MÜƏLLİf haqqinda bir neçƏ SÖZ


DİGƏR IMAMLARIN ŞİƏLƏR HAQQINDA FİKİRLƏRİ



Yüklə 0,94 Mb.
səhifə11/14
tarix06.05.2017
ölçüsü0,94 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

DİGƏR IMAMLARIN ŞİƏLƏR HAQQINDA FİKİRLƏRİ
Bunlar əmirəlmöminin Əlinin (Allah ondan razı olsun!) dedikləridir. Həsən, Hüseyn və onların digər “məsum imamları”na gəlincə, onların şiələr haq-qında fikri Əbülhəsən Musanın Küleyninin misal gətirdiyi sözündə olduğu kimidir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boş danışan gördüm, onları imtahan etdim, yalnız mürtəd (dönük) gördüm”.439

Molla Baqir Məclisi “Məcalis əl-möminin”də qeyd edir ki, imam Musa Kazımın belə dediyi rəvayət olun-muşdur: “Abdulla ibn Yəfurdan başqa vəsiyyətimi qəbul edib əmrimə itaət edən bir nəfər görmədim”.440

Kəşşi onun (Kazımın) atası Cəfərin də belə de-diyini rəvayət etmişdir: “Allaha and olsun ki, bir adamdan — Abdulla ibn Yəfurdan başqa mənə itaət edən və sözümə qulaq asan bir nəfər görmədim”.441

Həsən ibn Əli (Allah onların hər ikisindən razı olsun!) öz şiələri haqqında demişdir: “Allaha and ol-sun, mən bu fikirdəyəm ki, Müaviyə mənim üçün bun-lardan yaxşıdır. Bunlar deyirlər ki, mənim şiələ-rimdirlər, özləri də mənim qətlimi istəyirlər ki, ma-lıma sahib olsunlar. Allaha and olsun, yaxşı olar ki, mən Müaviyə ilə əhd-peyman bağlayım, özümü ölümdən qurtarım, ailəmin təhlükəsizliyini təmin edim, nəin-ki onlar məni öldürsünlər, nəslim və ailəm yox olsun. Allah haqqı, mən Müaviyə ilə döyüşsəm, onlar boğa-zımdan yapışıb məni Müaviyəyə döyüşsüz təhvil verər-lər. Allaha and olsun ki, ona əsir düşüb onun məni öldürməsindən onunla sülh bağlayıb güclü olmağım yax-şıdır. O mənimlə barışar və bu Bəni Haşimə dünya durduqca bir ibrət olar. Nə qədər ki, Müaviyə barış-maq fikrindədir, onunla barışmaq lazımdır. Bunun nəticəsi bizim dirilərimiz üçün də, ölülərimiz üçün də yaxşı olar”.442

O həmçinin demişdir: “Mən Kufə əhlini (yəni öz şiələrini və atasının şiələrini) və onların bədbəxtliyini bilirəm: onlardan fəsadla məşğul olanlar mənim işimə yaramazlar. Onların nə vəfası var, nə də sözdə və işdə vicdanları. Onlar əslində bizimlə ixtilafda olduqları halda bizə deyirlər ki, qəlbləri bizimlədir. Onların qılıncları bizim başımız üst-də sıyrılıb”.443

Onun qardaşı Hüseyn öz şiələrinə onlar onu Ku-fəyə dəvət edib ona kömək etmək və imdad göstərmək əvəzinə, əleyhinə birləşərək onun yerinə Müslim ibn Əqilə beyət gətirəndə belə demişdir: “Ey camaat, sizi görüm öləsiniz! Kədərdən, qəmdən, bədbəxtlikdən ca-nınız qurtarmasın! Siz bizi həyəcan içərisində kö-məyə çağıranda dördnala çapıb sizin köməyinizə gəl-dik. Siz isə bir vaxt bizim əlimizdə olmuş bir qı-lıncı itiləyib bizim üstümüzə çəkdiniz, ümumi düş-mənlərimizin əleyhinə qaladığımız tonqalın odunu bizim üstümüzə saçdınız. Öz övliyalarınıza qarşı birləşdiniz, düşmənlərinizə qarşı təkləndiniz. Bunu, onlar sizə qarşı heç bir insaf göstərmədik-ləri, sizə bir ümid vermədikləri halda, biz sizə qarşı bir günah işlətmədiyimiz halda etdiniz. Siz bizi bu işə məcbur edəndə utanmadınızmı? Onda qılıncınıza güvənirdiniz, soyuqqanlılıq göstərir-diniz, rəyiniz isə sağlam deyildi. Lakin bir vaxt siz bizə beyət etməyə kəpənəklər çəyirtkə sürfəsinin üstünə cuman kimi cumdunuz, sonra da beyətinizi səfehcəsinə pozdunuz.444 Bu millətin şeytanlarından uzaq! Onları görüm yox olsunlar!”445

Belə şeylər çoxdur. Onları təqiyyə ilə danışmağa məcbur edən səbəblər bunlardır. Çünki başda Əbu Bəkr, Ömər və Osman olmaqla əshabələri mədh etməklə onları biabır etmək bir yerə sığmaz. Eləcə də şiə-ləri pisləyib onlara lənətlər yağdırmaqla onları mədh edib belə demək bir yerə sığmaz: “Olmaya, öz di-ninin görkəmli adamlarını bizim şiələrdən olmayan adamların arasından seçəsən! Sən onlara düşmənçi-lik etsən, öz dinini Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmiş xainlərdən qorumuş olar-san... Onlara Qiyamət gününədək Allahın, Onun Rəsulu-nun, Onun mələklərinin, mənim nəcib, mömin ata-babamın, mənim özümün və şiələrimin lənətləri olsun!”446

Bunlar ikisi bir yerə necə sığar? Sonra da şiələr deyirlər ki, imamlar o sözləri ancaq təqiyyə məqsədilə elə demişlər, bu onlar üçün çətinlikdən yeganə çı-xış yolu olmuşdur. Lakin kim bunun təqiyyə, yaxud hə-qiqət olduğunu deyə bilər?

Bəs həqiqət haradadır, düzgünlük haradadır?

Bəs yalan hansıdır, doğru hansı?

Haqq hansıdır, batil hansı? “Haqq olmayan yerdə yol azmaqdan başqa nə ola bilər? Belə isə, siz haqdan necə üz döndərirsiniz?” (Bax: 10/32 — tərc.).

Sonra soruşulur: əgər əshabələri, Əbu Bəkri, Öməri, Osmanı (Allah onların hamısından razı olsun!) mədh edən sözlər, onlara beyət gətirilməsi, imamla-rın öz qızlarını onlara ərə verməsi, öz şiələrindən imtina etməsi və onları pisləməsi təqiyyə məqsədilə edilirdisə, onları buna kim məcbur edirdi? Bu məcbu-riyyətdə onların həyatı üçün elə bir qorxu var idimi ki, onlar şiələrin öz imamlarına kömək etmədiklə-rinə və onları köməksiz qoyduqlarına görə onları pisləyərək həqiqətlərə və faktlara əsaslanan bu kimi sözlər söyləməli olmuşlar?

Bəs onların öz qorxaq, yaramaz dostlarını Məhəm-məd səlləllahü əleyhi və səlləmin vəfalı, sədaqətli, mömin əshabələri ilə müqayisə etməsinə, raşidi xə-lifələrin üstün cəhətlərinə şahidlik etməsinə, on-lara vəzirlik etməsinə və onların məsləhətçisi olma-sına nə deyirsiniz?

Onları buna kim məcbur etmişdi, hansı qorxu onla-rı bu işlərdən və sözlərdən əl çəkməyə qoymurdu? Əgər Əli Ömərə nifrət etmiş olsaydı, ona əcəmlərlə və rumlularla döyüşə çıxmağı məsləhət görərdi ki, Ömər döyüşə girib zəifləsin, hətta qətlə yetirilsin və onların dedikləri kimi, Əli və Peyğəmbərin ailə üzvləri rahat olsunlar. Lakin o, bunun əksinə olaraq, Ömərin bu döyüşə girməsinə razı olmur, ona qəti su-rətdə mane olur, onu ərəblərin kökü hesab edir və bo-yunbağının ipinə bənzədir.

Ədalətli olun, ey Allah bəndələri!
TƏQİYYƏ İLƏ DANIŞMAĞI MƏQBUL SAYANLARA CAVAB
Onların təqiyyənin mümkünlüyünə Quran ayələrin-dən, hədislərdən və rəvayətlərdən dəlillər gətirməyi ağıllı adamlar üçün gülüncdür.

Birincisi, bu məsələdə Allah-təalanın “Öz əli-nizlə... təhlükəyə atmayın...”, “Ulduzlara bir nəzər sal-dı və dedi ki, mən xəstəyəm...”, “Yusifin qardaşları gəldilər və onun yanına girdilər. O onları tanıdı, onlar isə onu tanımadılar...”, “Möminlər kafirləri özlərinə dost götürməzlər”, “O kəsdən başqa ki, onla-rı təhrik etdi, qəlbi isə imanı olduğundan arxayın-dır” və başqa ayələrini, Əbu Cündülün və başqala-rının — Əbuzərin, Əbu Bəkrin əhvalatlarını dəlil gətirmək cəfəng söhbətdir.

Çünki bu ayələrdən heç biri, bu haqda söylənmiş rə-vayətlər yalan və təqiyyəyə icazə verilməsinə dəlalət etmir, belə bir icazənin olduğunu israr etmir. Əksi-nə, çoxlu ayələr və hədislər dində yalana və şiə tə-qiyyəsinə hər hansı halda icazə verilmədiyinə aydın şəkildə dəlalət edir. Allah-təalanın dediyi kimi: “Ey Rəsul, Rəbbindən sənə nazil olanı təbliğ et, belə et-məsən, Onun Risaləsini adamlara çatdıra bilməzsən; Allah səni insanlardan qoruyar.”447; “Allahın Risalə-sini təbliğ edib Ondan qorxanlar Allahdan başqa heç kəsdən qorxmazlar.”448; “Sənə əmr olunana tabe ol və müşriklərdən üz döndər.”449; “Onunla birlikdə çoxlu Allahpərəst döyüşən hər hansı bir peyğəmbər kimi. Onlar Allah yolunda başlarına gələnlərə baxmayaraq, nə güclərini itirmiş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbr edənləri sevir.”450; “Onlar tənə edənin tənəsindən qorxmurlar.”451; “Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla olun.”452; “Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışın.”453 və Peyğəmbər əleyhissəlamın bu sö-zündə olduğu kimi: “Siz doğru danışmağa borclu-sunuz.”454

Peyğəmbər səlləllahü əleyhi və səlləmin belə bir sözü də bunu təsdiq edir: “Əgər sənə inanan qardaşına yalandan bir hədis danışsan, böyük xəyanət etmiş olarsan”.455

Əlinin (Allah ondan razı olsun!) də belə bir sözü var: “Bəndə yalandan əl çəkməyincə imanın ləzzətini bilməz, yalandan əl çəkən kimi bu ləzzəti dadar”.456

O (Əli) həmçinin demişdir: “Iman odur ki, harada zərərin, harada xeyirin olmasından asılı olmayaraq, yalan yox, doğru danışasan”.457

Onların dəlil gətirdikləri ayələrə gəlincə, bu ayələr bir şeyə dəlalət edirsə, o da eyhamdır. Ibrahimin hekayətində gəstərildiyi kimi o onlara deyir: “Mən xəstəyəm”. O, bu sözü ilə onların əməlindən incik olduğunu nəzərdə tutur.

Yusifin hekayətinə gəlincə, orada nə təqiyyə, nə də eyham var. Çünki onun öz qardaşlarını tanıması və bunu onlara deməməsi təqiyyəyə dəlalət etmir.

Allahın “Illa mən əkrəhə” sözü insanlara küfr öy-rətmək, onlara haramın halal olduğu haqqında fitvalar vermək və onları haqqa qarşı qaldırmaq mənasında deyil. Əksinə, onun mənası budur ki, əgər insan məc-bur olub küfr söz işlətməli olsa, o, bunu dediyinə etiqad etməmək və əməl etməmək şərtilə etmə-lidir”.458

Allahın “Möminlər kafirləri özlərinə dost gö-türməz” kəlamına gəlincə, onda təqiyyə məsələsi yox-dur. Həmçinin Onun bu kəlamında: “Özünüzü öz əli-nizlə təhlükəyə atmayın”. Çünki bunun mənası odur ki, müsəlman heç nədə xəsis olmamalıdır ki, bu xəsis-lik onu məhvə aparıb çıxarsın. Şiə alimləri, onla-rın imamları və təfsirçiləri də onu “Xülasət əl-mənhəc”də və digər şiə təfsirlərində olduğu kimi, bu mənada təfsir etmişlər.

Əbu Cündül və Əbuzər hekayətində də təqiyyənin heç bir əlaməti yoxdur. Əbu Bəkrdən qarşısındakı ada-mın kim olduğunu soruşarkən dedikləri də eləcə. O demişdir: “Bu məni düzgün yola yönəldən adamdır”. Bu sözün təqiyyə ilə heç bir əlaqəsi yoxdur. Məgər Rəsu-lullah onu xeyir yoluna, Cənnət yoluna yönəltmirdi?

Şah Əbdüləziz Dəhləvinin “ət-Töhfə”də dediyi kimi: “Təqiyyə ancaq qorxudan işlədilir, qorxu da iki qisim olur. Birincisi, öz canından qorxmaqdır ki, bu da həzrəti-imamlar haqqında danışılanda iki səbəb-dən ola bilməz: biri budur ki, imamların ölümü onla-rın özlərinin ixtiyarında olub, təbii ölüm olur (şiələrin dediyinə görə). Bu məsələyə Küleyni “əl-Kafi”də459 bir fəsil həsr edib, digər imamilər də onunla razılaşıblar. Ikinci səbəb odur ki, imamlar baş verən və baş verəcək hadisələrdən xəbərdar olur-lar.460 Onlar öz əcəllərini, necə və xüsusilə nə vaxt öləcəklərini bilirlər. Ona görə də vaxtından əvvəl canlarından qorxmurlar. Onların öz dinlərində iki-üzlülük etməsinə və avam möminləri aldatmasına heç bir ehtiyac yoxdur.

Ikinci qisim qorxu məşəqqətdən, cismani əziyyət-lərdən, söyüşdən, təhqirdən, hörmətdən salınmaqdan qorxmaqdır. Şübhəsiz, bu işlərə tab gətirmək və səbr etmək alimlərin vəzifəsidir. Imamların özləri də, ola bilər, amansız hökmdarlarla qarşılaşanda daim bəlanı Allahın əmri bilib ona dözmüşlər.

Peyğəmbər ailəsinin üzvləri isə öz babaları Peyğəmbərsəlləllahü əleyhi və səlləmin dininə dayaq ol-maq üçün çətinliklərə dözməkdə birincidirlər. Həm-çinin əgər təqiyyə bir borc idisə, onda imamlar imamı Əli (Allah-təala onun üzünü nurlandırsın!) Rəsulullah səlləllahü əleyhi və səlləmin xəlifəsinə beyət etməkdən nə üçün özünü altı ay saxladı? Onun öz borcunu əvvəldən yerinə yetirməsinə nə mane olurdu?”461

Əli və onun övladları təqiyyə işlədənlərdən olma-mışlar. Çünki adlı-sanlı şiələrdən misal gətirib qeyd etdiyimiz kimi, təqiyyə ancaq öz canından qorxanda və şərdən qorunmaq üçün işlədilir. Şiə imamları isə, şiələrin dediyinə görə, başqalarının malik olmadığı qüvvəyə malik idilər. Bu, bizim bundan əvvəl şiələrin imamlar haqqında etiqadlarına dair qeyd etdiklərimizdən məlumdur. Təbərsi də göstərir ki: “Ömər Salmanla dalaşıb onu döymək istədi, bu vaxt Əmirəlmöminin əleyhissəlam onun üstünə tullanıb yaxasından yapışdı və onu yerə çırpdı”.462

Ravəndi qeyd etmişdir: “Əliyə çatır ki, Ömər onun şiələrinin əleyhinə danışır. Bir dəfə Mədinə bağ-larına gedən yolun yarısında Əli onunla qarşı-qar-şıya çıxır. Əlinin əlində kaman olur. Ömərdən soru-şur ki, eşitmişəm, şiələrimin əleyhinə danışır-san. Sonra deyir: “Rədd ol buradan”. Sonra kamanı yerə atır və birdən kaman dəvə boyda bir ilana dönüb ağzı-nı açaraq Ömərin qabağını kəsir ki, onu udsun. Ömər qışqırır: “Allah, Allah, ya Əbülhəsən, bir də danış-maram!” Belə deyib Əliyə yalvarır. Əli əli ilə ilanı vurur, ilan yenidən kamana dönür. Ömər dəhşət içəri-sində evinə gedir”.463

Guya Əli demişdir: “Allaha and olsun ki, təkba-şına onlarla rastlaşsam, onlar ot kimi göyərib hər yerdən çıxsalar, nə onlara əhəmiyyət verərəm, nə də özümü tək hiss edərəm”.464

Bu təkcə Əlinin (Allah ondan razı olsun!) xüsusiy-yəti deyil, bütün imamlar beləcə başqalarının malik olmadığı şücaətə, qüvvəyə, möcüzələrə malikdirlər. Onların səkkizinci imamı Əbülhəsən Əli ibn Musa-dan rəvayət olunduğu kimi. Guya o demişdir: “Imamın bir çox əlamətləri olur: o, adamların ən çox biləni, ən müdriki, Allahdan ən çox qorxanı, ən yumşaq tə-biətlisi və ən şücaətlisi olur... Onun duası müstəcəb olur. Hətta qayanı qarğısa, qaya iki yerə bölünər. Imamda Rəsulullahın yaraq-əsləhəsi və onun Zülfüqarı olur”.465

Küleyninin rəvayətində isə deyilir: “Imam həmçi-nin Musanın lövhələrinin, əsasının və Süleymanın üzüyünün sahibidir. Həmçinin elə ada (“Ismi əzəm” duasını bilməsi nəzərdə tutulur — tərc.) malik olur ki, ona nizə və ox batmır”. Belə əlamətləri olan adam nə üçün təqiyyə ilə danışmalıdır və kimə qarşısa tə-qiyyə işlətməlidir?

Nəhayət, şiələrdə bu təqiyyə, başqa ifadə ilə deyil-sə, yalan nə vaxtadək vacib olacaq?

Ərədəbili Hüseyn ibn Xaliddən rəvayət edib onun belə dediyini söyləyir: “Rza əleyhissəlam demişdir: “Allahdan qorxmayanın dini olmaz, təqiyyəsi olmayanın imanı. Allahın yanında sizin ən hörmətliniz təqiyyəyə ən çox əməl edəninizdir”. Ondan soruşmuşlar ki, ey Rəsulullah övladı, bu nə vaxtadək belə olacaq? O de-mişdir: “Məlum günədək. O gün — bizim Müdafiəçi-mizin zühur edəcəyi gündür.466 Kim Müdafiəçimizin zühur edəcəyi gündən əvvəl təqiyyədən əl çəksə, o biz-dən deyil”.467

Küleyni Əli ibn Hüseynin belə dediyini rəvayət et-mişdir: “Allah eləməsin ki, hansısa birimiz Müda-fiəçinin zühur etməsindən əvvəl təqiyyədən əl çəksin. Yoxsa qanadları bərkiməmiş yuvadan uçmuş, uşaqların əlinə keçib oyuncağa dönmüş quş balasının gününə düşər”.468

Ibn Babveyh yazmışdır: “Təqiyyə bir borcdur, onu Müdafiəçi zühur edənədək aradan qaldırmaq olmaz. Kim təqiyyəni Müdafiəçinin üzə çıxmasından əvvəl aradan götürsə, Allahın dinindən, imamilik dinindən çıxmış olar və Allaha, onun Rəsuluna və imamlara müxalif olmuş olar”.469

Bu, imamilik dini, şiələrin isna əşəri dini, ya-lan, aldatma, məkr dinidir. Bu, sonu olmayan əbədi bir yalandır.

Qüdrət və Cəlal sahibi Allah Öz Kitabında bizi və onları qeyd edib deyir: “Allaha böhtan deyəndən, eşit-diyi doğru sözə yalan deyəndən zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer tapılmır? Doğru sözü gətirib onu qəbul edənlər Allahdan qorxanlardır. Onlar üçün Rəbblərinin yanında istədikləri hər şey var. Bu, yaxşı iş görənlərin mükafatıdır. Allah on-ların gördükləri ən pis işləri onlara bağışlar və onları gördükləri ən yaxşı işlərə görə mükafatlan-dırar. Məgər Allah öz qulu üçün kifayət etmir? Onlar isə səni ondan gücsüz olanlarla qorxudurlar. Kimi Allah azdırsa, ona doğru yol göstərə bilən olmaz. Kimə Allah doğru yol göstərsə, onu heç kəs yolundan azdıra bilməz. Allah qüvvətli və intiqam alan deyilmi?”470

Biz əzəmətli hökmdarımız Allahın bu sözlərini təsdiq edirik.


MƏNBƏLƏR

1. Qurani-Kərim.

2. Ibn Cərir Təbərinin təfsiri.

3. Qürtübinin “Cami əl-bəyan” təfsiri.

4. Ibn Kəsirin təfsiri.

5. Nəsəfinin “əl-Mədarik” təfsiri.

6. Xazinin “Lübab ət-təvil” təfsiri.

7. Razinin “Məfatih əl-ğeyb” təfsiri.

8. Süyuti. “əl-Itqan”.

9. Zəməxşəri. “əl-Kəşşaf” təfsiri.

10. Şövkani. “Fəth əl-Qədir” təfsiri.

11. Ibn Abbasın təfsiri.

12. Buxari. “Səhih”.

13. Müslim. “Səhih”.

14. Tirmizi. “Sünən”.

15. Əbu Davud. “Sünən”.

16. Ibn Macə. “Sünən”.

17. Imam Malik. “Müvəttə ”.

18. Əhməd. “Müsnəd”.

19. Beyhəqi. “Sünən”.

20. Darəmi. “Sünən”.

21. Hakim. “Müstədrik”.

22. “Mişkat əl-məsabih”.

23. Zərkəşi. “əl-Bürhan fi əl-Quran”.

24. Şatibi. “əl-Müvafəqat”.

25. Qazi Iyaz. “əş-Şifa”.

26. Ibn Həzm Zahiri. “əl-Fəsl fi əl-miləl və ən-nihəl”.

27. Ibn Həzm Zahiri. “əl-Ihkam fi üsul əl-əhkam”.

28. Amədi. “əl-Əhkam”.

29. “ət-Tövzih fi əl-üsul”.

30. “ət-Təlvih əla ət-Tövzih...”.

31. “əl-Mənar fi əl-üsul”.

32. Təbəri. “Tarix əl-müluk və əl-üməm”.

33. Şah Əbdüləziz Dəhləvi. “ət-Töhfə əl-isna əşəriyyə” əsərinin Şeyx Alusi tərəfindən ixtisar edilmiş variantı.

34. Ibn Mənzur Ifriqi. “Lisan əl-ərəb”.

35. Doktor Braun. “Tarixi-ədəbiyyati-Iran”.

36. Seyyid Mühibbəddin Xətib. “əl-Xütut əl-ərizə...”.
ŞİƏ KİTABLARI
37. Əskərinin təfsiri.

38. Qümminin təfsiri.

39. Təbərsi. “Məcmə əl-bəyan”.

40. Mühsin Kaşi. “Təfsir əs-Safi”.

41. Iyaşinin təfsiri.

42. Tusi. “Təfsir ət-Tibyan”.

43. ...

44. “Məqbul Quran” adlı şiə təfsiri (urdu di-lində).



45. “Nəhc əl-bəlağə”.

46. Küleyni. “əl-Kafi fi əl-üsul”.

47. Küleyni. “əl-Kafi fi əl-füru”.

48. Safi. “Şərh əl-Kafi”, fars dilində.

49. Səfa. “Bəsair əd-dərəcat”.

50. Tusi. “Təhzib əl-əhkam”.

51. Təbərsi. “Kitab əl-İhticac”.

52. Ibn Babveyh Qümmi. “Kitab əl-xisal”.

53. Ibn Babveyh Qümmi. “Cami əl-əxbar”.

54. Ibn Babveyh Qümmi. “əl-Itiqadat”.

55. Meysəm. “Şərh “Nəhc əl-bəlağə”.

56. Ibn Əbu Hədid. “Şərh “Nəhc əl-bəlağə”.

57. Kəşşi. “Rical”.

58. Nəcaşi. “əl-Fihrist”.

59. Tusi. “Fihrist”.

60. Maməqani. “Tənqih əl-məqal”.

61. Təsəttüri. “Məcalis əl-möminin”.

62. Növbəxti. “Firəq əş-şiə”.

63. “Rövzət əs-Səfa” tarixi (farsca).

64. Ravəndi. “Kitab əl-xəraic və əl-cəraih”.

65. Ərdəbili. “Kəşf əl-ğümmə”.

66. “Mən la yəhzürühü əl-fəqih”.

67. Seyyid Cəzairi. “əl-Ənvar ən-Nemaniyyə”.

68. Ərdəbili. “Hədiqət əş-şiə”.

69. Məclisi. “Təzkirət əl-əimmə”.

70. Məclisi. “Həyat əl-qülub”.

71. Məclisi. “Məcalis əl-möminin”.

72. Məclisi. “Bihar əl-ənvar”.

73. Musəvi. “Bəhr əl-cəvahir”.

74. Şeyx Müfid. “əl-Amali”.

75. Bir hindistanlı şiə alimin “Zərbə Heydəriyyə” adlı əsəri.

76. Nuri Təbərsi. “Fəsl əl-xitab”.

77. Seyyid Cəzairi. “Mənbə əl-həyat”.

78. Nəqi Hindi. “əl-Insaf”.

79. Bürcərdi. “Əqaid əş-şiə”.

80. Hairi Hindi. “Təhrif əl-Quran” moizəsi.

81. Məhəmməd Təqi Kaşani. “Hidayət ət-talibin”.

82. Dildar Əli Hindi. “Istiqsa əl-ifham”.

83. Kirmani. “Irşad əl-əvam”.

84. “Əsas əl-üsul”.

85. Tusi. “əl-Istibsar”.

86. Mazəndərani. “Mənaqib Al Əbi Talib”.

87. Amili. “Məsalik əl-ifham”.

88. Safi. “Məə əl-Xətib...”.




1 - Tədqiqatçı bu yeni dini təlimlə tanış olmaqdan ötrü müəllifin "əl-Qadyaniyyə, dirasat və təhlil" kitabını oxuya bilər.

2 - Müəllifin bu mövzuda "əl-Bəhaiyyə əmam əl-həqaiq və əl-vəqai" adlı ayrıca kitabı var.

3 - "Nəhc əl-bəlağə", s.82; "Dar əl-kütüb əl-Lübnani" nəşriyyatı, hicri 1387, Beyrut çapı.

4 - "Nəhc əl-bəlağə", s.204.

5 - əl-Ənfal surəsi, 46-cı ayə.

6 - Onların Irandan olan bir alimi Seyyid Lütfulla Safi bir kitab yazıb ona ikiüzlülüklə və yalandan bu qiymətli ayənin adını vermişdir. Bu onun sələflərinin də adəti olmuşdur. Onlar öz xəbis məqsədlərini həyata keçirmək üçün yalandan kifayət qədər məharətlə istifadə etmişlər. O da onlar kimi. Çünki onun üstündəki qılafı götürsən, orada birliyə və ittifaqa çağıran bəsit bir müqəddimə görərsən. Lakin cəmi bir neçə vərəq çevirəndən sonra qəfildən qarşında "Məə əl-Xətib fi xututihi əl-əridə" (“Xətibin qalın xətlərində onunla birgə”) adlı bir kitab görərsən. O həmin kitabda Seyyid Mühibbədin Xətibə (Allah ona qəni-qəni rəhmət eləsin!) cavab verib kitabın əvvəlində onlara xas olan qaydada ikiüzlülük edərək deyir: "Fələstində Allahın müqəddəs yerlərinin təhqir olunduğu, mübarək əl-Əqsa məscidinin yandırıldığı bir əsrdə belə kitablar və cavablar yazılmamalıdır". Bəs səni bu işə kim məcbur edib, ey Safi?

Sonra o, həmin bu kitabdaca Islamın dahi şəxsiyyətlərindən biri və onların özlərinin məsum imam adlandırdıqları Əlinin (Allah ondan razı olsun!) — ərəblərin kökü, nizamı, necə deyərlər, onların dəyirmanını işlədən bir adamın üstünə hücum çəkir. Əli haqqında "Təfriqə və yalan" fəslində müfəssəl danışılacaq.

Ey Safi! Sən doğrudanmı müsəlmanları birlik və ittifaq kimi sözlərlə aldada biləcəyini zənn edirsən? Sənin zənnin və rəyin yarımçıq qalsın!


7 - əl-Kafirun surəsi.

8 - Yusif surəsi, 108-ci ayə.

9 - əl-Bəqərə surəsi, 139-cu ayə.

10 - əl-Fatir surəsi; 19-22-ci ayələr.

11 - ən-Nisa surəsi, 59-cu ayə.

12 - ət-Tövbə, 100-cü ayə.

13 - əl-Fəth surəsi, 18-ci ayə.

14 - Bu hədisi Tirmizi rəvayət etmiş və onu həsən (yaxşı) hədis hesab etmişdir.

15 - Bu hədisi Tirmizi rəvayət etmişdir.

16 - Müslim rəvayət etmişdir.

17 - əl-Mümin surəsi, 51-ci ayə.

18 - ər-Rum surəsi, 47-ci ayə.

19 - Ali-Imran surəsi, 139-cu ayə.

20 - "Nəhc əl-bəlağə", s.248, Əlinin (Allah ondan razı olsun!) xütbəsi” adı ilə.

21 - Nəfəs-nəfəs içirtmək, qurtum-qurtum içirtmək mənasındadır.

22 - "Nəhc əl-bəlağə", səh. 69, 70, 71.

23 - Küleyninin "əl-Kafi fi əl-üsul" əsəri. Bu əsər haqqında "Təfriqə və yalan" fəslində ətraflı danışılacaq.

24 - Ay hay, ey Safi, ey "əs-Səhm əl-müsib fi ər-rədd əla əl-Xətib" adlı kitabçanın müəllifi... Səni Xətibin artıq Allah rəhmətinə getməsi həvəsə salmasın. Elə zənn etmə ki, ondan sonra tənə edib onu söyə bilərsən. Bil ki, müsəlmanlar içərisində hələ də Xətibin qələmə aldığı haqq işi müdafiə edəcək adamlar var.

Amma çox təəssüf ki, bu kitabları bu yaxınlarda, keçən il (1972-ci il) əl-Beyt əl-Ətiqi (Kəbəni — tərc.) Peyğəmbərin (s.s), Siddiqin (Xəlifə Əbu Bəkr — tərc.) şəhərini ziyarət edəndə borcumuzu verəndən sonra görmüşük. Yoxsa sənin və sənin kimilərin payını vaxtında verərdik, gecikməzdik. Həm də gecikmək nə diqqətsizlik, nə də aldanılmaq demək deyil.



25 - əs-Səff surəsi, 8-ci ayə.

26 - ən-Nur surəsi, 55-ci ayə.

27 - "Nəhc əl-bəlağə", səh.203. "Dar əl-kitab əl-Lübnani" nəşriyyatı, Beyrut, 1387 h. — 1967 m., Əlinin farslarla döyüş zamanı Ömər ibn Xəttabla (Allah onların hər ikisindən razı olsun!) ordu haqqında məsləhətləşərkən dediyi söz.

28 - "Nəhc əl-bəlağə", səh.92.

29 - Bu hədisi Əhməd və Tirmizi rəvayət etmişlər.

30 - Bunun nəticəsində şiələr mövcud Quranı qəbul etmir, onu təhrif olunmuş, dəyişdirilmiş zənn edirlər. Bu haqda yeri gəldikdə müfəssəl danışılacaq.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə