Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə10/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   6   7   8   9   10   11   12   13   ...   174
Nizamido  azərbaycançıltq

dilində  yazmaqla ərəb  elminin zənginləşməsinə xidmət  etdik­

ləri kimi,  fars  dilində yazılan ədəbi-bədii  əsərlər də  fars bədii 

dilinin  və  yazı  normasının  zənginləşməsinə,  bu  normaların 

stabilləşməsinə  xidmət  etmişdir.  Bu  gün  Azərbaycan  mənşəli 

Bəhmənyar,  (XI əsr),  Sıracəddin Urməvi  (X1I-XIII əsr), Nəsi- 

rəddin  Tusi  (XIII  əsr),  Eynəlqüzzat  Miyanəçi  (XII  əsr),  Mah­

mud  Şəbüstəri  (XIV  əsr)  kimi  böyük  filosofların,  Əbül  Üla 

Gəncəvi,  Məhsəti,  Xaqani,  Fələki  Şirvani, Mücirəddin Beylə- 

qani  və  bir  çox  yaradıcıların  ədəbi-bədii,  elmi,  maarifçilik 

ideyaları  onlann  öz  yazılarını  qələmə  aldıqları  dillərin  inkişa­

fına  və  zənginləşməsinə  xidmət  etmişdir.  Böyük  intellektual 

potensiala  malik  olan  Azərbaycanlı  yaradıcılar  ərəblər 

dövründə  ərəblərin,  farslar  dövründə  farsların  maraqlarına 

xidmət  etməyə  yönəldilmişlər.  Ərəb  xilafəti,  xüsusən,  VIII 

əsrin əvvəllərində  daha  çox  güclənərək  regionda  və  yayıldığı 

ərazilərdə,  o cümlədən,  Azərbaycan  məkanında  ciddi  bir təsir 

qüvvəsinə  çevrilmişdi.  İnsanlara  qılıncdan,  oxdan,  nizədən 

daha  artıq  təsir  göstərən  islam  ideologiyasının  yayılmasında 

maneələr  öz  qüvvəsini  itirirdi.  Ona  görə  də  ərəblər  bir  əldə 

qılınc,  bir  əldə  müqəddəs  «Quran»  olmaqla  irəliləyir  və  öz 

maraqlarını  həyata  keçirməkdə,  demək  olar  ki,  elə  bir 

çətinliklə qarşılaşmırdılar.  İslamı qəbul etməyənlər ya qılıncla 

susdurulur,  ya  da  böyük  miqdarda  vergi  verməklə  canlarını 

xilas  edə  bilirdilər.  Ərəblərin  Qafqaz  siyasətində  Azərbaycan 

çox  əlverişli  strateji  mövqeyə  malik  bir  region  sayılırdı.  Bura 

həm  də  yeraltı  və  yerüstü  sərvətlərlə  zəngin  bir  ölkə  idi  ki, 

ərəblərin  buraya  marağı  daha  artıq  olmuşdu.  Bir  məsələni  də 

nəzərə  almaq  lazımdır  ki,  ərəblərin  təşkil  etdiyi  əsas  hərbi 

əməliyyatlar  Azərbaycan  torpaqlarının  üstündən  keçməklə 

aparılırdı.  Ona görə də bu əməliyyatlarda Azərbaycanın fiziki, 

maddi  və  mənəvi  itkiləri  daha  geniş  miqyas  alırdı.  Tarixçilə­

rin  yazdığına  görə  VIII  əsrin  əvvəllərində  Ərəb  xilafəti 

özünün ən qüdrətli dövrünü keçirirdi.  Onun əsas rəqiblərindən 

olan  Bizans 

mövcud  hərbi-siyasi  vəziyyətlə  əlaqədar 

Qafqazdakı  mövqelərini  əldən  vermişdi.  Yeni  şəraitdə  Azər­

baycan  kimi  mühüm  strateji  bazada  möhkəmlənmək  üçün

11


1   ...   6   7   8   9   10   11   12   13   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə