Mövzu 5: İnsanın sosiallaşmasına təsir göstərən amillər plan



Yüklə 30,89 Kb.
səhifə2/4
tarix12.10.2022
ölçüsü30,89 Kb.
#64919
1   2   3   4
mövzu 5

Kənd həyat tərzinin də sosiallaşmaya təsiri böyükdür. Çox zaman bu kənd məskunluğunda insanın davranışında sosial nəzarətin çox güclü olması ilə, bağlı olur. Sakinlərin azlığı, onların arsındakı sıxlığı, hamı haqqında hamının hər şeyi bilməsi insan həyatının hər epizodunu ətrafdakılar tərəfindən müzakirə obyektinə çevirə bilər. Bir çox kənd yerlərində sosial nəzarət məzmunca özünəməxsus sosial-psixoloji atmosferlə müəyyən edilir. Bu gün kənd üçün sakinlərin yaşadığı torpağın sahibi olması hisslərindən uzaqlaşması, sərxoşluq və alkoqolizm səciyyəvidir.
Kənd sakinlərinin sosiallaşmasında mühüm rolu daim artmaqda olan şəhərin kəndə təsiri oynayır. Bu təsir şəhərə xas olan, lakin kənd həyatı üçün yabançı olan müəyyən həyat dəyərlərinin kənd sakinləri üçün etalona çevrilməsidir.
Şəhər həyat tərzinin də sosiallaşmasında təsiri danılmazdır. Şəhər-böyük sayda sakinlərin bir yerə yığılması və müəyyən ərazidə əhalinin yüksək sıxlığı; həyat fəaliyyətinin çox yüksək müxtəlifliyi (həm əmək, həm istehsaldan kənar sahələrdə); əhalinin fərqlənən sosial peşə və etnik mədəniyyəti ilə səciyyələnir. Şəhərlər bir sıra ölçülərə görə bir-birindən fərqlənirlər. Şəhər (orta, böyük, nəhəng) bir sıra səciyyələrə malikdir ki, sakinlərinin, xüsusilə böyüməkdə olan gənc nəslin sosiallaşması üçün özünəməxsus şəraitlər yaradır.
Qəsəbə də Azərbaycan respblikası üçün səciyyəvi olan məskunlaşma tipi olaraq öz sakinlərinin sosaillaşmasında xüsusi rol oynayır. Qəsəbə - insanların mütləq və ya nisbi ərazi məhdudluğunda yerləşmə olub : a) kənd həyat tərzindən uzaqlaşmış; b) şəhər həyat tərzinə kök salmamış; c) kiçik şəhərin sakinlərinə xas tarixi ənənələrinin dayaqlarından məhrum olan formasıdır (A.Mudrik)
Son dövrlərdə sosial tərbiyənin bələdiyyə sistemi də xüsusi əhəmiyyət kəsb etməkdədir. Suveren Azərbaycan Respublikasının dövlət quruluşunda son illərdə baş verən islahatlar hakimiyyətin bələdiyyə orqanlarının formalaşmasına böyük yer vermişdir. Bələdiyyə orqanlarının mühüm vəzifələrindən biri tərbiyənin bələdiyyə sistemini yaratmasıdır ki, bu da böyüməkdə olan nəsillərin, həm də böyüklərin konkret sosial şəraitlərdə müsbət sosiallaşmasını təmin edir. Sosial tərbiyənin bələdiyyə sistemi az və ya çox dərəcədə uşaqların, yeniyetmə və gənclərin sosiallaşmasına müsbət təsir göstərir ki, bu da hakimiyyətin bələdiyyə orqanları tərəfindən onun nə qədər şüurlu və məqsədəyönəlmiş surətdə yaradılması və inkişaf etdirilməsi və bu prosesdə yerli əhalinin nə dərəcədə iştirak etməsindən asılıdır.
Sosial tərbiyənin bələdiyyə sisteminin səmərəli fəaliyyəti və inkişafı onunla müəyyən edilir ki, yerli hakimiyyət orqanları ardıcıl və ixtisaslı şəkildə şəhərin, rayonun müsbət və zərərli sosiallaşmasında qabiliyyət və tərbiyəedici imkanlarını necə öyrənir və onun əsasında sosial-pedaqoji cəhətdən nəzərdə tutulan uyğun məqsədləri nə dərəcədə həyata keçirir, qoyulmuş məqsədlərin nailiyyətini necə proqramlaşdırır və təşkil edir, onun təhlillərinə və onun nəticələrinə uyğun tərbiyə sisteminin təshihini aparır.

Yüklə 30,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin