MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə88/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   83   84   85   86   87   88   89   90   91
§ 3. Tapşırıq müqaviləsinin məzmunu 

1. Vəkalət alanın vəzifələri

 

Müqavilə üzrə həm vəkalət alan, həm də vəkalət verən hüquq və vəzifələrə malikdirlər. Həm əvəzli, həm də 

ə

vəzsiz tapşırıq müqaviləsi tərəflərin üzərinə müəyyən vəzifələr qoyur. Ona görə ki, tapşırıq müqaviləsi bütün 



hallarda ikitərəfli (qarşılıqlı) müqavilədir. 

Vəkalət alanın əsas vəzifəsi onun tapşırığı vijdanla yerinə yetirilməsindən və bu zaman vəkalət verənin 



haqlı mənafelərini müdafiə etməsindən ibarətdir (MM-in 778.1-ci maddəsi). Başqa sözlə desək, o, tapşırığı 

öhdəliklərin  icrası  zamanı  tətbiq  edilən  vijdanlılıq  prinsipi  əsasında  yerinə  yetirməyə  borcludur.  Vijdanlılıq 



prinsipinə görə vəkalət alan şərtləşdirilmiş vaxtda və yerdə, lazımı qaydada, müqavilənin şərtlərinə və qanunun 

tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən tə-

ləblərə müvafiq sürətdə hərəkət etməklə tapşırığı həyata keçirir (MM-in 425-ci maddəsi). 

Vəkalət alan yalnız ona verilmiş tapşırıqları yerinə yetirməlidir. Onun vəkalət verənin göstərişlərini qey-

ri-dəqiq ijra etməyə ixtiyarı çatmır, habelə həmin göstərişlərdən kənara çıxmağa haqqı yoxdur. Lakin bəzi mə-

qamlarda vəkalət alan vəkalət verənin verdiyi göstərişlərdən kənara çıxa bilər. Qanun iki şərt əsasında göstəriş-

lərdən kənara çıxmağın mümkünlüyünü nəzərdə tutur (MM-in 778.3-cü maddəsi): 

- birincisi, iş üzrə elə bir vəziyyət yaranır ki, bu vəziyyət göstərişlərdən kənara çıxmağı tələb edir və belə 

halda kənara çıxma barədə vəkalət alanın vəkalət verəndən ijazə almağa, onun bu barədə fikrini öyrənmə-

yə imkanı olmur

- ikincisi, əgər vəkalət verən işin vəziyyətini bilsəydi, tapşırıqdan kənara çıxmağa onun ijazə verə biləcə-



yi güman edilərsə (məsələn, vəkalət verənin mənafeyinə xidmət edən kənaraçıxmanı bu cür əsas hesab etmək 

olar). 


Vəkalət alan göstərilən vəzifəni yerinə yetirməməyə görə məsuliyyət daşıyır. Belə ki, vəkalət alan öz əsas 

vəzifəsini kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə vurduğu zərərin əvəzini  ödəməlidir 

(MM-in 779.1-ci maddəsi). Göstərilən halda təqsirə görə məsuliyyət prinsipi tətbiq edilir. Vəkalət alan həm 

qəsd, həm də ehtiyatsızlıq formasında məsuliyyət daşıyır. Lakin məsuliyyətin dərəjəsi müəyyən edilərkən və-

kalət alanın peşə fəaliyyəti ilə bağlı risk, onun qabiliyyəti və keyfiyyətləri və s. hallar nəzərə alınır. Vəkalət alan 

həm də əvəzsiz tapşırıq müqaviləsi üzrə tapşırığı vicdanla icra etməməsinə görə məsuliyyət daşıyır. Bundan öt-

rü onun qəsd və ya kobud ehtiyatsızlıq formasında təqsirinin olması tələb edilir. Həm əvəzli, həm də əvəzsiz 

tapşırıq müqaviləsi üzrə əgər vəkalət alan tapşırığı kifayət qədər vijdanla icra etməməsi nətijəsində vəkalət ve-

rənə zərər vurarsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Belə ki, vəkalət alan öz əsas vəzifəsini kifayət qədər 

vijdanla ijra etməməsinə görə zərərin əvəzini ödəmə formasında mülki-hüquqi məsuliyyət daşıyır. 

Vəkalət alan vəkalət verənin göstərişlərindən icazəsiz olaraq kənara çıxmağa görə məsuliyyət daşıyır. O, bu 

cür kənara çıxma halının nətijəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur. Əgər o, zərərin əvəzini  

ödəməzsə, tapşırıq icra edilməmiş sayılır (MM-in 778.3-cü maddəsi). Yox, əgər, vəkalət alan kənara çıxma 

nətijəsində  əmələ  gələn  zərərin  əvəzini  ödəyərsə,  onda  tapşırıq  icra  edilmiş  sayılır.  Məsələn,  vətəndaş  öz 

qonşusuna 20 min manata bağ evi almağı tapşırır. Lakin qonşu bağ evini 25 minə alır. Bununla o, tapşırıqdan 

kənara çıxır və bunun nətijəsində zərər yaranır. Qonşu 5 min manat pulu vəkalət verənə ödəyir. Bu isə tapşırı-

ğ

ın icra edilməsini şərtləndirir. 



 

547


Vəkalət alanın ikinci əsas vəzifəsi onun tapşırığı şəxsən özü icra etməsindən ibarətdir. Vəkalət alan ona 

verilmiş tapşırığı şəxsən ijra etməyə borjludur (MM-in 780.1-ci maddəsi). Bu vəzifə tapşırıq müqaviləsinin fi-

dusiar, yəni şəxsi-etimad xarakterli müqavilə olmasından irəli gəlir. Belə ki, vəkalət verənin vəkalət alana gös-

tərdiyi xüsusi etimad (etibar) mühüm əhəmiyyət kəsb edir. Tapşırığı icra edərkən vəkalət alan faktiki yardımçı 

hərəkətlər üçün köməkçi kimi müxtəlif şəxsləri (sürücüləri, makinaçını, kuryeri, tərcüməçini, hüquq məsləhət-

çisini və s.) jəlb edə bilər. Bu hal onun tapşırığı şəxsən ijra etmək vəzifəsindən kənara çıxmasını ifadə etmir. 

Köməkçilərin həyata keçirdikləri hərəkətə görə vəkalət verənin qarşısında onlar  yox, vəkalət alan  məsuliyyət 

daşıyır. Köməkçilərin jəlb edilməsinə, əgər tapşırıq müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, vəkalət 

verənin razılıq (icazə) verməsi tələb olunmur. 

Bununla bərabər, qeyd etmək lazımdır ki, vəkalət alan şəxsin ona verilmiş tapşırığın icrasını digəşəxsə 



(üçüncü şəxsə) tapşıra (yenidən tapşırma) bilmək ixtiyarı vardır. Lakin yalnız qanunda nəzərdə tutulan hal-

larda o, bu hüquqdan istifadə edə bilər (MM-in 780.1-ci maddəsi): 

- vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə (vəkalət alanın xəstələnməsi, ezamiyyətə 

getməsi və s.); 

- tapşırığın icrasının üçüncü şəxslərə həvalə edilməsi şəraitdən irəli gəldikdə; 

- icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 

Tapşırığın icrası həvalə olunduğu üçüncü şəxs nümayəndəlik münasibətlərində vəkalət alanı əvəz edir (öh-

dəlikdə  şəxslərin  dəyişməsi).  Bu  zaman  nümayəndəliyə  aid  müddəalar  üçüncü  şəxslər  üçün  qüvvədə  olur 

(MM-in 778.2-ci maddəsi). Beləliklə, tapşırığın icrasının üçüncü şəxslərə verilməsi ilə öhdəlikdə şəxslərin də-

yişməsi (öhdəliklərin verilməsi) baş verir. Ona görə də tapşırığın üçüncü şəxslərə verilməsi üzrə münasibətlərə 

öhdəliklərin verilməsi barədə qayda tətbiq edilir (MM-in 522-ci maddəsi). Belə ki, əgər vəkalət alanla tapşırığın 

üçüncü şəxsə veriləjəyi barədə razılaşma əldə edilərsə, bu yalnız vəkalət verənin (kreditorun) icazəsi ilə etibarlı 

olur.  cazə yalnız vəkalət verənin öhdəliyin verilməsindən xəbərdar edildiyi halda verilir. O, tapşırığın üçüncü 

şə

xsə  keçməsinə  icazə  verməkdən  imtina  edərsə,  tapşırıq  verilmiş  sayılmır.  Belə  halda  vəkalət  alan  üçüncü 



şə

xslərin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyır (MM-in 780.2-ci maddəsi). Bu onu ifadə 

edir ki, vəkalət verən qarşısında üçüncü şəxslər yox, vəkalət alan şəxs məsuliyyət daşıyır. 

Tapşırığın vəkalət verənin ijazəsi ilə üçüncü şəxslərə verildiyi halda, vəkalət verən qarşısında üçüncü şəxslər 

məsuliyyət  daşıyır.  Vəkalət  alan  yalnız  üçüncü  şəxslərin  seçilməsi  və  təlimatlandırılmasında  vijdansızlıq 



göstərilməsinə görə javabdehdir (MM-in 780.3-cü maddəsi). Bununla belə, hər bir halda vəkalət verən tapşı-

rıqla bağlı bilavasitə həmin üçüncü şəxslərə qarşı tələb irəli sürmək ixtiyarına malikdir. 

Vəkalət alanın üçüncü vəzifəsi istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi barədə 

informasiya verməkdən ibarətdir (MM-in 781-ci maddəsi). Bu vəzifə vəkalət verənə imkan verir ki, o, tapşırı-

ğ

ın icrasından xəbərdar olsun, işin gedişatı barədə məlumat əldə etsin, zəruri hallarda isə müvafiq zəruri tədbir-



lər görsün və s. Vəkalət alan müqavilənin məqsədinə nail olunmasına maneçilik törədə biləcək və ya tapşırığın 

icrasını təhlükəyə məruz qoya biləjək hər bir hal və vəziyyət haqqında məlumat verməyə borcludur. Bununla 

vəkalət verən şəxs müqavilənin yerinə yetirilə bilməsinə maneçilik törədə biləcək, onun mənafeyinə və maraq-

larına xələl gətirəcək bütün halları aradan qaldırmaq imkanı qazanır. 

Vəkalət alanın dördüncü vəzifəsi tapşırığın icrasından sonra onun hesabat verməsindən ibarətdir (MM-

in 781-ci maddəsi). Hesabatda icra edilən bütün hərəkətlər və onların nəticələri, çəkilən zəruri xərjlər və tapşırı-

ğ

ın yerinə yetirilməsi ilə bağlı olan digər əhəmiyyətli məlumatlar ifadə edilməlidir. Vəkalət alan şəxs, zəruri ol-



duqda, hesabata bütün lazımi təsdiqedici və bəraətverici sənədləri də qoşa bilər. Qanun hesabatın hansı for-

mada verilməsi barədə qayda nəzərdə tutmur. Güman etmək olar ki, hesabat həm şifahi, həm də yazılı formada 

verilə bilər. Yazılı hesabat formasından bir qayda olaraq, çoxsaylı müxtəlif hərəkətləri əhatə edən mürəkkəb xa-

rakterli tapşırıqların icrası zamanı istifadə edilir. 

Vəkalət alanın beşinci vəzifəsi ondan ibarətdir ki, o, tapşırığın ijrası nətijəsində əldə olunanların hamısı-

nı  vəkalət  verənə  verməyə  borjludur  (MM-in  782.1-ci  maddəsi).  Tapşırığın  ijrası  nətijəsində  müxtəlif  cür 

ə

mlak növləri – pul, qiymətli kağızlar, predmetlər, avadanlıqlar və s. əldə oluna bilər. Vəkalət alan icra nətijə-



sində əldə etdiklərini dərhal vəkalət verənə təqdim etməlidir. Əgər o, əldə etdiklərinin verilməsini gejikdirərsə, 

bu vəkalət verənə ixtiyar verir ki, o, əldə olunan əmlakın verilməsini və vurulmuş ziyanın əvəzinin ödənilməsi-

ni tələb etsin. Əgər əldə edilən nəticə puldan ibarət olarsa, gejikdirmə halına görə vəkalət alan faiz verir (MM-

in 782.2-ci maddəsi). O, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla pul öhdəliyini ijra etməməsi üçün məsu-

liyyət daşıyır. Belə ki, vəkalət alan hər gejikdirilən gün üçün faiz ödəməlidir. Faizlər onun tapşırığın ijrası nəti-

jəsində əldə etdiyi pul vəsaiti məbləğinin vəkalət verənə ödənildiyi günə qədər tutulur. Vəkalət alandan tutul-

malı olan faizlərin miqdarı pul öhdəliyinin (və ya onun müvafiq hissəsinin) ijra edildiyi gün üçün bank uçot də-

rəjəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəjəsi isə Mərkəzi Bank tərəfindən təyin edilir (MM-in 449-cu maddə-



 

548


si). Beləliklə, tapşırığın ijrası nətijəsində vəkalət alanın əldə etdiyi pulu verməməsi vəkalət verənə ixtiyar verir 

ki, o, pul vəsaitinin və gejikdirilən hər bir gün üçün tutulan faizin ödənilməsini tələb etsin. 



2. Vəkalət verənin vəzifələri 

Vəkalət verənin əəsas və başlıja vəzifəsi vəkalət alana tapşırıq verməkdən ibarətdir. Vəkalət verənin bu 

vəzifəsi qanunda birbaşa nəzərdə tutulmasa da, onun belə bir vəzifə daşımasını MM-in ayrı-ayrı normalarında 

ifadə olunan göstərişlərdən irəli gəldiyini yəqin etmək olar. Məsələn, müqavilənin leqal anlayışını nəzərdə tutan 

MM-in 777.1-ji maddəsi vəkalət verənin tapşırıq verməsindən, vəkalət alanın isə bu tapşırığı həyata keçirməyi 

öhdəsinə götürməsindən söhbət açır. Qanunda tapşırıq müqaviləsi üzrə verilən tapşırığın məzmuna həsr edilmiş 

xüsusi norma vardır (MM-in 778-ji maddəsi).  kinji tərəfdən, əvvəllərdə göstərdiyimiz kimi, tapşırıq müqaviləsi 

konsensual müqavilədir; konsensual müqavilə olduğuna görə həmin müqavilə vəkalət verən üçün vəkalət alana 

tapşırıq vermək vəzifəsi müəyyənləşdirir. 

Vəkalət verən tapşırıq verməsə, ümumiyyətlə, tapşırıq müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. 

Tapşırıqsız tapşırıq müqaviləsini bağlanmış hesab etmək olmaz. Deməli, tapşırıq, şübhəsiz, tapşırıq müqaviləsi-

nin mühüm şərti kimi çıxış edir ki, onu vermək vəzifəsi vəkalət verənə həvalə edilir. 



Tapşırıq müəyyən hərəkətləri həyata keçirmək üçün vəkalət verənin vəkalət alana verdiyi göstərişdir. Şifahi 

tapşırıq müqaviləsində tapşırıq şifahi formada, yazılı tapşırıq müqaviləsində isə yazılı formada ifadə edilir. Tap-

ş

ırıq birtərəfli aktdır. Əgər vəkalət alan tapşırığı qəbul edərsə, onda tapşırıq müqaviləsi bağlanır və qüvvəyə mi-



nir. Ona görə ki, müqavilə iki tərəfin iradəsini ifadə edir. 

Tapşırıq müəyyən bir məzmuna malikdir. Tapşırığın məzmunu vəkalət alanın yerinə yetirməli olduğu hü-

quqi və ya faktiki hərəkətlərin dəqiq siyahısıdır. Bu hərəkətlərin dairəsi müqavilədə nəzərdə tutulur. Tapşırığın 

məzmunu müqavilədə birbaşa göstərilir. Əgər göstərilməzsə, onda tapşırığın məzmunu bağlanan əqdlərin və ya 

göstərilən xidmətlərin xarakteri ilə müəyyən edilir (MM-in 778.2-ji maddəsi). 

Vəkalət verənin ikinji əsas vəzifəsi, əgəşərtləşdirilərsə, vəkalət alana haqq verməkdən ibarətdir (MM-

in 783-cü maddəsi). Qeyd etməliyik ki, yalnız əvəzli tapşırıq müqaviləsi üzrə vəkalət verən bu cür vəzifə daşı-

yır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə isə vəkalət verənin tapşırığın ijrası üçün haqq vermək və ödəmək vəzifəsi-

nə malik olması istisna edilir. 

Vəkalət verənin daşıdığı üçüncü vəzifə onunla şərtlənir ki, o, vəkalət alanın tapşırığı vijdanla ijra edərkə



çəkdiyi xərjlərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad 

etməlidir (MM-in 783.1-ji maddəsi). Özü də buradaja dərhal qeyd etməliyik ki, tapşırıq yalnız vijdanla yerinə 

yetirilərkən vəkalət alanın çəkdiyi zəruri xərjlər ödənilir. Tapşırığın ijrası zamanı vijdanlılıq prinsipinin pozul-

ması hallarında, çəkilən zəruri xərjlər çətin ki, ödənilsin. Bunu qanunda ifadə olunan göstərişdən yəqin etmək 

olur. Çəkilən xərjlər dedikdə daşıma haqqı, nəqliyyat xərjləri, bilet pulu və digər məsrəflər başa düşülür. Məsə-

lən, vətəndaş yaxın qohumlarından birinə onun Moskva şəhərindəki üçotaqlı yaşayış mənzilini satmaq göstərişi 

verir. Qohum Moskva şəhərinə gəlir və on gün həmin şəhərdə mehmanxanada qalır. On gündən sonra o, müştə-

ri taparaq mənzili satır. Alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alınarkən qohum olan şəxsin dövlət rüsumu-

nu ödəmək üçün pulu olmur. O, Moskvada yaşayan həmyerlisindən həmin pulu faizi ilə borj alır. Göstərilən bu 

halda vətəndaş (vəkalət verən) qohumunun (vəkalət alanın) yol haqqını, mehmanxana və gündəlik yemək xərj-

lərini, aldığı borj məbləğini və borj üzrə faizi ödəyir. 

Vəkalət verənin tapşırıq müqaviləsi üzrə daşıdığı vəzifələrdən biri onun vəkalət alana etibarnamə verməyə 

borjlu  olmasından  ibarətdir.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  etibarnamə  yalnız  hüquqi  xarakterli  hərəkətlər 

edildikdə (məsələn, əqdlər bağlandıqda) verilir. Faktiki hərəkətlər edildikdə etibarnamənin verilməsinə ehtiyaj 

yoxdur. Düzdür, vəkalət verənin bu vəzifəsi qanunda birbaşa göstərilməsə də, onu tam yəqin etmək olar. Belə 

ki,  tapşırıqda  onun  ijrasına  aid  hüquqi  hərəkətlərin  yerinə  yetirilməsi  səlahiyyəti  göstərilir  (MM-in  778.2-ji 

maddəsi). Bu səlahiyyəti üçüncü şəxslərlə münasibətdə gerçəkləşdirmək üçün vəkalət verənin vəkalət alana ya-

zılı səlahiyyət (vəkalət), yəni etibarnamə verməsi tələb olunur. Əks təqdirdə, etibarnamə olmadan hüquqi hərə-

kətlərin yerinə yetirilməsi üçün vəkalət alan üçüncü şəxslər qarşısında təmsil oluna bilməz. 

Yeri gəlmişkən, tapşırıq müqaviləsi ilə etibarnamə arasındakı münasibətə aydınlıq gətirmək məqsədi ilə bu 

məsələyə toxunmağı zəruri hesab edirik. Belə ki, hüquq ədəbiyyatında onlara birmənalı münasibət göstərilmir 

(bu barədə sonrakı yarımbaşlığa bax). 

Köhnə mülki qanunverijiliyə görə (köhnə 1964-cü il MM-in 398-ji maddəsi) vəkalət verən vəkalət alanın əl-

də etdiklərini qəbul etmək, onu tapşırığın ijra edilməsi üçün zəruri olan vasitələrlə təmin etmək kimi vəzifələr 

də daşıyırdı ki, bu vəzifələr qüvvədə olan MM-də nəzərdə tutulmur. 



Vəkalət verənin məsuliyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, o, tapşırığın ijrası gedişində vəkalət 

alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşı-

sında məsuliyyət daşıyır (MM-in 784-cü maddəsi). Bu halda qanun təqsirə görə məsuliyyət prinsipinin tətbiq 


 

549


edilməsini nəzərdə tutur. Mülki qanunverijilik vəkalət verənin təqsiri prezumpsiyasını müəyyən edir. Bu, onu 

ifadə edir ki, ziyanın onun təqsirli hərəkətləri nətijəsində yaranmadığını sübuta yetirməsə, vəkalət verən təqsir-

kar hesab edilir və vəkalət alan qarşısında məsuliyyət daşıyır. Şübhəsiz ki, sübutetmə yükünü o, çəkir. 

3. Tapşırıq müqaviləsi və etibarnamə 

Nümayəndəlik  münasibətlərini  düzgün  və  lazımı  qaydada  rəsmiləşdirmək  üçün  hansı  sənədlərin  olmasını 

müəyyənləşdirmək vajib əhəmiyyətə malikdir. Mümkün olan üç alternativdən (variantdan) yalnız biri münasi-

bətlərin düzgün rəsmiləşdirmə vasitəsi ola bilər: 

 tapşırıq müqaviləsi; 



 etibarnamə; 

 tapşırıq müqaviləsi və etibarnamə. 



Məsələnin düzgün həllini tapmaq üçün tapşırıq müqaviləsi ilə etibarnamənin əsas jəhətlərini nəzərdən keçi-

rək. Tapşırıq müqaviləsinin bağlanması üçün iki tərəfin iradə ifadəsi zəruri olduğu üçün bu müqavilə ikitərəfli 

ə

qddir. Etibarnamə isə bir tərəfin iradə ifadəsi əsasında verildiyinə görə birtərəfli əqddir. Etibarnamə müd-

dətli  əqddir;  o,  istənilən  müddətə  verilə  bilər.  Verilmə  müddəti  (bağlandığı  tarix)  göstərilməyən  etibarnamə 

etibarsız sayılır. Bu sözləri tapşırıq müqaviləsi haqqında demək olmaz. Bu müqavilədə müddət nəzərdə tutul-

maya da bilər. Etibarnamə yalnız yazılı formada tərtib olunur. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı 

formada bağlana bilər. Tapşırıq müqaviləsinin funksiyası nümayəndəliyin daxili münasibətlərini, yəni və-

kalət  verənlə  vəkalət  alan  arasında  yaranan  münasibətləri  qaydaya  salmaqdan,  etibarnamənin  funksiyası  isə 



nümayəndəliyin xariji münasibətlərini, yəni vəkalət alanla üçüncü şəxslər arasında əmələ gələn münasibətləri 

tənzimləməkdən ibarətdir. Məsələn, vətəndaş öz bağ evini satmağı qonşusuna tapşırır. Qonşu bağı başqa bir və-

təndaşa (üçüncü şəxsə) satır. Bu misalda vətəndaşla (vəkalət verənlə) qonşu (vəkalət alan) arasındakı münasibətlər 

nümayəndəliyin daxili münasibətləri hesab edilməklə tapşırıq müqaviləsi ilə tənzimlənir. Qonşu (vəkalət alan) ilə 

üçüncü şəxs arasındakı münasibətlər nümayəndəliyin xariji münasibətləri sayılmaqla etibarnamə ilə qaydaya salı-

nır. Deməli, tapşırıq müqaviləsi vəkalət alana, etibarnamə isə üçüncü şəxsə ünvanlanır. 

Beləliklə, söylədiklərimizdən biz belə bir nətijə çıxara bilərik ki, təkjə tapşırıq müqaviləsi və ya təkjə etibar-

namə ilə nümayəndəlik üzrə münasibətləri nizama salmaq olmaz. Ən düzgün variant bu münasibətlərin tapşırıq 



müqaviləsi ilə birlikdə etibarnamə vasitəsi ilə qaydaya salınmasından ibarətdir. Yuxarıdakı misalda vəkalət 

alanın  etibarnaməsiz  üçüncü  şəxsə  bağ  evini  satmasının  qeyri-mümkünlüyü  aydın  məsələdir.  Ona  görə  də 

Y.A.Suxanovun belə bir fikri ilə razılaşmaq olmaz ki, yazılı tapşırıq müqaviləsi yalnız müqavilədə müddət gös-

tərilmədiyi və ya etibarnamədə nəzərdə tutulan müddətdən çox olduğu hallarda bağlanır. Onun fikrinjə, qalan 

digər  hallarda  tapşırıq  müqaviləsi  bağlamaq  lazım  deyil,  çünki  etibarnamə  həmişə  müqavilənin bağlanmasını 

mübahisəsiz olaraq sübut edirBununla bərabər, belə bir fikir ilə də razılaşmaq olmaz ki, müəyyən hallarda və-

kalət  alan  üçüncü  şəxsə  etibarnamənin  əvəzinə  lazımi  qaydada  tərtib  olunmuş  tapşırıq  müqaviləsinin  surətini 

təqdim edə bilər. Münasibətlərin lazımı qaydada rəsmiləşdirməsi üçün ən düzgün yol həm tapşırıq müqaviləsi 

bağlamaq, həm də etibarnamə verməkdir. Bu isə vəkalət verənin vəkalət alana etibarnamə verməyə borjlu olma-

sını şərtləndirir. Bir az əvvəldə çəkdiyimiz misalda vəkalət alanın əmlakı etibarnaməsiz üçüncü şəxsə nejə sat-

masını hətta təsəvvürə gətirmək mümkün deyil. Çox hallarda tapşırığı etibarnaməsiz də ijra etmək olar. Etibar-

namə xüsusən o halda zəruri olur ki, vəkalət alan tapşırıq müqaviləsi üzrə tapşıranın adından və onun hesabına 

ə

qdlər bağlasın. Əgər o, tapşıranın hesabına, lakin öz adından əqdlər bağlayarsa, çox vaxt etibarnamədən istifa-



də edilməsi lazım olmur. Ona görə ki, vəkalət alan bu cür halda bağlanan əqdin tərəfi kimi çıxış edir. Tapşırıq 

müqaviləsinin predmeti faktiki hərəkətlərdən (qeyri-əqd tipli hərəkətlərdən) ibarət olduğu hallarda isə etibarna-

mə verilməsi ümumiyyətlə, tələb olunmur. 

4. Tapşırıq müqaviləsinin xitam olunması 

Tapşırıq müqaviləsinin xitam olunmasının əsasları qanunda müəyyənləşdirilmişdir (MM-in 786-jı maddəsi). 

Bu əsasların çoxu hələ Roma hüququnda nəzərdə tutulmuşdu. 

Tapşırıq müqaviləsi üzrə tərəflər arasındakı qarşılıqlı münasibətlər şəxsi-etimad xarakteri daşıyır. Bu xüsu-

siyyət müqavilənin xüsusi əsaslarla ləğv olunmasında da ifadə edilir. Belə ki, tapşırıq müqaviləsinin hər bir 

iştirakçısının istənilən vaxt müqaviləni ləğv etmək ixtiyarı vardır (MM-in 786.1-ji maddəsi). Söhbət həm vəka-

lət verənin, həm də vəkalət alanın heç bir arqument, motiv və dəlil gətirmədən tapşırıq müqaviləsini birtə-

rəfli qaydada ləğv etmək hüququndan gedir. Bu onunla izah olunur ki, tapşırıq müqaviləsi üzrə münasibətlər 

tərəflərin bir-birinə xüsusi olaraq etibar etmələrinə əsaslanır; əgər etibar itərsə, müqavilə də xitam olunmalıdır. 

Roma hüququnda da bu cür qayda nəzərdə tutulmuşdu. 

Müqavilənin hər bir iştirakçı tərəfindən ləğv edilməsi tapşırıq müqaviləsinin xitam edilməsinin xüsusi halı-

dır. Özü də müqaviləni bu cür qaydada ləğv olunması öhdəliyin pozulması yox, hüquqa uyğun hesab edilir

Müqavilənin göstərilən əsasla xitam edilməsi tərəflərin bir-birinə sadəjə olaraq xəbər və məlumat ver-



 

550


məsi yolu ilə həyata keçirilir. Lakin müqavilənin ləğv edilməsinə dair bildiriş verən tərəf digər tərəfin düşdü-

yü zərərin əvəzini ona ödəməlidir (MM-in 786-jı maddəsinin 1-ji bəndi). 

Bununla bərabər, tapşırıq müqaviləsi digər əsaslarla da ləğv edilə bilər: 

 vəkalət verən və ya vəkalət alanın ölməsi ilə; 



 onların fəaliyyət qabiliyyətini itirməsi ilə; 

 onların ödəniş qabiliyyəti olmayan elan edilməsi ilə. 



Göstərilən əsaslarla müqavilənin ləğv edilməsi bəzi halda münasibətlərin avtomatik olaraq kəsilməsinə sə-

bəb olmur. Belə ki, vəkalət verənin mənafeyinin müdafiəsi zərurəti yaranarsa, onun mənafe və maraqlarının qo-

runması məqsədi ilə tapşırıq müqaviləsi üzrə münasibətlər davam edə bilər. Bu münasibətlər həm də vəkalət 

verənin təqsiri olmadan müqavilənin vəkalət alan tərəfindən ləğv edilməsi nətijəsində vəkalət verənin mənafe-

yini qorumaq zərurəti yarandığı halda da davam edə bilər. Məsələn, vəkalət verən öldükdə, əgər onun mənafe-

yinin müdafiəsi tələb edərsə, vəkalət alan tapşırıq müqaviləsi üzrə münasibətləri davam etdirməlidir. Münasi-

bətlər o vaxta kimi davam edir ki, vəkalət verənin vərəsəsi bu münasibətləri qaydaya salsın. Və yaxud vəkalət 

alan öldükdə onun vərəsəsi, fəaliyyət qabiliyyətini itirdikdə qəyyumu (nümayəndəsi), ödəniş qabiliyyəti olma-

yan (müflis) elan edildikdə isə əmlak inzibatçısı (nümayəndə) tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini 

davam etdirməyə borjludurlar. Qoruyucu xarakterli bu cür tədbirin davam etdirilməsini isə vəkalət verən, onun 

vərəsəsi (vəkalət verən öldükdə), qəyyumu (fəaliyyət qabiliyyətini itirdikdə) və ya əmlak inzibatçısı, yəni nü-

mayəndə (vəkalət verən müflis elan olunduqda) tələb edə bilər. Göstərilən bu qayda əsasən mahiyyətjə Roma 

hüquq ənənələrinə uyğun gəlir. Belə ki, Roma hüququ tapşırıq müqaviləsinin iştirakçısı olan mandatarinin man-

dantın (tapşırıq verənin) ölümü haqqında məlumat aldıqdan sonra tapşırılmış işi dərhal atmaq hüququnun olma-

masını nəzərdə tuturdu; mandatari (tapşırıq alan) mandantın vərəsələrinə zərər vurmamaq üçün başladığı hərə-

kətləri axıra çatdırmalı idi. 

Tapşırıq müqaviləsi ləğv edildikdən sonra, şübhəsiz ki, bu, əyyən hüquqi nəticələrə səbəb olur. Qanun 

bu məsələni konkret olmayan üstüörtülü formada qaydaya salır. Belə ki, tapşırıq müqaviləsinə xitam verilməsi 

vəkalət alana məlum olanadək onun həyata keçirdiyi əqdlərdən vəkalət verən və ya onun vərəsəsi üçün tapşırıq 

müqaviləsinə xitam verilmədiyi halda əmələ gələ bilən öhdəliklər əmələ gəlir (MM-in 786.4-cü maddəsi). 

Göstərilən hüquqi məsələ barəsində üstüörtülü formanın mahiyyəti ondan ibarətdir ki, bu halda etibarnaməyə 

xitam verilməsinin nəticələri barədə qanunun müəyyən etdiyi qayda tətbiq edilir (MM-in 366-cı maddəsi). Ona 

görə ki, etibarnamə həmişə tapşırıq müqaviləsinin bağlanmasını mübahisəsiz olaraq sübut edən, bu müqavilənin 

icra edilməsi məqsədi ilə verilən sənəddir. Məlum məsələdir ki, tapşırıq müqaviləsinin xitamı həm də etibarna-

mənin avtomatik olaraq ləğv edilməsini şərtləndirir. Bu qaydaya görə vəkalət alan şəxs vəkalət verənin ölümü 

ilə  etibarnaməyə  xitam  verildiyini  bildiyi  və  bilməli  olduğu  vaxtadək  yerinə  yetirdiyi  hərəkətlər  nəticəsində 

(əqd bağlamaq nəticəsində) əldə etdiklərini vəkalət verənin vərəsəsinə verir. Lakin vəkalət alan vəkalət verə-

nin ölümü ilə müqaviləyə (etibarnaməyə) xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtdan sonra əqd bağ-

layarsa, bu cür əqd hüquqi nəticə yaratmır və etibarsız hesab edilir. 

Bununla belə, tapşırıq müqaviləsi həmin müqavilədə nəzərdə tutulan əqdin bağlanması, yəni müqavilənin 



icra edilməsi ilə də xitam edilə bilər

TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Андреев


 В.К. Представительство в гражданском праве. Учебное пособие. Калинин. 1976. 

Завидов


 Б. Договор коммерческого представительства //Российская Юстиция. 1998. №1. 

Иоффе


 О.С. Обязательственное право. М., 1975. 

Рясенцев


 В.А. Вопросы представительства в гражданском праве //Советская юстиция. 1976. №6. 

Комаров


 А.С. Договор о коммерческом представительстве. Учеб. методическое пособие. М., 1994. 

Основные


 институты гражданского права зарубежных стран/Под ред. В.ВЗалесского М., 1999. 

Нерсесов


 Н.О. Представительства и ценные бумаги в гражданском праве. М., 2000. 

BROKER MÜQAV LƏS  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə