Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

    Statistika formulyarları. Hər bir hesabat vahidindən alınan məlumatın eyni olmasını təmin etmək üçün 

statistik  müşahidə-nin  proqramı  statistika  formulyarları  adlanan  sənəd  şəkilində  tərtib  edilir.  Belə 

formulyarlar informasiyanın işlənməsini təmin etmək üçün mühüm əhəmiyyətə malikdir. Formulyarlarda 

proq-ramın  sualları  və  müşahidənin  nəticəsi  eyni  məzmunda  verilir.  Qeydiyyat  aparılmamış 

(doldurulmamış) formulyarlar sadəcə blank adlanır.  

     Statistika  formulyarlarının  məcburi  elementi  titul  və  ünvan  hissəsidir.  Onların  titul  hissəsində 

müşahidənin  və  onu  aparan  orqanın  adı  və  formulyarın  kim  tərəfindən  və  nə  vaxt  təsdiq  edildiyi 

göstərilir.  Formulyarın  ünvan  hissəsində  soruşulan,  öy-rənilən  müşahidə  vahidinin  va  ya  hesabat 

vahidinin ünvanı qeyd edilir. Formulyarlar  müxtəlif adda ola bilər. Onlardan  istifadəsi ən çox olanlarını 

aşağıdakı kimi sadalamaq mümkündür: hesa-bat,  kartoçka,  siyahıyaalma vərəqi,  sorğu blankı, anket və 

s.  

Formulyarlar  bir-birindən  fərqlənən  iki  sistemə:  fərdi  (kar-toçka)  və  siyahı  sisteminə  ayrılır. 



Formulyarın  fərdi  (kartoçka)  sistemində  hər  bir  kartoçkada  bir  müşahidə  vahidi  və  onun  əla-mətləri 

15 

 

qeydə  alınır,  siyahı  sistemində  bir  siyahıda  (blankda)  bir  neçə  müşahidə  vahidi  haqda  suallara  cavab 



yazılır. Statistika he-sabat formalarının hamısı hər bir müəssisə tərəfindən ayrılıqda doldurulur. Əhalinin 

siyahıya alınmasında ailənin hər bir üzvü bir siyahıyaalma vərəqində qeydə alınır.  

    Statistik  müşahidə  formulyarları  ilə  bərabər  müşahidə  proq-ramında  qoyulmuş  suallara  eyni  cavab 

toplanmasında  təlimatın  hazırlanmasının  da  mühüm  əhəmiyyəti  vardır.  Təlimat  ayrıca  sənəd  (kitabça) 

şəklində  tərtib  edilir.  Onda  müşahidə  proqra-mındakı  hər  bir  sualın  ətraflı  izahı  verilir  və  onlara  necə 

cavab  yazılması  şərh  edilir.  Təlimatda  müşahidənin  obyekti  və  vahidi,  onun  məqsədi  və  vəzifələri, 

müşahidənin  kim  tərəfindən  və  han-sı  müddətdə  aparılması,  formulyarları  doldurmaq  üçün  məluma-tın 

haradan və neçə alınması və s. haqda ğöstəriş verilir. O, for-mulyarlarda qoyulmuş sualların düzgün başa 

düşülməsini təmin etməlidir. 

Statistika  müşahidəsinin  mühüm  təşkilati  məsələləri.  Statis-tika  tədqiqatı  üçün  müşahidənin  təşkilati 

məsələlərinin  əvvəlcə-dən  işlənilib  hazırlanmasının  əhəmiyyəti  böyükdür.  Statistik  müşahidənin  təşkili 

planı  müşahidənin  lazımi  səviyyədə  aparıl-masını  təmin  edən  tədbirlər  sisteminin  həyata  keçirilməsini 

nə-zərdə  tutur.  Planda  müşahidənin  obyekti,  məqsəd  və  vəzifələri,  onu  aparacaq  təşkilatın  adı, 

müşahidənin  aparılması  vaxtı  və  müddəti,  kadrların  seçilməsi  və  öyrədilməsi,  müşahidənin  apa-rılması 

qaydası,  statistik  materialların  təhvil  verilməsi  qaydası,  ilkin  və  son  yekunların  çıxarılması  və  s.  ətraflı 

xarakterizə  olunur.  Statistika  elmi  təcrübəni  ümumiləşdirərək  müşahidənin  bir  sıra  ümumi  prinsiplərini 

işləyib  hazırlamışdır.  Müqayisəli  məlumat  əldə  etmək  üçün  müşahidəni  eyni  vaxtda,  eyni  proq-ram 

əsasında  və  ölkənin  bütün  ərazisini  əhatə  etməklə  aparıl-ması  məqsədəuyğun  hesab  edilir.  Statistik 

müşahidənin aparıl-masında onun yeri və vaxtının müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır.  

     Müşahidənin  yerinin  seçilməsi  əsasən  müşahidənin  məqsə-dindən  asılı  olaraq  həyata  keçirilir.  Əgər 

ölkə üzrə əhalinin tər-kibini öyrənmək üçün məlumat əldə etmək lazımdırsa, o zaman müşahidə ölkənin 

bütün ərazisini əhatə etməli, Bakı və Naxçı-van şəhərlərində istehlak səbətinin dəyəri haqqında məlumat 

toplamaq lazımdırsa, o zaman müşahidə bu iki şəhərin ərazi-sində aparılmalıdır.  

    Öyrənilən  hadisə  haqda  dəqiq  məlumat  əldə  etmək  üçün  mü-şahidənin  böhran  anının  müəyyən 

edilməsinin  də  mühüm  əhə-miyyəti  vardır.  Öyrənilən  məcmunun  hər  bir  vahidinin  əlamət-lərinin  ilin 

müəyyən gününə, saatına qeydə  alınması  böhran  anı  adlanır. Böhran anının  müəyyən edilməsi obyektin 

sayı  haqqın-da  dəqiq  məlumat  əldə  etməyə  imkan  verir.  Müşahidənin  aparıl-masında  onun  müddətinin 

düzgün  müəyyən  edilməsinin  də  mü-hüm  əhəmiyyəti  vardır.  Müşahidənin  müddəti  dedikdə,  muşahi-də 

olunan  faktların  statistika  formulyarlarında  qeydə  alınması,  yəni  kütləvi  məlumatın  toplanılmasının 

aparılması  üçün  lazım  olan  vaxt  başa  düşülür.  Bu  müddət,  bir  qayda  olaraq,  günlə  mü-əyyən  edilir, 

müşahidənin  başlanma  və  qurtarma  tarixi  göstə-rilir.  Müşahidənin  müddəti  işin  həcmindən, 

informasiyanın  top-lanması  ilə  məşğul  olan  işçilərin  sayından  asılı  olaraq  müəyyən  edilir.  Müşahidənin 

müddəti  nə  qədər  qısa  olarsa,  müşahidə  olu-nan  hadisə  haqqında  bir  o  qədər  dəqiq  məlumat  əldə  oluna 

bilər. Əhalinin siyahıyaalınmasında müşahidənin müddəti bir qayda olaraq, 8 gün, əsas vəsaitlərin uçota 

alınması isə 5-6 ay həc-mində müəyyən edilir. 



 Statistika müşahidəsinin xətası.  Statistik  müşahidənin proq-ram-metodoloji  və  təşkilati  məsələlərinin 

düzgün  həyata  keçiril-məsi  nəticəsində  tam,  dolğun  məlumat  əldə  etmək  mümkündür.  Bununla  bərabər 

toplanılan məlumatın dəqiqliyini təmin etmək üçün müşahidə prosesində və sonra bir sıra tədbirlər həyata 

ke-çirmək  lazımdır  (kadrların  düzgün  seçilməsi  və  onların  lazımi  səviyyədə  təlimatlandırılması, 

müşahidənin aparılmasına nəza-rətin gücləndirilməsi, toplanılmış məlumatın dəqiqliyinin yoxla-nılmasını 

və s.). 


    Toplanılan  məlumatın  tam,  dəqiq  olmasını  təmin  etmək  tələb  olunan  şərtlər  sırasına  müşahidənin 

proqramının  düzgün  tərtib  olması,  statistika  formulyarlarında  sualların  düzgün  qoyulması,  təlimatın 

lazımi  səviyyədə  tərtib  olunması,  müşahidə  vaxtının  və  onun  aparılması  müddətinin  düzgün  müəyyən 

edilməsi və s. daxildir. Müşahidə nəticəsində əldə edilmiş statistika məlumatı ilə sosial-iqtisadi hadisənin 

həqiqi  qiyməti  arasında  əmələ  gə-lən  fərq  statistika  müşahidəsinin  xətası  adlanır.  Statistika  müşa-

hidəsinin  xətası,  iki  qrup  xətaya-  qeyd  xətasına  və  reprezentativ  xətaya  ayrılır.  Bu  xətaların  özləri  də 



təsadüfi və  müntəzəm xə-taya  bölünür. Qeyd  xətası toplanılan  məlumatın düzgün  müəy-yən edilməməsi 

və  ya  düzgün  alınmaması  nəticəsində  baş  verir.  Qeyd  xətası  həm  ümumi,  həm  də  qeyri-ümumi 

müşahidələrdə  baş  verə  bilər.  Təsadüfi  qeyd  xətası  müxtəlif  səbəblərdən  qey-diyyatı  aparan  şəxsin 

faktları düzgün dərk etməməsindən, rə-qəmləri düz yazmaması və s. nəticəsində baş verə bilər (məs, si-

yahıyaalma  zamanı  44  yaş  əvəzinə  43  yaş).  Kütləvi  məlumatlar  əsasında  baş  verən  belə  xətalar,  böyuk 

ədədlər  qanununun  prin-siplərinə  uyğun  olaraq  qarşılıqlı  ödənilirlər.  Müntəzəm  qeyd  xətası  göstərilən 



16 

 

göstəricilərin əsasən yuvarlaqlaşdırılması nəti-cəsində baş verir. Belə xəta qəsdən edilən xəta da adlanır. 



Qəs-dən edilən qeyd xətası, qeydiyyat aparan şəxslərin düşüncəli olaraq təhrif edilmiş məlumat vermələri 

nəticəsində  baş  verir  (məsələn,  şəxsin  yaşı  62  olduğu  halda  onun  55  yaşlılar  qrupuna  daxil  edilməsi). 

Qəsdən  edilən  qeyd  xətası  statistika  müşahidə-sinin  bütün  növlərində  baş  verə  bilər.  Ona  görə  də 

statistika  or-qanları  aparılan  müşahidələrə  nəzarətin  lazımi  sə-viyyədə  olmasına  nail  olmalıdırlar. 

Reprezentativ  xəta  ancaq  qeyri-ümu-mi  müşahidələrdə  baş  verir.  Tədqiq  olunan  statistik  məcmunun 

bütun  vahidlərinin  müşahidə  əsasında  əhatə  olunmaması  nəticə-sində  reprezentativ  xəta  baş  verə  bilər. 

Statistik müşahidə başa çatdıqdan sonra toplanılmış məlumata nəzarət həyata keçirmək məqsədilə ətraflı 

yoxlanılmalıdır.  Bu  zaman  müşahidə  vahidinin  tam  əhatə  olunması,  statistika  formulyarlarının  və  s. 

müşahidə  sənədlərinin  ilk  növbədə  həm  məntiqi,  həm  də  hesablama  yolu  ilə  düzgün  doldurulması 

yoxlanılmalıdır. 

     Məntiqi yoxlamada statistik məlumatlar müşahidənin proqra-mındakı qarşılıqlı əlaqədə olan sualların 

cavabı ilə müqayisə edilməklə uyğunsuzluqlar aşkar edilə bilər. Hesablama yolu ilə toplanmış məlumata 

nəzarət  yekun  məlumatlarının  yoxlanılma-sı  əsasında  həyata  keçirilir.  Məntiqi  nəzarət  məlumatın 

düzgün-lüyünə  ancaq  şübhə  yaratdığı  halda,  hesablama  nəzarəti  xətanın  (səhvin)  mövcudluğunu 

müəyyən  etməyə  imkan  verir.  Statistik  müşahidənin  materialları  o  vaxt  qəbul  edilmiş  hesab  oluna  bilər 

ki,  məlumatların  düzgünlüyü  həm  məntiqi,  həm  də  hesablama  yolu  ilə  nəzarətdən  keçmiş  və  düzəliş 

verilmiş  olsun.  Toplanıl-mış  məlumatın  yoxlanılması  və  qəbul  edilməsilə  statistik  tədqi-qatın  ilkin 

mərhələsi başa çatmış olur. 



 

     IV.Qeyd  edildiyi  kimi,  qeyri-ümumi  müşahidənin  ən  geniş  ya-yılmış  növü  seçmə  müşahidədir. 

Məcmu vahidlərinin bir hissə-sinin elmi prinsiplər əsasında seçilib öyrənilməsindən alınmış nəticə bütün 

məcmuya  aid  edilərsə,  belə  müşahidəyə  seçmə  müşahidə  deyilir.  Əgər  məcmu  vahidlərinin  bir  hissəsi 

seçilib  öyrənildikdən  sonra  nəticəsi  məcmuya  aid  edilməzsə,  belə  mü-şahidəni  seçmə  müşahidə 

adlandırmaq  olmaz.  Seçmə  müşahidə-nin  əsas  prinsiplərindən  biri  qərəzsiz  seçmə  prinsipidir.  Ümumi 

müşahidədə olduğu kimi, seçmə müşahidəni aparmaq üçün, ilk öncə onun məqsədini müəyyənləşdirmək, 

müşahidənin  və  məlu-matın  işlənilməsi  proqramını  tərtib  etmək,  müşahidənin  təşkili  məsələlərini  həll 

etmək  və  seçilmiş  vahidlərin  müvafiq  əlamət-lərini  (proqramda  qoyulmuş  suallara  uyğun  olaraq)  qeydə 

almaq  lazımdır.     

     Mühüm  məsələlərdən  biri  məcmudan  seçiləcək  hissənin  faizinin  müəyyən  edilməsidir.  Seçilənlərin 

faizi  seçmə  müşahidənin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq  müəyyən  edilir.  Bundan  sonra  seçmənin 

üsulu  müəyyənləşdirilir  və  onun  əsasında  seçmə  aparılır.  Seçmə  müşahidə  nəticəsində  toplanmış  məlu-

mat ümumiləşdirilir, seçmə xarakteristikası və seçmə  xətası hesablanır. Seçmənin nəticəsi baş məcmuya 

aid  edilir.  Statistika  məcmusunun  bütün  vahidlərinin  seçmə  məcmusuna  eyni  ehtimalla  düşə  bilməsi 

təmin  edilməlidir.  Statistika  elminin  inkişaf  tarixi  sübut  etmişdir  ki,  seçmə  mü-şahidəni  elmi  prinsiplər 

əsasında  təşkil  etdikdə  etibarlı  statisti-ka  məlumatı  əldə  etmək  mümkündür,  yəni  seçmə  müşahidə  nə-

ticəsində  alınmış  orta  və  nisbi  göstəricilər  bütövlükdə  statistik  məcmunun  orta  və  nisbi  göstəricilərini 

düzgün xarakterizə edə bilər. 

     Müasir  şəraitdə  seçmə  müşahidənin  tətbiqinə  ehtiyac  yük-səlməkdədir.  Beləki,  hal-hazırda  ayrı-ayrı 

fəaliyyət  sahələrində  çoxlu  miqdarda  müşahidə  vahidləri  əmələ  gəlmişdir.  Müasir  şəraitdə  xeyli  sayda 

kiçik, orta və iri müəssisələr, kəndli (fer-mer) təsərrüfatları, ticarət şəbəkələri, səhmdar cəmiyyətlər və s. 

fəaliyyət  göstərməkdədir.  Həmin  statistik  məcmularda  ümumi  müşahidəni  aparmaq  çoxlu  miqdarda 

material, əmək, maliyyə və digər xərclərin sərf olunmasını tələb edərdi. Ona görə də ba-zar münasibətləri 

şəraitində ümumi müşahidə əvəzinə seçmə müşahidəni aparmaq daha faydalıdır. 

    Seçmə müşahidənin tətbiqinin xeyli sayda səbəbləri vardır ki, bunlardan da əsasları aşağıdakılardır: 

 



seçmə  müşahidənin  tətbiqi  nəticəsində  məlumatın  həm  top-lanması,  həm  də  işlənməsi  prosesində 

vaxta və vəsaitə  xeyli qənaət edilir. Deməli, ümumi müşahidəyə  nisbətən seçmə  müşahidənin tətbiqi 

iqtisadi cəhətdən faydalıdır; 

 



seçmə  müşahidədə  məcmu  vahidlərinin az bir hissəsi tədqiq olunduğuna görə, onu daha geniş proq-

ram  əsasında  öyrən-mək  mümkündür.  Deməli,  hadisəni  daha  ətraflı  öyrənmək  üçün  seçmə  müşahi-

dədən istifadə edilir; 

 



ümumi  müşahidənin  aparılması  mümkün  olmadıqda,  bəzən  isə  ümumi  müşahidənin  nəticəsini 

dəqiqləşdirmək üçün seçmə müşahidə aparılır. 



17 

 

     Bütün bunlar statistik  məlumatın toplanmasında seçmə  müşahidənin  mühüm əhəmiyyətə  malik oldu-



ğunu göstərir. Statistikada seçmə müşahidənin tətbiqi təcrübənin ehtiyacından irəli gəlmişdir. Hələ XVIII 

əsrdə torpağın şumlanmasının və ot biçiminin keyfiyyətini müəyyənləşdirmək üçün seçmə müşahidə tət-

biq edilmişdir. Həmin əsrin axırlarında dünya bazarında mal satan rus tacirləri ixrac edilən malların key-

fiyyətini müəyən et-mək üçün seçmə müşahidəsindən istifadə etmişlər.  

     XIX əsrin sonu - XX əsrin əvvəllərində seçmə müşahidə zemstvo statistiklərinin işlərində geniş tətbiq 

olunmağa başlamışdır. 

    Seçmə müşahidədən istifadə edərkən rus statistiki Çuprov 1910-cu ildə Moskva quberniyasında savad-

sızlığın  faizini  müəyyənləşdirmişdir.  A.Çuprov  seçmə  müşahidəsinin  nəticəsinin  ümumi  müşahidənin 

nəticəsinə yaxın olduğunu sübut edə bilmişdir.  

 Baş  və  seçmə  məcmunun  ümumi  xarakteristikası.  Öyrənilən  hadisənin  bütün  məcmu  vahidlərinin 

cəminə  baş  məcmu  deyilir.  Baş  məcmuda  əlamətin  ümumiləşdirici  göstəri-cisi  olan  orta  kəmiyyət  baş 

orta  kəmiyyət  adlanır  və  özü  də  “x”-lə  işarə  olunur.  Baş  məcmuda  əlamətin  dispersiyası  “σ

2

”-la  işarə 



olunur. Baş məcmuda müəyyən əlamətə malik olan vahid-lərin hissəsi baş hissə adlanır və "phərfı ilə, 

əlamətə malik ol-mayan vahidlərin hissəsi isə “q” hərfi ilə işarə olunur. Əgər baş məcmuda əlamətə malik 

olan  vahidlərin  sayını  “M”-lə,  baş  məcmudakı  bütün  vahidlərin  sayını  “N”-lə  işarə  etsək, onda  əlamətə 

malik olanların hissəsini  

 

                                                                M           

                                                     P ═  ──── ; 

                                                                N

  

 

 

əlamətə malik olmayanların hissəsini isə  

 

                                                           N  - M  

                                                P ═ ─────── ;           

                                                              N

                    

 

 



düsturu ilə  hesablamaq olar. Buradan aydındır ki,  p+q  həmişə  vahidə  bərabər olur. Tədqiq etmək  üçün 

baş  məcmudan  seçil-miş  vahidlərin  məcmusu  seçmə  məcmu  adlanır.  Seçmə  məcmu-da  əlamətin  orta 

kəmiyyəti  seçmə  orta kəmiyyət adlanır və  x-lə, dispersiyası  isə  seçmə  dispersiya adlanır və  σ

o

2

-la  işarə 



edi-lir.  Seçmə  məcmuda  əlamətə  malik  olan  vahidlərin  sayı  m-lə,  əlamatə  malik  olan  vahidlərin  seçmə 

məcmuya olan nisbəti nis-bi tezlik adlanır və W- işarə edilir. Əgər seçmə məcmudakı vahidlərin sayını 



n hərfı ilə işarə etsək, o zaman əlamətə malik olan vahidlərin nisbi tezliyi aşağıdakı düsturla hesablanar:  

 

 

                                                                m          

                                                   W ═  ──── ; 

                                                                n 

     Qeyd etmək lazımdır ki, seçmə məcmunun göstəriciləri (seç-mə orta kəmiyyət və nisbi tezlik) dəyişən 

kəmiyyətdir, yəni se-çilənlərin tərkibindən asılı olaraq həmin göstəricilər dəyişə bi-lər.     



      Reprezentativ  xəta.  Seçmə  müşahidə  elmi  əsasda  təşkil  edil-dikdə  onun  ümumiləşdirici  göstəriciləri 

baş  məcmunun  ümumi-ləşdirici  göstəricilərinə  çox  yaxın  ola  bilər,  yəni  seçmə  məc-munun  göstəriciləri 

baş məcmunun göstəricilərini düzgün təmsil edə bilər. Buna seçmə müşahidənin reprezentativliyi deyilir 

(“Reprezentativ”-  fransız  sözü,  “təmsil  etmək”).  Seçmə  məcmu  göstəricilərinin  baş  məcmu 

göstəricilərinə  yaxınlıq  dərəcəsini  öyrənmək  üçün,  seçmə  müşahidəsi  nəticəsində  alınmış  statistika 

materiallarının dəqiqliyini müəyyən etmək üçün baş məcmu ilə seçmə məcmunun göstəriciləri arasındakı 

fərqi müəyyənləşdir-mək lazımdır. 

     Seçmə  müşahidəsində  də  qeyd  xətası baş verə  bilər. Lakin sübüt olunmuşdur ki, ümumi  müşahidəyə 

nisbətən seçmə müşa-hidəsində qeyd xətası xeyli az olur. Bu, ilk növbədə, onunla əla-qədardır ki, ümumi 

müşahidəyə  nisbətən  seçmə  müşahidəsində  uçota  alınan  vahidlərin  sayı  əhəmiyyətli  dərəcədə  azalır, 

ikinci  tərəfdən  isə,  seçmə  müşahidə  yüksək  səviyyədə  təlimatlandırıl-mış  mütəxəssislər  tərəfindən 

aparılır.  Bununla  barabər,  ümumi  müşahidədə  baş  verməyən,  lakin  seçmə  müşahidəyə  xas  olan 

reprezentativ xəta da mövcuddur. 

      Seçmə məcmu göstəriciləri ilə baş məcmunun göstəriciləri arasındakı fərqə reprezentativ xəta deyilir. 

Bu  xəta  da  müntə-zəm  və  təsadüfı  xətaya  ayrılır.  Seçmə  müşahidənin  aparılması  prinsipi  pozulduqda 

əmələ  gələn  xəta  müntəzəm  reprezentativ  xəta  adlanır.  Seçmə  məcmuya  qəsdən  ən  yaxşı,  yaxud  ən  piş 

vahidlər  ayrılarsa,  bu  müntəzəm  xətanın  baş  verməsinə  səbəb  olacaqdır.  Seçmə  müşahidə  -  obyektiv, 

qərəzsiz  aparılıb,  bütün  vahidlərin  elmi  qaydada  seçilməsi  təmin  edilərsə,  müntəzəm  reprezentativ  xəta 



18 

 

baş verməz. Lakin seçmə  müşahidə düzgün aparıldıqda  belə, seçmə  məcmu  ilə  baş  məcmu göstəriciləri 



ara-sında  fərq  əmələ  gəlir.  Bu  fərq  seçmə  məcmunun,  baş  məcmu-nun  bütün  vahidlərini  əhatə 

etməməsindən  irəli  gəlir.  Seçmə  müşahidənin  aparılması  prinsiplərinə  əməl  edildikdə  belə,  seç-mə 

məcmu  ilə  baş  məcmu  arasında  əmələ  gələn  fərq  təsadüfi  reprezentativ  xəta  adlanır.  Təsadüfi 

reprezentativ xəta ancaq seçmə müşahidəsinə xasdır.  

      Seçmə metodunun nəzəriyyəsi böyük ədədlər qanununa əsaslanır. Böyük ədədlər qanunu ilə əlaqədar 

olan  ehtimal  nə-zəriyyəsinin  teoremləri  seçmə  müşahidədə  baş  verən  xətanın  həcmini  dəqiq  müəyyən 

etməyə  imkan  verir.  Bu  teoremlər  rus  riyaziyyatçıları  akademik  P.Çebışev,  A.Lyapunov,  A.Markov 

tərəfindən  isbat  edilmiş,  XX  əsrdə  isə  akademik  A.Kolmoqo-rov,  S.Bernşteyn  və  s.  tərəfindən  daha  da 

dəqiqləşdirilmişdir. Seçmə müşahidəsinin təşkili, aparılması məsələlərinin həllində statistiklər A.Çuprov, 

B.Yastremski,  V.Nemçinov,  V.Starovski  və  s.-nin  böyük  xidməti  olmuşdur.  Bazar  münasibətləri  şərai-

tində  ölkənin  iqtisadi  və  mədəni  inkişafını  xarakterizə  edən  mə-lumatın  toplanmasında,  iqtisadi  inkişaf 

proqnozlarının  yerinə  yetirilməsi  gedişinə  nəzarətin  gücləndirilməsində,  dərin  iqtisadi  təhlil  əsasında 

istifadə olunmamış ehtiyatların aşkar edilməsin-də seçmə müşahidə mühüm yer tutur. 

Seçmə  müşahidənin  xətasının  hesablanması  qaydası.

 

Seçmə  məcmunun  ümumiləşdirici  göstəriciləri 



(seçmə  orta  kəmiyyət,  seçmə  dispersiya  və  nisbi  tezlik)  dəyişən  kəmiyyətlərdir.  Seçmə  məcmu 

göstəriciləri  baş  məcmunun  müvafiq  göstəriciləri  ətra-fında  müxtəlif  qiymətlərlə  tərəddüd  edə  bilər. 

Tərəddüd  dərəcəsi  yüksək  olduqda,  seçmə  müşahidənin  nəticələrini  baş  məcmuya  yaymaq  olmaz,  yəni 

seçmənin nəticələri real hesab edilə  bilməz. Bu ilk növbədə  həmin tərəddüdün (kənarlaşmanın) dəyişmə 

am-plitudasının böyüklüyü ilə izah olu-nur.   

     Seçmə  göstəricilərinin  baş  məcmunun  göstəricilərindən  tə-rəddüd  dərəcəsi  seçmənin  orta  xətası 

göstəricisi  ilə  xarakterizə  olunur.  Belə  ki,  seçilmənin  istənilən  formada  aparılması,  hər  sonrakı  halda 

məcmunun  başqa  vahidlərindən  istifadə  olunması  birə-bir  mütləq  göstəricinin  əldə  edilməsinə  imkan 

vermir.   

     Dəyişən  kəmiyyət  olan  seçmə  xətası  seçmə  məcmusuna  dü-şən  vahidlərdən  asılı  olaraq  müxtəlif 

qiymətlərə malik ola bilər. Ona görə də mümkün xətalardan seçmənin orta xətası hesabla-nır. Seçmə orta 

kəmiyyətin  (x)  baş  orta  kəmiyyətdən,  seçmə  his-sənin  isə  baş  hissədən  mümkün  tərəddüdlərini  ölçmək 

üçün dis-persiya, yəni orta kvadrat uzaqlaşma hesablanır. Bu kəmiyyəti µ

2

 ilə işarə etsək, onda düsturları 

müvafiq sürətdə orta üçün  

 

                                        ∑( x

i

 - x )

2

 



                            

                             µ 





2

 

═ ────── 



                                                 

 və hissə üçün   

                                       ∑ (

W

 i

 - p )

2

 



                            

                             µ



p

 

2

 ═ ────── 

                                               n                    

yazmaq olar. 

 

    Böyük  ədədlər  qanununun  riyazi  teoremlərində  sübut  edil-mişdir  ki,  seçmə  orta  kəmiyyətin 



dispersiyası  ilə  baş dispersi-yanın və seçilənlərin  sayı arasında aşağıdakı  münasibət möv-cuddur: seçmə 

orta kəmiyyətin dispersiyası (µ



2

) baş məcmuda əlamətin dispersiyasının (σ



2

) seçilənlərin sayına (nolan 

nisbə-tinə  bərabərdir.  Bu  ifadənin  kvadrat  kökü  seçmənin  orta  xətası  adlanır.  Seçmə  müşahidəni 

apararkən  baş  dispersiya  haqqında  məlumat  olmur.  Ona  görə  seçmə  dispersiyadan  istifadə  edilir.  Bu 

zaman düstur aşağıdakı kimi yazılır: 

                                         

         

 

      



 

                                              σ

o

2

 



 

                                

  

µ

  

═ 



           ; 

                                               n 

    

 

    Seçmənin orta xətası hissə üçün aşağıdakı düsturla hesab-lanır:  



                                         

       


 

      


 

                                                           pq  

                                           µ

  

═             

                                                            

    


 

19 

 

    Burada:  pq - alternativ əlamətin dispersiyasıdır.  



 

    Baş məcmuda əlamətin tərəddüd dərəcəsi nə qədər yüksək olarsa, seçmənin orta xətası da yüksək olar 

və  əksinə,  əlamətin  tərəddüd  dərəcəsi  azaldıqca,  seçmənin  orta  xətası  da  azalar.  Onu  da  göstərmək 

lazımdır ki, seçmə müşahidəni təşkil edər-kən baş məcmuda vahidlərin sayı məlum olmadığına görə, baş 

məcmuda  əlamətin  tərəddüdünün  kəmiyyəti  də  məlum  olmur.  Riyazi  statistikada  sübut  olunmuşdur  ki, 

seçmə dispersiya orta hesabla baş dispersiyadan bir qədər kiçikdir və onların nisbətini aşağıdakı düsturla 

ifadə etmək olar: 

 

                                                         n        

                                        σ

2

 ═ σ



o

2  


─── 

                                            



n -1 

    


 

     


Seçmənin  orta  xətası  seçilənlərin  sayının  kvadrat  kökü  ilə  tərs  mütənasibdir,  yəni,  xətanın  həcmini 

azaltmaq  uçün  seçilən-lərin  sayını  artırmaq  lazımdır.  Məsələn,  seçmənin  orta  xətasını  2  dəfə  azaltmaq 

üçün seçilənlərin sayını 4 dəfə artırmaq, xətanı 3 dəfə azaltmaq lazım gələrsə, seçilənlərin sayını 9 dəfə 

artır-maq lazımdır. Beləliklə, seçmənin orta xətası iki amildən- baş məcmuda öyrənilən əlamətin tərəddüd 

dərəcəsindən və seçilən-lərin sayından asılıdır.      

      Təkrar seçmə qaydasının mahiyyəti ondan ibarətdir ki, seç-mə prosesində baş məcmudakı vahidlərin 

ümumi  sayı   sabit qa-lır. Ona görə ki, seçməyə düşmüş bu  və  ya digər  məcmu  vahidi qeydə alındıqdan 

sonra  baş  məcmuya  qaytarılır  və  həmin  məc-mu  vahidi  bütun  məcmu  vahidləri  kimi  yenidən  seçmə 

məcmusuna düşmək ehtimalını saxlayır. Belə prinsip əsasında aparılan seçmə təkrar seçmə sxemi adlanır. 

     Təcrübədə seçmənin orta xətası, seçmənin təkrar olmayan sxem üzrə aparılmasına baxmayaraq bəzən 

təkrar  seçmə  sxe-mində  istifadə  olunan  düsturlar  əsasında  hesablanır.  Seçmənin  orta  xətası  seçilənlərin 

mütləq sayından çox, nisbi hissəsindən (seçilənlərin faizindən) isə az asılıdır.  

     Seçmənin orta xətasının həcmini müəyyən etdikdən sonra onun mümkün olan hüdudlarını hesablamaq 

lazımdır.  Seçmə-nin  orta  xətası  seçmə  məcmusunun  ümumiləşdirici  göstəricilə-rinin  baş  məcmunun 

müvafiq  göstəricilərindən  mümkün  tərəd-düdlərini  müəyyən  etmək  üçün  istifadə  edilir.  Müəyyən  ehti-

malla  sübut  etmək  olar  ki,  seçmənin  göstəricilərinin  baş  məc-munun  göstəricilərindən  tərəddüdü 

müəyyən kəmiyyətdən kə-nara çıxa bilməz. Həmin kəmiyyət seçmə xətasının son həddi adlandırılır. 

    Seçmə xətasının son həddinin “∆” (delta) ilə, ehtimaldan ası-lı olan əmsalı “t” ilə işarə etməklə, seçmə 

xətasının son həddi-nin düsturunu aşağıdakı kimi yazmaq olar:   

                                    

         

 

      


 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə