MÜƏLLİf haqqinda bir neçƏ SÖZ



Yüklə 0,94 Mb.
səhifə10/14
tarix06.05.2017
ölçüsü0,94 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

BUNA MİSALLAR
Üçüncü əsrdə şiələrin görkəmli şəxsiyyətlərin-dən olan Əbu Məhəmməd Həsən Növbəxti Ömər ibn Rəbahın Əbu Cəfər əleyhissəlamdan bir məsələ barə-də soruşduğunu qeyd edir. Onun dediyinə görə, Əbu Cə-fər əleyhissəlam birinci dəfə Ömər ibn Rəbaha bir cür cavab vermişdir. Sonra o, növbəti il onun yanına qayıdıb eyni məsələ haqqında soruşur. Imam ona əvvəl-ki cavabın əksini deyir. O, Əbu Cəfərə (imama) de-yir: “Bu sənin mənə bu məsələ haqqında keçən il ver-diyin cavabın əksinədir”. Imam ona deyir: “Ola bilər ki, o cavabımız təqiyyə yolu ilə verilib”. Belə olduqda Ömər onun bu işinə və imamlığına şəkk edir. Sonra o, Əbu Cəfərin əshabələrindən Məhəmməd ibn Qeys adlı birisinə rast gəlir və ona deyir: “Mən Əbu Cə-fərdən bir məsələ haqqında soruşdum, o mənə o haqda bir cavab verdi, sonra həmin şey haqqında ikinci il soruşanda birinci cavabın əksini dedi. Belə olduqda mən də ona dedim: “Niyə belə etdin?” O dedi: “Bunu tə-qiyyə məqsədilə belə etdim”. Allah bilir ki, mən hə-min şeyi ondan saf niyyətlə soruşdum ki, o, dinin tə-ləb etdiyi kimi fitva versin və mən də onu qəbul edib əməl edim. Onun məndən nəyisə gizlətməsinin mənası yox idi. Bu mənim doğru sözümdür”. Məhəmməd ibn Qeys ona deyir: “Ola bilsin, orada bir başqası var imiş ki, o ona qarşı təqiyyə işlətmişdir”. Ömər deyir: “Iki məsələnin heç birində onun yanında məndən baş-qa kimsə yox idi. Lakin onun hər iki cavabı bütünlük-də qatmaqarışıq çıxdı, keçən il dediklərindən bir söz də işlətmədi və o cür cavab vermədi”. Beləliklə o (Ömər ibn Rəbah) onun imamlığından üz döndərdi və dedi: “Hansı vəchlə, nə haqda olursa-olsun, batil fit-va verən adam imam olmaz. Eləcə də Allah yanında va-cib olmayan şey haqqında təqiyyə xətrinə fitva verən, burnunu sallayıb, qapısını bağlayıb oturan adamdan da imam olmaz. Imam o adamdır ki, üzdə olsun, məlum şe-yi (dini — tərc.) yerinə yetirməyi əmr etsin, pislənən şeyləri qadağan etsin”.400

Küleyni Zürarə ibn Əyündən Əbu Cəfərin (Baqi-rin) haqqında belə rəvayət edir: “Mən ondan bir mə-sələ barəsində soruşdum, o mənə cavab verdi. Sonra onun yanına bir kişi gəldi. O kişi də ondan həmin şeyi soruşdu, o ona mənə cavab verdiyinin əksini de-di. Sonra başqa bir kişi gəlib həmin şeyi soruşdu, o ona mənə və o biri yoldaşıma cavab verdiklərinin əksini dedi. O iki nəfər çıxıb gedəndən sonra mən dedim: “Ey Rəsulullah övladı, Iraq əhlindən sizin şiələrinizdən iki nəfər gəlib səndən söz soruşdu, sən onlardan hər birinə o birinə verdiyin cavabdan fərqli cavab verdin”. O dedi: “Ey Zürarə, bu həm bizim üçün, həm də sizin üçün yaxşıdır”. O sonra dedi: “Mən bir dəfə atama dedim: “Siz şiələrinizi süngü, yaxud od ilə qorxutsanız da, onlar sənin yanından çıxanda bir-birinə əks olan fikirlərlə çıxırlar”.401

Kəşşi onun oğlu — altıncı imam Cəfərdən buna bənzər bir rəvayət edib deyir: “Mənə Əbu Abdulla ... Məhəmməd ibn Ömərin belə dediyi haqqında bir hədis danışmışdır: “Mən Əbu Abdulla əleyhissəlamın ya-nına girdim. O məni görüb dedi: “Zürarəni nə vəziy-yətdə qoyub gəlmisən?” Mən dedim: “O, günəşin batma-sını gözləyirdi ki, əsr namazını qılsın”. O dedi: “Səni onun yanına öz elçim kimi göndərirəm: get ona de ki, mənim əshabələrimlə bir vaxtda namaz qılsın”. Bunu eşidəndə od tutub alışdım. Mən bunu ona (yəni Zürarəyə) çatdırdım. O dedi: “Allaha and olsun ki, mən sənin ona böhtan atmadığını bilirəm. Lakin o mənə əvvəl bir şey əmr edir, sonra məcbur edir ki, ondan əl çəkim”.402

Buna görə də Zürarə bir dəfə Cəfər ibn Məhəm-məd Baqirdən eyni bir məsələnin izahında — bacarıq məsələsinin təfsirində ziddiyyət və əkslik görüb demişdir: “Bacarıq məsələsini mənə bilmədiyi halda izah edən o (yəni Əbu Abdulla Cəfər) deyildimi? Deyəsən, sizin bu dostunuzun böyük alimlərin əsərlə-rindən xəbəri yoxdur”.403

Buna bənzər əhvalat onların yeddinci imamı Ibn Cəfər Musa Əbülhəsən haqqında da rəvayət olunmuş-dur. Kəşşi Şüeyb ibn Yəquba istinadən belə rəvayət edir: “Mən (Şüeyb) Əbülhəsən əleyhissəlamdan ərli olduğundan xəbəri olmadığı bir qadınla evlənmiş bir kişi ilə necə rəftar edilməli olduğunu soruşdum, o dedi: “Qadın daşa basılmalıdır, kişi bunu bil-məyibsə, onun günahı yoxdur”. Mən onun bu sözünü Əbu Bəsir Muradiyə dedim, o (yəni Əbu Bəsir) dedi: “Allaha and olsun ki, Cəfər mənə dedi ki, qadın daşa basılmalı, kişiyə isə müəyyən olunmuş qaydada şallaq vurulmalıdır”. O bunu deyib əli ilə sinəsinə vurdu və sinəsini qaşıdı: “Mən belə zənn edirəm ki, dostumuz elmini kamil eləməyib”.404

Bu, o Əbu Bəsirdir ki, Cəfər ibn Baqir onun haq-qında deyib: “Dörd nəcib, Allahın haram və halalını etibar etdiyi itaətkar adamlara — Büreyd ibn Müavi-yəyə, Əbu Bəsirə, Məhəmməd ibn Müslimə və Zürarəyə Cənnət müjdəsi ver. Əgər onlar olmasaydı, peyğəmbər-liyin izləri itər və o, yox olardı”.405

Bundan çox əvvəl şiələr özləri Həsən və Hüseyndə (Allah onların hər ikisindən razı olsun!) belə əks-lik və ziddiyyətlərin olmasından şikayətlənmişlər.

Növbəxti deyir: “Hüseyn qətlə yetiriləndə onun əsha-bələrindən bir dəstə adam gəldi və onlar dedilər: “Həsənin hərəkəti ilə Hüseynin hərəkəti bir-birinin əksi oldu. Çünki Həsənin tərəfdarlarının sayca çox və qüvvətli olmasına baxmayaraq, Müaviyə ilə döyüşə girmək üçün gücsüz olduğundan onunla barışması və ona təslim olması haqlı, vacib və düzgün olduğu halda, Hüseynin tərəfdarlarının sayca az və zəif, Yezidin əshabələrinin sayca çox olduğuna baxmayaraq, Hüseynin Yezid ibn Müaviyə ilə döyüşə girib özünün də, bütün əshabələrinin də qətlə yetirilməsi vacib olmayan səhv bir iş idi. Çünki Hüseyn Yezidlə savaşdan çəkinsəydi, sülh və barışıq xahiş etsəydi, bu, Həsənin Müaviyə ilə savaşdan çəkinməsindən daha çox üzrlü hesab olu-nardı. Yox, əgər Hüseynin Yezid ibn Müaviyəyə qarşı cihad edib özünün, övladının və əshabələrinin qətlə yetirilməsi haqlı, vacib və düzgün idi, onda Həsənin sakit dayanması, sayca çox tərəfdarlarının olmasına baxmayaraq, Müaviyəyə qarşı cihaddan və döyüşdən əl çəkməsi nahaq hesab olunmalı idi. Ona görə də əsha-bələr hər ikisinin imamlığına şəkk etdilər və on-lardan uzaqlaşdılar, onlar avam adamların (sünnilərə işarədir — tərc.) dillərinə düşdülər”.406-407

Bir hindistanlı şiə alimi özünün “Əsas əl-üsul” (“Qanunların əsası”) adlı kitabında öz imamlarından nəql edərək göstərmişdir: “Imamlar haqqında danı-şılan, dildən-dilə keçmiş hədislər bir-birindən çox fərqlənir. Bir hədis üzə çıxar-çıxmaz qarşıya onu inkar edən başqa bir hədis çıxır. Bir xəbər baş tutmamış, onun qabağında ona zidd olan başqa birinin dayandığı məlum olur. Beləliklə, bu tayfanın şeyxi-nin (Tusinin) “ət-Təhzib”in əvvəlində və “əl-Istib-sar”da aydınlaşdırdığı kimi, hətta bu, bəzi “naqis adamların” həqiqi etiqaddan üz döndərməsinə səbəb olur”.408

Təqiyyənin başqa bir səbəbi də odur ki, şiə imam-ları öz şiələrini şiəliyə əbədi bağlamaq üçün onla-rı yalançı arzularla sakitləşdirirlər. Küleyni Əli ibn Yəqtindən rəvayət edir: “Bir dəfə Əbülhəsən əley-hissəlam mənə dedi: “Şiələr iki yüz ildir ki, ümid-lərlə tərbiyə olunurlar”. Yəqtin oğluna belə demişdir: “Məsələn, bir şey olub, amma sizə deyilib ki, olma-yıb”. O ona sonra demişdir: “Bizə bir mənbədən haq-qında “olub” deyilən şeyin əksinə olaraq, Cəfər baş-qa bir şey əmr edirdi, amma hadisə deyildiyi kimi olurdu. Bir halda ki, bizə əmr edirdi, bəs onda bizi arzularla yaşamağa hazırlamaq nəyə lazım idi? Ona görə ki, əgər bizə deyilsəydi ki, bu iş iki yüz, yaxud üç yüz ildən sonra olacaq, onda qəlblər əziyyət çəkər və bütün adamlar Islamdan üz döndərərdilər. Lakin onlar insanların ürəyinə xoş gələn və sevinci yaxınlaş-dırmağa yönələn şeylər deyirdilər”.409

Növbəxtinin öz kitabında Süleyman ibn Cərirdən nəql edib göstərdikləri bunların hamısından daha aydındır: O öz əshabələrinə demişdir: — Rafizilə-rin imamları öz şiələri üçün şiələrinin öz imamla-rı haqqında yalandan demədikləri iki söz qoyub get-mişlər. Bunlar “yeni fikir” (əvvəldə qeyd olunub — tərc.) və təqiyyəyə icazə verilməsindən ibarətdir. “Yeni fikir” məsələsinə gəldikdə, onların imamları olub keçənləri və gələcəkdə baş verəcək hadisələri, sabah olacaq əhvalatları bilməkdə özlərini öz şiələ-rinə nisbətən peyğəmbərlərin öz rəiyyətlərinə nisbə-tən olduqları kimi göstərəndə əgər onlar deyən olur-dusa, onlar öz şiələrinə deyirdilər: “Biz sizi öyrət-mirdikmi ki, bu belə olacaq, biz peyğəmbərlərin Qüdrət və Cəlal sahibi Allahdan öyrəndiklərini bili-rik. Qüdrət və Cəlal sahibi Allahla bizim aramızda peyğəmbərlərlə Allah arasındakı əlaqələrə bənzər əlaqələr var”. Yox, əgər onların dedikləri olmurdu, onlar öz şiələrinə deyirdilər: “Allaha bu məsələdə yeni şey məlum olub”. Təqiyyəyə gəldikdə isə, şiələr imamlara halal, haram və başqa dini işlər haqqında çoxlu suallar vermiş, bu suallarının cavablarını yadda saxlamış, yazmış və qeyd etmişlər. Onların imamları dövr dəyişdikcə və vaxt keçdikcə özlərinin bu cavablarını unutmuşlar. Çünki bu məsələlər bir gün, bir ay ərzində deyil, uzun illər, müxtəlif aylar və vaxtlar keçdikcə rəvayət olunmuşdur. Beləliklə, bəzən eyni bir məsələ haqqında onların qarşısına müxtəlif, bir-birinin əksi olan cavablar və müxtə-lif məsələlər haqqında isə uyğun cavablar çıxmış-dır. Elə ki onlar bundan xəbər tutmuşlar, onların cavablarındakı bu fərqi və qarışıqlığı onların (imamların — tərc.) nəzərinə çatdırmış və bu barədə onlardan soruşmuşlar, imamlar bunu inkar etmiş və demişlər: bu müxtəliflik haradandır?

— Bu necə ola bilər? — deyə onların imamları on-lardan soruşmuşlar, — bəlkə, biz bu cavabı təqiyyə məqsədilə vermişik? Bizim ixtiyarımız var ki, cavab verdiyimiz kimi və istədiyimiz kimi cavab verək. Çün-ki bu bizim işimizdir və sizin üçün nəyin yaradı-ğını, nəyin sizi əbədiləşdirəcəyini, sizin düşmən-lərinizdən sizi və bizi necə qorumağı biz bilirik. Nə biləsən ki, bunlar nə vaxt bunu yalandan deyirlər, nə vaxt doğrudan? Onların düzünü yalanından necə ayı-rasan? Əbu Cəfərin əshabələrindən bir dəstəsi bu sualı özlərinə verdilər və Cəfər əleyhissəlama imam demədilər”.410

Təqiyyə ilə söz deməyin başqa bir zərurəti da var. Bu ondan ibarətdir ki, şiələrin imamlarının ağzın-dan Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabə-lərini mədh edən, onların Quranın şəhadətinə görə üstünlüklərini və xeyir işlər görməkdə öncüllüklə-rini etiraf edən, onların xəlifəliyini və imamlı-ğını təsdiq edən sözlər çıxmışdır. Bundan başqa, Əlinin, Peyğəmbər ailəsinin üzvlərinin əshabələrə beyət gətirməsi, öz qızlarını onlara ərə verməsi, on-larla yaxşı, möhkəm əlaqələr yaratması, onların şiə-lərdən imtina edib onları pisləmələri, onların yara-mazlıqlarının üzə çıxarılması təqiyyəni zəruri edir-di. Belə olduqda onlar narahat olmuş və çətin vəziy-yətdə qalmışlar. Belə ki, onların məzhəbi ancaq və ancaq Məhəmməd səlləllahü əleyhi və səlləmin əshabə-lərindən imtina, onlara və onlarla dostluq edənlərə qarşı qatı düşmənçilik, özlərinin Peyğəmbər ailə-sinə yaxın olmaları, onlara sədaqət göstərmələri iddiası üzərində qurulmuşdur. Onlar belə çətinliyə düşdüklərini gördükdə ondan çıxış yolunu ancaq belə deməkdə gördülər: “Imamlar bunu ancaq təqiyyə məqsə-dilə belə demiş, batində isə zahirdə etdiklərinin və dediklərinin əksini fikirləşmişlər”.
ƏSHABƏLƏRİN MƏDHİ
1 — Budur, Əmirəlmöminin, müsəlmanların dör-düncü raşidi xəlifəsi və onlarda birinci imam sayı-lan Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabələri-ni bu sözlərlə mədh edir: “Mən Məhəmməd səlləllahü əleyhi və səlləmin əshabələrini görmüşəm. Sizlərdən bir nəfərin də onlara bənzədiyini görmürəm. Onlar səhəri saçları dağınıq, üzlərinin rəngi bomboz ol-duğu halda qarşılayırdılar, çünki gecələri ibadətdə keçirirdilər. Bütün gecəni Allahı zikr edə-edə ayaq üstə durduqlarından bir ayaqlarını götürüb o birini qoyurdular, elə bil qızmar kömür üstündə dayanıblar. Çox səcdə etdiklərindən alınlarında səcdə izi olar-dı. Allahın adı çəkilən kimi gözlərindən yaş axar, paltarları islanardı, Allah cəzasından qorxduqları üçün və Allahdan savab dilədikləri üçün tufanlı gün-də ağaclar silkələnən kimi silkələnib-əsirdilər”.411

Əli (Allah-təala ondan razı olsun!) iki qoca — Əbu Bəkr və Ömər (Allah onların hər ikisində razı ol-sun!) haqqında demişdir: “Deyildiyi kimi, müsəlman-ların ən yaxşısı, Allaha və Onun Rəsuluna ən yaxını xəlifə Siddiq (Əbu Bəkr — tərc.) və xəlifə Faruq (Ömər — tərc.) olmuşlar. Canıma and içirəm ki, on-ların Islamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular. Allah onlara rəhm etsin və onların gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın”.412

Onların altıncı imamı Əbu Abdulladan da rəvayət olunmuşdur ki, o, Əbu Bəkrin və Ömərin hakimiy-yətini qəbul edirdi. Bu haqda Küleyni Əbu Bəsirin belə dediyini rəvayət edir: “Mən Əbu Abdullanın yanında idim. Bu vaxt Ümm Xalid onun (yəni Əbu Abdullanın) yanına girməyə icazə istədi. Əbu Abdulla mənə dedi: “Sən onun nə dediyini eşitmək istər-dinmi?” Mən dedim: “Bəli”. O, qadına daxil olmağa icazə verdi və məni öz yanında xalçanın üstündə əy-ləşdirdi. Sonra qadın daxil oldu və danışdı. Mən gördüm ki, o, bəlağətli arvaddır. O, Əbu Abdulladan onların ikisi (Əbu Bəkr və Ömər) haqqında soruşdu, Əbu Abdulla ona dedi: “Sən onların hakimiyyətini qəbul edirsən?” Ümm Xalid dedi: “Mən Rəbbimə rast gəlsəm, ona deyərəm ki, sən mənə onların hakimiyyə-tini qəbul etməyi əmr etmisən”. Əbu Abdulla dedi: “Düzdür”.413

Məşhur şiə Əli ibn Isa Ərdəbilinin “Kəşf əl-ğümmə fi mərifət əl-əimmə” kitabında rəvayət etdiyi kimi, onun (Əbu Abdullanın) atası Məhəmməd Baqirin “Ən böyük doğrucul”u (“əs-Siddiq əl-əkbər”i) mədh et-məsi haqqında məlumat vardır. Həmin kitabda göstə-rilir ki, imam Əbu Cəfərdən soruşmuşlar ki, qı-lıncı bəzəmək olarmı? O demişdir ki, olar, Əbu Bəkr Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soru-şan adam ona demişdir ki, sən də ona “Siddiq” deyir-sən? Imam yerindən dik atılmış və demişdir: “Bəli, Siddiq deyirəm, bəli Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təs-diqləməz”.414

Məlumdur ki, Siddiqin yeri peyğəmbərlikdən bir mərtəbə aşağıdır və buna Quranda çoxlu ayələr şəha-dət edir. Onlardan Allah-təalanın bu sözünü göstər-mək olar: “Onlar Allahın nemət verdikləri peyğəm-bərlər, doğrucullar, şəhidlər və yaxşı adamlarla bir-likdədirlər. Onların nə yaxşı yoldaşları olacaq!”415
ÜÇ RƏŞİDİ XƏLİFƏNİN XƏLİFƏLİYİNİN HAQLI OLMASININ ETIRAF EDİLMƏSİ
2 — Əli (Allah ondan razı olsun!) və onun övlad-ları bu üç nəfərin - Əbu Bəkrin, Ömərin və Osmanın (Allah onlarn hamısından razı olsun!) xəlifəliyini etiraf etmiş, onların buna haqları olduğuna qərar vermişlər. Əli onların vəziri və məsləhətçisi ol-muşdur. Həmçinin onun və övladlarının bu böyük adam-ları mədh etdikləri qeyd olunmuşdur. Allah razı ol-muş (Əli — tərc.) demişdir: “Filankəsin (Əbu Bək-rin)416 ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi”.417

O (Əli — tərc.), Ömər ibn Xəttab (Allah ondan razı olsun!) onunla Rum döyüşünə çıxarkən məsləhət-ləşəndə Ömərə belə deyib: “Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkə-lərinin qurtaracağından başqa sığınacaqları418 olmaz. Onların səndən sonra müraciət edəcəkləri bir baş-çıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıx-mış bir adam, onunla birlikdə döyüşkən və ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxar-sa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan”.419

Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli ilə) məsləhətləşdiyi zaman Əlinin Ömər haqqında de-dikləri bundan da aydındır. O demişdir: “Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və az-lıqdan asılı deyil. Bu, Allahın qalib çıxartdığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dinidir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edən-dir. Boyunbağıda nizamlayıcının420 əhəmiyyəti nə qə-dərdirsə, əmrin etibar edildiyi421 adamın əhəmiyyəti də orduda o qədərdir. Nizamlayıcı muncuqları bir yerə yığıb düyünlər, o qırılsa, muncuqlar bir-birindən ayrı düşər, səpələnər, sonra heç vaxt bir yerə toplan-maz. Ərəblər bu gün sayca az olsalar da, onlar müsəl-man olmaları ilə çoxsaylı, bir olmaları ilə güclü-dürlər. Sən qütb ol və dəyirman daşını ərəblərin gücü ilə fırlat; onları müharibəyə göndər, özün get-mə. Çünki sən bu torpaqdan çıxsan, ölkənin hər yerin-də ərəblər sənin əleyhinə qalxarlar, arxada qoyub get-diyin düşmən qarşındakından qorxulu olar.

Qoy əcəmlər sənə baxıb desinlər: “Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız”. Bu onların sənə qarşı hücumlarını çətinləşdirər... Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük”.422

Adamlar onun yanına gəlib Osmandan şikayət edən-də o (Əli), Osman ibn Əffanın (Allah-təala ondan ra-zı olsun!) yanına girib ona belə demişdi: “Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmiş-lər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Sənə sənin bil-mədiyin bir iş göstərə bilmərəm: biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəli deyilik ki, sənə onun haqqında məlumat verək. Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi eşitmi-sən, sən də Rəsulullah səlləllahü əleyhi və səlləmə bizim kimi əshabəlik etmisən. Nə Ibn Əbu Qəhafə, nə də Ibn Xəttab haqq işində səndən irəli deyillər. Sən Rəsulullah səlləllahü əleyhi və səlləmin atasına, qan qohumluğuna görə, onların hər ikisindən də yaxınsan. Sən onun kürəkənlərindən o biri iki nəfərin nail olmadığına nail olmusan”.423

O, bu üç nəfərin xəlifəliyini tərifləyərək de-mişdir: “Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan seçilmiş adamı rədd edə bilməzdi. Yal-nız mühacirlərin və ənsarların şurası bir adam haq-qında eyni fikirdə olub onu imam adlandıranda bu, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər bir bəhanə və bidətlə onların bu işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardı-lar. Etiraz etsəydi, onu möminlərin yolu ilə getmə-diyi üçün öldürərdilər: Allah ona layiq olduğunu ve-rərdi”.424

Şiələrin təfsirçisi və böyüyü Əli ibn Ibrahim Qümmi Qüdrət və Cəlal sahibi Allahın “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu sən özün özünə haram etmə” kəlamını izah edərkən açıq-aydın, heç bir anla-şılmazlıq qoymadan bildirmişdir: “Bir gün Rəsu-lullah səlləllahü əleyhi və alihi və səlləm Həfsəyə demişdir: “Sənə bir sirr açacağam”. Həfsə demişdir: “O nə sirdir?” O demişdir: “Məndən sonra Əbu Bəkr xəlifə olacaq, ondan sonra sənin atan (Ömər)”. Həfsə demişdir: “Bunu sənə kim xəbər verdi?” O demişdir: “Bunu mənə Allah xəbər verdi”.425

Əlidən (Allah ondan razı olsun!) nəql olunur ki, adamlar Osman (Allah ondan razı olsun!) öldürüləndən sonra Əliyə beyət gətirmək istəyəndə o demişdir: “Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat burax-sanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm”.426


ÜMM GÜLSÜMÜN ÖMƏR BİN XƏTTABA ƏRƏ VERİLMƏSİ
3 — Üç xəlifə ilə Əli (Allah onlardan razı olsun!) arasında möhkəm əlaqələrin olduğuna Əlinin Fatimə Zəhradan (Allah-təala ondan razı olsun!) olan qızını Rəsul əleyhissəlamın xəlifəsi Əmirəlmömi-nin Ömər Faruqa ərə verməsi də dəlalət edir. Bu ni-kahı şiə mühəddisləri, onların təfsirçiləri və “məsum” imamları da etiraf edirlər. Küleyni Müa-viyə ibn Əmmardan Əbu Abdulla əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşdum, o dedi: “Əlbəttə, harada istəsə. Əli salavatullah əleyhi Ömər öləndən sonra Ümm Gül-sümün təlağını alıb onu öz evinə gətirdi”.427

Buna bənzər bir rəvayət də Əbu Cəfər Tusi öz “Təhzib əl-əhkam” (“Əhkamların öyrədilməsi”) kita-bında “Qadınların iddəsi” fəslində, həmçinin “əl-Əbsar” kitabının ikinci cildinin 185-ci səhifə-sində vermişdir.

Tusi də Cəfərin öz atasından belə rəvayət etdiyini göstərir ki, Əlinin qızı Ümm Gülsüm və Ümm Gül-sümün oğlu Zeyd ibn Ömər ibn Xəttab bir saatda öl-müşlər. Bilinmir ki, onların ikisindən hansı o bi-rindən əvvəl həlak olmuşdur. Onların birinə digə-rindən miras qalmamışdır. Hamı onlara dua oxu-muşdur”.428

Küleyni “Ümm Gülsümün ərə verilməsi” adlı bir fəsil yazıb orada Zürarədən Əbu Abdulla əleyhissə-lamın Ümm Gülsümün ərə verilməsi haqqında belə de-diyini rəvayət etmişdir: “Bu bizim əlimizdən alın-mış namusumuzdur”.429

Məhəmməd ibn Əli ibn Şəhraşub Mazəndərani qeyd edir: “Fatimə əleyhissəlamdan Həsən, Hüseyn, Mühsin, Zeynəb əl-Kübra və Ömərin evləndiyi Ümm Gülsüm əl-Kübra doğulmuşlar”.430

Şiələrin “ikinci şəhid”i Zeynəddin Amili deyir: “Peyğəmbər bir qızını Osmana, Zeynəb adlı qızını Əbülasa ərə verib. Onlar ikisi də Bəni Haşimdən de-yildilər. Həmçinin Əli öz qızı Ümm Gülsümü Ömərə ərə verib və Abdulla ibn Amr ibn Osman Hüseynin qı-zı ilə, Müsəb ibn Zübeyr isə həmin qızın o biri ba-cısı Səkinə ilə evləniblər. Bütün bu adamlar Bəni Haşimdən deyillər”.431



ŞİƏLƏRİN PİSLƏNMƏSI VƏ

ONLARA LƏNƏT YAĞDIRILMASI
4 — Əlinin və onun şiələrə görə “məsum” imam-lar olan övladı Rəsulullahın əshabələri və xəlifə-ləri ilə belə rəftar edir, özlərinə mənsub olan, on-ları sevdiklərini və onların ardınca getdiklərini iddia edən şiələrə isə nifrət edir, onları hamının ya-nında pisləyirdilər. Budur, Əli (Allah ondan razı olsun!), onların dediyi kimi, birinci məsum imam öz şiələrini və yoldaşlarını qınayır, onları qarğayır. O deyir: “Allaha and olsun ki, mən belə zənn edirəm ki, bu tayfa öz batil işlərində yekdil olduqlarından və sizin öz haqq işinizdə yekdil olmadığınızdan, si-zin bu haqq işdə öz imamınıza asi olduğunuzdan, on-ların öz batillərində öz imamlarına itaət etdik-lərindən, onların öz hökmdarına sədaqətli, sizin öz hökmdarınıza xain olduğunuzdan, onların öz diyarla-rında yararlı işlər gördüklərindən, sizin öz diya-rınızda yaramaz işlər gördüyünüzdən sizə qalib gə-ləcək. Qorxuram ki, sizin birinizə bir çarıq etibar etsəm, bağı ilə birlikdə gedər. (Sizə etibar etmək olmaz: dəvəni palanı ilə birlikdə udarsınız — tərc.). Ey Allah, mən onlardan cana doymuşam, onlar məndən; mən onlardan bezmişəm, onlar məndən. Mənə onların əvəzində onlardan yaxşılarını ver, onlara mənim əvəzimdə məndən pisini. Ey Allah, onların qəlblərini duz suda əriyən kimi ərit”.432

O onlara lənətlər yağdırıb deyir: “Ey kişiyə oxşa-yıb kişi olmayanlar! Uşaq xəyallı, qadın ağıllılar. Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanıma-yaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədər-dən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəl-bimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmi-siniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddur-musunuz. Mənim rəyimi mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz. Iş o yerə gəlib çıxıb ki, Qüreyş əhli deyib: “Əbu Talibin oğlu şücaətli adamdır, lakin hərbdən xəbəri yoxdur.

Onları Allah vurmuşdu! Görəsən onların arasında hərbi işdə məndən qətiyyətli, məndən bacarıqlı bir nəfər varmı? Mən bu işə iyirmi yaşa çatmamış girişmişəm. Budur, indi altmışdan yuxarı yaşım var! Lakin itaət olunmayan adamın sözü keçməz”.433

Həmçinin: “Ey adamlar, ey cismən bir yerdə olub fikrən bir-birinə zidd olanlar, səsiniz karın qula-ğını açar, işiniz düşmən sevindirir! Məclislərdə deyirsiniz ki, belə etmək lazımdır, elə etmək la-zımdır, döyüş vaxtı gələndə deyirsiniz: — Mənə nə, mənə nə!

Kim sizi dəvət etsə, dəvəti cavabsız qalar, si-zinlə yoldaşlıq etməli olanın qəlbi rahat olmaz. Ey yalandan özlərini xəstəliyə vuranlar, siz məndən xa-hiş etdiniz ki, vaxtı uzadım. Borcunuzu verəndə canı-nız çıxır. Zəlil adam özünə qarşı edilən ədalətsiz-liyə mane ola bilməz! Haqq yalnız çalışıb-vuruşmaqla əldə edilə bilər. Öz evinizi itirəndən sonra hansı evi qoruyacaqsınız? Məndən sonra hansı sərkərdə ilə birlikdə vuruşacaqsınız? Allaha and olsun ki, sizə aldanan adam kordur. Kim sizin köməyinizlə qələbə çalıb, Allaha and olsun ki, bu qələbə təsadüfən olub. Sizinlə birgə vuruşmaq küt qılıncla zərbə endirmək kimidir. Allaha and olsun ki, daha mən sizin sözünüzə inanmıram, köməyinizi istəmirəm, düşmənə sizinlə hədə gəlmirəm. Sizə nə olub? Dərdiniz nədir? Əlacı-nız nədir? Onlar da sizin kimi adamlardır. Ey boş danışanlar! Düşüncəsiz qafillər! Haqları olmayan şeyi istəyən tamahkarlar!”.434

O (Allah ondan razı olsun!) Müaviyənin tərəfdar-larını tərifləyir və öz şiələrini pisləyir: “Mə-nim ruhum əlində olan Allah onlara ona görə qələbə verməyəcək ki, onlar sizdən haqlıdırlar, ona görə verəcək ki, onlar öz hökmdarlarının batil işini sürətləndirirlər, siz isə mənim haqq işimi yavaşı-dırsınız. Adətən, millətlər öz başçılarının zül-mündən qorxurlar. Mən isə öz rəiyyətimin zülmündən qorxuram. Sizi cihada səslədim, səsimə səs vermədi-niz; sizə söz demək istədim, eşitmədiniz. Sizi gizlin də, aşkar da dəvət etdim, dəvətimə cavab vermədiniz. Nəsihət etdim, qəbul etmədiniz. Varlığınızla yoxluğu-nuzun fərqi yoxdur. Qul ola-ola özünüzü ağa kimi apa-rırsınız! Mən sizə hökm oxuyuram, ondan uzaq qaçır-sınız. Bəlağətli moizə oxuyuram, hərə bir yana səpə-lənib dinləmir. Sizi zülmkarlara qarşı cihada səslə-yirəm, sözümü bitirməmiş görürəm ki, hərəniz bir tə-rəfə getmisiniz. Öz yerlərinizə qayıdanda bir-biri-nizə yalandan moizələr oxuyursunuz. Mən səhərlər si-zin qəddinizi düzəldib sizi yola salıram, axşam ya-nıma qozbel qayıdırsınız.

Ey bədənləri qalıb ağılları getmiş, fikirləri müxtəlif, hökmdarları onlardan bəlalar görmüş tay-fa! Sizin hökmdar Allaha itaət edir, siz ona asi olur-sunuz; Şam əhlinin hökmdarı Allaha asilik edir, on-lar ona itaət edirlər. Allaha and olsun ki, Müaviyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyiş-məyə razı olsaydı, sizin onunuzu verib onlardan bi-rini alardım.

Ey Kufə əhli, mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var — karsınız, diliniz var — lalsınız, gözləriniz var — korsunuz; üz-üzə gələn-də doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz. Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyən-lər! Bir tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən indi si-zinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa, siz Ibn Əbu Talibdən arala-nıb qabaqdan qıçlarını aralamış qadının qıçları kimi hərəniz bir yana gedərsiniz”.435

Həmçinin: “Əgər mən düşmənlə qarşılaşanda — bu qarşılaşma mənim üçün qara gün olsa belə — şə-hid olmaq arzusunda olmasaydım, hazırlığımı görüb sizdən uzaqlaşar, sağa-sola baxmadan başımı götürüb gedərdim; siz tənə etməkdən, başqalarına irad tutmaq-dan başqa bir şey bilmirsiniz, özünüzü kənara çəkib yalan danışmaq, ara vurmaqla məşğulsunuz. Qəlbləriniz bir-birindən o qədər uzaqdır ki, sayınızın çoxluğunun heç bir faydası yoxdur”.436

O sonra demişdir: “Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də elə hörmətə layiq-siniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızış-dıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyət gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsi-niz, nə də sirr açanda etibarlı qardaş!”.437

O onların xasiyyətini belə təsvir etmişdir: “Ey əmr olunanda itaət etməyən, çağıranda cavab verməyən adamlar! Allahın qəza-qədərinə, məni sizə mübtəla et-məsinə baxmayaraq, Ona həmd edirəm. Siz elə adamlar-ınız ki, möhlət veriləndə hücuma keçirsiniz, döyüşə göndəriləndə geri çəkilirsiniz. Adamlar bir rəhbə-in ətrafına toplaşan kimi siz ona tənə edirsiniz, çətinliyə düşəndə dala qaçırsınız. Canınızdan nə qorxursunuz! Qələbəyə və öz haqqınız uğrunda cihada ma-raq göstərmirsiniz! Sizin üçün ölüm yaxşıdır, yoxsa zəlillik? Allaha and olsun ki, bilmirəm mən öləndən sonra — bu onsuz da olacaq — aramıza ayrılıq düşüb mən sizi tərk edəndə sizi hansı din bir yerə topla-yacaq, hansı həvəs ayağa qaldıracaq? Təəccüblü deyilmi ki, Müaviyə sadə, kobud adamları hədiyyəsiz-filansız dəvət edir, onlar onun ardınca gedirlər, mən isə sizi — Islamın varislərini və başqalarınızı yardım göstərərək, yaxud bir qisminə hədiyyə verərək dəvət edirəm, siz məndən uzaqlaşır və mənim əleyhimə çıxırsınız? Elə bir əmrim olmur ki, ondan razı qalıb yerinə yetirəsiniz, elə bir şey yoxdur ki, onun acığından bir yerə toplaşasınız; ölmək də istəsəm, ölüm yaxına gəlmir! Mən sizinlə birlikdə Kitab (Quran) öyrəndim, elmi söhbətlər apardım, inkar etdi-yinizlə sizi tanış etdim; sizə tüpürdüyünüzü yalatdım. Bunu kor da görərdi, yuxuda olan da oyanıb başa dü-şərdi. Onlar elə bir millətdirlər ki, Allah tanıma-maqda onlara ən yaxın adam onların başçısı Müaviyə-dir! Tərbiyəçiləri də Ibn Nabiğə!”438



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə