MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə89/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   83   84   85   86   87   88   89   90   91
§ 1. Broker müqaviləsinin anlayışı,  

xüsusiyyətləri və elementləri 

1. Broker müqaviləsinin anlayışı

 

qtisadiyyatın bazar münasibətləri əsasında yenidən qurulması yeni və təzə anlayışların əmələ gəlməsini şərt-

ləndirmişdir. Brokerlik bu cür anlayışlardan biridir. Brokerlik məhz müxtəlif xarakterli kommersiya sazişləri-

nin  bağlanmasında  vasitəçilik  üzrə  fəaliyyətdir.  Əmtəə  və  sahibkarlıq  (kommersiya)  dövriyyəsində  bu   

fəaliyyətdən geniş səviyyədə istifadə olunur . 

Broker ingiliscə «broker» sözündən olub, «dəllal» mənasını bildirir. Qanunda və elmi dövriyyədə bu anla-

yış əsasən əmtəə, fond və valyuta birjalarında firmalar və ayrı-ayrı şəxslər arasında müqavilələr bağlanmasında, 


 

551


habelə sığorta əməliyyatlarının aparılmasında iştirak edən vasitəçilər kateqoriyasını əhatə edir. 

Brokerlik üzrə fəaliyyətin mülki-hüquqi tənzimlənməsində broker müqaviləsi hüquqi vasitə kimi çıxış edir. 

Broker müqaviləsi anlayışı Azərbaycan Respublikası mülki qanunvericiliyi üçün yeni müqavilə növüdür. Köh-

nə qanunvericilik broker müqaviləsi adlı mülki-hüquqi müqavilə növü nəzərdə tutmamışdı və tanımırdı. Bro-

kerlik fəaliyyəti bir qayda olaraq, ya tapşırıq, ya da komissiya müqaviləsi əsasında tənzimlənir və həyata keçi-

rilmişdi. Məsələn, qiymətli kağızlar bazarında broker fəaliyyəti tapşırıq və ya komissiya müqaviləsi kimi hüqu-

qi konstruksiyaların vasitəsi ilə nizama salınır («Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsi). 

Ə

mtəə birjasında broker birja əqdlərini müştərinin adından və onun hesabına və ya öz adından və müştərinin 



hesabına bağlanmasını həyata keçirir («Əmtəə birjası haqqında» AR Qanununun 1-ci maddəsi). Broker müqavi-

ləsini qüvvədə olan MM-in nəzərə alması və tanıması ilə bundan sonra brokerlik fəaliyyəti broker müqaviləsi 

ilə qaydaya salınmalıdır. 

Broker müqaviləsinin anlayışı mülki qanunvericilikdə nəzərdə tutulmuşdur (MM-in 787.1-ci maddəsi). Bu 



müqaviləyə əsasən brokerə haqq müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı veri-

lir. Anlayışdan görünür ki, broker müqaviləsi öz hüquqi təbiəti və xarakteri ilə konsensual, əvəzli və ikitərəfli 

(qarşılıqlı) müqavilədir. Ona görə konsensual müqavilədir ki, broker müqaviləsinin bağlanmış hesab edilməsi 

üçün tərəflərin razılığa gəlmələri kifayətdir; razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır, tərəflər üçün 

hüquq və vəzifələr əmələ gətirir. Ona görə əvəzlidir ki, broker vasitəçilik xidmətini haqq müqabilində görür. 

Müqavilənin  ikitərəfli  olması  onunla  bağlıdır  ki,  tərəflər  hüquqlara  malik  olub,  vəzifələr  daşıyırlar  (məsələn, 

tapşırığı icra etmək vəzifəsi; haqq ödəmək vəzifəsi və s.)      

Broker  müqaviləsi  tapşırıq  müqaviləsi  haqqında  normalar  ilə  qaydaya  salınır  və  tənzimlənir.  Bu  müqavilə 

tapşırıq müqaviləsindən, hər şeydən əvvəl, spesifik subyekt tərkibinə görə, habelə həmin müqavilə əsasında 

həyata  keçirilən  əməliyyatların  (brokerlik  fəaliyyətinin)  xüsusiyyəti  ilə  fərqlənir.  Bununla  bərabər,  bütün 

hallarda broker müqaviləsi əvəzli müqavilə hesab edilir. Qanun xüsusi olaraq göstərir ki, broker sifarişçiyə va-

sitəçilik xidmətlərini haqq müqabilində göstərir. Bundan fərqli olaraq tapşırıq müqaviləsi bəzi hallarda əvəzsiz 

xarakterə də malik ola bilər. 

Broker müqaviləsi nümayəndəlik münasibəti yaratmır. Belə ki, broker kommersiya vasitəçisi olub, əqdlə-

ri  özü  bağlamır,  yalnız əqdlərin  bağlanmasına  köməklik  göstərir,  tərəfdaşlar  axtarır,  müqavilənin  bağlanması 

barədə danışıqlar aparır və onun imzalanması üçün hazırlıq işləri görür. O, sifarişçi üçün hüquq və vəzifə yara-



dan hüquqi hərəkətlər yerinə yetirmir

Broker müqaviləsi sahibkarlıq müqaviləsidir. Bu onunla izah olunur ki, broker fəaliyyətinin əsas məqsədi 

vasitəçilik xidmətindən ibarətdir. Özü də brokerin həyata keçirdiyi broker fəaliyyəti xüsusi razılıq (lisenziya) 

tələb edən sahibkarlıq fəaliyyətinə aiddir. Elə buradaca, dərhal qeyd etməliyik ki, brokerlik fəaliyyətinin bü-

tün növləri yox, yalnız bəzi növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir: sığorta bro-

keri fəaliyyəti; qiymətli kağızlar bazarında broker fəaliyyəti; gömrük brokeri. Brokerlik fəaliyyəti dedikdə, qiy-

mətli kağızlar bazarında sığorta sahəsində, əmtəə, fond və valyuta birjasında və digər sferalarda brokerin müx-

təlif kommersiya sazişlərinin bağlanmasında vasitəçiliyi başa düşülür. 

Broker müqaviləsi beynəlxalq ticarət dövriyyəsində də tətbiq edilir. Qeyd etməliyik ki, brokerlik beynəl-



xalq ticarət vasitəçiliyinin formalarından (növlərindən) biridir. Lakin bu forma beynəlxalq ticarət dövriyyə-

sində digər formalara nisbətən bir o qədər də geniş yayılmamış və tanınmamışdır. Göstərilən forma «təmiz va-



sitəçilik» adlanmaqla kontinental Avropa ölkələrinin hüquq sistemlərində «maklerlik», ingilis-amerikan hüquq 

sistemində  isə  «brokerlik»  anlayışı  ilə  əhatə  olunur.  Almaniya  qanunvericiliyində  makler  müqaviləsi  nəzərdə 

tutulmuşdur.  Almaniya  MQ-nin  7-ci  bölməsinin  8-ci  fəsli  (§  652-656)  bu  müqavilənin  tənzimlənməsinə  həsr 

edilmişdir.  



2. Broker müqaviləsinin mülki-hüquqi tənzimlənməsi 

Broker müqaviləsi ilə əlaqədar münasibətlər əsasən Mülki Məcəllə normaları ilə nizama salınır. MM-in 41-

ci fəslinə daxil olan normalar (787-788-ci maddələr) bu müqavilənin mülki-hüquqi tənzimlənməsinə həsr edil-

mişdir. Bununla bərabər, broker müqaviləsi ilə bağlı əmələ gələn münasibətlər tapşırıq müqaviləsi haqqında 



qaydalarla (MM-in 40-cı fəslinə daxil olan 777-786-cı maddələr) da nizama salına bilər (MM-in 787.2-ci mad-

dəsi). Bunun üçün belə bir şərtin mövcudluğu zəruri və vacibdir ki, MM-in broker müqaviləsi barədə müəyyən 

etdiyi müddəalar həmin məcəllənin tapşırıq müqaviləsi haqqında müəyyən etdiyi qaydalara zidd olmasın. 

Broker müqaviləsi ilə bağlı münasibətlərin qaydaya salınmasında Azərbaycan Respublikasının qanunları 

vacib rol oynayır. «Əmtəə birjası haqqında» AR Qanununun (25.05.1994-cü il) 17-ci maddəsinin 9-cu bən-

dində ifadə edilən belə bir göstərişin xüsusi əhəmiyyəti vardır ki, birja vasitəçiləri ilə onların müştəriləri arasın-

da münasibətlər müvafiq müqavilə əsasında müəyyənləşdirilir. Qanun birja ticarətində vasitəçi kimi iştirak edən 

brokerlərin əsas hüquq və vəzifələrini müəyyən edir. 



 

552


«Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsinin 1-ci bəndi tapşırıq müqaviləsini broker 

fəaliyyətinin  hüquqi  əsaslarından  biri  kimi  müəyyən  edir,  bu  fəaliyyəti  qiymətli  kağızlar  bazarında  peşəkar 

fəaliyyətin növü kimi nəzərdə tutur. Qanun qiymətli kağızlar bazarında həyata keçirilən brokerlik fəaliyyətinin 

ə

sas cəhətlərini müəyyənləşdirir, brokerlərin hüquqi statusuna toxunur. 



«Sığorta fəaliyyəti haqqında» AR Qanununun (25.12.2007) 11-ci fəsli sığorta brokerinin hüquqi vəziyyə-

tini müəyyən edir, onların yerinə yetirdikləri broker fəaliyyətinin əsas qaydalarını nəzərdə tutur. Qanunda sığor-

ta brokerinə anlayış verilir. 

Broker  fəaliyyəti  ilə  bağlı  məsələlərin  hüquqi  tənzimlənməsi  qanunqüvvəli  normativ  aktlarla  da  həyata 

keçirilə bilər. Məsələn, Prezidentin «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı». 

§ 2. Broker müqaviləsinin elementləri 

1. Tərəflə

Broker müqaviləsinin bağlanmasında iki tərəf iştirak edir: 

 broker; 



 sifarişçi. 



Broker  brokerlik  fəaliyyətini  yerinə  yetirən,  vasitəçilik  funksiyasını  həyata  keçirən  şəxsdir.  Brokerlərin 

müxtəlif kateqoriyaları mövcuddur: birja brokeri; sığorta brokeri; qiymətli kağızlar bazarının brokeri və s. Kon-

tinental Avropa ölkələrinin qanunvericiliyi brokeri makler adlandırır. Məsələn, Almaniya Ticarət Qanunnamə-

sinə görə makler dedikdə malların və qiymətli kağızların alqı-satqı müqaviləsi, habelə sığorta, daşıma, gəmilə-

rin və ticarət dövriyyəsinin digər predmetlərinin kirayəsi müqaviləsi bağlamaqda professional əsaslarla müqavi-

lə vasitəsi ilə başqa şəxslərin mənafeyinə vasitəçilik xidməti göstərən şəxs başa düşülür.  taliya  MM-nə görə 

makler (ital. «mediatore») iki və daha çox şəxs arasında müqavilə bağlamaq məqsədi ilə onlar arasında əlaqə 

yaradan və həmin şəxslərlə hər hansı münasibətdə olmayan şəxsdir.  ngiltərə və ABŞ hüququnda broker anlayı-

ş

ından  ticarət  agentini müəyyən  etmək  üçün  istifadə  edilir.  Brokerin  əsas  funksiyası  haqq  əsasında  iki  tərəf 



arasında müqavilə bağlamaq üçün vasitəçilik xidməti göstərməkdən ibarətdir. Adətən broker müqavilə bağla-

maqda  öz  prinsipalına  (tapşırana)  köməklik  göstərir.  O,  prinsipal  tərəfindən  satış  üçün  təklif  olunan  malları 

müştərilərə göstərir, müqavilə bağlamaq üçün daşışıqlar aparır. 

Ə

mtəə birjası sahəsində broker dedikdə birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin tapşırığı 

ə

sasında bağlanmasını yerinə yetirən birja vasitəçisi başa düşülür. Broker rolunda – həm broker firması (kon-



toru), həm də müstəqil brokerlər çıxış edə bilərlər. 

Broker firması (kontoru) «Əmtəə birjası haqqında» AR Qanununa əsasən yaradılan, mənfəət alması məq-

sədi ilə xidmət və fəaliyyət göstərən hüquqi şəxs statuslu təsərrüfat subyekti olan müəssisədir. O, birja ticarətini 

həyata keçirir. Birja ticarəti diler fəaliyyəti vasitəsilə də həyata keçirilə bilər. Diler fəaliyyəti də nümayəndəlik 

münasibətləri yaratmır. Birja vasitəçiliyi birja vasitəçiləri tərəfindən də həyata keçirilir ki, broker firması (kon-

toru) bunların arasında mühüm rol oynayır. 

Broker kontoru (firması) əmtəə birjasında minimum zəruri yeri olan və birja ticarəti üzrə müştərilər arasında 

vasitəçilik  funksiyalarını  həyata  keçirən  təşkilatdır.  Müasir  şəraitdə  vasitəçilik  əməliyyatlarının  əsas  hissəsi 

banklarla sıx əlaqə saxlayan, geniş filiallar şəbəkəsinə malik olan iri broker firmaları tərəfindən həyata keçirilir. 

Broker müqaviləsinin bağlanmasında iştirak edən tərəflərdən biri müstəqil brokerlərdir. Müstəqil brokerlər 

birja ticarətini həyata keçirən, birja vasitəçiliyini yerinə yetirən birja vasitəçisidir. Müstəqil brokerlər dedikdə 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər başa düşülür. 

Ə

mtəə birjasında birja vasitəçilərinin sayı qeyri-məhdud deyil. Birja ticarətini həyata keçirən brokerlərin sa-



yı birja komitəsi (şurası) tərəfindən müəyyən edilir. 

Birja brokerlərinin brokerlik fəaliyyəti ilə məşğul olmaları üçün onların xüsusi razılıq (lisenziya) almaları 



tələb  olunmur.  Belə  ki,  brokerlik  fəaliyyətinin  bu  növü  xüsusi  razılıq  (lisenziya)  tələb  edən  sahibkarlıq 

fəaliyyəti növlərinə şamil edilmir.  

Brokerlərin kateqoriyalarından biri olan sığorta brokerinin hüquqi statusu «Sığorta fəaliyyəti haqqında» AR 

Qanununun XI fəsli (82-ci, 83-cü və digər maddələr) müəyyən edilir. Sığorta brokeri rolunda həm hüquqi şəxs-

lər (broker təşkilatı), həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış 

edə bilərlər. 

Sığorta brokeri sığorta müqaviləsində sığortalını təmsil edən, müqavilənin imzalanması üçün hazırlıq işləri 

görən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən şəxsdir. O, sığorta məsələləri, o 

cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləş-

dirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərir, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə da-

ir məsləhətlər verir.  

Sığorta brokerləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra 



 

553


fəaliyyət göstərə bilərlər. Axı, sığorta fəaliyyəti də xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinə da-

xildir.  Lisenziya  Dövlət  Sığorta  Nəzarəti  orqanı  tərəfindən  verilir  («Sığorta  fəaliyyəti  haqqında»  AR 

Qanununun  83-cü  maddəsi).  Lisenziyanın  verilməsi  ilə  bağlı  münasibətlər  «Sığorta  fəaliyyəti  haqqında»  AR 

Qanununun 11-ci fəsli ilə tənzimlənir.  

Qiymətli  kağızlar  bazarında  brokerlər  vasitəçilik  münasibətlərində  iştirak  edirlər.  Broker  dedikdə  qiymətli 

kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçısı başa düşülür. Broker fəaliyyəti qiymətli 

kağızlarla mülki-hüquqi əqdlərin bağlanmasına yönələn fəaliyyətdir. 

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlər əsasən tapşırıq müqaviləsi əsasında  fəaliyyət 

göstərirlər («Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsinin 1-ci bəndi). Broker rolunda həm 

hüquqi, həm də fiziki şəxslər çıxış edə bilərlər. Onlar müştərilərin mənafeyini təmsil edərək ştərinin hesa-



bına qiymətli kağızlarla mülki-hüquqi əqdlər bağlayırlar.  Brokerlər qiymətli kağızlar bazarının digər peşəkar 

iştirakçısı olan dilerdən (ingiliscə «dealer» -ticarətçi) bu xüsusiyyəti ilə fərqlənir. Diler öz adından və öz hesabı-

na qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlayan hüquqi şəxsdir. 

Brokerlər qiymətli kağızlar bazarında yalnız xüsusi razılıq (lisenziya) aldıqdan sonra fəaliyyət göstərə bilər-

lər. «Qiymətli kağızlar haqqında» AR Qanununun 31-ci maddəsinin 8-ci bəndinə görə qiymətli kağızlar baza-

rında xüsusi razılıq olmayan brokerlik fəaliyyəti qeyri-qanuni hesab edilir. Brokerlərin fəaliyyət  göstərmələri 

üçün xüsusi icazəni (lisenziyanı) Qiymətli kağızlar üzrə Dövlət Komitəsi verir. 

Brokerlər valyuta birjasında da vasitəçi kimi çıxış edirlər. Valyuta birjası dedikdə müntəzəm fəaliyyət gös-

tərən xarici valyutalar bazarı başa düşülür. Bu bazarda tələb və təklifin faktiki nisbətlərindən asılı olaraq valyu-

taların  məzənnəsi  (kotirovka)  formalaşır.  Valyuta  bazarı  müxtəlif  ölkələrin  valyutalarının  satıcı  və  alıcıları 

arasında iqtisadi münasibətlərin məcmusunu ifadə edir. 

Valyuta birjasında valyuta ticarəti həyata keçirilir ki, brokerlər bu münasibətlərdə vasitəçi rolunda çıxış edir-

lər. 

Broker müqaviləsinin digər iştirakçısı sifarişçi və ya müştəri adlanır. Həm hüquqi şəxslər, həm də fiziki 



şə

xslər sifarişçi rolunda bu müqaviləni bağlaya bilərlər. 

2. Müqavilənin predmeti və digər elementləri 

Broker müqaviləsinin predmetini qeyri-maddi xarakterli vasitəçilik xidməti təşkil edir. Müqavilənin pred-



meti yalnız faktiki hərəkətlərdən ibarətdir. Vasitəçilik xidməti əqdlərin bağlanmasında göstərilən köməklikdə ifa-

də edilir. Çox vaxt vasitəçilik xidməti alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar olur. Əmtəə birjası bro-



keri ilə bağlanan müqavilənin predmetini birja əqdlərinin (forvard, fyuçers, opsion və s.) bağlanmasında göstə-

rilən vasitəçilik xidməti çıxış edir. ğorta brokeri müqaviləsində isə müqavilənin predmetini sığorta müqavi-

ləsinin bağlanmasında göstərilən vasitəçilik xidməti təşkil edir. Qiymətli kağızlar üzrə broker müqaviləsinin 

predmetini  qiymətli  kağızlarla  həyata  keçirilən  mülki-hüquqi  əqdlərin  bağlanmasında  göstərilən  xidmət  təşkil 

edir. 


Valyuta birjasında bağlanan broker müqaviləsinin predmeti isə xarici valyutaların alqı-satqı müqaviləsi-

ni bağlamaqda müştəriyə göstərilən vasitəçilik xidmətindən ibarətdir. 

 

Müqavilənin forması haqqında MM hər hansı xüsusi qayda müəyyən etmir.  «Tapşırıq müqaviləsinin for-

ması haqqında» AR Qanununun (MM-in 777.2-ci maddəsi) müəyyən etdiyi qaydaları broker müqaviləsinin for-

masına tətbiq etmək olar. Belə ki, tapşırıq müqaviləsi kimi broker müqaviləsi də həşifahi, həm də yazılı for-

mada bağlana bilər. Lakin broker müqaviləsi sahibkarlıq müqaviləsi olduğuna görə yazılı formada bağlanma-

lıdır. 


Broker müqaviləsinin müddəti qanunla tənzimlənmir. Ona görə də broker müqaviləsində müddət ilə bağlı 

münasibətlərə öhdəliyin icrası barədə qanunun nəzərdə tutduğu qaydalar tətbiq edilir (MM-in 427.2-ci maddə-

si). 

Broker müqaviləsinin qiyməti onun müddətindən fərqli olaraq xüsusi qaydada nizama salınır. MM-in 788-

ci maddəsi broker müqaviləsinin qiyməti ilə bağlı məsələlərin tənzimlənməsinə həsr edilmişdir. 

Brokerin ixtiyarı vardır ki, yalnız o, vasitəçilik xidmətini gerçəkləşdirdikdən sonra haqqın verilməsini tələb 

etsin. Haqqın ödənilməsi tərəflərin müəyyən etdikləri və nəzərdə tutduqları arzu olunan nəticəyə nail olunması 

ilə  şərtlənir.  Deməli,  müqavilə  icra  olunduqdan  sonra  brokerə  haqq  ödənilir.  Müqavilə  təxirəsalıcı  şərtlə 

bağlana bilər. Təxirəsalıcı şərtlə bağlanan bu cür broker müqaviləsində isə haqqın ödənilməsi gələcəkdə gözlə-

nilən və ya naməlum hadisədən (şərtdən) asılı olaraq müəyyən edilir. Məsələn, tapşıran brokerə milli valyutanın 

kursu dəyişdiyi halda hərəkət etmək barədə göstəriş verə bilər. Yalnız gözlənilən həmin hadisə (şərt) baş ver-

dikdə, brokerə haqq ödənilir. Gözlənilən hadisə baş vermədikdə isə brokerə haqq verilmir. 

3. Müqavilənin məzmunu 

Broker müqaviləsinin bağlanmasında iştirak edən tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu 



 

554


təşkil edir. Müqavilə qarşılıqlı olduğu üçün hər bir tərəfin daşıdığı vəzifəyə digər tərəfin hüququ uyğun gəlir. 

Bununla bərabər, broker müqaviləsi tapşırıq müqaviləsi haqqında normalarla tənzimləndiyi üçün bəzi xüsusiy-

yətlərlə bu müqavilələr üzrə tərəflərin hüquq və vəzifələri üst-üstə düşür. 

Brokerin əsas vəzifəsi sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığını vicdanla yerinə yetirmək-



dən ibarətdir. O, vicdanlılıq prinsipinə zidd olaraq hərəkət edə bilməz. Tapşırığı icra edərkən vicdanlılıq prin-

sipini pozaraq onun digər tərəfdən haqq almağa ixtiyarı yoxdur. Bununla belə, broker eyni zamanda mənafeləri 

bir-birinə zidd olan iki və daha çox müştəriyə xidmət edə bilməz. Əgər broker başqa iştirakçıya broker müqavi-

ləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də haqq almağı 

şə

rtləşdirmişdirsə, onun haqq almaq və xərclərinin ödənilməsi hüququ istisna edilir (MM-in 788.3-cü maddəsi). 



Ə

mtəə birjasında broker birja ticarətində bağlanan birja əqdlərinin hər bir müştəri üzrə uçotunu aparmalıdır. 

O, bu məlumatları əqd bağlandığı  gündən beş il  müddətinə saxlamağa borcludur.  Bununla bərabər, brokerlər 

onların iştirakı ilə bağlanmış birja əqdlərindəki kommersiya sirrlərini yaymamağa, birja ticarətində fyuçers və 

opsion əqdləri bağlanarkən müvafiq lisenziya almağa və digər vəzifələri icra etməyə borcludurlar. 

Sifarişçinin əsas vəzifəsi ona vasitəçilik xidmətləri göstərmək tapşırığını icra etməyə görə haqq ödəməkdən 

ibarətdir. Yuxarıda dediyimiz kimi sifarişçi haqqı vasitəçilik xidməti nəticəsində müqavilə həyata keçirildikdən 

sonra ödəyir. 

Sifarişçinin daşıdığı əsas vəzifələrdən biri tapşırığın icrası ilə əlaqədar olaraq çəkilən zəruri xərcləri ödə-

məkdən ibarətdir. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir (MM-in 788.2-ci mad-

dəsi).  Əgər  sifarişçi  ilə  müştərilər  arasında  müqavilə  bağlanmazsa,  onda  da  brokerin  hüququ  var  ki,  çəkdiyi 

xərclərin əvəzinin ödənilməsini tələb etsin. 

Beləliklə,  broker  bağlanan  əqdlər  barədə  müvafiq  tərəflə  danışıqlar  aparır,  həmin  əqdlərin  bağlanmasının 

mümkünlüyünü göstərir, müqavilənin bağlanması üçün vasitəçilik edir, yalnız faktiki hərəkətlər yerinə ye-

tirir. Broker özü əqd bağlamır; əqdi tərəflərin özləri bağlayırlar. Broker nümayəndə yox, kommersiya vasitəçi-

sidir. Ona görə də broker müqaviləsi nümayəndəlik müqaviləsi sayılmır. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Osnovnıe institutı qrajdanskoqo prava zarubejnıx stran /Pod red. V.V.Zalesskoqo. M., 1999 (qlava 2). 



Tınelğ A., Funk Ə., Xvaley V. Kurs mejdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk 2000 (qlava 7, § 

4). 


Qrajdanskoe i torqovoe pravo kapitalistiçeskix qosudarstv. Otv.red. E.A.Vasilğev. M., 1993. 

 

RENTA MÜQAV LƏS  



§ 1. Renta müqaviləsinin anlayışı, xüsusiyyətləri,  

hüquqi təbiəti və növləri 

1. Renta iqtisadi kateqoriya kimi 

Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi ilk dəfə olaraq müstəqil renta müqaviləsi institutunu 

nəzərdə tutur. Belə ki, ölkədə həyata keçirilən islahatlar və sosial-iqtisadi vəziyyətin dəyişməsi faktiki olaraq 

real həyatda yaranan renta münasibətlərinin hüquqi cəhətdən rəsmiləşdirilməsini zərurətə çevirdi. Yeni MM bu 

zərurəti nəzərə alaraq özünün 48-ci fəslinə daxil olan normaları (864-880-ci maddələr) renta münasibətlərinin 

mülki-hüquqi tənzimlənməsinə həsr etmişdir. Renta müqaviləsi ilə rəsmiləşdirilən renta münasibətlərini aydın 

şə

kildə başa düşmək üçün misala müraciət edək. Məsələn, ahıl yaşlı şəxs öz evini qonşunun mülkiyyətinə verir; 



evin mülkiyyətçisi olan, yəni evə mülkiyyət hüququ əldə edən qonşu isə hər ay həmin şəxsə onun həyatı (ömrü) 

boyu müəyyənləşdirilmiş məbləğdə pul ödəyir. Ödənilən pula renta deyilir. Yaranmış münasibət isə renta mü-

qaviləsi ilə rəsmiləşdirilir. 

Renta sözünün mənasına gəldikdə qeyd etməliyik ki, iqtisadi ədəbiyyatda və bəzi lüğətlərdə rentanın (almanja 

«Rente», fransızja «rente», latınja «reddita» - verilmiş, qaytarılmış) torpaqdan, əmlakdan müntəzəm götürü-

lən gəlir növü olması göstərilir. Torpaq sahibləri torpaq rentası alırlar. Bəzi ölkələrin dövlət istiqrazları üzrə ödə-

nilən faizlər də renta anlayışı ilə əhatə olunur. 

Renta anlayışı müasir dövrdə bir çox Avropa ölkələrinin mülki hüquq sistemində geniş surətdə istifadə edi-

lir.  Almaniya  Mülki  Qanunnaməsinin  üçüncü  kitabının  8-ci  bölməsinin  əhatə  etdiyi  məsələlərdən  biri  renta 

borcudur. Almaniya qanunvericiliyinə görə renta borcu dedikdə torpaq sahəsi hesabına vaxtaşırı olaraq ödəni-

lən  müəyyən  pul  məbləği  (torpaq  borcu)  başa  düşülür  (AMQ-nin  1199-cu  paraqrafı).  Hollandiya  Mülki 

Məcəlləsinin 7-ci kitabı kənd təsərrüfatı icarə müqaviləsini nəzərdə tutur. Bu müqavilə üzrə icarəçinin mülkiy-

yətçiyə ödədiyi pul məbləği renta adlanır. Deməli, renta mülkiyyətçiyə pul şəklində və digər formada verilən 

ödənişdir.  Renta  həm  də  müqavilə  mənasında işlədilir.  Ona  renta  müqaviləsi  deyilir.  Bu  müqavilə  bir  sıra 

Avropa  ölkələrinin  qanunvericiliyinə  məlumdur  (AMQ-nin  759-761-ci  paraqrafları,  FMM-in  1974-1978-ci 



 

555


maddələri və s.). Renta müqaviləsi ilə renta münasibətləri tənzimlənir. 

Renta münasibətlərinin tarixi mənbəyi orta əsr Avropa dövrünə gedib çıxır.  lk dəfə olaraq hüquqi cəhətdən 

bu münasibətləri məhz Avropa qanunvericiliyi rəsmiləşdirmişdir. 

Renta münasibətlərinin əmələ meydana gəlməsi hüquq ədəbiyyatında iki səbəblə izah edilir. Birinci səbəb 

ondan ibarət idi ki, öz daşınmaz əmlakını satmaq arzusunda olan mülkiyyətçi nəqd pulun çatışmaması nəticə-

sində alıcı (müştəri) tapmaqda çətinlik çəkirdi. Belə ki, müştərilərin bahalı daşınmaz əmlakı əldə etmək üçün 

kifayət qədər iri məbləğdə nəqd pul vəsaiti yox idi. Lakin onlar mülkiyyətçiyə daimi renta verməklə həmin əm-

lakı əldə etmək imkanı qazanırdılar. Mülkiyyətçi üçün də bu cür daimi renta vermək arzusunda olan müştərilər 

tapmaq  problemə  çevrilmirdi.  Göstərilən  məhz  bu  kimi  amillər  renta  münasibətlərinin  yaranmasını  və  tətbiq 

edilməsini şərtləndirirdi. 

kinci səbəb onunla izah olunurdu ki, orta əsrlərdə kilsə faizi ilə borc verməyi yasaqlamış. Bunu dünyə-

vi qanunvericilik də qadağan etmişdi. Qeyd etməliyik ki, o dövrün qaydaları və kilsə sələmçiliyi (müamiləliyi) 

lənətləyirdi. Belə vəziyyətdə renta şəxslərin ehtiyac və tələbatının təmin edilməsi üçün ən əlverişli vasitəyə çev-

rildi. 


nqilabaqədərki  Rusiya  mülki  hüquq  elmində  renta  institutunun  adı  çəkilir.  Lakin  həmin  dövrün  mülki 

qanunvericiliyində renta müqaviləsi hüquqi konstruksiyası nəzərdə tutulmamışdı. 

1922-ci il sovet Mülki Məcəlləsi və o dövrün mülki qanunvericiliyi renta müqaviləsi hüquqi konstruksiyası-

nı tanımırdı. Bu, şübhəsiz, sovet ideoloci qaydası və prinsipi ilə izah edilirdi. Belə ki, sovet qayda-qanunu sə-

ləmçiliyi və müamiləliyi yolverilməz hal hesab edirdi. 

Müttəfiq sovet respublikalarının 1964-cü il mülki məcəllələri real həyatda baş verən faktiki renta münasibət-

lərini nəzərə alaraq bu münasibətləri olduqja məhdud dairədə rəsmiləşdirdi. Azərbaycan Respublikasının 1964-

cü il MM-in 24-cü fəslinə daxil olan normalar (246-253-cü maddələr) renta müqaviləsinin bir növü olan şəxsi 

ömürlük saxlamaq şərti ilə evin özgəninkiləşdirilməsi müqaviləsinin nizama salınmasına həsr edilmişdi. Qanun 

yalnız yaşına və ya səhhətinə görə əmək qabiliyyəti olmayan mülkiyyətçinin özünə məxsus olan fərdi yaşayış 

evini  və  ya  onun  bir  hissəsini  əldə  edənin  mülkiyyətinə  verməyə  icazə  verirdi.  Əldə  edən  isə  mülkiyyətçini 

ömürlük saxlamalı idi. 

Renta münasibəti iki mənada işlədilir: iqtisadi mənada; hüquqi mənada.  qtisadi mənada renta münasibəti 

dedikdə, müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxsin mülkiyyətinə verilməsi ilə bağlı yaranan iqtisadi 

münasibət başa düşülür. Hüquqi mənada renta münasibəti isə əmlakın mülkiyyətə verilməsi ilə əlaqədar əmələ 

gələn əlaqəni tənzimləyən hüquq normalarının sistemi başa düşülür. Bu normalar renta müqaviləsini tənzimləmə-

yə yönəlmişdir. 

2. Renta müqaviləsinin anlayışı və hüquqi təbiəti 

Renta müqaviləsinin leqal anlayışı MM-in 864.1-ci maddəsində verilmişdir. Renta müqaviləsinə görə bir 



tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış 

ə

mlakın müqabilində renta alana vaxtaşırı (dövri olaraq) müəyyən pul məbləğşəklində renta ödəməyi 



öhdəsinə götürür

Renta  müqaviləsinin  bağlanmış  sayılması  üçün  zəruridir  ki,  əmlak  renta  ödəyicisinə  verilsin.  Ona  görə  də 

renta müqaviləsi real müqavilədir. Bu müqavilə birtərəfli müqavilə növünə şamil edilir. Belə ki, yalnız əm-

lak verildikdən sonra renta alan hüquqa malik olur. O, müqavilə üzrə vəzifə daşımır. Əksinə, renta ödəyicisi 

olan tərəf isə yalnız vəzifə daşıyır. O, müqavilə üzrə hüquqa malik olmur. 

Renta müqaviləsi əvəzli müqavilədir. Belə ki, renta ödəyicisi aldığı əmlakın müqabilində qarşı tərəfə renta 

ödəyir. Lakin renta müqaviləsinin əvəzli olması bəzi xüsusiyyətlərə malikdir. Əsas xüsusiyyət ondan ibarətdir 

ki, renta müqaviləsinin əvəzli olması heç də onun ekvivalentliyini ifadə etmir. Əksinə, müqavilə bağlanarkən 

tərəflər onun ekvivalentli olmasını nəzərdə tutmurlar. Renta müqaviləsinin bu və ya digər tərəfinə verilən qar-

ş

ılıqlı  əvəz  eyni  həcmə  malik  deyil.  Belə  ki,  renta  alana  (mülkiyyətçiyə)  ödənilən  renta,  şübhəsiz,  renta 

ödəyicisinin mülkiyyətinə verilən əmlakın ekvivalenti deyildir. Ola bilsin ki, renta həmin əmlakın dəyərindən 

çox və ya az olsun.    



3. Renta müqaviləsi və ona yaxın olan müqavilələ

Renta müqaviləsi əsasında əmlakın mülkiyyətə verilməsi üzrə öhdəlik yaranır. Həm də bu müqavilə vasi-

təsi ilə əmlak üzərində bir şəxsin mülkiyyət hüququna xitam verilir, digəri isə həmin əmlak üzərində mülkiyyət 

hüququ əldə edir. Deməli, renta müqaviləsi mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu kimi çıxış 

edir. Belə təsəvvür yaranır ki, renta müqaviləsinin hüquqi məqsədi əmlak üzərində mülkiyyət hüququnun bir 

şə

xsdən digərinə keçirilməsini təmin etməkdən ibarətdir. Dediklərimiz belə bir fikir söyləməyə əsas verir ki, 

renta müqaviləsi əmlakın özgəninkiləşdirilməsinə yönələn müqavilə növlərinə şamil edilir. Alqı-satqı, dəyiş-

mə və bağışlama kimi müqavilələr də həmin müqavilə növlərinə aid olunur. Renta müqaviləsi kimi bu müqavi-



 

556


lələr də əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olur. Bu müqavilələrin hamısı əmlakın 

bir şəxsin mülkiyyətindən digərinin mülkiyyətinə keçməsi üçün hüquqi fakt rolunu oynayır. Bu əlamət həmin 

müqavilələrin hamısı üçün ümumidir. 

Renta müqaviləsinin yaxın olduğu mülki-hüquqi müqavilə növlərindən biri alqı-satqı müqaviləsidir. Renta 

müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda, əmlakın verilməsi və ödənil-

məsi üzrə tərəflərin münasibətlərinə alqı-satqı haqqında qaydalar tətbiq edilir, bu şərtlə ki, MM-in 48-ci fəslin-

də ayrı qayda nəzərdə tutulmasın və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın (MM-in 867.2-ci mad-

dəsi). Lakin renta müqaviləsi alqı-satqı müqaviləsindən fərqli cəhətlərə malikdir. Belə ki, alqı-satqı müqaviləsi 

ilə əmlak müəyyənləşdirilmiş haqq müqabilində özgəninkiləşdirilirsə, renta müqaviləsi üzrə əmlakın veril-

məsi üçün renta alana çatajaq renta ödənişinin ümumi məbləği məlum olmur. Qeyd etməliyik ki, qabaqca-

dan renta ödənişini müəyyənləşdirmək qeyri mümkündür. Ona görə ki, renta müqaviləsinin özünün qüvvədə ol-

ma müddəti məlum olmur. Daimi renta üzrə renta ödənişini vermək vəzifəsi müddətsiz, ömürlük renta üzrə isə 



renta alanın sağğı dövrü (həyatı və ömrü boyu) üçün icra edilir. 

Göstərilən bu xüsusiyyəti ilə renta müqaviləsi ona yaxın olan müqavilə növlərindən biri olan dəyişmə mü-



qaviləsindən də fərqlənir. Dəyişmə müqaviləsi ilə əmlak başqa bir əmlakın hesabına özgəninkiləşdirilir. 

Renta  müqaviləsinə  yaxın  olan  müqavilə  növlərindən  digəri  bağışlama  müqaviləsidir.  Hər  iki  müqavilə 

nəticəsində əmlak özgəninkiləşdirilir. Bu, onların ümumi olmasını şərtləndirən cəhətdir. Renta müqaviləsində 

ə

mlakın pulsuz verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi üzrə tərəflərin münasibətlərinə bağışla-



ma müqaviləsi haqqında qaydalar tətbiq edilir, bu şərtlə ki, MM-in 48-ci fəslində ayrı qayda nəzərdə tutulmasın 

və bu renta müqaviləsinin mahiyyətinə zidd olmasın. (867-ci maddəsinin 2-ci bəndi). Lakin bağışlama müqa-



viləsindən fərqli olaraq renta müqaviləsi əvəzlidir

Bununla bərabər, əmlakın özgəninkiləşdirilməsinə yönələn müqavilə növlərindən renta müqaviləsi spesifik 

ə

lamətə malik olması ilə fərqlənir. Demək olar ki, bütün müəlliflər renta müqaviləsini aleator (risklə bağ, la-



tınja «alea»- oyun sümüyü, təsadüfilik) müqavilə növünə şamil edirlər. Bu, onun xarakterik xüsusiyyətidir. 

Bununla yanaşı, bəzi alimlər renta müqaviləsinin aleator müqavilə olması ideyasını tam və qəti şəkildə qəbul 

etmirlər. Məsələn, inqilabaqədərki Rusiya müəlliflərindən K.Pobedonostsev renta müqaviləsinin aleator xarak-

ter daşımasına şübhə ilə  yanaşmışdır. Qeyd  etməliyik ki, Fransa MM-in üçüncü kitabının 14-cü  bölməsi risk 

(aleator) müqavilələrinə həsr edilmişdir. Həmin məcəllənin 1964-cü maddəsi aleator müqavilə kimi renta mü-

qaviləsinin adını çəkir. Fransa hüquq ədəbiyyatında isə renta müqaviləsinin özünün hüquqi xarakteri və təbiəti 

etibarı ilə aleator (riskli) xarakterli müqavilə növlərinə şamil edilməsi geniş işıqlandırılır 

Müqavilənin aleator (riskli) xarakterə malik olması onu ifadə edir ki, burada müqavilənin son nəticəsi, onun 

maddi qiyməti tamamilə məlum olmayan və ya təsadüfi olan və ya ehtimal edilən hadisədən asılı olaraq müəy-

yən edilir. Renta müqaviləsi bağlanarkən hansı tərəfin son nəticədə udub fayda götürməsi qabaqcadan məlum 

olmur.  Tərəflərdən  hər  birinin  öz  üzərinə  götürdüyü  risk  elementi  bu  və ya  digər  kontragentin  özünə  verilən 

ə

vəzdən  az  həcmdə  qarşılıqlı  əvəz  alması  ehtimalından  ibarətdir.  Onlar  üçün  nəticə  (faydalanmaq  və  udmaq 



ş

ansı və yaxud itirmək, uduzmaq şansı) yəqin edilməyən və şübhəli haldan asılıdır. 

Renta müqaviləsi uzunmüddətli (uzunsürən) xarakterə malikdir. Belə ki, bu müqavilə renta alanın sağlığı 

dövrü (ömrü boyu) üçün və  ya müddətsiz (daimi) bağlana bilər. Müqavilənin qüvvədə olma müddəti ərzində 

renta ödəyicisi öz vəzifəsini müntəzəm və mütəmadi olaraq yerinə yetirməyə borcludur. 

Renta müqaviləsinin daha bir mühüm və başlıja xüsusiyyəti onunla şərtlənir ki, bu müqavilənin bağlanma-

sında iştirak edən tərəflərdən birinin-renta alanın mənafeyi xüsusi qaydada müdafiə edilir: müqavilənin gü-

zəştli şərtlərlə renta alan tərəfindən dəyişdirilməsi və xitam edilməsi; renta alana əlavə hüquq verilməsi; renta 

ödəyicisinə əlavə vəzifə həvalə edilməsi; öz vəzifəsini icra etməməyə görə renta ödəyicisi üçün daha yüksə

məsuliyyət nəzərdə tutulması (bu məsələlər barəsində növbəti yarımbaşlıqlarda). 

Ə

mlakın özgəninkiləşdirilməsinə yönələn müqavilə növlərinə nə qədər yaxın olsa da renta müqaviləsi müs-



təqil mülki-hüquqi müqavilədir. Belə ki, bu müqavilənin tərəflərindən biri digərinə renta ödəyir ki, bu, onun 

yaşaması üçün yeganə və əsas maddi mənbə rolunu oynayır. Məhz bu kimi xüsusiyyət renta müqaviləsinin mül-

ki-hüquqi müqavilələr arasında müstəqil yer tutmasını şərtləndirir. 

4. Renta müqaviləsinin növləri 

Köhnə 1964-cü il MM renta müqaviləsinin yalnız bir növünü, yəni şəxsi ömürlük saxlamaq şərtilə evin öz-

gəninkiləşdirilməsi  müqaviləsi  hüquqi  konstruksiyasını  tənzimləyirdi.  Həmin  məcəllənin  24-cü  fəslinə  daxil 

olan normalar (246-253-cü maddələr) bu müqavilənin hüquqi nizama salınmasına həsr edilmişdi. Özü də həmin 

müqavilə ayrıca institut kimi  yox,  yaşayış evinin alqı-satqı müqaviləsinin bir növü kimi nəzərdə tutulmuşdu. 

Ə

vvəlki  qanun  bu  barədə  məhdudiyyətlər  müəyyənləşdirmişdi.  Belə  ki,  özgəninkiləşdirmə  müqaviləsinə 

ə

sasən yalnız yaşına və ya səhhətinə görə əmək qabiliyyəti olmayan şəxs öz əmlakını renta ödənilməsi üçün ve-



 

557


rə bilərdi. Renta ödənilməsi üçün verilən əmlakın dairəsi yaşayış evi ilə məhdudlaşdırılırdı. Başqa sözlə desək, 

qanun yalnız yaşayış evinin renta ödənilməsi üçün verilməsinə icazə verirdi. Digər əmlak növlərinin renta mü-

nasibətlərinin obyekti olması yasaqlanmışdı. 

Qeyd etmək lazımdır ki, yeni MM renta münasibətlərinin subyekt və obyekti barədə əvvəlki məhdudiyyət-



ləri tamamilə aradan qaldırmışdır. Belə ki, indiki mülki qanunvericilik renta alan subyektin öz mülkiyyətin-

də olan bir çox əmlak növlərini yaşına və ya səhhətinə görə əmək qabiliyyəti olub-olmamasından asılı ol-



mayaraq renta ödəyicisinin mülkiyyətinə verməsi qaydasını müəyyən edir. 

Yeni MM-ə görə renta müqaviləsinin iki növü fərqləndirilir: daimi renta müqaviləsi; ömürlük renta müqavi-

ləsi. 

Daimi renta müqaviləsi odur ki, bu müqavilə renta ödəyicisinin rentanı müddətsiz ödəmək vəzifəsini mü-

ə

yyən edir (MM-in 864.2-ci maddəsi). Bu növ müqavilənin qüvvədə olması müddətlə məhdudlaşdırılmır



O, qeyri-müəyyən müddətə qüvvədə olur. 

Ömürlük renta müqaviləsi odur ki, bu müqavilə renta ödəyicisinin rentanı renta alanın ömrü boyu (həyatı 

boyu) ödəmək vəzifəsini nəzərdə tutur (MM-in 864.2-ci maddəsi). Bu növ müqavilənin qüvvədə olma müddə-



ti renta alanın sağğı və ömrü boyu ilə məhdudlaşır


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə