PLC Proqramlama
1
Mövzular:
1.1 PLC nədir?
1.2 PLC-nin tərkib hissələri və iş prinsipi
1.3 Siemens S-1200 (PLC-lərə misal)
1.1 PLC nədir?
Proqramlanabilən Kontrollerlər
(PLC ; eng. Programmable Logic Controller =
Proqramlaşdırılan Məntiqi Kontroller) universal nə-
zarət və idarəetmə avadanlıqlarıdır.
Əksər avtomatik idarəetmə və nəzarət məsələlə-
rinin həlli məntiq əməliyyatları, yaddaş funksiyala-
rı, zamanlayıcı, sayıcıların istifadəsi ilə mümkün-
dür. Bütün bu funksiyalar müasir dövrdə istehsal
olunan PLC-lərdə vardır.PLC proqramlamanın məq-
sədi bəhs olunan funksiyaların müxtəlif kombinasiyalarından istifadə edib, qarşıda
duran avtomatik nəzarət və idarəetmə məsələsini həllini həyata keçirməkdir.
PLC vasitəsilə idarəetmə və ya nəzarət proqramla həyata keçirildiyindən ;
Daha asan və etibarlıdır;
Daha az yer tutar və daha az xətaya yol verər;
Yeni bir konfiqurasiyaya və ya hər hansı dəyişikliyə daha tez uyğun-
laşdırmaq mümkündür;
Ətraf mühitin əlverişsiz olması sistemin işinə az təsir edir;
Daha az kabel bağlantısına ehtiyac duyulur;
Hazır funsiyalardan istifadə imkanı vardır;
Giriş və çıxışların vəziyyətinə nəzarət edilə bilir və s.
Rele sistemləri ilə qurulan avtomatik nəzarət və idarəetmə sistemləri real time
işləyir.Yəni, girişdə baş verən hər hansı dəyişiklik çıxışa ani olaraq təsir edir.Buna