Mövzu 11 Qafqazın çayları və su rejimi. Plan: Xəzər, Azov və Qara dəniz hövzələrinə aid olan çaylar. Qidalanma mənbələri və su rejimi



Yüklə 20,54 Kb.
səhifə1/3
tarix10.05.2022
ölçüsü20,54 Kb.
#57117
  1   2   3
Mövzu 11


Mövzu 11

Qafqazın çayları və su rejimi.

Plan:

1.Xəzər, Azov və Qara dəniz hövzələrinə aid olan çaylar.

2.Qidalanma mənbələri və su rejimi.

3.Əsas çayların axını.

Qafqazın çayları Xəzər, Azov və Qara dənizlərinin hövzələrinə aiddirlər. Ərazinin xeyli hissəsi Xəzrin hövzəsinə aid olsa da (təxminən ümumi ərazinin 70%), illik axımın həcminə görə (56%) Avov - Qara dəniz hövzələri birinci yerdə durur. Böyük Qafqazın əksər çayları öz mənbələrini Suayrıcı və Yan silsilənin qarla örtülü zirvələrindən götürür. Çayları bolsuludur. Çay şəbəkəsinin sıxlığı ( p=L/S) orta hesabla 1,3 - 1,5 km2 təşkil edir. (Soruşmalı, sıxlıq nədir və necə hesablanır). Çayların meyilliyi və düşməsi çox olduğunda iti axınlıdır, yalnız düzən ərazilərin çayları qısa məsafədə gəmiçilik üçün yararlıdır. Bu Kuban çayında 317km, Rionidə-100 km, Kürdə isə 333 km təşkil edir. Böyük Qafqazın çimal yamacının çayları üçün hövzələrinin asimmetrik quruluşa malik olmasıdır. Bu ilk növbədə relyef şəraiti ilə əlaqədardır. Demək olar ki, Kuban çayının mənbəyinə qədər meridional istiqamətdə axsa da sol tərəfdəki qollarının sayı sağdakılara nisbətən xeyli çoxdur. Aşağı enliklərdə onun bir sağ qolu Sunfa qolu vardır. Böyük Qafqazın qərb hissələrinin çayları əsasən Qara dənizin hövzəsinə aiddirlər. Bu ərazilərdə Qafqaz sıra dağları sahilə yaxın yerləşdiyindən əksər çayların hövzələri kiçik, uzunluqları isə 100 km-dən çox olmur. Cənub-şərqə doğru Böyük Qafqaz silsiləsi getdikcə dənizdən aralandığından çayların hövzələri böyüyür və uzunluqları artaraq 300 km-ə çatır. Belə çaylara Rioni, Kodori, İnqurieri və.b göstərmək olar. Çayları bolsuludur, qısa bir məsafədə düşmələri 2000-3000m təşkil edir . Zaqafqaziyanın böyük bir hissəsi Kür hövzəsinə aiddir. Hövzəyə sular isə Böyük Qafqazın cənub yamaclarından (xatırla Azərbaycan ərzisinin cənub yamacı), Kiçik Qafqazın çoxsaylı silsilələrindən, Cavaxet-Qarabağ dağlıq yaylasından (Arazın hövzəsi) yığılıb gəlir. Öz başlanğıcını Böyük Qafqazın cənub yamacından götürən və Kür çayının sol qolları olan çaylar nisbətən bol sulu və yay aylarında belə daimi axarlı çaylardır. Bunlara Böyük Lixa, Araqvi, Mazım-çay, Balakənçay, Katexçay, Daşağılçay, Dəmiraparançay və.b misal göstərmək olar. Kür çayının sağ qolları rütubətlənmə şəraitinin az olduğu ərazilərdən axdığından sol qollara nisbətən az suludurlar. Zaqafqaziya dağlıq yaylası effuziv mənşəli süxurlarla örtülü olduğundan yağan yağıntıların xeyli hissəsi yerin dərin qatlarına sızdığından burada səth axınları çox zəif inkişaf etmşdir.

Qafqazın əsas çayı olan Kür öz başlanğıcını Türkiyə ərazisindən götürür (Allahu-Əkbər dağının (Qızılgədikdağının şimal-şərq yamacından, 2740m). Ümumi uzunluğu 1515 km-dir. Bunun da 906 km-i Azərbaycanın ərazisindədir (Danışmalı! Bozdağ yaxınlığında onun qarşısı kəsilib Mingəçevir su anbarı ya-radılıb. 1959 s=605km2, Yuxarı Qarabağ və Yuxrı Şirvan kanalı).

Qafqaz regionunun şimal hissəs ilə Don çayı axır. Çay öz axınını Rusiya düzənliyindən meşə çöl və çöl zonasının suları hesabına formalaşdırır. Ön Qafqaz düzənliyi ilə axan çayların əksəriyyəti, Eya, Celbas, Sal, Cir, Kaltiva və başqaları öz başlanğıcını Orta Rusiya yüksəkliyindən götürür. Bu çayların axın sürəti çox zəif olduğundan onların vadilərində bataqlıqlara rast gəlinir. Az sulu çaylardır, bəziləri Kor mənsəblidirlər. Ön Qafqaz ən mühüm əkinçilik rayonlarından biri olduğundan bir sıra nisbətən iri çayların üzərində suvarma sistemləri, sututarlar və kanallar inşa olunmuşdur. Belə çaylara Yeqorlık, Kuma, Manıc və başqalarını misal göstərmək olar. Kanallardan: Tersk-Kuma, Hevinno-nusx kanalı, Sağ Yeqorlik, Sol Yeqorlik və.s

Qidalanma mənbələri və su rejimi.


Yüklə 20,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin