Mövzu 2 Siyasi fikir tarixi Plan Qədim Şərqin siyasi fikir tarixi Qədim Yunanıstanda və Romada siyasi fikir



Yüklə 35,02 Kb.
səhifə1/6
tarix10.04.2023
ölçüsü35,02 Kb.
#95458
  1   2   3   4   5   6
M-2


Mövzu 2 Siyasi fikir tarixi


Plan
1.Qədim Şərqin siyasi fikir tarixi
2.Qədim Yunanıstanda və Romada siyasi fikir
3.İntibah dövrünün siyasi konsepsiyaları
4.Müasir siyasi təlimlər
5. Liberalizm. Konservatizm


Ədəbiyyat
1. Ahu Tunçel. Bir siyaset felsefesi. İstanbul Bilgi İniversiteti, 2010
2. An introduction to modern political philosophy, Lesley A. Jacobs, Prentice-Hall Inc., 1997
3. Аристотел. Политика. Москва, 1911 4. Лавриенко В. Н. Политология. Москва, 2006
5. Mарченко М. Политология. Москва,1999 6. Платон. Госудорство. Сочинения в 3-х томах. Москва, 1971
7. Сиделникова Т. Т., Теминков Д. А., Шарагин И. А. Политология. Москва,1999
8. Локк С. О государственном правлении. И.Ф.П.;2. Москва, 1960
9. Rüstəmov Y. Siyasi-hüquqi təlimlər tarixi. Bakı, 2000
10. Nizamülmülk. Siyasətnamə. B,1989


Qədim Şərqin siyasi fikir tarixi
Qədim Misirdə Siyasi fikir mifik formada təzahür edirdi. İnsanlar hakimiyyətin ilahi mənşəyə malik olduğu qənaətində idi. Misir hökmdarı, həm də Misirin rifahı üçün çalışan Allah hesab edilirdi. Misir hökmdarı Firon milli Allah sayılır və dövlətin bütün funksiyalarını (sahiblik, nəzarət, cəzalandırma, 19 mükafatlandırma, yedizdirmə, müdafiə etmə və s.) həyata keçirirdi.
Mesopotomiyada da (İkiçayarası) siyasi görüşlər mifik xarakter daşıyırdı. Qədim Şumerlərdə Şamaş adlı Allah ədalətin müdafiəçisi sayılırdı. Şumer və Babil hökmdarları, qanunvericiləri öz hakimiyyətlərinin, qanunlarının ilahi xarakter daşıdığını iddia edirdilər. Miladdan öncə III minillikdə İkiçayarası kiçik siyasi vahidlər olan şəhər dövlətlərdən ibarət idi. Bu dövlətlərin iki əsas funksiyası var idi: ölkə daxilində qayda-qanun bərqərar etmək; ölkəni xarici hücumlardan qorumaq.
Qədim Hindistanda miladdan öncə I minillikdə yazılan vedalarda əxlaq və qanun məsələlərinə xüsusi yer ayrılmışdı. Bu hind vedalarında Rita adlanan konsepsiyaya xüsusi önəm verilirdi. Deyilirdi ki, Rita bütün dünyaya nüfuz edən elə qanundur ki, bütün allahlar və insanlar ona tabe olmalıdır. M. ö. V-VI əsrlərdə Hindistanda Buddizm dini meydana gəldi. Şər ilə fəal mübarizə aparmaq bu dinin əsas qayəsi idi. Dünya fəlsəfi fikrinin inkişafına böyük töhvələr verən Buddizm kasta (sinfi təbəqələr) quruluşunun əleyhinə çıxmırdı.
Qədim Çində siyasi fikirlər daosizm, leqizm təlimlərində və böyük mütəfəkkir Konfutsinin mülahizələrində öz əksini tapır. Konfutsi dövləti böyük ailəyə bənzədirdi: yəni kiçik böyüyə tabedir, ancaq münasibətlərdə zorakalıq olmamalıdır. Onun fikrincə cəmiyyət «etika qanunları» ilə idarə olunmalıdır. O göylərin əmrini (taleyi) insanın və təbiətin taleyini müəyyənlişdirən ali mənəvi qüvvə hesab edirdi.

Yüklə 35,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin