Mövzu3: Alqoritmin əsasları



Yüklə 35,79 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü35,79 Kb.
#38232
  1   2   3
Mövzu 3-alqoritm anlayışının daxil edilməsi


Mövzu3: Alqoritmin əsasları

Plan:

  1. Alqoritm anlayısı

  2. Alqoritmin xassələri

  3. Alqoritmin təsvir vasitələri

1.Alqoritm anlayısı.

Alqoritm qarşıya qoyulmuş məsələni həll etmək üçün yerinə yetirilən sonlu sayda əməliyyatlar ardıcılığıdır.İstənilən əməliyyatlar ardıcıllığı alqoritm ola bilməz və həmin əməliyyatlar müəyyən tələblər daxilində yerinə yetirilir. Alqoritm anlayısı informatikanın mərkəzi anlayışıdır. Alqoritm sözü 9-cu əsrdə yaşamış özbək riyaziyyatçısı Məhəmməd əl-Xörəzmin adı ilə bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator) reallaşdırır. Alqoritmin əsas xüsusiyyəti qoyulmuş məqsədə çatdırmasıdır. Maşın üçün yazılmış alqoritm proqram adlanır. Kompüter proqramla işləyir. Proqramı olmayan məsələnin maşında həlli mümkün deyil. İntuitiv alqoritm anlayışı proqram anlayışından əhəmiyyətli dərəcədə genişdir.İlk proqramçılar Paskal, Dekart, Leybnis, Laplas və b. olmuşlar.

Alqoritm – latınca qayda-qanun deməkdir. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır.

Hesablama maşınlarının əsas fərqləndirici xüsusiyyətlərindən biri də onun proqramla idarə olunmasıdır. Yəni, istər sadə, istərsə də mürəkkəb məsələni maşının həll etməsi üçün proqram tərtib edilməlidir.

Məsələnin kompyuterdə həlli mərhələləri alqoritmin əsas mərhələsi adlanır.Həll alqoritmi məlum olan istənilən məsələni kompyuterdə həll etmək üçün istifadə edilir.Məsələnin kompyuterdə həlli mərhələləri vardır.

Məsələnin qoyuluşu:İstənilən məsələ haqqında informasiyanın toplanması,məsələnin həllini təmin edən düstur və tənliklərin tərtib edilməsi,ilkin verilənləri və nəticələrin siyahısı və.s. aiddir.

Məsələnin analizi və tədqiqi-bu mərhələdə məsələnin riyazi modeli hazırlanır

Həll alqoritminin yaradılması-Məsələnin həll alqoritmi yaradılır və alqoritmin təsvir üsullarının birində ifadə olunur.

Alqoritmin proqramlaşdırma dilıində təsviri.

Testləşdirmə və sazlama-səhvlər aşkarlanır,proqram mətni test edilir və nəticələr analiz edilir

Proqram - maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən bir alqoritmdən istifadə edilir. Yəni, proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir. Başqa sözlə proqram – maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir.


Yüklə 35,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin