıq müqaviləsinin qiyməti vəkalət alana hüquqi və  ya faktiki hərəkətləri həyata keçirməyin, yəni ona 

tapşırılan işi ijra etməyin müqabilində və əvəzində vəkalət verənin ödədiyi haqdan ibarətdir. Qiymət tərəf-

lərin razılığı ilə müəyyən edilir. 

Ə

vvəldə  göstərdiyimiz  kimi,  tapşırıq  müqaviləsi həm  əvəzsiz,  həm  də  əvəzli  müqavilədir.  Roma  hüququ 



dövründən bəri klassik kontinental hüquq sistemlərində tapşırıq ənənəvi olaraq əvəzsiz müqavilə hesab 

edilir. Özü də bu hüquq sistemlərinin qanunvericiliyinə görə tapşırıq müqaviləsinin əvəzsiz olması vəkalət ala-

na verilən haqqın qanunda və ya müqavilədə nəzərdə tutulmaması ilə şərtlənir. Bu o deməkdir ki, əgər qanunda 

və ya müqavilədə vəkalət alana haqq ödənilməsi müəyyənləşdirilməyibsə, belə tapşırıq müqaviləsi əvəzsiz mü-

qavilədir. Azərbayjan Respublikasının mülki qanunvericiliyi də bu mövqedə durur. Belə ki, vəkalət verən vəka-

lət alana yalnız o halda haqq ödəyir ki, bu şərtləşdirilmiş olsun (MM-in 783.2-ci maddəsi), yəni qanunda və ya 

müqavilədə nəzərdə tutulmuş olsun. Bu göstərişin mahiyyəti ondan ibarətdir ki, qanunda və ya müqavilədə və-

kalət alana haqq verilməsi şərti nəzərdə tutulmazsa, müqavilə əvəzsiz olur. 

Beləliklə,  qanun  üç  halda  tapşırıq  müqaviləsinin  əvəzli  olmasını,  yəni  vəkalət  verənin  vəkalət  alana  haqq 

ödəməli olmasını müəyyən edir: 

 birincisi, qanunda və ya müqavilədə ödəniş barədə şərt olduqda; 



 ikincisi, vəkalət verənin vəkalət alana haqq ödəməsi hamılıqla qəbul edilmiş olduqda (məsələn, tapşırıq 

sahibkarlıq fəaliyyəti və kommersiya əməliyyatı ilə əlaqədar olduqda); 

 üçüncüsü, tapşırıq müqaviləsində vəkalət alan rolunda müstəqil peşə fəaliyyəti formasında əqdlər bağ-



lamaq və ya xidmətlər göstərmək səlahiyyətinə malik olan şəxslər çıxış etdikdə. 

Müstəqil  peşə  fəaliyyəti  formasında  əqdlər  bağlamaq  və  ya  xidmətlər  göstərmək  səlahiyyətinə  malik  olan 

şə

xslər dedikdə vəkillər, patent müvəkkilləri başa düşülür. Göstərilən kateqoriya şəxslər əvəzli peşəkar (pro-



fessional) nümayəndəliyi həyata keçirirlər. Bu cür nümayəndəliyi kommersiya nümayəndəliyindən fərqləndir-

mək lazımdır. Belə ki, kommersiya nümayəndəliyi sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən 

sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxsin həyata keçirdiyi nümayəndəlikdir (MM-in 361.2-ci 


 

546


maddəsi).  Kommersiya  nümayəndəliyində  nümayəndə  rolunda  yalnız  nümayəndəliyi  sənət,  peşə  kimi  həyata 

keçirən sahibkar çıxış edə bilər. 



Patent müvəkkili patentin alınması işlərinin aparılmasında vəkalət verən şəxsə köməklik göstərir, lisenziya 

müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq icra hakimiyyəti orqanında, məhkəmədə vəkalət 

verənin mənafelərini müdafiə edir və s. («Patent haqqında» qanunun 6-cı maddəsi). Vəkillər dövlət və qeyri-

dövlət orqanlarında və təşkilatlarında, o cümlədən, beynəlxalq təşkilatlarda və əjnəbi ölkələrdə fiziki və hüquqi 

şə

xslərin nümayəndəliyini həyata keçirirlər. O, hüquqi yardım üçün müraciət etmiş şəxslərlə münasibətlərini bir 



qayda olaraq, tapşırıq müqaviləsi əsasında qurur. Vəkil həmin şəxslərin tapşırığını yazılı surətdə tərtib edilmiş 

müqavilə ilə icra edir («Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunun 5-ci maddəsi). 

Tapşırıq müqaviləsi üzrə haqqın miqdarı tərəflərin razılığı ilə müəyyən edilir. Müqavilədə haqqın miqdarı 

müəyyənləşdirilməyə də bilər. Lakin bu hal, tapşırıq müqaviləsinin əvəzsiz xarakterə malik olmasını şərtləndir-

mir. 

Qanun tapşırıq müqaviləsi üzrə haqqın miqdarı müəyyənləşdirilmədiyi hallarda bunun iki yolla (üsulla) tə-



yin edilməsi qaydasını müəyyən edir. Birincisi, qüvvədə olan tariflərə istinad etməklə haqqın miqdarı müəy-

yən edilir.  kinji üsuldan tarif olmadıqda istifadə edilir. Belə halda vəkalət alanın olduğu yerdə qəbul edilmiş 



haqq (məzənnə, nırx) əsas götürülməklə vəkalət alana ödəniləcək haqqın miqdarı müəyyənləşdirilir (MM-in 

783.3-cü maddəsi). 




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə