Mövzu 5: İnsanın sosiallaşmasına təsir göstərən amillər plan



Yüklə 30,89 Kb.
səhifə1/4
tarix12.10.2022
ölçüsü30,89 Kb.
#64919
  1   2   3   4
mövzu 5
mahmud-mehdiyev-aze

MÖVZU 5: İnsanın sosiallaşmasına təsir göstərən amillər

PLAN:
1. İnsanın sosiallaşmasında amillərin rolu və onların qruplaşdırılması
Meqaamillər
2. Şəxsiyyətin sosiallaşmasında makroamilləri rolu
3. Mezoamiilər və onların sosiallaşmaya təsiri
4. Sosiallaşmada mikroamillərin rolu
5. KİV və onların sosial qrup və şəxsiyyətə təsiri

Ədəbiyyat:
1. İsmixanov M.,Vəliyeva S. Sosial pedaqogika, Bakı,2014
2. Ağayev Ə. və b. Sosial pedaqogika, Bakı, 2008
3. Abbasov A., Əlizadə H. Pedaqogika, Bakı, 2001
4. Abdulov R. Sənin sosial fəallığın, Bakı, 2002
5. Əlizadə H. Tərbiyənin demoqrafik problemləri. Bakı, 1998
6. Əlizadə H. Sosial pedaqogikanın aktual məsələləri, Bakı, 1998

1. İnsanin sosiallaşmasına bir çox amilləri mühüm təsir göstərir. Bunlar qruplaşdırılaraq meqaamillər, makroamillər, mezoamillər və mikroamillər kimi nəzərdən keçirilir.(A.Mudrik.) Hər bir qrupun özünəməxsusluğunu izah etmək üçün bu qrupa daxil olan amilləri təxminən belə təsvir etmək olar:
-meqaamillər- kosmos, planet, dünya.
-makroamillər- ölkə, etnos, cəmiyyət, dövlət;
-mezoamillər- region, şəhər, kənd, qəsəbə;
-mikroamillər- ailə, qonşular, həmyaşıdlar qrupu, tərbiyə təşkilatları.
Kosmos və onun yer planetindəki insanlara təsiri problemləri ta qədimdən, mütəffəkkilərin diqqətini özünə çəkmişdir. Lakin təbiət elmləri nümayəndələrinin böyük əksəriyyəti hələ bu günədək insan həyatının kosmik təsirlərdən asılılığı ideyasına şübhə ilə yanaşırlar. Tarix boyu yaranmış müxtəlif təlim və nəzəriyyələrin müəllifləri və ardıcılları kainatın insan cəmiyyətinin və hər bir insanın həyatına güclü təsir mənbəyi olduğunu israr etmişlər.
Yeni biliklərin toplumu kosmosu məzmunca sosiallaşmanın meqaamili kimi səciyyələndirməyə imkan verir. Şübhə yoxdur ki, yaxın gələcəkdə insanın xarakterinin həyat yolunun kosmik təsirlərdən asılılığı aşkar ediləcək və bu da insanın tərbiyəsinə fərdi yanaşmanın təbii əsaslarından biri olacaqdır.
Planet-astronomik anlayış olub, göy cismi, formaca şara, kürəyə oxşar, günəşdən işıq və istilik alan və elliptik orbitlə onun ətrafında fırlanan mənasını verir. Ən böyük planetlərdən biri də -Yerdə tarixi inkişaf prossesində insanların müxtəlif formalı sosial həyatı yaranmışdır.
Dünya-sosial-siyasi anlam olub bizim planetdə mövcud olan insan birliyi məcmusu mənasını verir.
Planet və dünya üzvi olaraq bir-birilə qarşılıqlı əlaqəli və asılıdır. Dünya-digər planetlərdən fərqli olaraq Yer planetində təbii-iqlim şəraitlərində yaranmış və inkişaf etmişdir. Öz inkişafı prosesində dünya daim planetin vəziyyətinə təsir göstərmişdir. XX yüzillikdə bu təsir daha da qabarıq, qlobal planetar-dünyəvi proses və problemləri yaradaraq: ekoloji (ətraf mühitin və s.çirklənməsi), (ölkə və kontinentlərin inkişaf səviyyəsi arasında olan uyğunsuzluğun artması), demoqrafik(əhalinin hər hansı bir öıkədə nəzarət olunmayan əhali artımı və digər ölkələrdə onların sayının azalması), hərbi-siyasi(regional münasibətlərin sayının və təhlükəsinin artması, nüvə silahının yayılması, siyasi sabitsizlik) kimi özünü büruzə vermişdir.
2.İnsanın sosiallaşmada makroamillərdən ölkə, cəmiyyət və dövlətin rolu böyükdür. Ölkə-coğrafi fenomendir. Bu coğrafi vəziyyətinə, təbii şəraitinə görə ayrılmış, müəyyən sərhədləri olan ərazidir. O, dövlət suverenliyinə malik olur. Başqa ölkələrin rəhbərliyi altında və bir ölkənin ərazisində bir neçə dövlət ola bilir (parçalanmış Almaniya, Çin, Azərbaycan, Koreya.)
Bu və ya digər ölkənin coğrafi və təbii-iqlim şəraiti müxtəlif olub, sakinlərə və onların həyat fəaliyyətinə, əhalinin artımı və sıxlığı birbaşa və bilavasitə təsir göstərir. Coğrafi və iqlim şəraiti ölkənin sakinlərini nəsildən-nəsilə mövcud çətinliklərin qarşısının alınması və ya əməyinin yüngülləşdirilməsinə, həm də ölkənin təsərrüfatının inkişafına məcbur edir. Coğrafi-iqlim şəraitləri ölkənin sakinlərinin sağlamlığına bir çox xəstəliklərin yayılmasına, nəhayət onun sakinlərinin etnik xüsusiyyətlərinin yaranmasına təsir göstərir.
Beləliklə, təbii-iqlim şəraiti ilk əvvəl ölkənin tarixi inkişafını müəyyən edir, lakin burada coğrafi mühit və sosial-iqtisadi proseslər arasındakı asılılıqdan, ölkənin mədəni inkişafından, həm də insanın sosiallaşmasından bir mənalı danışmaq olmaz.
Etnos (və ya millət)-tarixən yaranmış, möhkəm, ümumi mentalitet, milli şüur və xarakter, daimi mədəni xüsusiyyətlər, həmçinin özünün yeganəliyinə mənsub olan insanların məcmusudur. İnsanların etnik mənsubiyyətindən asılı olan psixikanın və davranışın xüsusiyyətləri iki - bioloji və sosial-mədəni təcrübələrdən əmələ gəlir.Əsrlərlə insanlar müəyyən iqlimə uyğunlaşmış, hər bir təbii zona üçün təsərrüfatçılığın özünəməxsus tipini, öz həyat ritmini yaratmışdır.
Etnik mənsubiyyətin bioloji tərtibinin qəbul edilməsi, bir irqin və ya xalqın digərindən üstünlüyü (rasizm, şovinizm, faşizm kimi səslənən) ilə müşaiyət olunmayan etnik fərqlərin dərin əsaslarını göstərir. Həyatda insanların psixika və davranışının sosial-mədəni tərtibi əhəmiyyətli tol oynayır.
Başqa sözlə, etnos, millət-tarixi – sosial- mədəni hadisə yaranma və təzahürdür. İnsanın həyatı boyu sosiallaşmasının amili kimi etnosun rolunu bir tərəfdən inkar etmək, digər tərəfdən – mütləqləşdirmək də olmaz. Bu və ya digər etnosda sosiallaşma özünəməxsus xüsusiyətlərə malikdir.
İnsanın sosiallaşmasına etnomədəni şəraitin təsirini mahiyyət etibarilə mentalitet adlandirmaq qəbul edilmişdir. Mentalitet – dərkolunmaz səviyyədə olan kollektiv təsəvvürlərin toplumu olub, böyük qurup insanlarin etnosna mənsub olan, müəyyən təbii- iqlim və tarixi – mədəni şəraitlərdə formalaşan dərin mənəvi xüsusiyyətdir. Etnosun mentaliteti onun nümayəndələrinə xas olan, ətraf aləmi affektli, praqmatik səviyyələrdə görmək və qəbul etmək üsullarını müəyyən edir. Bununla əlaqədar mentalitet etnosun nümayəndələrinə xas ətraf aləmdə təsir göstərmək üsullarında özünü büruzə verir.
Beləliklə, etnosun mentaliteti onun mədəniyyətinin sabit xüsusiyyətlərində təzahür edərək, onun nümayəndələrinin başlıca olaraq dərin əsaslarla dərk etməsi və həyata münasibətini müəyyən edir. Etnosun mentalitetin insanın sosiallaşmasının bütün sahələrinə, xüsusilə ailənin sosiallaşmasına təsiri böyükdür. Buna aşağıdakı nümunədə açıq-aydın görə bilərik. Azərbaycanda, Özbəkistanda və bir sıra türk dilli xalqlarda Rusiya və Pribaltikadan fərqli olaraq, daha çox valideyn ailəsi gənclər üçün, xüsusilə uşaqların tərbiyəsi üçün nümunədir. Ailə nigah qaydalarında fərq daha böyükdür. Azərbaycanlılardan, özbəklərdə 80%-ə qədəri ailə-nigahda valideynlərin razılığını, boşanmanı isə uşaqlar olduqda mümkünsüzlüyünü hesab edirlər. 80%-ə qədər estoniyalı isə valideynlərin razılığını qeyri-əsas, 50%-i isə ailədə uşaqlar olduqda boşanmanı mümkün hesab edirlər.
Cəmiyyət - əsasən sosialoji-siyasi anlayış olub, ölkədə insanlar arasında bərqərar olmuş sosial münasibətlər toplumunu xarakterizə edir. Tərkibini ailə, sosial yaş, peşə və digər nominal (yalnız adı olan) və real qruplar, o cümlədən dövlət təşkil edir.Cəmiyyət, cinsi-yaş və sosial, iqtisadi, ideoloji və mədəni quruluşları özündə əks etdirən, yəni insanların həyat fəaliyyətinin müəyyən sosial tənzimlənmə üsullarına malik tam orqanizmdir.
Cəmiyyətin sosial quruluşunu müasir Azərbaycan cəmiyyəti əsasında nəzərdən keçirək. Müasir Azərbaycan cəmiyyəti sosial fərqləndirməyə görə çoxsaylı və tərkibinə görə qeyri-sabit, dəyişgən peşə qruplarından ibarətdir. Şərti olaraq bir neçə sosial təbəqələrdə birləşdirmək olar (onların əmlak vəziyyətindən, əmlakın idarə olunmasındakı və müxtəlif səviyyəli idarə quruluşlarındakı iştirakına – yuxarı – siyasi və iqtisadi eliti, yüksək mədəniyyət səviyyəli təbəqəsi) özündə birləşdirən: yuxarı, orta – iri müəssisələrin sahibləri və menecerləri,; orta xırda sahibkarlar, menecerlər, sosial sahələrin inzibati işçiləri, idarəetmə aparatlarının orta dəstəsi, güc strukturuna malik idarə və müəssisə işçiləri; əsaslı – kütləvi ziyalılar, iqtisadi sahədə kütləvi peşə işçiləri; aşağı – dövlət müəssisələrinin qeyri ixtisaslı işçiləri, təqaüdçülər.
Kortəbii sosiallaşma və insanın özünüdəyişməsinə sosial quruluş o dərəcədə təsir göstərir ki, hər bir sosial təbəqə və ayrı-ayrı sosial peşə qrupları burada özünəməxsus həyat tərzini yaşayır. Hər bir sosial təbəqənin həyat tərzi ona aid olan uşaq, yeniyetmə, gənclərin sosiallaşmasına özünəməxsus tərzdə təsir göstərir
Cəmiyyətin iqtisadi inkişaf səviyyəsi böyüməkdə olan nəsillərin sosiallaşmasına təsir edərək, onun üzvlərinin həyat səviyyəsini təmin edə bilir. Həyat tərzi - insanların maddi və mənəvi təlabatlarırın ödənilməsi dərəcəsini səciyyələndirən anlayışdır ki, insanın nifah və xidmətlərin istifadəsindəki kəmiyyət və keyfiyyətində, qidadan başlayaraq yaşayış, geyim istifadəsi uzun müddətli olan əşyalar, hərəkət vasitələri, hətta ən çətin “yüksələn təlabatlarından”, mənəvi, estetik və başqa bu kimi istəklərində özünü əks etdirir. Cəmiyyət iqtisadi cəhətd’n nə qədər çox inkişaf etmiş olarsa, sosiallaşma prosesində insanın inkişafı üçün daha əlverişli imkanlar yaranır.
Dövlət – siyasi-hüquqi anlayışdır. O, cəmiyyətin siyasi sisteminin həlqəsi olub, hakimlik, hökmranlıq vəzifələrinə malikdir. O, özündə cəmiyyətin idarə olunmasını həyata keçirən qarşılıqlı əlaqəli müəssisə və təşkilatların (dövlət aparatı, rəhbər və maliyyə orqanları, məhkəmə və s.) toplumunu əks etdirir. Dövlət bu və ya digər cins-yaş, sosial-peşə, milli-mədəni qruplara aid olan öz vətəndaşlarının nisbətən istiqamətlənmiş sosiallaşmasını həyata keçirir. Əhalinin bu və ya digər qrupunun nisbətən istiqamətlənmiş sosiallaşması dövlət tərəfindən obyektiv surətdə məsələlərin həllində və öz vəzifələrini yerinə yetirməsi prosesində həyata keçirir.
Bir sözlə, dövlət tərəfindən həyata keçirilən əhalinin böyük qrupuna yönələn nisbətən istiqamətlənmiş sosiallaşma, konkret insanlara hətat yolunun seçilməsində, onların inkişafı və özünürealizə etməsində müəyyən şərait yaradır. Dövlət öz vətəndaşlarının az və ya çox dərəcədə sosial cəhətdən nəzarət olunan səmərəli sosiallaşmasınl həyata keçirir ki, bunun üçün müəyyən yaş hədlərini tərbiyə etmək vəzifəsi daşıyan təşkilatlar və şərait yaradaraq, hətta vəzifələrinə aid olmayan təşkilatları da bu və ya digər ölçüdə tərbiyə ilə məşğul olmağa məcbur edir.
Tərbiyə XIX əsrin ortalarından başlayaraq dövlətin ən mühüm vəzifələrindən birinə çevrilmişdir. Dövlət tərbiyəni, sosial sifarişə uyğun, ictimai və dövlət quruluşu ilə müəyyənləşdirilən insanın səmərəli formalaşdırılması üçün təkmilləşdirir. Bunun üçün o, tərbiyə sahəsində müəyyən siyasət hazırlayır və dövlətin tərbiyə sistemini formalaşdırır.
3.İnsanın sosiallaşmasında mezoamillərin də rolu böyükdür. Bunlardan ən əhəmiyyətlisi region, kənd, şəhər və qəsəbədir.
Region – ölkənin bir hissəsi olmaqla, iqtisadi, siyasi və mənəvi həyat ümumiliyinə, ümumi tarixi keçmişə, mədəni və sosial özünəməxsusluğa malik tam sosial-iqtisadi sistemi təmsil edir. Region – insanın sosiallaşması, həyat tərzi normalarının formalaşması, qorunub saxlanması və ötürülməsi, təbii və mədəni zənginliklərinin qorunması və inkişafı baş verən məkandır.
Sosiallaşmaya regional şəraitlərin təsiri müxtəlif olub, regionun xarici xüsusiyyətləri ilə müəyyən edilir. Regionun təbii-coğrafi xüsusiyyətləri onun urbanizasiya dərəcəsini, iqtisadiyyatının xarakterini, əhalinin sayı və sabitlik ölçüsünü müəyyən edərək, sakinlərin sosiallaşmasının müxtəlif sahələrinə onlar vasitəsilə təsir göstərirlər. Iqlim insana, onun səhhəti, iş qabiliyyətinə, psixi vəziyyətinə, ömür müddətinin davamlılığına birbaşa təsir göstərir.

Yüklə 30,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə