Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 372,17 Kb.
səhifə1/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
  1   2   3   4   5   6   7   8   9   ...   39
Nitq inkişafı (1)


Mövzu: 1
Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”

P l a n
1. Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti


2.Məqsəd və məzmunu
3.Digər elmlərlə əlaqəsi

İstifadə olunmuş ədəbiyyat


B.Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006


Nitq iııkişafı iizrə aparılacaq işlərin əsas istiqamətləri
Azərbaycan dili dərslərinin müasir tələbbr əsasmda təşkili məsəbsini təlim prosesində nitq inkişafı üzrə aparılacaq işlərin istiqamətini düzgün başa düşmədən həll etmək mümkün deyil.
İndiyədək metodik ədəbiyyatda nitq inkişafı üzrə işlərin istiqamətləri dəqiq şəkildə izah edilmədiyindən bu barədə xüsusi söhbət açmaq lazımdır. Həmin sahədə görüləcək işlərə yalnız cümlə tərtibi, rabitəli nitq, lüğət və tələffüz üzrə işlər daxil edilmişdir. Lakin etiraf etmək lazımdır ki, nitq inkişafı üzrə işlər təkcə bu iş növləri ilə məhdudlaşmır.
Nitq iııkişafı üzrə işlər başlıca olaraq üç istiqamətdə aparılır.
Birinci istiqamətdə şagirdlərin lüğət ehtiyatmı zənginləşdirmək üzrə aparılan işlər (buraya yeni sözlərin öyrənilməsi, bu və ya digər bir sözün mənasmm dəqiqləşdirilməsi, ondan hansı məqamlarda istifadə olunması və s.) daxildir. Əlbəttə, şagirdlərin lüğət ehtiyatmm zənginləşdirilməsi məktəbdə bütün təlim fənlərinin vasitəsilə həyata keçirilir.
Lüğət üzrə işin aparılmasmda mühüm tələblərdən biri tanış olmayan sözü şagirdlərin görə bilməsi - müəyyən edə bilməsi bacarığmı inkişaf etdirməkdən ibarət olmalıdır. Təəssüf ki, bu mühüm cəhətə müəllimlərimizin çoxu lazımi diqqət yetirmirlər.
Onlara bəzən elə gəlir ki, əgər şagird dinmirsə, demək, öyrənilən, üzərində iş aparılaıı mətndə onun üçün mənası anlaşılmayan söz yoxdur. Əslində isə çox zaman belə olmur, şagird ya müəllimi narahat etməmək üçün susur, ya soruşmaqdan çəkinir, ya da yeni sözün mənasmı öz düşündüyü kimi «anlaması ilə» kifayətlənir.
^ Nitq inkişafı üzrə işlərin ikinçi istiqamətinə şagirdləri ədəbi dilin normalarma yiyələndirməklə əlaqədar aparılan işlər daxildir. Bunlar, başlıca olaraq, aşağıdakılardan ibarətdir:
1. Şagirdlərə ədəbi (orfoepik) tələffüz vərdişlərinin aşılanması, o cümlədən onlarm nitqindəki yerli şivə xüsusiyyətlərinin aradaıı qaldırılması üzrə aparılan işlər.
Xüsusi qeyd etmək lazımdır ki, ədəbi dilin normalarmı şagirdlərin mənimsəməsinə nail olmaqda onlarm nitqindəki dialektizmləri (bu, fonetika, leksika və qrammatika ilə əlaqədar dil hadisələrinə aiddir) aradan qaldırmaq üzrə işlər son dərəcədə mühüm rol oynayır.
Şagirdləri ədəbi tələffüz normalarma yiyələndirməklə əlaqədar narahatlıq doğuraıı nöqsanlardan biri də özünü onda göstərir ki, dil-ədəbiyyat müəllimlərinin bir çoxu hələ də ədəbi tələffüzün mahiyyətinə dərindən bələd olmadıqları üçün onu kitab tələffüzü ilə - orfoqrafık tələffüzlə eyniləşdirirlər; şagirdlərə bütün hallarda sözləri yazıldığı şəkildə tələffüz etməyi öyrətməyə çalışırlar.
Unutmaq olmaz ki, yazılı ədəbi dildə orfoqrafik normalara riayət etmək nə qədər mümkündürsə, şifahi nitqdə orfoepik normalara riayət etmək də bir o qədər vacibdir. Şagirdləriıı orfoepik normalara yiyələnmələri onlarm təkcə şifahi nitqinin düzgünlüyünə, təbiiliyinə nail olmaq baxımmdan deyil, həm də yazı qaydalarmı daha tez və daha möhkəm mənimsəmələrini təmin etmək cəhətdəıı müstəsna əhəmiyyətə malikdir. Belə ki, şagirdlərə orfoqrafik qaydaları orfoepik qaydalarla düzgün yazı vərdişlərinin formalaşması müddəti xeyli qısalır və bu, çox səmərəli nəticə verir.
Sözlərin müxtəlif formalarmm əmələ gəlməsi normaları üzərində aparılan işlər. Buraya sözlərin müxtəlif formalarmm əmələ gəlməsi və bunlarm nitqdə işlənməsinə aid normalarla əlaqədar şagirdlərin bacarıq və vərdişlərində qarşıya çıxan nöqsanları aradan qaldırmaq üzrə aparılan işlər daxildir.
Şagirdlərin nitqində sözlərin müxtəlif formalarma aid normalarm pozulması hallarma yerli şivə şəraitində daha tez-tez təsadüf olunur. Məsələn, Şamaxı dialektində almaram əvəzinə almanam; almazsan əvəzinə almarsan; Şəki dialektində getmək, işləmək, əvəzinə getmax, işləmax və s. işlədilir. Nitq inkişafı üzrə işlərin üçüncü istiqaməti şagirdlərə öz fikirlərini şifahi və yazılı formada rabitəli olaraq ifadə etmək bacarığı və vərdişlərinin verilməsinə aid işləri əhatə edir.

Şagirdlərin nitqinin inkişaf etdirilməsi üzrə


işin məqsədi və vəzifələri.
Insanın mədəni yetkinliyinin meyarlarmdan biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Təsadüfı deyil ki, şagirdlərin nitqlərinin inkişaf etdirilməsi məktəbin qarşısmda duran ən mühüm ümumpedaqoji problemlərdən biridiç$Ha dili tədrisinin başlıca prinsipi olan nitq inkişafımn vəzifəsi dil və təfəkkürün vəhdəti haqqmda təlimdən irəli gəlir. Uşaqların təffəkkürünü inkişaf etdirməklə biz, şübhəsiz onlarm nitqinə təsir göstərir, nitqini inkişaf etdirməklə təfəkkürünün inkişafına təkan veririk. Bizim nitqimiz yalnız dil terminləri, frazaları əsasında meydana gəlir.
Nitqdə təbiilik, düzgünlük, məntiqlik, təmizlik, müyəssərlik, məqsədəyönlülük, zənginlik, aydmlıq, sadəlik, səlislik, yığcamlıq, ifadəlik, çılğmlıq, obrazlılıq, ekspressivlik, emosionallıq, gözəllik, ardıcıllıq, nəzakətlilik kimi normalar gözlənməlidir.
Uşaqlar ümumxalq dildən istifadə etməklə öz fıkrini nitq vasitəsilə başqalarma çatdırırlar. Nitq insanm əqli fəliyyətinin yaranmasmda bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqmda biliyə yiyələnirlər.
K.D.Uşinski yazmışdır. "Uşaq ana dilini mənimsəyərkən yalnız sözləri, onlarm birləşmələrini deyil, həm də hədsiz-hesabsız anlayışları, əşyalara dair görüşləri, bir çox fıkirləri, hissləri, bədii obrazları, dilin məntiq və fəlsəfəsini də mənimsəyir".
Nitq yalnız fıkirlərin ifadə vasitəsi deyil, həm də onlarm yaranması silahıdır. Ona görə də müəllim nitqin inkişafı ilə şagirdlərin təfəkkürünü də inkişaf etdirməlidir.
K.D.Uşinskinin göstərdiyi kimi, uşaqlarm dil sahəsindəki qabiliyyətlərini inkişaf etdirmək üçün, hər şeydən əvvəl, onlarda düzgün fıkirləşmək qabiliyyətini inkişaf etdirmək lazımdır. " Fikirdən ayrılıqda dili inkişaf etdirmək yştfe^deyil, ona üstünlük verərək fıkirdən əvvəl inkişaf etdirmək isə, şübhəsiz zərərlidir".
Şagirdlərin praktik şəkildə mənimsəmələri üzrə iş bütün məşğələlərdə, həmçinin tənəffüljlərdə, sinifdən xaric məşğələlərdə, ictimai faydalı işlərdə, əmək prosesində, evdə getməlidir. Bütün bunlar üçün şərait yaradaraq şagirdi başlı- başına buraxmaq, ünsiyyət prosesində nitqin öz-özünə inkişaf edəcəyinə ümid bəsləmək böyük səhf olardı. Uşaqlara düzgün danışmağı öyrətmək lazımdır. Bunun üçün isə müəllim hər hansı bir məşğələ prosesində uşağın nitqinə təsir göstərməlidir. Müəllim şagirdin sözləri nec§ tələffüz etməsinə, vurğunu necə işlətməsinə, fıkri dəqiq və düzgün ifadə etmək üçün söz və ifadələri necə seçməsinə, intonasiyaya, surətə və s. fıkir verməli, müşahidə etdiyi nöqsanları ehtiyyatla düzəltməlidir.

Nitq inkişafının digər elmlərlə əlaqəsi


Nitq inkişafının digər elmlərlə əlaqəsini bilmədədn bu sahədə müvəffəqiyyət qazanmaq çətindir. Nitq inkişafı hər şeydən əvvəl dilçiliklə əlaqədardır. Nitq inkişafı dilçiliyin fonetika və orfoepiya bölmələrinə istinad edir. Dilin səs cəhəti və tələffüz normaları nitqin inkişafında mühüm rol oynayır. Nitq inkişafı dilşünaslığın leksika və qrammatika bölmələri ilə də əlaqeardır. Leksikologiyanin köməyi ilə uşaqların lüğət ehtiyyatını zınginləşdiriləsi üzrə işin məzmunu və yollarını işləmək mümkündür. Qrammatika (morfologiya və sintaksis) sözün və cümlənin quruluşunu öyrənməyə imkan verir.


Nitq inkişafı psixologiya elmi ilə də əlaqədardır. əgər şifahi işarələr sistemindən ibarət olan dil ünsiyyət vasitəsidirse, nitq yaxud nitq fəaliyyəti ünsiyyət prosesinin özüdür. Dilçilik dili mücərrəd sistem kimi öyrənir, psixologiya isə nitqi öyrənməklə nitq fəaliyyətinin növlərini müəyyən edir, uşaqda nitq ünsiyyətinin yaranma yollarını aydınlaşdırır. Insanın müxtəlif şəraitdə dildən istifadə etmə xüsusiyyətlərini müəyyənləşdirir.
Dilçilik və psixologiyada dilin funksiyaları ( kommunikativ, idrakı, planlaşdırıcı, nominativ) haqqında təlim işlənmişdir. Hazırda dilçilik və psixogiyanın birləşməsi nəticəsində yeni elm sahəsi-psixolinqivistika yaranır. Nitq inkişafında psixolinqivistikanın materiallarından genış istifadə edir.
Nitq inkişafı ədəbiyyatşünaslıqla da sıx bağlıdır. Azərbaycan şifahi xalq ədəbiyyatını, klassik və müasir yaziçiların yazdıqları əsərlərə bələd olmadan uşaqların nitqini sürətləndirmək olmaz. Hər bir yaş dövrü üçün müvafiq əsərlərin seçilməsi, əsərin personajları, əsasa qəhrəmanlarınin xarakterinin təsviri, onların hərəkətinə münasibətin bildirilməsi, əsərlərin oxunması, intonasiya, fasilə, məntiqi vurğu, ritm, tembr, ədəbi tələffüz normalarının gözlənilməsi və s. üzrə iş aparmağa da omkan verir.
Nitq inkişafı fiziologiya elminə də əsaslanır. Nitq qavranarkən və yenidən hasil olarkən əvvəlcə mənasına əsasən sözlərin şüurlu və qeyri- şüuri seşolməsi baş verir. Fiziologiya da sözə bilavasitə siqnalları – hiss etmə, qavrama və təsəvvürü əvəz edən xüsusi siqnal kimi, dilə isə bütövlükdə ikinci siqnal sistemi kimi baxılır.
Fizioloji məlumatlar nitqin formalaşmasında nitq orqanlarından gələn eşitmə və ginestetik (hərəki) impulsların böyük rolunu təsdiq edir. Bu ginestetik hissləri İ.P,Pavlov ikinci siqnal sisteminin əsasa komponenti hesab edirdi.
Fizioloji biliklər uşağın lüğətinin fəallaşdırılması prossesini daha dərindən başa düşməyə düşməyə imkan göstərir.


Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin