Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran



Yüklə 0,74 Mb.
səhifə1/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   67
Biznesin idarə olunması



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

«ANTİBÖHRANLI İDARƏETMƏ»

fənnindən

Ali məktəb tələbələri üçün

DƏRS VƏSAİTİ

Bakalavr hazırlığı üçün



Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin __.__.2012 - ci il tarixli, ____ saylı əmri ilə təsdiq edilmişdir.

Bakı – 2012

Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir.

BBU-nın «Marketinq və menecment» kafedrasının müəllimi, i.e.n.,dos. Həsənov H. K.

Redaktor:

Rəyçilər:

«Antiböhranlı idarəetmə» (dərs vəsaiti) – Bakı Biznes Universitetinin nəşri, Səh 165

Q 0605010006 qrifli nəşr

091-2012

© Bakı Biznes Universiteti – 2012

Giriş

Antiböhranlı idarəetmə məhfumu yaxın vaxtlarda meydana gəlmişdir.Çoxları belə hesab edir ki, onun yaran­masına səbəb Sovet İttifaqının dağılması, Rusiya başda olmaqla keçmiş sovet respublikalarında iqtisadi islahatlar və bu ölkələrin tədricən böhranlı inkişaf zonasına daxil olmalarıdır. O zaman (xx əsrin 90-cı illərində) iqtisadçılar arasında kiçik bir qismi istisna edilməklə heç kim düşün­mürdü ki, islahatların nəticəsi uzun müddətli böhr­ana gətirib çıxaracaqdır.Bu gün isə böyük əksəriyyət qəbul edir ki, yalnız yeni tip idarəetmə iqtisadiyyatı böhrandan çıxarmağa qadirdir.Məhz bu idarəetmənin adı antiböhranlı idarəetmədir.

Ad bir tərəfdə qalsın, bu idarəetmənin məğzi böyük dis­kusiyalara səbəb olur.Bir çox ölkələrin inkişaf tarixi gö­s­­­tərir ki, böhran nə qədər dərin olursa-olsun, nə vaxtsa ke­çib gedə­cək.Bu idarəetmə tipi müvəqqəti xarakterli ol­du­ğu üçün antiböhranlı idarəetməyə zərurət də aradan qal­xacaq?Onda bu idarəetmə tipini öyrənməyə, elmi konsep­siya qurmağa, hətta ali təhsil sistemində bu yönümlü mü­tə­xəs­sis hazırlamağa ehtiyac varmı?

Ötən illər ərzində böhranların şıddətlənməsi səmə­rəli antiböhranlı idarəetmə sistemini yaratmağı zəruri şərt ki­mi qarşıya qoyur.Bu zamanın tələbi ilə yanaşı, həm də ida­rəetmə elminin inkişafı bizi bizi belə bir konsepsiya qur­mağa vadar edir.Bu konsepsiyanın əsasında sosial tə­rəf­daşlıq, vaxta qənaət, motivləşdirmə, resurslardan səmə­rəli istifadə, idarəçilik və digər bu kimi vacib elementlər da­­­ya­­nır.Sadalananlar məcmu halında və hər biri hətta ən müvəffəqiyyətli idarəetmə də belə real böhran təhlükə­si­nin olduğundan xəbər verir.

Böhran nədir, o niyə və nə zaman baş verir, onun quruluşu necədir- kimi suallar üzərində düşünsək, onda ay­dınlaşdıra bilərik ki, böhran qarşılıqlı əlaqəli çoxlu və­ziyyətlərlə əlaqədardır.Bunun da nəticəsində mürə­kkə­b­lik və risk artır.Odur ki, onun dövri olaraq baş verməsi meyl­lə­ri obyektiv qəbul edilməlidir.

Böhranın uzaqlaşdırılması və profilaktikası, stabil­ləşdirilməsi, bir böhranın digəri ilə əvəz olunması və bütöv­lükdə böhranın qurtarması, heç də onun yaxın yaxud uzaq gələcəkdə təkrar olunması təhlükəsini aradan qal­dırmır. Nəinki, iqtisadiyyat, hətta təbiət özü də dövri olaraq də­yişir, odur ki, böhran vəziyyətini yalnız iqtisadiyyatın in­ki­şaf meylləri törətmir.

İctimai təfəkkürün müxtəlif mərhələlərində böhra­nlara münasibət də müxtəlif olmuşdur.Belə bir fikir möv­cud olmuşdur ki, ictimai inkişafda böhran təbiətdə baş verən hadisələrdən yaranır, digər yanaşmaya görə isə böh­ranı insanın özü, onun səhvləri, bilgisizliyi, inamsızlığı və düşüncə tərzi yaradır.

Məlumdur ki, müasir idarəetmənin əsas təlabatı və onun səmərəliliyinin əsas amili yüksək peşakarlıqdır.Bu peşəkarlıq isə mütəxəssisin hazırlıq səviyyəsindən, gələcəyi görə bilmək qabiliyyətindən, baş verə biləcək hadisələri vaxtında hiss edərək problemləri müvə­ffəqiy­yət­lə həll edə bilmək bacarığından asılıdır.Məhz bu səbəb­dən də müasir mərhələdə, menecerlərin hazırlanması pro­ses­in­də xüsusi bir fənnin, Antiböhranlı idarəetmə fənninin təd­ris edilməsinə ehtiyac yaranmışdır.

Bu dərs vəsaitində antiböhranlı idarəetmənin dövlətlə, iqtisadiyyatla, istehsalatla, müəssisə və insanla bağ­lı olan komp­leks prob­lemlərin əhatəsində öyrənil­mə­si­nə cəhd edi­lmişdir.Bu zaman böhranın yalnız mümkün mi­qya­sı deyil, həm də onun müxtəlif formaları, məzmunu, tələbləri və nəticələri diqqətdə saxlanılmışdır.

Dünyanın inkişaf təcrübəsi göstərir ki, ümumi plan­laş­dırma nə qədər təkmil olsa da, böhran təhlükəsi yaradan təbiə­tdə baş verən prosesləri, insan həyatındakı təkmil­ləşmələri, maraqların dəyişməsini, insanlar arasındakı mü­na­sibətləri, resursların tükənməsini, dünya siyasi dəyişiklikləri və buna bənzər çoxlu hadisələri əvvəlcədən nəzərdə tutmaq mümkün deyildir.

Dərs vəsaiti bilikləri ardıcıllıqla dərinləşdirən, onları artıran, konkretləşdirən, böhranların yaranması və həlli zamanı xüsusi əhəmiyyət kəsb edən halların məntiqi sxem üzrə qurulması və öyrənilməsinə həsr edilmişdir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin