Mövzu 10 Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanması qaydaları. X mühazirənin plani



Yüklə 36,01 Kb.
səhifə1/10
tarix10.11.2022
ölçüsü36,01 Kb.
#68373
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10
duz Mühazirə 10


MÖVZU 10
Tərcümeyi-hal, xasiyyətnamə, arayış və təqdimat. Təqdimatın (prezentasiyanın) hazırlanması qaydaları.


X Mühazirənin
PLANI



  1. Tərcümeyi-hal (müxtəsər və geniş formalar).

  2. Xasiyyətnamənin yazılışına verilən tələblər.

  3. Xasiyyətnamə ilə tərcümeyi-halın oxşar və fərqli xüsusiyyətləri.

  4. Arayışın məzmun və forması.

  5. Təqdimatın dil və üslub xüsusiyyətləri.

  6. Təqdimatın (prezentasiyanın) hazırlanma qaydaları.



Mühazirə mətni mənimsənildikdən sonra tələbələr tərcümeyi-halın (müxtəsər və geniş formalar), xasiyyətnamənin özünəməxsus xüsusiyyətləri, xasiyyətnamə ilə tərcümeyi-halın oxşar və fərqli cəhətləri, arayışın dil xüsusiyyətləri və kimlər tərəfindən verilməsini biləcək, həmin sənədlərə aid nümunələr yazmağı bacaracaqdır. Təqdimatın dil və üslub xüsusiyyətləri haqqında ətraflı məlumat toplayacaqlar. Həmçinin, təqdimatın (prezentasiya) hazırlanması qaydalarını öyrənəcəklər.


TƏRCÜMEYİ-HAL. Bu sözün əvəzinə, bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə “tərçi” – geri çevirmə, döndərmə, təkraretmə və “hal” (surət, vəziyyət) sözlərinin birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya (yazıram) deməkdir. Bizcə, avtobioqrafiya sözü tərcümeyi-hal sözünə nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. Bioqrafiya isə kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır. Avtobioqrafiya – müəllifin öz həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya – həm ədəbi janr, həm də rəsmi sənədə aiddir. Memuar ədəbiyyatı əslində avtobioqrafik xarakterdə olur. Adətən, böyük sərkərdələr (məs: G.K.Jukov, T.Anfilov və başqaları), yazıçılar (C.Məmmədquluzadə, A.Şaiq, M.F.Axundov və b.) avtobioqrafiyalarda tarixi hadisələri bədii fikirlərin içərisində verir. Məsələn,
Abdulla Şaiq öz avtobioqrafiyasında anadan olmasını belə göstərir: «Qardaşım Abdullanın ölümü ata-anasının qəlbini dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq yaxın zamanda dünyaya gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi. O yolu gözlənilən çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə 24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən tək yox, özüm ilə bərabər bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan, onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tay olan bacım Mərziyə də ata-anamızın qəlbindən dərdi, kədəri silib yerinə sevinc və şənlik qığılcımı saçdıq. Ailəmiz yenidən şənləndi».
Bu tip xatirə avtobioqrafiyalardan əlavə, bir də şəxsiyyət haqqında avtobioqrafiyalar da vardır ki, onlar qismən hüquqi sənəd xarakterində olur. Hər hansı bir adam işə qəbul ediləndə və başqa hallarda onun haqqında toplanan sənədlər içərisində avtobioqrafiya əsas yer tutur. Doğrudur, kadr uçotuna dair şəxsi vərəqdə bioqrafik məlumatlar olur. Amma avtobioqrafiya şəxsən, əllə yazıldığı üçün daha əhəmiyyətlidir. Avtobioqrafiyada müəllif özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, yaxın ailə üzvləri haqqında da məlumat verir.
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilən əməli yazı növüdür. O müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə girərkən, hər hansı ictimai, siyasi təşkilata üzv olarkən, rəhbər vəzifəyə irəli çəkilərkən, mükafata təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat verilməsi məqsədilə yazılır.

Yüklə 36,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin