Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan



Yüklə 3,07 Mb.
səhifə1/11
tarix30.04.2020
ölçüsü3,07 Mb.
#31024
  1   2   3   4   5   6   7   8   9   10   11
umumi sfera111

Mövzu:1. Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları
Plan:


  1. Turizm resursları anlayışı və onun tədqiqat obyekti




  1. Turizm resurslarının öyrənilməsinin nəzəri-praktiki əsasları




  1. Turizm resurslarının təsnifatı və bölgü prinsipi


  1. Turizm resursları anlayışı və onun tədqiqat obyekti. Rekreasiya-turizm potensialı tükənməyən təbii, anropogen, sosial-iqtisadi resurslara əsaslanır. Turizm resursları – təbii, iqlim, tarixi-arxitektur, dini, sosial-mədəni, mənəvi-irsi nümunələri özündə birləşdirir. Funksional xüsusiyyətlərinə görə turizm ehtiyatları sağlamlıq-müalicə, dərketmə, idman, istirahət məqsədilə istifadə olunur. Turizm ehtiyatı dedikdə: təbii, iqtisadi, tarixi, mədəni, irsi, milli, etnoqrafik kompanentlər nəzərdə tutulur. Turizm ehtiyatlarına landşaft ekzotikliyi, iqlim komfortluluğu, təbiət abidələri, milli parklar da daxildir. Turizm ehtiyatlarının təsnifatında təbii və antropogen resurslarla yanaşı, onun ərazi təşkili üçün vacib olan sosial-iqtisadi amillər də əsas götürülür. Bu baxımdan turizm ehtiyatlarının kompanentlərinə ərazinin infrastruktur səviyyəsi, mənimsənilmə xüsusiyyəti, bölgələr üzrə

paylanması, müəyyən olunmaqla daxil edilir.


Turizm fəaliyyətində mövcud ehtiyatlardan istifadə fənnin əsas məqsədi sayılır. Bu baxımdan turizm ehtiyatlarının məqsədinə görə qruplaşdırılması onun istifadə dərəcəsində asılıdır. Belə ki, təbii rekreasion ehtiyatlarının istifadəsi 3 qrupda aparılır.


  1. İntensiv mənimsənilmə. Buraya təbii komplekslərin atraktivliyi, istifadə

səviyyəsi yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər aid edilir. Bu növ mənimsənilmə turizm ehtiyatlarından istifadənin yüksək dərəcədə yüklənməsinə səbəb olur. Turizm ehtiyatlarından bu növ intensiv mənimsənilmə dəniz sahili bölgələr və ondan 50-100 km daxilə doğru olan ərazilər üçün səciyyəvidir. Intensiv mənimsənilən bölgələrdə turizm – istirahətin əksər sahələri

1

inkişaf etdiyinə görə bəzi tədqiqatçılar belə yaşayış məntəqələrini turizm aqlomerasiyaları adlandırırlar.




  1. Ekstensiv mənimsənilmə. Belə ərazilər turizmin istifadəsinə zəif cəlb olunmuş təbii ekzotikliyin turizmin inkişafına az təsir göstərən və ya müxtəlif təbii antropogen komponentlərdən birgə istifadənin mümkün olmadığı ərazilər üçün səciyyəvidir. Bununla yanaşı müxtəlif növ turizm hərəkatında istifadə edilən ekstremal ərazilər də turizm ehtiyatlarının mənimsənildiyi bölgələrə aid ola bilər.




  1. Az mənimsənilən ərazilər. Turizm baxımdan az mənimsənilən bölgələrə

daha çox ekstremal şəraitə malik olan ərazilər daxildir. Belə bölgələrə yarımsəhra və səhralar, komfort şəraiti az olan regionlar daxildir. Bununla yanaşı turizm baxımdan mənmsənilməyən regionlardə əlavə abadlaşdırıcı işlər aparmaqla perspektiv bölgə kimi mənimsəmək mümkündür. Bu növ mənimsənilmədə ehtiyatlarının azlığı və ya bir turizm komponentinin üstün olması turist marşurutlarının təşkilinə və turizm sənayesinin yaradılmasına imkan vermir.


Turizm ehtiyatlarının qruplaşdırılmasında antropogen amillər iqtisadi, sosial şəraitlə yanaşı tarixi-mədəni abidələrin, milli irsi nümunələrinin istifadəsindən ibarət olur. Belə ki, tirizm ehtiyatlarına daxil olan milli irsi nümunələri və etnoqrafik abidələr, antropogen ehtiyatlara aid olub cəlbediciliyi ilə seçilir.
Turizm ehtiyatlarının öyrənilməsinin əsas vəzifəsi mvcud resursları təfərrüatın dövriyyəsinə cəlb etmək, onların qiymətləndirilməsini aparmaqdan ibarətdir. Hər bir təbii və antropogen komponentlərdən istifadənin məqsədi turisti cəlb etmək imkanlarını öyrənməkdən ibarətdir. Turizm ehtiyatlarının öyrənilməsində Azərbaycan alimlərindən Əyyubov, Budaqov, Sultanovun, Salmanovun və s. xidmətləri olmuşdur.
Turizm ehtiyatlarının təsnifatında təbii resursdan istifadənin aşağıdakı xüsusiyyətləri vardır:
2

  1. Təbii resurslar və onun ayrı – ayrı komponentləri turizm istehlakçısına yönəldilmiş əsas ehtiyat olduğuna görə onun təbii mühitlə əlaqəsini birbaşa təmin etmiş olur.




  1. Turizm bir çox hallarda təbii resurslardan istifadənin təşəbbüsçü kimi çıxış edir. Yəni onun elementlərinin mənimsənilməsi fəaliyyətində üstün istiqaməti təşkil edir. Belə ki, təbii turizm ehtiyatları turizm və istirahətin bütün növlərinin təşkili üçün baza rolunu oynayır.




  1. Turizm təbiətdən şox məqsədli istifadə etdiyinə görə turizmin ərazi təşkilində mövsümlük problemi yaratmır. Belə ki, komfort və ya diskomfort

şərait,ekstermal ərazilər turizm resursuna çevrilir və istifadəni məqsədindən asılı olaraq dəyişir. Bu baxımdan təbii turizm resursları turizm və istirahətin təşkilində məqsədindən asılı olaraq mövsümlük yaradır. Yəni turizmdə intensiv dövürlər olan qış və yay mövsümü istirahətin təşkili və nəqsədilə bağlı olur.


4. Turizm təbiətdən istifadə edən bir çox sahələrlə qarşılıqlı təsirə və marağa malikdir. Bunlara misal olaraq kənd təsərrüfatı və aqro turizmi, milli parklar və ekoturizm, hətta filiz mədənlənlərinə də ekskursiya təşkil olunduğuna görə turizm ehtiyatı sayıla bilir. Turizmin təbiətdən çox tərəfli istifadə etdiyinə görə insanlar asudə vaxtlrının əsas hissəsini ətraf mühitlə bağlı olan turizm sahəsinə ayırır.


  1. Turizmdə təbiətdən istifadənin əsas xüsusiyyətlərindən biri də ətraf mühitin qorunması turizm yükünün müəyyən olunması və onun istehsal sahələri ilə əlaqələndirilməsidir. Turizm sənayesi birbaşa ətraf mühitlə əlaqəli olduğuna görə onun təsiri və ərazi yüklənməsi müəyyən edilməlidir. Turizmin ərazi təşkilinin reallaşmasında təbii komöonentlərə dəyən ziyan onun deqradasiyasına səbəb olur ki, bu da gələcəkdə ərazirekreasiya komplekslərinin təşkilinə mənfi təsir edir. Bu baxımdan ətraf mühitin qorunması turizm üçün daha çox əhəmiyyət kəsb edir. Turizm vasitəsilə ətraf mühitin qorunmasına ekoturizm, ekoloji maarifləndirmə, təmizliyə əməl olunması və s. xidmət edən əsas amillərdən sayılır. Beynəlxalq təcrübədə turizm vasitəsilə ətraf mühitin qorunmasında əsas

3

vasitə-ekskursiya və turist yürüşlərinin sayını artırmaqla ekoloji maarifləndirmənin effektiv üsulla həyata keçirilməsindən ibarət olur.


Turizm ehtiyatlarının qruplaşdırılmasında sosial amillər aşağıdakı təsirə malikdir:


  1. Ərazidə əhalinin məskunlaşma səviyyəsi – urbanizasiya, demoqrafik xüsusiyyətlər, milli-etnik tərkibi və etnoqrafik amillər. Əhalinin sıxlığı və

urbanizasiya səviyyəsinin yüksəkliyi turizm-istirahətə olan tələbatı artırır ki, bu da rekreasiya – turizm ehtiyatlarının mənimsənilməsinə təkan vermiş olur. Digər tərəfdən ərazidə yaşayan əhalinin milli – etnoqrafik xüsusiyyətlərinin özünə məxsusluluğu turizm ehtiyatı kimi istifadə etməyə imkan verir.




  1. Ərazidə sosial infrastrukturun inkişaf səviyyəsi və digər xidmət sahələri ilə təmin olunması. Qeyd olunan amillər turizmin turizmin maddi bazasını təşkil edir sosial infrastrukturun inkişafı turizm sənayesinin formalaşmasında

əhəmiyyətli rol oynamaqla yanaşı turizm ehtiyatlarından səmərəli istifadəyə, tələbatın artmasına, ərazi mənimsənilməsinin genişlənməsinə imkan vermiş olur. Bununla yanaşı turizm sənayesində sosial-iqtisadi ehtiyatlarda ayrılır. Sosial-iqtisadi turizm ehtiyatları turizm sənayesinin inkişafı üçün vasitə kimi çıxış edir.


Sosial turizm ehtiyatlarının qruplaşdırılması onların istifadə dərəcəsinə və ərazidə yayılmasına görə aparılır. Belə ki, etnoqrafik ehtiyatlardan istifadə coğrafi amillə bağlıdırsa xalq sənətkarlığı, suvenir istehsalı birbaşa turizm sənayesinin inkişafı ilə bağlı olur. Turizm sənayesində istehlakçı amili onun ehtiyatlarından istifadənin özəyi sayıla


  1. Turizm resurslarıının öyrənilməsinin nəzəri-praktiki əsasları. Turizm resurslarının öyrənilməsi və ərazi rekreasiya ehtiyatlarına uyğun tədqiqatın daha çox iqtisadi-coğrafi xarakter daşıdığına görə onun təsnifatında olan təbii elementlər iqtisadi nöqteyi nəzərdən qiymətləndirilir. Rekreasiya-turizm ehtiyatlarının öyrənilməsində Rusiya, Türkiyə, Polşa, ABŞ və başqa xarici ölkə

alimləri ilə yanaşı, bu sahədə xüsusi xidmətləri olmuş Azərbaycan alimlərinin-H.Ə.Əliyev, B.Ə.Budaqov, A.H.Salmanov, Ə.C.Əyyubov, E.B.Mehrəliyev, 4

A.N.Nadirov, N.H.Əyyubov, H.B.Soltanov, C.Məmmədov, R.Kasumov və s. Mütəxəssislərin əsərlərini qeyd etmək olar. Qeyd olunan müəlliflərin əsərlərində rekreasiya ehtiyatlarının öyrənilməsi üstünlük təşkil etmişdir.digər tərəfdən xarici ölkə mütəxəssislərinin tədqiqatlarında rekreasiya resurslarının öyrənilməsi daha çox turizm təsərrüfatının formalaşmasının nəzəri əsaslarına xidmət etmişdir.
Apardığımız tədqiqatlar göstərir ki, turizm ehtiyatlarının öyrənilməsi ən çox ətraf mühitlə bağlı olmuşdur. Antropogen turizm ehtiyatların öyrənilməsində ölkələrin tarixi – memarlıq abidələrinin milli irsi nümunəsi kimi tədqiq olunması üstünlük təşkil etmişdir.
Azərbaycanda təbii rekreasiya turizm ehtiyatlarının öyrənilməsi aprılan tədqiqatlarda üstünlük təşkil etmişdir. Belə ki, iqlim, təbii landşaftların turizm ehtiyatları baxımından öyrənilməsi azərbaycan MEA Coğrafi İnstitutunun alimləri tərəfindən öyrənilmişdir. Turizm ehtiyatlarının iqtisadi kateqoriya baxımından öyrənilməsi bəzi tədqiqatlarda öz əksini tapmışdır.
Turizm resurslarının öyrənilməsinin təhlili göstərir ki, ehtiyatların yayılma arealı, turizm məqsədilə istifadə imkanları, mənimsənilmə səviyyəsi əsas götürülmüşdür. Turizm ehtiyatlarının istismar göstəriciləri onun yayıldığı ərazidən və kapital tutumundan asılıdır.
Turizm ehtiyatlarının ərazi amilləri əsas olduğuna görə mövcud resurs potensialı, turist cəlb olunma imkanı və bölgələr üzrə yayılmasının da öyrənilməsi vacibdir. Turizm ehtiyatlarının istismar müddəti aşağıdakı amillərdən asılıdır:
Rekreasiya turizm ehtiyatlarının qiymətləndirilməsindən və onun turistlərin cəlb olunma imkanlarından;
Bəzi turizm ehtiyatlarının toxunulmazlığı və ərazi üzrə yayılma səviyyəsindən;
Turizm ehtiyyatlarının yğcam yerləşməsindən, həmçinin müəyyən ərazi vahidi çərçivəsində miqdarından;

5

Turizm ehtiyyatlarına olan tələbat və mövcud infrastrukturun inkişaf səviyyəsindən.


Turizm ehtiyyatlarının uzunmüddətli istifadəsi onun yerləşdiyi ərazinin coğrafi xüsusiyyətlərindən asılıdır. Belə ki, turizm ehtiyyatları müəyyən bir
ərazidə yığcam cəmlənirsə bunlar rekreasiya təsərrüfatın inkişafı ilə yanaşı onun uzunmüddətli istifadəsinin də təmin olunmasına xidmət edir. Ərazinin rerkreasion dinamikliyi, ətraf mühitin antropogen təsirə az məruz qalması turizm ehtiyatlarından istifadənin səmərəliliyini artırmış olur. Bununla yanaşı turizm ehtiyatlarından istifadənin uzunmüddətliyi onun orjinallığından, yerləşdiyi ərazinin coğrafi mühitindən və ona yönəldilən kapitala birbaşa əlaqəli olur.
Əksər tədqiqatçılar turizm ehtiyyatlarının kapital tutumun oraya cəlb ediləcək turistlərin sayı ilə müəyyən etməklə yanaşı, ərazinin infrastruktur baxımdan mənimsənilməsini də əsas götürürlər. Turizm ehtiyyatlarına yönəldilən kapital individual xarakter daşıyır. Yəni hər bir turizm ehtiyyatı üçün kapital qoyuluşu imkanları öyrənilir. Bu baxımdan kapital qoyuluşunun həcmi turizm ehtiyyatlarını ayrı-ayrı komponentləri üzrə yığcamlığından və digər resurslarla birgə istifadə imkanlarından asılıdır.
Əksər mütəxəssislər turizm ehtiyyatlarının qiymətləndirilməsində əsas üstünlüyü investisiyaların cəlb olunmasına, onun qaytarılması imkanlarına və müddətinə əsasən qısamüddətli olduğuna görə, mövcud ehtiyyatların iqtisadi qiymətləndirilməsi onun maliyyə dəyəri ilə müəyyənləşir.
Turizm ehtiyyatlarının öyrənilməsində təbii mühitin müxtəlifliyi, onlardan birgə istrifadə imkanları daha çox nızırı çarpır. Burada əsas göstərici təbii müxtəlifliyin turistlər üçün cəlbedici olmasına və estetik komfortluğuna üstünlük verilir.
Burada təbii və antropogen landşaftlar və onun xüsusiyyətlərində mənzərəli təbiət abidələri, estetik zövqü oxşayan mühit, binaların memarlıq üslubu ilə ətraf landşaftın uyğunlaşması əsas götürülür.

6

Sahilyanı rekreasiya – turizm ehtiyyatlarına isə abrazion relyef formaları, dəniz sahili meşə və cəmənlik landşaftları, narın qumlu cimərlikləri, dəniz suyunun mövsüm dövründə temperaturu, su hövzələrinin fauna, flora zənginliyi, iqlim komfortluğu aid edilir.


Dağ ekosistemlərinə daxil olan əsas komponentlərə təbiət abidələri, ekzotik landşaft, meşəlik əraziləri və s. aiddir.
Avropa ölkələridə turizm ehtiyyatlarının öyrənilməsində ümumiləşdirilmiş meyar resurs potensialından turizm – istirahət məqsədilə maksimum istifadə olunması və ərazi mənisənilməsi ilə bağlıdır.
Turizm sənayesinin yüksək inkişaf etdiyi cənubi Avropa ölkələrində turizm ehtiyyatlarının tədqiqatı ərazi üzrə təminat səviyyəsindən, turizm mərkəzlərinə yaxınlığından, cimərləklərdən istifadə imkanlarından və s. üzrə aparılır.
3.Turizm ehtiyyatlarının təsnifatı və bölgü prinsipi. Turizm ehtiyyatlarının öyrənilməsi ölkəşünaslığın tərkib hissəsi olduğu üçün onun yayılması, təsnifatı, dinamikliyi və istifadə xüsusiyyətləri əsas tədqiqat mövzularından sayılır. Turizm ehtiyyatlarının öyrənilməsinin nəzəri və metedologi əsasları konstruktiv coğrafiyanın tərkib hissəsindən sayılır. Turizm ehtiyyatlarının nəzəri, metedoloji xüsusiyyətlərinin öyrənilməsi Avropa, Amerika alimləri ilə yanaşı, Rusiya və Polşa alimlərinin də rolu olmuşdur. Turizm ehtiyyatlarının nəzəri əsaslarının öyrənilməsi aşağidakı xüsusiyyətləri önə çıxarır:


  1. Ehtiyyatın təsnifatı və ərazi üzrə bölgü prinsipi;




  1. Ehtiyyatın sosial – iqtisadi baxımından qiymətləndirilməsi və ərazi rekreasiya sistemlərinin formalaşmasında rolu;




  1. Ərazinin təbii turizm resursları ilə təminat səviyyəsi və ondan istifadəni xüsusiyyətləri;




  1. Regional inkişafda təbii ehtiyyatlardan istifadənin rolu, həmçinin ərazi mənimsənilməsi üzrə bu ehtiyyatın qiymətləndirilməsi;

Turizm ehtiyyatlarının təsnifat prinsipində aşağıdakılar əks olunur:




  1. Ehtiyyatın yayıldığı ərzinin coğrafi şəraiti;

7


  1. Ehtiyyatın turizm sənayesində olunması;




  1. Ehtiyyatdan istifadənin iqtisadi qiymətinin müəyyən olunması.

Turizm ehtiyyatlarının yayılması və ərazi üzrə təminat səviyyəsi sosial - iqtisadi xarakter daşıdığı üçün təbii antropogen amillərin təsirindən asılıdır. Turizm ehtiyyatlarının ərazi üzrə yayılması ehtiyyatların təxmini hesablanmış miqdarı ilə müəyyənləşir. Turizmdə ehtiyyatlar inteqral qiymətləndirmənin əsas göstəricisi sayildığına görə burada riyazi hesablamalar ehtiyyatlardan istifadənin müddətinə görə aparılır. Hər bir ehtiyyatın yayıldığı ərazinin coğrafi şəraiti, iqtisadiyyatın digər sahələri ilə birgə istifadənin sosial xarakteri buraya daxil edilir. Yəni hər bir təbii,antropogen komponentin miqdarı, dəyəri onun digər istehsal sahələrində istifadə olunduqdan sonra qiymətləndirilməsi əsasında aparılır.


Əgər turizm ehtiyatların da ərazi üzrə təminat səviyyəsi onun digər resurslarla birgə istifadəsi ilə bağlıdırsa, antropogen turizm ehtiyatında bölgü prinsipi və təminat səviyyəsi ayrı-ayrı kompanentin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Turizm ehtiyatının təminat səviyyəsində sosial-iqtisadi göstəricilər xidmətlərin təşkili ilə bağlı olduğuna görə istehsalat və sosial obyektlərdən turizmdə istifadə olunması mümkündür.
Kommunal, məişət, iaşə xudmətlərindən istifadə birbaşa turizm ehtiyyatlarindan istifadə ilə bağlıdırsa, turizmdə təminat sahələri maddi – istehsalın müxtəlif növləri ilə birgə aparılır. Iqtisadi təminant səviyyəsi infrastrukturla yanaşı kənd təsərrüfatı, tikinti, yüngül, yeyinti sənayesinin inkişafına da təsir etmiş olur.
Turizm ehtiyyatlarının öyrənilməsində digər xüsusiyyətlərdən biri də cəmiyyətlə təbiət arasındakı qarşılıqlı əlaqədən yaranan müxtəliflikdir. Bu da ekoturizmin inkişafını təmin etmiş olur. Bu baxımdan insanların təbii mühitlə bağlı olan əlaqəsi aşağıdakı kimi qruplaşdırılır:
Turizmin ətraf mühitlə təsiri müsbət və mənfi mənada ola bilər. Yəni ekoloji mühitdə yüklənmə səviyyəsi çox olarsa ətraf mühitə mənfi təsir güclənir.
8

Bu da mövcud turizm ehtiyyatlarının azalmasına səbəb olur. Turizm sənayesi ətraf mühitlə birbaşa bağlı olduğuna görə onun dəyişdirilməsi turizm tılıbatına mənfi təsir göstərir.


Xarici mühitin insanların sağlamlığına, psixoloji və fiziki yorğunluğun bərpasına əsas təsir vasitələrindən olduğuna görə ətraf mühitin qorunması turizmdə mühüm yer tutur. Bütün hallarda ətraf mühütin saflığı turizm tələbatında
əsas yer tutur.
Texnoloji inkişaf insanların sağlam ətraf mühütə tələbatını artırır ki, bu da turizm vasitəsilə təmin olduğuna görə onun təbiiliyinin qorunması turizmin əsas məqsədlərindən sayılır. Elmi – texniki inkişafın sürətlənməsi insanların sağlam
ətraf mühitə tələbatın artırır.
Turizm ehtiyyatlarının öyrənilməsində sosial – iqtisadi xarakter daşıdığına görə ərazinin mənimsənilmə səviyyəsi, infrastruktur sahələrin inkişafı ehtiyyatlardan istifadənin bazasını təşkil edir. Buna görə də turizm ehtiyyatlarının yayıldığı ərazilərin infrastruktur, kommunukasiya, nəqliyyat sahələri inkişaf etdikdən sonra mənimsənilməsi aparılır.
Turizm sisteminin formalaşmasında mövcud ehtiyyatlardan istifadənin aşağıdakı xüsusiyyətləri də vardır:


  1. Mövcud ehtiyyatların turizm sənayesinin maddi bazasını təşkil etməsi. Burada estetik qavrama və rahatlıq baxımından turistlərin istirahəti üçün mövcud təbii iqlim elementləri, memarlıq abidələrindən istifadə olunması daxildir. Rekreasiya ehtiyyatları turizm sənayesinin maddi bazasını təşkil etdiyinə görə

ondan istifadə mövcud tələbatların təmin olunmasına imkan verir. Buna görə dəturizm ehtiyyatlarının müəyyən bir bölgədə cəmlənməsi istirahət və turizmin inkişafında əsas vasitə sayılır.




  1. Turizm ehtiyyatlarının keyfiyyəti, qiymətləndirilməsi və mövsümi differensiyası tirizm sistemlərinin formalaşmasında əsas rol oynayır. Burada keyfiyyət ətraf mühitin sağlamlığı ilə yanaşı turizm məhsuluna qatıla biləcək

tarixi mədəniyyət, etnoqrafik və təbiət abidələri daxil edilir. Burada 9

qiymətləndirilmənin əsas kriteriyası mövcud resursların turizm sənayesinə cəlb olunma imkanları ilə ölçülür. Həmcinin qiymətləndirilmənin inandırıcı olması və turizm ehtiyyatlarının differensiyası nəzərə alınır. Turizm sistemlərinin formalaşmasında istehlakçı seqmenti mövcud ehtiyyatlara olan tələbata əsaslanır.
Turizm sənayesində ayrı – ayrı istehlakçı qruplarının tələbatı müxtəlif olduğuna görə ehtiyyatların da vahid məhsul şəklinə salınması mümkün deyil. Hər bir turizm ehtiyyatlarından istifadə istehlakçı seqmentinə uyğun olaraq individual və qrup halında cəmləşdirilir. Burada turizm ehtiyyatinin birgə istifadəsi də mümkündür. Əksər hallarda turməhsulun hazırlanmasında ehtiyyatlardan kompleks istifadə olunması nəzərə alınır. Bu xüsusilə turist marşurutlarının təşkilində istifadə olunur.
Təbii turizm ehtiyatlarına – təbiət abidələri, ekzotik landşaft, ərazinin yaşıllıq (meşəlik) dərəcəsi, Milli Parklar, dağ ekosistemləri, baleneloji və mikroiqlim resursları aiddir. Antropogen turizm ehtiyatlarına tarixi-memarlıq abidələri, mədəni-maarif müəssisələri, milli-irs nümunələri və s. aiddir.
Sosial – iqtisadi turizm resurslarına ərazinin iqtisadi inkişafı, əmək ehtiyatları, nəqliyyat imkanları, xidmət sahələrinin inkişafı və s. daxildir.
Turizm ehtiyatlarının yayılması və ərazi üzrə təminat səviyyəsi onun növündən asılı olaraq müxtəlifləşir. Təbii turizm resurslarınınyayılma xüsusiyyəti ərazinin coğrafi xüsusiyyətindən, dağ ekosistemlərindən və təbiətdən turizm məqsədilə istifadənin növündən asılıdır. Bu baxımdan təbii turizm ehtiyatlarının yayılması və ərazi üzrə təminat səviyyəsiaşağıdakı amillərdən asılıdır:


  • Təbii komponentlərdən sağlamlıq və istirahət məqsədilə istifadə olunması. burada əsas göstərici ərazinin ekzotik landşaftı, dağ ekosistemlərində istifadə

imkanları, yaşıllıq normasının istirahət təşkili üçün əlverişli olmasıdır. Məsələn istirahət mərkəzlərində qeud olunan yaşıllıq norması 10-15 m2 təşkil edir.




  • Təbiətdən dərketmə və ekskursiya məqsədilə istifadə olunması. Burada ekzotik landşaftın olması, Milli Parkların mövcudluğu, təbiət abidələrinin bir-

10

birinə yaxın yerləşməsi daxildir. Təbiətdə sakit istirahət imkanları ekskursiya məqsədindən asılı ola bilər.




  • Ekoturizm məqsədilə istifadə də ərazinin meşəlik dərcəsi, ətraf mühitin sağlamlığı, Milli Parklardan istifadə imkanları daxil edilir. Bununla yanaşı dağ

ekosistemləridən istifadə olunması da aiddir.




  • Təbii turizm ehtiyatlarından idman və kənd turizm məqsədilə istifadə. Bu məqsədlə təbii turizm ehtiyatlarının daha çox cəməndiyi dağ kəndlərində qeyd olunan turizm növünün inkişafı mümkündür.

Təbii turizm ehtiyatlarının ərazi üzrə təminat səviyyəsində ayrı-ayrı komponentlər üzrə qrşılıqlı əlaqəsi:


Ekzotik landşaft – təbiət abidələri – Milli Parklar;
Meşəlik dərəcəsi – təbiət abidələri – ekzotik landşaft; Çımərlik – meşə - dağ ekosistemləri;
Bu əlaqələnirmə mövcud turizm ehtiyatlarının cəlbediciliyi, mənzərə müxtəlifliyi əsasında müəyyənləşir. Təbii turizm ehtiyatlarında cəlbedicilik landşaftın müxtəlifliyinin zəngin olmasına görə müəyyən olunur ki, bu da qeyd ounan komponentlərin qarşılıqlı əlaqələndirilməsi turizm tələbatına təsir etmiş olur.
Antropogen ehtiyatların ərazi üzrə yayılması və təminatı onun istifadə xüsusiyyətindən asılı olaraq dəyişir. Ərazi üzrə təminat səviyyəsində nəzərə alınan amillər aşağıdakılardır:
Tarixi-memarlıq abidəsinin orjinallığı, bərpa olunarkən əvvəlki görkəminin saxlanılması;
Tarixi-memarlıq abidələrinin müəyyən bir ərazidə yığcam yerləşməsi və
digər turizm ehtiyatları ilə birgə istifadə imkanları;
Ərazidə olan antropogen ehtiyatlarının davamlığı və istifadə müddəti;
Milli irsi nümunələrin və etnoqrafik abidələrin müəyyən bir ərazidə
yığcam yerləşməsi, beynəlxalq turizmdə istifadə imkanları.

11

Antropogen turizm ehtiyatları ekskursiya məqsədilə daha çox istifadə olunduğuna görə onun yayılma xüsusiyyəti turist marşurutlarının təşkilinə təsir etmiş olur. Bu baxımdan antropogen ehtiyatlarla zəngin olan ərazilərdə səyahət və ekskursiyaların təşkili daha effektiv sayılır. Antropogen ehtiyatlarla zəngin olan qədim mədəniyyətə malik ölkələrdə turizm sənayesindaə əldə olunan gəlirlərin əsas hissəsi bu sahədən gəlir.


Antropogen ehtiyatların müxtəlifliyi turizm baxımdan mənimsənilmə imkanların artırmış olur. Tarixi-arxitektur abidələrin zənginliyi turizm ekskursiya işinin səmərəli təşkili ilə yanaşı, digər sosial-iqtisadi resurslardan istifadəyə imkan verir. Bu da ərazi mənimsəniləsi ilə birbaşa bağlıdır. Belə ki, antropogen ehtiyatlarının zənginliyi və onun daha qabarıq təqdim olunması turizm sənayesinin inkişafına təkan vermiş olur.

12

RTE

































































Təbii turizm ehtiyatları




Antropogen turizm




Sosial – iqtisadi













ehtiyatları




turizm ehtiyatları

































Dağ
ekosistemləri


Milli parklar


Təbiət
abidələri

Nadir


landşaft
nümunələri

Mikroiqlim


ehtiyatları

Balneoloji


resurslar

Çimərlik
resursları


Meşə
resursları


Tarixi –


memarlıq
abidələri
Arxeoloji
abidələr

Milli irsi


nümunələr

Dini abidələr


Müasir

memarlıq
nümunələri


Mədəniyyət
ocaqları

Ərazinin


coğrafi

mövqeyi
Nəqliyyat


infrastrukturu

Sosial
infrastruktur


Əmək
ehtiyatları


Insan


fəaliyyəti ilə
bağlı olan
Maliyyə
ehtiyatları

Informasiya





Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin