Mövzu 4: Bitkidə su mübadiləsi, transpirasiya



Yüklə 27,38 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü27,38 Kb.
#34799
  1   2   3
Bitkidə su mübadiləsi, transpirasiya

Mövzu 4: Bitkidə su mübadiləsi, transpirasiya


Plan

  1. Bitki hüceyrəsi tərəfindən suyun udulmasının əsas qanunauyğunluqları

  2. Suyun bitki orqanizmində hərəkəti

  3. Transpirasiya və onun fizioloji rolu

Su bitki orqanizmindəki hüceyrə toxumalarının əsas tərkib hissəsini təşkil edir. Ali bitkilərin hüceyrə toxumalarının tərkibində 80%- 90%-ə qədər su vardır. Bitkilərin yetişmiş toxumlarında isə suyun miqdarı xeyli az, yəni 13-16% olur. Bitkilərin növündən, yaşayış şəraitindən və s. asılı olaraq onların orqan və toxumlarında müxtəlif miqdarda su olur, həm də bu miqdar tez-tez dəyişir.

Su maddələr mübadiləsi prosesində əvəzedilməz bir maddədir. Bitkinin həm canlı hüceyrələrində, həm də ölü hissələrində (ksilemma) və hüceyrə aralarında olur. O, hüceyrənin qılafında, protoplazmasında və hüceyrə şirəsində maye halında, hüceyrə aralarında olur. Bitkidə su sərbəst və birləşmiş halda olur. Protoplazmanın hidrofil kolloidləri və osmotik aktiv maddələr tərəfindən saxlanan suya birləşmiş su deyilir. Bu su protoplazma mitsellərinin bir-birinə yapışmasına yol vermir və protoplazmanın hidrofil kolloidlərinin strukturunu möhkəmlədir. Birləşmiş su həlledicilik qabiliyyətini itirdiyinə görə bitkidə maddələrin çevrilməsi və hərəkəti prosseslərində fəaliyyət göstərmir. Sərbəst su isə bitkinin bütün həyat proseslərinin getməsində iştirak edən əsas mühiti təşkil edir.




Yüklə 27,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə