Müasir cəmiyyətin inkişaf meyarlarından biri əlilliyi olan insanlarıa münasibətdir
Sosial statusundan, zərərli davranışından və sağlamlıq vəziyyətindən asılı olmayaraq hər bir ailədə əlilliyi olan uşaq dünyaya gələ bilər.
Azərbaycanda 9 mln əhalinin 410000 əlilliyi olan insanlardır
18 yaşına qədər olan 2.610.000 uşaqdan 56000 əlilliyi olan uşaqlardır. Qanunvericilkdə bu ifadə "sağlamlııq imkanları məhdud olan uşaqlar” kimi səslənir.
Bu o deməkdir ki 56000 əlilliyi olan uşağın xüsusi qayğı, xüsusi yanaşma və alternativ xidmətlərə ehtiyacı var
56000-d’n yalnız 5000 uşağın bu xidmətlərdən istifadə etmək imkanı olmuşdur
Nəticədə 5000 əlilliyi olan uşaq cəmiyyətə inteqrasiya olunmuş, onlardan 200 nəfəri xüsusi hazırlıq nəticəsində təhsilə cəlb olunmuşdur
2001-ci ildən başlayaraq 17 QHT Azərbaycanın 16 regionunda artterapiya, fizioterapiya, nitq terapiyası, inkişaf terapiyası, məktəbə hazırlıq, sensor terapiya, əmək terapiyası, nağıl terapiyası, oyun terapiyası, psixoterapiya, musiqi terapiyası, computer hazırlığı, həyati bacarıqların inkişafı, valideyn ilə iş və hüquqi yardım kimi xidmətlər sahəsində müstəsna təcrübə toplamış, yerli xüsusiyyətlərə uyğunlaşdırılmış beynəlxalq təcrübə tətbiq etmişdir
Mərkəzlərdə xidmətlər bir neçə dövlət qurumu, donor təşkilatı və özəl sector tərəfindən maliyyələşdirilmişdir
Mövcud xidmətlər qrup və fərdi məşqələ şəklində tətbiq olunur. Burada uşaqların bacarıqları qiymətləndirilir, inkişaf potensialı aşkar olunur və hər uşaq üçün fərdi inkişaf planı tərtib olunur
Mərkəzlərdə Daun sindromu, serebral iflic, autism və başqa diaqnozlu uşaqlara xidmət göstərilir.
2007-ci ildə xidmətlərin göstərilməsi və vəkillik sahəsində çalışan QHT-lər təşkilatlanmış və “Azərbaycan Reabilitasiya Şəbəkəsi”ndə birləşmişdir.
Şəbəkə təlimçilər komandası və valideyn birlikləri formalaşdırmışdır
Alternativ xidmət standartları və maliyyələşmə modeli hazırlamışdır
Şəbəkə nümayəndələri Deinstitutlaşma və İnklüziv Təhsil Dövlət proqramlarının işçi qruplarına ekspert qismində cəlb olunmuşdur
Lakin toplanmış təcrübə, hazırlanmış kadr potensialı və ümumilikdə reabilitasiya prosesinin davamlılığı maliyyə çatışmazlığı səbəbindən təhlükə ilə üzləşib
Bunu nəzərə alaraq İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin davamlılığına təminat və dövlət büdcəsindən maliyyələşməsinə səsləyirik.
Əlil uşaqlar, onların valideynləri və xidmət göstərən ekspertlər İcma Əsaslı Reabilitasiyanın
DAVAMLI INKIŞAFINI TƏMIN ETMƏK təklif olunan xidmətlərə