MÜbariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix06.05.2017
ölçüsü4,66 Mb.
1   2   3   4   5   6   7   8   9   10

41

 

5

^

*

Mübariz  Yusifov

enin!  Yerdə  sizin  üçün  müəyyən  vaxta  qədər  (ömrünüzün 

axınnadək)  sığınacaq və  yaşayış  (dolanacaq) vasitələri  var»,  - 

dedik».  (Bəqərə, 2,  35,  36).

Bu ayələrdən göründüyü kimi, Allah insanı sərbəst,  azad, 

müstəqil  yaradıb.  Onlara  şüur  (ağıl,  idrak,  təfəkkür)  verib  ki, 

hadisələri  təhlil  edə  bilsin,  xeyri  və  şəri  təyin  edə  bilsin. 

Ancaq  Adəmin  özünün  timsalında  o  da  deyilir  ki,  hər  şeyi 

ölçüb  biçib  ona  qiymət  vermək  lazımdır.  Bu  gündən  sabahı 

görmək  lazımdır.  Yoxsa  Allah  verən  ağıldan  faydalanmaqda 

çətinlik yaranmış  olar.  Lakin  Allah  haqdır,  ədalətlidir.  Adəmi 

cənnətdən çıxarırsa,  ona yer üzündə nemətlər də verir.  Bu ne­

mətlər  də  asan  başa  gəlmir.  Onun  üçün  əziyyət  çəkmək,  ağıl 

ilə  onları  dərk  etmək,  çətinlikləri  asanlaşdırmaq,  təbiətin 

yetirdiyi yeraltı  və yerüstü nemətləri  axtarıb,  arayıb quraşdırıb 

kəşflər  aparıb  ortaya  çıxarmaq  lazımdır.  Daha  sonra  yer 

üzərində  nəsil  törədib,  cəmiyyət  yaradıb  ona  Allahın 

məsləhət  gördüyü,  ədalətlilik  bünövrəsində  qayda-qanunlar 

tətbiq  etmək  Adəm  nəslinin  ixtiyanna  buraxılır.  Cəmiyyətdə 

ədalətliliyin  bərqərar  edilməsi  haqqında  «Qurani-Kərim»in 

çox  vacib  göstəriciləri  vardır.  Ədalətlilik,  ədalətli  davranış, 

höküm  edilməsi  barədə  bu  ayələrdə  ciddi  göstərişlər  ifadə 

olunur:  Nisa  (4),  3,58,  65,  105,  135;  Maidə  (5)  8,42;  Əraf (7) 

159,  18; Nəhl (16)  76,  90;  Ənbiya (21) 47;  Əhzab (33)  5;  Şora 

(42)  15;  Hədid  (57)  25;  Mümtəhinə  (60)  8;  Hücurat  (49)  10; 

Ənbiya (21) 47; Nisa (4),  135;  Maidə (5) 42.

Nizami  «Quran»da  ədalətlilik  və  azadlıq  haqqındakı 

ayələrin  göstərişlərini  əldə  rəhbər  tutaraq  cəmiyyətdə,  xüsu­

sən, 

onun  yaşadığı 



və 

haqqı 


tapdanan  Azərbaycan 

cəmiyyətində  azadlıq,  sərbəstlik,  müstəqillik,  ədalətlilik 

görmək  istəyirdi.  Ədalətli  hökmdar  obrazlan  isə  zahiri  bər­

bəzək  idi.  Ədalətli  hökmdar  ideyası  sovet  dövrünə  xas  olan 

kommunist  ideologiyasının  məhsulu  idi.  Guya  Sovet quruluşu 

ədalətli  idi,  qalanlan  ədalətsiz.  Guya  Nizami  öz  dövründə 

yaşadığı  cəmiyyətin  ədalətsizliyini  dərk  edərək,  Y.Bertelsin 

dediyi  kimi,  Şimalda «bərabərlik  və  qardaşlıq  ölkəsinə  gedən 

yolu  göstərmək  istədiyini  anladıb.  Bu  idealın  həyata  tətbiq

42  2 ^ *



Nizamidə  azərbaycançılıq

olunacağını  Nizami bəlkə  heç ağlına da gətirmirdi.  Onun üçün 

bu  gözəl,  lakin  nail  olmayan  bir  arzu,  bir  xəyal  idi.  Dövrün 

şəraiti,  ona  həyatı  bu  ideala  yaxınlaşdıran  yollan  belə  qeyd 

etməyə  imkan  vermirdi.  Ancaq  böyük  şairin  sonuncu 

poemasının  axmnda  belə  bir  mənzərənin  verilməsi  onu 

göstərir  ki,  Nizami  heç  bir  şeydən  qorxmadan  son  sözünü 

söyləmək,  dəhşətli  zülm və  əsarət dünyasına qarşı  azad bəşər 

cəmiyyətinin  harmonik  inkişaf  dünyasını  qoymaq  istəyir. 

Nizami  bu  xoşbəxt  ölkəni  Şimalda  tapmışdır!  Bu  fikir  bizi, 

böyük  sosializm  vətəninin  xoşbəxt  övaldarmı  çox  sevindirir. 

XII  əsrdən bizim həyatımıza tərəf görünməz əllər uzanır, bizi 

böyük  sənətkarla  əlaqələndirir.  Nizami  bizim  zamanımızda 

yaşamış  olsaydı-bizimlə  olardı-sözünü  qətiyyətlə  söyləməyə 

imkan verir!  Nizami  arzuları  həyata  keçirilmişdir,  bunun  üçün 

bəşəriyyətin  gözəl  gələcəyi  uğrunda  qorxmadan  həyatlarını 

vermiş «utopistlər» içində Nizamiyə də təşəkkür etməliyik».1

Nizaminin  XII  əsrdə  XX  əsrdəki  sovet  ittifaqını  görməsi 

və  onu  ideal  cəmiyyət  hesab  etməsi  barədə  Y.Bertelsin 

sadəlövlüklə  uydurduğu  fantaziyanın  əslində  Nizamiyə 

aidiyyəti  olmasa da  Nizami  həqiqətən,  öz  cəmiyyətində  müs­

təqil,  sərbəst,  azad  bir  dövlət  quruculuğunna  inanırdı. 

Qətiyyətlə  onu  demək  lazımdır  ki,  bu  arzu  Nizamidən  əvvəl 

də  mövcud  idi,  lakin  bu  arzu  Nizamidə  olduğu  kimi  bədii 

lövhələrlə canlandırıla bilməmişdi.

Nizaminin  ideal  cəmiyyət  arzularının  əsası  və  bünövrəsi 

«Qruran»dan gəlirdi.  Ona görə  onu  uydurma  saymaq olmazdı. 

Ancaq  bu  ideyaların gələcək,  qeyri-müəyyən bir zamanda hə­

yata  keçiriləcəyi  xəyalpərəstlik  deyildi.  Nizaminin  fikirlərini 

özündən  dörd  yüz  il  sonra  formalaşan  «Utopik  sosialistlərin» 

təməli  kimi  də  qiymətləndirmək  olar.  Utopik  cəmiyyət 

haqqında  fikirlər  Nizamidən  əvvəl  də  var  idi.  Utopik 

cəmiyyət  haqqındakı  fikirlərə  X  əsrin  görkəmli  Şərq  filosofu 

Fərabinin  (870-950)  «Xeyirxahlar şəhəri  əhalisinin görüşləri»

1 Y.Bertels.  Böyük Azərbaycan şairi Nizami.  «AAZM» Nəşriyyatı, Bakı,  1940, s.  123- 

124.


43 2 ^ *

Mübariz  Yusifov

adlı  əsərində  rast  gəlmək  olur.  Utopiya  sözü  mənşəcə  yunan 

dilinə  məxsusdur.  U  inkar  şəkilçisi,  «Topos»  yer  deməkdir. 

Əslində  isə  bu  sözün  mənası  «heç  yerdə  (olmayan)» 

deməkdir.  İctimai  mülkiyyətin  hökmranlığına  əsaslanan 

quruluş  heç  yerdə  yoxdur,  lakin  bu  quruluş  mümkün  və 

ağlabatandır.  Burada  bəxti  gətirən  bir  dənizçinin  gedib  çata 

bilmədiyi  uzaq  və  xoşbəxt  bir  ölkə  haqqındakı  əfsanə  yararlı 

olmuşdur.  Belə  bir  əfsanə  antik  zamanlarda  da  var  idi.  Bu 

əfsanə  böyük  coğrafi  kəşflər  zamanı  xüsusilə,  geniş 

yayılmışdır.  Bu zaman naməlum ölkələrə sayəhətlər haqqında 

xeyli  kitab  buraxılırdı.  İlk  utopistlər  də  ictimai  quruluş 

haqqında  öz  baxışlanm  şərh  etmək  üçün  belə  bir ədəbi  üsula 

əl  atmışdılar».1 1

  Demək  olmaz  ki,  Nizaminin  antik  dövr 

ədəbiyyatmdakı  utopiya  barəsində  və  Şərqin  böyük  filosofu 

Fərabinin əsəri haqqında məlumatı yox idi.  Əlbəttə ki, var idi. 

Nizami  müqəddəs  «Quran»  bazasında  ədalətlilik,  azadlıq  və 

ictimai  bərabərlik  motivlərindən  qidalanmaqla,  eləcə  də 

utopik 


cəmiyyət 

barədə 


mövcud 

olan 


mənbələrdən 

yararlanmaqla  öz  utopiyasını  ortaya  qoymuşdur.  Nizaminin 

utopik  cəmiyyət  haqqındakı  fikirləri,  əlbəttə  ki,  birdən-birə 

yaranmamışdı.  O  Azərbaycanın  ictimai-siyasi  həyatını  yaxşı 

görürdü.  Ona  görə  də  «Sirlər  xəzinəsi»  əsərindən  tutmuş  ta 

sonuncu  «İskəndəmamə»  əsərinin  «İqbalnamə»  hissəsində 

cəmiyyət  haqqındakı  utopik  fikirlərini  ümumiləşdirmişdir. 

Məmməd  Cəfər  qədim  utopiya  barədəki  fikirləri  Nizami 

utopiyası  ilə  müqayisə  edərək  belə  fikrə  gəlir  ki,  «Farabi 

feodal  dövlət  mexanizmini  bir  çox  cəhətdən  tənqid  etsə  də 

onun  xəyali  «xeyirxahlıq  şəhəri»ndə  yenə  də  əhali  bir  neçə 

sinfə,  təbəqəyə  bölünmüşdü.  İmtiyazlı  siniflər  feodal  dövlət 

quruluşunu  dəyişmirdi.  XIV  əsrin  böyük  mütəfəkkirlərindən 

İbn Xəldun (1332-1406) Fərabinin və ondan əvvəlki  filosofla­

rın (həm də Platonun) utopik görüşlərindən danışarkən göstər­

mişdi  ki,  bu  filosoflar  fərziyyə  şəklində  təsəvvür  etdikləri

1 Bax: Elmi  Kmmunizmin əsasları. Bakı,  1971, s.  11-12; M.Yusifov. Füzulinin söz 

dünyası. Bakı, «Elm və təhsil», 2011, s.  115.

44

Nizamido  azorbaycançıhq

ideal  cəmiyyəti  «xeyirxahlar  şəhəri»  və  bu  cəmiyyətdəki 

üsul-idarəni  «vətəndaşlıq  üsul-idarəsi»;  «hökmdarsız  cəmiy­

yət»  adlandırsalar  da  onların  təsvirində  cəmiyyətin  bütün 

üzvlərinin  bərabərliyi,  ümumi  rifahı  görünmür.  Nizaminin 

«Ədalət  şəhərində»  isə  əksinə,  imtiyazlı  hakim  sinif,  təbəqə 

görünmür,  bütün əhali bərabərhüquqlu vətəndaşlardır və  şairə 

görə  ədalətli  ictimai  quruluş  belə  də  olmalıdır».1  Qəzənfər 

Əliyev  Nizaminin  öz  əsərlərinə  istinad  edərək  ədəbiyyatda 

yazılmış  «ədalətli  şah»,  «ideal  hökmdar»  kimi  fikirlərə 

münasibətini  bildirərək  yazır:  «Humanist  sənətkar  tədricən 

«ədalətli»  hakimlərin də bəşər cəmiyyətinə  insanların həmişə 

arzulamış olduğu səadəti  gətirə biləcəyi  fikrindən əl çəkməyə 

başlayır  və  əsərin  ikinci  hissəsini  təşkil  edən  «İqbalnamə»də 

İskəndəri  azad  cəmiyyət  münasibətlərinin  hökm  sürdüyü 

xoşbəxtlər ölkəsinə  gətirir və bununla da təsdiq  edir ki,  bəşər 

cəmiyyətinin  səadət  dolu  gələcəyi  ədalətli  şah  konsepsiyası 

ilə deyil,  ancaq maddi və mənəvi azadlıq ideyaları  ilə bağlıdır. 

Şairin  bu  «sosial  utopiyası»  onun  təsvir  etdiyi  azad  cəmiyyət 

haqqında  görüşləri  o  zamankı  dünya  ədəbiyyatında  misilsiz 

bir hadisə idi».2

Nizamidən sonrakı  dövlərdə  də  utopik cəmiyyət barəsin­

dəki  fikirlər  davam  etmişdir.  Nizamidən  sonrakı  dövrdə 

Avropada  yeni  «utopistlər»  nəsli  meydana gəlmişdi.  Bunlann 

ən  görkəmli  nümayəndələri  XVI-XVII-XVIII əsrlərdə  Tomas 

Mor, Tommazo  Kampanella, Jan Milye,  Morelli,  Qrakx  Baböf 

olmuşdur.  Bu  utopistlərin  hamısının  firavan  və  xoşbəxt 

cəmiyyət  haqqındakı  fikirləri  bir-birinin  oxşan  deyildi.  Hər 

bir  utopist  gələcək,  xəyali  xoşbəxt  ölkəni  öz  təsəvvüründə 

canlandırdığı  kimi  təsvir  edirdi.  Doğrudur,  onlann  hər  biri 

yaratdığı  xəyali  aləmdə  öz  cəmiyyətlərinin  fıravanlığını 

nəzərdə  tuturdu.  Bunlann  əksəriyyəti  dövlət  quruculuğu 

təsəvvüründən  çox  macəraçılıq  təəssüratı  yaradırdı.  Məsələn, 

Tomas  Mor  (1478-1535)  İngiltərədə  yüksək  dövlət  vəzifəsi

1 Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı»,  1982, s.  113.

2 Qəzənfər Əliyev.  Qəhrəmanlıq dastanı. Nizami Gəncəvinin «İskəndəmamə» 

(«Şərəfnamə») əsərinin əvvəli. Bakı, «Lider nəşriyyat», 2004, s.  10-11.

45


Mübariz  Yusifov

daşıyırdı.  O  öz  fikirlərini  «Utopiya»  adlı  kitabda  bədii  b i r  

şəkildə  ifadə  edirdi.  Müəllifin  macəraçılığa  bənzər  fikirləri 

guya dəniz adaları içərisində itib-batmış utopiya adasına g ed ib  

çıxan  və  oradakı  torpaqlar  haqqında  danışan  dənizçinin 

söhbətləri  şəklində  verilir.  Tommazo  Kampanella  (1568- 

1639)  İtaliyada  rahib  idi.  Onun  utopik  əsərinin  adı  «G ünəş 

şəhəri» adlanırdı.

Müəlliflərin  fikirləri  xəyali  bir  ölkədə  yeni  ictimai 

quruluşa  rast  gələn  bir  genuyalı  səyyahın  dilindən  verilir. 

Fransız  utopisti  Jan  Milye  (1664-1729)  keşiş  idi.  Onun utopik 

görüşləri  «Vəsiyyət»  adlı  macərayönümlü  əsərində  ifadə 

edilir.  XVIII  əsr  utopistlərindən  olan  Morelli  ictimai 

bərabərsizliyin  əleyhinə  idi.  Onun  təsəvvürünə  görə  insanlar 

xüsusi  mülkiyyət  yaratmaqla  yanlış  yol  tutmuşlar.  Onlar  öz 

səhvlərini  başa  düşüb  «qızıl  əsrə»  qayıtmalıdırlar.  XVIII  ə s r 

utopistlərindən 

Qrakx 


Baböf  xəyali 

cəmiyyət 

üçün 

diktaturanın mövcudluğunu zəruri hesab edirdi».1



Nizaminin  xəyali  cəmiyyəti  isə  bunlardan  bir  neçə  ə s r 

əvvəl  yaradılmış  olsa  da  öz  xarakterinə  görə  daha  orijinal 

görünür.  Nizami  belə  bir  cəmiyyətin  real  olacağına  o  qədər 

inanırdı  ki,  hətta,  öz  qəhrəmanı  İskəndəri  belə  həmin 

cəmiyyətə  gətirib  çıxarır.  Bu  cəmiyyətdə  hər  şey  idealdır. 

Burada  nə  şah  var,  nə  də  qadağan  edən  qanunlar.  Burada 

cəmiyyət üzvləri  arasında bərabərlik mövcuddur.  Heç kəs heç 

kəsi  istismar  etmir,  heç  kəs  bu  cəmiyyətdə  lazım  olandan 

artığına  tamah  salmır.  Bərabərlik  hökm  sürən belə  bir ölkədə 

hamı  şad  və  xoşbəxt  yaşayır.  Nizaminin  ədalətli  cəmiyyəti 

ona  görə  macəra  təsəvvürü  yaratmır  ki,  bu  cəmiyyətin 

bazasında 

«Quran»da 

göstərilən 

ədalətlilik 

və 


sülh 

barəsindəki  ayələrdə  bildirilən  ilahi  hökmlər  durur.  Aşağıda 

göstərilən ayələrdə  sülh,  bərabərlik,  qarşılıqlı  hörmət və əda­

lətlilik  vacib  əməllərdən  sayılır:  «Yaxşılıq  etmək,  pis  əməl­

lərdən  çəkinmək  və  insanlar  arasında  sülh  yaratmaq  barəsin­

dəki  andlarınıza  Allahı  (Allahın  adını)  hədəf etməyin.  Allah

Bax: Elmi Kommunizmin əsaslan.  Bakı,  1971, s.  10-22.

4 6


Nizamidə  azərbaycançılıq

eşidəndir,  biləndir!»  (Bəqərə,  2,  224);  Həqiqətən  möminlər 

qardaşdırlar.  Buna görə də  (aralarında bir mübahisə düşsə) iki 

qardaşınızın  arasını  düzəldin  və  Allahdan  qorxun  ki,  bəlkə 

(əvvəlki  günahlarınız  bağışlanıb)  rəhm  olunasınız!  (Hücurat, 

49,  10).  «Quran»da  ədalətlilik,  haqq  yolu  ilə  bağlı  müvafiq 

ayələr vardır.  Bax:  Nisa (3),  3,  58,  65,  105,  135;  Maidə  (5)  8, 

42;  Əraf  (7),  159,  181;  Nəhl  (16),  76,  90;  Ənbiya  (21),  47; 

Əhzab  (33),  5;  Şura  (42)  15;  Hədid  (57),  25;  Mumtəhinə  (60) 

8;  Hücurat  (49),  10;  Ənbiya  (21),  47;  Bəqərə  (2),  21;  63; 

Maidə (5) 4;  Əraf (7),  171.

Nizaminin xəyali  firavan  cəmiyyətində ictimai  ədalətlilik 

aşağıdakı kimi  təsvir edilir:

Gəlib darvazaya çatdı  İskəndər 

Gördü ki, qapıdan yoxdur bir əsər 

Müdrik qocalarla girdi şəhərə 

Baş vurdu onlarla burda hər yerə 

Gördü çox bəzəkli, dolu dükanlar 

Ancaq nə qapısı,  nə qıfılı var.

Nəcib şəhər əhli onu görəntək 

Çıxdı qarşısına təzim edərək 

Gətirdilər qəsrə bir mehman kimi 

Saray ziynətliydi  asiman kimi. 

İskəndər soruşdu:  «Nə üçün sizlər 

Qorxu bilməzsiniz heç zərrə qədər? 

Neçün burda belə arxayınlıq var? 

Neçün qıfılsızdır burda qapılar? 

Yoxdur heç bir bağda keşikçi, bağban 

Neçün sürünüzü güdməz bir çoban? 

Ədalət yurdunun ağsaqalları 

Bir də mədh eyləyib o hökmdarı 

Dedilər:  «Başına tac qoyan Allah 

Ömrünü payidar eyləsin,  ey şah!

47


Mübariz  Yusifov

Əyri dolanmaqla yoxdur işimiz,

Düzlükdən başqa yol tanımarıq biz 

Əyrilik yoluna çəkmişik hasar 

Düzlüklə  olmuşuq əzabdan kənar.

Yalan gətirmərik biz dilimizə 

Əyri yuxular da görünməz bizə.

Faydasız etmərik hes sorğu-sual 

Çünki Allaha da xoş gedər bu hal 

I,  II 2004,  179-180.

Göründüyü  kimi,  Nizami  özünün  yaratdığı  ideal 

cəmiyyətdə  ilk  növbədə  ədalətliliyin  bərqərar  olunmasını 

təsvir  edir.  Burada  hökmdar  da  yoxdur.  Bütün  işlər  Allahın 

insanlara  bəxş  etdiyi  ideal  qanunlar  əsasında  aparılır.  Hətta, 

Nizaminin peyğəmbərlik  səviyyəsinə  çatdırdığı  İskəndər belə 

bu  cəmiyyətdəki  ədalətə  heyrət  edir.  Ona  kənardan  seyrçi 

kimi  baxır.  Nizaminin təsvir etdiyi  hökmdarlann içərisində  ən 

ədalətlisi olan İskəndərin özü belə buradakı  «xoşbəxt» cəmiy­

yəti  gördükdən sonra artıq cəmiyyətin faydası üçün yerinə ye­

tirəcəyi  işlərin  sona  çatdığını,  daha  doğrusu,  şahlann,  hökm­

darların  qılınc  gücünə  firavan  həyat  yarada  bilməyəcəyini 

dərk edib buradan geri  qayıtmağa qərar verir:

Öz-özünə dedi:  «Arifsən əgər 

Qoy sənə bir ibrət olsun bu sirlər 

Dünyanı  gəzmərəm mən daha bəsdir 

Hər ovlaqda bir top vurmaq əbəsdir.

Bütün bildiklərim qalsın bir yana 

Bunların söbəti bəs edər mana 

İ,  II,  2004,  182-183.

Nizami  dövründə  və  ondan  əvvəlki  zamanlarda  böyük 

mütəfəkkirləri  düşündürən  firavan  həyat,  ədalətli  cəmiyyət, 

əlbəttə ki,  real  dünyadakı  çətinliklərin,  ağn-acılann, yoxsullu- 

ğun,  ictimai  ədalətsizliyin  yaratdığı  məhrumiyyətlərin  içəri­

sindən baş qaldırırdı.  Düşünürdülər ki,  kaş bir ədalət üzərində

48

Nizamidə  azərbaycançthq

bərqərar olan cəmiyyət yarana idi.  Elə bir cəmiyyət ki,  burada 

insanlar  özlərinin  süni  şəkildə  yaratdığı  qanunlar  əsasında 

yox, Allahın peyğəmbərlər vasitəsi ilə bəşəriyyətə göndərdiyi 

səmavi  kitablarda  göstərilən  hökm  və  müddəalar  əsasında 

idarə  olunsun.  Onda  insanlar  yaşadıqları  həyatda  rahat  nəfəs 

almağın  nə  olduğunu  bilərdilər.  Nizaminin  bütün  əsərlərində 

zahiri  bər-bəzəyi  bir  yana  qoysaq  onu  düşündürən  məsələ 

ancaq  bu  olmuşdur.  Nizami  üçün  maraqlı  bu  idi  ki,  onun 

içərisində  yaşadığı 

Azərbaycan 

cəmiyyətində  ədalətli, 

müstəqil,  azad  cəmiyyət  yaranmasına  hansı  vasitə  ilə  nail 

olmaq  mümkündür?  Əlbəttə  ki,  Nizami  belə  bir  cəmiyyətin 

məkanını  öz  zamanında  Azərbaycanda  da  yarada  bilərdi. 

Nüşabənin  hökmdarlıq  etdiyi  mənkanda  olduğu  kimi.  Bu 

halda  gərək  burada  Azərbaycanlı  hökmdarlann  və  ya  başçı- 

lann  da  obrazını  yarada  idi.  Ancaq  Nizami  dövründə  bu 

mümkün deyildi.  Çünki,  əw əla, Nizami batini mənası,  məğzi, 

ideyası  bəşəri  əhəmiyyət  kəsb  edən  poemalanm  yaşatmaq 

üçün  onları  dövrün  hökmdarlanna  həsr  etmişdi.  İkincisi  isə 

Nizami  burada  türkçülük  kontekstində  özünün  Azərbaycançı- 

lıq ideyalanm  açıq büruzə verə bilməzdi.  Ona görə ki,  Nizami 

öz batinini  zahir etsə  idi  bu  ideyalann  yaşaya biləcəyini  zərbə 

altında  qoyardı.  Nizami  burada  başqa  bir üsula  əl  atır.  Yaxın 

Şərqin  həyatında  tarixi  rolu  olan  hökmdarları  zahirən  öz  mil­

lətinin  nümayəndəsi  kimi  təsvir edir,  daxilən  onları  Azərbay- 

canlaşdırır.  Onları  ədalətli  göstərib  ədalətli  bir  Azərbaycan 

cəmiyyətinin  bərqərar  olması  düşüncələrini  qələmə  alır.  Ni­

zaminin  əsərlərini  oxuyanda  zahir  ilə  batin  arasındakı  bu 

əlaqələrə  xüsusi  diqqət  yetirmək  lazımdır.  Əgər  təkcə  zahiri 

nəzərə  alsaq  onda  bu  əsərlər  ilə  farsdilli  ədəbiyyat  arasında, 

xüsusilə,  Firdovsinin  «Şahnamə»si  arasında gərək fərq qoyul­

masın.  Yaxud  dastan  içərisində  dastana  çevrilmiş  «Min  bir 

gecə» ilə  «Xəmsə»  arasında paralellik təsəvvür edilsin.  Batini 

araşdırdıqda 

isə 

bütün 


ideya 

və 


məzmunun 

Azərbaycançılıqdan  ibarət  olduğu  aşkar  görünür.  Nizaminin 

böyüklüyü  odur  ki,  zahiri  və  batini  anlayışları  qovuşdurur. 

Çünki  hadisələrin  zahiri  bu  məqamda  özündən  əvvəlkilərin

49


Mübariz  Yusifov

təkrarı kimi görünərdi.  Batini  isə Azərbaycançılıq ideyalarının 

təcəssümü 

olduğu 


üçün 

yaşadılmazdı, 

Nizaminin 

Azərbaycanca mövcud olmuş «Divanı» kimi itirilib batınlardı.

Nizaminin  əsərlərindəki  Azərbaycançılıq  ruhu  ədalətli, 

azad, 


müstəqil 

dövlətçilik 

ideyalan 

özündən  sonrakı 

ədəbiyyata,  bu  ədəbiyyatı  yaradan  Azərbaycanlılann  ictimai 

şüuruna  çox  ciddi  bir  təsir  göstərmişdir.  Nizamidən  dörd  əsr 

sonra yaşamış dahi Azərbaycan şairi Məhəmməd Füzuli Niza­

mi  ideyalanm öz dövründə ləyaqətlə davam etdirmişdir.  Niza­

mi  müstəqil,  ədalətli  dövlətçilik  barədəki  düşüncələrində 

hökmdarlara  yer  qoymur.  Bunun  da  səbəbləri  Nizami 

əsərlərində  açıq  bildirilir.  Füzuli  isə  bu  ideyalan  inkişaf 

etdirərək belə  fikrə gəlir ki,  ədalətli  cəmiyyətin yaradılmasın­

da,  qurulmasında  ədalətli  hökmdardan  daha  artıq  milli  liderin 

yetişməsi  vacibdir.  Həqiqətən  yeni,  ədalətli,  azad,  müstəqil 

dövlət  quruculuğunun  yaradılmasını  milli  lidersiz  təsəvvür 

etmək mümkün  deyildir.  Nizami  kimi  dahi  nə üçün arzuladığı 

azad  cəmiyyəti  utopik  təsəvvürdə  canlandmrdı?  Çünki 

Nizami  dövründə  liderlər  kimlər  idi?  Bir-birinə  rəhm 

etməyən,  xalqın  qeydinə  qalmayan,  Azərbaycan  əsilli  olsa da 

Azərbaycan  dilinə,  mədəniyyətinə,  mənəviyyatına qayğı  gös­

tərməyən,  əhalini  talayıb  xalqı  «quru  yurd»da  qoyan  başçılar 

idi.  Onlarda  liderlik  var  idi,  millilik  yox  idi.  Füzuli  dövründə 

də  belə  idi.  Hakimiyyətdə,  artıq  qeyri-Azərbaycanlılar  yox, 

Azərbaycanlılar təmsil  olunurdu.  Ancaq  bu  Azərbaycanlıların 

yaratdığı  dövlət  də  milli  deyildi,  sülaləçilik  idi.  Formal 

cəhətdən  faktiki  olaraq  Azərbaycanda  Azərbaycanlı  başçılar 

olduğu  halda  Füzuli  üçün  ehtiyac  yox  idi  ki,  qeyri-Azərbay­

canlı  başçılara  Azərbaycanlı  libası  geyindirsin.  Azərbaycanlı 

başçılarda  isə  milli  şüur  yox  idi.  Ona  görə  Füzuli  haqq  yolu 

tutaraq deyirdi:

Ey Füzuli,  nə gözəldir sözü azadəliyin

Hanı bir sərv bu aləmdə ki, vardır səməri?

III,  120,7.

Nizamidə  azərbaycançılıq

«Sərv»  klassik  ədəbiyyatda  azadlıq  rəmzi  daşıyır. 

Füzuli  deyir  ki,  «Azadlıq  gözəldir  ancaq  elə  bir  sərv  yoxdur 

ki,  onun  səmərəsi  (bəhrəsi)  olsun.  Yəni,  azadlıq  gözəldir, 

azad,  sərbəst,  müstəqil dövlət quruculuğu xoş bir arzudur.  An­

caq  elə  bir  sərv  (lider)  yetişməyib  ki,  onun  həyata  keçirəcəyi 

ideyaların səməri,  (meyvəsi) əhəmiyyəti  olsun.

Doğrudan da Nizami dövründə olduğu kimi, Füzuli döv­

ründə  də  belə  bir  lider  yetişməmişdi.  Füzuli  məntiqində 

utopistlərdən  fərqli  olaraq  belə  bir  qətiyyətli  fikir  ifadə  edilir 

ki,  azad və  ədalətli  cəmiyyət yaratmaq üçün  xalqın  arzularını 

yerinə  yetirə  biləcək  milli  bir  liderin  yetişməsi  vacibdir. 

Yoxsa  Füzuli  deməzdi  ki,  «hanı  bir  sərv bu  aləmdə  ki,  vardır 

səmərəi».

Beləliklə,  özündən  əvvəlkilər xalqın,  cəmiyyətin  rifahı 

üçün  xəyali,  ideal  bir  dövlət  quruculuğu  arzuladığı  halda 

Füzuli  milli  liderin  yetişməsinin  vacib  olduğunu  göstərir.  Ni­

zami  ədalətli  cəmiyyət  arzusunu  Füzulidən  400  il  əvvəl 

demişdi.  Füzuli  isə  Nizamidən  400  il  sonra  azad  və  müstəqil 

dövlət  quruculuğu  üçün  milli  liderin  vacibliyi  ideyasını  irəli 

sürdü.  Füzulinin  ötən 400  il  müddətdən  sonra Nizami  arzulan 

və  Füzuli  ideyaları  xalqın  içərisindən  çıxmış  milli  lider 

Heydər  Əliyev  tərəfindən  həyata  keçirildi.  Heydər  Əliyev 

bütün  şüuru,  idrakı,  nəfəsi  ilə  milli  bir  şəxsiyyət  idi.  Bu 

onunla  bir  daha  öz  təsdiqini  tapır  ki,  tarix  boyu  heç  bir 

Azərbaycanlı  hökmdann  dilinə  belə  gətirmədiyi  və  Azərbay- 

cançılıq ideologiyasının tarixlərə  qızıl  hərflərlə  yazılmalı  olan 

belə bir kəlamını yadigar qoymuşdur:  «gərək hər bir vətəndaş 

öz  vətəninə  görə,  öz  millətinə  görə,  öz  xalşına  görə,  öz  ana 

dilinə  görə  milli  qürur  hissi  keçirsin,  Azərbaycanlı  olması  ilə 

fəxr etsin».1

1 Xalq qəzeti, 28 poyabr,  1998-ci il.

51


Mübariz  Yusifov

3.  Şəxsiyyət azadlığı

Nizaminin  Azərbaycançılıq  ideyalarının  təcəssüm ündə 

şəxsiyyət  azadlığı  məsələləri  apancı  yerlərdən  birini  tutur. 

Şəxsiyyət 

azadlığı 

cəmiyyət 

azadlığının 

bünövrəsidir. 

Cəmiyyət  həyatında  azadlığın  bərqərar  olması  üçün  ilk 

növbədə  insan  özünün  şəxsiyyət  azadlığını  dərk  etməlidir. 

Şəxsiyyət  azadlığı  dərk  olunmayınca  cəmiyyət  azadlığı 

barədə  fikir  və  düşüncənin  formalaşdırılması  mümkün  deyil­

dir.  Fəlsəfi-məntiqi  mənada «şəxsiyyət bütün mənəıi xassələ­

ri-zəkası,  öz  əməllərinə  cavabdehlik  hissi,  fərdiliyi  ləyaqəti, 

azadlığı  və  s.  ilə  birgə  götürülmüş  insandır;  o  elə  insandır ki, 

müstəqil və işgüzar fəaliyyət subyekti olur».1

Nizami  azad  cəmiyyətin  subyekti  kimi  formalaşmış 

insanda  azadlığı  başlıca  bir  vasitə  hesab  edir.  Nizami 

şəxsiyyət  azadlığını  təsvir  etdiyi  bədii  obrazlann  milli 

mənsubiyyəti 

çərçivəsində 

məhdudlaşdırmır. 

Nizaminin 

qəhrəmanları  və  yaratdığı  digər  obrazlar  və  təsvir  etdiyi 

hadisələr  zahirən  Azərbaycan  mühitindən  kənar  olsa  da 

Nizami  onlan  öz  daxili  keyfiyyətləri  ilə  Azərbaycanlaşdınr. 

Onlann  xarakterini,  düşüncəsini,  mənəvi  aləmini  Azərbaycan 

mühitinə  uyğunlaşdırır.  Ona  görə  də  orta  əsrlər  dövründə 

daim  ictimai,  sosial,  mənəvi  sıxıntıya  məruz  qalan  Azər­

baycanlı  insanlann  azadlıq  hüququnu  özünə  qaytarır.  Real 

ictimai  həyatda öz hüquq və azadlıqlarını  bərpa edə bilməyən 

insanlann  nümunəsində  Azərbaycanlı  övladlanna  mənəvi 

azadlıq  mühiti  yaradırdı.  Bu  mənəvi  azadlıq  dövrün  sıxıntılan 

içərisində  əzab  çəkən  bütün  Azərbaycanlı  əhalinin  arzusu  və 

istəyi  idi.  Nizami  bu  mənəvi  azadlığı  təsvir  etdiyi  hadisə  və 

obrazlann  fonunda batini  anlayışlar mühitinə  daxil  edirdi.  Ni­

zami  insan  azadlığını  zahirən  o  dərəcədə  sadələşdirmir  ki, 

oxucu  ilk  baxışda  başa  düşsün  ki,  bu  məsələdə  sənətkann 

rəğbət  göstərdiyi  etnik  təbəqənin  nümayəndələri  nəzərdə

1 Yusif Rüstəmov. Fəlsəfənin əsasları.  Bakı, «Elm», 2004, s.  409.

52

Nizamidə  azərbaycançılıq

tutulur.  Bu  Nizaminin  fikirlərini  bəsitləşdirərdi,  azadlıq 

anlayışının  mühitini  daraldırdı,  əsərin  təkcə  bədii  dəyərini 

yox,  həm  də  ictimai  əhəmiyyətini  azaldırdı.  Digər  tərəfdən, 

Nizaminin əhatəsində olduğu mühit onu qəbul  etməzdi və Ni­

zami  fikirləri  əsrlərin  qatı  sərhədlərini  keçə  bilməzdi.  Ancaq 

onu bilmək  lazımdır ki,  Nizami Azərbaycanlıdır,  Azərbaycan­

lı  olduğu  üçün  də  bütün  bəşəri  şüur  və  azadlıqların  da  Azər­

baycanlılara  şamil  olunmasını  istəyirdi.  Nizaminin  şəxsiyyət 

azadlığı  ideyaları  müxtəlif təbəqəli  şəxsiyyət  obrazlarına  aid 

edilir.  Ancaq  məqsəd  birdir.  Məqsəd  odur  ki,  azadlıq  Azər­

baycan  mühitinə  şamil  edilsin  və  Azərbaycan  mühitində 

bəhrə  versin.  Bəzən  Nizami  azadlıq  ideyaları  haqqında  öz 

düşüncələrini  obrazlaşdırdıqda,  hətta  onu  daxili,  batini  bir 

məna  kimi  ifadə  etdiyini  də  gizlətmir.  «Leyli  və  Məcnun» 

poemasında  zahidin  dilindən  deyilən  hekayətdə  bunu  aydın 

duymaq  olur.  Zahid  insanlardan  ayrılıb  xaraba  bir  yerdə 

məskən  salıb.  Ancaq  bunun  özündə  də  bir  hikmət  var.  Zahid 

niyə  insanlardan  ayrılır?  Xarabada  onu  məşğul  edən  nə  var 

axı?  Məsələ  bundadır  ki,  zahid  əslində  cəmiyyətdən  yox, 

cəmiyyətin buxovlardından,  sıxıntısından,  mənəvi müflisliyin- 

dən qaçıb tənha guşədə öz fikir və düşüncələrinin azadlığında 

nəfəs alır.  Hekayətdə deyilir:

Bir gün adlı-sanlı şahlardan biri 

Gəzib dolaşırdı  uzaq bir yeri 

Bir zahid evinə yetişdi  o şah 

Zahid o dünyaya tutmuşdu pənah 

Şah heyrət etdi ki, nə üçün, nədən 

Xərabə olmuşdur zahidə məskən?

Şah  onun halından olcaq xəbərdar 

Zahidin yanma at çapırtdılar 

Qapıçı  dedi ki, xəbər gətirsin.

Dedi: «Ey dünyadan əlini  üzən 

Neçin xoşlanırsan bu xərabədən?

Burda nə yoldaşın, nə yeməyin var 

Neçin mağarada tutmusan qərar?


Mübariz  Yusifov

Ceyran ovlağından dərilib gələn 

Bir çəngə quru ot götürüb həmən 

Zahid cavab verdi:  «Budur xörəyim 

Bundan qüvvət alır mənim ürəyim» 

Qapıçı şah kimi  süzdü gözünü: 

«Bəlaya salmısan-dedi,-özünü.

Yazıq,  bizim şaha xidmət eyləsən 

Bir də ot yeməzsən bu çöllərdə sən» 

Zahid cavab verdi:  «Sözün əbəsdir, 

Bu ot bir gülqənddir, mənə bu bəsdir. 

Bu otun sirrini bilsən,  ey insan 

Şahın qulluğundan azad olarsan»

Onu dinlədikcə şah birdən-birə 

Qızışıb atından sıçradı yerə 

Döşəndi zahidin önünə xaqan 

Öpdü o müqəddəs ayaqlarından 

«Azadlıq əzizdir,-dedi,-daima»

Budur sözlərində gizlənən məna.

L-M,  2004,  193-194.

Göründüyü  kimi,  Nizami  batində  dediyi  fikri,  hətta 

dilindən  zahidə  çıxarır  ki,  azadlıq  hər  şeydən  əzizdir  və 

üstündür. 

İnsan  azaddırsa,  bu  azadlıq  onun  şüuruna, 

mənliyinə,  şəxsiyyətinə,  təsəvvürünə,  təfəkkürünə daha canlı 

təsir  göstərə  biləcək  və  insan  öz  müqəddəs  amalına 

yetişməkdə  çətinlik  çəkməyəcək.  Şah  isə  cəmiyyətin  bütün 

ixtiyarı  onda  olsa  belə  qayğı  azadlığından  məhrumdur. 

Düşünür ki,  azadlığa hamının ehtiyacı var.  Hətta şahın da!  Ni­

zami  bu müqəddəs ideyanı Azərbaycan məkanında canlandırır 

və  öz  vətənində  insanların  şəxsiyyət  azadlığına  nail  olmasını 

müqəddəs bir arzu və istəyə çevirir.

Nizami  azadlıq ideyalarına,  xüsusən,  şəxsiyyət azadlığı­

na  sadə  bir anlayış kimi  yanaşmır.  Azadlıq  elə  bir qlobal  arzu 

və  istəkdir ki,  şahlar,  hökmdarlar ona ehtiyac hiss  edir və ona 

tabe olurlar.  Əgər şahların ona bu qədər ehtiyacı varsa, deməli 

cəmiyyətin 

azadlığa 

dərin 

bir  ehtiyacı  var.  Nizami



54

Nizamidə  azərbaycançılıq

dövründəki,  Azərbaycanda  azadlıqdan  əsər-əlamət  olmadığı 

üçün,  insanlar ictimai  və  mənəvi  məhrumiyyətlər içində  əzab 

çəkdiyi  üçün  Nizaminin vətəninin  azadlığa daha  artıq ehtiyacı 

var  idi.  Nizami  bu  duyğunu  şahlara  aid  etməkdə  birinci  növ­

bədə öz cəmiyyətini nəzərdə tutur.  «Xosrov və  Şirin» poema­

sında  Xosrovun  atəşgahda  tənha  guşəyə  çəkişməsi  də  onun 

özünün azadlığa daha artıq ehtiyacı  olduğu aşkar bilinir:

Şah qərara gəldi, taxtı tərk etsin 

Dünyadan çəkilsin, məbədə getsin.

Ağlın var, hər şeydən çalış azad ol!

Nəyin var qane ol, onunla şad ol!

Şadlıqdan asudə məclis olarmı?

Rahatlıqdan gözəl bir aləm varmı?

Çörəyin,  suyun var, qane ol, otur,

Ən azad bir ölkə, inan ki, odur.

Yüksək yaratmışdır xaliq insanı 

Vermiş xidmətinə bütün dünyanı 

Belə düşünməklə dilşad olarsan 

Tacü təxt qeydindən azad olarsan.

X-Ş, 2004,331-332.

Nizami  azadlığı  şahlara  şamil  etməklə  öz  bədii 

təxəyyülünü 

məhdudlaşdırmır. 

Nizami, 

hətta, 


dünya 

hadisələrini  dərindən-dərinə  dərk  edən  filosofların  da 

azadlığa  ehtiyacı  olduğunu  bədii  lövhələrlə  canlandırır. 

Filosoflar Nizamiyə  görə kimdir?  Xalqın  intellektual  düşüncə­

si,  təfəkkürü  və  təsəvvürü.  «İskəndəmamə»nin  «İqbalnamə» 

hissəsində  «Böyük  filosofun  səhraya  çəkilib  çalğı  aləti  qayır­

ması»  hekayəsində  Əflatunun  səhraya  üz  tutması  onun 

cəmiyyətdəki  sıxıntılı  qayğılardan  azadlıqda  qalmasının 

təcəssümüdür.

55


Mübariz  Yusifov

Nə qədər vardısa orada alim 

Hamıya olmuşdu o ilk müəllim 

Əflatun onlardan üz döndərərək 

Yox oldu saraydan ənqa quşu tək 

Gecəli-gündüzlü düşündü ustad 

Gizlində o bir saz elədi  icad 

Alim sazı alıb səhraya getdi 

Hər bir nisbət üçün onu kök etdi.

Çöldəki, dağdakı bütün heyvanlar 

Yüyürdü yanma onun hər nə var.

Müəyyən pərdədə bir hava çalır 

Ki, bütün heyvanlar yuxuya dalır 

Başqa bir pərdədə çaldığı zaman 

Yatanlar hamısı durur yuxudan.

İII,  2004, 73-75.

Əflatun  niyə  səhraya  üz  tutur?  Çünki  səhrada,  artıq, 

onun  azadlığına,  sərbəstliyinə,  müstəqilliyinə  toxunan,  fikir 

və  düşüncələrinə  dolaşan  yoxdur.  Hətta,  səhra  heyvanları  be­

lə  insan  cəmiyyətindəki  məkrli,  riyakar,  işi  ilə  əməli  düz 

olmayan  insanlardan üstündür.  Əflatun  çöl  heyvanlarının vəh­

şi  olmasına baxmayaraq onu daha yaxşı duyduqlarından məm­

nundur.

Sokratm  səhraya  üz  tutmasında  da  şəxsiyyət  azadlığı 



motivləri  canlandırılır.

Şahın bilik sevən könlü o gün də 

İstədi  Sokratı görsün önündə 

Dedilər:  «Xəlvətə çəkilib daim 

Xalq ilə get-gəli kəsib o alim.

Elə üz döndərib dünya işindən 

Gorda dürr tapıbdır qoca,  deyəsən. 

Qohumdan,  qardaşdan üz döndərərək 

Yaşayır kənarda, bir bucaqda tək. 

Tərgidib tamamən o ət yeməyi,

56

Nizamidə  azərbaycançılıq

Polada bürünüb,  atıb ipəyi.

İbadət eyləyir tənha, kimsəsiz,

Tapmayır yanma bir kimsə yol,  iz 

Əql  ilə dost olub Nizami, təkin 

Ondan dərs alıbdır Nizami yəqin».

İ,  II, 2004,  83.

Sokratm  tənhalığa  çəkilməsini  Nizami  özü  də  təqdir 

edir və  hətta  onun  kimi  cəmiyyətdən  uzaq  durmağa  haqq  qa­

zandırır.  Nizami  azadlıq  aşiqidir.  Azərbaycan  cəmiyyətində 

azadlığın  bərqərar  olunması  onun  amalı  və  idealıdır.  Odur ki, 

özünün  fikirlərinin,  düşüncələrinin  və  əqidəsinin  yaratdığı 

obrazlarla  ifadə  olunması  da  onu  qane  etmədiyi  məqamda  bu 

fikir və düşüncələrini batindən zahirə çıxarır.

Nizami  Nüşabənin  firavanlıq  yaratdığı  cəmiyyətdə, 

hətta,  xidməti  işlərə  təhkim  olunan  kənizlər  mühitində  belə 

azadlığın təmin edilməsini bədii dillə canlandırır:

O ağ bənizlərə etsən tamaşa 

Az qalır şəfəqdən gözlər qamaşa.

Bu mavi səmanın altında ancaq 

İşləri şərabdır,  çalıb çağırmaq.

Nəsilcə uca, pak hökmdar qadın 

Onları  qoymazdı  şəhvətə yaxın 

Sənəmxanası var saraylar qədər 

Azad girib gəzər orda afətlər.

İ,  II,  2004,  204.

Nizami  oxşar təfərrütaı  Feyləqus  sarayındakı  gözəllərin 

timaslmda da canlandırır:

Ən yaşlı  bir qoca rəvayət edir,

O köhnə şahlardan hekayət edir:

Feyləqus qəsrində bir gözəl varmış 

Bəzəkli gəlin tək azad yaşarmış.

İ, I, 2004,  63.

57


Mübariz  Yusifov

Azadlıq,  sərbəstlik  Nizami  obrazlarının  ən  aparıcı  v ə  

xarakter  əlamətlərindən  biridir.  Nizami  əsərlərində  hadisələ­

rin  canlandırılınası  üçün  yaradılan  obrazların xarakter əlam ət­

ləri  azadlıq  və  sərbəstlik  ideyalan  mühitində  təsvir  edilir. 

Məsələn,  Məcnun  öz  daxili  hissləri  və  düşüncələri  ilə  

səhraya  üz  tutur.  Fərhad  kimi  yenilməz  bir  igid  keçilm əz 

qayalı  dağlan  çapmaqdan  yorulmur.  Ancaq  dərdi  tüğyan 

edəndə  dözmür,  səhralarda özünə məskən tutur.  Niyə?  Səhra­

da  Məcnun  üçün  Leylimi  var  idi?  Fərhad  üçün  Şirinmi  var 

idi?-Yox!  Səhrada  vəhşilərdən  və  həşaratlardan  başqa  onlan 

heç  bir  səadət  gözləmirdi.  Ancaq  səhra  həyatının  çətinlikləri 

onlan  əhatə  edən  cəmiyyətin  buxovlarmın  əzablanna  döz­

məkdən  daha  asan  idi.  Onlann  mühitində  uğursuzluqlar  var 

idi.  İnsanların  tənəsi  var  idi.  Hiylə,  yalan,  aldadıcılıq  var  idi. 

Səhrada  isə  Məcnun  da  azaddır,  Fərhad  da  azaddır.  Səhra 

sakinləri  olan  heyvanlann  səhra  əhlinə  çevrilmiş  Məcnuna 

qarşı yalanı,  hiyləsi,  məkri,  tənəsi yox  idi.  Belə  çıxır ki,  azad, 

sərbəst  mühitdə  yaşayan  səhra  heyvanları  mənəvi  cəhətdən 

cəmiyyət  həyatında  nəfsin  qulu  olan  insanlardan  daha 

üstündür.  Nizaminin dediyi  kimi,  cəmiyyətin tələb  etdiyi  qay­

da-qanunları  və  bu  qanun-qaydalarm  yaratdığı  pərdəni  Məc­

nun  artıq  öz  üzərindən  atıb  özünü  fikir  və  düşüncə  aləminin 

azad bir subyektinə çevirmişdi:

Leyli çadırdaydı, o gizlənmiş Ay 

Pərdədə qalmaqdan olmuşdu rüsvay 

O ağıza,  dilə dastan olmuşdu 

Ətir çəkənlərə reyhan olmuşdu.

Nə yuxusu vardı, nə də həmdəmi 

Didərgin Məcnun atıb elləri 

Sərgərdan gəzirdi vəhşi çölləri 

Vəhşilər yanınca yazıq qoşaraq 

Gəzərdi çölləri  qayəsiz çılpaq.

L-M, 2004,  105.

58

Nizamidə  azərbaycançılıq

Fərhadın  da  azadlıq  amalı  və  idealı  bunun  kimidir. 

Çünki  bu  amal  nə  Məcnundan,  nə  də  Fərhaddan  gəlir.  Bu 

amal  azadlıq  ideyalarını  ana  vətəni  Azərbaycan  məkanına 

gətirib çıxaran böyük Nizamidən gəlir:

Şirinin yolunda görsə bir tikan 

Öpərək bağrına basardı haman 

Hər dəfə dilinə gələndə o ad 

Torpağı yüz dəfə öpərdi Fərhad 

Gendən baxan zaman Qəsri-Şirinə 

Canını didərdi paltar yerinə 

Vəhşi  atlar kimi çöldə qaçaraq 

Vəhşilərlə munis olmuşdu ancaq.

Dünyanın toruna düşən heyvanlar 

Onun dörd yanında qurmuşdu hasar.

X-Ş, 2004,  188-189.

Bu  sözlər  bədii  canlandırmadır,  bər-bəzəkdir.  Bu  canlı 

bər-bəzəyin  arxasında,  daxildə,  içəridə,  batində  Nizaminin 

azadlıq  arzuları  təcəssüm  olunurdu.  Azadlıq  elə  bir  xoş 

arzudur  ki,  hər  zaman  insanın  fikrini  və  düşüncəsini  məşğul 

edir.  Nizami  «İskəndərin  peyğəmbərlik  səfərinə  çıxması»  he­

kayəsində  bunu  qoşun  əhlinin  adından  da  bəyan  edir.  Çətin 

yollardan  keçən  insanlar  yorulur,  bezikir.  Elə  bir  məkana 

yetişirlər  ki,  burada  qış  da  bahar  kimidir.  Orada  əzab-əziyyət 

yoxdur.  Məcburiyyət yoxdur.  Kiminsə kiməsə təzyiqi  yoxdur. 

Ona  görə  də  həmin  məkanı  görənlər  bir  daha  geri  qayıtmaq 

istəmir.  Nizami  azadlığın  bəhrəsini  duyan  bir  əsgərin 

timsalında bu naməlum xoşbəxt diyar haqqında belə deyir:

Baxdıqca keçdiyim qorxunc yollara 

Qəlbim sıxıntıdan gəldi zinhara 

Bu tayın yolları düzdür,  hamardır 

Hər yana baxırsan, yaşıl bağlardır. 

Boldur gül-çisəyi,  suyu,  meyvəsi

59


Mübariz  Yusifov

Gəlir hər tərəfdən quşların səsi 

Havası tərtəmiz qəşəngdir hər yan 

Belə yurd arzular Allahdan insan 

O tərəf cəhənnəm, bu tərəf gülşən 

Dönməz cəhənnəmə heç kəs behiştdən 

Mən getdim,  səlamət olsun görüm şah 

Mən şadam sizi də şad etsin Allah.

İ,  II, 2004,  141-142.

Nizami  həyatın hər bir hadisəsində  azadlığı  görür,  d ə r k  

edir və  onu  ideallaşdırır.  Hətta,  onu  da  diqqətə  çatdırır ki,  i n ­

san  öz  sənətində  də  azadlığa  nail  olmalıdır,  gördüyü  işi  s ə r ­

bəst  etməlidir,  sıxıntısız,  məcburiyyətsiz  etməlidir,  ü rə k d ə n  

etməlidir.  Bu halda ancaq görülən iş səmərə verir:

Ölkədə tərk oldu sənət,  sənətkar 

Heyhat, bundan böyük fəlakətmi  var?

Sənətkar əl çəkmiş öz sənətindən 

Başqa bir sənətə yapışmış cəhrən 

Əkinçi əl qatmış ordu işinə 

Əsgərlər başlamış əkin-biçinə 

Hər kəs sənətində olmasa azad 

Dünya bu gedişlə olurmu abad?

Nizami  hətta  şahlann  tərifinə həsr etdiyi  misralarda da 

şahlara  azadlığı  onlann  özlərinin  bayrağa  çevirməsini  tövsiyə 

edir:  «Leyli  və  Məcnun»  poemasında  padşah  Axsitana 

müraciətlə belə deyir:

Sən ey can aləmi,  ey aləmə can!

Ey insan qəlbini güldürən insan!

Günəşin taxtından taxtın ucadır 

Cəmşidin taxtından taxtın qocadır.

Sənin idrakınla dünya abaddır 

Sənə qul olmaqla insan azaddır.

60

Nizamidə  azərbaycançılıq

Sənin fərmanınla bütün ölkələr 

Azad nəfəs alır,  düzdür bu xəbər.

L-M, 2004, 43.

Eyni  cür  xitaba  «Yeddi  gözəl»  əsərində  də  təsadüf 

olunur.  Böyük  sənətkar açıq-açığına  şahlara  dərs  verir,  onlara 

zülm  etməməyi,  xeyirxahlıq  göstərməyi,  insanların  hüquq  və 

azadlıqlarını  təmin  etməyi  məsləhət  görür.  Təbiidir  ki,  Niza­

mi  üslubu  o  qədər  güclüdür  ki,  şahlar  ondan  incimir,  onu 

narazlıq  kimi  qəbul  etmir  hətta,  bu  əsərlərə  görə  şairi  müka­

fatlandırırlar  da.  «Yeddi  gözəl»  poemasmdakı  şaha  ithafna- 

məsində şairin azadlıq barədəki tövsiyəsində belə deyilir:

Taxtın olsun görüm, daima yüksək 

Göndərdiyim əsər sənə mübarək 

Şeirimidən həyatın suyunu iç al,

Sən də Xızr kimi  daim diri qal.

Mülkündə əbədi yaşa sən azad 

Mülkünlə,  ömrünlə,  taxtınla ol şad.

Y G.  2004,  298.

«Yeddi  gözəl»  poemasında  şahın  tərifindən  bəhs 

edərkən,  azadlığı  tamam başqa bir üslubda canlandırır.  Nizami 

bu  yerdə  eyham  edir  ki,  azadlıq  şahın  qapısının  kandarında 

mövcud ola bilər.  Çünki  şah bu gün  dostdur,  sabah  hansısa bir 

fitnəkarın  əməlindən  bu  dostluq  düşmənçiliyə  də  çevrilə  bi­

lər.  Odur ki,  azadlığı  şah  qapısından  kənarda  axtarmaq  lazım­

dır.  Şah özü azaddır,  ancaq azadlıq verən deyildir:

Yanar bir atəşdir hər hakim, hər şah 

Ondan uzaq olan çəkməz aman,  ah 

Şahın odu güldür, gövhərlər saçan 

Qarşıda gül olur,  qucaqda tikan

61


Mübariz  Yusifov

Şah dediyin ki var, tənəkdir,  tənək,

Kim uzaqsa ona ilişməyəcək.

Y G.  2004,  57.

Hökmdarlığın  xeyirxahlığı  içərisində  gizlənən  təhlükə 

qorxusunu Füzuli də poetik bir dillə ifadə etmişdir:

Şəm qürbilə təfaxür qılma ey pərvanə kim 

Xirməni ömrün göyər bərqi-fənadən ənqərib 

F, I,  84, 6

(Ey  pərvanə,  şama  yaxan  olmaqla  fəxr  etmə,  öyünmə 

ki,  ömrünün  xırmanı  təsadüfi  bir  qığılcımdan  yanıb  kül  olar; 

yəni  dövrün  hökmdarlarında  o  dərəcədə  etibar  yoxdur  ki, 

daim  onlara  yaxın  olmaqla  öyünəsən.  Bir  fəna  qığılcımdan 

ömrün puç olub gedər).

Nizamidə  şəxsiyyət  azadlığı  çox  müxtəlif bədii  üslub­

larla  canlandırılır.  Nizami  sosial  ədalət  görmədiyi  vətənində 

daim azadlıq və  sərbəstlik ideyalarının baş  tutmasını  istəyirdi. 

Ancaq  Nizami  dövründə  bu  yox  idi.  Ona  görə  də  böyük 

mütəfəkkir  dünya  şöhrətli  əsərləri  ilə  öz  azadlıq  ideyalarını 

gələcək  nəsillərə  bədii  təsvirlər vasitəsi  ilə  çatdırmağı  özünə 

borc bilirdi.



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə