Mövzu 15: Mühasibat (maliyyə) hesabatları Plan: Maliyyə hesabatları və balansın əsas elementləri Mənfəət və zərərlər haqqında hesabatlar



Yüklə 21,77 Kb.
səhifə1/3
tarix26.01.2022
ölçüsü21,77 Kb.
#51630
  1   2   3
MÖVZU 15


Mövzu 15: Mühasibat (maliyyə) hesabatları


Plan:
1.Maliyyə hesabatları və balansın əsas elementləri

2. Mənfəət və zərərlər haqqında hesabatlar

3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

4. Kapitalın vəziyyətindəki dəyişmələr haqqında hesabat
1.Maliyyə hesabatları və balansın əsas elementləri
Maliyyə hesabatları istifadəçilərin konkret informasiya tələblərini ödəmək məqsədi ilə tərtib olunmuş ümumi təyinatlı hesabatlardır. Onların təyinatı - istifadəçiyə təqdim edilməsi mümkün olmayan tam informasiyadan maliyyə çıxarışı kimi çıxış etməkdir. Maliyyə hesabatlarının işlənməsi müəssisə tərəfindən qəbul edilmiş uçot siyasətinin prinsip, şərt və qaydalarının əsasında həyata keçirilir.

Maliyyə hesabatlarının xarakterizə edilməsinin mühüm şərtlərini onun hesablanma metologiyası və əməliyyat dövrünun təyini təşkil edir. Belə ki, hesabatda istifadə olunmuş hesablama metologiyası dedikdə müəssisənin aktivlərinin, öhdəliklərinin, gəlir və xərclərinin, kapitalının pul ifadəsində əks etdirilməsi (qiymətləndirilməsi) başa düşülür.

Əməliyyat dövrü dedikdə isə istehsal prosesində istifadə olunan materialların əldə edilməsi ilə onlardan hazırlanmış məhsulun pul vəsaitinə və ya onun ekvivalentinə çevrilməsi anı arasındakı dövr başa düşülməlidir. Bu dövr eyni zamanda (təhlil məqsədi ilə) dövriyyə vəsaitlərinin dövretmə əmsalını da xarakterizə etməyə imkan verir.

Мilli Mühasibat Uçotu Standartları əsasında tərtib edilən maliyyə hesabatlarının məcmusu aşağıdakı formalardan ibarətdir:



    1. Мuhasibat balansı;

    2. Mənfəət və zərərlər hqqında hesabat ;

    3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

    4. Каpitalda dəyişikliklər haqqında hesabat;

    5. Uçot siyasəti və izahlı qeydlər.

Yeni balans hesabatının formalaşmasında əsas üç iqtisadi kateqoriyadan istifadə olunmuşdur: aktiv, kapital və öhdəlik. Bunların araşdırılması hesabatlara maksimum aydınlıq gətirmək imkanı yaradacaq.

Аktiv – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə əldə etməyə imkan verə biləcəyi gözlənilən ehtiyatlardır. Aktivlər həm maddi (məsələn: torpaq, tikili, avadanlıq və s.), həm də qeyri-maddi (lisenziya, nou-hau, ticarət markası və s.), o cümlədən pul və debitor borcları ifadəsində də təzahür edə bilər. Onlar müəssisə balansının aktiv hissəsinin iki bölməsində (uzunmüddətli və qısamüddətli aktivlər sifətilə) 10-24-cü maddələrdə ifadə olunur.

Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin xalis dəyərini ifadə edir. Məsələn: təsərrüfat subyektinin malik olduğu əsas vəsaitlərin maliyyə dəyərləndirilməsi nominal (nizamnamə) kapitalda öz əksini tapır ki, bu da balansın “Kapital” bölməsinin (30-34-cü maddələr) 30-cu maddəsində ifadə edilməlidir.

Öhdəlik – müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların (resursların) kənara axını ilə nəticələnən mövcud borcdur. Öhdəliklərə əyani misal kimi müxtəlif növdən olan kreditor borclarını göstərmək olar. Aktivlər kimi, öhdəliklər də müəssisə balansında uzunmüddətli (40-44-cü maddələr) və qısamüddətli (50-54-cü maddələr) olmaqla iki bölmədə ifadə edilmişdir.

Маliyyə hesabatı ən azı ildə bir dəfə təqdim edilməlidir. Мüstəsna hallarda müəssisənin hesabat tarixi dəyişildikdə və illik maliyyə hesabatı bir ildən artıq və ya daha qısa müddətə təqdim edildikdə müəssisə maliyyə hesabatının əhatə etdiyi dövrü bir ildən fərqlənən hesabat dövründən istifadə edilməsi səbəbini və balans hesabatından başqa qalan bütün hesabatlar və izahlı qeydlər üzrə müqayisəli məbləğlərin müqayisə edilə bilməsi faktını açıqlamalıdır.

1 №-li ММUS-a maliyyə hesabatının tərkibində 1 saylı hesabat forması kimi Mühasibat balansı da daxil edilmişdir. Bazar iqtisadiyyatı şəraitində balansın aktiv və passiv hissələri üzrə maddələrinin məzmunu onu həm daxildə, həm də xaricdə istifadə etməyi imkan verir. Respublikamızda hazırda istifadə olunan balans forması beynəlxalq standartlara uyğun olan netto balans formasıdır.


Yüklə 21,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin