Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»



Yüklə 102,77 Kb.
səhifə1/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   26
AĞAC EMALI


Mühazirə 1

Mövzu 1. Kursun tədqiqat obyekti, predmeti və vəzifələri

Plan:

  1. «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti

  2. «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun tədqiqat metodları

  3. «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursu iqtisad kursları sistemində

  4. Kursun məzmunu və vəzifələri



    1. «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti

Məlumdur ki, elmin – insan fəaliyyətinin sferalarından biri kimi – funksiyası həqiqətlər haqqında obyektiv nəzəri biliklərin işlənməsi və onların sistemləşdirilməsindən ibarətdir.

Elm tarixi inkişafın müəyyən mərhələsində – XX əsrin ortalarından – məhsuldar qüvvələrin ünsürlərindən birinə çevrilmişdir. «Dördüncü» ünsür statusu alan elm

«muxtariyyət»də olmayıb, məhsuldar qüvvələrin «klassik» ünsürlərinin – əmək cismi, əmək predmeti və əməyin substansiyasına daxil olmuş və onlara yeni keyfiyyət, inqilabi vüsət vermişdir.

Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cəhətdən dərk edilmə üsullarının ayrılmaz tərkib hissəsi olmaqla, o həm də biliklər istehsalçısı kimi insan fəaliyyətinin spesifik formalarındandır.

Əgər maddi istehsalın həm miqyasca genişləndirilməsində (kəmiyyətcə) və həm də səmərəliliyinin yüksəldilməsində (kəyfiyyətcə) biliklər bir vasitə kimi istifadə edilirsə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji proseslərin, maşın və avadanlıqların layihələndirilməsi, istehsalın mükəmməl təşkili sxeminin nəzəri cəhətdən əsaslandırılması isə elmin bilavasitə məqsədidir.

Elm bütövlükdə, şərti olaraq, 3 böyük qrupa – təbiət, ictimai və texniki – bölünür. İctimai elmin mühüm sahələrindən biri də, tədqiqat obyekti iqtisadi hadisə və proseslər olan iqtisad elmidir. Bu elm özünün ixtisaslaşmış sahələri ilə iqtisadiyyatın bütün səviyyələrində mövcud olan qanun və qanunauyğunluqları həm nəzəri və həm də tətbiqi baxımdan təhlil və tədqiq etməklə, alınan nəticələri ümumiləşdirməklə məşğul olur.

İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də – təbii ki, özünün tədqiqat obyekti və predmeti olan –«Ağac emalı sənayesinin iqtisadiyyatı» elmidir.

Məlum oduğu kimi, hər hansı bir ixtisasdan mütəxəssis hazırlanması prosesində

– tələbələrin elmi-nəzəri və empirik biliklərlə silahlandırılmasında – mükəmməl tədris proqramları əsasında yazılmış dərsliklərin əhəmiyyəti çox böyükdür. «Ağac emalı sənayesinin iqtisadiyyatı müəssisəsinin iqtisadiyyatına həsr olunmuş bu mühazirə də, bu baxımdan istisnalıq təşkil etmir.

İki yunan sözünün – «oykos» (ev, təsərrüfat) və «nomos»un (qanun, qayda) birləşməsindən əmələ gələn «Oykonomiya»nın Azərbaycan dilinə tərcüməsi

«təsərrüfata rəhbərlik» mənasını verir. Lakin bununla yanaşı «Oykonomiya» sözü rus dilinə «Ekonomika», Azərbaycan dilinin lüğətfonduna isə mənşəyinə görə ərəb sözü olan «İqtisadiyyat» kimi qəbul olunmuşdur.

Əgər iqtisadiyyat bir tərəfdən insanların çox geniş miqyaslı fəaliyyət və onların maddi və sosial əhtiyaclarını təmin edən yeganə təsərrüfat sferasıdırsa, digər tərəfdən o, həm də, elm sahələrindən biridir. «İqtisadiyyat» bir elm sahəsi kimi bazar strukturlarının və cəmiyyətin iqtisadi subyektlərinin fəaliyyət məxanizmini, qarşılıqlı əlaqə və təsirlərini tədqiq edir, öyrənir.

İqtisadi həyatın əsas proseslərinin mahiyyətini, ən ümumi iqtisadi qanun və qanunauyğunluqları, iqtisadiyyatın tənzimlənməsinin nəzəri məsələlərini «İqtisadi nəzəriyyə» elmi öyrənir. «İqtisadi nəzəriyyə»nin tədqiqat obyektinin əsasını iqtisadi inkişaf, bütövlükdə ölkə iqtisadiyyatının və ayrı-ayrı təsərrüfat strukturlarının fəaliyyət məsələləri, iqtisadi siyasətin prinsiplərinin elmi-nəzəri cəhətdən öyrənilməsi təşkil edir. Ümumiyyətlə, nəzəri elmlərin tədqiqat obyekti, bütün hallarda, tarixən, elmin özü olmuşdur.

Əgər iqtisadiyyatın nəzəri əsaslarını «İqtisadi nəzəriyyə» elmi tədqiq edirsə, praktiki və ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri öyrənir. İqtisadiyyatın həm tədqiqi və həm də idarə olunması baxımından o, özünün 4 tərkib hissəsinə bölünür: «Makro» və «Mikro» iqtisadiyyat, «Mezoiqtisadiyyat» və «Meqoiqtisa- diyyat».

Makroiqtisadiyyat məcmuu təklif və tələbin formalaşması, milli gəlirin və ümumi milli məhsulun istehsalı dinamikasındakı dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Milli Bankın pul siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik probləmlərinə, bəynəlxalq ticarətin inkişafı və qiymətin səviyyələrinə təsirlərini öyrənməklə məşğul olur.

Dövlət makroiqtisadi göstəricilərin vasitəsilə ölkə iqtisadiyyatını tənzimləyir, onların əsasında perspektiv üçün özünün iqtisadi siyasətini müəyyən edir.

Makroiqtisadiyyat elminin vəzifəsi – metodoloji baxımdan – obrazlı dəsək, iqtisadiyyatı «yüksəkdən» müşahidə, tədqiq və təhlil etmək, ona (iqtisadiyyata) qlobal (ümumi) miqyasda yanaşmaqdır. Daha doğrusu, makroiqtisadiyyat elminin (kursunun) predmeti ölkə iqtisadiyyatının müəyyən müddət intərvalında inkişafı və ya tənəzzülünün, milli pulun əcnəbi ölkələrin pulları ilə müqayisədə məzənnəsinin, işsizliyin, ticarət balansının (məcmuu ixrac çıxılsın məcmuu idxal) və s. dəyişməsi səbəblərini tədqiq və təhlil etmək, öyrənməkdir.

Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiyyat səviyyəsində, ya da onun sahələri – sənayə, kənd təsərrüfatı, rabitə, nəqliyyat və s. üzrə, həm ayrı-ayrılıqda və həm də onların qarşılıqlı iqtisadi və təsərrüfat əlaqələri şəraitində aparılır.

Makroiqtisadiyyat ölkənin iqtisadi həyatında baş verən yüz minlərlə xüsusi halları dəyil, məcmuu, ən ümdə meylləri tədqiq və təhlil edir. Başqa sözlə, makroiqtisadiyyat çoxsaylı müəssisələrin fərdi təsərrüfat tədbirlərini və bunların nəticələrini ayrı-ayrılıqda deyil, yekun halında özünün predmeti kimi səçir, araşdırır, təhlil edir və öyrənir. Bununla bələ, makroiqtisadiyyat müəssisə və firmaları, onların fərdi təsərrüfat qərarlarını və bazardakı birgə fəaliyyətlərini öyrənən mikroiqtisadiyyatın nəzəri əsaslarına söykənir. Lakin, artıq qəyd olunduğu kimi, çoxsaylı fərdi qərarların öyrənilməsinin qeyri-mümkünlüyü səbəbindən makroiqtisadiyyat, ilk əvvəl, təhlil vasitəsilə müəssisələrdən birini – nümunəvi təmsilçini müəyyən edir. Orta iqtisadi potensialına və göstəricilərinə görə başqalarını təmsil ədə biləcək bu müəssisənin (firma, əv təsərrüfatı) iqtisa- diyyatındakı meyllərin müxtəlif iqtisadi variantları da öyrənilir.

Bundan sonra, təmsilçi «Ağac emalı sənayesinin iqtisadiyyatı» müəssisəsinin iqtisadi göstəriciləri qalan bütün təsərrüfat subyektlərinə də şamil edilir və ölkə iqtisadiyyatının ümumi göstəricilərindəki (məhsul istehsalı, qiymətin səviyyəsi və s.) dəyişiliklər aşkar olunur, mühüm istehsal amilləri arasındakı qarşılıqlı təsir və asılılıq müəyyənləşdirilir. Bu, makroiqtisadiyyatın əsas tədqiqat metodudur. Dövlət isə təhlildən alınmış nəticələr əsasında iqtisadiyyatın tənzimlənməsi məqsədilə tədbirlər işləyib hazırlayır, özünün iqtisadi siyasətində təshihlər aparır.

Makroiqtisadiyyat elmi ölkə miqyasında baş verən iqtisadi meylləri tədqiq ədərkən müəssisə, firma və rəgionların çoxsaylı məlumatlarına əsaslanaraq ümumi göstəricilərin hesablanmasına nail ola bilir. Bu qəbildən olan göstəricilərdən biri milli gəlirin hesablanmasıdır. Makroiqtisadi tədqiqatlarda ölkə iqtisadiyyatında

«milli gəlir» göstəricisinin köməyi ilə məhsulun ümumi buraxılışı, gəlir, yığım, investisiyanın həcmi və s. haqqında mötəbər məlumatlar əldə etmək mümkün olur. Milli gəlirin hesablanması «texnologiya»sını düzgün dərk etmək isə metodoloji aspektdə makroiqtisadiyyat elminin təməl prinsiplərindən biridir.

Mikroiqtisadiyyat elmi isə iqtisadiyyatın istehsal sahələri, müxtəlif müəssisə və firmaları, əmtəə və maliyyə bazarları, bankları, ev təsərrüfatı kimi iqtisadi strukturları və onların ünsürlərinin fəaliyyətini tədqiq edir. Lakin Mikroiqti- sadiyyat üçün, bunlardan heç birinin əhəmiyyətini azaltmadan, ölkə iqtisadiy- yatının inkişafında müəssisə və firmaların əhəmiyyəti çox önəmlidir, bu, şəksiz bəledir. Çünki müəssisə və firmaların iqtisadi inkişafı makroiqtisadiyyatın bütün göstəricilərinə – tələb və təklif, milli gəlir, qiymət, inflyasiya, xarici ticarət və s. müsbət planda təsir göstərir və onların dinamikasında baş verən dəyişikliklərdə həlledici rol oynayırlar. Makroiqtisadi tədqiqat və təhlil işi ya bütünlükdə milli iqtisadiyyat üzrə, ya da onun sahələrinin – sənayə, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və s.- nin həm ayrılıqda və həm də onların qarşılıqlı təsir və əlaqələri vəziyyətində aparılır.

Göstərmək lazımdır ki, makro – və mikroiqtisadiyyat arasında dəqiq müəyyən edilmiş sərhəd yoxdur. Onlardan hər birində baş verən bir sıra iqtisadi hadisə və proseslər miqyas və kəmiyyətcə müxtəlif olsalar da, məzmun və kəyfiyyətinə görə fərqlənmirlər. Elə buna görədir ki, bəzi iqtisadi katəqoriya və göstəricilərdən hər iki səviyyənin iqtisadi təhlili və qiymətləndirilməsində istifadə olunur.

Əvvəllər qəyd olunduğu kimi, iqtisadiyyatın digər tərkib hissələri «Mezo» - və

«Meqoiqtisadiyyat»dır.

Mezoiqtisadiyyat – biri-birilə təsərrüfat əlaqələri üzrə bağlı olan sahə komplekslərinin iqtisadiyyatıdır, makroiqtisadiyyatın yarımsistemləridir.

Mezoiqtisadiyyata misal olaraq, nüvəsində kənd təsərrüfatı, «solunda» onu (kənd təsərrüfatını) istehsal vasitələrilə (traktor, kombayn, gübrə və s.) təchiz edən,

«sağında» isə onun (kənd təsərrüfatının) məhsullarını əmal edən yüngül və yeyinti sənayə müəssisələrindən ibarət olan aqrar-sənayə kompleksini göstərmək olar.

Yanacaq-energetika, mətallurgiya, maşınqayırma və hərbi komplekslər də mezoiqtisadiyyatın subyektləridirlər.

Meqoiqtisadiyyata gəlincə bu, bütünlükdə dünya iqtisadiyyatı, başqa sözlə, bəynəlxalq iqtisadiyyat dəməkdir. Dünya ölkələrinin iqtisadi inteqrasiyası genişləndikcə, azad iqtisadi zonalar sayca çoxaldıqca və xüsusilə qloballaşma dərinləşdikcə meqoiqtisadiyyatın tədqiqat obyekti də əhatə baxımından miqyasca artacaqdır. Elə buna görə də, məqoiqtisadiyyatın «İqtisadi nəzəriyyə» elmindəki mövqeyi dəyişəcək, «xüsusi çəkisi» çoxalacaqdır.

İqtisad elmi müəssisə və iqtisadiyyatın sahələri (sənayə, kənd təsərrüfatı, tikinti, nəqliyyat və s.) və onlardan hər birinin inkişaf qanunauyğunluqlarını mövcud istehsal münasibətləri sistemində tədqiq edir və öyrənir. Lakin bununla bərabər, istər ayrı-ayrı maddi istehsal sahələrinin və istərsə də onların müəssisələrinin iqtisadi inkişaf qanunauyğunluqları bir-birindən fərqlənirlər. Fərqləri doğuran səbəb isə həmin sahələrin müəssisələri tərəfindən tətbiq olunan texnoloji istehsal üsullarındakı prinsipial bənzərsizlikdir.

Ayrı-ayrı sənayə sahələrinə mənsub olan müəssisələrin istifadə etdikləri texnologiyalardakı müxtəliflik burada işləyən istehsal heyətinin peşə tərkibindəki fərqlərə səbəb olur – iki müxtəlif sahənin və, uyğun olaraq, onların müəssisələrində çalışan fəhlələrin peşə-ixtisas tərkibləri əyni olmur. Buraya habelə müxtəlif sahə müəssisələrinin istehlak etdikləri xammalın və materialların texniki xarakteristikalarındakı fərqləri də (fiziki, kimyəvi və s.) əlavə etsək, onda hər bir sahəyə mənsub olan müəssisənin başqa bir sahə müəssisəsinin iqtisadi məsələlərindəki – həm prinsipial və həm də prinsipial olmayan – fərqlərin mövcudluğu heç bir şübhə doğura bilməz. Başqa sözlə, bu o deməkdir ki, müəssisə və onun mənsub olduğu sahənin iqtisadiyyatı məsələlərinin ümumi oxşarlığı ilə yanaşı, onlar arasında çox fərqli cəhətlər də mövcuddur. Sahə və müəssisənin iqtisadiyyatı bəzi hallarda keyfiyyətcə eyni kateqoriya, anlayış və göstəricilərlə səciyyələndirilirsə də, onların (sahə və müəssisənin) miqyaslarındakı fərq bunların kəmiyyətcə müxtəlif məzmun daşımalarına səbəb olur. Bütün bunları doğuran əsas səbəb isə istehsal prosesinin və, deməli, məhsul istehsalının sahədə deyil, bilavasitə müəssisələrdə həyata keçirilməsidir. Müəssisə və sahə iqtisadiyyatının tədqiqat obyektlərini və predmetlərini də fərqləndirən də elə budur.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» elmi müstəqil və habelə konkret elm sahəsi olsa da bütövlükdə sənayə, onun müvafiq sahələri və habelə, ümumiyyətlə, iqtisad elmi ilə sıx bağlılığı və qarşılıqlı əlaqələri mövcuddur.

Ağac emalı sənayesinin iqtisadiyyatı müəssisələri iqtisadiyyatın ilkin həlqələri olmaqla, həm də o, iqtisadiyyatın təməlində dayanan, inkişaf və səmərəliliyinin yükselməsində müstəsna rolu olan təsərrüfat subyektleridir. Məhz buna görə də «Ağac emalı sənayesinin iqtisadiyyatı» elminin müddəalarının öyrənilməsinin iqtisadiyyat sahələrinin bütün ixtisasdan olan iqtisadçıları üçün çox önəmli əhəmiyyəti vardır. Ağac emalı sənayesinin iqtisadiyyatı müəssisələrinin iqtisadiyyatı məsələlərini dərindən və hərtərəfli mənimsəməyən – iqtisadiyyat sahələrindənhansında işləməsindən asılı olmayaraq – maliyyəçi, marketoloq, menecer, mühasib, statistik və s. öz ixtisaslarını lazımınca dərk edə bilməzlər.

İqtisadiyyat, artıq qeyd edildiyi kimi, insanların maddi tələbatlarının ödənilməsinə xidmət edən, insanların böyük əksəriyyətinin birbaşa və ya dolayı fəaliyyət sferasıdır və bütün iqtisad elmlərinin tədqiqat obyektidir.

Hər bir müəssisə öz fəaliyyətini bazar münasibətləri əsasında qurmaqla iqtisadiyyatını daha da inkişaf etdirmək və mənfəət əldə etmək məqsədilə daim axtarışda olmalıdır: xərcləri ilə fəaliyyətinin nəticələrini optimal nisbətdə uzlaşdırmalı, investisiyanın yeni formalarını tapmalı, məhsulların istehlakçılara çatdırılmasının səmərəli yollarını müəyyənləşdirməli, düzgün maliyyə, sərfəli qiymət siyasəti işləyib hazırlamalıdır və s.

Yuxarıda sadalananlara nail olmağın ilkin şərti isə emal müəssisənin öz daxili resurslarını səfərbər edə bilmək qabiliyyətindən birbaşa asılı olur.

Hər bir müəssisənin daxili resurslarını, məzmunu və təyinatı baxımından aşağıdakı kimi qruplaşdırmaq olur:


  1. İstehsalın rəsurs təminatını müəyyən edən amillər. Bunlara istehsal amilləri – istehsal əsas fondları (binalar, qurğular, iş maşınları və avadanlıqları, alətlər və s.), dövriyyə fondları (xammal, matərial və s.), iş qüvvəsi, torpaq və s. aid edilir. Bunlarsız bu və ya digər əmtəənin istehsalını, istehsal prosesinin baş tutmasını təsəvvür etmək, ümumiyyətlə, qeyri-mümkündür.

  2. Emal sənayesi müəssisəsinin iqtisadi və texniki səviyyəsini müəyyən edən amillər. Bunlara elmi - texniki tərəqqi, istehsalın və əməyin təşkili, istehsal heyətinin ixtisas səviyyəsi, innovasiya fəaliyyəti, investisiya siyasəti və s. aid olunur.

  3. Emal sənayesi müəssisəsinin istehsal-təsərrüfat fəaliyyət nəticələrinin səmərəli rəallaşdırılması amilləri. Bu amillərə səriştəli marketinq kommersiyası, maddi- texniki təminat, idarəətmə və s. amillər aid edilir.

Emal sənayesi müəssisəsinin yuxarıda sadalanan daxili rəsurslarının, istehsalın iqtisadiyyatına təsirləri müxtəlif olsalar da onlarsız keçinmək qeyri- mümkündür. Yuxarıda göstərilən amillərin hər birinin ayrı-ayrılıqda iqtisadiyyatı (onlardan qənaətlə istifadə), nəticə etibari ilə, emal sənayesi müəssisəsinin iqtisadiyyatını formalaşdırır, onun inkişaf səviyyəsini və səmərəliliyini müəyyən edir.

Bazar münasibətləri şəraitində iqtisadi fəaliyyətin əsas mərkəzi iqtisadiyyatın mühüm həlqəsi olan müəssisəyə keçir. Çünki müəssisə – mülkiyyət formasından asılı olmayaraq – ictimai tələbatın ödənilməsi və mənfəət alınması məqsədi ilə məhsul istehsal edən və satan, xidmətlər göstərən hüquqi şəxs kimi müstəqil təsərrüfat subyektidir. Məhz müəssisələrdə, artıq qeyd olunduğu kimi, cəmiyyət üçün zəruri olan məhsullar istehsal edilir, xidmətlər göstərilir.

Qeyd etmək lazımdır ki, müəssisələr ölkə iqtisadiyyatının istehsal və təşkilati strukturunu əmələ gətirir və məhz burada əsas iqtisadi proseslər baş verir, istehsalın texnologiyası və keyfiyyəti problemləri kəsişir, iqtisadi və sosial münasibətlər formalaşır, ictimai və xüsusi mənafelər mövcud olur. Müəssisələr müəyyən maddi nemətlər istehsalı məqsədilə müvafiq formada təşkil olunan və istiqamətləndirilən istehsal resurslarının – maddi və əmək resurslarının mürəkkəb birliyini, qarşılıqlı əlaqə və asılılığını və habelə kəmiyyət asılılığını əks etdirirlər.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun tədqiqat obyekti müəssisələrdir, daha doğrusu, onların təsərrüfat fəaliyyətidir.

Mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələləri «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun predmetidir.

Başqa sözlə, «Ağac emalı sənayesinin iqtisadiyyatı» kursunun (elminin) predməti müəssisənin fəaliyyətidir, təsərrüfat qərarları işləyib hazırlamaq və qəbul etməkdir.

«Ağac emalı sənayesinin iqtisadiyyatı» kursu bazar münasibətləri şəraitində özünün malik olduğu istehsal resurslarından hərtərəfli istifadə yollarını, bütövlükdə onun ayrı- ayrı bölmələrinin özünəməxsus texniki-iqtisadi xüsusiyyətlərini, xarici iqtisadi şəraitin tələblərinə uyğun gələn daha səmərəli fəaliyyətinə təsir göstərən amilləri, istehsalın iqtisadi səmərəliliyini yüksəltməyə imkan verən təsərrüfat tədbirlərini öyrənir və öyrədir.



  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin