Mövzu Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf tsiklləri nəzəriyyəsi



Yüklə 209,61 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix02.01.2022
ölçüsü209,61 Kb.
#42128
  1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu 5 (makro)



Mövzu 5. Makroiqtisadi tarazlığın pozulması və iqtisadi inkişaf tsiklləri 

nəzəriyyəsi 

5.1. 


Tsikllər və tsikliklik iqtisadi sistemin inkişaf forması kimi 

5.2. 


İqtisadi tsikllərin növləri və böhranın əsas formaları 

5.3. 


İqtisadi tsikllərin ən mühüm nəzəriyyələri 

 

     5.1 Tsikllər və tsikliklik iqtisadi sistemin inkişaf forması kimi 

İqtisadi  qanunauyğunluq  kimi  tsiklikliyi  heç  də  bütün  alimlər  tanımırlar. 

Amma real həyatın öyrənilməsi bu prosesin mövcudluğunu təsdiqləyir və tsikliklik 

bir problem kimi müasir insanı maraqlandırmaya bilməz. 

Tsikliklik  -  iqtisadiyyat  miqyasında  bir  makroiqtisadi  tarazlıqdan  digərinə 

inkişafdır. 

Buna görə də tsiklikliyi bazar iqtisadiyyatının özünü tənzimləmə üsullarından 

biri  kimi  nəzərdən  keçirmək  olar.  Tsiklikliyin  səciyyəvi  xüsusiyyəti  dairə  üzrə 

deyil, spiral üzrə hərəkət olduğundan o, proqressiv inkişaf formasıdır. 

Tsikliklik  -  iqtisadiyyatın  iqtisadi  dinamikasının  qeyri-bərabərliyini  əks 

etdirən təbii inkişaf prosesidir. 

İstehsal müxtəlif  illərdə böyük və ya kiçik sürətlə arta bilər, bir sıra hallarda 

isə  (məsələn,  hazırda  Rusiyada)  artım  mənfi  işarəli  ola  bilir  ki,  bu  da  istehsalın 



düşməsi  deməkdir.  Buna  görə  də  iqtisadiyyatın  inkişaf  dinamikasını  dalğalı  xətt 

daha dəqiq əks etdirər ki, burada hər bir dalğa iqtisadiyyatın inkişafının bütöv bir 

tsiklini səciyyələndirir. 

Tsikllər  iqtisadi  və  ya  işgüzar  fəallığın  dövri  dəyişmələridir.  Makroiqtisadi 

göstəricilərin  dəyişmələri  (ÜDM,  qiymət  səviyyəsi,  faiz  dərəcəsi,  məşğulluq,  iş 

fəallığı)  dedikdə  adətən  onun  uzunmüddətli  xətti  trenddən  yayınmaları  nəzərdə 

tutulur. 




Yüklə 209,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin