Strateji menecment prosesində iştirakçılar (stakeholders)
Strateji planlaşdırmanın rolu
Bazar iqtisadiyyatı şəraitində strateji planlaşdırma və idarəetmə məsələləri böyük aktuallıq kəsb edir. Müəssisənin strateji inkişaf planlarının işlənib hazırlanması menecerlərinin ən ümdə vəzifələrindən biridir.
Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin kon-kretləşdirilməsi, onların vaxt baxımından icrası, resursların bölüş-dürülməsi, perspektiv meyillərin müəyyənləşdirilməsi və fəaliy-yətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Başqa yanaşmaya görə, strateji planlaşdırma təşkilatın missiyasının həyata keçirilməsinə zəmin yaratmaq üçün nəzərdə tutulan spesifik strategiyaların işlənilməsi və reallaşdırılmasını tə-min edən qərarların və fəaliyyətlərin məcmusudur.
P.Loranja görə strateji planlaşdırma prosesi idarəetmə qərar-larının qəbul edilməsinə kömək edən vasitədir, onun məqsədi təşkilatda yeniliklərin tətbiqi və dəyişikliklərin həyata keçirilməsini təmin etməkdir. O, strateji planlaşdırmanı aşağıdakı dörd əsas idarəetmə fəaliyyətindən ibarət olan bir proses kimi təqdim edir:
- ehtiyatların bölüşdürülməsi;
- xarici mühitə adaptasiya (həm xarici əlverişli imkanlara, həm də təhlükələrə adaptasiya, müvafiq alternativləri aşkara çıxarmaqla strategiyanın xarici şəraitə müvafiq şəkildə işlənilməsi);
- daxili koordinasiya (daxili əməliyyatların səmərəli inteqra-siyasına nail olmaq üçün, daxili zəif və güclü cəhətləri əks etdir-mək məqsədilə strateji fəaliyyətin koordinasiyası);
- təşkilati strateji öncəgörmə (keçmiş strateji qərarların öyrə-nilməsi əsasında menecerlərin düşüncələrinin mütəmadi inkişa-fını və deməli onların strateji öncəgörmə qabiliyyətlərinin inkişa-fını təmin edən təşkilatın formalaşdırılması).
Strateji planlaşdırmanın əsas funksiyaları öz məzmununa görə:
müəssisənin əsas problemlərini özündə əks etdirir; daha detallı planlaşdırma və cari qərarların qəbulu üçün çərçivə yaradır; planlaşdırmanın digər növləri ilə müqayisədə daha uzunmüd-dətlidir; müxtəlif dövrlərdə müəssisənin fəaliyyətinə ahənglik və daxili resursların cəlb edilməsi imkanlarını şərtləşdirir. Strateji planlaşdırma prosesinin menecment təcrübəsində özü-nəməxsus ardıcıllığı mövcuddur və onları aşağıdakı kimi sırala-maq olar: məqsədin formalaşması, problemin öyrənilməsi, alter-nativin seçilməsi, planlaşdırma vəzifələrinin irəli sürülməsi, pla-nın hazırlanması, proqnozlaşdırma, qiymətləndirmə, plan qərarla-rının qəbul edilməsi, icraçılara çatdırılması, həyata keçirilməsi və kənarlaşmaların müəyyən edilməsi.
Beləliklə, strateji planlaşdırma prosesi firmanın fəaliyyət xət-tini və məqsədini dəqiqləşdirməyi, fəaliyyət taktikasını, prosedu-rasını və qaydasını hazırlamağı, resursların bölgüsünü, müəssisə-nin strukturunun qiymətləndirilməsini əhatə edir.
Strateji planlaşdırmanın əsasını aşağıdakı beş strateji konsepsiya təşkil edir:
- bazarın seqmentasiyası; - məqsədli bazarların seçilməsi; - bazara çıxış metodlarının seçilməsi; - marketinq metodunun və vasitələrinin seçilməsi; - bazara çıxış müddətinin seçilməsi. Strateji planlaşdırmada firmanın missiyasının müəyyənləş-dirilməsi mühüm rol oynayır. Çünki, strategiya hazırlanarkən və fərqli alternativlər arasında seçim ediləndə mövcud missiya strat-giyaya yol göstərəcəkdir. Firmanın missiyasına uyğun qarşıya qoyulan strateji məqsədin prinsipial sxemi 1 saylı şəkildə əks etdirilmişdir.