MÖvzu. AİLƏ MÜnasiBƏTLƏRİNİn qender problemləRİ



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix22.07.2017
ölçüsü1,66 Mb.
  1   2

 

 

MÖVZU. AİLƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ 



 

Kişi və qadın insan təbiətinin iki tərəfidir: ağıl (ruh) və hisslər 

Eriqena 

 

Əgər qadında azad olmaq ideyası güslü olarsa onda o, möhkəm iradə və güslü ağıla 

malik olduğunu sübut edə bilər. 

M.Kazımbek 

 

• 

Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur 

• 

Ailə münaqişələrinin səbəbləri. Qender müqaviləsi 

• 

Zorakılıq insan təbiətinin xüsusiyyətlərindən biri kimi 

• 

Ailədə qender münaqişələlərin tənzimlənməsinin əsas üsulları 

 

Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur 

Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan 

münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu, 

insanların yaşadıqları yeridir, yalnız burada onlar özünü yaxşı hiss edir.  

Ailə,  şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş  şəxsiyyət, istərsə  də bütövlükdə 

cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının 

ötürücüsü rolunu oynayır. 

T.Louson və C.Herrod lüğət-sorğu kitabçasında ailəni belə müəyyənləşdirirlər: ailə – «ümumi 

qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün 

adamlardır». (1) 

V.R.Ratnikov «ailə» dedikdə «dəqiq müəyyən edilmiş maraqları  və  məqsədləri olan mini qrupu» 

başa düşür. Ailənin əsas məqsədi – qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə 

bilmək və nəslin davamını təmin etməkdir. (2) 

M.Həsənova Azərbaycan ailəsinə həsr edilmiş tədqiqat işində qeyd edir ki, ailə – qadın və kişinin 

qarşılıqlı meylli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan münasibətləri, 

insanın insana təbii münasibəti kimi də qiymətləndirmək olar. (3) Bir çox tədqiqatçı – alimlərin təsdiq 

etdiyi kimi, ailəni biososial yenidən törəməsi həqiqətən cəmiyyətin  əsas tələbatıdır, ona görə  də 

insanlığın bütün tarixi boyu ailə həmin prosesi təmin edən əsas institut olaraq qalmaqdadır. Jəmiyyətin 

əsas özəyi olmaqla, ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Müasir dünyada ailənin 

üç müxtəlif növü daha geniş yayılmışdır:  

1.  Ər və arvad cütlüyü – övlad və övladsız (nuklear ailə) 

2. Valideynlərdən biri övladları ilə (natamam nuklear ailə) 

3.  Ər və arvad cütlüyü övlad və ya övladsız, ər və arvad valideynləri və başqa qohumları ilə (mürəkkəb 

ailə). 

Nuklear ailə – iki əks cinsə  mənsub yaşlı üzvü və onların himayəsində olan uşaqları ilə  təmsil 



edilmiş ailədir. Bir çox sosioloqlar (xüsusilə funksionalistlər) belə ailə formasını  əsas, ailənin universal 

növü kimi qeyd edirlər (ailə  şəklində yaşayan insan qruplarının tərkibi). Bundan əlavə, funksionistlər, 

xüsusilə də T.Parsons hesab edir ki, nuklear ailə sənaye cəmiyyətində üstünlük təşkil edən daha müvafiq, 

yəni ictimai tələblərə daha çox cavab verən ailə kimi nuklear ailə genişləndirmiş ailəni  əvəz etmişdir. 

Yəni genişləndirilmiş ailədə baza nuklear struktur ya şaquli (məsələn valideynlər, uşaqlar və 

valedeynlərin valideynləri daxil olmaqla) və yaxud da üfüqi (iki və ya daha artıq qardaşlar öz arvadları 

və uşaqları ilə birlikdə yaşayırlar) olaraq tamamlanır və ya genişləndirilir.  

Lakin sosial mənada ailə anlayışı o qədər də aydın deyildir, bunun da səbəbi ailə, qohumluq və ev 

təsərrüfatı arasında dəqiq bölgünün olmamasıdır. Ümumi təsərrüfatı olan ailə ilə geniş  mənada özünü 

ailə hesab edənlərin arasında fərq vardır. Bundan başqa, ailə qarşılıqlı münasibətlərin mənəvi aspektinə 

yönəlmişdir, belə ki, o, eyni zamanda həm sosioloji və həm də bioloji quruluşdur.  

Ailəni zaman keçdikcə əhəmiyyəti dəyişən sosioloji quruluş kimi nəzərdən keçirərkən, alimlər ya 

institusional, ya da qruplaşdırılmış yanaşmanı  əsas götürürlər. Tarixən qrup kimi yaranmış ailə, 


 

 

sivilizasiya təşəkkül tapdığı vaxt sosial ümumiləşdirilmiş xarakter aldı  və, nəhayət, sosial instituta 



çevrildi.  

Müasir ictimai tələblərə  həyat tərzinin, fəaliyyətin uyğun gəlib-gəlməməsinin öyrənilməsi xüsusi 

əhəmiyyət kəsb edən zaman ailəni xüsusi sosial institut kimi edirlər. Sosial institutun modeli gələcək 

dəyişiliklərinin proqramının verilməsi üçün çox vacibdir.  

Sosial institut kimi ailənin cəmiyyətdə tarixi dəyişmələri müxtəlif templərlə baş verirdi. Onun 

inkişafında həm tədricən, həm də sərt dəyişən dövrlərinə rast gəlmək olur. Ailə tədqiqatlarının çətinliyi 

ondadır ki, müxtəlif cəmiyyətlərdə o, siyasət, din, hüquq kimi müxtəlif institutların çox böyük təsiri 

altındadır.  

Alimlər ailənin digər tərəfini də - onun cəmiyyətə,  şəxsiyyətin formalaşmasına, dəyərlər 

istiqamətlərinə, ideallarına, onun mədəni irsə münasibətini və təsirini qeyd edirlər. Bununla bağlı onlar 

ailəni bütün ailə özəkləri tərəfindən yerinə yetirilən və  əsas,  ən vacib mövqe kimi qəbul edilən ailə 

funksiyalarını qeyd edirlər. İlk funksionalistlərdən biri olan C.Mirdok hesab edirdi ki, ailənin əsas cinsi, 

reproduktiv, tərbiyəvi (və ya sosiallaşma), iqtisadi funksiyaları var. Ailənin cinsi funksiyası cinsi meyl 

və onun təmin edilməsinə sosial nəzarətin həyata keçirilməsindədir. Belə  nəzarət, cinsi əlaqələrin 

sərbəstləşməsi üzərinə qoyulur ki, sonuncu ailədə münaqişəyə səbəb olmasın. 

Reproduktiv funksiya həm ailədə uşağın anadan olması ilə ifadə olunur, əlavə olaraq, böyüklərin 

üzərinə  uşağın düzgün böyüməsi ilə bağlı, nigah və ailənin strukturunu tənzimləyən qaydalara riayət 

olunması  məsuliyyəti qoyulur. Bununla uşağın və ümumiyyətlə  cəmiyyətin sağ qalmasına təminat 

verilir.  



Tərbiyəvi funksiya xüsusi əhəmiyyətli hesab edilir, burada cəmiyyətin mədəniyyəti bir nəsildən 

digərinə keçirilməsində müvafiq cəmiyyətin üzvü olan uşağın davranışını  təmin edən proses nəzərdə 

tutulur.  

İqtisadi funksiya kimi ailədə aparılan işlər nəzərdə tutulur. Bir çox sosioloqlar hesab edir ki, 

sənaye cəmiyyətində iqtisadi funksiya bir o qədər istehsala deyil, daha çoz istehlaka çıxarır; yəni birbaşa 

malları hazırlamaqla deyil, malları satın almaqla və onların istifadəsi ilə məşğul olan ailələr. 

Bir çox mənbələrdə ailələrin guya əvvəlki funksiyalarını itirməsi və müvafiq olaraq sosial institut 

kimi mənasının itməsi qeyd edilir. Lakin bir sıra sosioloqlar xüsusilə T.Parsons qeyd edir ki, ailənin qalan 

funksiyaları daha da məxsusiləşir və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb etməyə başlayır.  

Yalnız XX–ci əsrin 70-ci illərində hətta xeyli dərəcədə inkişaf etmiş ailə sosiologiyasında keçmişdə 

olan ailənin strukturu, qohumluq əlaqələr şəbəkəsi, onun digər sosial institutlarla əlaqələri öyrənilməyə 

başlandı. 

Bir institut kimi ailə  təhlilinin öz xüsusiyyətləri vardır, belə ki, qender aspektinin tədqiqatçılarını 

hər şeydən əvvəl kişi və qadınların ailədəki qavranışlarının nümunələri, ailədə artıq qəbul edilmiş rollar, 

nigah-ailə münasibətlərində formal və qeyri-formal normların və sanksiyaların və s. xüsusiyyətləri 

maraqlandırır.  

90-cı illərdə  Qərb sosioloqları ailə  həyatının problemlərini təsvir etmək üçün «həyat yolu» 

konsepsiyasını təqdim etdilər. Burada uşaqlıq asılılığı dövründən başlayaraq və birgə yaşayışın müxtəlif 

formalarının yaranmasına qədər cəmiyyətdə  fərd və qrupların seçdikləri müxtəlif yollar qeyd edilir. 

«Həyat yolu» təhlil edilərkən kişi və ya qadının həyatda bu və ya başqa yolu seçməsinə  təsir edən 

imkanların aşkar edilməsinə səy göstərilmişdir. (4) 

Qender aspektinin tədqiqatçıları nigah münasibətlərinin dörd növünün: 1) qrup nigahının; 2) 

poliqamiyanın (bir kişi və bir neçə qadın); 3) poliandriyanın (bir qadın və bir neçə kişi); 4) 

monoqamiyanın (bir kişi və bir qadın) iki formatda: ömürlük və boşanmanı mümkün hesab edən 

mövcudluğunu qeyd edirlər. 

Hal-hazırda poliandriya, demək olar ki, artıq itmişdir; qrup şəklində nigah yalnız bir neçə qəbilədə 

qalmışdır, poliqamiya çox azalsa da, lakin o milyonlarla islama sitayiş edənlərdə  və minlərlə mormon 

sektalarında qalmışdır, monoqamiya isə genişlənmişdir, lakin ömürlük deyil, bir qayda olaraq 

boşanmalar ilə qalmışdır.  

XX əsrin ortalarında Qərbi və Mərkəzi Avropada erkən evlənmə ilə ilk övladın tez doğulması ilə 

xarakterizə edilən ailə tipi üstünlük təşkil edirdi, bunlardan sonra yenidən artım prosesi dayanırdı və ya 

da da tamamilə  kəsilirdi. Lakin 60-cı illərdən bu stereotip dağılmağa başladı, uşaqsız və ya yalnız bir 

uşağı olan ailələrin sayı, doğuşların arasındakı müddət, nigahdan kənar  əlaqələr çoxaldı. Bütün bunlar 



 

 

ailədəki böhranlı  vəziyyətdən xəbər verirdi. Faktor kimi nigaha girmək müddətinin dəyişdirilməsi, 



doğumun azalması, boşanmaların sayının artması irəli sürülürdü.(5) Belə ki, Azərbaycanda (Azərbaycan 

Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci ilin məlumatları)  1990-cı ildən 2002-ci ilə  qədər 

doğumun səviyyəsi  182989-dan  110715-ə  qədər,  əhalinin təbii artımı  140170-dən 64193-ə  qədər 

azalmışdır. Bir ildə 1 yaşına qədər oğlanlar arasında ölənlərin sayı 793, qızların – 629 nəfərdir. Son illər 

xüsusiləşmiş müəssisələrdə yetim uşaqların sayı artmışdır.  

Bu  əvvəlki tarixi mərhələlərdə inqilabların, müharibələrin, represiyaların nəticəsi kimi qəbul 

olunmasına baxmayaraq, müasir dövrdə bu artıq «digər» «dinc faktorlarla» – valideynlərin asosial 

davranışı, alkoqolizm, narkomaniya ilə, məsuliyyətsizliyin ümumi fonu ilə bağlıdır. Bunların ümumi 

məxrəci isə bizim cəmiyyətin az səmərəli olmasıdır.  

Bəzi alimlər təsdiq edirlər ki, müasir əhalinin ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın 

təsiri altında nə isə yeni, birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji 

tədqiqatlar (həm xarici, həm də yerli) göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, 

maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır.  

Bununla bağlı  fərdin ailədə davranışını nizama salmaqda ailə hüquqlarının imkanları üzərində 

dayanmaq lazımdır. Hüququn bu sahədə imkanlarının iki növü vardır. Birincisi, o mütləq prosedurlarla 

fərdin davranışını tənzimləyir (nigahın qeydə alınması, atalığın müəyyənləşdirilməsi), ikincisi, birbaşa və 

ya bilavasitə qanunun xüsusi qaydalarla müsbət və ya mənfi,  ədalətlə  və ya ədalətsiz qiymətləndirdiyi 

davarınışın bu və ya digər modelini nəzərdə tutur. Bu hüquqi modellər, öz növbəsində  dəyərlərin 

müəyyən sistemlərinə əsaslanır. Fərdlər dəyərlərin şəxsi sistemi ilə harmonik uyğun gələndə bu modeli 

qəbul edir və qavrayırlar.  

Ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin simvoludur: bu qanun, ədalət və hüquq 

dəyrləridir. (6) Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Məcəllədə öz əksini tapmışdır; 

bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahı 

tənzimləyir. (7) Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq 

əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları  bərabərdir». 

Respublikada ailə  və nigah barədə  Məcəlləyə nigah müqaviləsi haqqında  əlavə  qəbul edilmişdir. 

Müqavilədə ər və arvadın mülkiyyəti barədə müqavilə rejimi nəzərdə tutulmuşdur. 

Uşağa qayğı, onları tərbiyə etmək – hər iki valideynin həm hüququ, həm də borcudur. Əslində isə 

uşaqlar barədə bütün məsuliyyət çox vaxt yalnız qadınların üzərinə düşür. Boşanma zamanı  məhkəmə 

valideynlərin hansının uşaqlara daha yaxşı  tərbiyə verməsini nəzərə almaqla həddi-buluğa çatmayan 

uşaqların maraqlarını qorumalıdır. Lakin çox vaxt uşaqlar ana ilə qalır. Bu da öz növbəsində ataların 

hüquqlarının pozulması deməkdir.  

Ölkənin yeni iqtisadi münasibətlərə keçməsi ər və arvadın boşanma zamanı vəzifə və məsuliyyətini 

əhəmiyyətli dərəcədə  dəyişdirmişdir. Rəsmi statistikaya uyğun olaraq uzun illər boyu Azərbaycanda 

nigahın boşanmaya olan nisbəti sabitdir. Belə ki, əgər  1990-cı ildə nigahların sayı 73119 idisə, boşanma 

14040 idi, 1995-ci ildə müvafiq olaraq bu – 43130 və 5669 idi. 2003-cü ildə isə bu rəqəmlər 56091 və 6671 

idi (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2004-cü ilin əvvəlinə olan məlumatından). 

Bütünlükdə postsovet respublikalarının praktiki olaraq hamısının keçirdikləri sosial fəlakətlər 

dövründə ailə institutunda nə baş verir ən aktual sual olub. Bu onunla bağlı idi ki, ailəni həyatın dayağı 

hesab edən hər hansı bir cəmiyyət, ailənin dağılması və ya pozulması mümkünlüyü ilə narahat idi.  

Həm ailə, həm də  cəmiyyət üçün ailə  və  işin bir araya sığması prob-lemi bu gün kəskin olaraq 

qalır. Buradan da kişi və qadınların ixtisaslı  iş yerləri itə  təmin edilməsi, çevik iş qrafikinin müxtəlif 

formalarının yaradılması, ailənin maraqları  nəzərə alınmaqla kişi və qadınların iş vaxtının təşkili, ailəli 

qadınların hüquqlarının qorunması  cəmiyyət üçün heç də yenilik deyildir. Hələ XX əsrin 70-80-ci 

illərində ailə siyasəti çərçivəsində bu hüquqların qorunması üçün xüsusi tədbirlər sistemi hazırlanmışdı. 

Həmin sistemin xüsusiyyətlərindən biri onun yalnız qadınlar üçün olması idi və onun fəaliyyəti «qadının 

ailə-məişət və ixtisası üzrə işini uyğunlaşdırmaq üçün daha əlverişli şəraitin yaradılmasından ibarət idi».  

Ölkələrin bazar iqtisadiyyatına keçidi, qeyri-formal məşğuliyyətin artması ilə müşayiət edilən 

iqtisadi böhran əmək qanunvericiliyində möhkəm yer tutmuş  və qadınların  əməyini nizama salan ailə 

siyasəti ilə bazar münasibətlərinin arasında ziddiyyətin kəskin artmasına səbəb oldu. «İmtiyazlarla 

yüklənmiş» işçi qadınlar iş təklif edən sahibkarlar tərəfindən ikinci dərəcəli işçilər kimi qəbul edilməyə 

başladılar.  



 

 

Alimlər təsdiq edir ki, «ev əməyinin inqilabı  dəyişməsi»  1917-ci il Oktyabr inqilabından sonra 



başlanmışdır. Qadınların hüquq bərabərliyi uğrunda mübarizəsi yalnız kişi və qadın arasında 

qanunvericilik sahəsində bərabərliyin yaranması, onların maksimal dərəcədə ictimai əməyə cəlb edilməsi 

ilə yanaşı ev işlərindən qadınların azad edilməsi də nəzərdə tutulurdu. Bu səviyyənin həyata keçirilməsi 

üçün qadının bütün ailə-məişət vəzifələrinin ictimai istehsala (dövlətə) verilməsi ilə  həyata keçirilməsi 

planlaşdırılırdı. Ev əməyinin dövlətə verilməsi 60-cı illərə qədər ölkənin rəhbərliyinin fikrində idi. Hələ 

Sov.İKP-nin III proqramında (1961-ci il) 1980-ci ildə kommunizm qurulan dövrdə bütün ev işlərinin 

ictimailəşməsi nəzərdə tutulurdu. Həyat fəaliyyətinin bütün sahələrində qadın və kişilərin faktiki 

bərabərliyinə nail olmaq üçün «ikiqat» əmək yüklənməsinin qısaldılması  və ixtisas üzrə  məşğul olan 

qadınların sayının azalması  uğrunda mübarizənin ikinci mərhələsi hesab edilirdi. Əgər  1930-cu ildə 

işləyən ailəli qadın ev işlərinə həftədə 40 saat sərf edirdisə, 1963-cü ildə bu – 29,8 saat idi.  

Bərabər imkanların strategiyasının formalaşmasında mühüm rolu beynəlxalq təşkilatlara, məs. 

Beynəlxalq Əmək Təşkilatına (BƏT) ayrılır. Məs. Beynəlxalq Əmək Təşkilatının «Əməkçi kişi və qadınlar 

üçün bərabər müraciət və bərabər imkanlar haqqında: ailə öhdəlikləri olan işçilər üçün» adlı Konvensiya 

öhdəsində  uşaqları olan kişi və qadınlara aiddir; əgər bu vəzifələr onların, iqtisadi fəaliyyət sahəsində 

irəliləmək, iştirak etmək, hazırlaşmaq, müdaxilə etmək imkanlarını  məhdudlaşdırarsa, onda 

Konvensiyaya uyğun hərəkət etmək lazımdır. Bu konvensiyada əsas o idi ki, kişi və qadınlar üçün 

bərabər hüquq və  bərabər imkanların işlənilməsi çərçivəsində ölkə çalışmalıdır ki, ailə  vəzifələri olan 

şəxslər hüquq pozuntularına məruz qalmadan və  nə  qədər mümkünsə üzvi surətdə peşəsini və ailə 

vəzifələrini uyğunlaşdırmaqla öz hüquqlarını əldə edə bilsinlər.  

Patriarxal-kəndçi quruluşundan sənaye cəmiyyətinə sürətli keçid, qadın  əməyinin ümumilikdə 

proletarlaşması, tarixin bütün sovet dövründə çox ağır yaşayış böhranı ilə müşayiət edilən urbanizasiya, 

sosial siyasətin tədbirlərindən real tələbatların xroniki geri qalması – bütün bu və başqa faktorlar qadını 

və onun ailəsinin reproduktiv davranışına birbaşa təsir edirdi. Kiçik ailəyə olan yönüm analığın müsbət 

dəyərlərinin perspektini durmadan azaldırdı. (8) Eyni zamanda bu da aydındır ki, ailə  fərdə  və bütün 

cəmiyyətə «xeyir və məhəbbət» anlayışları ilə təsir edir. Məhz həmin anlayışlar ailənin əsas funksiyasını 

açır – bu insan nəslinin durmadan artmasıdır.  

 

Ailə münaqişələrinin səbəbləri. Qender müqaviləsi 

Kişilərin təsəvvür etdiyi kimi, ailə münasibətlərinin idealı  çətin  əldə edilir və müasir ailədə 

«münaqişələrə» səbəb olur. Kişilərin  əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya 

işləməməsindən asılı olmayaraq, əsas odur ki, evdə  həmişə rahatlıq və  səliqə olsun; qadının peşəkar 

fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır.  

İndiyə  qədər ailələrdə, o cümlədən azərbaycanlı ailələrində  əməyin  ənənəvi bölgüsü aparılır.  Ər 

pul qazanır – arvad təsərrüfatla məşğul olur, ya da kişiyə – kişi işi, qadına-qadın işi tapılırdı.  

Ev təsərrüfatının təşkilində öz rolunu daha da şişirdərək, kişilər boyunlarına alırlar ki, ev işləri və 

uşaqların tərbiyəsi ilə arvadlara nisbətən əhəmiyyətli dərəcədə az məşğul olurlar. Bu da öz növbəsində, 

ailədə gər-ginlik, müxtəlif rəylik, münaqişələr yaradır.  

Ailə münaqişələri  ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80-85%-ində 

münaqişələr, qalan 15-20%-ində isə müxtəlif səbəblərdən hərc-mərclik baş verir. 

Ailə münasibətlərinin unikallığı, ailədə münaqişələrin yaranması ilə davam etməsinin 

xüsusiyyətlərini şərtləndirməklə, «eyni» zamanda onun bütün üzvlərinin sosial və psixi səhhətinə xüsusi 

olaraq təsir edir.  

Ailə münaqişələri – bir-birinə qarşı qoyulmuş meyllər və görüşlərin toqquşması  əsasında ailə 

üzvləri arasında olan münaqişələr deməkdir. Onların belə münaqişələrin qarşısının alınması  və  həll 

edilməsi zamanı nəzərə alınması vacibdir.  

1. Hər  şeydən  əvvəl ailə münaqişələri xüsusi obyektlərlə seçilir, bunların xüsusiyyəti ailə 

münasibətlərinin unikallığı ilə şərtlənir. Bu münasibətlərin mühüm cəhəti ondan ibarətdir ki, onların 

əsas mahiyyətini həm  şəxsiyyətlərarası, həm də ailənin funksiyasının realizə edilməsi ilə bağlı olan 

hüquqi və mənəvi öhdəliklər təşkil edir.  

2. Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onlardan əhəmiyyətlisi: 

• 

ailə üzvlərinin fəallığının, özünüifadə etməsi azadlığının məhdudlaşdırılması; 



 

 

• 



ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması 

(alkoqolizm, narkomaniya və b.); 

• 

əks maraqların, meyllərin mövcudluğu, ailə üzvlərindən birinin tələbatlarının ödənilməsi 



imkanlarının məhdudluğu (onun özünün nöqteyi-nəzərindən); 

• 

bütünlükdə ailədə qarşılıqlı münasibətlərin avtoritar, sərt tipi.  



• 

çətin həll edilən maddi problemlərin mövcudluğu; 

• 

ər-arvad münasibətlərinə qohumların avtoritar qarışması; 



• 

nigahda partnyorların seksual disharmoniyası və s.  

Ailə münaqişələrinin səbəbini təhlil edərkən mikro - və makroəhatəsinin sosial faktorlarını nəzərə 

almaq vacibdir. Mikroəhatə faktoruna aiddir: ailənin maddi vəziyyətinin pisləşməsi;  ər-arvadın və ya 

onlardan birinin işdə çox məşğul olması,  ər-arvadın normal işlə  təmin edilməməsi; uzun müddət evlə 

təmin edilə bilməməsi, uşaqların uşaq müəssisələrinə düzələ bilməməsi və s. ifadə olunur. 

3. Ailə münaqişələrinin xüsusiyyətləri onların dinamikasında, habelə necə keçməsi formasında ifadə 

olunur bütünlükdə ailə münaqişələrinin dinamikası klassik mərhələlərlə xarakterizə edilir: münaqişə 

situasiyasının yaranması, onun dərk edilməsi, açıq qarşıdurma; münaqişənin həll edilməsi, 

münaqişənin emosional təəssüratı; 

4. Aliə münaqişəsinin xüsusiyyətlərindən biri də budur ki, onların ağır sosial nəticələri ola bilər. Bəzən 

onlar faciə ilə qurtarır, ailə üzvlərinin müxtəlif xəstəliklərə düçar olmasına səbəb olur. Xüsusilə belə 

münaqişələrin uşaqlar üçün ağır nəticələri olur. 

Tədqiqatçı alimlər belə ailə münaqişələrini təhlil edərkən onların aşağıdakı növlərini və səbəblərini 

qeyd edirlər: ailə, valideynlər və  uşaqlar, qohumlar arasında (münaqişənin subyekti); dəyərlər 

münaqişəsi,  təsərrüfat-iqtisadi, mövqe ilə bağlı, seksual; emosional, açıq (münaqişə  tərəflərinin 

davranışı) münaqişələr. 

Ailə münaqişələri, xüsusilə  ər-arvad münaqişəsi təhlil edilərkən, ailənin inkişafında böhranlı 

dövrlərin nəzərə alınması vacibdir; ilk dövr ailə  həyatının birinci ilində müşahidə edilir (nigahların 

ümumi sayının 30%-ini boşanma ehtimalı daşıyır), ikinci dövr uşaqların anadan olması ilə bağlıdır, 

uşağın anadan olması bir çox ailələr üçün ciddi sınaqdır. Ər-arvadın onların valideynlərinin görüşlərinin 

müxtəlif məsələlərdə qarşıdurması mümkündür, o cümlədən uşağın tərbiyəsində, üçüncü dövr ər-

arvadın orta yaş dövrünə təsadüf edir (birgə həyatda 10-15 il olması) bu dövr hisslərin məhdudluğu ilə 

xarakterizə edilir; dördüncü dövr ər-arvadın birgə yaşayışının 18-24-ci illərindən sonra yaranır.  

Ailə böhranının əsas səbəbi, ailədə qadının getdikcə artan emosional asılılığı, ərinin mümkün olan 

dönüklüyü ilə bağlı təəssüratlarıdır.  

Praktiki olaraq bütün ailə münaqişələri qender münaqişələridir, belə ki, ilk növbədə ailə – kişi ilə 

qadın arasında (ərlə arvad arasında) şəxsi münasibətlər deməkdir.  

Şəxslərarası münasibətlər səviyyəsində qender münaqişələri həm ailə, həm də professional 

sferalarda daha geniş yayılmışdır. Ailə münasibətlərini öyrənən tədqiqatçılar, bir qayda olaraq, ailədə 

ərlə arvadın arasında rolların bölüşməsi kimi ailə həyatının əhəmiyyətli göstəricisinə diqqəti cəlb edirlər. 

Çox vaxt ər və arvadın rol davranışı ilə bağlı özünü doğrultmayan arzuları, qender münaqişələrinin 

əsasında durur. 

Qender münaqişələri  əsasən  ənənəvi qadın və kişi rollarının yenidən bölünməsi tələbatı ilə 

yaranmışdır. Bir qayda olaraq kişilərin məqsədi məişətdə ailə münasibətlərinin  ənənəvi tipinin 

müəyyənləşdirilməsidir (qadın ev işlərinin böyük həcmini yerinə yetirir və əgər kişi ona kömək edirsə bu 

«kişi işinin» ənənəvi növlərinin yerinə yetirilməsi olur). Qadınlar çox vaxt ailədə rolların bölünməsində 

eqalitar tipi qəbul edirlər. Bu zaman ailə  vəzifələri kişi və qadın arasında bərabər, ya da yaranan 

situasiyadan asılı olaraq bölünür: ev işlərinin  əsas hissəsini daha çox sərbəst vaxtı olan ailə üzvü öz 

üzərinə götürür.  

Bəzi tədqiqatçılar hesab edirlər ki, qadınlar üçün tipik hesab edilən «iki növ» situasiyasını – 

professional işində və məişətdə – ev işləri «ikinci növbə»-yə müvaifiqdirsə, kəskin şəkil alırsa, bu, qender 

bərabərsizliyinə bir misal kimi qəbul edilə bilər.  

Qadınların hakimiyyət orqanlarında təmsil edilməsinin səviyyəsi qadın həyat fəaliyyətin sferasının 

qadınlar üçün alternativ kimi qəbul edilməsi reallağını  təsdiq edir. Müasir gerçəklikdə bu alternativi 

dəstəklə-yən kifayət qədər faktor vardır: məişət xidməti sferasının ailəyə kömək üçün inkişaf etməməsi; 



 

 

ər və arvad arasında təsərrüfat rollarının qeyri-bərabər bölünməsi: milli mentalitetdə və qadınların sosial 



statusunun qəbul edilməsində patriarxal elementlər və s.  

Qender rollarının yaranmış mütənasibsizliyi, həyat fəaliyyətinin bütün sahələrində qadınların 

mövcud qeyribərabərliyi, ailə  işinin qismətində olması, ümumiyyətlə qadının arxa planda olması 

ideologiyasını tez-tez gizlədir. Sovet zamanı qender modelinin dəyişdirilməsi evin mühafizəkarı olan 

qadından başlayaraq, işləyən qadına doğru qadının statusunu yalnız sosial görüntü səviyyəsində 

dəstəkləyirdi. Dövlətin qeyri-rəsmi olaraq özünəməxsus qender kontraktı mövcuddur, bu zaman formal 

olaraq qadının da kişilərdə olduğu qədər hüququ və azadlıq bərabərliyi vardır, o, istənilən təhsil ala bilir, 

hər işdə işləyə bilir, lakin onun həyatında əsas yer ailə üçün ayrılır.  

İlk dəfə olaraq qender kontraktı anlayışı XX əsrin 90-cı illərində Skandinaviya feminist 

tədqiqatçıları  tərəfindən cinslərarası  və onların dinamikasında dominant tipləri təsvir etmək üçün 

işlədilmişdir. Lakin bu vaxta qədər kontrakt mövzusu ABŞ-da, Böyük Britaniya və Qərbi Avropanın bir 

sıra ölkələrində  işlənilmişdir. Kontrakt qarşılıqlı  fəaliyyət qaydaları kimi, istehsal və  təkrar istehsal 

sahəsində əməyi cinsi əlamətlərinə görə müəyyənləşdirən hüquq və vəzifələr kimi, qadın və kişi arasında 

qarşılıqlı məsul münasibətlər, o cümlədən müxtəlif nəsillər arasındakı münasibətlər kimi təsvir edilir.  

Təkrar istehsal dedikdə  fəaliyyət və qiymətləndirmə, davranış  və hissiyyat, yaşayışa gündəlik 

yardım edilməsi ilə bağlı vəzifələr və münasibətlər nəzərdə tutulur.  

Müasir cəmiyyətdə qender kontraktı kütləvi və qeyri-rəsmi sahələrdə  əməyin bölünməsindən 

asılıdır. Qender kontraktı ilə bağlı, məsələn, ailədə  və ailədən kənarda ev təsərrüfatının və  uşaqlara 

xidmətin kim tərəfindən, kimin hesabına və hansı resurslarla təşkil edilməsini müəyyənləşdirilir:  ər 

tərəfindən yardım alan və işləməyən ana, ər və arvadın əmək haqqı ilə pulun ödənilən muzdla tutulmuş 

işçilər, qohumlar və ya hökumət; 

İngilis tədqiqatiçısı R.Krompton əməyin qender bölgüsünün beş modelini ənənəvi qender 

münasibətləri həddlərin də təsvir edir. Əməyin bölünməsi anlayışı altında pulu ödənilən qayğı  və işlər 

(jarinq wook), yəni təkrar istehsal sferasında fəaliyyət nəzərdə tutulur. İlkin model-yaxşı qavranan ər; 

ənənəvi qender mədəniyyəti üçün xarakterik olan qadın-evdar qadın-qadın subordinasiyasının normativ 

şərtləri deməkdir.  İkinci model iki karyeralı ailədir: burada qadın tam olmayan iş günü işləyir, tam 

olmayan gün ərzində ev təsərrüfatında xidmət edir. Bu modelə görə belə stituasiya yaranır: qadın kütləvi 

sferadakı  işinin qismən məşğulluğunu qeyri-rəsmi işindəki  ənənəvi məsuliyyətlə uyğunlaşdırır. Qadın 

əmək bazarında tam məşğuliyyətə qoşulduqda bu zaman tam hüquqlu iki karyeralı ailə formalaşır 

(qender bölümünün üçüncü və dördüncü modelləri). Bu modellər arasındakı  fərq ondan ibarətdir ki, 

üçüncü modeldə ailə barədə qayğı funksiyasını dövlət öz üzərinə götürür. Dördüncü modeldə – ev 

təsərrüfatında qayğı  və xidmət bazar mexanizmi vasitəsilə  həyata keçirilir. Daha ənənəvivi beşinci 

modeldir, burada qadın və kişi həm haqqı ödənilən işdə, həm də ev işlərində bərabər iştirak edir. (9) 

Skandinaviyada bərabərlik kontraktı  çərçivəsində qender rollarının yeni şərhi dövlət feminizm 

siyasəti ilə, yəni qadınlara münasibətdə qadınları və qadın məsələlərini birləşdirən bərabərlik siyasətinin 

möhkəmlənməsidir.  

Konkret tarixi kontekstlərdə bir-biri ilə yanaşı müxtəlif qender kontrakları mövcuddur, bunlar bir 

yerdə qender sistemini təşkil edir. Qender sistemi altında kişi və qadınlar üçün davranış qaydaları 

nümunələrini işləyib hazırlayan institutlar və sosial qarşılıqlı  fəaliyyət daxil olmaqla çoxsəviyyəli 

fenomen nəzərdə tutulur. Qender sistemi anlayışı qender münasibətlərinin təhlilinin struktur səviyyəsi 

ilə bağlı olur. İlk dəfə cinsqender sisteminin müəyyənləşdirilməsi 70-ci illərin ortalarında antropoloq 

Q.Rubin tərəfindən belə verilmişdir: «cəmiyyətin bioloji seksuallığını insan fəaliyyətinin məhsuluna 

çevirməyə köməklik göstərən mexanizmi dəsti».  

Lakin hazırda tədqiqatlar qender münasibətlərini araşdırarkən, qender qaydalarının daha çevik 

təliminə üstünlük verilir. Qender qaydaları gündəlik, simvolik, ideoloji, institusional səviyyədə müxtəlif 

cəmiyyətlərdə  cəmləşən kişi və qadınlar arasında tarixən qəbul edilmiş hakimiyyət münasibətlərin 

nümunələridir. Bu qaydalar çərçivəsində dominant qender kontraktı mövcuddur, bu kontrakt istehsal və 

təkrar istehsal prosesində kişi və qadıqnların vəziyyətini müəyyənləşdirir. Konkret qender praktikaları 

həyatın nisbətən avtonom sferalarında cəmlənir (qeyri-rəsmi ev təsərrüfatında və intim sferada – seksual 

və kütləvi sahələrdə). 

Beləliklə, qender qaydaları alimlər tərəfindən və postsovet dövründə müxtəlif sosial təbəqələrin 

müxtəlif qender rolunu və statusunu təyin edən qender kontraktlarının cəmi qəbul edilir. 



 

 

Alimlər tərəfindən təsvir edilən qender kontraktları bu gün qəti qəbul edilmiş  və ya bir-birini 



təkzib edən kontraklar deyil. Nəzərdə tutulur ki, işləyən ana kontraktı az təminatlı ailələrdə 

sabitləşmişdir, belə ailələrdə ailəni təmin edə bilməyən kişilərin marginaliziyası yaranır. Yüksək 

təbəqələrdə çox vaxt kişi – ailənin təminaticisi və arvad – evdar qadının kontraktına rast gəlmək olur, 

eyni zamanda belə kontrakt bir sıra fəhlə dairələrində də yayılmışdır. Bu zaman kontrakt işləyən ana və 

ya evdar qadın kimi nəzərdə tutulur. Öz peşəkarlığında müvəffəqiyyət qazanmış qadın işləyən ana 

mövqeyindən  karyerasını artırmağa yönəlmiş qadınların mövqeyinə keçə bilər. Belə qadınlar üçün 

peşəkarlıq cəhətdən özünürealizə maraqları ön palan çəkilir.  

Beləliklə, qender münasibətlərinin müasir dəyişmələri dövlətin məqsədyönlü siyasətinin və siyasi 

debatların nəticəsi deyildir. Onlar daha dəqiq desək, dəyişkən iqtisadi şəraitə  və müxtəlif qrupların 

strategiya hazırlığına qarşı kortəbii adaptasiyasının nəticəsidir.  



 

Zorakılıq insan təbiətinin xüsusiyyətlərindən biri kimi 

Son onilliklər dünyada əhalinin urbanizasiya templərinin, şəhərlərin artması yalnız yaşayış yerləri 

və qidalanma problemlərindən ibarət deyildir. Əsas xüsusiyyət ondan ibarətdir ki, əhali artımı  və 

sosiumun eybəcər  şəklə düşməsi insanların tolerantlığını azaldır, depressiv reaksiyaları, nevrozları, 

aqressiv davranışları artırır. 

Elə bir ölkə, insan qrupları yoxdur ki, onlara zorakılıq toxunmasın. Zorakılığın nümayişi, onun 

haqqında məlumat kütləvi informasiya vasitələrində  aşıb daşır. Zorakılıq hər yerdədir, o iş yerlərində, 

küçələrdə, məktəblərdə, müəssisələrdə mövcuddur. Bu universal zorakılıq cəmiyyətin strukturunu bölür, 

həyat sağlamlıqına və bütün insanların xoşbəxt olması üçün təhlükə yaradır. 

Ümumdünya Səhiyyə  Təşkilatının məlumatlarına  əsasən dünyada hər il 1,6 mln. adam zorakılıq 

nəticəsində həlak olur. Belə ki, hər ölənin payına daha çox yaralanan, zorakılıq nəticəsində fiziki, seksual, 

reproduktiv və psixi xəstəliklər alanlar düşür. 

Bütün dünyada 15 yaşından 44 yaşına qədər ölümlərin vacib səbəbləri sırasında zorakılıq da var; 

kişilərin 14%,  qadınlarınsa 7%-i bu səbəbdən dünyasını dəyişir (2002-ci il). 

Bir çox adamlar öz peşəkar həyatında zorakılıqla rastlaşanda  əziyyət çəkirlər, çünki bu onların 

şəxsi həyatının xoşagəlməz məsələləri ilə bağlıdır. Zorakılıqdan danışmaq mənəviyyatın, ideologiyanın 

və davranış mədəniyyətinin mürəkkəb mövzularına toxunmaq deməkdir. Konkret cəmiyyət və ya qrup 

çərçivəsində yaranmış əsas normalara qarşı gedən deviant davranış adlanır. Sosioloji nöqteyi-nəzərindən 

bu davranışın araşdırılmasının mürəkkəbliyi deviant sosial şərtlərindəndir, yəni elə bir hərəkət yoxdur 

ki, o əvvəldən anormal olmuş, cəmiyyətlərdə  və ya başqa  şəkildə onlar, bütün dövrlərdə bütün 

cəmiyyətlərdə pislənmişlər. Bütün sosial fəaliyyətlər müəyyən qaydalarla idarə olunur, lakin bu qaydalar 

vaxt keçdikcə  dəyişir. Sosioloqlar deviant davranışdan misallar gətirməli olurlar, sonra da şərait 

dəyişdikdə, onları istiqamətinin dəyişilməsi və ya digər  şərhini verməli olurlar. Digər problem ondan 

ibarətdir ki, fərdin ehtimal edilən deviant davranışı  həmişə özlüyündə olduğu kimi müəyyən edilmir, 

belə ki, hərəkətlərin yaranması  şəraiti müşahidəçini bu adamların davranışını  hərtərəfli mühakimə 

etməkdən məhrum edə bilər. 

Təcrübə göstərir ki, zorakı davranışı və onun nəticələrini qabaqlamaq mümkündür. Buna görə də 

zorakılığın mahiyyətini dəqiq müəyyənləşdirmək lazımdır.  Zorakılıq  – son dərəcə mürəkkəb və qeyri-

müəyyən fenomendir. Onun müəyyənləşdirilməsi – onun qısa elmi izahının verilməsi demək deyildir; 

burada hər  şeydən  əvvəl mühakimənin yeridilməsi tələb olunur. İnsan davranışında nəyin qəbul 

edilməsi və ya qəbul edilməməsi barədə təsəvvürü həmin cəmiyyətdə mövcud olan mədəni ölçülərdən 

asılı idi və sosial dəyərlər dəyişdikcə bu ölçülər də dəyişir.  

Bir çox tədqiqatlar vardır ki, onlar kimin tərəfindən və hansı məqsədlə hazırlanmasından asılıdır. 

Zorakılıq – qəsdən özünə, qeyri şəxsə, qrupa, birliklərə qarşı yönəldilmiş fikrin, qüvvələrin, 

hökmranlığın həqiqətən və ya qorxutmaq məqsədi ilə  tətbiq edilməsi nəticəsində  əmələ  gələn bədən 

xəsarəti ilə, ölümlə, psixi travmalarla, inkişafdan qalma və s. ilə müəyyənləşdirilir. Bu tərifə zorakılığın 

şəxsiyyətarası zorakılıq növlərini, habelə suisidial davranışı  və silahlı basqınları özündə  cəmləşdirir. 

Misal üçün, silahlı münaqişə  və müharibələr zamanı  hərbi taktika üsulu kimi, ən eybəcər formalarını 

nümayiş etdirən zorakılıqdan istifadə edilir. Xüsusi olaraq, bunu özündə qadınlar və  uşaqlar (qızlar) 

sınayır. Hərbi münaqişələr zonalarında yerləşən qadınlara qarşı törədilən zorakılıq (seksual əsarət, 



 

 

məcburi hamiləlik, işgəncələr, insanların girov götürülməsi və s.) birbaşa onların və  uşaqların 



hüquqlarının pozulmasıdır. 

Zorakılıq aktlarının mürəkkəbliyi, onların geniş yayımı  və müxtəlifliyi insanlarda çarəsizlik və 

apatiya hissini yaradır. Zorakılığın tipologiyasının yaradılması daha ümumi xüsusiyyətlərinin və 

zorakılığın müxtəlif növlərinin bir-biri ilə əlaqəsinin seçilib ayrılmasına kömək edir. 

Tipologiyada zorakılıq, onun kim tərəfindən kimin üzərində törədilməsindən asılı olaraq, üç 

kateqoriyaya bölünür: özünə qarşı yönəldilmiş zorakılıq,  şəxsiyyətlərarası zorakılıq və kollektiv 

zorakılıq. Zorakılığın bu geniş kateqoriyaları öz tərəfindən daha spesifik qruplara bölünür. Belə ki, özünə 

qarşı yönəldilmiş zorakılığa suisidal davranış  və özü-özünə  xəta yetirmək daxildir. Zorakılığın 

şəxsiyyətlərarası növü iki kateqoriyaya bölünür: ailədə zorakılıq və  tərəf müqabilə münasibətdə 

zorakılıq; sosial qruplarda, evdən kənarda zorakılıq. Zorakılığın kollektiv formasına siyasi, iqtsiadi və ya 

sosial məqsədləri  əldə etmək məqsədilə müəyyən bir qrupun və ya şəxslərin  əleyhinə  hər-hansı bir 

qrupun əlində zorakılığın bir alətə çevrilməsi halları daxildir.  

Həmin tipologiya fiziki, seksual, psixoloji və s. zorakılıq aktlarının təbiətinə  də aiddir. Bundan 

əlavə, tipologiya zorakılığın baş verdiyi yeri, cinayətkar və onun qurbanı arasında, kollektiv zorakılıq 

hallarında isə onun təxmin edilən səbəblərini nəzərə alır. 

Zorakılığın ölçüsü bir çox problemlərlə bağlıdır. dünyanın müxtəlif ölkələrində informasiya 

sistemləri inkişafın müxtəlif mərhələlərindədir, ona görə  də alınmış informasiyanın tam olması, 

keyfiyyəti, etibarlılığı  və  dəyərli olması ilə çox fərqlənir. Bir çox zorakılıq aktları heç qeydiyyatdan 

keçmir, çünki onlar hökumətə heç çatdırılmır. Belə ki, hər il ölüm halları haqqında demək olar ki, yarıya 

qədəri özünəqəsd, üçdə biri – qətllər, beşdə biri hərbi münaqişələrin nəticəsində baş vermiş ölümlərdir 

(WHO Global Burden of Disease procejt for 2000, version 1). 

Bütün qətllərin dörddə üçü kişilərin payına düşür, bu da qadınlara aid olan göstəricidən üç dəfə 

çoxdur.  100 min nəfər adama – 19,4 ölüm kişilərdə  (15-29 yaş arasında), qalınlarda  ən yüksək anadan 

olduqları dövrdə – 4,8, sonra isə 45 yaşdan yuxarı – 4,5 nəfərdir.  

Ən çox intihar halları  (100 min nəfərə 44,9 hal) 60 yaşdan yuxarı olan kişilərdə müşahidə edilir, 

həmin yaşda olan qadınlarda isə bu göstərici 22,1 haldır.  Əldə edilən məlumata görə, Azərbaycanda 

kişilər tərəfindən qəsdən öldürülmə hallarının törədilməsi  100 min nəfərə 5,8 hal təşkil edir; intihar 

halları – kişilərdə 1,1, qadınlarda – 0,3 (Azerbaican Human Development Reports 1996-2000) (UNDP). 

Rəsmi statistika zorla öldürülmə hadisələrini qeyd edə bilmir. Onlardan çoxunun xüsusilə 

qadınların, uşaqların və qocaların ölümünü xəstələnmə və başqa təbii səbəblərdə görürlər. 

Ailədə, tərəfmüqabilləri arasında zorakılıq bütün ölkələr, mədəniyyətlərdə  və  cəmiyyətin 

təbəqələrində mövcuddur. Fiziki təcavüzkarlıqa (döyülmə)  əlavə olaraq, tərəf müqabilinə münasibətdə 

aqressiya zorakı cinsi əlaqədə  və seksual əlaqəyə  məcbur etmənin digər formalarında partnyora şərt 

psixoloji təsirdə (qorxutmaq və  ya  alçaltmaq)  və ya onun hərəkətləri üzərində  nəzarətin qoyulmasında 

(ailə üzvlərindən və dostlardan təcrid edilmə, informasiya və ya köməklik alınmasına qadağa 

qoyulmasında) təzahür edir. 

Qadınlar öz kişi tərəfmüqabilinə qarşı aqressiv olduğu və zorakılıq eyni cinsdən olan 

tərəfmüqabilləri arasında mövcud olduğu halda belə zorakılığın  əsas ağırlığı kişilərin  əlində olan 

qadınların üzərinə düşür. Məhz qadınlar əhalinin ən incidilmiş hissəsi hesab edilir; onlara münasibətdə 

həyata keçirilən zorakılıq – bu tarixən davam edən kişi və qadın arasında olan qeyri-bərabər 

münasibətlərdən irəli gəlir. Bütün dünyada aparılan tədqiqatların nəticələri göstərir ki, qadınların verdiyi 

məlumata görə onların 10-69%-nə qədəri ömrünün bu və ya başqa vaxtında kişi tərəfmüqabili tərəfindən 

fiziki zorakılığa məruz qalmışlar.  

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kişilərin qadınlar üzərində 

hakimliyinin sosial modeli üstünlük təşkil edir və müvafiq olaraq burada qadınlar zorakılığa məruz 

qalırlar. Müxtəlif vaxtlarda ictimai təşkilatlar tərəfindən aparılan sosioloji tədqiqatlar bunu təsdiqləyir.  

BMTPR-nın «Qender inkişafda» layihəsi çərçivəsində  19-60 yaşında qadınlar arasında sorğu 

aparılmışdır. Respondent qadınlardan 37%-i zorakılığın olması faktını qeyd etmişlər. Onlardan 58%-i 

ailədə, 32%-i öz ailələrində (ata evində), 10%-i ictimai həyatda (işdə, küçədə) baş vermişdir.  

Azərbaycan Sosioloji Assosiasiyası tərəfindən 2001-ci ildə aparılan sosioloji tədqiqatlar nəticəsində 

məlum oldu ki, sorğu iştirakçısı olan 2013 qadından yalnız 37%-i demişdir ki, onlara heç vaxt seksual 

qəsd edilmə-yibdir. 13% etiraf etmişlər ki, onlara açıq seksual qəsd edilibdir – 55%-ni iş sahibkarı, 35%-ni 



 

 

işdəki həmkarları, 26%-ni tanış olmayan şəxslər,  15%-ni atalığı, 9%-ni qaynatası etmişdir. Beləliklə, 



qadınlara çox vaxt əri və onun qohumları, onun ailə üzvləri tərəfindən və anadan olduğu ailədə zorakılıq 

edilir. (10) 

Bütünlükdə ailədə zorakılıq deyərkən adətən ər (arvad) və ya partnyor tərəfindən baş verən fiziki 

təsir nəzərdə tutulur, eyni zamanda bu, böyüklər tərəfindən uşaqlara edilən fiziki təsirlərə də aid edilə 

bilər. 

Feministlər təsdiq edirlər ki, ailədə zorakılığın, qadınlara münasibətdə ev zorakılığının kökləri 



həyatın patriarxal quruluşunda idi, bu quruluşda kişilərə qadınlar üzərində  hakimiyyət verilmişdi. 

Qadından itaətkarlıq gözlənilir, çox zaman qadın özü mənəvi cəhətdən tabe rolunu yerinə yetirməyə 

hazırdır.  

Hüquq mühafizəsi orqanlarının qeyri-effektiv fəaliyyəti, zorakılığın qurbanlarını qorumalı olan 

sosial institutların olmaması, zorakılıq faktlarının kütləvi müzakirəsinin qadınlar tərəfindən təkidlə rədd 

edliməsi, qadınların hüquq mühafizəsi orqanlarına müraciət etməkdən çəkindirir.  

Bunlar ev zorakılığı zamanı ailədaxili zorakılığını adi hadisə kimi qəbul edən qadınların özlərinin 

qorxu və imkansızlığı ilə daha da dərinləşir.  

Azərbaycan Respublikası Jinayət Məcəlləsinin  109-cu maddəsinə görə zorlamaya, o cümlədən 

arvadın  əri tərəfindən zorlanmasına görə  cəza verilməsi nəzərdə tutulmamışdır, bu fakta görə statistik 

məlumatlar çox vaxt açıqlanmır. Respublikada ev, məişət zorakılığı barədə qanuverici akt qəbul 

edilməmişdir, məhkəmə orqanlarında zorakılığı  xüsusi  hal  kimi  məhkəmə icraatına qəbul edilmir. 

Nəticədə, ailədə qadına qarşı olan zorakılıq çox vaxt nə cəmiyyət, nə də ailə tərəfindən nəzərə alınmır.  

1993-cü ilin dekabrında BMT-nin Baş Assambleyası qadınlara münasibətdə zorakılığın ləğvi barədə 

Deklarasiyanı  qəbul etdi. Bu deklarasiya qadınlara münasibətdə bilavasitə  və bütünlüklə zorakılıq 

məsələlərinə həsr edilmiş insan hüquqları sahəsində ilk beynəlxalq sənəd olmuşdur. Bu sənəddə təsdiq 

edilir ki, qadınlara münasibətdə baş verən zorakılıq qadınların hüquq və  əsas azadlıqlarının həll 

edilməsindən, eyni zamanda bu hüquqlardan və azadlıqlardan istifadə zamanı qarşıya çıxan 

maneələrdən ibarətdir. Bir çox ölkələr kimi Azərbaycan da bu Deklarasiyanı imzalamışdır. Bu sənədin 

Əsasnaməsinin müvafiq qanunvericilik aktlarına daxil edilməsi qalmışdır və əsas odur ki, qadınlara qarşı 

zorakılığın qarşısının alınması üzrə bütün beynəlxalq birliklər tərəfindən qəbul edilmiş prinsiplərin 

həyata keçirilməsinə köməklik göstərilsin. (11) 

Bir çox elmlərin içində müxalifəti və inkar etməni dəf edərək son illər zorakılığın və qender 

münasibətlərinin tədqiqat sahəsi artıq müəyyənləşmişdir. Hazırda zorakılıq normal həyatda nisbətən 

təcrid olunmuş hadisə kimi səciyyələndirilir.  Əgər zorakılıq qenderlə fundamental uyğun gələrsə, o 

zaman qadın tədqiqatçılarının bir hissəsi zorakılığın nəzəriyyəsinin mərkəzinə keçirilməsini nəzərdə 

tutur.  

Hamıya məlumdur ki, hakimiyyət hökmranlıq və tabelik faktoru sosial fəallığı  və  şəraitin bütün 

növlərinə daxildir. Lakin zorakılıq həmişə qender əsasında hakimiyyətin forması kimi qiymətləndirilmir. 

Ona görə də alimlərin, tədqiqatçıların bir hissəsi zorakılığın «qender əsasında ixtisaslaşmış hakimiyyət» 

kimi başa düşülməsini təkid edirlər. Qender hakimiyyətinin qurulması köməkliyi ilə zorakılıq həm 

fərdlər arasında, həm də institusional səviyyədə  təhlil edilir. Tarixi və müqayisə  təhlili göstərir ki, 

patriarxal cəmiyyət daxilində kişi və qadın hakimiyyətindən qadın üzərində  nəzarətin bir forması kimi 

istifadə edilməsi hüquqi, siyasi və iqtisadi hakimiyyət tərəfindən dəstəklənir.  

Qadınları pullu əmək bazarından haqqı ödənilməyən ev təsərrüfatı sisteminə həmişə sıxışdırmışlar 

və hazırda da sıxışdırırlar, müxtəlif vasitələrlə hakimiyyət mövqeyindən, ailədən kənar statusdan 

kənarlaşdırırlar. Mədəni  ərazilər və insanlar qadınların nigahda subordinasiyalı rolunu dəstəkləyir və 

təsdiq edir. Bu rol sosiallaşma prosesinə həm kişilərin həm də qadınların özləri tərəfindən qəbul edilir. 

Beləliklə, sosial ierarxiya qender üzrə ixtisaslaşdırılmış kimi nəzərdən keçirilir.  

Zorakılığa qender yanaşması qender üzrə ixtisaslaşmış zorakılığı hakimiyyətin təhlilində  əsas 

etmişdir. Digər tərəfdən, qadınlar arasında, qadının kişi üzərində zorakılığ kimi qeyri-tipik zorakılığa 

maraq artmışdır. Göstərilən məsələ  həm sosial elmlərin müxtəlif nəzəri istiqamətləri, həm də feminizm 

daxilində müxtəlif istiqamətlərin arasında müasir nəzəri mübahisələrə səbəb olmuşdur.  

Qender zorakılığı qadınlara münasibətdə hüquq pozulmalarının bütün növlərinə aiddir. 

Zorakılığın bütün fiziki və psixoloji forması qadınların imkanların onların qeyri-ənənəvi davranışları 


 

 

üzərində nəzarəti məhdudlaşdırır. Ona görə də zorakılığa qarşı mübarizə qadınlara münasibətdə hüquq 



pozulmalarının bütün formalarının aradan qaldırılması üzrə qlobal proqramın bir hissəsidir.  

Bütün dünyada qadınlara qarşı zorakılıq elə miqyas almışdır ki, BMT 25 noyabr Beynəlxalq 

«Qadınlara qarşı zorakılıqla mübarizə» günü elan etmişdir.  

2003-cü ildə, bu günə həsr olunmuş müraciətində BMT-nin Baş katibi Kofi Annan qeyd etmişdir ki, 

«qadınlar üzərində zorakılıq hallarının ləğvi uğrunda Beynəlxalq mübarizə günü, gündəlik həyatında 

zorakılıq və suniistifadəetmə halları üzündən əhvalı pozulan yer özündəki çoxsaylı qadınlar adından fəal 

hərəkətlərə olan bir çağırışdır. Qadın üzərində zorakılıq, görünür ki, insan hüquqlarının pozulmasının ən 

biabırçı halıdır. Bu, davam edənə  qədər, hüquq bərabərliyi, inkişafı  və sülhün təmin edilməsinə real 

irəliləyişdən danışmaq olmaz. 

«Bütün dünyada hər üç qadından biri ömründə bir dəfə olsa da zorlanır, döyülür, seksə vadar 

edilir və ya da zorakılığın başqa formalarına məruz qalır. Qadın üzərində zorakılıq QİÇS və ya malyariya 

kimi epidemiya xarakteri almışdır. Lakin cəmiyyət bütünlükdə problemin ciddiliyini başa duşmür. 

Şübhəsiz, bu sahədə işləyənlərin əməyi öz bəhrəsini verir. Lakin biz işimizi başlayan müddətdən etibarən 

qadınlar heç də zorakılıqdan daha çox müdafiə edilməmişlər. Ona görə  də qadınlar üzərində zorakılıq 

davam edir, həm də, görünür ki, elə əvvəlki ölçülərdə davam edir. Javab sadə görünür, lakin onun həlli 

mürəkkəbdir: qadın və kişilərin bərabərsizliyi qadınlara qarşı zorakılığa səbəb olur, onun hakimiyyətdə 

yaratdığı disbalansına isə üstün gəlmək asan deyildir…» – bu BMT-nin (YUNİFEM) Qadın inkişaf 

fondunun  İcraçı direktoru Noymen Xeyzerin Beynəlxalq «qadına münasibətdə zorakılığa qarşı 

mübarizə» gününə göndərdiyi müraciətindən bir hissəsidir. Bu onu göstərir ki, bütün dünyanı qadınları 

fiziki və emosional rahatlığını iddiadan, azad həyat uğrunda, qadınlara münasibətdə zorakılığın 

tamamilə aradan qaldırılması uğrunda mübarizəni davam edir. 

 

Ailədə qender münaqişələlərin tənzimlənməsinin əsas üsulları 

Ailədə qender münaqişələrinin həll edilməsi və qarşısının alınması bu münaqişələrin tənzim və 

idarə edilməsi üzrə fəaliyyətin əsas növləri kimi nəzərdən keçirmək lazımdır.  

Aliə münaqişələrinin qarşısının alınmasının  əsas yolları münaqişəin qarşıdurmanın potensial 

subyektlərindən asılıdır.  Ədəbiyyatda konkret hər hadisə üçün ayrıca məsləhətlər verilir. Ailənin 

inkişafının sosial-psixoloji qanunauyğunluqlarından yaranan ailə münaqişələrinin  ən ümumi yollarının 

üzərində dayanaq: belə yollar aşağıdakılardır: psixoloji-pedaqoji mədəniyyətin, ailə münasibətlərinin 

əsasları üzrə biliklərinin formalaşması; uşaqşların fərdi-psixoloji və yaş xüsusiyyətləri, habelə emosional 

vəziyyətləri nəzərə almaqla, onların tərbiyə edilməsi; tam hüquqlu əsaslarla ailənin təşkili, ailə qanun-

qaydaları və ailə ənənələrinin formalaşması, bir-biri ilə davranış mədəniyyətinin formalaşması; 

Ailə münaqişəninin həll edilməsi - mübahisəli məsələlər üzrə razılığın (konsensusun) əldə edilməsi 

üçün  ən  əlverişli variantıdır. Lakin münaqişələrin qeyri-konstruktiv həll edilməsinin (uşaqların ailədən 

getməsi, valideynlik hüququndan məhrum edilməsi və s.) başqa yolları da vardır.  

Ər-arvad üçün münaqişəin həll edilməsinin xüsusi forması boşanmadır. Bir çoxları üçün boşanma 

yığılıb qalmış problemlərdən, fikir ayrılığı  və  tərəflərin biri-birini başa düşməməsindən azad olmaq 

deməkdir. Lakin boşanma çox vaxt tərəflərin yalnız birinin maraqlarını yerinə yetirir və digər tərəfdə ağır 

sinir-psixi təəssüratı yaradır.  

Bundan  əlavə, boşanma nəticəsində  cəmiyyət natamam ailəni  əldə edir, bu isə öz növbəsində 

uşaqlarda cinayətkarlıq, narkomaniya və deviant davranışın formalaşmasına səbəb ola bilər.  

Uzun yaranma tarixi olan boşanma  problemi  bu  gün  cəmiyyət üçün aktualdır. Bu problemin 

tədqiqatçısı tanınmış Amerika sosioloqu P.Boxannanın fikrincə bu mürəkkəb sosial fenomen olmaqla, 

eyni zamanda mürəkkəb fərdi dərddir. Buna, başlanğıcı ailədə  əmələ  gəlmiş münaqişə  şəraitində 

yaranan və sonu nigahın pozulması ilə başa çatan proses olduğuna kimi baxmaq lazımdır. 

Vaxtı ilə keçmiş SSRİ-də  həyat anlayışının klişelənmiş totialitarizm normativlərinin təsiri altında 

elmi ədəbiyyat bütünlüklə nigahın sabitləşdirilməsi məsələləri üzərində cəmləmişdi. Belə ki, hətta 80-ci 

illərdə boşanma ailənin cəmiyyətdən kənarlaşdırılması əlaməti kimi qiymətləndirilir ki, boşanma sayının 

artması sərxoşluğun, fahişəliyin və qeyri sosial hadisələrin artması ilə bir sıraya qoyulurdu. Lakin tarixi 

mənbələrin təhlili göstərir ki, nigahın pozulmamasının prinsipi praktiki olaraq heç vaxt və heç yerdə tam 

şəkildə qoyulmamışdır. Boşanma indi də ailə  həyatının qəbul edilmiş qaydalarının qorunmasını  təmin 


 

 

edən mexanizm olaraq qalır, onlar pozulduqda, onları korrektə edən rol oynayır,  ər-arvadın optimal 



seçimini təmin edir.  

Ailə psixoterapiyası üzrə böyük Amerika mütəxəssisi Karl Vitaker hesab edir ki, boşanma 

ümumiyyətlə  mənasızdır. Sadəcə olaraq (bu heç də asan deyildir) həmişə münasibətləri tənzimləmək 

lazımdır, bu, onları  çıxılmaz vəziyyətlərdən çıxarır, münaqişələr enercisini hər iki tərəfi qarşılıqlı 

günahlandırma və boşanmaya deyil, şəxsi inkişafa yönəldir.  

Əks təqdirdə münasibətlərin bütün enerjisi, onların yaratdığı müdriklik, bütün təcrübələr sonda 

biri-birini günahlandırmağla, günahı və məsuliyyəti o biri tərəfin üzərinə yıxmaqla nəticələnir.  

Ailədə qender münasibətlərini tənzim etmək üçün ilk növbədə özünün xasiyyəti və temperamenti 

idarə etməyi, güzəştə getməyi, ailənin hər üzvünün azadlığını, hüququnu pozmamağı bacarmaq 

lazımdır.  Şəxsiyyətin özünün xasiyyət və temperamentini müvəffəqiyyətlə idarə etməsindən onun 

inkişafı, bir pillədən digərinə qalxması, daha yüksək keyfiyyətli səviyyəyə çatması asılıdır. Rus psixoloqu 

D.A.Leontyev «Şəxsiyyətin psixologiyası» oçerkində yazır: «İnkişaf etmiş yetkin şəxsiyyət öz xasiyyətini 

idarə edə bilir və özünün ifadə hallarını nəzarət atında saxlamağa qadirdir». 

Qender ailə münaqişələri həmişə  ağır neqativ emosional vəziyyəti yaradır, ona görə  də onların 

qarşısını almaq lazımdır. Psrixoloqlar və konfliktoloqlar kişi və qadınların davranışının müxtəlif 

variantlarını xüsusi qeyd edirlər:  

• 

münaqişəyə qoşulmamaq, münaqişəni yaradan tərəfin öz fikrini tam demək üçün şərait yaratmaq; 



• 

münasibətlərdə üstünlüyə yönəlmiş  hər cür iddianın qarşısı alınmalıdır, qarşı  tərəfi alçaltmaqla 

özünü yüksəltməyə çalışmamaq; 

• 

qüsurları öz yaxınlarında deyil, özündə axtarmaq;  



• 

münaqişənin aradan qaldırılması yolundakı qüvvəni öz yaxın adamının üzərində  qələbəyə deyil, 

yaranmış situasiyanın birgə həll edilməsinə yönəltmək lazımdır;  

• 

hər məsləhətə qulaq asmaq lazımdır, lakin yadda saxlamaq lazımdır ki, həyatda məsləhətlərlə deyil, 



sizin şikayətləndiyiniz adamla yaşamaq lazımdır.  

Sosioloq alimlər güman edirdər ki, ailənin inkişaf etməsi və kamilləşməsi üçün prosesləri başa 

düşən və onları  dəyişdirməyə  əsaslanan dövlətin fəal ailə siyasətinin olması vacibdir. Onlar müasir 

şəraitdə ailə siyasətinin bir neçə əsas prinsiplərini işləmişlər.  




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə