MÜƏLLİf haqqinda bir neçƏ SÖZ



Yüklə 0,94 Mb.
səhifə2/14
tarix06.05.2017
ölçüsü0,94 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

ABDULLA İBN SƏBA
Əvvəla, biz Abdulla ibn Səbanın üzdə özünü müsəlman kimi göstərən bir yəhudi olduğunu dedik və bunun sübutu üçün Kəşşidən, Növbəxtidən və başqa müəlliflərdən misallar gətirdik. Bunun qeyd etdiyimizdən artıq sübuta ehtiyacı yoxdur. Lakin daha çox məlumat üçün Kəşşinin Zeynalabdin Əli ibn Hüseyndən — onların dördüncü məsum imamından rəvayət etdiyi bəzi şeyləri də nəzərə çarpdıraq. Guya o demişdir: "Allah Əliyə böhtan atana lənət eləsin! Yenə Abdulla ibn Səba yadıma düşdü, tüklərim biz-biz oldu. O elə böyük bir iş iddia etmişdir ki, Əlinin buna dəxli yoxdur. Allaha and olsun ki, Əli əleyhissəlam Allahın əməlisaleh bir qulu, Rəsulullahın qardaşı olmuşdur, Allah ona yalnız Allaha və onun Rəsuluna itaətinə görə kəramət vermişdir. Allah Rəsulullah səlləllahü əleyhi və alihi və səlləmin özünə də Allaha itaətinə görə kəramət vermişdir".44

Kəşşi həmçinin Abdulla ibn Sinanın belə bir rəvayətini qeyd edir ki, guya Əbu Abdulla (Cəfər) əleyhissəlam demişdir: "Biz, Əhl əl-Beyt, doğrucul adamlarıq və qoymarıq ki, hər hansı bir yalançı bizim haqqımızda yalan deyib öz yalanı ilə bizim doğruculluğumuzu adamların gözündən sala. Rəsulullah səlləllahü əleyhi və alihi adamların və bütün məxluqatın ən düz danışanı olmuşdur. Buna baxmayaraq, Müseylimə ona böhtan atmışdır. Əmirəlmöminin əleyhissəlam (Əli) da Rəsulullahdan sonra Allahın xəlq etdiyi adamların ən doğruculu olmuşdur. Ona böhtan atıb onun doğrusunu yalana çıxaran və Allah üçün də böhtan uyduran Abdulla ibn Səba olmuşdur".45

Təbəri özünün məşhur "Tarix" kitabında qeyd etmişdir: "Abdulla ibn Səba Şama gəlib orada Əbuzərlə rastlaşır və onu özünün bu sözləri ilə Müaviyəyə qarşı qaldırır: — Müaviyə deyir ki, mal-dövlət Allaha məxsusdur. Məgər “hər şey Allaha məxsusdur” deyilməmişdir? O, belə deməklə mal-dövləti toplayıb özünə saxlamaq, müsəlmanlara heç nə verməmək istəyir... Sonra bu Abdulla Əbu Dərdanın yanına gəlib belə deyir. Bu sözləri eşidən Əbu Dərda ondan soruşur: — Sən kimsən? Allaha and olsun, mən belə hesab edirəm ki, sən yəhudisən".46
ONUN FİTNƏ-FƏSAD TÖRƏTMƏK CƏHDİ
Ikincisi, bütün tarixçilər şiə, yaxud Sünnə əhli olduqlarından asılı olmayaraq, belə bir yekdil fikirdədirlər ki, şəhərləri və kəndləri dolaşıb adamları müsəlmanların xəlifəsi, iki nur sahibi Osman ibn Əffanın (Allah ondan razı olsun!) əleyhinə qaldıraraq fitnə-fəsad tonqalını qalayan bu məlun və onun yəhudi bandası olmuşdur. Onlar üsyan odunu alışdırmış, alovu sönən kimi ona yenidən od vurmuşlar. Abdulla ibn Səbanın özü diyar-diyar dolaşıb kənddən-kəndə gedərmiş. Budur Təbəri və digər tarixçilər onun Mədinədən Misirə, oradan Bəsrəyə getməsini, Həkim ibn Cəbləyə qonaq olmasını, sonra oradan çıxıb Kufəyə gəlməsini, Füstatda (köhnə Qahirə) məskən salmasını qeyd edirlər. O, olduğu yerlərdə öz zəhərini səpir, oraların əhalisini fitnə toruna salırdı.47

Bu, yəhudilərin elə bir törəməsi idi ki, işi-gücü müsəlmanların arasında gəzib-dolaşıb fəsad, şayiə və ayrı-seçkiliyi özü ilə bir yerdən başqasına aparmaq, Əlinin (Allah ondan razı olsun!) tərəfini saxlamaq pərdəsi altında müsəlmanların birliyini və sıx əlaqələrini onların arasına təfriqə salıb parça-parça etmək, onların ittifaqını özünün və arxasında duran yəhudilərin cızdıqları plana uyğun olaraq pərən-pərən salmaq idi.


PEYĞƏMBƏR (s.s.) ƏSHABƏLƏRİNƏ LƏKƏ YAXILMASI
Üçüncüsü, Növbəxti qeyd etmişdir ki, Abdulla ibn Səba Əbu Bəkrə, Ömərə və Rəsulullahın kürəkəni, qan qohumu Osmana qarşı çıxan ilk adam olmuşdur. Həmin vaxtdan bu günədək şiələr bu əqidədən istifadə edib ondan möhkəm yapışmış, onun ətrafında dolanmışlar. Elə bir şiə yoxdur ki, Rəsulullahın bu üç xəlifəsinə, vəzirinə və sevdiyi adama ləkə yaxmasın. Onların özləri isə ləkə götürməyən adamlardır.
ƏBU BƏKR SİDDİQ
Onların ravilərin təsnifatı üzrə böyük alimi Kəşşi şiələrin Rəsulullahın özünün "ən düzgün danışan adam" adlandırdığı Əbu Bəkr haqqında fikirlərini öz yazılarında qeyd etmişdir. O, Həmzə ibn Məhəmməd Təyyardan rəvayət edərək göstərir ki, o belə demişdir: "Biz Məhəmməd ibn Əbu Bəkrin adını Əbu Abdulla əleyhissəlamın yanında çəkdik, Əbu Abdulla əleyhissəlam dedi: — Ona Allahın rəhmi və salavatı olsun. Bir gün o (Məhəmməd ibn Əbu Bəkr) Əmirəlmöminin (Əli) əleyhissəlama dedi ki, əlini bəri uzat, istəyirəm sənə sədaqət andı içim. Əli soruşdu ki, yoxsa bir iş baş verib? Dedi ki, bəli. Əli əlini uzatdı və Məhəmməd ibn Əbu Bəkr belə dedi: — Mən sənin itaəti fərz olan imam olduğuna şəhadət verirəm. Həqiqətən mənim atam Cəhənnəmdədir (Allah sən saxla!). Əbu Abdulla əleyhissəlamın dediyinə görə onun bu nəcabəti ata tərəfdən deyil, anası Əsma bint Əmis (Allah ona rəhmət eləsin!) tərəfindəndir”.48

Bu, Cəfərin sözüdür. Onun atası Baqirə gəlincə, Kəşşi onun dediklərini də Zürarə ibn Əyündən, o da Əbu Cəfər əleyhissəlamdan belə rəvayət edirlər: "Məhəmməd ibn Əbu Bəkr öz atasından üz döndərib Əli əleyhissəlama sadiqliyini bildirdi”.49

Şüeyb, Əbu Abdulla əleyhissəlamdan rəvayət edib belə demişdir: "Mən Məhəmməd ibn Əbu Bəkrin Əhl əl-Beytdən olmadığına baxmayaraq, onların özündən nəcib, mənsub olduğu şər evinin əhlinə nisbətən isə nəciblərin nəcibi olduğunu eşitmişəm".50

Siz bir yəhudi kininin və gizli yəhudi qərəzinin onların yalançı ifadələrindən Əlinin övladlarının və Məhəmməd ibn Əbu Bəkrin üstünə sel kimi necə axıb gəldiyinə baxın! Lakin bu ifadələr xəbis, küfrə bürünmüş kökslərin öz içərilərində nə gizlətdikləri haqqında yaxşı təsəvvür yaradır.


ƏZƏMƏTLİ FARUQ
Indi də sizə şiələrin Islamın bu böyük xadimi və dühasına qarşı ürəklərində bəslədiklərini təqdim edəcəyəm. Bu, o şəxsiyyətdir ki, Rəsul əleyhissəlam onun haqqında demişdir: "Mən elə bir dahi tanımıram ki, haqqında iftira uydurulmasın, adamlar onu bir-birinə danışıb ona tənə etməsinlər".51

Onun haqqında belə deyirlər: "Guya Salman Farsi Ömərə elçilik edir. Ömər onu rədd edir, sonra etdiyinə peşman olur. Sonra Salman onun yanına qayıdıb deyir: "Istədim görüm sənin qəlbində cahiliyyə dövründən qalma qızğınlıq soyudu, yoxsa yox".52

Kəşşi həmçinin Hişam ibn Əbu Abdulla əleyhissəlamdan belə rəvayət edir ki, Ömər öləndə Süheyb Əbd Su (şərin qulu — tərc.) onun üçün ağlayırdı.53

Onun atası Baqirin belə dediyini söyləyirlər: "Məhəmməd ibn Əbu Bəkr ikincidən (Ömərdən) də üz döndərməyə and içmişdir".54

Şiə alimi Ibn Babveyh Qümmi Faruqa belə böhtan atır: "Ömər ölüm ayağında dedi: — Üç şeyə görə Allahdan bağışlanmağımı istəyirəm: Əbu Bəkrlə birlikdə adamların xəbəri olmadan bu mənsəbi qəsb etməyimə görə, onu özümdən sonra onlara xəlifə təyin etməyimə görə, müsəlmanların bəzilərini digərlərindən üstün tutduğuma görə".55

Onlarda "hədis elmində etimad olunan, danılmaz, etibarlı bir alim" kimi tanınmış Əli ibn Ibrahim Qümmi öz təfsirində söyüş söyür.56

Özü də bunu Qüdrət və Cəlal sahibi Allahın bu kəlamının pərdəsi altında edir: "Bir gün zalım qəzəbindən öz əllərini çeynəyib deyər: — Kaş ki, mən də Peyğəmbərin (s.s) tutduğu yolu tutaydım!" (əl-Fürqan, 27). Əbu Həmzə Sümali Əbu Cəfər əleyhissəlamdan belə eşitdiyini rəvayət edir: "Qiyamət günü Allah bir tayfanı dirildəcək, onların qarşısında Misir kətanına bənzər bir nur olacaq. Sonra o nura əmr olunacaq ki, toz dönüb yox olsun". Guya o daha sonra demişdir: "Amma, ey Əbu Həmzə, Allaha and olsun ki, onlar hər şeyi başa düşür və bilirdilər, lakin onlara bir haram şey göstərilən kimi götürürdülər, Əmirəlmömininin fəzilətlərindən bir şey göstərilən kimi isə onu inkar edirdilər. "Bir gün zalım qəzəbindən öz əllərini çeynəyib..." sözü haqqında (Əbu Cəfər) belə demişdir ki, birinci (Əbu Bəkr nəzərdə tutulur) belə deyir: — Kaş ki, mən Peyğəmbərlə yanaşı Əlini vəliəhdi kimi qəbul edəydim. Kaş ki, filankəsi — yəni Ikincini (Öməri) özümə sevimli dost kimi qəbul etməyəydim".57

Həmin təfsirdə Allahın "Biz həmçinin hər bir peyğəmbərə insanlardan və cinlərdən olub bir-birinə yalançı, dəbdəbəli sözlər öyrədən şeytanları düşmən etdik" sözü altında Abdulla əleyhissəlamın belə dediyi rəvayət olunur: "Elə bir peyğəmbər göndərilməmişdir ki, onun ümmətində iki şeytan olub ona əziyyət verməsin və ondan sonra adamları azdırıb yoldan çıxarmasın. Nuhun iki əshabəsini yada salın... Məhəmmədin iki əshabəsini — Cübtəri və Züreyqi yada salın..."58

Təfsirçi “cübtər” (dargöz) və “züreyq” (göygöz) sözlərini onların birinin gözünün guya bayquş gözünə oxşadığına, o birinin gözünün mavi rəngli olduğuna görə işlədildiyini deyir: "Rəvayət edirlər ki, “züreyq” “əzrəq” (mavi — tərc.) sözünün kiçiltmə dərəcəsidir. "Cübtər"in mənası isə "tülkü"dür. Birinci söz birinciyə (Əbu Bəkrə) işarədir, çünki onun gözləri göy idi. Ikinci söz isə bicliyinə və hiyləgərliyinə görə ikinciyə (Ömərə) işarədir".59

Qümmi həmçinin Cəfərin dilindən belə yazır: "Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm ehtiyac içərisində qalıb ənsarlardan birinin yanına gəlir və ona deyir: "Yeməyə bir şeyin varmı?" Kişi cavab verir ki, bəli, ya Rəsulullah. Sonra onun üçün bir çəpiş kəsib bişirir. Kişi yeməyi Rəsulullahın qabağına gətirəndə Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm ondan xahiş edir ki, Əli, Fatimə, Həsən və Hüseyn əleyhissəlamları da onunla birlikdə yeməyə çağırsın. Bunu eşidən iki münafiq birinci özlərini yetirir. Onlardan sonra Əli gəlib çıxır. Allah da bu münasibətlə ayə nazil edir: "Biz səndən əvvəl də elə bir elçi, elə bir peyğəmbər, elə bir mühəddis göndərmədik ki, ona (əlavə olaraq iki məlun) göndərək, yalnız o özü arzulasa, şeytan onları (yəni iki münafiqi) araya atar. Allah isə şeytanın araya atdığını aradan götürər". Bununla onların ikisindən sonra Əlinin gəlişi nəzərdə tutulur.60

Həmin bu Qümmi Allah-təalanın bu kəlamını belə izah edir: "Onlar əhd-peymanı (yəni Əmirəlmömininlə öz aralarında olan əhdi) pozduqları üçün biz onları lənətlədik, onların qəlblərini elə amansız etdik ki, onlar sözləri təhrif edib onların yerini dəyişdilər". Sonra Qümmi deyir: "Əmirəlmöminin” sözünü öz yerindən kim uzaqlaşdırıb? Buna dəlil odur ki, Allah-təalanın: “O bu sözü əbədi qalacaq bir söz etdi...” (O bununla imamət sözünü nəzərdə tutur)” “kəlamında “Əmirəlmöminin” (Ona Allahın salamı olsun!) sözünə işarə var.61

O, Allahın "Onlar Qiyamət günü öz yüklərini bütünlüklə və bilmədən azdırıb yoldan çıxardıqlarının yüklərindən də daşıyacaqlar" kəlamının altında yazır: “Burada "yük" dedikdə, Əmirəlmömininin xəlifəliyini qəsb edənlərin özlərinin və onların ardınca gedənlərin günahları nəzərdə tutulur. Bu isə Sadiqin (Cəfərin) sözüdür: "Allaha and olsun ki, axıdılan hər damla qanın, adamlar arasında törədilən toqquşmanın, qadın məsələsində harama yol verilməsinin və bilmədən başqasını günahlandırmağın yükü, bu günahları işlədənin yükü zərrəcə azaldılmadan o iki nəfərin boynuna düşür”. Əli isə demişdir: "And içirəm və yenə də and içirəm ki, o yükləri məndən sonra Bəni Üməyyə daşıyacaq, başqalarının qapılarında isə bu yükləri az tanıyacaqlar... Bu günahları etməyə başlayan birinci adamın (Əbu Bəkrin) boynuna "hər bir günah edən bu günahın yükünü Qiyamət gününədək daşıyacaq" kimi sözlərlə xəta etmək yolunu asanlaşdırmağın günahı düşür”.62

Kəşşi Vərd ibn Zeydin belə dediyini rəvayət edir: Mən Əbu Cəfər əleyhissəlama dedim ki, Allah məni sənə fəda eləsin, Kümeyt gəlib. O dedi ki, onu içəri gətir. Kümeyt ondan iki qoca əshabə haqqında soruşdu. Əbu Cəfər əleyhissəlam ona dedi ki, nə ki qan axıdılıb, nə ki Allahın, Onun səlləllahü əleyhi və alihi rəsulunun və Əlinin hökmlərinə müvafiq olmayan hökm çıxarılıb hamısının günahı iki nəfərin boynundadır. Belə olduqda Kümeyt dedi: "Böyük Allah, sənə pənah, sənə pənah!"63

Davud ibn Nemanın dilindən söylənən başqa bir rəvayətə görə isə o (Baqir) deyir: "Ey Kümeyt ibn Zeyd! Islam aləmində sel kimi axıdılmış bu qanların, halal olmayan yolla kəsb edilən malların, qadın məsələsində harama yol verilməsinin hamısının günahı bizim hamimiz (müdafiəçimiz, yəni imamımız — tərc.) zühur edən günədək o iki nəfərin boynundadır. Biz Bəni Haşim övladı isə öz böyüklərimizə və kiçiklərimizə onları söyməyi və onlardan uzaq olmağı əmr edirik".64


OSMAN İBN ƏFFAN
Səxavət və həya sahibi, Rəsulullahın iki qızının əri olmuş kürəkəni Osman ibn Əffan Zünnureyn (Allah ondan razı olsun!) haqqında isə şiələr alçaq yəhudilərin onların başlarına doldurduqları fikirlərə müvafiq olaraq düşünürlər. Kəşşi Əbu Abdulla əleyhissəlamın belə dediyini rəvayət edir: "Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm, Əli və Əmmar məscid tikirdilər. Bu zaman Osman öz təzə paltarında, heç bir gümana əsas verməyən adi yerişlə onların yanından keçirdi. Əmirəlmöminin Əmmara işarə etdi ki, o, Osmana sataşsın. Əmmar ona söz atıb belə dedi:
Imarət ucaldıb zəhmət çəkənlər,

Rüku, səcdə üçün məscid tikənlər,

Tay ola bilərmi o tərs yoldaşa

Ki yaxın durmayır torpağa, daşa?
Guya Əbu Abdullanın dediyinə görə, Osman şikayət etmək üçün Peyğəmbər səlləllahü əleyhi və alihi və səlləmin yanına gəlib demişdir: "Biz müsəlman olmamışıq ki, namusumuza və özümüzə söyələr...". Peyğəmbər də ona demişdir: “İstəyirsən ki, sənin haqqında belə deyilsin?...” Bu zaman "Minnət qoyurlar ki, özlərini Sənə təslim ediblər" sözlərinin daxil olduğu iki ayə nazil oldu. Sonra Peyğəmbər səlləllahü əleyhi və alihi və səlləm Əli əleyhissəlama dedi: "Bunun öz dostuna aid olduğunu yaz!"65

Saleh Hizadan da belə rəvayət olunur: "Peyğəmbər səlləllahü əleyhi və alihi və səlləm məscid tikməyi əmr edəndə iş yerlərini adamlar arasında böldü və hər adama bir adam qoşdu. Əmmar Əli əleyhissəlama qoşuldu. Onlar işə başlamışdılar ki, Osman öz həyətindən çıxdı, toz qalxıb onun paltarını və üz-gözünü basdı. Əli əleyhissəlam Əmmara dedi: "Mən sənə nə desəm, sözümü mənə qaytar". Sonra Əli əleyhissəlam dedi:


Imarət ucaldıb zəhmət çəkənlər,

Rüku, səcdə üçün məscid tikənlər,

Yandan baxanlara olmaz bərabər.
Əmmar ona onun dediyi kimi cavab verdi. Osman bundan qəzəbləndi, lakin Əliyə bir söz deyə bilmədi, Əmmara isə dedi: "Ey qul, ey yaramaz!". Əli əleyhissəlam Əmmara dedi: "Onun sənə dediklərindən razı qaldınmı? Niyə Peyğəmbər səlləllahü əleyhi və səlləmin yanına gedib bunu ona xəbər vermirsən?" Əmmar Peyğəmbərin yanına gəlib Əli deyən kimi etdi. O dedi: "Ey Allahın peyğəmbəri, Osman məni "Ey qul, ey yaramaz!" deyib təhqir etdi". Rəsulullah səlləllahü əleyhi və alihi soruşdu: "Bunu kim eşidib?" O dedi: "Əli". Peyğəmbər Əlini çağırıb belə olub-olmadığını ondan soruşdu, o da Əmmarın dediyi kimi dedi. Peyğəmbər Əli əleyhissəlama dedi: "Get, o harada olursa olsun, ona de ki, ey qul, ey yaramaz, Əmmara qul, yaramaz deyən sənsən?" Əli əleyhissəlam gedib bunları ona dedi və çıxıb getdi".66

Qümmi Allah-təalanın "O gün ki bəzi üzlər ağaracaq, bəziləri qaralacaq" (3/106) kəlamı altında öz əshabələrini, xüsusilə üç yaxın yoldaşını sevən Peyğəmbərə böhtan atan bir rəvayət söyləyib deyir: "Rəsulullah səlləllahü əleyhi və səlləm demişdir: "Qiyamət günü ümmətim mənim yanıma beş dəstəyə bölünüb gələcək. Bunlardan biri bu ümmətin danasının adamları olacaq. Mən onlardan soruşacağam ki, məndən sonra iki qiymətli məxluqla (Quran və Əhl əl-Beyt — tərc.) necə rəftar etmisiniz? Deyəcəklər ki, onlardan böyüyünü özümüzdən kənar etmiş və arxaya tullamışıq, kiçiyinə isə düşmənçilik etmiş, ona nifrət etmiş və zülm etmişik. Onda onlara deyəcəyəm ki, sizi görüm elə oda düşəsiniz ki, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra bu ümmətin “firon”unun adamları hüzuruma gətiriləcək. Onlardan da soruşacağam ki, məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər ki, böyüyünü özümüzdən kənar etmiş, parça-parça etmiş və ona müxalif çıxmışıq, kiçiyinə isə düşmənçilik etmiş, onunla vuruşmuşuq. Onlara da deyəcəyəm ki, sizi görüm oda düşəsiniz, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra bu ümmətin samirisinin adamları hüzuruma gətiriləcək. Yenə soruşulacaq ki, məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər: onlardan böyüyünə asi olmuşuq, onu tərk etmişik, kiçiyini isə köməksiz qoymuş, məhv etmişik. Onlara da deyiləcək ki, sizi görüm oda düşəsiniz, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra hüzuruma xariciyyunların əvvəlinciləri gətiriləcək. Soruşacağam məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər: onlardan böyüyünü özümüzdən ayırmış, ondan imtina etmişik, kiçiyi ilə isə vuruşmuş və onu qətlə yetirmişik. Deyəcəyəm: sizi görüm oda düşəsiniz, susuzluqdan ciyəriniz yansın, üzünüz qara olsun. Sonra hüzuruma dindarların imamı və müsəlmanların ağası, aləmlərin Rəbbinin elçisinin vəliəhdi ilə birlikdə bir dəstə adam gətiriləcək. Onlardan da soruşacağam ki, məndən sonra iki qiymətli məxluqla necə rəftar etmisiniz? Deyəcəklər: "Böyüyünün ardınca getmişik, ona itaət etmişik, kiçiyini isə sevmiş, onun tərəfini saxlamış, ona kömək etmiş və arxa olmuşuq, hətta onların yolunda qanımız axıdılıb". Deyəcəyəm ki: "Sizi görüm Cənnətə düşüb onun suyundan istədiyiniz qədər içəsiniz, üzünüz ağ olsun!" Sonra Rəsulullah səlləllahü əleyhi və alihi bu ayəni oxudu: "Bəzi üzlərin ağ, bəzilərinin qara olacağı gün üzüqaralara: “Siz iman gətirəndən sonra kafir oldunuzmu? Bu inkarınıza görə layiq olduğunuz əzabı dadın!” deyiləcək. Üzüağlar isə Allahın rəhmətinə gedər və əbədi olaraq Cənnətdə qalarlar".67

Bu tayfanın xəbisliyini və qəbahətini görürsünüzmü? Onlar Rəsulullahın əshabələrini necə söyür, onların adlarını necə dəyişir, onlara necə ləkə vurur, Peyğəmbər əleyhissəlama necə böhtan atırlar.

Kəşşi göstərir ki, bir dəfə Cəfər belə bir şer oxudu:


Beş yerə bölünər Qiyamət günü

Adamlar, qoy sayım sənə dördünü!

Dana* camaatı, firon* qulları,

Iyrənc samirinin* aldatdıqları;

Heydərin* dalınca gedər bir dəstə,

Gün tək işıq saçar yolları üstə.

Kafirdir Heydərin dinini danan! —

Alçaq qul törəyər qorxaq babadan.
(Onlar burada "dana" sözü ilə Əbu Bəkrə, "firon" sözü ilə Ömərə, "samiri" sözü ilə Osmana işarə edirlər. “Heydər”, məlum olduğu kimi, Əlinin ləqəblərindən biridir).
Sonra Cəfər soruşdu ki, bu şeri kim demişdir? Mən dedim ki, Seyyid Məhəmməd Himyəri. O dedi ki, Allah ona rəhmət eləsin! Mən dedim: — Mən isə onu rustaq şərabı içən görmüşəm. O soruşdu ki, sən çaxır demək istəyirsən? Dedim, bəli. O dedi: — Allah ona rəhmət eləsin, Əlini sevən bir adama bunu bağışlamaq Allah üçün nədir ki?"68

"Əl-Kafi" kitabı onlarda dörd qanun kitabı hesab olunan, onların mühəddislərinin böyüyü və imamı sayılan Küleyni Əlinin belə dediyini qeyd edir: "Məndən əvvəlki valilər qəsdən Rəsulullahın xilafına olan işlər görmüş, ona verdikləri əhdi pozmuş, onun Sünnəsini dəyişmişlər".69

Küleyni həmçinin Əbu Abdulla əleyhissəlamın Qüdrət və Cəlal sahibi Allahın bu kəlamını belə izah etdiyini rəvayət edir: "Əvvəl iman gətirib sonra inkar edənlərin, yenə inanıb sonra yenə inkar edənlərin, daha sonra daha artıq kafir olanların tövbəsi heç vaxt qəbul olunmayacaq" kəlamı filankəs və filankəs haqqında nazil olub. Onlar əvvəl Peyğəmbər səlləllahü əleyhi və alihiyə inandılar, sonra onlara vilayət haqqında məlum olanda kafirlik etdilər. Bu, Peyğəmbər səlləllahü əleyhi və alihi onlara bu sözləri deyəndən sonra oldu: "Mən kimin ağası olmuşam, Əli də onun ağasıdır". Onlar bu sözlərdən sonra əvvəl Əmirəlmöminin əleyhissəlama iman gətirdiklərinə and içdilər. Rəsulullah səlləllahü əleyhi və alihi vəfat edəndən sonra isə öz andlarını pozdular, daha sonra ona sədaqət andı içənləri qınamaqla öz küfrlərini daha da artırdılar. Beləliklə, bu adamlarda imandan bir şey qalmadı".70

"Əl-Kafi"nin şərhçisi qeyd edir ki, "filankəs və filankəs... ifadəsi ilə Əbu Bəkr, Ömər və Osman nəzərdə tutulur".71



PEYĞƏMBƏR ƏLEYHİSSƏLAMIN BAŞQA ƏSHABƏLƏRİ VƏ ONUN MÖMİNLƏRİN ANALARI OLAN ARVADLARI
Şiələr Rəsulullah səlləllahü əleyhi və səlləmin köməkçilərinə və qohumlarına ləkə vurmaqla, onları təhqirlərə məruz qoymaqla kifayətlənməmişlər. Bu məlunlar Peyğəmbər ailəsinin və onun yaxın adamları olan böyük şəxsiyyətlərin, xüsusilə Allah yolunda hicrət etmiş, cihad edərək Allahın cihad haqqını ödəmiş, Onun dinini yaymış adamların namuslarına əl ataraq, onlardan intiqam almaq fikrinə düşmüş, onların gördükləri işlərə paxıllıqları tutmuşdur.
PEYĞƏMBƏRİN ƏMİSİ VƏ ƏMİSİNİN ÖVLADLARI
Budur, onlar hətta Peyğəmbərin özünə ata əvəzi saydığı möhtərəm əmisini də söyürlər.

Kəşşi qeyd edir ki, Məhəmməd Baqir demişdir: "Bir kişi atamın (Zeynalabidinin) yanına gəlib dedi ki, filankəs — yəni Abdulla ibn Abbas — iddia edir ki, o, Quranın bütün ayələrini, onların hansı gün və nə ilə əlaqədar nazil olduqlarını bilir. O (Zeynalabidin) dedi: — Onda ondan soruş ki, "Kim bu dünyada kor olsa, o, axirətdə də kor olar, o öz yolunu daha çox azar" (17/72) ayəsi kimin haqqında nazil olmuşdur. "Mən sizə nəsihət etmək istəsəm, nəsihətim fayda verməz" (11/34) ayəsi nə haqqında nazil olmuşdur", "Ey iman gətirənlər, səbr edin, səbirli və dözümlü olun!...” (3/200) ayəsi nə haqqında nazil olmuşdur? Kişi onun yanına getdi. O, kişiyə dedi: — Mən istərdim ki, bunu sənə əmr edən mənim özümdən soruşaydı, mən də ona suallar verəydim. Lakin sən özün ondan soruşsan ki, Ərş nədir, nə vaxt xəlq olunmuşdur və necədir, kifayət edər. Kişi onun yanından atamın yanına qayıtdı və onun dediklərini atama dedi. O (Zeynalabidin) isə dedi: — O, ayələr haqqında sənin sualına cavab verdimi? Kişi dedi: — Yox. Atam dedi: — Lakin mən onlar haqqında heç bir iddiasız və heç nəyi yalandan öz adıma çıxmadan nur və elmlə cavab verəcəyəm; birinci iki ayə onun atası (Peyğəmbərin əmisi Abbas) haqqındadır, sonuncu isə mənim atam və bizim haqqımızdadır".72

Kəşşi Zeynalabidin haqqında da onun Ibn Abbasa belə dediyini qeyd edir: "Ey Ibn Abbas, sən bu ayənin kimin haqqında nazil olduğunu bilirsənmi: "O nə pis köməkçi, nə pis yoldaşdır!" (22/13). Mənim atam haqqında, yoxsa sənin atan haqqında?" Sonra isə guya belə demişdir: "Vallahi, əgər sənin bildiyin məsələ olmasaydı, mən sənə sənin aqibətinin nə olduğunu bildirərdim, sən də işini bilərdin..." Əgər mənə izn verilsəydi, bütün bu xalq eşitsə belə, dediyimi deyərdim ki, ondan imtina etsinlər və onu inkar etsinlər".73

Molla Bağır, Küleyninin Məhəmməd Baqirin haqqında belə dediyini rəvayət edir: "Əli (Allah ondan razı olsun!) onun haqqında demişdir: — Bəni Haşimdən iki fərli adam qalmışdısa, onlar da Cəfər və Həmzə idilər, onlar getdilər, onlardan sonra bu qəbilədə iki zəif, iki zəlil kişi — Islamı yenicə qəbul etmiş Abbas və Əqil qaldılar".74

Bu onların Peyğəmbərin əmisi haqqında dedikləridir. Onun oğlu, ümmətin ilk ruhaniyyət alimi, Quranın tərcümanı, Rəsulullah səlləllahü əleyhi və səlləmin dostu Abdulla ibn Abbası isə onlar xəyanətdə ittiham edib onun haqqında belə demişlər: "Əli salavatullah əleyhi Abdulla ibn Abbası Bəsrəyə vali təyin edir. O isə Bəsrədəki beytül-malda (xəzinədə — tərc.) nə varsa hamısını götürüb, Əli əleyhissəlamı tərk edib Məkkəyə gəlir. Həmin pulun məbləği iki milyon dirhəm olub. Bunu eşidən Əli minbərə qalxır, ağlayır və deyir: — Bu da Rəsulullah səlləllahü əleyhi və alihinin əmisi oğlu! O öz elminə və qədir-qiymətinə baxmayaraq, belə edib. Onda bəs ondan əskik olanlara necə arxalanmaq olar? Allah, mən artıq onlardan cana doymuşam, məni qüvvəmi itirməmiş və yorulub əldən düşməmiş onların yanından Öz yanına apar".75

Kəşşi bunları "Əlinin Abbasın oğlanları Abdulla və Übeydullaya qarğışı" adlı müstəqil bir fəsil şəklində verir, sonra öz fikrini Əbu Cəfər əleyhissəlamın adından danışdığı bu yalan rəvayət vasitəsilə bildirir: "Əmirəlmöminin (Əli) əleyhissəlam demişdir: — Allah, filankəsin iki oğluna — yəni Abbasın oğlanları Abdullaya və Übeydullaya — lənət elə, onların gözlərini də qəlbləri kimi kor elə, onlar məni boğaza yığıblar, onların gözlərinin korluğunu qəlblərinin korluğuna dəlil elə".76

Buna bənzər yalançı, xəbis rəvayətlər onların "əl-Kafi"sində, Qümminin "Təfsir"ində, "əl-Əyyaşi”də, Safidə çoxdur.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə