Mövzu beynəlxalq şİRKƏTLƏRİn xariCİ bazara inteqrasiyanin təŞKİlati formalari, onlarin xarakteri VƏ XÜsusiYYƏTLƏRİ


“yumşaq” inteqrasiya formaların xarakteri və xüsusiyyətləri



Yüklə 74,69 Kb.
səhifə7/18
tarix02.01.2022
ölçüsü74,69 Kb.
#35398
1   2   3   4   5   6   7   8   9   10   ...   18
movzu 4
Entomologiya fənnindən mühazirələ Dos.əvəzi İsmayıl-zadə Nəzakət və Məmmədov Vüsal
3. “yumşaq” inteqrasiya formaların xarakteri və xüsusiyyətləri

Konsorsium

Konsorsium (lat. consortium — ortaqlıq, cəmiyyət) — əsas məqsədi sahibkarlıq fəaliyyətinin koordinasiyası olan iqtisadi cəhətdən müstə­qil olan firmaların müvəqqəti ittifaqıdır

Konsorsium son zamanlar inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir qayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər. Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar.

Əsas xüsusiyyətlər kimi aşağıdakıları göstərilə bilər:

-konsorsium təşkilatı razılaşma əsasında yaranır

- həm hüquqi həm fiziki şəxs kimi yaradıla bilər. Hüquqi şəxs kimi təşkilati-hüquqi forması Səhmdar cəmiyyətidir və yaxud təsərrüfat cəmiyyətin digər növü kimi ola bilər.

- bir qayda olaraq konsorsium daxilində iri olmayan apparat(məsələn konsorsiumun direktorlar şurası) istisna olmaqla heç bir təşkilati struktur formalaşmır.

-çox zaman gəlirsiz təşkiat kimi fəaliyyət göstərirlər

-konsorsiumun yaranma məqsədi əsasən öz əsas fəaliyyət sahəsində, iri elm və kapitaltutmlu layihələrin (həmçinin beynəlxalq layihələrin) yaxud səhmlərin yerləşdirilməsi üçün iri maliyyə əməliyyatların birgə həyata keçirilməsi üçün səylərinin birləşməsidir.

-bir neçə layihələrin reallaşdırılmasınd iştirak etdikləri üçün şirkətlər eyni zamanda bir neçə konsorsiumların tərkibinə daxil ola bilərlər

-baxmayaraq ki konsorsium iştirakçıları öz hüquqi və təsərrüfat müstəqilliyini itirmirlər şirkətlərin belə inteqrasiya forması hüquqi məsuliyyətə malik olanların bütün üstünlüklərindən istifadə edə bilirlər.

Çox vaxt elə şirkətlər yataqların işənməsi üçün yaradılır. Məsələn British Petrolem, Shell, Amoco, Turish Petroleum, Chevron kimi şirkətlər Azərbaycnın dövlət neft şirkətilə və rusiyanın SC “Lukoyl” şirkətilə Xəzər dənizindəki Azəri Çıraq da neft yataqlarıının işlənməsi üçün yaranan konsorsiumu misal çəkmək olar.

Konsorsiumlar bir neçə bank, istehsal şirkətləri, elmi mərkəzləri, dövlət strukturları tərəfindən yaradıla bilər. İştirakçıların texniki və komersiya rəqabətqabiliyyətliliiklərinin atırılması məqsədilə yaranırlar.

Konsorsiumlar açıq və qapalı olurlar.

Qapalı konsorsiumda sifarişçi-şirkət iştirakçıların hər biri ilə ayrılıqda müqavilə-kontrakt bağlayır. Açıq kosorsiumda isə şirkətin məqsədlərinə dair bütün iştirakçılar ümumi liderə tabe olurlar və öz iştirak paylarına görə solidar məsuliyyət daşıyırlar. Lider bütün iştirakçıları birgə fəaliyyətini koordinasiya edir. Sifarişçi kontraktı təkcə liderlə bağlıyır və lider layihə üzrə sifarişçi qarşısında tək cavabdehdir. Beləliklə də lider sifarişçi qarşısında iştirakçıların maraqlarını təmsil edir, digər iştirakçıların verdikləri səlahiyyət çərçivəsində hərəkət edir. Razılaşmanın öhdəliklərinə görə konsorsiumun üzvləri qoyduqları paylara uyğun məsuliyyət daşıyırlar.

Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir.

Dünya təcrübəsində bir çoxu maliyyə tipində olan konsorsiumların növbəti növlərinə rast gəlinir:

bank konsorsiumu,

konsorsium qarant,

qarantiya konsorsiumu,

ixrac və maliyyə konsorsiumları



Bank konsorsiumu- müvəqqəti olaraq ən iri bank tərəfindən-konsorsiumun rəhbəri tərəfindən yaradılan müvəqqəti banklar qrupudur ki, onlar birgə kredit, zəmanət və digər bank əməliyyatlarını həyata keçirirlər.

Konsorsium-qarant - başda lider- bank olan, alınan kreditə zəmanət verən banklar qrupudur.

qarantiya konsorsiumu -müxtəlif fəaliyyət növləri olan bir neçə şirkət arasında sazişdir

maliyyə konsorsiumu- iri maliyyə əməliyyatlarını həyata keçirmək üçün bir neçə bankların müvəqqəti sa­zi­şi, ittifaqıdır

ixrac konsorsiumu- tərkibinə daxil olan ölkələrin ixrac əməliyyatlarını təşviq etmək üçün bir sıra ölkə­lər­də yaradılan xarici ticarət birliyidir

Yüklə 74,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə