MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə90/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   83   84   85   86   87   88   89   90   91
§ 2. Renta müqaviləsinin elementləri 

1. Tərəflə

Renta müqaviləsi iki şəxs arasında bağlanır ki, bunlara müqavilənin tərəfləri deyilir. Müqavilənin bağlanma-

sında iki tərəf iştirak edir: renta alan; renta ödəyicisi. 

Renta alan elə bir tərəfdir ki, o, öz əmlakını vaxtaşırı (dövri) müəyyən pul məbləği şəklində renta almaq 

məqsədi ilə digər tərəfə, yəni renta ödəyicisinə verir. Renta alana renta kreditoru da deyilir. 



Renta ödəyicisi elə bir tərəfdir ki, o, renta alandan mülkiyyətinə qəbul etdiyi əmlakın müqabilində renta ala-

na renta ödəyir. O, həm də renta borclusu adlanır. 

Renta ödəyicisi barədə, onun tərkibi haqqında qanunda heç bir məhdudiyyət nəzərdə tutulmur. Belə ki, istə-

nilən hər hansı bir vətəndaş və hüquqi şəxs renta ödəyicisi rolunda müqavilə bağlanmasında iştirak edə 

bilər. Hüquqi şəxsin renta ödəyicisi rolunda çıxış etməsinin onun kommersiya və ya qeyri-kommersiya təşkilatı 

olmasından asılı deyildir. Bu o deməkdir ki, həm kommersiya təşkilatları, həm qeyri-kommersiya təşkilat-



ları əmlakı renta ödənilməsi üçün əldə etmək ixtiyarına malikdir. 

Qeyd  etmək  lazımdır  ki,  indiki  qanunvericilikdə  köhnə  qanunvericilikdəkindən  fərqli  olaraq  renta  alanın 

ə

mək qabiliyyətinə malik olmaması haqqında tələb irəli sürülmür. Renta alan rolunda vətəndaşların və ya hüqu-



qi şəxslərin çıxış etmələri renta müqaviləsinin növündən asılıdır. Belə ki, ömürlük renta müqaviləsində renta 

alan qismində yalnız vətəndaşlar iştirak edə bilərlər. Daimi renta müqaviləsini isə renta alan kimi həm və-

təndaşlar, həm də hüquqi şəxslər bağlaya bilərlər. Özü də hüquqi şəxsin kommersiya təşkilatı kimi növünün 



bu müqavilədə renta alan rolunda çıxış etməsi istisna edilir, yəni qeyri-mümkündür (bunun səbəbi barədə 

bir az sonra). 



2. Müqavilənin predmeti və digər elementləri 

Renta müqaviləsinə verilən anlayışdan məlum olur ki, müqavilənin predmeti kimi əmlak çıxış edir. Müqa-

vilənin predmeti həm daşınar, həm də daşınmaz əşya ola bilər. Xüsusən yaşayış evi, bağ, mənzil, qarac, me-

bel, torpaq sahəsi, binalar, qurğular, qiymətli metallardan məmulatlar, kolleksiyalar, müəssisə, qiymətli kağız-

lar, ümumiyyətlə, mülki (əmlak) dövriyyədə istifadəsi qadağan edilməyən bütün əmlak növlərinin rentaya veril-

məsi istisna edilmir. 



Predmet renta müqaviləsinin mühüm şərti hesab edilir

Müqavilənin elementlərindən biri olan forma MM ilə xüsusi qaydada tənzimlənir. MM-in 865-866-cı mad-

dələri renta müqaviləsinin formasının tənzimlənməsinə həsr edilmişdir. Belə ki, renta müqaviləsi renta alanın 

və renta ödəyicisinin imzaladıqları adi bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır. Əgər renta müqa-

viləsi renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutarsa, bu cür müqavilə üçün 

qanun notarial forma müəyyənləşdirir. Başqa sözlə desək, predmeti daşınmaz əmlak olan renta müqaviləsi no-



tariat qaydasında təsdiqlənir. Lakin müqavilənin öz hüquqi məqsədinə çatması üçün onun təkjə notariat qay-

dasında  təsdiqlənməsi  kifayət  deyildir.  Bunun  üçün  zəruridir  ki,  müqaviləyə  görə  daşınmaz  əmlak  üzərində 

mülkiyyət hüququnun renta alandan renta ödəyicisinə keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə 

alınsın (MM-in 866-cı maddəsi). 

Renta  müqaviləsinin  notariat  qaydasında  təsdiqlənməsi  barədə  qanunun  müəyyən  etdiyi  tələb  renta  alanın 

mənafeyinin müdafiəsinə yönəlmişdir. Bu vasitə ilə renta alanın hüquqlarının müdafiəsi təmin edilir. Belə ki, 

renta müqaviləsi bağlanarkən bir çox hallarda sui-istifadə və qanunun tələblərinə əməl etməmə hallarına yol ve-

rilir. Renta alan öz hüquqlarını və bağladığı renta müqaviləsinin nəticələrini dərindən anlamır və başa düşmür. 


 

558


Bu  cür  hallarda  müqavilənin  notarial  qaydada  təsdiqlənməsi  onun  məzmununun  qanuni  olmasını,  müqavilə 

bağlayan tərəflərin əsl iradə və niyyətlərinin müəyyən edilməsini təmin edən hüquqi vasitəyə çevrilir. 



Müqavilənin qiyməti dedikdə renta ödəyicisinin renta alana ödədiyi renta başa düşülür. Renta müəyyən pul 

məbləği formasında verilir. Tərəflərin razılığı ilə digər renta formaları da nəzərdə tutula bilər (MM-in 870-ci 

maddəsi). Bu cür renta formasına aiddir: 

 əmlak verilməsi; 



 işlər görülməsi; 

 xidmətlər göstərilməsi. 



Özü də verilən əmlak, görülən iş və ya göstərilən xidmət rentanın dəyərjə pul məbləğinə uyğun gəlməlidir. 

Rentanın miqdarı müqavilədə nəzərdə tutulur. Həm də renta alana ödənilən rentanın miqdarı minimum əmək 

haqqı miqdarının artırılmasına mütənasib surətdə artırılır. Bu barədə renta müqaviləsində tərəflərin razılığı ilə 

başqa qayda da nəzərdə tutula bilər. Lakin renta ödənişinin əsas forması puldur



Renta  müqaviləsinin  müddəti  onun  qüvvədə  olma  müddətini  ifadə  edir.  Renta  müqaviləsinin  növündən 

asılı olaraq müqavilənin müddəti həm məhdudlaşa, həm də məhdudlaşmaya bilər. Özü də renta müqaviləsinin 

iki növü fərqləndirilərkən müqavilənin qüvvədə olma müddəti əsas meyar və əlamət kimi götürülmüşdür. Bu 

baxımdan  renta  müqaviləsinin  iki  növü  fərqləndirilir:  müddətli  renta  müqaviləsi  (ömürlük  renta  müqaviləsi); 

müddətsiz renta müqaviləsi (daimi renta müqaviləsi). 

§ 3. Müqavilənin məzmunu 

1. Renta alanın hüquqları 

Renta alanın və renta ödəyicisinin hüquq və vəzifələri renta müqaviləsinin məzmununu təşkil edir. Renta 

müqaviləsi birtərəfli müqavilə olduğuna görə renta alan yalnız hüquqa malikdir. O, müqavilə üzrə vəzifə 

daşımır. Renta müqaviləsi real müqavilə olduğu üçün renta alanın öz əmlakını renta ödəyicisinin mülkiyyətinə 

vermək kimi vəzifəsi yoxdur. Deməli, renta müqaviləsi üzrə renta alan yalnız müəyyən hüquqlara malikdir. 

Renta alanın əsas hüququ renta ödənişlərini tələb etməkdən ibarətdir. O, rentanın müqavilədə nəzərdə 

tutulan formada və miqdarda, habelə vaxtaşırı verilməsini tələb etmək ixtiyarına malikdir. Renta alanın bu 

hüququ əmlak renta ödəyicisinə verildikdən sonra əmələ gəlir. Bu cür vəziyyətdə renta ödəyicisinin vicdansız hə-

rəkətlər  etmək  ehtimalına  qarşı  renta  münasibətlərinin  sabitliyini  təmin  edən  müəyyən  qarantiya  tədbirlərinə 

ehtiyac yaranır. Qanun bu cür tədbirlər müəyyən edir və bununla renta alanın mənafeyini təmin edir

Renta alanın hüquqlarını müdafiə etmək və renta münasibətlərinin sabitliyini təmin etmək üçün qanun da-

ş

ınmaz əşyanın renta ilə yüklülüyü haqqında qayda müəyyən edir (MM-in 868-ci maddəsi). Bu qaydaya gö-

rə  renta  ödəyicisi  onun  mülkiyyətinə  verildiyi  daşınmaz  əşya  üzərində  sərənjam  vermək  ixtiyarına  malikdir. 

Onun hüququ var ki, həmin əşyanı özgəninkiləşdirsin (satmaq, bağışlamaq və s). Lakin o, əşyanın renta ilə yük-

lü olması barədə yeni mülkiyyətçiyə qabaqcadan xəbər verməlidir. 

Renta ödəyicisi müqavilənin predmeti olan torpaq sahəsini, binanı, qurğunu və digər başqa əşyanı özgənin-



kiləşdirərkən o, renta ödənişi üzrə öhdəliyin yerinə yetirilməsindən azad edilir. Bu cür halda renta ödəyici-

sinin renta müqaviləsi üzrə, habelə renta ödənişi üzrə öhdəlikləri avtomatik olaraq yeni mülkiyyətçiyə (əldə 



edənə) keçir. Daşınmaz əşyanın özgəninkiləşdirilməsini nəzərdə tutan müqavilənin bağlanması nəticəsində ye-

ni mülkiyyətçi (əldə edən) həmin əşya üzərində mülkiyyət hüququ qazanır. Deməli, göründüyü kimi əmlakın 

arxasınja renta ödənişi üzrə öhdəlik də əmlakın yeni sahibinə keçir. Bu onu ifadə edir ki, renta, renta ödənilməsi 

üçün daşınmaz əşyanı yüklü edir. Renta ilə yüklü edilmiş daşınmaz əşya özgəninkiləşdirilərkən renta alanın 



özgəninkiləşdirməyə razılığı tələb olunmur

Bununla bərabər, renta ilə yüklü olan daşınmaz əşyanı yeni mülkiyyətçiyə verəşəxs mülki-hüquqi məsu-



liyyətdən azad edilmir. O, renta alanın renta müqaviləsinin pozulması ilə əlaqədar əmələ gəlmiş tələbləri üzrə 

yeni mülkiyyətçi (əldə edən) ilə subsidiar məsuliyyət daşıyır. Bu cür məsuliyyət o vaxt yaranır ki, qanunda və 

ya müqavilədə həmin öhdəlik üzrə birgə məsuliyyət müəyyənləşdirilməsin (MM-in 868.2-ci maddəsi). 

Renta alanın hüquq və mənafelərinin əlavə müdafiə təminatlarından biri renta ödənilməsinin təmin edilmə-



si haqqında qaydadır (MM-in 869-cu maddəsi). Renta ödənilməsi üçün verilən əmlakın növündən asılı olaraq 

qanun renta ödənilməsinin təmin edilməsinin müxtəlif mexanizmini müəyyən edir. Belə ki, əgər renta ödənil-

məsi üçün torpaq sahəsi və ya digər daşınmaz əşya verilərsə, onda renta alan həmin əşyaya ipoteka hüququ əl-

də edir. Belə halda ipoteka hüququ renta ödəyicisi tərəfindən öz üzərinə götürdüyü öhdəliyin icrasını tə-



minetmə vasitəsidir. O, renta alana rentanın ödənilməsini təmin edir. 

Renta alanın renta ödənilməsi üçün verilmiş torpaq sahəsinə və digər daşınmaz əşyaya ipoteka hüququ tərəf-

lərin razılığı ilə müəyyən edilmir. Buna görə də onlar arasında ipoteka müqaviləsi bağlanması tələb olunmur. 

poteka hüququ qanununun göstərişəsasında, renta müqaviləsinin bağlanması faktı nəticəsində əmələ gə-

lir. Odur ki, ona qanuni ipoteka deyilir. Renta ödənişini vermək üzrə öhdəliyi renta ödəyicisi yerinə yetirmədi-


 

559


yi halda, renta alanın tələbləri həmin əşyanın dəyəri hesabına ödənilir. 

Renta ödənilməsi üçün daşınar əşya (o cümlədən pul) verildiyi halda, renta ödənilməsinin təmin edilməsi üsul-

larını müqaviləni bağlayan tərəflərin özləri müəyyən edirlər. Onlar mümkün olan iki alternativdən birini seçmək 

ixtiyarına malikdirlər. Başqa sözlə, tərəflər iki alternativ təminat üsulundan birini seçə bilərlər: 

 onlar ya qanunda və ya müqavilədə nəzərdə tutulan öhdəliyin icrasının təmini üsullarından (girov, beh, 



zaminlik, dəbbə pulu, bank qarantiyası və b.) istifadə edirlər; 

 ya bunun əvəzinə öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini 



renta alanın xeyrinə sığorta etdirmək. Bu halda sığorta təşkilatı ilə renta ödəyicisi arasında sığorta müqaviləsi 

bağlanır. 

Pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan renta müqavilə-

sinin renta ödənilməsinin təmin edilməsi barədə şərti müqavilənin mühüm şərti hesab edilir. Bu onu ifadə 

edir ki, müqavilədə həmin şərtin nəzərdə tutulmaması renta müqaviləsinin bağlanmamış sayılmasını şərtlən-

dirir

2. Renta ödəyicisinin vəzifələri 

Renta müqaviləsi üzrə vəzifəni yalnız renta ödəyicisi daşıyır. Renta alandan fərqli olaraq o, müqavilə üz-

rə hüquqa malik deyildir. Bu, renta müqaviləsinin birtərəfli müqavilə olması ilə izah olunur. 

Renta ödəyicisinin əəsas vəzifəsi renta ödənilməsi üçün alınmış əmlakın müqabilində renta alana renta 

ödəməkdən ibarətdir. O, renta ödənişini vaxtaşırı (dövri olaraq) ödəməyə borcludur. Renta ödəyicisinin göstə-

rilən  öz  əsas  vəzifəsini  yerinə  yetirməsi  üçün  qanun  renta  ödənilməsinin  təmin  olunması  üsullarını  müəyyən 

edir (MM-in 869-cu maddəsi). Biz əvvəlki yarımbaşlıqda bu məsələyə toxunduq. Belə təsəvvür yaranır ki, ren-

ta  ödənişinin  yerinə  yetirilməsinə  təminat  vermək  renta  ödəyicisinin  daşıdığı  ikinci  əsas  vəzifədir.  O,  pul 

məbləğinin renta ödənilməsi üçün verildiyi hallarda ya öz öhdəliklərinin icrasına təminat verməlidir, ya da 

bu öhdəliklərin icra olunmaması və ya lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyri-

nə sığorta etdirməlidir

Renta ödəyicisinin öhdəliyin icrasına təminat vermək və  ya məsuliyyət riskini sığortalamaq vəzifəsini icra 

etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, renta ödəyicisinin göstərilən həmin vəzifələri yerinə 

yetirməməsi  renta  alana  müqaviləni  birtərəfli  qaydada  ləğv  etmək  hüququ  verir.  Renta  alan  bu  hüquqdan 

renta şərtlərinin təminatının renta alanın cavabdeh olmadığı əsaslara görə itirildiyi və ya pisləşdiyi hallarda da 

istifadə edə bilər. Bu cür hallarda da müqavilə renta alanın tələbi ilə birtərəfli qaydada xitam edilir. Renta alan 



müqavilənin ləğvi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər

Rentanın pul formasında ödənilməsi nəzərdə tutulduğu hallarda renta ödəyicisi pul öhdəliyinin icra edilmə-

məsi  üçün  məsuliyyət  daşıyır  (MM-in  449-cu  maddəsi).  O,  pulun  ödənilməsini  gecikdirdiyinə  görə  həmin 

vəsaitin məbləğindən faizlər ödəyir. Faizlərin miqdarı bank uçot dərəjəsi ilə müəyyənləşdirilir. 

§ 4. Daimi renta müqaviləsi 

1. Daimi renta müqaviləsinin əsas xüsusiyyətləri 

Daimi renta müqaviləsi renta müqaviləsinin bir növüdür. MM-in 48 fəslinin 2-ci paraqrafına daxil olan nor-

malar (871-876-cı maddələr) bu hüquqi konstruksiyanı tənzimləyir. 

Daimi renta müqaviləsinin qüvvədə olması müddətsizdir. Belə ki, bu müqavilədə renta ödənişinin kəsilmə-

si müddəti nəzərdə tutulmur. Daimi renta müqaviləsi renta müqaviləsinin digər növü olan ömürlük renta müqa-

viləsindən müddəti ilə, subyekt tərkibi ilə, özgəninkiləşdirilmə imkanı ilə fərqlənir. 



Daimi renta müqaviləsinin əsas və başlıja xüsusiyyəti ondan ibarətdir ki, bu müqavilədə nəzərdə tutu-

lan renta ödənişi üzrə öhdəlik müddətsiz xarakter daşıyır. Bu onu ifadə edir ki, həmin müqavilə renta ödəni-

ş

inin kəsilməsi üçün müddət nəzərdə tutmur. Başqa sözlə desək, daimi renta müqaviləsinin qüvvədə ol-



ma müddəti hər hansı bir vaxt müddəti ilə məhdudlaşmır. 

2. Müqavilənin elementləri 

Daimi renta müqaviləsinin bağlanmasında iki tərəf iştirak edir: daimi renta alan; daimi renta ödəyicisi. Mü-

qavilənin tərəfləri qismində vətəndaşlar və hüquqi şəxslər çıxış edir. 

Daimi renta alan rolunda hər hansı bir fiziki şəxs çıxış edə bilər. Fiziki şəxs tərəfindən renta alınması onun 

sağlamlıq vəziyyətindən, yaşından, səhhətindən, əmək qabiliyyəti və digər amillərdən asılı deyildir. 

Daimi renta alan qismində hüquqi şəxslərin yalnız qeyri-kommersiya təşkilatları (xeyriyyə, mədəni, təh-

sil, sosial və digər ijtimai faydalı məqsəd güdən fondlar, ijtimai və dini təşkilatlar və s.) çıxış edə bilər. Özü də 

o qeyri-kommersiya təşkilatları ki, onların daimi renta almaları qanuna zidd olmasın və həmin təşkilatların 



fəaliyyət məqsədlərinə uyğun gəlsin

Kommersiya təşkilatlarının renta alan qismində daimi renta müqaviləsi bağlaması istisna edilir. Ona görə 

ki,  daimi  renta  almaq  kommersiya  təşkilatlarının  fəaliyyət  məqsədlərinə  uyğun  deyildir.  Bu  cür  təşkilatların 



 

560


ə

sas məqsədi sahibkarlıq fəaliyyətindən (mal satışından, iş görülməsindən, xidmət göstərilməsindən və s.) mən-

fəət əldə etməkdən ibarətdir. Renta ödənilməsi üçün özünün əmlakını başqa şəxslərə vermək və bununla mənfə-

ə

t əldə etmək kommersiya təşkilatlarının fəaliyyət məqsədlərinə tamamilə ziddir. 



Elə qeyri-kommersiya təşkilatları vardır ki, onlar təsis sənədlərində nəzərdə tutulan məqsədə nail olunması-

nadək və ya müəyyən müddətə fəaliyyət göstərmək niyyəti ilə yaradılır. Şübhəsiz ki, bu cür təşkilatlar müddət-

siz münasibətlərə girmək ixtiyarına malik deyildir. Buna görə də göstərilən həmin qeyri-kommersiya təşki-

latları daimi renta alan qismində çıxış edə bilməzlər

Daimi renta hər hansı bir vaxt müddəti ilə məhdudlaşmadığına görə daimi renta almaq hüququ renta alan və-

təndaş öldüyü halda vərəsəlik qaydasında vərəsələrə və ya hüquqi şəxs yenidən təşkil olunduqda hüquqi va-

rislik qaydasında hüquqi şəxslərə keçir. Daimi renta almaq hüququ vərəsəlik və hüquqi varislik qaydasında 

dövlətə və kommersiya təşkilatlarına keçə bilməz. Ona görə ki, daimi renta alanlar yalnız fiziki şəxslər, ha-

belə qeyri-kommersiya təşkilatları ola bilərlər (MM-in 871.1-ci maddəsi). 

Daimi  renta  müqaviləsi  üzrə  renta  alanın  hüquqları  həm  də  tələbin  güzəşti  yolu  ilə  fiziki  şəxslərə,  habelə 

qeyri-kommersiya təşkilatlarına verilə bilər. Beləliklə, daimi renta müqaviləsi üzrə renta alanın hüquqları tələ-

bin güzəşti yolu ilə verilə bilər və vərəsəlik üzrə və ya hüquqi şəxslər yenidən təşkil olunduqda hüquq varisliyi 

qaydasında keçə bilər. Bu xüsusiyyət, yəni renta alanın hüquqlarının keçmək imkanı, onları özgəninkiləş-



dirmək imkanı daimi renta müqaviləsinin ikinci əsas əlaməti hesab olunur. Bu əlamət onu ömürlük renta 

müqaviləsindən fərqləndirməyə imkan verir. 



Daimi  renta  müqaviləsinin ikinci  tərəfi  olan  renta  ödəyicisinə  gəldikdə  isə,  bunu  demək  olar  ki,  onun 

subyekt  tərkibi  haqqında  qanun  hər  hansı  bir  məhdudiyyət  müəyyən  etmir.  Belə  çıxır  ki,  həm  fiziki  şəxslər, 



həm də hüquqi şəxslər renta ödəyicisi qismində çıxış edə bilərlər. 

Daimi  renta  müqaviləsinin  predmetini  renta  ödənilməsi  üçün  verilən  mülki  dövriyyə  qabiliyyətli  hə

hansı bir əmlak (həm daşınar, həm də daşınmaz) təşkil edə bilər. Predmet kimi yaşayış evi, mənzil, bağ, torpaq 

sahəsi, pul, müəssisə və digər əmlak növləri çıxış edə bilər. Müqavilənin predmeti onun mühüm şərti hesab 

olunur. 

Müqavilənin müddəti daimi renta müqaviləsinin qüvvədə olma müddətini, yəni rentanın ödənilməsi müd-

dətini ifadə edir. Bu müqavilədə renta ödənişinin kəsilməsi müddəti müəyyənləşdirilmir. Renta həmişəlik və fa-

siləsiz olaraq ödənilir. 

Daimi  rentanın  ödənilməsi  müddəti  haqqında  şərt  müqavilənin  mühüm  şərti  hesab  olunmasa  da  vacib 

ə

həmiyyətə  malikdir.  Qanun  daimi  rentanın  hər  təqvim  rübünün  sonunda  ödənilməsi  qaydasını  müəyyə



edir (MM-in 872-ci maddəsi). Deməli, renta hər təqvim ilində dörd dəfə (hər rübdə bir dəfə) ödənilir. Qanunun 

bu göstərişi imperativ  yox, dispozitiv xarakterə  malikdir. Bu o deməkdir ki, tərəflərin razılığı ilə daimi renta 

müqaviləsi əsasında daimi rentanın ödənilməsinin ayrı müddətləri də nəzərdə tutula bilər. Məsələn, dörd ayda 

bir dəfə, ayda bir dəfə, altı ayda bir dəfə və s. 



3. Müqavilənin məzmunu 

Daimi renta müqaviləsi üzrə yalnız renta ödəyicisi vəzifə daşıyır. Onun əsas vəzifəsi müqavilənin qüvvədə 



olma müddəti ərzində müntəzəm surətdə rentanı ödəməkdən ibarətdir. Rentanın ödənişi müqavilədə və ya 

qanunda müəyyən edilən vaxtaşırı müddətdə, müqavilədə nəzərdə tutulan forma və miqdarda həyata keçirilir. 

Renta ödəyicisinin göstərilən vəzifəsi daimi renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması 

və ya təsadüfən zədələnməsi zamanı da saxlanılır. Bu cür halda əmlakın təsadüfən məhv olması və ya təsadü-



fən zədələnməsi riskinə görə renta ödəyicisi cavabdehdir. Ona görə ki, renta ödəyicisi renta ödənilməsi üçün 

verilmiş əmlakı öz mülkiyyətinə daxil edən şəxsdir, onun mülkiyyətçisidir. Buna görə də o, əmlakın məhv ol-

masından və ya zədələnməsindən asılı olmayaraq renta ödənişi üzrə öhdəliyi icra etməyi davam etdirməyə borc-

ludur. Bəzi halda isə renta ödəyicisinin renta ödənişi barədə öhdəliyinə xitam verilə və ya onun ödənilməsi şərt-

ləri dəyişdirilə bilər. Bu yalnız o vaxt mümkün ola bilər ki, daimi renta ödənilməsi üçün haqq müqabilində ve-

rilmiş əşya təsadüfən məhv olsun və ya təsadüfən zədələnsin (MM-in 876.2-ci maddəsi). Odur ki, bu kimi hal-

larda daimi renta ödənişi üzrə öhdəliyə xitam verilə bilər. 

4. Daimi renta müqaviləsinin xitam edilməsi 

Daimi renta müqaviləsi müddətsiz xarakterə malikdir. Lakin buna baxmayaraq daimi renta müqaviləsi öh-

dəliklərə  xitam  verilməsinin  ümumi  əsasları  ilə  (MM-in  27-ci  fəsli)  ləğv  edilə  bilər.  Lakin  öhdəliklərə  icra 

nəticəsində xitam verilməsi ilə (MM-in 528-ci maddəsi) bu müqavilənin ləğv edilməsi istisna edilir. Bununla 

belə, daimi renta müqaviləsi başqa bir halda da ləğv edilə bilməz. Belə ki, daimi renta alan vətəndaşın ölümü və 

ya hüquqi şəxsin yenidən təşkil edilməsi ilə renta alanın hüquqları vərəsələrə və ya hüquqi varisə keçir. Belə 

halda daimi renta müqaviləsinin xitam edilməsindən söhbət gedə bilməz. 

Bununla bərabər, daimi renta müqaviləsi xüsusi qayda və əsasla ləğv edilir ki, bu qayda yalnız həmin mü-


 

561


qaviləyə xasdır. Bu müqavilənin ləğv edilməsini şərtləndirən xüsusi əsas  və qayda renta ödəyicisinin daimi 

rentanı satın almasından ibarətdir. Belə ki, qanuna görə daimi renta ödəyicisinin daimi rentanı satın almaq ix-

tiyarı vardır (MM-in 873-cü maddəsinin 1-ci bəndi). Daimi renta müqaviləsinin daimi renta ödəyicisinin rentanı 

satın almaq hüququndan imtina etməsini nəzərdə tutun hər hansı bir şərti puç olmaqla hüquqi əhəmiyyətə malik 

deyil. Müqavilə iştirakçıları müqavilədə rentanın satın alınmasını məhdudlaşdıran  yalnız bir halı nəzərdə tuta 

bilərlər. Bu hal daimi rentanı satın almaq hüququnun renta alanın sağğında və ya başqa müddəərzində ye-

rinə yetirilməsinin qeyri-mümkünlüyündən ibarətdir

Daimi renta həm renta ödəyicisinin, həm də renta alanın təşəbbüsü ilə satın alına bilər. Lakin satın alınma 

yolu ilə daimi renta müqaviləsinin ləğv edilməsi üçün qanun bir şərt müəyyən edir. Bu şərt ondan ibarətdir ki, 

renta ödəyicisi bütün satınalınma məbləğini tam ödədikdən sonra daimi renta müqaviləsi xitam edilə bi-



lər. Müqavilədə satınalmanın başqa qaydası da nəzərdə tutula bilər. 

Qeyd etdik ki, daimi renta renta alanın təşəbbüsü (tələbi) ilə də satın alına bilər. Renta alanın tələbi ilə 

daimi  rentanın  satın  alınmasını  şərtləndirən  əsasların  siyahısı  qanunda  nəzərdə  tutulmuşdur  (MM-in  874-cü 

maddəsi). Bu siyahı qeyri-qəti və təxmini xarakterə malikdir. Odur ki, daimi renta müqaviləsində bu siyahıda 

göstərilməyən digər əsaslar da nəzərdə tutula bilər. 

Renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirən əsaslardan biri renta ödəyicisinin renta 



ödənilməsini bir ildən çox gecikdirməsidir. Müqavilədə gecikdirmənin ayrı müddəti də nəzərdə tutula bilər. 

Bu halda ödənişin yubadılmasının səbəblərini müəyyən etmək zəruri və vacibdir. Renta ödənişinin gecikdiril-

məsi renta ödəyicisinin lazımi qayğı göstərməməsinin, diqqətsizliyinin, vəzifə borcuna laqeyd münasibətin və 

digər halların nəticəsi ilə bağlı ola bilər. 



Renta ödəyicisinin renta ödənişini təmin etmək öhdəliyini pozması renta alana ixtiyar verir ki, o, daimi 

rentanın satın alınmasını renta ödəyicisindən tələb etsin. Renta ödəyicisi renta ödənilməsinin icrasına təminat 

verməyə borcludur (MM-in 869-cu maddəsi). Başqa sözlə desək, renta ödəyicisi behlə, zaminliklə, dəbbə pulu, 

girovla və s. öz öhdəliyinin icrasına təminat verməli, ya da bu öhdəliklərin icra olunmaması, ya da lazımınca 

icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirməlidir. Bu vəzifənin yerinə yetiril-

məməsi renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirir. 



Renta ödəyicisinin rentanı müqavilə ilə müəyyənləşdirilmiş miqdarda və müddətlərdə ödəməyəjəyinə 

açıq-aşkar dəlalət edən halların yaranması renta alana ixtiyar verir ki, o, daimi rentanın satın alınmasını qarşı 

tərəfdən tələb etsin. Bu cür hallarda renta ödənişinin həyata keçirilməsi üçün ciddi təhlükə yaranır və onun ya-

xın vaxtlarda yerinə yetirilməsinə şübhə əmələ gəlir. Renta ödənişinin həyata keçirilməməsinin ehtimal olunan 

proqnozu  rentanın  ödənilməyəjəyini  açıq-aşkar  sübut  edən  elə  hallara  əsaslanır  ki,  bununla  yaxın  vaxtlarda 

(perspektivdə) renta alana renta ödənilməməsi ehtimalı müəyyən edilir. Məsələn, renta ödəyicisinin ödəniş qa-

biliyyətinin olmamasını bu cür hallardan biri hesab etmək olar. Lakin bu hal müflis elan edilmək demək deyil-

dir. Belə ki, şəxs bir qayda olaraq, məhkəmə qərarı ilə müflis elan edilə bilər. 

Renta  alanın  tələbi  ilə  daimi  rentanın  satın  alınmasının  əsaslarından  biri  renta  ödənilməsi  üçün  verilmiş 



daşınmaz əmlakın ümumi mülkiyyətə daxil olması və ya bir neçə şəxs arasında bölüşdürülməsidir. Belə 

halda mülkiyyətçilərin sayı çoxalır. Bu isə daimi renta alanın mənafeyinə cavab vermir. Ona görə də paylı və ya 

birgə ümumi mülkiyyətdən hər hansı birinin olmasının əhəmiyyəti yoxdur. Beləliklə, bununla daimi renta alan 

üçün bir neçə renta ödəyicisi əmələ gəlir. Bu isə renta alanın mənafeyini pozur. Belə halda renta alan öz məna-

feyini müdafiə etmək üçün vicdanlı renta ödəyicisindən rentanı satın almağı tələb edir. 

Daimi rentanın satınılma qiyməti daimi renta müqaviləsi ilə müəyyənləşdirilir. Müqavilədə daimi rentanın 

satınalma qiyməti nəzərdə tutulmaya da bilər. Belə halda satınalma qiyməti iki qaydada həyata keçirilir: 

 birincisi, satınalma ödəniləsi rentanın illik məbləğinə uyğun qiymətlə həyata keçirilir; 



 ikincisi, satınalma qiyməti renta ödənişlərinin illik məbləği ilə verilmiş əşyanın qiymətinin cəmi kimi 

müəyyən edilir, yəni satınalma qiyməti bərabərdir renta ödənişlərinin illik məbləği + verilmiş əşyanın qiyməti. 

Daimi  renta  ödənilməsindən  ötrü  əmlakın  haqq müqabilində  verilməsi  üçün  əsas  götürülən  daimi  renta 

müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda qiymətin müəyyən edilməsi üçün birinci qayda, dai-

mi renta ödənilməsindən ötrü əşyanın pulsuz verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınal-

ma qiyməti haqqında şərt olmadıqda isə ikinci qayda tətbiq edilir (MM-in 875-ci maddəsi). 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə