Mövzu: DÖVLƏt siyasəTİ



Yüklə 16,72 Kb.
səhifə1/2
tarix05.04.2023
ölçüsü16,72 Kb.
#93815
  1   2
DÖVLƏT SİYASƏTİ


MÖVZU: DÖVLƏT SİYASƏTİ
Dövlət və onun fəaliyyəti olan siyasət bir-birini tamamlayıcıdır. Dövlət tərkib etibarilə canlı vəziyyətdə olan strukturlar (subyektlər və obyektlər) məcmusudur. Siyasət (dövlət hərəkətlərinin məcmu adıdır. Dövlət fəaliyyətinin ayrı-ayrı istiqamətləri də siyasət adlanır. Məsələn, elm siyasəti, səhiyyə siyasəti, təhsil siyasəti və s.) strukturları canlı vəziyyətdə saxlayan fəaliyyətdir, aktdır. Dövlətin canlı obrazı onun siyasəti ilə formalaşır. Siyasət strukturları tələb və təklif əsasında hərəkət vəziyyətində saxlayır. Hərəkətlər dövlətin daxilini təşkil edən strukturları bir-birindən asılı edir və iyerarxik formanı meydana gətirir. Bu baxımdan da tərkib hissələr də təsnif olunur. Yəni, dövlət bütövü içərisində, dövlət bütövü anlayışı içərisində çoxlu sayda tərkiblər mövcud olur. Bu tərkiblərin qarşılıqlı canlı vəziyyəti dövləti ümumilikdə bütöv halda canlı vəziyyətdə saxlayır. Dövlət məfhumu siyasət məfhumunu şərtləndirəndir. Siyasət düşüncələrdə həm bütöv, həm də tərkiblərlə qavranılır. Siyasətin subyekti və obyekti çoxluq təşkil etdiyindən düşüncələrin də “rəngi”, “çaları” çoxluq təşkil edir. Siyasət düşüncəsi ümumən dövlət və onun fəaliyyətini özündə məcmuələşdirir. Hər iki ifadənin (dövlətin və siyasətin) fəlsəfi məzmunu çox dərindir. Dövlət öz tərkibindəki elementlərin qarşılıqlı əlaqələr istiqamətlərinin çoxluğu nöqteyi-nəzərdən zəngindir. Dövlət iyerarxik sistem quruluşu baxımından zəngindir. Bu iyerarxiya sahələr çoxluğunu və elementlər zənginliyini meydana gətirir. Dövlət tərkibindəki proseslərin zənginliyi baxımından dərin fəlsəfi məzmunludur. Dövlət nəzəri idarəetmə müddəalarının çoxsahəliliyi aspektindən, yəni hüquq normalarının çoxluq təşkil etməsi baxımından da zəngindir. Dövlət öz tərkibindəki sahələrin qarşılıqlı harmonik vəhdətinə görə dərin fəlsəfi bütövdür. Dövlətin daxilində sistemli proseslər sayəsində çoxlu sayda nəticələr əldə olunur. Dövlət hasilat baxımından da zəngin bütövdür. Dövlətin daxili harmonik məzmunu dövlətin dərin fəlsəfi mahiyyətini yaradır. Dövlətdaxili proseslərin qeyri-müəyyənlikdən müəyyənliyə keçməsi zamanı fəlsəfi mahiyyət daha da dərinləşir. Dövlət siyasəti ilə hüquq normaları qəbul edir, hüquq normaları ilə insanların maraqlarını təmin edir, insanların sosial-fiziki və sosial-mənəvi statuslarını müəyyən edir. Hüquq normaları və idarəetmə aparatları ilə dövlət öz vətəndaşlarını və əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri öz tərkibi və bütövü ilə tamamlayır. Dövlətin subyekti və normaları (vasitələri, fəaliyyət qaydaları, fəaliyyət yolları) vəhdət halında dövlət məfhumunu meydana gətirir. Burada normalar (qanunlar, referendum aktları, qaydalar, beynəlxalq normalar və digər qərarlar) və aparatlar, icra aparatları (inzibati və siyasi aparatlar) bağlayıcı vasitələr qismində iştirak edir. Siyasət aktları və onların məzmunu (xidmət səviyyəsi və tələbata cavab vermək səviyyəsi) dövlətin fəlsəfi mahiyyətini aşkarlayır. Dövlət ərazidə, sərhədlərdə, atributlarda, dövlət rəmzlərində, xalqın milli və etnik mədəniyyətində, siyasi sistemində öz fəlsəfi mahiyyətini aşkar edir. Dövlət fəlsəfi mənası onun fəaliyyətinin nəticəsinin düşüncələrdə obrazlanmasından meydana gəlir. Dövlət dərk olunur, onun tərkibi qavranılır, fəaliyyətinin məqsədləri müəyyən edilir. Nəticə etibarilə düşüncələrdə dövlət və onun bütöv mahiyyəti meydana gəlir. Dövlət hüququ (daxildə və beynəlxalq əlaqələrdə) onu funksiyalarını, vəzifə və öhdəliklərini şərtləndirən amil rolunda çıxış edir. Dövlətin hərəkət subyekti olması onun fəlsəfi mövcudluğunu şərtləndirir. Dövlətin hərəkət subyektliliyini onun idarəetmə aparatları yaradır. Bu aspektdə dövlətin mövcudluğunu onun siyasəti fəlsəfi məzmuna çevirir. Yəni, siyasət bir fəaliyyət kimi şərtləndiricidir. Fəlsəfi məzmunu aşkaredicidir. Dövlət subyekti də siyasətin fəlsəfəsini meydana gətirir. Yəni, dövlət qurumunun məcmu mahiyyəti siyasətin istiqamətlərini formalaşdırır. Dövlətlər müəyyən məkanda olan resurslar üzərində təsir məqsədilə, resursları mənimsəmək üçün insanlara hüquq normaları ilə sanki məkanı aralayıb hüquqlar verirlər. Daha doğrusu hüquqlarını məkanlarda təsbit edirlər, təsdiqləyir və təmin edirlər. Dövlət bu aspektdə hüquq məkanını insanlara və tərəflərə təqdim edir. Dövlətlər məkan içərisində insanların vəsaitlərdən istifadə etmələri məqsədilə onlara hüquqlar müəyyən edirlər. Şəraitlər yaradırlar. Məkanları ayrıd edirlər və universal və məxsusi hüquqlar müəyyənləşdirirlər. Dövlət siyasəti ilə özünün daxili məkanda və beynəlxalq aləmdə qoruyur, mövcudluğunu təmin edir. Dövlətin beynəlxalq siyasəti daxili siyasəti ilə tamamlanaraq, eləcə də onun fəaliyyətindən irəli gələrək beynəlxalq aləmdə bir subyekt kimi mövcudluğu dünya siyasəti fəlsəfəsini meydana gətirir.

Yüklə 16,72 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin