Mövzu Riyaziyyat və psixologiya Plan



Yüklə 31,53 Kb.
səhifə1/4
tarix13.12.2022
ölçüsü31,53 Kb.
#74298
  1   2   3   4
1. Riyaziyyat və psixologiya


Mövzu 1. Riyaziyyat və psixologiya
Plan:
1.1. Məsələnin tarixçəsi.
1.2. Riyaziyyatın psixologiyada tətbiqinin metodoloji məsələləri.
1.3. Psixoloji tədqiqatın verilənlərinin tipləri.


1.1. Məsələnin tarixçəsi.
İstənilən bilik sahəsi, ancaq riyaziyyatdan
istifadə etdiyi təqdirdə, elmə çevrilir.
18 aprel 1822-ci il - Almaniya Kral elmi cəmiyyətində İohan Fridrix Gerbart “Psixologiyada riyaziyyatın tətbiqinin mümkünlüyü və zəruriliyi haqqında” adlı məruzə ilə çıxış etdi. Məruzənin başlıca ideyası belə bir fikrə söykənirdi: əgər psixologiya, eynilə fizika kimi, elm olmaq iddiasındadırsa, onda riyaziyyatı tətbiq etmək lazımdır və bu mümkündür.
İki il sonra onun “Psixologiya – yenidən təcrübəyə, metafizikaya və riyaziyyata əsaslanan bir elm kimi” adlı əsəri işıq üzü gördü. Bu – hər bir subyektə bilavasitə yaxın olan hadisələr toplusuna (yəni, şüurda bir-birini əvəz edən təsəvvürlər axınına) əsaslanan psixoloji nəzəriyyənin yaradılması baxımından ilk cəhd kimi qəbul edilməlidir.
Gerbart, empirik verilənlərin olmaması üzündən,şüurda meydana gələn və yoxa çıxan təsəvvürlərin hipotetik modellini, analitik (təhlili mümkün olan) formada verir:
φ =α(l-exp[-βt])
burada t - zamanı, φ – təsəvvürlərin dəyişmə sürətini, α və β — təcrübədən asılı olan sabit kəmiyyətləri ifadə edir.
İ.F. Gerbartın fikrincə, şüur axınının xassələri qiymətləndirilə və, deməli, ölçülə bilərlər.
Gerbartın işini, sonradan Leypsiq universitetinin professoru olmuş Morits Vilhelm Drobiş davam etdirdi. O, “müəlliminin” ideyasını inkişaf etdirdi və özünəməxsus şəkildə həyata keçirdi.
1842-ci ildə M.-V. Drobiş Leypsiqdə “Empirik psixologiya təbii-elmi metoda əsasən” adlı monoqrafiya dərc etdirdi. Burada düsturlar, simvolika və digər hesablamalar mənasında, riyaziyyat yoxdur, burada şüurda təsəvvür axının səciyyəsi haqqında dəqiq anlayışlar sistemi mövcuddur.

Yüklə 31,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin