Mövzu Məntiq elminin predmeti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
  1   2   3   4   5   6   7   8   9   ...   53
mühazirə-hamısı
CODE OF PROFESSIONAL ETHICS FOR JOURNALISTS OF AZERBAIJAN


                                

                        Mövzu-1. Məntiq elminin predmeti 

                  1.   Məntiq və təfəkkür prosesini öyrənən digər elmlər 

 

     Bütün digər elmlərdə oldugu kimi məntiqin öyrənilməsinə də onun predmetində



n başlamaq lazımdır. 

     Ümumilikdə götürdükdə məntiq təfəkkür prosesindən bəhs edən elmdir.Lakin in

san təfəkkürünü bir cox elmlər (psixologiya , fəlsəfə,fiziologiya və s.) öyrənir.Dem

əli, onların hər biri həmin obyektə öz predmeti baxımından yanaşır. belə ki, psixolo

giya təfəkkür prosesini digər psixiki hadisələr ilə sıx qarşılıqlı əlaqədə götürür, onu 

fərdi yaş xüsusiyyətləri baxımından öyrənir , təfəkkür fəaliyyətinin sövqedici motiv

lərini nəzərdən keçirir. 

     Təfəkkürün mahiyyətini təşkil edən obyektiv gercəkliyin dərk olunması, fəlsəfə 

elminin də mühüm obyektidir. Bu elm məntiq ilə daha sıx bağlıdır. Təsadüfi deyild

ir ki, məntiq öz,mənası və mahiyyətinə görə fəlsəfi elmlər sırasına aid edilir. Lakin 

fəlsəfənin diqqət mərkəzində təfəkkür prosesinin pillələri, ümumi inkişaf qanunauy

ğunluqları durur 

     Məntiq elmi isə təfəkkürü yalnız idrakın, dərketmənin vasitəsi kimi götürür. Bun

a görə də o psixolohiyadan fərqli olaraq təfəkkürə fərdi və yaş xüsusiyyətləri baxım

ından deyil, bütün insanlara xas olan ümumi proses kimi yanaşır. Hər bir normal in

sanın təfəkkür prosesinin formaları və qanunlarını bilmək məntiqin əsas vəzifəsidir. 

     Beləliklə, məntiqin predmetinə aşağıdakı kimi tərif vermək olar: məntiq düzgün 

təfəkkürün forma və qanunlarını öyrənən fəlsəfi elmdir. 

     Buradan aydın olur ki, təfəkkürün idrakda rolunu açmaq, təfəkkürün formaları v

ə,qanunları anlayışını izah etmək, məntiqin predmetini başa düşmək üçün son dərəc

ə vacibdir. 

      İdrak dedikdə insanın təfəkküründə onu əhatə edən gərçəkliyin dərk olunması b

aşa düşülür. İdrakın məqsədi təbiətdə, cəmiyyətdə və insan beynində gedən prosesl

əri açmaq, onların qanunauyğunluqlarını öyrənməkdir. Onların sirlərini bilməklə, in

san öz fəaliyyətini daha səmərəli təşkil edə bilir. 

     Qeyd olunmalıdır ki, idrak çox mürəkkəb prosesidir. O, bizi əhatə edən aləmin c

isim və proseslərinin hiss uzvlərimizə təsirinin inikas etdirilməsindən başlayır. Bu i

nikas bizim dünya haqqında biliklərimizin ilkin mənbəyini və birinci pilləsini təşkil 

edir. İdrakın bu pilləsi hissi idrak adlanır və uç formada (duyğu, qavrayış və təsəvv

ür) çıxış edir. 

Bu formaların hər biri haqqında psixologiya elmində keçilmiş bilikləri qısa şəkildə 

də olsa, yada salmaq lazımdır. Beləliklə, duyğu maddi aləmin cisim vı predmetlərin

in ayrı-ayrı xassə vı əlamətlərinin hiss üzvlərimizə təsir edərək beynimizdə əks olu



nmasıdır. Duyğularımız bizə konkret anda təsir edən obyektlərin rəngi, formasi, iyi, 

dadı və s. haqqında məlumat verir. 

     Qavrayış dedikdə obyektlərin hiss üzvlərimizə bilavasitə təsiri nəticəsində beyni

mizdə onların bütöv obrazının yaranması  başa düşülür. Deməli, qavrayış duyğulara 

nisbətən daha mürəkkəb formadır. O cisim və hadisələrin ayrı-ayrı xassələrini həll e

tmir, onlar haqqında bütöv məlumat verir. 

Hissi idrakın daha yüksək forması olan təsəvvür əvvəllərdə bizə təsir etmiş olan pre

dmetlərin obrazının süurumuzda saxlanması ilə bağlıdır. Duyğu və qavrayışdan fər

qli olaraq müəyyən bir obyekt haqqında təsəvvürün əmələ gəlməsi üçün, onun hazı

rki anda bizə bilavasitə təsir etməsi vacib deyildir. Təsəvvür bizim hissu üzvlərimiz

ə əvvəldə göstərilən təsirin nəticəsində yaranan obrazın yenidən canlandırılmasıdır. 

     Qeyd olunmalıdır ki, təsəvvür fərdi xarakterə malikdir. Yəni eyni bir obyekt haq

qında müxtəlif təsəvvürlərə malik olmaq mümkündür. Digər tərəfdən bəzən insanla

rda real həyatda mövcud olmayan obyektlər (məsələn , su pərisi , kentavr və s.) haq

qında da təsəvvürlər yarana bilir. 

Hissi idrakın yuxarıda qeyd olunan hər üç forması ümumi idrak, dərketmə prosesin

də çox böyük əhəmiyyətə malikdir.Lakin insanlar yalnız bu formaların verdiyi bilik

lərlə kifayətlənə bilməzlər. Axı idrakın bu aşağı, hissi pilləsində dünyadakı hadisə b

ə prosesslərin yalnız zahiri,üzdə olan xassələri haqqında biliklər əldə edilir. İnsan is

ə öz qarşısında daha yüksək məqsəd qoyur o, ətraf dünyada gedən proseslərin daxil

inə nüfuz etməyə onların mahiyyətini və qanunauyğunluqlarını aşkara çıxarmağa c

əhd göstərir. Bu məqsədin yerinə yetirilməsi isə idrakın ikinci, daha yüksək pilləsi o

lan mücərrəd təfəkkür pilləsi ilə bağlıdır. Məhz bu pillədə insan müxtəlif fikri əməl

iyyatlar, ümumiləşdirmələr aparmaqla dünyanı daha dərindən dərk edir. Hissi pilləd

ən fərqli olaraq insan bu mərhələdə dünyanı abstraksiyalar şəklində əks etdirir, onu

n ideal obrazını yaradır. Mücərrəd təfəkkür prosedində insan konkret cisim və hadi

sələri, onların fərdi xüsusiyyətlərini bir kənara qoyur, əsas diqqəti etni xassələrə ma

lik olan obyektlərin ümumiləşdirilməsinə, onlar arasındakı daha dərin əlaqə və mün

asibətləri aşkar etməyə yönəldir. Məhz mücərrəd təfəkkürü sayəsində insan ona his

si pillədəmüyəssər olmayan həqiqətləri aça bilir. Məsələn, hisdi idrak bizə ilin fəsil

lərinin bir-birini əvəz etməsi : Yerin Günəş ətrafında fırlanması, elementar hissəcik

lərin hərəkəti səbəblərini, ictimai inkişafın qanunauyğunluqlarını izah etmir. Bunun 

ücün mütləq mücərrəd təfəkkür lazım gəlir. 

Deyilənlərdən aydın olur ki, idrak prosesində mücərrəd təfəkkür cox böyük rol oyn

ayır. Bu pillə hissi idrak pilləsi ilə ayrılmaz vəhdətdə çıxış edir, onun verdiyi biliklə

ri daha da inkişaf etdirir, beləliklə də ümumi idrak prosesinin zənginləşməsinə xidm

ət edir. 

     İdrak prosesində mücərrəd təfəkkürün rolunu açarkən onun aşağıdakı dörd xüsu

siyyətini qeyd etmək xüsusilə zəruridir. 



     1. Təfəkkür gerçəkliyi ümumiləşdirilmiş obrazlar vasitəsilə əks etdirir. Bu o dem

əkdir ki, həmin pillədə ətraf aləmin obyektlərinə xas olan ümumi təkrarolunan mah

iyyət xarakteri daşıyan cəhətlər seçilib götürülür və ümumiləşdirilir. Məsələn, biz a

yrı-ayrı insanlarda özünü göstərən əlamətləri (əmək fəaliyyəti ikə məşğulolma , dil 

vasitəsilə ünsiyyət yaratma , düşünmək qabiliyyəti və s.)  ümumiləşdirməklə mücır

rəd insan obrazını yaradırıq. Belə ümumiləşdirmə yolu ilə təfəkkür gerçəklik hadisə

lərinin dərinliyinə nüfuz edə bilir , onlara xas olan qanunauyğunluqları aşkar edir. 

     2. Təfəkkür gerçəkliyi vasitəli şəkildə əks etdirir. Bu xassə onu sübut edir ki, ins

an mücərrəd təfəkkür sayəsində bizim hiss üzvlərimizə bilavasitə təsir etməyən oby

ektlər haqqında da biliklər əldə edir. Başqa sözlə deyilsə, biz bilavasitə deyil, yəni v

asitəli şəkildə mövcud biliklərə əsaslanmaqla yeni biliklər əldə edə bilirik. Deməli b

ilik əldə etmək üçün insanın hər dəfə təcrübəyə, praktikaya bilavasitə müraciət etm

əsinə ehtiyac qalmır. İnsan öz idrak fəaliyyətində vasitəli yolla bilik əldə etməyə, h

azır biliyə əsaslanmaqla yeni biliyə malik olmağa geniş yer verir. 

     3. Təfkkür dil ilə ayrılmaz əlaqədə çıxış edir. Belə ki, insanın beynində yaranan 

hər hansı fikir dik vasitəsilə maddiləşir, sözlərfə və cümlələrdə ifadə olunur. Bu mə

nada dil fikrin bilavasitə gerçəkliyi deməkdir. Doğrudan da dil ilə təfəkkür o qədər 

sıx vəhdətdədir ki, nitq prosesi həm də təfəkkürün, onun səlisliyinin, düzgünlüyünü

n göstəricisidir. Məhz dil sayəsində insanlar fikri fəaliyyətinin məhsullarını mübadi

lə edir və bir-birini başa düşürlər. Dil həm də təfəkkürün nəticələrini tarixdə yaşadı

r, nəsildən-nəsilə ötürür. 

     4. Təfəkkür gerçəkliyi aktiv inikas etdirir. Doğrudur fəallıq bütünlüklə idrak pro

sesi üçün səciyyəvi keyfiyyəydir. Lakin bu, mücərrəd təfəkkürdə özünü daha qabar

ıq göstərir. İnsan təfəkkür prosesində müxtəlif abstraksiyalar yaratmaqla, dünyadak

ı predmetləri öz şüurunda sanki dəyişdirir və yeniləşdirir. Bunun aydın nümunəsini 

müasir elmlərin bir çox sahələrində yayılmış olan süni dillərin timsalında görmək o

lar. Belə ki, insanlar mücərrəd təfəkkürü sayəsində gerçəklik haqqındakı bilikləri y

əkvə təbii dillərdı deyil, həm də özünün yaratdığı süni dildə müxtəlif formullarda if

adə edir. 

     Deyilənlər sübut edir ki, insan şüurunun xüsusi xassəsi olan mücərrəd təfəkkür ü

mumi idrak prosesində müstəsna əhəmiyyətə malikdir. 

 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə