MÜbariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


  jşfcS - Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix06.05.2017
ölçüsü4,66 Mb.
1   2   3   4   5   6   7   8   9   10

88  jşfcS -

Nizamidə  azərbaycançılıq

Bilin ki, göylərin o quşu mənəm 

Hər səhər oyadar quşları nəğməm 

Şəhərin quşları ötər hər səhər 

«Dünyanı  dindirən odur» deyərlər.

Nizami  durma gəl, xəzinəni aç 

Bəsdir bu Gəncədə qalıbsan möhtac 

Bir ov vurubsansa çıxar meydana 

Bir xəzinən varsa göstər cahana 

Belə xəzinəni bəxt verər ancaq 

Xəzinən dünyanı nurlandıracaq.

İ, II, 2004,  32.

Padşahın  tərifini  verdiyi  hissənin  sonunda  ürək  yanğısı 

ilə  1139-cu  ildə  Gəncədə  baş  vermiş  zəlzələni  xatırladır. 

Dağılmış  Gəncənin  sonradan  Məlik  Nüsrətəddin  tərəfindən 

bərpasını  misal  göstərərək  yazdığı  əsərə  görə  onun 

ehtiyacdan pərişan olmuş halının yaxşılaşacağına ümid edir:

Fələk zəncirini həlqələyərək 

Yerin də bəndləri  ayrıldı tək-tək 

Azdı yollarını gur axan sular 

Dağlar çarpışmadan bitab oldular 

Yusiflər gözünə sanki batdı mil 

Sanki  aşıb-daşıb Misri basdı  Nil.

Heç bir göz salamat qalmadı  inan 

Matəm sürməsinə qərq oldu cahan 

Nə qədər xəzinə batdı o gecə 

O şənbə gecəsi yox oldu Gəncə 

Bircə sap gövhəri  sağ gördü səhər 

O düzdü yenidən saplara gövhər 

Görün ki, nə sayaq qadir hökmdar 

Pozulmuş  çalalı etdi bərqərar 

O ki, bu torpağı  eylədi  abad 

Dərgahı  heç zaman olmasın bərbad.

İ, II, 2004,  34.

89


Mübariz  Yusifov

Ancaq  Nizami  padşahı  nə  qədər  tərifləsə  də  onun 

səxavətinə  də  etibar  etmir.  Qorxur  ki,  Mahmud  Qəznəvi 

Firdovsiyə  verdiyi  vədə  xilaf  olduğu  kimi,  Sultan  Məlik 

Nüsrətəddin də sözündən qaça:

Yeddi Füruzəli bu  qəsrdə sən 

Haqqa, ədalətə vüsət vermisən 

Bir qədər mey verir sənə Nizami 

Gərək nuş edəsən Keykavus kimi 

Bu Tusi qədəhlə Mahmuda bildir 

«Şahnamə»nin qədri, qiyməti  nədir?

İki xəzinənin varisi  hökmən 

Səxavətdə sənsən,  söz deməkdə mən 

Borc əgər vaxtında ödənilməzsə 

Qaydadır, varisdən çatar varisə 

Sən mey iç, gətirmə heç bir bəhanə 

Ağzım möhürlüdür, üz vurma mənə.

İ, II, 2004,  35.

Nizaminin  Gəncə  ilə  bağlı  olması  «Sirlər  xəzinəsi» 

poemasında  da  məqamı  düşdükcə  canlındanlır.  Aydınca 

görünür  ki,  Nizami  özünü  Gəncəsiz  təsəvvür  edə  bilmir, 

Gəncəni  isə Nizamisiz.  Doğrudan  da illər,  əsrlər ötüb keçmiş, 

artıq,  doqquzuncu  yüz  ildir  ki,  Nizami  adı  çəkiləndə  Gəncə, 

Gəncə adı çəkiləndə Nizami xatırlanır:

Bizim söz bazarının alış-verişi durğun 

Qızğın hay-harayı var,  qızılı yoxdur onun 

Gəncə mənim yaxamdan möhkəm yapışmış hələ 

İraq xəzinələri yoxsa keçərdi ələ.

Bir səs gəldi  cahandan:  «Eü qul, yetər əyləncə 

Axı kimdir Nizami,  axı,  hardadı Gəncə?»

Tanrıma min şükür ki,  yazım vaxtında bitdi 

Ömrüm  sona yetməmiş bu kitab sona yetdi.

Başdan ayağa qədər bəzəmək üçün onu 

İncilərə qərq etdi Nizami ağ donunu

90

Nizamidə  azərbaycançılıq

Könül, bu pak incini ona çatdır, ona sun, 

Gövhəri gövhər saçan şaha ərməğan olsun! 

S-X, 2004,  206.

Nizami  «Yeddi  gözəl»  poemasının  sonunda  Əlaəddin 

Körpə  Arslan  şaha  dua  və  alqış  edərkən  özünü  Vizantiyanın 

yüksək əyarlı  saf və  təmiz  qızılı  ilə  müqayisə  edir,  yazdığına 

əvəz  olaraq  belə  bir  bəxşiş  əldə  etməsini  arzulayır.  Burada 

daxili  bir məna  da  ifadə  edir ki,  Gəncə  saf insanların,  əhdinə 

etibarlı  adamlann  məskənidir,  ora  Nizaminin  yurdudur, 

Nizamiyə, Nizami  adma münasib olan,  Gəncə adına layiq olan 

bəxşiş verilsə Allaha da xoş gedər:

Tam əks-əyarlı nəqdi Gəncədən 

Rumi çeşnisiylə parladıqca mən 

Ona şah adını bəxş etdi dilim 

Naxşından istədim sulansın əlim 

Çini  libaslı şah qoydu qızıl  tac 

Çin və  Rum şahları ona verdi  bac 

Sənsən bu dünyanın qüdrətli şahı 

Dünyamız gözləməz özgə pənahı.

S-X, 2004, 295-296.

Nizami  özünün  doğulduğu,  böyüdüyü  Gəncəni  müqəd­

dəs  bir  məkan  kimi  təsvir  edir.  Bu  yurdda  yaratdığı  sənət 

əsərlərini  isə ecazkar,  sehrli söz xəzinəsi kimi mənalandırır.

Gəncəm-Babilim mənim,  Harutu yandırmada 

Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada 

Zöhrəm  söz dəyərini Mizan bürcündə ölçür 

Dilim ruh aləminin lisanıdır, gözüdür 

Duz-çörəyim bilirəm öz cadugər şeirimi 

Halal  sehrim sındırar Harutun  hər sehrini 

Ürəyinin şəklidir Nizaminin sözləri 

Mənim halal  sehrimlə daim canlı, dipdiri. 

S-X,  2004,  64.

91


Mübariz  Yusifov

S

Nizami  öz  ana  yurdu  Gəncəni  müqəddəs  bir  məkan 



kimi  təsvir  edir.  Təkcə  ona  görə  yox  ki,  Gəncə  onun 

doğulduğu yer olduğu  üçün əzizdir.  Bu adi bir aksiomdur.  Hər 

kəsə  öz vətəni,  anadan  olduğu  yer başqalarından  daha  doğma 

və  daha  əzizdir.  Nizami  üçün  Gəncə  həm  də  ona  görə  daha 

əzizdir ki,  onun  ecazkar  sənət əsərləri  dünya  sivilizasiyasının 

beşiyi olan Şərq ölkələrinə,  oradan da bütün beynəlxalş aləmə 

məhz  bu  məkandan  yayılmışdır.  Açıq-aydınca  görünür  ki, 

Nizami  üçün  bu  dünyada  iki  müqəddəs  amal  vardır.  Biri 

doğulduğu  və  heç  vaxt  isti  qoynundan  ayrılmadığı  Gəncə, 

ikincisi  isə  bu  müqəddəs  məkanda  qəlbinin  içərilərindən 

gələn,  isti  nəfəsi  ilə  yoğrulan  və  gələcək  nəsillərə  həm 

nümunə,  həm  də  nümunə  olduğu  qədər  də  yadigar  qalan 

Azərbaycançılıq ruhundakı ölməz əsərləri.

2.  Vətənə  bağlılığın təcəssümü

Nizamidə  vətənə  bağlılıq  təkcə  doğulduğu,  böyüdüyü, 

tərbiyə aldığı Gəncə ilə məhdudlaşmır. Nizami öz əsərlərində 

Azərbaycan məkanının hansı bir güşəsinin adım  çəkirsə o yeri 

böyük  şövqlə,  həvəslə  təsvir  edir,  təbiətinin,  yerinin 

necəliyindən  asılı  olmayaraq  oranı  cənnət  misallı  bir  ərazi 

kimi qələmə verir.

Nizaminin  əsərlərində  Azərbaycana  aid  məskənlərin 

adı  çəkilir,  doğma  vətən  torpaqları,  onun  təbiəti  sevgi  və 

məhəbbətlə  tərənnüm  edilir.  Bu  torpaqların  bolluq,  bərəkət, 

firavanlıq və zənginlik məkanı olduğu canlandırılır.  Doğrudur, 

Nizami  dövründə  Azərbaycanın  bolluq  içində  olduğu  və 

əhalinin firavanlığa qərq olduğu barədə söhbət gedə bilməzdi. 

Çünki  Nizamiyə  aid  tədqiqatlarda  da  deyildiyi  kimi,  bu 

məkanda  bolluq  olsa  da  onun  sahibi  sadə  camaat  deyildi.  Bir 

ovuc  müftəxor  parazit  tüfeyli  bu  bolluğu  mənimsəyirdi.1 

Aşağı  təbəqəyə  isə  gündəlik  ruzisini  çətinliklə  əldə  eləmək 

əzabı  qalırdı.  Niyə  Nizami  Azərbaycan  məkanını  bolluq

1 A.Rüstəmzadə. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, «Elm»,  1979, s.  8.

Nizamidə  azərbaycançılıq

içində  təsvir  edirdi?  Əvvəla,  ona  görə  də  ki,  Azərbaycan 

torpağından  Böyük  Yaradan  bolluğu  və  zənginliyi  Əsirgəmə­

mişdir.  Bu  zənginlik  hər  vaxt  bu  yerin  insanlarına  qismət 

olmalıdır.  Buna  onların  haqqı  var.  Çünki  bu  bərəkətli  torpaq 

zəhmət çəkən  insanların əlləri  ilə becərilir.

İkincisi,  Nizami  qeyrətli  bir Azərbaycan  övladı  kimi  öz 

həmvətənlərinin  firavan  yaşamasını  istəyirdi.  Öz  vətənində, 

öz  torpağında  onlara  çatası  nemətin  öz  sahibi  olmalı  idilər. 

Nizami dövründə də, ondan sonrakı  zamanlarda da!

Nizaminin  əsərlərində  adı  çəkilən  vətən  torpağına 

vətəndaş  rəğbəti  ilk  baxışdan  aydın  görünür.  Nizaminin 

rəğbəti,  ilk  növbədə  doğma  vətəni  Azərbaycana  həsr  etdiyi 

lövhələrdə  aydın  görünür.  «Xosrov  və  Şirin»də  «Xosrovun 

Bəhramdan  qaçıb  Ərmənə  getməsi»  əhvalatı  təsvir  edilir. 

Xosrov  əmin-amanlıq  yeri  kimi,  sakitlik,  dinclik  məkanı  kimi 

Nizaminin vətəni Azərbaycanda özünə sığınacaq axtarır:

Düşündü ki, tacdan baş qiymətlidir 

Çıxdı  aralıqdan düşmədi əsir.

Kəyan təxtü tacı sahibsiz qaldı 

Başqa bir cahangir dünyanı  aldı.

Zəmanə Xosrova olmadı pənah 

Bəhram qarşısında məğlub oldu şah 

Yüz hiyləylə qaçıb oyan-bu yana 

Yetirdi  özünü Azərbaycana 

Sızlayan könlündə  Şirinin dərdi 

Birbaş «Muğan» deyib atı  döndərdi.

X-Ş,  2004,  115.

«İskəndəmamə»də  «İskəndərin  İran  atəşgədələrini 

dağıtması»  əhvalatında  İskəndər  atəşpərəstliyin  əlaməti  olan 

ibadətgahlan  dağıdır.  Dünya  görmüş  adamlar  İskəndərə 

m əsləhət  görürlər  ki,  indi  Azərbaycana  üz  tutsun.  Görünür, 

Azərbaycanda  əmin-amanlıq  olduğu  üçün,  əhali  dinc,  doğru 

yolun  yolçusu  olduğu  üçün,  daim  haqqa  qulluq  etməyə  meylli 

olduğu  üçün  dünyagörmüş  tədbirli  insanlar  İskəndərin  ədalət

93


Mübariz  Yusifov

məkanı kimi  obrazlaşdınlan Azərbaycana getməyini  məsləhət 

görürlər:

Əmr etdi, mobidlər yandıran odu 

Durmadan hünərlə söndürsün ordu 

Zəndin əfsunlan atılsın suya 

Almsm yaxud bir dəftərxanaya 

İbrahim dinini doğru yol bildi 

Atəş tüstüsünü dillərdən sildi.

Aqillər məsləhət gördülər ona 

Oradan tərpənsin Azərbaycana 

İ,  I,  2004,  173.

«İskəndəmamə»nin  «Şərəfnamə»  hissəsindəki  «İskən- 

dərin  Ərəbistana  getməsi  və  Kəbəni  ziyarət  etməsi»  he­

kayəsində  əmin-amanlıq,  rahatlıq,  dinclik,  ictimai  sabitlik tə­

rəfdarı  olan  Böyük  Azərbaycan  hökmdarlarının  İskəndərə 

qarşı  Ərmən  hökmdarı  Dəvalinin  gözlənilə  bilən  hücumunun 

və  ya  təcavüzünün  qarşısını  alması  barədə  məsləhətləri  ver­

ilir.  İskəndər onların dediklərinə əməl edir və zəfər qazanır:

Böyük Azərbaycan hökmdarından 

Bir elçi gələrək dedi,  «hökmran,

Nə üçün ram etdin bütün dünyanı, 

Sildin ruzigardan zülmü, tüğyanı? 

Verdin hər ölkəyə qurtuluş,  aman, 

Ərmənə nədən süst baxdı hökmran? 

Doğduğun şəhərə bu yaxın ölkə 

Nə  üçün bürünsün qaranlıq kölgə? 

Ərməndə atəşə ibadət edər 

Başqa padşaha itaət edər.

Orda Ad nəslindən bir pəhləvan var 

Qüvvəti  Rüstəmin gücünə çatar 

Adı Dəvalidir, hər bağrı yarır 

Aslan dərisindən yosun qoparır 

Ordunla bu səmtə hücum etməsən

94

Nizamidə  azorbaycançılıq

Ölkəni  şübhəsiz,  alacaq bizdən.

Elə ki,  eşitdi  hökmdar bunu 

Babildən Ərmənə çəkdi  ordunu.

Dəvali Abxazda şahlıq edərkən 

Eşitdi Rum şahı gəlmiş səfərdən 

Atlandı, yüyəni tez aldı ələ 

İskəndər əlini öpmək qəsdilə.

İ, I, 2004,  199-200.

Nizaminin  əsərlərində  Bərdə,  Şəki,  Muğan,  Arran 

(Aran)  kimi  Azərbaycana  məxsus  yaşayış  məskənlərinin 

adlan  çəkilir.  Bu  yerlərin  təsvirində  şairin  vətən  təəssübü, 

vətəndaşlıq mövqeyi aydın şəkildə müşahidə edilir.

Nizaminin  əsərlərində  Bərdə  adma  xüsusi  bir  rəğbətlə 

yanaşılır.  Bərdə  Azərbaycanın  qədim  mədəniyyət  mərkəz­

lərindən biri olmuşdur.

Arranın  ərəblər  tərəfindən  işğal  edilməsindən  əvvəlki 

dövrdə 


Bərdə 

Sasani 


mərzbanlarının 

(sərhədçilərinin) 

iqamətgahı  və  katalikoslannm  patriarxlıq  mərkəzi  olmuşdur. 

Xəlifə  Osmanın  (644-654)  rəhbərlik  dövründə  Bərdə  ərəblər 

tərəfindən  işğal  edilmişdir.  654-cü ildə  ərəb sərkərdəsi  Həbib 

ibn  Məsləmənin  başçılığı  ilə  Qafqaza  ikinci  yürüş  baş  verdi. 

Xilafətin  Şimal  vilayətlərinin  canişini  öz  iqamətgahını 

Dvindən 


Bərdəyə 

köçürdü. 

İran-Bizans 

müharibələri 

dövründə  Bərdə  Xəzərlər  tərəfindən  dağıdılmışdı.  Əməvi 

xəlifələrinin  təyin  etdiyi  canişinlər  şəhəri  yenidən  bərpa 

etməyə  başladılar.  Abbasilərin  hakimiyyətə  gəlməsindən 

sonra  (750)  isə  şəhərin bərpası  daha  da  genişləndirilir.  Çünki 

Bərdə  Şərq  ilə  Qərb  arasında  qədimdən  bəri  çox  əlverişli 

tranzit bir məkan  və  strateji  bir ərazi  idi.  Xilafətin  zəifləməsi 

dövründə  də  Bərdə  öz  iqtisadi  əhəmiyyətini  itirmir.  Çox 

keçmədən  Bərdə  Sacilərin,  942-ci  ildən  isə  Salarilərin  əsas 

şəhərlərindən biri  olur.  X əsrin 20-ci  illərində  Bərdədə  olmuş 

«rəb  coğrafiyaşünası  əl-İstəxri  bu  şəhərin  İraqla  Xorasan 

arasında,  Rey  və  İsfahandan  sonra  münbit  bir  ərazidə

95


Mübariz  Yusifov

yerləşdiyini,  fars  və  Xuzistanı  ipəklə  təchiz  etdiyini 

göstərirdi.1

Bərdədə  sənətkarlıq  və  ticarətin  inkişafı  yalnız  o  dövr 

mənbələri  üçün  deyil,  son  illərdə  şəhərdə  aparılmış  arxeoloji 

qazıntıların nəticələri ilə də təsdiq edilir.1

 2

Nizami  Bərdə haqqında bəhs edərkən  həm  onun gözəl­



liyini  təsvir  edir,  həm  də  şəhərin  tarixən  Hərum  (Məhrəm 

yer) adı  ilə adlandırdığına da diqqəti cəlb edir:

Bərdə mülki necə də gözəldir, onun ətrafı 

Nə yazda, nə payızda gülsüz (çiçəksiz) olmur 

Yayda dağları çiçəklənir 

Qışda baharın nəsimi  duyulur.

Meşəsi behişt örtüklüdür 

Ətəyinə isə Kürdən kövsər bağlanmışdır 

Dağ toyuğu,  turac, kəklik, qırqovul əlindən 

Söyüd və sərv kölgəliklərindən boşluq yoxdur 

Diyarında dinclik bərqərardır.

Ləkələrdən onun torpağı uzaqdır.

Bütün il boyu torpağının reyhanı tərdir 

Burada həmişə naz və nemət boldur.3

«İskəndəmamə»nin («Şərəfnamə»nin) bədii  tərcümələ­

rində  bir  az  fərq  olsa  da  Bərdə  və  onun  ərazisinin  təsviri 

burada  qədimdən  bəri  davam  edən  fıravanlığın,  gözəlliyin, 

əzəmətin  izləri  görünür.  Odur  ki,  Nizami  fəxrlə  şəhərin 

qədim adını da oxuculara təqdim edir:

Qırqovul yuvası hər sərv ağacı 

Oxuyur kəkliyi, ötür turacı 

Səsizlik içində dingəlir gülşən 

Torpağı  silinmiş qayğı,  kədərdən

1 Azərbaycan tarixi, II cild. Bakı, «Elm», 2007, s. 225.

2 Azərbaycan tarixi, II cild. Bakı, «Elm», 2007, s.  225.

3 R.Azadə. Nizami Gəncəvi. Bakı, «Elm»,  1979, s.  110, (Sətri tərcümə variantı).

96

Nizamidə  azərbaycançılıq

Reyhanı  yaşıldır illər uzunu 

Hər çeşid naz-nemət bürümüş  onu 

Yem üçün gələr quş bu gözəl yurda 

İstəsən «quş südü» taparsan burda.

Hərum adlanırdı bu yurd hər yerdə 

İndisə adma deyirlər Bərdə 

Bu mərdlər, gözəllər yurdunda inan 

Çox saysız xəzinə gizləmiş zaman 

Belə şux,  sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar.

İ, I, 2004, 202.

Bərdənin  təbii  gözəlliyi,  zənginliyi  və  bolluq,  eyni 

zamanda,  əmin-amanlıq  diyarı  olması  «Xosrov  və  Şirin» 

əsərində  də  xatırlanır.  Bu  yer  Məhinbanunun  qış  ovlağı, 

istirahət guşəsi kimi təriflənir:

Gül  fəsli yamyaşıl Muğan-yatağı

Y ay zamanı yeri Ərmən torpağı 

Əkindən əkinə, çiçəkdən gülə 

Gəzir,  seyrə çıxır hey gülə-gülə

Y ay ötüb keçəndə, payız gələndə 

Abxazda ovlağı salır kəməndə

Bərdənin havası  çox mötədildir (mülayimdir)

Hər il qış zamanı o bura gəlir.

Hər fəsil bir yerə mənzil salaraq 

Dörd fəsli  çatdırır başa bu sayaq.

X-Ş, 2004,  64.

Bərdənin  yazı  gül-çiçək  olduğu  kimi  qışı  da  mülayim 

keçdiyinə  görə  Məhinbanu  hətta,  onun  sarayında  qonaq  olan 

Xosrovu da bu gözəl məkanda istirahətə dəvət edir:

97


Mübariz  Yusifov

Banu öpüb yeri qalxdı ayağa 

Xosrovla başladı  o danışmağa 

Dedi: «Gəl bizimlə Bərdəyə gedək 

Qışı qalaq orada,  gəzək, keyf edək 

Bizim bu  Bərdənin yeri arandır 

Suyu çox,  otu çox, bir gülüstandır».

X-Ş,  2004,  100-101.

Nizami  Bərdəni  təkcə  təbiəti  gözəl  olan,  həm  də 

strateji  bir mövqedə yerləşən ərazi kimi  təqdim etmir,  həm də 

buranın  bir  mədəniyyət  mərkəzi  olduğunu,  bu  yerdə  alim 

şəxslərin  yetişdiyini,  elm-irfan  mərkəzi  olduğunu  da  qələmə 

alır:

Məlum hekayədir «Xosrov və  Şirin»



Dastan yoxdur əsla bu qədər şirin 

Ruhu oxşasa da bu gözəl dastan 

Pərdədə qalmışdı bu gəlin çoxdan 

Tanıyan yoxdur bu gözəl alması 

Bərdədə var idi bir əlyazması 

O ölkənin qədim tarixlərindən 

Bu dastanı  tamam öyrənmişəm mən 

O yerdə yaşayan qoca adamlar 

Təşviq etdi  işə, mən verdim qərar 

Ağıl bu dastanı  bəyənsin gərək 

Sözləri şirindir, məzmunu gerçək 

Xosrovdan,  Şirindən qalan yadigar 

Gizlində deyildir,  durur aşikar.

X-Ş,  2007, 49.

Nizami  Muğan,  Arran,  Araz,  Kürbasar,  Şəki  kimi  doğma 

el-oba  adlarına  da  böyük  məhəbbətlə,  ehtiramla,  qayğı  ilə 

yanaşır.  Vətən  torpağının hər bir güşəsinin  ona əziz olduğunu 

əsrlərdən -əsrlərə, nəsillərdən-nəsillərə çatdırır.



Muğan  haqqında.  Muğan  qədim  dövrlərdə  Azərbayca­

nın  abad  və  əzəmətli  şəhərlərindən  biri  olmuşdur.  İndi  o  şə­

hər,  artıq,  yoxdur. 

Amansız  müharibələrmi,  fəlakətli

98

Nizamidə  azərbaycançılıq

zəlzələlərmi,  zamanın  gizli  qalmış  hansısa  hadisələrimi  onun 

izini itirmişdir.  Nizami  Muğanı xatırlamaqla onu deyir ki,  belə 

insan  məskənlərimiz  olmuşdur.  İnsanların  başqa  bir  məkana 

keçib  getməsi  üçün  tranzit  mövqeyə  malik  bir  məskən  kimi 

tanınmışdır.  Nizami  xatırladır,  tarixçilər,  etnoqraflar  axtarıb 

tapmalıdırlar,  tariximizin  gizli  səhifələri  açılmalıdır.  «Xosrov 

və  Şirin»  əsərində  Muğan  Xosrovun  pənah  gətirdiyi  və 

buradan keçib getdiyi bir yaşayış məskəni kimi təsvir edilir:

Xosrov gördükdə ki,  dalda qaldı  su 

Ağlar gözlərinin qaçdı yuxusu 

O gülzara gəlib çatcaq o yerə 

Nəsim xəbər verdi  sərhədçilərə 

Məmurlar qabağa yüyürüşdülər 

Yoluna döşəndi xalı, ipək, zər.

Gözəlləri görmək ona xoş gəldi 

Bir neçə gün qalıb orda dincəldi.

Ordan bir baş gedib çıxdı  Muğana 

Muğandan da keçdi  Baxərzana 

X-Ş,  2004,  99.

Nizamidə  Muğan elə təsvir edilir ki,  sanki  bu yer şənlik 

məskənidir,  şadyanalıq  yurdudur.  Xosrov  da  Şirinlə  birlikdə 

istirahət üçün, əyləncə üçün Muğan adlanan yerə baş çəkir:

Yaxında ki, vardı  o nazlı dilbər 

Sevinirdi qəlbi  sabaha qədər 

Gccə  Şəbdizini o gülgün günəş 

Cilovladı, oldu söyüd gülə əş 

Ay və günəş ova hazırlaşdılar 

Şəbdizə, Gülgünə oldular süvar 

Muğandan Şahruda sürdülər atı 

Dünyanı doldurdu şənlik büsatı.

X-Ş, 2004,  133.

99


Mübariz  Yusifov

«Yeddi 


gözəl» 

poemasında 

Bəhramın 

iranlılara 

cavabında da Muğan əzəmətli,  bolluq,  firavanlıq  və  zənginlik 

məskəni olan bir yer kimi təsvir edilir:

Kəyana layiqdir Kəyanm yeri 

Onu qəsb  etməsin özgənin biri 

Ordu düzəltməli şanlı hökmdar 

Bir atlıdan göyə çoxmu toz qalxar?

Muğan qocasından  qalan piyalə 

Müğan cavanma gərək verilə.

Y G,  2004,  84.

Arran  haqqında.  Arran  (Aran)  qədim  zamanlarda 

Azərbaycanın düzənlik hissəsinin adı kimi  tanınmışdır.  Bəzən 

bu  yer  Qafqaz  Albaniyasının  qədim  adı  kimi  də  adlandırılır.1 

Arran  (Aran)  Kür  və  Araz  çayları  arasındakı  ərazini  əhatə 

etmişdir.  Buraya  indiki  Mil  düzü,  Bərdə,  Gəncə  və  Beyləqan 

(Örənqala)  daxil  olmuşdur.  Nizami  Arran  adını  işlədərkən 

qədim  ərazilərimizi  canlandırar  və  vətən  övladlarını  öz 

yerlərimizi 

daim 

xatırlamağa 



təşviq 

edir: 


Nizaminin

təsvirindən  aydın  olur  ki,  qədim  Arranın  (Aranın)  əzəmətli 

mərkəzi  kimi  tanınan  bir  paytaxtı  var  imiş.  Bu  paytaxt  isə 

Nizaminin doğulduğu Gəncə olmuşdur:

Bəlkə bir mələkmiş, bəlkə də pəri?

Bəlkə çeşmələrdir onların yeri.

Heç açmaq olarmı  bu sirri məgər 

Ki, Xosrov sevmişdir bir pəri peykər?

Süleyman qoyum bir adımı hələ 

Sonra pəriləri gətirim ələ 

Belə fikirləşir,  belə deyirdi 

Ürəyini qüssə, kədər yeyirdi.

1 Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı, 

«Maarif»,  1993, s.  12.



Nizamidə  azərbaycançılıq

Şah kəsdi  ümidi,  o şux dildardan 

Arran paytaxtına yollandı ordan. 

X-Ş, 2004, 95.



Araz  haqqında.  Nizami  «Xosrov  və  Şirin»də  «Xoşbəxt 

padşah  Qızıl  Arslanın  tərifı»nə  həsr  etdiyi  bölmədə  Qızıl 

Arslanın 

düşmənlərinin 

Araz 

kimi 


coşğun 

olmasına 

baxmayaraq  şah  qarşısındakı  gücsüzlüyünü  təsvir  edir. 

Əslində  isə  öz  vətənində  coşqun  çaylann,  bol  suların 

olduğunu  diqqətə  çatdırır.  Nizaminin  təsviri  zahirdir.  Ancaq 

batində  Nizami  deyir  ki,  bu  yerin  insanları  Araz  kimi 

coşqundur.  Xosrovlann,  Qızıl  Arslanların  hakimiyyəti  daimi 

deyildir.  Vətən torpağı vətən övladlarına ərməğandır.  Həm də 

batindən  bu da anlaşılır ki,  vətən  torpaqları  münbitdir.  Burada 

Araz  kimi  bol  sulu  çaylar  var.  Su  həyat  rəmzidir.  Daimidir. 

Yüz  Xosrovlar  gəlib  getsə  də  bu  ölkənin  növrağını  poza 

bilməz. 


Onlar  bu  gün  gəlib  sabah  gedərgidirlər.  Vətən 

torpağı vətən övladlarınındır. Nizaminin təsviri belədir:

Onun taxtı parlaq günəş adlanır 

Ay göydə onunla hey qanadlanır 

Zühəl onun qulu olmasa əgər 

Nə qədər qocalsa göylərdən enər.

Baş qaldırsa əgər göyə düşmənlər 

Y enə bu dərgahda torpağı öpər.

Çöldə aşıb-daşsa Araz nə qədər 

Dəryaya çatınca o sakitləşər 

X-Ş, 2004, 44.

Kürbasar  haqqında.  Kürbasar  geniş  bir  ərazidir. 

Qədimdə  Kürbasar deyilən ərazilərdə meşəliklər,  ovlaqlar ol­

muşdur.  Kürbasar  əraziləri  öz  zamanında  hökmdarlann,  elit 

təqəbənin  istirahət  yerlərinə  çevrilmişdir.  Nizaminin  qəhrə­

manlarının  Kürbasarı  istirahət  yeri  kimi  seçməsi  Azərbaycan 

təbiətinin zənginliyini göstərən nümunə kimi diqqətəlayiqdir:



Mübariz  Yusifov

Bəzən ovlaqları oldu  Kürbasar 

Çox quş ovladılar, balıq tutdular.

Günlər bölünmüşdü çöl-səyahətdə 

Keçirdi  vaxtları ovda,  işrətdə 

X-Ş,  2004,  133.



Şəki haqqında.  Şəki  qədimdən  Azərbaycanın  dilbər gü- 

şələrindən  biri  kimi  tanınmışdır.  Şəki  həm  özünün  təbii  gö­

zəlliyi  ilə,  nadir tapılan dadlı meyvələri  ilə,  xoş təbiətli  insan­

ları ilə dillər əzbəri olmuşdur.  Nizami  Şəkinin gözəllikləri  nü­

munəsində  burada  yetişən  almanı  təşbeh  götürür  və  Zeydin 

sevgilisi  Zeynəbin  gözəlliyinin  bir  nişanəsini  Şəki  alması  ilə 

müqayisədə ifadə edir:

Şən idi,  şux idi, həm də füsunkar 

Gözəllər gözəli o nazlı nigar 

Min səfa başını gicəlləndirən 

Min sevda səfası qırardı  hərfdən 

Tük kimi incəydi beldən o dilbər 

Ağzı xırdacaydı  qarışqa qədər 

Şəki alması tək çənəsi vardı 

Məkkə qumundan da çox yandırardı.

L-M, 2004,219.



3.  Azərbaycançılıq mühiti

Azərbaycançılıq  mühiti  Nizami  əsərlərinin  canıdır, 

ruhudur,  özəyidir.  Bu  Nizaminin  dilində  canlı  şəkildə  təsəlli 

edir.  Nizami  ana  vətəni  ilə  bağlı  məqamları  elə  bir  sevgi  ilə, 

elə  bir  dərin  rəğbətlə  qələmə  alır  ki,  bu  məqamları  təsvir 

edən dilin fars dili olduğu belə unudulur.  Buna görə də o fikrə 

tam  haqq  qazandırmaq  şübhə  yaratmır  ki,  Nizaminin 

əsərlərinin  ancaq  üst  qabığının  farslığa  aidiyyəti  var.  onun 

altındakı  şirə  başdan-başa  Azərbaycan  dadı  verir.  Bu  şirədən

Nizamidə  azərbaycançılıq

daddıqca  Nizaminin  doğmalığı  artır  və  artdıqca  da  bu  doğma 

hərarət  bizi  Nizamiyə  daha  da  yaxınlaşdırır.  Füzuli  də  belə 

edirdi.  Onun əsərlərində ərəb-fars  ifadə  və  tərkibləri  ələbəttə 

ki,'4  məzmunun  hamı  üçün  anlaşıqlı  olmasında  çətinlik 

yaradırdı.  Ona  görə  də  Füzuli  deyirdi  ki,  zahir  zahirdir,  tam 

anlaşıqı  olmaya  da  bilər,  batin  (məğz)  isə  mənim  canımın 

(Azərbaycanlı canının) şirəsindən ibarətdir:

Çiraq göydiriçək naleyi-əfqanımdan

Fitləsin qılıram məğzi-üstüxanımdan.

F, I, 262,  L

(Mən  özümün  nalə  və  əfqanımdan  çıraq  yandıranda  bu 

çırağın  piltəsini  sümüyümün  içindəki  ilikdən  edirəm).  Yəni 

mənim  dediklərim  daxildən  gəlir,  milli 

Azərbaycanlı 

ruhundan gəlir.  Nizamidə də  hər şey milli  ruhdan gəlir.  Bunu 

yaxşı  dərk  edən  İran  alimləri  özləri  etiraf  etməyə  məcbur 

olmuşlar ki,  Nizami  onlardan  deyil.  Nizaminin  əsərlərini  səs­

ləndirən dilə onlann aidiyyatı var,  içindəkilərə yox.  Məmməd 

C əfər Cəfərov bu məsələyə münasibəti  Y.N.Mamn təəssüratı 

əsasında belə şərh verir:  «Əslində,  İran alimlərinin çoxu Niza­

mini  heç  də  fars  şairi  hesab  etmirdilər.  Bu  xüsusda 

Y.N.M amn  İrana  etdiyi  bir  səfərdən  sonra  Leninqrad 

şərqşünasları  qarşısında  etdiyi  məruzəsində  və  1925-1926-cı 

illərdə  «İran  səfərindən  alınan  ədəbi  təəssürat»  adı  ilə  nəşr 

olunan  məqaləsində  verdiyi  məlumat  çox  səciyyəvidir. 

Y.N.Marr  bu  məqaləsində  bildirir  ki,  Tehranda  fars  alimləri 

Nizamini böyük  şair hesab etmirlər,  onlann fikrincə, Nizamini 

sevənlər  ancaq  Cənubi  Azərbaycanlılar,  bəxtiyarilərdir.  Fars 

alimlərinin  fikrincə,  «Nizami  İran  şairi  deyildir.  O,  Azərbay­

can  mühitində  yaşamış  və  işləmişdir.  Onun  şeirləri  İranlılar 

üçün  anlaşılmazdır.  O,  Qafqazlılar  üçün  ola  bilsin,  dahidir, 

iranlılar  üçün  isə  dahi  deyildir».1  Burada  həqiqət  budur  ki,

1 Məmməd Cəfər. Nizaminin  fikir dünyası. Bakı, «Yazıçı»  1982, s.  168-169; 

Ю.Н.Марр. Статьи  и сообщения, Л.,  1939, с. 255-268.


M übariz  Yusifov

Nizaminin  əsərlərində  fars  ruhu  yoxdur.  Təsvir  olunan  bütün 

hadisələrdə,  hətta,  Azərbaycana  aidiyyatı  olmayan  yer  və 

şəxs  adlarında  Nizaminin  Azərbaycanlı  ruhu  vardır.  Nizami 

bu  əsərləri  farslar  üçün  yox,  başqa  millətlər üçün  yox,  məhz 

Azərbaycanlılar üçün  milli  bir  sərvət yaradıb  getmişdir.  Onun 

hər  bir  sətrində,  hər  cümləsində  Azərbaycançılıq  ruhu 

səslənir.

Nizaminin  əsərlərində  Azərbaycan  adı  bir  ölkə  adı  kimi 

qələmə  alınmış  olsa  da  etnik  bir  termin  kimi  Azərbaycanlı 

sözü  işlənmir.  Onun  işlətdiyi  türk  adı  Azərbaycanlı  mənası 

daşıyır.  Nizami  dövründə  türk  adı  türk  xalqlan  üçün  ümumi 

bir  termin  kimi  işlədilmişdir.  Ona  görə  də,  məsələn,  Çində 

yaşayan  türk  mənşəli  etnik  təbəqənin  uyğurlara,  qırğızlara, 

özbəklərə  və  s.  aidiyyətindən  asılı  olmayaraq Nizamidə  onlar 

«Çin  türkü»  adlanır.  Türk  xalqlarının  diferensiallaşdığı 

mərhələdən  sonra  isə  müəyyən  etnik  birləşmələr  öz  milli 

adlarını  bir-birindən  fərqləndirərək  özlərini  qazax,  qırğız, 

tatar,  qaraqalpaq,  tuva  və  s.  kimi  adlanlırmışlar.  Lev 

Qumilyov  türk  adı  və  türk  etnik  birləşməsi  haqqında  fikir­

lərini  belə ümumiləşdirir:  «Altay türkləri  tukyular (türkyutlar) 

mənşəcə  Qərb  hunlarından  törəmişlər.  Nəzərə  alsaq  ki,  Qərb 

hunları  468-ci  ildə  məhv  edilib,  türklər  isə  xalq  kimi,  artıq, 

545-ci  ildə  tarix  səhnəsinə  gəliblər,  onların  artım  sürətinə  və 

nəsillərin  bir-birini  izləməsinə  yalnız  heyrətlənmək  olar. 

Monqolustan  Altayının  ətəkləri  hunlardan  törəyən  və  türk 

dilində  danışan  tayfalarla  məskunlaşmışdı.  1500  il  ərzində 

«Türk»  sözü bir neçə  dəfə  mənasını  dəyişib.  Göründüyü kimi 

türk  adı  altında  V  əsrdə  knyaz  Aşinanm  birləşən,  VI-VIII 

əsrlərdə isə xalq kimi  formalaşan və türk dilində danışan ordu 

nəzərdə  tutulurdu.  Lakin  eyni  dildə  danışan  qonşu  xalqlar 

qətiyyən  türk  hesab  olunmurdu.  Ərəblər  dillərini  nəzərə  al­

madan  Orta  və  Mərkəzi  Asiyada  bütün  köçəri  tayfalan  türk 

adlandırırdılar.  Rəşidəddin,  ehtimal  ki,  dil  əlamətlərinə  görə 

türkləri  və  monqolları  fərqləndiridi.  İndiki  mərhələdə  isə 

«türk» etnoqrafiyası,  hətta,  mənşəyi  nəzərə almadan istisnasız 

olaraq linqvistik anlayışdır.  Çünki  bir sıra türkdilli xalqlar türk

Nizamidə  azərbaycançılıq

dilini  qonşularla ünsiyyət prosesində  əxz  ediblər.  Türk  dilinin 

mənşəyi  və  özünü  «türk-türkyüt»  adlandıran  xalqın  meydana 

gəlməsi  tamamilə  fərqli  hadisələrdir.  İndi  türk  dilləri  adlanan 

dillər  ən  qədim  zamanlarda  meydana  gəlmişdi,  türkyüt  xalqı 

isə V əsrdə,  Altay və onun ətəkləri üçün səciyyəvi olan meşə- 

düzən  landşaftı  şəraitində  tayfaların  qarışması  nəticəsində 

yaranmışdı.  Gəlmələrin  yerli  əhali  ilə  qaynayıb-qanşması 

prosesi  o  qədər güclü  olmuşdu ki,  artıq,  yüz  il  sonra  546-cı  il­

də  onlar  qədim  türk  xalqı,  yaxud,  türkyüt  adlandırılan  vahidə 

çevrilmişdilər.  Türk  dili  mühitinin  özü  isə  həmin  dövrdə,  ar­

tıq,  Altaydan  qərbə  doğru  uzaqlara-quzların,  kanqlıqlann, 

yaxud peçeneqlərin,  qədim bolqarların və hunların yaşadıqlan 

ərazilərə yayılmışdı».1

Məsələ  burada  ondan  ibarət deyildir ki,  «türk»  adının  və 

«türk»  etnosunun  yaranması  tarixi  və  yayılması  arealı 

dəqiqləşdirilsin.  Bu  hələlik,  tarixşünaslıqda,  etnoqrafiya  və 

dilçilikdə  mübahisəli  qalan bir problemdir.  Dilçilərin  apardığı 

tədqiqatı  və təhlilləri tarixçilər,  etnoqraflar, onların qərarlarını 

isə  dilçilər  qənaətbəxş  hesab  etmirlər.  Tarixçilərin  və  etnoq- 

rafların  axtarışlarının  indiyə qədərki  nəticəsi  ilə əlaqədar olan 

qərarı  budur ki,  türkdilli  əhali  Azərbaycan ərazisinə  sonradan 

köçüb  gəlmiş  və  müxtəlif tayfaların  inteqrasiyası  Azərbaycan 

xalqını  əmələ  gətirmişdir.  Dilçilərin  tədqiqatında  müxtəlif 

türkdilli tayfaların Azərbaycan ərazisinə köçüb gəlməsi  istisna 

edilmir.  Ancaq  Azərbaycanlıların  şimallı-cənublu  indiki 

ərazidə  aborigen  olması  fikirinə  daha  artıq  əhəmiyyət  verilir. 

Hətta, belə bir ehtimal  da istisna edilmir ki, nə zamansa Azər­

baycan  ərazisindəki  əhalinin  şərqə  doğru,  sonradan  isə 

şərqdən  qərbə  doğru  axını  baş  vermişdir.  Bu  mübahisələrin 

həlli  və  dəqiqləşdirmələr  aparılması  çox  ciddi  tədqiqatlann 

işidir.  Ancaq  tarixi  həqiqət  öz  yerində  qalır.  Mümkündür  ki, 

türk  xalqlan  barədə  «türk»  termininin  işlədilməsindən  əvvəl 

bu  xalqlar vahid etnik birləşmə şəklində  yaşamış  və tamamilə 

başqa  bir  ad  daşımışlar.  Məsələn,  belə  bir  ehtimal  vardır  ki,

'  Lev Qumilyov. Qədim türklər. Bakı, «Gənclik», 

1993

  s.  33-34.



Mübariz  Yusifov

İran-Turan  müharibəsi  mərhələsində  (eradan  əvvəl  I 

minilliyin  əvvəlləri)  türk  adı  yox,  Turan  adı  işlənmişdir. 

Turan  adı  isə  qədim  türk  əhalisinə  iranlılar  tərəfindən  veril­

mişdir.  Turanlıların  əfsanəvi  hökmdarı  Əfrasiyab  (Ər  Tonqa) 

İran  şahı  Keykavusun  oğlu  Səyavuşa  öz  qızını  veribmiş. 

Sonra  isə  onu  öldürüb.  Buna  görə  də  iranlılarla  turanlılar 

arasında uzunmüddətli mühribələr baş vermişdir.1

Belə  bir  rəvayət  də  vardır  ki,  İranın  Pişdadi  sülaləsinin 

beşinci  padşahı  Firidunun  üç  oğlundan  (ortancıl)  oğlunun  adı 

Tur imiş.  Firidun  ölümündən  əvvəl  məmləkətindən  türküstan 

tərəflərini  Tura  vermişdir.  Beləliklə,  Tur  iranlıların  və 

türklərin  əfsanəvi  babası  sayılır.  Turan  sözü  də  guya  Tur  adı 

ilə bağlıdır.1

 2 Burada əfsanədə var,  uydurma da, tarix də.

Tarixi  fakt  odur  ki,  İran-Turan  müharibəsində  Əfrasiyab 

öldürülmüş,  müharibə  iranlıların  qələbəsi  ilə  bitmişdir. 

Bundan  sonrakı  mərhələlərdə  iranlalann  öz  ərazilərini  şərqə 

doğru  geinşləndirmə  prosesinin  başlanğıcı  qoyulmuşdur. 

İranlalarda  müşahidə  olunan  mənəvi-psixoloji  bir  əlamət 

vardır  ki,  onlarda  daxili  təmayüllülük  çox  güclüdür.  Başqa 

sözlə,  onlar  özləri  haqqında  həmişə  üstün  fikirdə  olmuşdur. 

Bu,  xüsusən,  türkdilli  əhaliyə  qarşı  münasibətdə  özünü  aydın 

göstərir.  Ola  bilsin,  həmin  ənənənin  davamıdır  ki,  Nizami 

dövründə  də  indi  də  İranda  Azərbaycanlılar  haqqında 

danışanda onların özləri də,  dilləri  də nəinki, «türk», hətta, bir 

qədər  də  ikrah  yaradıcı  tərzdə  «turki»  (yəni  türkə  bənzər, 

türkə  oxşayan)  adlandırılır.  Bu,  iranlalann  təsəvvürüdür. 

Azərbaycan  əsilli  tədqiqatçılara  gəlincə,  onlar klassik  dövrdə 

Azərbaycanlı  əhaliyə  şamil  edilən  «türk» adını  təkcə etnik bir 

termin  kimi  yox,  həm  də  xalqın  daxili  aləmini,  milli 

psixologiyasını 

özündə 

canlandıran 



bir 

söz 


kimi 

mənalandmrlar.  Bu  doğrudan  da  belədir.  Nizamidə  də  «türk» 

adı  həm  də  etnik  vahid  kimi,  həm  də  etnik-psixoloji  vasitə 

kimi  işlənmişdir.  Məmmədəmin  Rəsulzadə  Nizami  əsərlərin-

1 Azərbaycan klassik ədəbiyyatında işlədilən adlarm və terminlərin sərhi  Bakı 

«Maarif»,  1993, s. 218-219.

2 Yenə orada; bax:  s. 218.

Nizamidə  azərbaycançılıq

də  türk  adının  «gözəllik,  «ağlıq»,  «paklıq»,  «yaxşılıq»,  «tə­

mizlik»,  «doğruluq»,  «mərdlik»,  «qəhrəmanlıq»,  «başçılıq», 

«qüvvətlilik», «ədalətlilik» rəmzi kimi  işlədildiyi göstərilir.1

Buraya,  hətta,  onu  da  əlavə  etmək  lazımdır  ki,  Nizami 

harada,  hansı  xalqda  yaxşı  nə  varsa  ona  «türk»  təşbehini 

qoşur.  «Türk»  sözünə  qoşulan  etiketləri  Məmməd  Əmin  Rə­

sulzadə  aşağıdakı  kimi  şərh  edir:  «Dilbər  deməli  olduğu  çox 

yerdə  şair  sadəcə  «türk»  deyir.  «Torke-delsetan»,  «torke- 

tənnaz»,  «torkc-nazənin-  əndam»  kimi  ifadələrə  Nizamidə 

tez-tez  rast  gəlinir.  Gözəl  gözdən  bəhs  edərkən  (Nizami) 

«türk  gözü»  («çeşme  torki»)  deyir,  onu  ahu  (ğəzal)  ilə 

müqayisə edir.  Hər hansı  gülüşün  şirinliyini  ifadə  etmək üçün 

ona «türk gülüşü» deyir.2

Bu  təşbeh  və  epitetlər  iranlılara,  fraslara  aid  olan  ifadə 

vasitələrində  işlədilmir.  Türk  adı  Nizamidə  o  qədər  uca, 

hörmətli  tutulr  ki,  hətta,  Leylinin  ətrafındakı  qızlara 

«Ərəbistanda  yaşayan  türklər»  deyir,  gözəllərin  sarayına 

«Türküstan»  deyir.  Xosrov  və  Bəhram  hər  ikisi  iranlı  olduğu 

halda,  Nizami  onların  döyüşünü  təsvir edərkən  «Türk  neyinin 

naləsindən türklərin boğazı tutuldu» deyir.

Nizami  «Yeddi  gözəl»  əsərində  «Xosrovun  Xavərəngdə 

yeddi  qızın  şəklini  görməsi»  hekayəsindəki  qızların  mənşəcə 

türklüyə (Azərbaycanlıya) aidiyyəti  yoxdur.  Bunlar Hind,  Çin, 

Xarəzm,  Slavyan,  Məğrib  (Şimali  Afrika),  İtaliya  (Qeysər), 

Kəsra  (İranın  Sasanilər  sülaləsindən  Ənuşirəvana  və  ondan 

sonra  gələn  İran  şahlanna  verilən  ad;  iranlı)  elindən  olan 

qızlardır.  Nizami  Azərbaycana  aid  əlamətləri  elə  işlədir  ki, 

onlar istər-istəməz  Azərbaycandan  olan  qızlar kimi  təsəvvürə 

gətirilir:

Rəsm etmişdi  gözəl yeddi  şux pəri 

Hər biri bir elin parlaq ülkəri 

Hind şahının qızı  sevimli Furək

1 Məmmədəmin Rəsulzadə.  «Azərbaycan şairi Nizami», Bakı, «Azərbaycan  Dövlət 

Nəşriyyatı»,  1991, s.  140-148.

2  Yenə orada, s.  142.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə