Mövzu İstehlak mallarının keyfiyyətinə verilən estetik tələblər



Yüklə 27,11 Kb.
səhifə1/4
tarix06.12.2022
ölçüsü27,11 Kb.
#72769
  1   2   3   4
Movzu 6 Estetik tələblər


Mövzu 6.
İstehlak mallarının keyfiyyətinə verilən estetik tələblər

Sənaye tərəfindən buraxılan bütün mallar müəyyən tələblərə müvafiq olmalıdır. Tələblər dedikdə müəyyən vaxt ərzində malın təyinatına görə istifadəsinin mümkünlüyünü təmin entəm üçün müvafiq olduğu şərait və xüsusiyyətlər başa düşülür. Tələblərin xarakter və səviyyəsi müxtəlif dövrlərdə eyni deyil və əhalinin maddi və mədəni səviyyəsindən, əşyanın təyinatından, xammal ehtiyyatlarının olmasından, istehsalın texniki-iqtisadi imkanlarından və mal haqqında bilik səviyyəsindən asılıdır. Tələblərin səviyyəsi və malların keyfiyyəti arasında müəyyən qeyri münasiblik vardır ki, bu da malın arası kəsilmədən keyfiyyətinin yüksəldilməsinə və çeşidinin təzələnməsinə imkan verir.


İqtisadiyyatın, elm və texnikanın inkişaf, əhali tələblərinin dəyişilməsi, yeni növlü xammalların meydana çıxması nəticəsində mallar qarşı qoyulan tələblər daim dəyişilir və bir qayda olaraq artır.
Mala olan tələblər cari və perspektiv, ümumi və spesifik tələblərə bölünür.
Cari tələblər satışda olan mallar üçün tərtib edilir. Onlar müəyyən mərhələdə ölkənin iqtisadi inkişafı, istehsalın texniki və iqtisadi imkanları nəzərə alınaraq qoyulur. Bu tələblər bir qayda olaraq normativ texniki sənədlər və texniki şərtlərlə nizama salınır.
Cari tələblər dövrü olaraq nəzərdən keçirilir, dəqiqləşdirilir və dəyişdirilir.
Perspektiv tələblər malın keyfiyyətinə verilən geniş və yüksək səviyyəli kompleks göstəriciləri birləşdirir. Malların keyfiyyətinə verilən cari tələblər perspektiv əsasının təşkil edir.
Mala qarşı verilən perspektiv tələblər tərtib edilərkən tələbatın nisbətən dolğun ödənilməsi, istehsal proseslərinin təkmilləşdirilməsi, yeni növ xammalların meydana gəlməsi və digər amillər nəzərə alınır.
Malların keyfiyyətinə verilən perspektiv tələblərin tərtib edilməsi elm, sənaye və ticarət işçilərini hazır məmulatın keyfiyyətini yüksəltməyə və daim təkmilləşdirməyə vadar edir.
Perspektiv tələblər texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq cari tələblər qrupuna kemir və milli standart və texniki şərtlərlə nizama salınır.
Malların keyfiyyətinə verilən perspektiv tələblərin nəzərdən keçirilməsi əmtəəşünaslığın vacib məsələlərindən biri hesab edilir.
Ümumi tələblər bərabər dərəcədə ya bir mala, yaxud da üstünlüyü çox olan mallara verilir. Bu tələblərər malın öz təyinatına nisbətən tam müvafiq olması və əsas funksiyanın yerinə yetirmə dərəcəsi, istifadə rahatlığı, insan üçün zəruriliyi, təhlükəsizliyi, oranizmin normal həyat fəaliyyətinin təmin edilməsi, təyin olunmuş müddət ərzində istismar zamanı davamlığı və etibarlığı, təmirin mümkünlüyü və sadəliyi, estetik tələblər və s. daxildir.
Bəzi hallarda malların davamlılığına, bəzi hallarda isə onun xarici tələbatına nisbətən yüksək tələblər qoyulur. Müxtəlif mallara verilən tələblərin xarakteri də eyni deyildir. Belə ki, musiqi alətinə verilən mühüm tələb onun səslənmə keyfiyyəti, pəncərə şüşəsi üçün isə onun işıqkeçirməsi hesab edilir və s. Bədii-dekorativ məmulatlar üçün verilən əsas tələblərə onların mövzu məzmununun ideya istiqaməti, rəng tərtibatı, icra dəqiqliyi aiddir; davamlılığa verilən tələb isə ikinci dərəcəlidir. Lakin bundan fərqli olaraq xidmət prosesində müxtəlif mexaniki təsirlərər məruz qalan mallar üçün (sıxılmaya, gərilməyə, əyilməyə, burulmaya, zərbəyə və s.) davamlılıq üçün verilən tələblər yüksək olur.
Bundan əlavə bütün mallar üçün verilən ən mühüm tələb onların insan orqanizmi üçün zərərsiz olması hesab edilir.
Spesifik tələblər bir qrup məmulatlara, yaxud müəyyən mal üçün verilməklə müxtəlif ola bilər: məsələn, şüşə və çini-kaşı məmulatlarının kəskin temperatur dəyişmələrində istismarının mümkünlüyü.
Mallara verilən həm cari, həm perspektiv, həm ümumi və həmdə spesifik tələbləri malın istehlakının hansı tərəfini xarakterizə etməsindən asılı olaraq
Yüklə 27,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin