Mövzu beynəlxalq şİRKƏTLƏRİn xariCİ bazara inteqrasiyanin təŞKİlati formalari, onlarin xarakteri VƏ XÜsusiYYƏTLƏRİ



Yüklə 74,69 Kb.
səhifə9/18
tarix02.01.2022
ölçüsü74,69 Kb.
#35398
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
movzu 4
Entomologiya fənnindən mühazirələ Dos.əvəzi İsmayıl-zadə Nəzakət və Məmmədov Vüsal
Strateji alyanslar

Strateji alyansların digər firmalararası təşkilati formaları arasında yeri.

Ən populyar inteqrasiya formasıdır.



Strateji alyans- firmalararası inteqrasiyanın ən yayılmış formasıdır ki, birgə strateji məqsədlərin həyata keçirilməsi üçün 2 və daha çox müstəqil şirkətin uzunmüddətli əməkdaşlığı haqqında razılaşmanın bağlanmasını nəzərdə tutur. Orta hesablamalara görə dünyanın 500 iri şirkətlərdən hər biri 60 iri strateji alyansın iştirakçısıdır.

Alyansları digər inteqrasiya formalardan fərqləndirən xüsusiyyətlər:

  • Alyanslar adi kommersiya əməliyyatlardn irəli olan, lakin birləşmə və udulma səviyyətə gətirilməyən, firmalararası əməkdaşlığa dair razılaşmalardı

  • Belə birləşmələr tərəfdaşların strateji planlarına uyğun uzunmüddətli, ortamüddətli, iki və daha çox tərəfləri daxil edən razılaşmalardı.

  • Strateji Alyansları tək zaman çərçivəsinə görə yox, əməkdaşlığın məzmununa görə də fərqləirlər: siergetik səmərənin əldə edilməsi üçün tərəf-irkətlərin həm unikal resurslarının həm də əsas kompetensiyalarının birləşməsidir

  • Strateji alyanslar nisbətən çevikdir, iştirakçı üçün azaddır, gələcəyə yönəlir, resursların stabilliyini, məhsulların və xidmətlərin paylaşmasını təmin edir;

  • Alyanslar müəyyən müddət ərzində yaranır, birləşməyə ehtiyac qalmayanda dağılır

  • alyanslara nə­in­­­ki tədarükçülər və müştərilər, hətta rəqiblər daxil ola bilər,

  • alyanslar çox çevik olurlar, resurs təminatında sabitlik yaradırlar,

  • Alyanslar müstəqil hüquqi şəxs deyil və oun iştirakçıları da hüquqi cəhətdən müstəqil şirkət kimi qalırlar. Bazarda bir vahid birlik kimi fəaliyyət göstərsələr də, onlar biq qayda olaraq antimonopol qanunvericilik təsiri altına düşmürlər.

Onlara xas olan xüsusiyyət onların beynəlxalq və şəbəkə xarakteridir. Onların bir çoxunda qarşılıqlı əlaqələr üstünlük təşkil etsə də bu gün gözə çarpan tendensiya alyans şəbəkələrinin yaranmasıdır. Belə şəbəkələr çevik olraq maraqlar çərçivəsində hüquqi müstəqil iştirakçıları (istehsal və ticarət firmaları, elmi-tədqiqat və layihə təşkilatları, marketinq və satış şirkətləri) ümumi məqsədə yönələn çoxsaylı razılaşmalar əsasında birləşdirir.

Alyansların beynəlxalq xüsusiyyəti ondan irəli gəlir ki bir neçə ölkələrin çirkətlərinin səyləri birləşir. Və bir qayda olaraq z xarbci iqtisadi fəaliyyətinin səmərəliliyinin artıtılması məqsədilə strategi tərəfdaşlığa transmilli korporasiyalar daxil olur. Birləşmə məqsədləri də fərqli olur. Məsələn General Motors bu birlikləri biznesində dəyişikliklərin edilməsi (assortimentin genişlənməsi) üçün istifadə edib. Bu şirkət avtomobil şirkətləri və Avropa və Asiyadan, həmçinin Qərbi Amerikada malgöndərənlərlə geniş əlaqələr şəbəkəsini yaradıb. Bəzilərinin məqsədi yeni texnologiyalarla dəyişməni, bəzilərinin məhsullarının xarici bazara çıxışı və s. yaxud yeni istehsal imkanların tədqiqi..

İri şirkətlər müxtəlif və çoxsaylı alyanslar yaradır. Məs. İBM şirkəti Siemens şirkətilə, Mitsuishi və Apple şirk.. alyansdadır.

Uzunmüddətli planlaşdırma, tərəfdaşların etibarını artıran siyasətin koordinasiyası, şirkətlərin orta və ali menecmentinin əməkdaşlığa istiqamətlənmə strateji alyansların səmərəliliyinin mühüm şərtləridir.

Bəzən alyansın iştirakçıları qəsdən tərəfdaşı çıxılmaz vəziyyətdə qoyurlar (onun güclü və zəif tərəflərini daxildən bilərək) və onlar udulmağa məruz qalırlar. Məələn Fujitsu и International Computer Ltd(ICL)) arasındakı 10 il davam edən alyans Fujitsunun ICL britaniya şirkətinin 80% aksiyaları almaqla nəticələndi..Mütəxəssislərin fikrincə bu addımlar əvvəlcədən planlaşırılmışdı.
Qeyd etdiyimiz kimi strateji alyans anlayışı tədricən genişlənir və hal hazırda özünə daha çoxsaylı, (əvvəllər izolyasiyalı, yəni ayrılıqda, müstəqil forma kimi baxılan) firmadaxili inteqrasiya formalarını daxil edir. Məsələn, əgər əvvəllər konsorsiumlar, kartellər ayrı-ayrı inteqrasiya formaları idi, müasir şəraitdə isə alyansların növü kimi qəbul olunurlar. Strategi alyanslar bir neçə müxtəlif təşkilati formaları birləşdirə bilər: birgə müəssisələr, lisenziya razılaşmaları, məhsulun çatdırılması və alışı üzrə uzunmüddətli sazişləri, birgə işləyib hazırlamaq üzrə proqramlar, ETTKİ, qarşılıqlı satış şəbəkələrin birgə istifadəsi. Yəni strateji alyans anlayışı müasir zamanda daha çox investisiya xarakterli tədbirlərin kompleksini birləşdirir.

Son zamanlar konkret iqtisadi layihələrin realizasiyası üçün müvəqqəti birləşən şirkətlər-tərəfdaşlar konsorsium formasında daha çox yayılıb. Konsorsiumun spesifikliyi sifarişçinin hüquqi statusa malik hər bir iştirakçı-firma ilə saziş bağlamasındadır. Konsorsiumlar həm hüquqi şəxsin yaradılmsı ilə (operating consorsium) həm də razılaşma əsasında (non-operating)yarana bilərlər. Bəzi hallarda “konsorsium” termininə 2 dən artıq təşkilatı daxil edən alyans da deyirlər. Bəzi hallarda konsorsiumu çoxtərəfli birgə müəssisə də adlandırırlar. Bununla razılaşmaq çətindir. Çünki konorsium birgə müəssisələr kimi cod deyil. Çox vaxt BM və strateji alyansları da eynilşdirirlər..Bu da səhv fikirdi. Str. Alyansları BM-dən fərqləndirən xüsusiyyətlər aşağıdakılardı:




  1. Birgə müəssisələrdən fərqli olaraq strateji alyanslar müstəqil hüquqi şəxs deyillər.buna görə də kooperasiya tərəflərin hər bir tərəfini əhatə edərək dərin xarakterli olur.

  2. Birgə müəssisələr həm hüquqi həmdə fiziki şəxslər tərəfindən yaradıla bilər.

  3. Ən-ənəli BM-lər məlum olan resursları birləşdirir və məlum riskləri bölüşdürür. Strateji alyanslar isə əksinə həm resurs sahəsində hə də xarici əhatəsi baxımından daha böyük qeyri müəyyənliklə rastlaşırlar.

  4. BM-lər adətən 2 tərəfdaşdan ibarət olan halda müasir alyanslar bir neçə tərəfdaşı birləşdirir.

  5. Alyansların əməkdaşlıg sahələri də müxtəlif olur. Strateji alyans çərçivəsində bir neçə Birgə müəssisə yaradıla bilər. BM-lər alyansa yaradan şirkətlərin yalnız inteqrasiya formasından biri ola bilər və alyansın müəyyən məqsədini reallaşdırılması üçün yaradıla bilər.

  6. strateji alyanslar nadir halldrda sadə məhsulun birgə istehsalı məqsədilə yaradılır. Onları əsasən daha mürəkkəb sistemlərin işlənməsi və heç də sadə olmayan məsələlərin həlli üçün yaradırlar. Bu da bir çox güclü tərəfdaşların resurs və səylərin birləşməsini tələb edir.

  7. Daha çox qeyri stabil və qeyri müəyyən olan strategi alyansları idarə etmək də çətin olur.



Yüklə 74,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə