Mövzu-4.
Fonem və danışıq səsi.
Plan:
Fonem problemi.
Fonem və onun variantları.
Dilin səs və fonem tərkibinin tarixi dəyişkənliyi.
Fonetik hadisə və qanunlar.
Heca haqqında anlayış.
Vurğu.
Intonasiya haqqında anlayış.
Orfoqrafiya və orfoepiya.
Ədəbiyyat:
N. Məmmədov, A. Axundov. Dilçiliyə giriş. Bakı,1980.
A. Babayev. Dilçiliyə giriş. Bakı, 1992, 2004.
A. Axundov. Ümumi dilçilik, Bakı, Şərq – Qərb, 2006.
Ümumi fonetika Xususi fonetika
Tarixi fonetika muqayisləi fonetika təsviri fonetika
Müasir dövrün dilçiliyində ən geniş şəkildə işlənən, lakin yenə mübahisəli olan problemlərdən bir məhz fonem problemidir. Fonem probleminin tarixi rus dilçisi İ. A. Boduen de Kurtenedən başlayır. Ilk dəfə o, dilçiliyə indi işlənən mənada fonem məsələsini gətirmiş və onun ilk izahını vermişdir. Sovet dilçiliyndə fonem problemi haqqındakı müxtəlif fikirləri, əsasən, iki “məktəbə” – Leninqrad və Moskva “məktəblərinə” daxil olan dilçilər təmsil edirlər.
Boduen fonemi ilk dəfə etimoloji-morfoloji bir hadisə kimi izah etmişdir ki,bu fikir də onun şagirdi N.V. Kruşevski tərəfindən inkişaf etdirilmişdir.”Morfemin komponentləri kimi fonemin bir fonemdə ”səs haqqında ümumi anlayışda” birləşən səslərin çoxcəhətliliyinin, fonemlərin dəyişmələri(divergensiya) və əvəzlənmələrinin(alternasiyanın) əsas məsələləri bu alimlər(xüsusən Boduen de Kurtene)tərəfindən işlənmişdir. Boduenin psixoloji izahatının qəbul oluna bilməməsinə baxmayaraq, onun linqvistik təhlilləri fonologiyanın mohkəm bünövrəsini qoymuşdur. Fonemin ilk tədqiqatçisi Boduen 1917-ci ildə çap olunmuş “Введение в языкознание”(Dilçiliyə giriş) adlı əsərində yazmışdır:”Biz psixikamızda mövcud olan səsin anlayışını,yəni təlləfüz əməlinin eyni zamanlı mürəkkəb kompleksini və bundan alınan təəssüratı fonem adlandıracağıq.”
Dilçilikdə ilk dəfə olaraq L.V. Şerba fonemin mənaları fərqləndirə bilməsindən danışmış və beləliklə, fonem haqqında elmin inkişaf tarixində irəliyə doğru böyük bir addım atmışdır. Fonem məsələsində L.V. Şerbanın mülahizələri bir cür olmamışdır. Ilk əsərlərində o, fonemə daha çox psixoloji cəhətdən yanaşmış, sonralar isə onun daha çox linqvistik izahını vermişdir.
Fonem probleminin sovet dilçiliyində həllində Moskva fonoloji məkltəbinin böyük rolu olmuşdur. Moskva fonoloji məkltəbinin fonem konsepsiyası öz əksini, birinci növbədə A. A. Reformatskinin, P. S. Kuznetsovun əsərlərində tapmışdır.
A. A. Reformatskinin fonem baxışları yığcam və tam şəkildə onun “Dilçiliyə giriş” əsərində verilmişdir. A. A. Reformatski fonemin əlamətlərini iki yerə bölür: onlardan mühümünü diferensial (fərqləndirici), qeyri – mühümünü isə inteqral (qeyri – fərqləndirici) əlamətlər adlandırır. A. A. Reformatskiyə görə diferensial əlamət siqnifikativ (Сигнификатив функсийа – айырыcы функсийа.), inteqral əlamətlər isə perseptiv vəzifə daşıyır. Fonem dilin ən kiçik vahididir. Sözün cildini dəyişməyə xidmət edən, bununla əlaqədar olaraq müəyyən leksik və qrammatik məna dəyişikliyinə səbəb olan ən kiçik dil vahidinə fonem deyilir.
Fonem və onun variantları
Fonemlər dilin ən kiçik bölünməz vahidi olub, morfemləri bir – birindən fərqləndirir. Başqa sözlə, bir –birindən yalnız bir səsə görə fərqlənən iki leksik və ya qrammatik vahid öz məzmunlarına görə də fərqlənirsə, o zaman onları fərqləndirən səslər dildə müxtəlif fonem kimi çıxış edirlər. bəzən müxtəlif sözlərdə və yaxud müxtəlif şəkliçilərdə müxtəlif danışıq səsləri olur, lakin söz və şəkilçilər bir – birindən fərqlənmir. Məs. dörd-dört. Məlum olduğu üzrə, həmin danışıq səsləri xeyli miqdarda sözü bir – birindən fərqləndirə bilir. Məs. dağ – tağ, dar – tar, ada – ata.
Lakin qeyd olunan dörd və dört sözlərində həmin danışıq səsləri özlərinin bu vəzifələrini yerinə yetirə bilmir. Eyni vəziyyəti biz ismin yiyəlik halının şəliçisi olan –ın4 morfoloji əlamətində ədə görürük. Göründüyü kimi, yiyəlik məzmunu bildirən morfem müxtəlif saitlərin iştirak etdiyi dörd fonetik tərkibdə çıxış edir. Həmin saitlər isə öz növbəsində sözləri bir – birindən fərqləndirə bilir. Məs. siz – sız (maq), habelı sis – sus (maq). Lakin göstərilən şəkilçidə onlar dörd müxtəlif şəkilçini bir – birindən fərqləndirə bilmir. Hər dörd forma eyni mənanı ifadə edir. Beləliklə, dildə iki qrup danışıq səsini qeyd etmək lazım gəlir ki, onların bir qrupu morfemləri bir – birindən fərqləndirə bilir, digər qrupu isə fərqləndirə bilmir. I qrupa daxil olan danışıq səsləri fonem, II qrupa daxil olan danışıq səsləri isə variantlar hesab olunur. lakin maddi cəhətdən fonem və onun variantları arasında qəti, mütləq sərhəd qoymaq olmaz. Bir halda fonem kimi çıxış edən danışıq səsi başqa bir halda variant kimi işlənə bilər. Buna görə də fonem və variantları müəyyənləşdirmək üçün həmişə onu sistem daxilində almaq və tədqiq etmək lazımdır. Bunun üçün hər şeydən əvvəl, konkret olaraq hər bir dildə fonemin qüvvətli mövqeyi müəyyənləşdirilməlidir. Fonemin qüvvətli mövqeyi onun öz fizioloji - akustik vəzifəsini mühafizə etdiyi mövqe hesab olunur. həmin mövqedə işlənən danışıq səsi fonem kimi müəyyənləşdirilir. Qeyd olunan mövqe başqa bir mövqe ilə əvəz olunduqda həmin səs dəyişilirsə, meydana çıxan danışıq səsi fonemin variantı hesab olunur.
Dilin səs və fonem tərkibinin tarixi dəyişkənliyi
Hər bir dildə fonem uzun müddətli tarixi inkişafın məhsuludur. Dil inkişaf etdikcə, onun fonem tərkibində də müəyyən dəyişikliklər olmuş, bəzi fonemlər bu və ya digər dilin fonemlər tərkibindən çıxmış və yaxud əksinə, yeni fonemlər yaranmışdır. Bütün bunlar dilin və həmin dildə danışan xalqın tarixi ilə bağlı olur. Məs. Azərbaycan dili öz inkişafında bir sıra dillərlə, xüsusən ərəb və fars dilləri, XIX əsrdən başlayaraq rus dili və rus dili vasitəsilə Avropa dilləri ilə müxtəlif əlaqələrdə olmuşdur. Bu əlaqələr Azərbaycan dilinin leksikası, morfologiyası vəs. ilə bərabər, onun fonetik quruluşunda da müəyyən izlər burazxmışdır. Müasir Azərbaycan dilinin səs tərkibini aydınlaşdırarkən, həmin dilin fonemlərini və onların mövqeyini izah edərkən, bu əlaqələrin nəzərdə tutulması vacibdir. Məs. Azərbaycan ədəbi yazı dilində uzun saitlər, demək olar ki, mövcud deyil. Azərbaycan dilinin müasir inkişaf mərhələsində həmin saitləriun varlığı, I növbədə, ərəb dili ilə olan əlaqənin nəticəsidir. Müxtəlif dillərin fonetik faktları hər hansı bir dilə keçərkən ciddi dəyişiklikılərə məruz qalır. Məs. ərəb dilindən Azərbaycan dilinə keçən sözlərin demək olar ki, hamısı azərbaycan dilinin fonetik qanunlarının təsirinə məruz qalmışdır. Habelə rus dilindən və rus dili vasitəsilə Avropa dillərindən Azərbaycan dilinə keçən sözlərin böyük qismi Azərbaycan dilinin ahəng qanununa uyğunlaşdırılmışdır və fonetik cəhətdən onları Azərbaycan sözlərindən fərqləndirmək müəyyən hallarda mümkün deyildir. Dilin səs və fonem tərkibindəki inkişaf özünü iki şəkildə: səslərin təkamülü və əvəzlənməsi şəklində göstərir.
Fonetik hadisə və qanunlar
Nitq zamanı səslərin işlənmə yeri və bir – birilə qonşuluğu onların bəzi dəyişikliklərə uğramasına səbəb olur. Bu və ya digər səsin tutduğu mövqedən asılı olaraq və başqa səslərin təsiri ilə digər səslərlə əvəzlənmələri fonetik dəyişmə hesab olunur. fonetik əvəzlənmə iki cür olur. Mövqeli (pozisiyalı), əlaqəli (kombinator).
Səs başqa səsin təsiri ndən asılı olmayaraq sözdə tutduğu mövqeyə görə dəyişilirsə, belə fonetik dəyişməyə mövqeli əvəzlənmə deyilir. Məs. biz kənd sözünü kənt kimi işlətdikdə d səsi t səsi ilə əvəz olunur. Bu əvəzlənmə yalnız d samitinin söz sonunda işlənməsindən irəli gəlir. Əlaqəli və yaxud kombinator əvəzlənmədə isə bir səs digərinə təsir edərək, onun müxtəlif danışıq səsləri əvəz olunmasına səbəb olur.
Kombinator dəyişmələrin növləri:
Uyuşma. Sözdə səslərin məxrəclərinə görə bir –birinə uyğunlaşmasına deyilir. Məs. tapmaq sözündə p səsinin özündən sonra gələn m səsini öz məxrəcinə uyğunlaşdırması uyuşma, yaxud assimilyaslya sayılır. Uyuşma tam və yarımçıq olur. Tam uyuşmada təsir edən səs təsir altına düşən səsi tamamilə öz məxrəcinə uyğunlaşdırır. Məs. anlamaq – annamaq. Yarımçıq və yaxud tam olmayan assimilyasiyada təsir edən səs təsir altına düşən səsi tamamilə deyil, qismən öz məxrəcinə yaxınlaşdırır. məs. atamdan- atamnan.
Uyuşma təsir istiqamətinə görə irəli və geri olur.
Irəli uyuşmada əvvəlki səs özündən sonra gələn səsə təsir edərək, onu öz məxrəcinə çevirir. Məs. tapmaq sözünün tappaq şəklində tələffüz olunması kimi.
Geri assimilyasiya tələffüzdə özündən sonra gələn səsin təsiri nəticəsində ondan əvvəlki səsin həmin səsin məxrəcində olan səsə çevrilməsinə deyilir. Məs. alırlar şəklində yazılan söz danışıqda alıllar kimi tələffüz olunur.
Dostları ilə paylaş: |