Mövzu qenderdə Cİnayət-hüquqi MÜdafiƏ



Yüklə 154,41 Kb.
Pdf görüntüsü
tarix16.06.2017
ölçüsü154,41 Kb.

Mövzu 9.

 QENDERDƏ  CİNAYƏT-HÜQUQİ  MÜDAFİƏ 

 

 

1. cinayət-hüquqi müdafiə anlayışı və əhəmiyyəti. 



2. Ayrı-ayrı cinayət növlərinə görə məsuliyyət: 

a) şərəf və ləyaqətə qarşı; 

b) şəxsiyyətə qarşı; 

c) ailə münasibətləri sahəsində. 

3. cinayət hüququnda qender assimetriyası. 

4. Qenderdə mülki-hüquqi müdafiə anlayışı və əhəmiyyəti. 

 

1. Cinayət hüququ hər şeydən az qender aspektindən təhlil olunur və bunun bir 

neçə izahı vardır. Vətəndaşlarının  əksəriyyəti üçün cinayət hüququ, belə desək, 

gündəlik istifadə hüququ deyil, belə ki, onlar cinayət hüququnun müddəalarını pozmurlar 

və hüququn bu sahəsi ilə toqquşmurlar. Digər tərəfdən cinayət hüququnda, bir qayda 

olaraq, qender assimmetriyası nə cinsi əlamətə, nə də ailə statusu əlamətinə görə açıq-

aşkar ayrı-seçkilik xarakteri daşımır. Digər tərəfdən qender bərabərsizliyinin bəzi 

nümunələri (bu yaxınlaradək cinayət məcəlləsində mövcud olmuş sadə, yəni zor 

işlətmədən edilən uşaqbazlığa görə cinayət məsuliyyətinin nəzərdə tutulması, eyni 

zamanda lesbos əlaqələrinə  və  uşaqlı hamilə qadınları (CM) bəzi maddələrinin tətbiq 

edilməsi) nə cinayət hüququ sahəsinin mütəxəssisləri, nə hüquqşünas – praktiklər, nə 

də  vətəndaşlar tərəfindən heç vaxt kişi və qadın bərabərliyinin pozulması kimi qəbul 

edilmirdi. Nəhayət, cinayət məcəlləsinə qender yanaşmasının tətbiq edilməsi bunun 

beynəlxalq – hüquqi sənədlərdə, ilk növbədə Qadınlar haqqında hər-hansı ayrı-

seçkiliyin ləğvi barədə Konvensiyada nəzərdə tutulması ilə bağlıdır. Belə ki, Konvensiya 

onun  iştirakçısı olan ölkələrə tövsiyə edir ki, siyasi və ictimai həyatda, eləcə də təhsil, 

əmək və nigah-ailə sahələrində olan ayrı-seçkiliyin aradan qaldırılması üçün bütün 

lazımi tədbirləri görsünlər. Buradan da tədqiqatçıların göstərilən hüquq sahələrinə artan 

marağının səbəbləri aydın olur. 

Cinayət hüququ tarixindən gətirilən misallardan ictimai hüquqi şüurun hüquq 

obyektlərinə, o cümlədən sahlamlıq, cinsi azadlıq, qadınların  şərəf və  ləyaqəti, ailə  və 

onun üzvlərinin problemləri məsələlərinə necə dəyişdiyini izləmək olar. 

Bu xüsusiyyətləri daha aydın təsəvvür etmək üçün cinayət hüququ haqqında 

müəyyən anlayışa sahib olmaq, törədilən əməli cinayət hamı kimi düzcün tövsif etmək, 

cinayət tərkibini bilmək vacibdir. 

Cinayət hüququ Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti 

orqanının müəyyən etdiyi hüquqi normalar məcmusudur. Bu normalarda cinayət sayılan 

və bu cinayətləri törətmiş  şəxslərə cinayət-hüquqi siyasət prinsipləri  əsasında cəza 

tətbiqini nəzərdə tutan ictimai təhlükəli əməllərin dairəsi müəyyən edilir. 

Cinayət qanunvericiliyinin və onun cinayətə görə  cəza sanksiyalarının 

xüsusiyyəti ondadır ki, o, cinayət-hüquqi münasibətlərin tənzimlənməsi prosesində 

dövlətin qoruyucu funksiyasına xüsusi güc verir. Bu münasibətlərin subyektlərini bir 

tərəfdən cinayət törətmiş  şəxslər, digər tərəfdən isə cinayəti təqib edən və  ədalət 

məhkəməsini həyata keçirən dövlət və onu təmsil edən orqanlar təşkil edirlər. Bununla 

belə cinayət-hüquq münasibətlərinin hər bir subyekti müəyyən həcmdə hüquq və 

vəzifələrə malikdirlər. Dövlət və hüquq-mühafizə orqanları cinayət törətmiş şəxsi qanun 

üzrə cinayət məsuliyyətinə  cəlb etmək və  cəzaya məhkum etmək hüququna, cinayəti 

törətmiş  şəxs isə onun barəsində hüquqi cəhətdən düzgün qərar çıxarılmasını  tələb 

etmək hüququna malikdirlər. 

Cinayət – Azərbaycan Respublikası cinayət Məcəlləsinin 14-cü maddəsi ilə 

cəza hədəsi altında qadağan edilən, törədilmiş təsirli-ictimai-təhlükəli əməl (hərəkət ya 

hərəkətsizlik) kimi tövsif olunur. Yəni cinayət – konkret şəxsin davranışını,  əməli, 



fəaliyyətidir. Bu zaman insan əməli nəinki aktiv ictimai-təhlükəli və qanunazidd hərəkət 

kimi cinayət sayılır, eyni zamanda cinayətin qarşısını ala biləcək hərəkətsizlik də cinayət 

hesab olunur. 

Cinayətin üç əlaməti (xüsusiyyəti) vardır: ictimai təhlükəsizlik, günahkarlıq, 

hüquqaziddlik. 

İctimai təhlükəsizlik o deməkdir ki, cinayət  əməli ictimai münasibətlərə  zərər 

yetirir və ya zərər yetirməyə real təhlükə yaradır. Bu xüsusiyyət obyektiv xarakter 

daşıyır, belə ki, vurulan zərər cəmiyyətin normal mövcudluğu ilə ziddiyyətə girir. CM 

cəza müəyyən edəndə əməlin ictimai təhlükəsini nəzərə alır. 

Günahkarlıq – cinayətin subyektiv ictimai təhlükəsini ifadə edən ikinci əlamətidir. 

Bu onu göstərir ki, məhz həmin  şəxs konkret, düşünülmüş, özünü idarə etmək 

qabiliyyətində olaraq ictimai təhlükəli cinayət törətmişdir. 

Hüquqazidd cinayət əməli – özlüyündə ictimai təhlükənin hüquqi ifadəsidir, belə 

ki, ictimai təhlükəli  əməl törədilən zaman  qanunvericilikdə bu növ əməl kimi nəzərdə 

tutulmayıbsa, o, cinayət əməli sayıla bilməz. 

Cinayət tərkibi – müəyyən növ cinayətlər haqqında qanunvericilik anlayışı olub, 

çoxsaylı  əməllərin hüquqi xassələrini açır. Başqa cür desək, cinayət tərkibi qanunda 

göstərilən cinayət əlamətlərinin onu törətmiş şəxsin əməlində olduğuna dəlalət edən hal 

kimi başa düşülməlidir. 

Konkret  cinayət və onun tərkib obyektiv gerçəklik faktı və onun hüquqi anlayışı 

kimi bir-biri ilə əlaqəlidir. 

Cinayət tərkibinin  əlamətləri – qanunla cinayət kimi tanınan ictimai təhlükəli 

əməlin müxtəlif tərəflərini göstərən bir neçə qrupa bölünür: obyektinə görə, obyektiv 

tərəfinə, subyektinə, subyektiv tərəfinə görə. 

Cinayət obyekti – cinayətin nəyə  qəsd etdiyi, nəyə  xəsarət yetirdiyi və ciddi 

xəsarət yetirə biləcəkdir. Cinayətin obyekti həmişə ictimai münasibətlər olur, çünki hər-

hansı  əşyaya, dəyərə, pula ceyil, məhz onlara cinayət yönəlir. Ozü də bütün ictimai 

münasibətlərə yox, mövcud qanunvericiliklə qorunanlar cinayət obyekti sayılır. Cinayət 

obyekti cəmiyyət üçün nə  qədər mühüm əhəmiyyətlidirsə, törədilən cinayət də bir o 

qədər ağır hesab edilir. 

Cinayətin obyektiv tərəfi – onun xarici təzahürü, ətraf həyatda cinayət obyektinə 

xəsarət yetirilməsi və ya buna qəsddir. 

Cinayətin subyekti – cinayəti törətmiş, etdiyi əmələ görə qanun qarşısında 

cavabdeh olan fiziki şəxsdir. Azərbaycan Respublikasının cinayət hüququna görə 

cinayətin subyekti – cinayət törətdikdə  ağlı başında olan və qanunla müəyyən edilmiş 

yaş həddinə çatan Azərbaycan vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan 

şəxslərdir. 

Cinayət məsuldiyyəti bütün cinayətlər üçün başlanğıc yaş həddi 16 yaş, AR CM-

nin 20.2 Maddəsində göstərilən sıyahıya daxil olan cinayətlərə görə isə 14 yaş müəyyən 

edilib. Ağlı başında olmaq dedikdə  şəxsin öz hərəkətlərinə hesabat vermək və onları 

idarə etmək qabiliyyətində olmasının fiziki halı başa düşülür. 

Cinayətin subyektiv tərəfini təqsır təşkil edir və cinayət subyektinin törətdiyi 

ictimai təhlükəli  əmələ onun psixiki münasibətini göstərir. AR –nın qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq (CM, m.24) təqsır iki formada mümkündür – qərəzlilik və 

ehtiyatsızlıq. Cinayətin subyektiv tərəfinə  həm də  şəxsi cinayətə sövq edən səbəb və 

onun qarşıya qoyduğu məqsəd də daxili tərəfini, onu törədən şəxsin daxili aləmini əks 

etdirir, onun şüurunda və iradəsində baş verən psixiki prosesləri modelləşdirir. 

 

Cinayət hüququ – hüququn yeganə sahəsidir ki, burada hansı  əməllərin 



cəmiyyət və onun üzvləri üçün təhlükəli və cinayətkar olduğu, onların törədilməsində 

kimlərin günahkar olduğu müəyyən edilir. 



Cinayət hüququnda hüquqi tənzimləmənin predmetini mahiyyətcə insan 

həyatının ailədən başlamış dövlətin təhlükəsizliyinə kimi ən geniş sahələrini əhatə edən 

ictimai münasibətlər təşkil edir. Hüquqi müdafiənin maraqları cinayət hüququnda 

şəxsiyətə və onun rifahına (həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, azadlığına, 

xoşbəxtliyinə,  şərəf və  ləyaqətinə), eləcə  də  cəmiyyətin və dövlətin maraqlarına 

yönəlmişdir. 

Cinayət hüququnun qoruduğu obyektlər, onların iyerarxiyası  və qarşılıqlı 

münasibətləri, eləcə  də onların cinayət-hüquqi normalarda təsviri tarix boyu ictimai 

həyat və  mədəniyyət dəyişdikcə  dəyişikliyə  məruz qalmışlar. Görkəmli rus kriminalisti 

N.D. Sergeyevin dediyi kimi, «… ictimai quruluşda baş verən hər bir dəyişiklik müvafiq 

olaraq qanun-qayda normalarının dəyişilməsində öz əksini tapır, qadağan edilmiş 

əməllər sahəsində  dəyişikliklərə  səbəb olur. Bir zaman iz verilənlər digər dövrdə 

qadağan olunurlar və əksinə.» 

Bəzi cinayət-hüquqi qadağanlar mənəvi qadağanlara yaxın olduğundan ayrı-

ayrı cinayətlər də bu və ya digər cəza növü ilə  məhkum edilirdi. Məsələn, qender 

assimetriyası kimi, buna ər-arvad xəyanəti misal ola bilər. Bir vaxtlar bu növ cinayətlər 

ciddi cəzaya, hətta ölüm hökmünə məhkum edilirdisə, son dövrlərdə bu mənəvi cəza ilə 

əvəzlənib. 

Müasir qender qanunvericiliyi də assimetrikdir. Bunu Azərbaycan 

Respublikasının cinayət məcəlləsində görmək olar. Belə ki, AR CM 19-cu maddəsi 

şəxsiyyətin hüquq və azadlıqlarına qarşı yönəlmiş cinayətlərin tərkibini ehtiva edir; 147-

ci maddə böhtana görə cinayət məsuliyyəti nəzərdə tutur, CM 148-ci maddəsi isə 

təhqirə görə cəza müəyyən edir. Son maddələrin hər ikisi həm kişinin həm də qadının 

şərəf və ləyaqətini qorumağa yönəlib və heç bir qender ayrı-seçkiliyinə yol vermir. 

Obyektlərin növünə görə bu qrup cinayətkar qəsdlər daxilində  həyat və 

sağlamlığa qarşı edilən cinayətlər, azadlığa qarşı cinayətlər, cinsi toxunulmazlığa və 

cinsi azadlığa qarşı yönələn cinayətlər, insanın və  vətəndaşın konstitusiya hüquq və 

azadlıqlarına qarşı olan cinayətlər və ailə  və yeniyetmələrə qarşı yönəlmiş cinayətlər 

daxildir. Göstərilən hər bir yarım qrupda qender çalarlı əməllər vardır. 

Tez-tez olur ki, həyat cinayət qanunvericiliyində olan köhnə normaların ləğvini 

yerində isə cinayət-hüquqi baxımdan müdafiə  tələb edən yeni ictimai münasibətlərin 

salınmasını tələb edir. 

Məsələn, Azərbaycan Respublikasının CM 136-cı maddəsi üç hissədən ibarət 

olub, qanunsuz süni mayalanmaya, embrion implantasiyasına (136.1) və subyektin 

razılığı olmadan sterilləşdirməyə görə  məsuliyyət nəzərdə tutur. AR CM-nin digər 

maddəsi – 141-ci qadınların marağına toxunur və  «qanunsuz abort icrasını» qadağan 

edir. Qeyd olunmalıdır ki, bu maddə əksər müasir dövlətlərin cinayət məcəlləsinə daxil 

edilib. Maddənin aktuallığı o ölkələrdə özüunü göstərir ki, onlarda (məsələn, İspaniyada 

CM 145-ci m. 2 b.) abort ya qadağan edilib, ya da kı məhdudlaşdırılıb. 

Bu cinayətin kriminoloji xassəsinə  gəldikdə iki cəhəti qeyd etmək lazımdır. 

Əvvəla, qanunsuz abortların icrası yüksək gizliliyi ilə xarakterizə olunur. Digər tərəfdən 

bu növ cinayətlər, belə desək, qurbansız cinayətlərə aiddir, çünki zərərçəkənin razılığı 

ilə edilir. Amerikalı kriminoloq E.Şur yazır ki, «burada bir adamın digərinə birbaşa və 

aşkar xəsarət və ya zərər yetirməsi halı yoxdur. Əksinə, cinayət hərəkətinin məğzi 

ondadır ki, bir şəxs digərinin çılğıncasına arzuladığı bir şeyi verir». Qanunsuz abortla 

yanaşı bu növ cinayətlərə uşaqbazlığı və fahişəliyi də aid etmək olar. 

Abortun gizliliyinə  gəldikdə isə qeyd etmək gərəkdir ki, yalnız o işlər 

məhkəməyə  gəlib çatır ki, bu zaman ya qadın tələf olur, ya da ağır vəziyyətdə 

xəstəxanaya düşür. 

Bizim qanunvericiliyimizə görə cinayət məsuliyyəti yalnız o adamlara şamil edilir 

ki, onlar abortu tibbi müəssisələrdən kənarda icra edir, yaxud bunu ali təhsili olmayan 

şəxslər yerinə yetirilər. Abort etdirən qadın isə heç bir məsuliyyət daşımır. 



Cəmiyyətdə qadın zorakılığa daha çox məruz qalır buna görə də qanunverici 

cinsi azadlığa və cinsi toxunulmazlığa təcavüz edən cinayətkarları ciddi cəzalandırır. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsi – «Zorlama»  

adlanır və buna görə  cəza müəyyən edilir. Bu maddə  həmçinin obyekti cinsi 

toxunulmazlıq olan və kişiyə  də  şamil edilən cinayətləri tövsif edir. Ümumiyyətlə 

götürsək,  əgər qeydə alınan zorakılıq hallarının (AR CM 149-153-cü maddələri) sayı 

100%-dirsə, onlardan 80-85%-ni zorlamalar təşkil edir. 

Son illərdə qeydə alınan zorlamaların sayı xeyli aşağı düşmüşdür: cinayət 

statistikası göstərir ki, bu növ cinayətlər 1990-cı ildə çoxluq təşkil edirdisə, 1991-1998-ci 

illərdə bu göstərici azalmağa başlamışdır. Mütəxəssislər bu azalmanı abortun 

gizlədilməsində  və onun qurbanlarının çox vaxt hüquq-mühafizə orqanlarına müraciət 

etməməsində görürlər. 

Zorlamaya görə  cəza həddi müxtəlif illərdə müxtəlif müddətlər və növlər üzrə 

təyin edilirdi. Belə ki, 1992-ci ilin qanunvericiliyinə əsasən ağırlaşdırıcı hallar olmadıqda 

zorlamaya görə 3 ildən az olmayaraq azadlıqda məhrumetmə, ağırlaşdırıcı hallarda isə 

5 ildən az olmayaraq bu növ cəza tətbiq edilirdi. Sonrakı illərin cinayət məcəllələri bu 

müddəti 5 ildən 8 ilədək qaldırdılar. Müqayisə üçün, 1949-cu ilin qanunvericiliyində bu 

müddətlər 10-15 yaxud 15-20 il təşkil edirdi. 60-cı illərin qanunvericiliyi sanksiyaları 

azaldı, lakin bununla yanaşı xüsusi ağırlaşdırıcı hallarda zorlamaya görə ölüm cəzası 

yeridildi (SSMRİ AS 15.12.62-cı il qərarı ilə). 

Azərbaycan Respublikasının 2000-ci ilin Cinayət Məcəlləsi törədilmiş cinayətin 

(zorlama) ağırlığından asılı olaraq 149-cu maddənin 1-ci hissəsi ilə 4 ildən 8 ilə, 2-ci 

hissəsi ilə 5 ildən 10 ilə, 3-cü hissəsi ilə isə 8 ildən 15 ilə kimi azadlıqdan məhkumetmə 

cəzası nəzərdə tutur. 

Azərbaycan Respublikasının CM 150-ci maddəsi – «Seksual xarakterli zorakılıq 

hərəkətləri» - qender bərabərsizliyi daşımır, çünki zərərçəkən hər iki cinsdən ola bilər. 

151,152,153-cü maddələr isə müxtəlif müddətli cəza nəzərdə tuturlar, lakin 149-cu 

maddədən ictimai təhlükənin azlığı ilə fərqlənir. 

 

3. Cinayət məcəlləsinin maddələrinin universal xarakter daşımasına 



baxmayaraq, cinayət hüququnda qender assimetriyası qalmaqdadır. Bu assimetriya iki 

istiqamətdə özünü göstərə bilər: cinayətkar qəsdən dairəsini müəyyən etmədə  və 

cinayət təçrkibinin  əlamətlərini  şərh etdikdə, yəni müxtəlif növ cəzaların tətbiq etmə 

şərtlərini göstərdikdə. 

 Birinci 

istiqamətdə qender assitmetriyasının üzəçıxma ehtimalı cinayət-hüquqi 

müdafiə obyekti ilə birbaşa bağlıdır: bu ehtimal şəxsiyyətin və onun rifahının, eləcə də 

ictimai mənəviyyətın qorunması ilə bağlıdırsa – yüksək, digər obyektlərin, məsələn, 

mülkiyyətin, ictimai təhlükəsizliyin, ictimai qaydaların və s. qorunması ilə bağlıdırsa – 

aşağıdır. İkinci istiqamətdə qender assimetriyasının üzə çıxma ehtimalına konkret cəza 

növünün sərtliyi, onun məzmunu, cəza müddəti və ölçüsü, cəzaçəkmə  şəraiti təsir 

göstərir. 

Buna bariz nümunə kimi ölüm  hökmünü əvəz etmiş ömürlük həbs cəzasını 

göstərmək olar. Bu cəza növü (AR CM m.57) qadınlara, hökm çıxarılan anadək həddi 

buluğa çatmayanlara (18 yaş) və 65 yaşına çatmış kişilərə tətbiq edilmir. 

Cinayət məcəlləsinə müəyyən şərtlər olduqda qadınlara cəza tətbiq etməyən bir 

sıra digər maddələr də daxildir. Məsələn,  hamilə qadınlara və 8 yaşınadək uşağı olan 

qadınlara, eləcə  də 50 yaşına çatmış qadınlara məcburi  əməyə  cəlb etmə (AR CM 

m.47) və azadlıqdan məhrumetmə kimi (AR CM m.53) cəza növləri tətbiq edilə bilməz. 

Həbs cəzası hamilə qadınlara və 8 yaşınadək uşağı olan qadınlara təyin olunmur (AR 

CM m.53). 

Qender fərqi azadlıqdan məhkumetmə  cəzasını  çəkmək üçün islah-əmək 

müəssisəsinin təyin edilməsində  də özünü göstərir (AR CM m.56). Azadlıqdan 


məhrumetmə  cəzasını kişilər hər hansı ümumi, ciddi və xüsusi rejimli islah 

koloniypalarında çəkə bilərlər. Qadınlarsa eyni cəzaları yalnız ümumi ciddi və xüsusi 

rejimli islah koloniyalarında və köçürülmə koloniyalarında çəkə bilərlər. 

Beləliklə, cinayət məsuliyyətini reallaşdırdıqda qadınlar kişilərə nisbətən daha 

imtiyazlı  vəziyyətə qoyulurlar. Formal olaraq cinayət məcəlləsinin bu cür yanaşması 

qanun qarşısında (AR CM m.6) vətəndaşların bərabərlik prinçsipini pozur, lakin bu hal 

pozitiv ayrı-seçkilik sayıla bilər, çünki qadının analıqla bağlı hüquqlarının artırılmasına 

yönəlib. Cinayət qanununda mövcud olan qender assimetriyası cinayət məsuliyyətinin 

reallaşmasında sazlanılmalıdır. 

 

4. Mülki hüquq yeganə hüquq növüdür ki, burada bütün subyektlərin 



bərabərliyin qanunvericiliklə  təsbit olunub. Bu hüquqda eyni zamanda vətəndaş 

hüququnun qorunması da nəzərdə tutulub. Subyektlərin öz hüquqlarından müstəqil 

surətdə istifadə etmək imkanı verən qanun vətəndaş hüquqlarının hədlərini müəyyən 

edir. 


Birincisi, elə  hərəkətlərə yol verilmir ki, onlar xüsusi olaraq digər  şəxsə  zərər 

yetirmək və ya öz hüquqlarından başqa firmalarda sui-istifadə etmək (məsələn, məşhur 

firmanın əmtəə nişanından istifadə etmək) məqsədi güdsün. 

İkincisi, vətəndaş hüquqlarından rəqabəti məhdudlaşdırmaq və ya bazarda 

hakim mövqedən sui-istifadə məqsədilə istifadə etməsinə yol verilmir. 

Pozulmuş  və  şübhə altına alınan vətəndaşlıq hüquqlarının qorunması 

məhkəmə vasitəsi ilə  həll edilir. Müdafiəni həyata keçirən məhkəmələrə ümumi 

yurisdiksiya məhkəməsi, iqtisadi «arbitraj» və münsiflər məhkəməsi aiddir. 

Mülki hüququn müdafiə üsullarına aiddir: hüququn tanınması; hüquq 

pozulanadək mövcud olmuş vəziyyətin bərpa edilməsi və onun pozulması qorxusunun 

aradan qaldırılması; sövdələşməni etibarsız saymaq; hüququn özünümüdafiəsi 

(məhkəməsiz); mənəvi zərərin ödənməsi; cərimələrin tələb olunması; hüquq 

münasibətlərinin kəsilməsi və ya dayandırılması və b.k. 

 

Ədəbiyyat 

 

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası, «Diqesta» 



2001. 

2.  Гендерная экспертиза российского законодательства, под ред. Завадской Л. 

Н. - М., 2001г. 

3.  Гражданский кодекс Азербайджанской Республики. - Б., 2000 г. 

4.  Конституция Азербайджанской Республики. - Б., 1995г. 

5.  Степанова Т. А. Основы права. - М., 2002 г. 



6.    Уголовный кодекс Азербайджанской Республики. - Б., 2000     

Document Outline

  • ?d?biyyat


Yüklə 154,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə