MÜƏLLİf haqqinda bir neçƏ SÖZ



Yüklə 0,94 Mb.
səhifə1/14
tarix06.05.2017
ölçüsü0,94 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14
Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ

BİR YƏHUDİ FİTNƏSİNİN


NƏTİCƏLƏRİ

(rus dilindən tərcümə)
MÜƏLLİF HAQQINDA BİR NEÇƏ SÖZ
Professor Ehsan İlahi Zəhir Pakistanın görkəmli sünni alimlərindəndir. Öz ölkəsində az adam tapılar ki, onu tanımasın, xütbələrini eşitməsin, məqalələrindən az-çox oxumasın. Onun qələmi məntiqinə qalib gəlir, bədahətən nitq söyləyir, sanki anadan natiq doğulub.

Müəllif 1941-ci ildə elm və alimlər diyarı Salkutda anadan olmuş, doqquz yaşına çatmamış Quranı əzbər öyrənmişdir. O, ibtidai təhsilini məktəbdə almaqla yanaşı, ölkəsinin adətinə görə dini elmləri də məscidlərdə öyrənmişdir. Yaşı on yeddini ötməmiş mədrəsə və institutları bitirmiş, həmçinin Pəncab universitetində "lisans" elmi dərəcəsi almışdır. Ondan sonra Mədinə Islam Universitetinə daxil olmuş, universitetin ən hörmətli tələbələrindən olmuşdur. Universtitetin rəhbərliyi ona xüsusi qayğı göstərmiş, tələbəlik illərində Məkkədə və Mədinədə söylədiyi nitqləri, ərəb dilində çıxan qəzet və jurnallarda məqalələri ilə ərəb ölkələrində şöhrət qazanmışdır.

O, 1967-ci ildə Mədinə Islam Universtitetini “şəriət lisansı” elmi dərəcəsi və fərqlənmə diplomu ilə bitirmiş, sonra vətənə qayıdıb Lahurda ən böyük came məscidinə xətib təyin olunmuşdur. O həmçinin həftəlik jurnal redaktoru təyin olunmuşdur. Bu işdə də onun qabiliyyəti üzə çıxmış, əsl Islam haqqında yazmağa və onu müdafiə etməyə, qadyanilik, bəhailik, kommunizm, sosializm, bidətçilik, xürafatçılıq kimi mürtədd, zülmkar, yolunu azmış qruplara öz qələmi və nitqi ilə cavab verməyə başlamışdır. O, bir neçə dildə neçə-neçə kitab yazmış və həmçinin Pakistanın elə bir qəsəbəsi və kəndi qalmamışdır ki, orada Islam yolundan azanlara cavab verən xütbələr oxumasın. O, siyasi mübarizəyə qoşulmuş, əzablar çəkmiş, həbs olunmuşdur. Lakin Allah yolunda çalışmasından, cihaddan əl çəkməmiş və çəkmir, Alahın bayrağını uca tutur, Xaliqin sözünü göylərə qaldırır. O, bu qızğın döyüşlər zamanı da öz elmi işindən əl çəkməmişdir. Bəlkə də o, Pakistanın ən böyük universiteti olan Pəncab universitetində altı dəfə magistr dərəcəsi almış yeganə adamdır. Habelə Kəraçi universitetini hüquqşünas diplomu ilə bitirmişdir. O, indi Islam Tədqiqatları Akademiyasına rəhbərlik edir, özünün elmi dairələrdə geniş yayılmış "Tərcüman əl-hədis" adlı elmi-dini jurnalını buraxır. Bu jurnalın da dinsizlər və yolunu azmışlara qarşı mübarizədə layiqli yeri var.
Deyəsən, SSRI-dəki yenidənqurma ab-havası burada müvəqqəti yaşayan xarici vətəndaşların da gözünü açmaqdadır. Moskvada təhsil alan ərəb tələbələri arasında islami ədəbiyyatı rus dilinə çevirib yaymağa cəhd göstərənlərin səylərini başqa cür necə qiymətləndirmək olar?

Uzun müddət Moskvada yaşayıb rus şərqşünaslığı məktəbinin yetirməsi olduğumdan türkdilli sovet respublikalarının vicdani ehtiyaclarını mükəmməl təsəvvür edə bilmirəm. Lakin islam dinində təfriqəçiliyin, məzhəbçiliyin səbəblərini aydınlaşdırmağa yönəlmiş belə bir əsərə hər halda ehtiyac olacağını duyuram.

Əsərin rus dilinə tərcüməsinin əlyazma variantını iraqlı tələbə dostum Məhəmmədin təşəbbüsü ilə oxuduqdan sonra əsli ilə tanış olmağa cəhd göstərdim, lakin tərcümənin əsas müəlliflərindən biri təhsilini başa vurub vətəninə qayıdarkən əsərin əslini də özü ilə apardığından bu mümkün olmadı. Ərəblərlə uzunmüddətli əməkdaşlıq nəticəsində qazandığım təcrübə əsərin rus dilinə mükəmməl tərcümə olunduğu qənaətinə gəlməyimə kömək etdi və onu rus dilindən Azərbaycan dilinə tərcümə etmək qərarına gəldim. Həm də bilirdim ki, ətrafda ilahiyyat elmlərini kifayət dərəcədə bilən ərəb dostlarımın və Moskvadakı kitabxanalarda zəngin mənbələrin olması, eləcə də sovet şərqşünaslığının son illərdəki nailiyyətləri bu işi görməkdə əlimdən tuta bilər. Elə də oldu və indi əsərin Azərbaycan dilinə tərcüməsinin rus variantı ilə tutuşdurulduqda kifayət qədər dəqiq olduğunu deyə bilərəm. Əlavə olaraq buradakı Quran ayələrinin tərcüməsi və çıxarışlarının verilməsində, hədislərin mətnlərinin daha ifadəli tərcüməsində yuxarıda qeyd etdiyim imkanlardan geniş istifadə etdiyim üçün deyə bilərəm ki, ara-sıra bir qədər irəli də addımlar atılmışdır. Hər halda əsər tərcümədən tərcümədir və gələcəkdə əslini əldə edə bilsəm, müqayisə edib dəqiqləşdirmələr aparmaq arzusunda olduğumu gizlətmirəm.

Digər cəhətdən SSRI-də belə bir əsərin nəşrinə marağı olan bir təşkilatın, yaxud nəşriyyatın hələlik olmadığı ümid verir ki, tərcümənin nəşrinədək onu əsli ilə müqayisə etmək imkanı olacaq.

Əsas məsələ sovet məkanındakı islam dini ruhanilərinin belə əsərlərə münasibətinin necə olacağıdır. Axı mükəmməl ruhani təhsilinə yiyələnməyib 60-70-ci illərdə təhlükəsizlik orqanlarının maraqlarına uyğun olaraq ruhani başçı təyin edilmiş bəzi “din xadimləri”nin başçılıqları elə təfriqə və məzhəbçilik üstündə bərqərar olub! Buna görə də onlar bu əsərdə təfriqəçiliyin və məzhəbçiliyin Islam peyğəmbəri Məhəmmədin nəslindən sui-istifadə nəticəsində meydana gəldiyini sübut etməyə çalışan müəlliflə, məncə, razılaşmaq istəməyəcəklər. Yəqin ki, müəllif də məsələyə müxtəlif münasibətlərin olduğunu bildiyindən dərin elmi təhlil aparmağa cəhd göstərmiş və tədqiqatını hər an mənbə ilə əsaslandırmışdır. Əsərin sonunda verilən biblioqrafik məlumat bunu bir daha təsdiq edir.

Bütün mümkün çatışmazlıqlarla, o cümlədən müəllif haqqında məlumatın olmaması ilə yanaşı, “Bir yəhudi fitnəsinin nəticələri” (“Posledstviya odnoy yevreyskoy kozni”) əsəri artıq uzun zaman ayrı yaşadığım vətənimin və xalqımın dilində mövcuddur və ümid edirəm ki, bu gün onun tərcüməsini mümkün edən dəyişikliklər sabah nəşrini də mümkün edə bilər.



Əbabil Hacıyev

dekabr 1985, Moskva
بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ
Müqəddimə
Allaha şükür olsun! Düzgün yol, mərhəmət peyğəmbəri Məhəmməd əl-Mustafaya, onun pak, mömin nəslinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

Indi parçalanma və ayrı-seçkiliyə çağıran hər bir kəsdən "ittifaq" və "birlik" sözlərini eşitmək olar. Bu sözlər o qədər çox işlədilir ki, onun arxasında gizlənən hiylə, fitnə və yalandan xəbəri olmayan sadəlövh müsəlmanlar az qala onun səmimiliyinə inanırlar.

Qadyanilik1 Hindistan-Pakistan ərazisində xaçpərəst müstəmləkəçiliyin əlaltısıdır. O, müsəlmanların alınlarında biabırçılıq damğasıdır. Orada bu sözdən müsəlmanların qəlblərinə zəhər sıçratmaq üçün yol açmaq məqsədilə istifadə edilir.

Bəhailik2 rusların, ingilislərin və şiəlik fitnəsi yayanların yetişdirməsidir. Onlar bu sözün köməyi ilə Iranda və Iraqda şiələrin yürüşünü təşkil etmək istəyirlər.

Səbailik isə yəhudilərin yetirməsi, onların islam ölkələrindəki dəstəsidir. Onlar bu sözdən həmçinin işlərinin üstü açılanda, həqiqi sifətləri aşkara çıxanda, üzlərindəki pərdə qaldırılanda istifadə edirlər.

Bu söz, Əlidən (Allah ondan razı olsun!) nəql edildiyi kimi, batil fikri ifadə etmək üçün istifadə olunmuş həqiqət mənalı sözdən başqa bir şey deyil. O, xaricilərin "Allahın hökmündən başqa heç bir hökm yoxdur" sözünü eşidəndə demişdir: "Bu, batil fikri ifadə etmək üçün haqq sözdür. Bəli, Allahın hökmündən başqa heç bir hökm yoxdur".3

O həmçinin demişdir: "Məndən sonra elə bir zaman gələcək ki, onda haqdan daha gizli, batildən daha aşkar bir şey olmayacaq".4

Bax bu, Əlinin həmin sözündə göstərdiyi zamandır. Bu zamanda nə çox, nə biabırçı yalanlar var!

Yaxın vaxtlardan başlayaraq özünü Əlinin tərəfdarı kimi göstərən bəzi rafizi alimlər müsəlman ölkələrində uydurma, saxta kitablar yazmağa başlamışlar. Onlar həmin kitablarda özlərinin Islam ümmətinin mütləq çoxluğu olan təfriqə əleyhdarı müsəlmanlara yaxınlaşdıqlarını iddia edir, lakin sözün düzü, onlar bütün digər müsəlmanları onların əqidələrindən, Allah, Peyğəmbər (s.s), onun bayrağı altında cihad etmiş əshabələri, dini yaymaq işində ona əshabəlik etmiş pak qadınları və Allahın Lövhi-məhfuzdan nazil etdiyi Kitab haqqında qənaətlərini tərk etmək şərtilə özlərinə yaxınlaşdırmaq istəyirlər. Bəli, onlar istəyirlər ki, müsəlmanlar bütün bunlardan əl çəkib, yəhudiliyin cinayətkar əllərinin quraşdırdığı xürafata və uydurmalara inansınlar. Bu uydurmalar Allahın guya bəzən Öz fikrini dəyişdiyini, Allah Kitabının təhrif olunduğunu, dəyişdirildiyini, Əlinin və onun övladlarının Allahın elçisindən (s.s) üstün olduqlarını, Allahın elçisinin (s.s) bu dinin daşıyıcıları olan əshabələrinin, Əbu Bəkr, Ömər və Osman da daxil olmaqla, xain, dönük olduqlarını, Peyğəmbərin (s.s) möminlərin anaları sayılan pak qadınlarının, Allahın öz Kitabında yaxşı və pak bir qadın olduğuna şəhadət verdiyi qadını da daxil olmaqla, Allaha və Onun elçisinə xəyanət etdiklərini, Malik, Əbu Hənifə, Şafii, Əhməd və Buxari kimi din imamlarının kafir və məlun olduqlarını söyləməkdən ibarətdir.

(Allah bu adları çəkənlərdən razı olsun və onların hamısına rəhmət eləsin!)

Bəli, onlar bunu istəyirlər, Allah isə onların əməllərindən xəbərsiz deyil.

Kim bunu başa düşüb onların əleyhinə çıxıb cavab qaytarsa, onlar onun üstünə qışqırmağa, "birlik" və "ittifaq" deyə çığır-bağır salmaqla Qüdrət və Cəlal sahibi Allahın bu sözünü təkrar etməyə başlayırlar: "Bir-birinizlə çəkişməyin, zəifləyib gücdən düşərsiniz".5-6

Rədd olsun o birlik ki, Islamın alçaldılması hesabına olacaq. Məhv olsun o ittifaq ki, Məhəmməd peyğəmbərin (s.s), onun əshabələrinin, qadınlarının (Onların hamısına Allahın salavatı və salamı olsun!) namusu hesabına bina olacaq. Qüdrət və Cəlal sahibi Allah Özünün bir hərfinin dəyişmədiyinə və dolaşıq düşmədiyinə, ona bir söz də artırılmadığına, ondan bir hərf də əksilmədiyinə inandığımız Kəlamında bizə öyrətmişdir ki, Məkkə kafirləri də Allahın sədaqətli, etibarlı elçisindən (s.s) onun dininə sadiq olduqlarını bildirib yalnız Allaha ibadətə dəvətində ayrıseçkilik etməməyi, onları başqalarından fərqləndirməməyi, onların ilahisini biabır etməməyi və onların özünü rədd etməməyi xahiş etmişlər. O isə onlara Allahdan gələn bir buyruqla aşağıdakı cavabları vermişdir: "Ey kafirlər! Mən sizin ibadət etdiyinizə ibadət etmirəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən də sizin ibadət etdiyinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin öz dininiz var, mənim də öz dinim".7

"Mənim işim adamları Allah yoluna dəvət etməkdir. Mən və ardıcıllarım uzağı görürük. Şükür olsun ki, mən bütpərəst deyiləm".8

"Bizim öz əməllərimiz var, sizin öz əməlləriniz. Biz Allaha sadiqik".9

Allahın kəlamında deyilir: "Kor ilə görən, qaranlıqla işıq, kölgə ilə bürkü bərabər olmaz. Dirilərlə ölülər bir deyil. Allah öz sözünü kimə istəsə eşitdirər, sən isə öz sözünü qəbirdəkilərə eşitdirə bilməzsən".10

Bəli, birlik, onlar istəsələr, mümkündür. Ittifaq, onlar arzu etsələr, mümkündür. Özü də Kitaba və Sünnəyə qayıdıb onları rəhbər tutmaq şərtilə birlik və ittifaq. Allah-təalanın dediyi kimi: "Ey iman gətirənlər, Allaha, Rəsula və sizlərdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir şey üstdə çəkişməli olsanız, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allahın və Rəsulun ixtiyarına buraxın".11

Bəli, "əgər Allaha və Qiyamət gününə inanırsınızsa", buyurun birlik və ittifaq sözlərini işlədin, Qüdrət və Cəlal sahibi Allahın kəlamına və Onun peyğəmbəri Məhəmmədin (s.s) sözünə əməl edin.

Gəlin narazılığı aradan qaldıraq və çəkişməni yox edib birləşək!

Gəlin Allahın xəlq etdiklərinin ən yaxşıları olan peyğəmbər əshabələrini söyməyin! Allah öz şərəfli Kitabında onlara Cənnət müjdəsi verib belə demişdir: "Mühacirlərdən və ənsarlardan ibarət ilk iman gətirənlər və xeyir işdə onların ardınca gedənlərdən Allah razı olmuş, onlar da Allahdan razı olmuşlar. Allah onlar üçün altında çaylar axan cənnətlər hazırlamışdır ki, onlar orada əbədi qalacaqlar. Bu ən böyük qalibiyyətdir".12

Allah kəlamında deyilir: "Möminlər ağac altında sənə sədaqət andı içəndə Allah onlardan razı qaldı".13

Allahın vəhylə danışan elçisi (s.s) demişdir: "Məni görmüş və ya məni görən bir kimsəni görmüş müsəlmana od toxunmaz".14

Əleyhissəlam demişdir: "Allah-Allah, əshabələrimi qoru. Məndən sonra onları qərəzlə pisləməyin. Kim onları sevsə, mən də onu sevərəm. Kim onlara nifrət etsə, mən də ona nifrət edərəm. Kim onlara əziyyət versə, mənə əziyyət vermiş olur. Kim mənə əziyyət versə, Allaha əziyyət vermiş olur. Kim Allaha əziyyət versə, Allah onu tezliklə aradan götürər".15

Ittifaq onunla mümkündür ki, Şanlı Kəlamın nə aşkarda, nə də xəlvətdə batili qəbul etmədiyi, onu Tərifli, Müdrik Allahın nazil etdiyi, onda təhrif və dəyişiklik olduğunu deyənlərin öz yolunu azmış və başqalarını da azdıran, Islamdan kənar adamlar olduqları etiraf edilsin. Gəlin bununla razılaşaq və birləşək.

Yalan və şəkkaklıqdan birdəfəlik əl çəkməyi əhd edib birliyə nail olmağa tələsin! Axı görürsünüz ki, yalan insanları oda atan məhvedici günahlardandır. Rəsul əleyhissəlamın dediyi kimi: "Doğruçuluq Allahpərəstlikdir, Allahpərəstlik isə adamı Cənnətə aparıb çıxarar. Yalan demək əxlaqsızlıqdır, əxlaqsızlıq adamı Cəhənnəmə aparıb çıxarar".16

Siz yəhudi, bütpərəst, atəşpərəst əqidələrindən tövbə etməyincə, imamların qeybi, nə vaxt öləcəklərini bilmələrini, istədiklərini etmələrini, heç kəsin onlardan bir şey soruşmaq haqqı olmadığını, onların isə kimdən nə istəsələr soruşmaq haqları olduğunu, onların adi adamlar olmadığını söyləməkdən əl çəkməyincə ittifaq və birlik baş tutan deyil.

Bəli, birlik müsəlmanların bir-birinə qarşı fitnə və hiylə işlətməkdən əl çəkməsi ilə mümkündür.

Budur Ibn Əlqəmənin cinayəti ilə qanına bulanmış Bağdad! Budur sizin bir dəstənizin cinayəti nəticəsində yaralanmış Kəbə! Budur Yəhya xanın xəyanəti nəticəsində qurban gedib hindlilərin əlinə keçmiş Şərqi Pakistan!

Budur sizin günahlarınızla, müsəlmanların başına bir hadisə gələndə, onlara bir qəza üz verəndə, bir bədbəxtlik baş verəndə onları köməksiz qoyub aradan çıxdığınızı sübut edən faktlarla dolu Islam tarixi!

Gəlin öz aramızda elə əməkdaşlıq edək, ittifaq bağlayaq, birləşək ki, bizim üçün guya bədbəxtliklərimizi üzə çıxarmaq, dərd-qəmimizi azaltmaq üçün dünyaya gəlmiş Əskərinin sözü yox, Allahın kəlamı uca olsun.

Biz o adamlarıq ki, Qüdrət və Cəlal sahibi Allahın bizə vəd etdiyi kimi, öz müsibətimizə üstün gəlmək və düşmənlərimizin fitnəsini özümüzdən uzaqlaşdırmaq üçün öz Rəbbimizin Kitabını və Peyğəmbərimizin (s.s) Sünnəsini əldə rəhbər tutmuşuq. Allah öz Kitabında deyir: "Biz öz elçilərimizə və iman gətirənlərə həm bu dünyada, həm də şahidlərin şəhadət verəcəyi gün (Qiyamət günü — tərc.) kömək edəcəyik".17

"Möminlərə kömək etmək Bizim borcumuzdur".18

"Siz möminsinizsə, ən yüksəkdə olanlarsınız".19

Bizim fikrimiz sizə köməkdir. Bu fikir ən böyük doğruçu Əbu Bəkrin, əzəmətli fərqləndirici Ömərin, iki nur sahibi Osmanın (Allah onların hamısından razı olsun!) zamanında səmadan gəlmişdir. Onlar küfrü öz evinin içində məğlubiyyətə uğratmış, qələbə bayraqlarını onlardan əvvəlkilərin təsəvvür etmədikləri üfüqlərə qaldırmışlar. Elə ki Əmirəlmöminin Əlinin (Allah ondan razı olsun!) dövründə yəhudilik kök atdı və öz balasını doğdu, işlər bir-birinə qarışdı, vəziyyət dəyişdi və onların qeyd etdiyinə görə, o özü belə deməyə məcbur oldu: "Qiblə əhli ilə döyüşmək azarına tutulmuşam".

Nə əcəb ki onlar onun təəssüflə belə dediyini də göstərirlər: "Ey Allahın bəndələri, mən sizə Allahdan qorxmağı məsləhət görürəm. Bu, bəndələrin bir-birinə məsləhət görə bildiyi ən yaxşı şey və Allah yanında işlərin ən yaxşı nəticəsidir. Artıq O sizinlə Qiblə əhli arasında hərb qapılarını açmışdır".20

Allah razı olmuş (Əli — tərc.) demişdir: "Mən sizi gecə və gündüz, gizlində və aşkarda döyüşməyə dəvət edib sizə deməmişdimmi ki, onlar sizə hücum etməmiş siz onlara hücum edin. Allaha and olsun ki, heç bir tayfa ram edilməmiş öz evinin içində təslim edilməz. Siz isə öz-özünüzə güvənib döyüşməkdən imtina etdiniz. Gözlədiniz ki, sizə qarşı basqınlara başlasınlar, torpaqlarınızı əlinizdən alsınlar... Sonra (düşmənlər) qənimətlə çıxıb getdilər. Onlardan bir nəfər də yara almadı, onların qanı axmadı. Əgər bundan sonra bir müsəlman hirsindən ölsəydi belə, onu heç kim qınamazdı, əksinə, onun mənim nəzərimdə xüsusi yeri olardı. Necə də qəribədir! Qəribədir, Allaha and olsun! Bu tayfanın öz batilləri ətrafında belə sıx birləşməsi, sizin isə öz haqqınızdan belə aralı düşməyiniz qəlbimi parçalayır, dərdimi artırır.

Sizə ar olsun, canınıza dərd dəysin ki, atəşə tutulan hədəfə dönmüsünüz. Üstünüzə basqın edilir, siz isə basqın etmirsiniz. Sizə hücumlar edilir, siz isə hücum etmirsiniz. Gözünüz qarşısında Allaha asilik edilir, siz də bununla razılaşırsınız. Mən isti günlərdə sizə onların üstünə yürüməyi əmr etdim, dediniz ki, indi yayın qızmar vaxtıdır, bizə istilər keçib gedənəcən möhlət ver. Qışda onların üstünə yürüməyi əmr etdim, dediniz ki, şaxta qılınc kimi kəsir, bizə havalar qızanacan möhlət ver. Siz istidən və soyuqdan belə qaçırsınızsa, Allaha and olsun ki, qılıncdan daha pis qaçarsınız". O, sonra demişdir: "Allah sizi öldürsün, qəlbimi qanla, köksümü qəzəblə doldurmusunuz. Dərdi-qəmi mənə nəfəs-nəfəs içirtmisiniz".21 Mənim sözümü üsyanınızla və məni köməksiz qoyub aradan çıxmağınızla puç edirsiniz. Qüreyş qəbiləsi deyib ki, Əbu Talibin oğlu şücaətli adamdır, lakin hərbdən başı çıxmır. Onları Allaha and verirəm desinlər görüm, onların arasında hərb işində məndən qüdrətli, məndən irəli bir adam varmı? Mən bu işdə hələ iyirmi yaşıma çatmamış ad-san qazanmışam. Indi isə artıq yaşım altmışı keçib. Lakin itaət olunmayan adamın sözü keçməz".22

Budur, bütün müsəlmanların dördüncü raşidi xəlifəsi, sizin birinci imamınız Əli ibn Əbu Talibin sözləri. O, sizin vücuda gəldiyiniz ilk gündən sizdən şikayət edir. Bu mətni sizin ən düzgün və ən yaxşı kitab zənn etdiyiniz, Əbülhəsən Məhəmməd Rzanın topladığı kitabdan misal gətirdik.

Ay millət, bundan sonra nə sözünüz var?

Bizim bu kitabı yazmaqda və bu mətnləri bir yerə toplamaqda məqsədimiz yalnız belə bir xəbərdarlıq etməkdən ibarətdir ki, sözdə deyil, həqiqətdə birlik tərəfdarı olan müsəlmanların yəhudilərin törəməsinin və atəşpərəstlərin yetirməsinin onlarla, onların ağılları, qəlbləri və əqidələri ilə oynaya biləcəyi qədər cahil olduqlarını təsəvvür etmək lazım deyil.

Biz bu müxtəsər kitabımızda sübut etmişik ki, səbailik Islama qəzəbi tutmuş, başda Rəsulullahın (s.s) bu dinin daşıyıcıları olan əshabələri olmaqla bütün müsəlmanlara, yaxşı işlərdə əshabələrin ardınca gedib Qiyamət gününədək onların yolundan çıxmayanlara nifrət bəsləyən yəhudi oyuncağından başqa bir şey deyil. Sonra Islamın əsası, kökü, sədaqətli, təsdiq olunmuş əleyhissəlam Məhəmməd peyğəmbərin (s.s) bütün insanlar üçün gətirdiyi aydın, əsaslandırılmış, müfəssəl, Allahın fəziləti və mərhəməti cəhətdən əvvəllər tayı-bərabəri olmamış Allah risaləsi olan Quran haqqında onların fikirlərini aydınlaşdırdıq.

Biz həmçinin aydınlaşdırdıq ki, "ehtiyatlılıq" pərdəsi altında yalan demək səbailərin və bütün təfriqə tərəfdarlarının şüarıdır. Onlar bu şüarı ən yaxşı işlərdən, Allaha ən yaxın olmağın əlamətlərindən sayırlar.

Bu üç mövzu ətrafında təfriqə tərəfdarlarının Allaha, Rəsulullaha (s.s), Rəsulullahın (s.s) əshabələrinə, onun möminlərin anaları olan zövcələrinə inamı, onların öz imamlarına inamı və imamların onlar haqqında fikri, bu məzhəbin əsasları, onun söykəndiyi qanunlar, onlarla başqa müsəlmanlar arasında ixtilafın səbəbi kimi bir çox digər mövzulara da toxunulmuşdur.

Bu müxtəsər kitabda onların həqiqi sifətləri, həqiqi etiqadları ilə tanış olmaq istəyənlər üçün kifayət qədər məlumat var. Kitab həmçinin Əhl əl-Beyti (Peyğəmbərin ailəsini, nəslini — tərc.) və onların vilayətini (müqəddəsliyini, Allaha yaxınlığını — tərc.) əziz tutduqları üçün onların fitnəsinə uyan bəzi sadə müsəlmanlar üçün də faydalıdır; onlar həqiqəti bilmək və ağıllı hərəkət etmək istəsələr, bu kitaba müraciət edə bilərlər. Çünki onların əksəriyyəti öz dinləri ilə bağlı həqiqəti bilmirlər. Belə ki, onların "qəhrəmanları" öz məzhəblərini gizli saxlamağı əmr etmişlər. Cəfəri-Sadiqin guya öz tərəfdarlarından birinə belə dediyi haqda uydurulmuş yalanda olduğu kimi. Guya o demişdir: "Ey Süleyman, sizin dininiz elə bir dindir ki, kim onu gizli saxlasa, Allah o adamı əziz tutar; kim bu dini faş etsə, Allah o adamı zəlil edər".23

Biz belə qərara gəlmişik ki, bu kitabda təfriqə tərəfdarları və onların alimləri haqqında onların öz kitablarında, özü də onların öz ifadələri ilə, kitabın adını, cildini və səhifəsini, nəşrini göstərməklə, Allahın verdiyi qüdrət və qüvvətimiz daxilində heç bir əlavə şey artırmadan danışaq. Burada adlarını çəkdiyimiz bütün kitablar, onların özlərinin istinad etdikləri və aralarında məşhur olan və inandıqları kitablardır.24

Biz bu müxtəsər kitabı elə bu həcmdə bütün mühüm mövzuları əhatə edəcək digər bir müxtəsər kitab şəklində davam etdirmək fikrindəyik. Bu kitab birinci hissə, onun ardınca gələn isə ikinci hissə olacaq.

Hamıya uğur qazandıran Allahdır. Mən də Ona arxalanır və Ona üz tuturam.
Doktor Zəhirəddin əl-Mədəni

I-ci fəsil
ŞİƏLƏR VƏ SÜNNİLƏR
Məhəmməd risaləti (peyğəmbərlik missiyası — tərc.) günəşinin çıxdığı vaxtdan, yeni tarixin — parlaq Islam tarixinin səhifəsinin çevrildiyi gündən kafirlərin və bütpərəstlərin ürəkləri alışıb yandı. Xüsusilə Ərəbistan yarımadasında və ona qonşu ərəb ölkələrində yəhudilər, Irandakı atəşpərəstlər, Hindistan-Pakistan yarımadasında hinduslar buna dözmürdülər. Odur ki, Islamın əleyhinə fitnələr törətməyə, müsəlmanlara qarşı məkr işlətməyə başladılar ki, bu işığın qarşısını kəssinlər və bu nurlu dəvəti söndürsünlər. Lakin Allah öz Şanlı Kitabında dediyi kimi, Öz nurunu tamamlamaqdan başqa heç nəyə razı olmadı: "Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə, kafirlər bunu istəməsələr də, Öz nurunu tamamlayacaq".25

Lakin onlar öz məğlubiyyətlərinə və parçalanmalarına baxmayaraq, qəlblərindəki nifrətlərinin və gizli qərəzlərinin izləri sağalmadı; onlar öz fitnə-fəsadlarını və alçaqlıqlarını hələ də davam etdirirlər.

Mənfur yəhudilərin islam günəşi doğandan sonra törətdikləri ilk fitnə Islam adından Islam şəriətinə böhtan atmaq olmuşdur. Onlar belə edirdilər ki, müsəlman övladlarını ovlamaq, Islam əqidələrini və onların düzgün, saf etiqadlarını onlardan gizli saxlamaq asan olsun. O hiyləgər, zahirdə özlərini Islama inanan kimi aparıb batində ən şiddətli küfr — nifaq bəsləyən, Islamı sıxışdırıb aradan çıxarmaq istəyən münafiqlərin başında Islama nifrət bəsləyib müxalif olan, ona mane olmaq istəyən xəbis yəhudi Abdulla ibn Səba dururdu. Peyğəmbərin vaxtında Ərəbistan yarımadası bütünlüklə Islamın hökmü altına keçəndən sonra yol onun üzünə bağlandı. Sonra Islam Yer kürəsinin üfüqlərinəcən hər yerinə yayıldı. Bir tərəfdən Rum məmləkəti, digər tərəfdən farsların səltənəti yer üzündən silindi. Islamın fəthləri Afrikanın ucqarlarından Asiyanın ucqarlarına çatdı və onun bayraqları Avropanın sahillərində və şəhərlərinin qapıları üzərində dalğalanmağa başladı. Qüdrət və Cəlal sahibi Allahın bu kəlamı həqiqətə çevrildi: "Allah sizlərdən iman gətirib yararlı işlər görənlərə onları Yer üzündə onlardan əvvəlkiləri etdiyi kimi, Özünün xəlifələri etməyi, onlar üçün qəbul etdiyi dinə imkan verməyi, qorxularını əmin-amanlıqla əvəz etməyi vəd etdi".26

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) belə deyir: "Bu elə bir işdir ki, onun tərəfini saxlamaq və saxlamamaq nə çoxluq, nə də azlıqla mümkün idi. O, Allahın izhar etdiyi və səfərbər etdiyi, hər şeyə qarşı hazırladığı və imdad verdiyi dini idi ki, istədiyinə nail olmuş, lazımi yerdə yayılmışdı. Biz isə Allahın vədini gözləyənlərik. Allah da Öz vədini yerinə yetirən və Öz ordusuna kömək edəndir".27

O həmçinin həqiqəti elan edib belə demişdir: "Allah bizim doğruculluğumuzu görəndə düşmənimiz üçün məğlubiyyət, bizim üçün qalibiyyət nazil etdi. Islam öz xarmanını açıb özünə bir yeri vətən seçib sakin oldu".28

Həmin bu Ibn Səba ikiüzlülük edib özünü müsəlman kimi qələmə verməklə bu dinə gizli düşmənçilik etmək istədi. Çünki o və onun qohum-əqrəbası bildilər ki, onunla üz-üzə müharibə etmək, ordu çəkib onun ordusunun qarşısında dayanmaq mümkün deyil. Onların sələfləri Bəni Qüreyzə, Bəni Nədir və Bəni Qeynüqa çoxlu döyüşlərdə bunu təcrübədən keçirmiş, bu döyüşlərdən hər dəfə məğlubiyyətə uğrayıb, zərər çəkib geri dönmüşdülər. Buna görə də o və Səna yəhudiləri bir plan hazırlayıb onu Rəsulullahın kürəkəni, dostu və sevimlisi, iki nur sahibi Osman ibn Əffanın (Allah ondan razı olsun!) hakimiyyətdə olduğu dövrdə Peyğəmbərin (Səlləllahü əleyhi və səlləm - Ona Allahın salavatı və salamı olsun! - s.s) şəhəri, xilafətin paytaxtı Mədinəyə göndərdilər. Özləri isə öz torlarını qurmağa və öz tikanlarını daha da uzatmağa başladılar. Fürsət və əlverişli şərait gözləyib Əlini qalxan etdilər ki, onu özlərinə vali edib onun tərəfini tutsunlar. Özlərini onun və onun hakimiyyətinin vurğunu kimi göstərsinlər (Əli isə onların bu işindən xəbərsiz idi), müsəlmanların qəlblərinə fitnə-fəsad zəhəri səpsinlər. Onlar bunu müsəlmanları Rəsulullahın xəlifəsi, Islama və müsəlmanlara öz malı ilə heç kimin kömək edə bilmədiyi qədər kömək etmiş var-dövlətli Osmana qarşı qaldırmaqla edirdilər. Osmanın bu işini Peyğəmbər əleyhissəlam Üsrət hadisəsi ilə əlaqədar ordunu silahlandırdığı vaxt onun özünə dediyi bu sözlərlə qiymətləndirmişdir: "Osman bu gündən sonra nə etsə də, zərəri olmaz".29

Peyğəmbər ona dəfələrlə Cənnət müjdəsi vermiş, ona xəlifə və şəhid olacağını qabaqcadan xəbər vermişdi.

Bu dəstə müsəlmanlar arasında öz kökü və qanunları ilə Islam əqidələrinə zidd, Məhəmməd səlləllahü əleyhi və səlləmin dini ilə heç bir şeydə uyğun gəlməyən etiqadlar yaymağa başladı.

Elə oradan da günlərin bir günü müsəlmanlar arasında Islama zərər vurmaq, onun təliminə böhtan atmaq, ona əziyyət vermək və ondan intiqam almaq üçün bir tayfa, bir dəstə yarandı. Bu tayfa özünü "Əli şiəsi" adlandırsa da, onun bu tayfa ilə nə bir əlaqəsi var idi, nə də bunlardan xəbəri. O öz sağlığında onlara ən şiddətli cəza verərdi. Əlidən sonra onun oğlanları və övladları da onlara nifrət etmiş, onları lənətləmiş və özlərindən uzaqlaşdırmışlar. Lakin zaman keçdikcə həqiqət müsəlmanlardan gizlədilmiş, yəhudilik bir tərəfdən atəşpərəstliyin, digər tərəfdən hindusların ona qoşulması ilə öz xəbis məqsədlərinə və rəzil niyyətlərinə nail olmuşdur. Bunlar isə Məhəmməd səlləllahü əleyhi və səlləmin ümmətini onun Qüdrət və Cəlal sahibi Allahdan gəlmiş risalətindən uzaqlaşdırmaqdan, onların arasında islam əqidələri adı altında murdar yəhudilik və atəşpərəstlik əqidələrini və fikirlərini yaymaqdan ibarətdir.30

Bunu şiələrin böyükləri və tarixçiləri də etiraf etmişlər. Onlardan biri onların keçmiş adamların bioqrafiyalarını yazan alimlərinin ən böyüyü Kəşşidir31 ki, onlar onun haqqında belə deyirlər: "O, nüfuzlu bir adam, adamların gözü, tarixi hadisələrin və şəxsiyyətlərin bilicisidir. Dərin bilikli alimdir. Gözəl etiqadı, düzgün məzhəbi var".

Onun böyük şəxsiyyətlərin bioqrafiyalarına dair kitabı haqqında belə demişlər: "Bu kitab böyük şəxsiyyətlərə dair ən mühüm kitabdır, dörd hissədən ibarətdir. Ümidimiz bu kitablara bağlıdır. Həmin dörd kitab bu sahədə dörd əsası əhatə edir. Onların ən əhəmiyyətlisi və ən başlıcası "Rical əl-Kəşşi"32 adı ilə məşhur "Rəvayətçilərin həqiqi imamlar haqqında bildikləri" kitabıdır”.

Həmin Kəşşi bu kitabda deyir: "Bəzi elm adamları qeyd etmişlər ki, Abdulla ibn Səba yəhudi olmuş, sonra Islamı qəbul etmişdir. Əli əleyhissəlamın tərəfini saxlamışdır. Yəhudi ikən ifrata varıb Yuşə ibn Nunun Musanın vəliəhdi olduğunu dediyi kimi, islam dinində olanda Rəsulullah səlləllahü əleyhi və səlləmin vəfatından sonra Əli haqqında belə demişdir. Əlinin imamlığının fərz olduğunu dili ilə deyib elan edən birinci adam olmuş, onun düşmənlərindən üz döndərmiş, ona müxalifətdə olanları aşkara çıxarıb kafirlikdə günahlandırmışdır. Buna görə də şiələrə müxalif olanlar demişlər ki, şiəlik və inkarçılıq yəhudilikdən götürülmüşdür".33

Ravilərin təsnifatı üzrə görkəmli alim Imam Maməqani özünün "Tənqih əl-məqal" kitabında həmin bu fikri Kəşşidən iqtibas etmişdir.34

Abdulla ibn Səba haqqında şiələrin böyük adamlarından olan Növbəxti35 də özünün bir kitabında eyni sözləri demişdir. Növbəxtinin özü haqqında isə məşhur şiə bioqrafı Nəcaşi deyir: "Həsən ibn Musa Əbu Məhəmməd Növbəxti üç yüz il bundan əvvəl öz zamanında və ondan sonra öz bənzərləri arasında ən görkəmli mütəkəllimdir".36

Tusi onun haqqında demişdir: "Əbu Məhəmməd mütəkəllimdir, filosofdur. O, imami (şiə), düzgün etiqadlı nüfuzlu bir adam olmuşdur... O, görkəmli alimlərdəndir".37

Nurulla Tüstəri onun haqqında belə deyir: "Həsən ibn Musa bu tayfanın böyük adamlarından, bu sülalənin alimlərindəndir. Imami etiqadlı mütəkəllim, filosof olmuşdur".38

Bax həmin bu Növbəxti özünün "Firəq əş-şiə" kitabında Abdulla ibn Səbadan belə danışır: "Abdulla ibn Səba Əbu Bəkri, Öməri, Osmanı və əshabələri söymüş, onlara öz etirazını bildirmiş və onlardan ayrılmış adamlardan biridir. O demişdir ki, bunu ona Əli əleyhissəlam əmr etmişdir. Əli onu danlamış, ondan bunu deyib-demədiyini soruşmuşdur. O öz dediklərini boynuna almış, Əli onu öldürməyi əmr etmişdir".39 Bunu görən adamlar çığırıb ona demişlər ki, ey Əmirəlmöminin, insanlar arasında sizə — Əhl əl-Beytə məhəbbət və sizin vilayətinizi, sizin düşmənlərinizdən uzaqlaşmağı təbliğ edən bir adamı necə öldürək? Belə olduqda Əli onu öldürməyib Mədainə (Iranın o zamankı paytaxtı) sürgün edir. Əli əleyhissəlamın əshabələrindən olan elm əhlindən bir qrupu hekayət etmişlər ki, Abdulla Ibn Səba Islamı qəbul etmiş yəhudi olmuşdur. O, Əli əleyhissəlamın tərəfdarı idi. Yəhudi ikən Musa əleyhissəlamdan sonra Yuşə ibn Nunun vəliəhd olduğunu dediyi kimi, müsəlman ikən də Peyğəmbər səlləllahü əleyhi və səlləmin vəfatından sonra Əli əleyhissəlam haqqında həmin sözləri demişdir. O, Əli əleyhissəlamın imamlığının fərz olması sözünü açıq deyən birinci adam olmuş, onun düşmənlərindən aralanmış, müxaliflərini rüsvay etmişdir. Buna görə də şiəliyə müxalif olanlar demişlər: "Inkarçılığın əsası yəhudilikdən götürülmüşdür". Abdulla ibn Səbaya Mədaində Əlinin ölüm xəbəri çatanda o, bu xəbəri gətirənə demişdir: "Yetmiş dəfə onun başını gətirib göstərsən və onun qətli ilə əlaqədar yetmiş məhkəmə də qursan, yalan dediyini bilirəm. Çünki o nə ölüb, nə də qətlə yetirilib, nə də bütün Yer kürəsinə sahib olmadan ölməyəcək".40

Belə bir fikri "Rövzət əs-Səfa"da bir şiə tarixçisi də qeyd edir ki, Abdulla ibn Səba biləndə ki Misirdə Osman ibn Əffanın müxalifləri çoxdur, ora yollandı. Misirdə özünü elə bir alim və Allahpərəst adam kimi apardı ki, adamları özünə cəlb etdi. Onların arasında yerini möhkəmlədəndən sonra öz məzhəbini və məsləkini işə verməyə başladı. O cümlədən belə bir əqidəni yaymağa başladı ki, hər bir peyğəmbərin bir vəliəhdi və xəlifəsi olmalıdır. Rəsulullahın da vəliəhdi elmdə və fitva verməkdə fərqlənən, səxavət və şücaətlə bəzənmiş, etibar və Allahpərəstlikdə nümunə olan Əlidən başqa heç kəs ola bilməz. O dedi ki, ümmət Əliyə zülm etmiş, onun haqqını — xilafət və vilayət haqqını əlindən almışdır Indi hamı onun tərəfini saxlamalı, ona kömək etməli, Osmana itaətdən və sədaqətdən əl çəkməlidir. Misirlilərdən bir çoxu onun bu sözlərinin təsiri altında Osmanın əleyhinə çıxdılar".41

Bunlar şiələrin şəhadətləridir. Bununla onlar özlərinin əleyhinə şəhadət verirlər və bu şəhadətlərdən bəzi nəticələr çıxır.

Birincisi, yəhudilərin Abdulla ibn Səbanın rəhbərliyi ilə Islam adından bir dəstə düzəldib zahirdə Islam nümayiş etdirib, batində küfr bəsləmələri, müsəlmanlar arasında kafir yəhudi əqidələri və rəyləri yaymaqları.

Ikincisi, müsəlmanlar arasında fitnə toxumu səpilməsi və üçüncü raşidi xəlifə, əmirəlmöminin Osman ibn Əffana (Allah-təala ondan razı olsun!) sui-qəsd və ona itaətsizlik göstərməyə çağırış. Bu çağırışdan da məqsəd hərc-mərclik törədib Islam fəthlərini dayandırmaq, onun küfr, atəşpərəstlik və yəhudilik ölkələri üzərində dalğalanaraq şüa saçan bayraqlarını endirmək, müsəlmanların arasını qatıb onların qılınclarını bir-biri ilə çarpışdırmaqdır ki, onların ovxarı getsin, qığılcımları və parıltıları kafirlərin və allahsızların başı üzərində işıq saçmasın.

Sui-qəsdin məqsədi bu idi və təəssüf ki, o öz məqsədinə çatdı; müsəlmanlar arasında vuruşma başlandı, qılınclar qınlardan sıyrıldı, Osman ibn Əffan (Allah ondan razı olsun!), on minlərlə ən yaxşı kişi qurban getdi, müsəlmanların iki böyük dəstəsinin arasında əbədi uçurum yarandı, onun təsiri, on üç əsrdən artıq keçməsinə baxmayaraq, bizim bu günə gəlib çatdı. Beləliklə, nur şüaları bütün Yer kürəsinin üzünü tutandan sonra yenidən boğuldu.

Üçüncüsü, insanların qəlblərində Əbu Bəkrə, Ömərə və Peyğəmbərin Cənnət müjdəsi verilmiş yaxın dostlarından olan digər əshabələrə — bu dinin daşıyıcıları, kəramətli Peyğəmbərin varisləri, onun risalətinin təbliğatçıları, dəvətinin carçıları, dinin bayraqdarları, Allah yolunun mücahidləri olan və Allahın Kəlamında mədh olunmuş bu adamların böyüklərinə və kiçiklərinə qarşı nifrət və gizli qərəz şitili əkib, müsəlmanların şanlı tarixinə son qoymaq, onların fəxr ediləcək xadimlərinin, üz tutulacaq ideallarının və müsəlmanların aradan götürülməsinə nail olmaq. Iş o yerə gəlib çatır ki, hətta onlar xəlq olunmuşların ağası, aləmlərin Rəbbinin elçisi Məhəmməd ibn Abdulla səlləllahü əleyhi və səlləmə qarşı mübarizəyə cəlb olunur, Qurandan uzaqlaşıb ona şəkk edirlər. Unudurlar ki, Quranı Öz Peyğəmbərinə Allah nazil etmişdir və onda bu adamların hamısının mədhi, Allahın onlardan razılığı və onlarla fəxr etməsi öz əksini tapmışdır.

Dördüncüsü, əshabələrin hamısının, bir neçə nəfərdən başqa, kafir çıxardılması. Bundan məqsəd müsəlmanları etimad etdikləri və dayaq bildikləri hər bir şeydən məhrum etmək idi. Harada görünüb ki, Rəsulullahdan Quranı eşitmiş, öyrənmiş, Rəsulullahın onu necə şərh və təfsir etdiyini, öz sözü və işi ilə bəyan etdiyini görmüş, Quranı və onun mənasından ibarət təfsirini Sünnə vasitəsilə nəsildən-nəslə keçirmiş peyğəmbər əshabələri kafir, dönük olsunlar?

Sonrası, bəs Rəsulullah səlləllahü əleyhi və səlləmin əməyinin nəticəsi nə idi? Onun insanlar üçün gətirdiyi hansı dəvət və risalət idi? Allahın dininə daxil olan hansı dəstə idi ki, Qüdrət və Cəlal sahibi Allah həmin dəstəyə daxil olan adamlar haqqında belə demişdir: "Elə ki Allahın köməyi və qələbə gəldi, insanları dəstə-dəstə Allahın dininə daxil olan görərsən; onda Rəbbini dönə-dönə təriflə və ondan bağışlanmağını dilə. O həmişə tövbə edənlərin tövbəsini qəbul etmişdir".42

Elə buna görə də bu izdihamlı yürüş — kainata nur və mərhəmət yürüşü, bütün dünyaya sülh və əmin-amanlıq yürüşü dayanır. Onların istədikləri də bu idi. Elə buradan da adamların əllərində olan Qurana inanmamaq, Peyğəmbərə nazil olmuş Quranın vəhy yolu ilə Mehdi əl-Müntəzərə çatıb onda olması kimi fikir söyləmək, bizə məlum olan Quranın Peyğəmbərin əshabələrindən olan "xain"lərin (Allah sən saxla!), gələcəkdə haqqında müfəssəl bəhs edəcəyimiz kimi, guya dəyişdirdikləri, əvəz etdikləri, əskiltdikləri və artırdıqları fikrini dilə gətirmək imkanı yaranmışdır.

Əgər onların dedikləri kimi, risalət mövcud deyildisə, onda Peyğəmbər nəyə dəvət edirdi və müsəlmanlar nəyə əməl edirdilər?

Deməli, əllərimizi qoynumuza qoyub gözləməliyik ki, dünya durduqca olmayacaq qondarma peyğəmbər nə zaman üzə çıxacaq.

Beşincisi, müsəlmanlar arasında fəsad toxumu səpmək, onların Allah yolunda yəhudilərdən və atəşpərəstlərdən olan kafirlərə və bütpərəstlərə qarşı cihad səylərinin öz aralarında vuruşa çevrilməsi üçün müharibə və fitnə tonqallarını alışdırmaq məqsədilə Quranda və düzgün, sabit Sünnədə adı çəkilməyən, yəhudilərin Yuşə ibn Nunun Musanın vəliəhdi olması fikrindən düzəltdikləri, müsəlmanlar arasında Əlinin Rəsulullahın vəliəhdi olması adı ilə yalandan və saxtakarlıqla yaydıqları yəhudi əqidəsinə rəvac verilməsi. Kəşşinin ifadəsinə baxın görün nə deyir: "O, Əlinin imamlığının fərz olmasını açıq deyən, onun düşmənlərindən aralanan birinci adamdır".

Növbəxti deyir: "Həqiqətən Abdulla ibn Səba əvvəllər yəhudi olmuş, sonra Islamı qəbul etmiş, Əli ilə yaxınlıq etmişdir. Yəhudiliyində Yuşə Ibn Nunun Musa əleyhissəlamdan sonra vəliəhd olduğunu dediyi kimi, Islamda ikən də Peyğəmbər səlləllahü əleyhi və səlləmin vəfatından sonra buna bənzər sözlər demişdir".

Altıncısı, insanın öləndən sonra o dünyadan qayıtması, ölümsüzlük, Yer kürəsinə sahib olma, xəlq olunmuşlardan başqa birinin qadir olmadığı şeylərə qadir olmaq, başqa birinin bilmədiyini bilmək, Qüdrət və Cəlal sahibi Allahın "fikrini dəyişməsini, yeni fikrə düşməsinin" və nəyisə unutduğunu təsdiq etmək və s. kimi xürafatlardan və axmaq sözlərdən ibarət yəhudi fikirlərinin yayılması.

Bütün bunlar yəhudiliyin həyata keçirdiyi cinayətlər və səpdiyi toxumlardır, Əli və onun ailə üzvlərindən olan gözəl insanların bundan xəbərləri yoxdur. Çünki artıq sübut olunmuşdur ki, Əli (Allah ondan razı olsun!) Növbəxtinin əvvəldə qeyd etdiyi kimi, onların sözlərini inkar etmiş və özlərini axmaq hesab etmişdir. Bunu Yəhya ibn Həmzə Zeydinin "Tövq əl-həmamə fi məbahis əl-imamə" kitabında Süveyd ibn Qəflədən rəvayət etdikləri də təsdiq edir: "Əbu Bəkrə və Ömərə (Allah onlardan razı olsun!) qarşı çıxan qövmə rast gəldim və bunu Əliyə xəbər verib dedim: — Əgər onlar, o cümlədən Abdulla ibn Səba açıq dediklərinin sənin qəlbindən keçən şeylər olduqlarını bilməsələr, buna cürət etməzlər. Əli (Allah ondan razı olsun!) dedi: — Allah eləməsin! Allah bizə rəhm edib bu fikrə salmayıb. Sonra ayağa qalxıb əlimdən tutdu və məni məscidə apardı. Minbərə qalxıb öz saqqalından yapışdı. Saqqalı ağappaq idi. Göz yaşları saqqalına süzülürdü. Adamlar toplaşanadək yerə baxdı. Sonra hamıya müraciət edib dedi: — Görəsən, mənim qardaşım Rəsulullahı və onun iki vəzirini, iki dostunu, Qüreyşin iki ağasını, müsəlmanların iki atasını dilə gətirənlərin fikirləri nədir?! Mən deyilən sözlərdən xəbərsizəm, bunları deyənləri cəza gözləyir. Onların hər ikisi Rəsulullah səlləllahü əleyhi və səlləmə Allah əmrini yerinə yetirməkdə məhəbbət və vəfa ilə yoldaşlıq etmişlər. Onlar Rəsulullah zamanında əmrlər vermiş, qadağanlar qoymuş, qəzəblənib cəzalar vermişlər. Rəsulullah heç kəsin rəyini onların rəyinə bərabər bilməmiş, heç kəsi onları sevdiyi kimi sevməmiş, Allah əmrinin yerinə yetirilməsində onlar kimi əzmli adam görməmişdir. O öləndə də onlardan razı getmişdir. Müsəlmanlar da onlardan razıdırlar. Onlar öz işlərində və davranışlarında Peyğəmbər səlləllahü əleyhi və səlləmin rəyindən və əmrindən nə onun sağlığında, nə də ölümündən sonra çıxmamışlar. Bu qayda ilə də dünyalarını dəyişmişlər. Allah onların hər ikisinə rəhmət eləsin! Toxumu Cücərdənə və insanları Yaradana and olsun ki, onları yalnız ləyaqətli mömin olmayan adamlar sevməz, onlara yalnız dinsiz utanmazlar nifrət edə bilər. Onları sevmək Allaha yaxınlıq, onlara nifrət etmək kafirlikdir". Bir rəvayətdə isə belə deyilir: "Allah onların ikisinə qarşı öz ürəyində gözəl niyyətlərdən başqa bir şey bəsləyənə lənət edər".43

Buna bənzər fikirlər bizim altı hədis kitabımızda, onların "Nəhc əl-bəlağə" və digər kitablarında rəvayət olunmuşdur.

Imamilik dininə və on iki imam məzhəbinə gəldikdə, onlar ancaq və ancaq cinayətkar yəhudiliyin Ibn Sövda (Sövda onun anasının adıdır) adı ilə məşhur Yəmən Sənasından olan Abdulla ibn Səba vasitəsilə binasını qoyduğu həmin bu əsaslar üzərində meydana gəlmişdir. Onlar bunu inkar edib özlərinin və bu Ibn Sövdanın yəhudiliyə mənsubiyyətlərini dansalar da, bu belədir. Çünki təkcə inkar etmək bu dəstədən yaxa qurtarmaq, bu qanun tanımayan cinayətkar bandadan kənar olmaq üçün kifayət deyil. Adamları buna onların müsəlmanlar arasında xəlvətcə yaydıqları fikirlərə və açıq-aşkar səpələdikləri əqidələrə müxalif və əleyhdar olduğunu sübut etməklə inandırmaq olar.

Lakin diqqətlə baxdıqda bu tayfanı ancaq üzdə Islam nümayiş etdirən, batində ən şiddətli və ən məlun küfr bəsləyən münafiqlərin onların qabağına atdıqları loxmanı çeynəyən görürük. Odur ki, əvvəldən başlayıb hər şeyi bircə-bircə incələməliyik.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə