MÜƏLLİf haqqinda bir neçƏ SÖZ



Yüklə 0,94 Mb.
səhifə4/14
tarix06.05.2017
ölçüsü0,94 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

ŞƏRİƏTİN KORLANMASI
Görəsən, bundan sonra da bu tayfanı yəhudilərin öz eybəcər məqsədlərini həyata keçirmək üçün doğduqlarına şəkk və şübhə edən bir nəfər tapılarmı? Onlar yəhudilərin müsəlmanların arasında rəvac verdikləri və yaydıqları rəylərini və fikirlərini qəbul etdikdən, bu fikirlərə tərəfdar olduqdan və öz dinlərinin binasını onun üzərində tikdikdən sonra özlərinin yəhudilərə mənsub olduqlarını inkar edirlər. Bu rəylərdən və fikirlərdən məqsəd isə müsəlmanları Məhəmməd səlləllahü əleyhi və səlləmin ruhu həqiqi islam ruhu olan təlimlərindən uzaqlaşdırmaq, həmçinin islam şəriətini korlamaqdır. Onlar şəriəti artıq bu sözləri ilə korlamışlar: "Nicat əməl, Kitab və Sünnə ilə deyil, bu allahsızların sözlərinə əsaslanmaq və onlara əməl etməkdədir. Onlar Quranı və Sünnəni pozsalar da, buna görə onlara irad tutulmaz”.

Bu fəsildə bir az əvvəldə onların məsum imamı Cəfər ibn Baqirin çaxır içən haqqında belə dediyinin şahidi olduq: "Əlini sevən bir adamı bağışlamaq Allahın əlində nədir ki?"121

Qümmi bundan da irəli gedib deyir: "Əbu Abdulla demişdir ki, Qiyamət günü Məhəmməd səlləllahü əleyhi və alihi dəvət olunacaq və ona pal-paltar geyindiriləcək... sonra əmirəlmöminin Əli əleyhissəlam dəvət olunacaq... sonra imamlar... sonra şiələr dəvət olunub onların qarşısında dayanacaqlar, sonra Fatimə və onun zürriyyətindən və şiəsindən olan qadınlar dəvət olunacaqlar. Bütün bu adamlar sorğu-sualsız Cənnətə daxil olacaqlar".122

Kəşşi rəvayət edir ki, Əbu Abdulla onun yanına gələn Cəfər ibn Əffana deyib: "Mənə xəbər çatıb ki, sən Hüseyn haqqında şer demisən". O cavab verib: "Bəli, Allah məni sənə fəda etsin!". O deyib: "O şeri mənim üçün de". Cəfər şeri deyib və əleyhissəlam onun təsirindən elə ağlayıb ki, göz yaşları üzünə və saqqalına axıb, sonra deyib: "Ey Cəfər (ibn Əffan), Allahın indi burada yaxında olan məlaikələri də sənin Hüseyn haqqında bu sözlərini eşidib mənim kimi, hətta məndən də artıq ağladılar. Ey Cəfər, Allah-təala sənin bütün axirətini Cənnətdə keçirəcəyinə qərar verdi, Allah sənin günahlarını bağışladı. Sonra o (Əbu Abdulla) deyib: "Ey Cəfər, sənə elə gəlmirmi ki, mən səni həddindən artıq tərifləyirəm?". O, cavab verib: "Bəli, ağam, mənə elə gəlir". Belə olanda Əbu Abdulla deyib ki: "Kim Hüseyn haqqında şer deyib ağlasa və başqalarını da ağlatsa, Allah onun Cənnətə düşməsinə qərar verər və günahlarını bağışlar".123

Bir görün ləkəsiz Məhəmməd şəriəti necə korlanır, onun ehkamları və buyruqları necə ləğv olunur! Onların arzuladıqları və istədikləri də elə budur. Elə bu dəstənin özü də buna görə yaradılmış, bu tayfanın özü, onun belə fırıldaqlarla dolu kitabları da buna görə uydurulmuşdur. Onlar həmin kitablara əsaslanır və onlara etiqad edirlər. Lakin etibarlı peyğəmbər Məhəmməd əleyhissəlamın gətirdiyi şəriət bizə xəbər verir ki, nicat yalnız yaxşı işlər görməkdədir. Qüdrət və Cəlal sahibi Allahın Öz Kitabında dediyi kimi: "Iman gətirənlər və yaxşı işlər görənlərə isə onların Rəbbi imanları müqabilində ağacları altından çaylar axan səadət bağları qismət edər".124

Sübhanəhü və Təala demişdir: "Iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər Allahın mərhəmətini istəyərlər, Allah isə Bağışlayan, Rəhmlidir".125

YENİ FİKİR” MƏSƏLƏSİ
Altıncısı. Yəhudilərin və Abdulla ibn Səbanın rəvac verdikləri fikirlərdən biri də o idi ki, "Allaha yeni fikir gələ bilər", yəni Allah bir şeyi unutduğundan, yaxud əvvəlcədən bilmədiyindən etməz və bu sonradan ağlına gələndə edər. Allah isə onların bu dediklərindən çox-çox yüksəklərdədir.

Şiə mühəddisi Küleyni özünün "əl-Kafi" əsərində "Yeni fikir" adlı müstəqil bir fəsil vermiş və orada, özünün dediyi kimi, "məsum" imamlar haqqında bir neçə rəvayət söyləmişdir. Onlardan bəzilərini nəzərdən keçirək.

Orada Rəyyan ibn Səltin dilindən deyilir: "Mən Rzanın (onların səkkizinci imamı Əli ibn Musanın) belə dediyini eşitmişəm: — Şərabı haram etmək lazım gəlməsəydi, Allah yeni qərar vermək fikrinə düşsəydi belə, heç bir peyğəmbər göndərməzdi".126

Bəs bu "yeni fikir" nədir? Küleyninin Əbu Haşim Cəfəridən nəql etdiyi başqa bir rəvayətdə bu belə təfsir olunur: "Bir dəfə mən Əbülhəsən əleyhissəlamın oğlu Əbu Cəfər öləndən sonra onun yanında idim. Öz-özümə fikirləşirdim ki, ona deyim ki, elə bil onlar hər ikisi, — mən Əbu Cəfəri və Əbu Məhəmmədi nəzərdə tuturam, — Əbülhəsən Musa və Ismayıl ibn Cəfər ibn Məhəmməd kimidirlər. Onların həyatları da bir-birinə bənzəyir. Belə ki, Əbu Məhəmməd Əbu Cəfərdən sonra mərcə (mərcəi-təqlid: bütün müsəlmanlar üçün nümunə — tərc.) idi... Əbülhəsən əleyhissəlam məni qabaqlayıb ağzımı açmağa qoymadı və dedi: — Düzdür, ey Əbu Haşim, Əbu Cəfər öləndən sonra Allaha Əbu Məhəmməd haqqında Əbu Cəfər haqqında bilmədikləri aydın oldu, eləcə də Ismayıl öləndən sonra Allaha Musa haqqında onun indiki vəziyyəti haqqında öyrəndikləri aydın olmuşdur. Bu, yalançılar tərəfindən ikrahla qarşılansa da, sənin danışdığın kimidir. Əbu Məhəmməd mənim özümdən sonra xələfim olacaq oğlumdur. O, lazım olan hər şeyi bilir: onun əlində imamlıq aləti var".127

Növbəxti yazır: "Cəfər ibn Məhəmməd Baqir öz oğlu Ismayılın imam olduğunu söyləmiş və buna o sağ ikən işarə vurmuşdur. Sonra Ismayıl ölmüş və o özü sağ ikən demişdir: — Allaha mənim oğlum Ismayıl haqqında aydın olan şey o zaman mənim haqqımda aydın olmamışdır".128

Artıq bu rəvayətlər "yeni fikir" ifadəsinin mənasını aydınlaşdırır. Məlum olur ki, bu, Allahın əvvəllər bilmədiyi bir məlumatdır. Allah hər şeydən xəbərdar olduğu haqqında Musa əleyhissəlamın dili ilə "Mənim Rəbbim nə yolunu azır, nə də bir şeyi unudur"129 dediyi halda, şiələrin Allah haqqında düşündükləri budur.

Allah Özünü Öz sözü ilə belə təsvir etmişdir: "O Allahdır ki, Ondan başqa ilahi yoxdur; O qeybi və aşkarı Biləndir".130

O, belə bir kəlamı ilə də bunu təsdiq etmişdir: "O Öz biliyi ilə hər şeyi əhatə etmişdir".131

Şiələr isə bunun əksinə olaraq nəinki özləri Allah haqqında belə fikirləşmir, əksinə, onların öz batil etiqadlarına inananların da tərifini göylərə qaldırırlar. Küleyni Cəfərin belə dediyini rəvayət edir: "Bu ümmətdən tək Əbdülmüttəlib diriləcək. O dirilərkən hökmdarların cəlalına və peyğəmbərlərin simasına malik olacaq, çünki o, Allahın yeni fikrə düşməsini deyən birinci adamdır".132
QAYITMA ƏQIDƏSİ
Onlardan, yəni fitnə toxumu kimi səpilmiş əqidələrdən biri də ölənlərin bu dünyaya qayıtması əqidəsidir. Şiələr bütünlüklə bu əqidəni qəbul edirlər. Onların kitablarını oxumuş və məzhəblərindən xəbərdar olan hər kəs yaxşı bilir ki, onlar Əlidən tutmuş uydurma imamları Ibn Həsən Əskəriyə qədər imamlığını təsdiq etdikləri hər bir şəxsin ölümündən sonra bu dünyaya qayıdacağına etiqad bəsləyirlər.
ONLARIN ÖZ İMAMLARİ HAQQINDA FİKİRLƏRİ
Belə fikirlərdən biri — onların öz imamlarını insanlardan, peyğəmbərlərdən və Allah elçilərindən uca tutub, onların insanların nə qədər yaşayacaqlarını və nə vaxt öləcəklərini bilən ilahilər olduqlarını iddia etmələridir. Guya onlardan heç nə gizli deyil, onlar bütün dünyaya sahibdirlər, peyğəmbərlər kimi mələklər də onlara ibadət edir, özü də heç kəs onlara bənzəyə bilməz. Oxucunun bu tayfanın əqidəsini onların öz kitablarından öyrənməsi üçün onlardan bəzi misallar gətirək.
IMAMLARIN QEYBDƏN XƏBƏRLƏRİ VAR”
Şiələrin böyüyü və mühəddisi özünün "əl-Kafi" adlı hədis kitabında "Imamlar bilmək istədiklərini bilirlər" başlığı altında rəvayət edir: "Cəfər demişdir: — Imam olan kəs bir şeyi bilmək istəsə, bilir".133

O, "Imamlar nə vaxt öləcəklərini bilirlər və onlar özləri istəmədən ölməyəcəklər" başlığı altında Əbu Bəsirin Cəfər ibn Baqirdən belə rəvayət etdiyini yazır: "O nə imamdır ki, qeybdən xəbəri olmasın, öz taleyini bilməsin. Allahın beləsini imam yaratdığını heç nə sübut edə bilməz".134-135


IMAMLARIN HƏDDİNDƏN ARTIQ ŞİŞİRDİLMƏSİ
Onlar öz imamlarını peyğəmbərlərdən də yüksəklərə qaldırmış, onları mürsəl peyğəmbərlərin ağasına bərabər etmiş, hətta ondan da üstün tutmuşlar. Bunu Müfəzzəl ibn Ömərin Əbu Abdulladan Əli (Allah ondan razı olsun!) haqqında etdiyi bu yalançı rəvayətdən görmək olar: "Əmirəlmöminin salavatullah əleyhi tez-tez deyərdi ki, mən Cənnət və Cəhənnəm arasında Allahın şərikiyəm. Bütün mələklər, ruhlar və peyğəmbərlər məni Məhəmməd səlləllahü əleyhi və alihini (Allah eləməmiş!) qəbul edən kimi qəbul etmişlər... Mən də öz üzərimdə onun kimi Rəbbin ağırlığını hiss edirəm. Rəsulullah da dəvət olunub geyindirilib-gecindirilir, mən də... Mənə əvvəllər heç kimin malik olmadığı keyfiyyətlər verilib; mən taleləri bilir, baş verəcək bəlalar haqqında əvvəlcədən xəbər verirəm, nəsəb (genealogiya — tərc.) elmindən, Allahın qəti sözündən xəbərim var. Məndən əvvəl baş vermiş elə bir şey yoxdur ki, mənim ondan xəbərim olmasın. Mənim nəzərimdən qaçıb məndən gizli qalan heç bir şey yoxdur. Allahın izni ilə müjdə verir və Onun izni ilə də məhv edirəm".136

Özü də onlar bu xüsusiyyətləri təkcə Əliyə (Allah ondan razı olsun!) aid etmir, həmçinin təsdiq edirlər ki, on iki imamın hamısı bu sifətlərə malikdirlər.

Küleyni Abdulla ibn Cündübün dilindən rəvayət edir ki, guya onların səkkizinci imamı Əli ibn Musa ona belə yazmışdır: "Sonra isə... biz Allahın yerdəki etibarlı nümayəndələriyik, qada-bəla, tale, ərəblərin əsil-nəsəbi, Islamın meydana gəlməsi haqqında hər şeyi bilirik. Biz adamı görən kimi onun mömin və ya münafiq olduğunu təyin edə bilirik. Bizim şiələrimizin və onların ata-babalarının adları əvvəlcədən yazılıb, Allah bizimlə və onlarla əhd-peyman bağlayıb".137

Onlar bundan başqa da Məhəmməd Baqirə böhtan atıb onun belə dediyini söyləyirlər: "Əli (Allah ondan razı olsun!) demişdir: — Mənə altı şey verilib: taleləri, üz verəcək bəlaları, vəsiyyətləri bilmək, son sözü demək, qayıtmalardan xəbər vermək,138 dövlətlər dövləti, əsa və damğa, adamlarla danışa bilən heyvan".139

Onlar bütün bunları Qüdrət və Cəlal sahibi Allahın öz dəyişməz Kitabında dediyi bu sözə məhəl qoymadan deyirlər: "De ki, Allahdan başqa göylərdəki və yerdəki heç kəs qeybi bilməz".140

Böyük şan-şövkət sahibi Özü demişdir: "Qeybin açarları Ondadır, onların yerini Ondan başqa heç kəs bilməz".141

Allah Öz kəramətli peyğəmbərinə buyurmuşdur ki, o özü üçün qərar versin, bilsin və elan etsin ki, o, qeybi bilmir. "De: — Mən sizə demirəm ki, məndə Allahın xəzinələri var, mən nə qeybi bilirəm, nə də sizə deyirəm ki, mən mələyəm".142

Bunu bu kəlamında da bildirmişdir: "De: — Mən özümə Allahın istədiyindən artıq nə fayda verə bilərəm, nə də ziyan. Mən qeybi bilsəydim də, nə xeyirim çoxalardı, nə də ziyanım yüngülləşərdi. Mən yalnız iman gətirən bir qövmə xəbərdarlıq edən və müjdə verən bir peyğəmbərəm".143

Bunu da Cəlal və Əzəmət sahibi Allah demişdir: "Allah Qiyamətin nə vaxt qopacağını, yağışın nə vaxt yağacağını bilir. O, bətnlərdə nəyin olduğunu da bilir. Heç kəs sabah nə baş verəcəyini bilməz, heç kəs harada öləcəyini bilməz. Həqiqətən, Allah hər şeyi Bilən və hər şeydən Xəbərdardır".144

Uğurlu və Uca Rəbb Allahın salamı və salavatı olmuş Peyğəmbərinə müraciət edərək münafiqlər haqqında belə demişdir: "Ətrafınızdakı bədəvilər içərisində və Mədinə əhalisi arasında ikiüzlülüyə adət etmiş münafiqlər var. Sən onları tanımazsan. Onları biz tanıyırıq. Biz onlara iki dəfə əziyyət verəcəyik, sonra isə böyük bir əzaba düşəcəklər".145

Allah-təala Təbuk döyüşündən qalmaq üçün Peyğəmbərdən icazə istəyən münafiqlər haqqında demişdir: "Sən onlara icazə verəndə ki kimin doğru, kimin yalan dediyi aydın olsun, Allah səni əfv etdi".146

Bu, Qüdrət və Cəlal sahibi Allahın dedikləri, o isə yəhudilərin uydurub rəvac verdikləri. Allah Öz Şanlı Kitabında xəlq olunmuşlardan heç birinin, hətta peyğəmbərlərin ağasının belə qeybi bilmədiyini bəyan etdiyi halda, bu tayfa deyir ki, imamlardan gizli heç nə yoxdur.

Allah peyğəmbərlərin imamının (Məhəmməd peyğəmbərin — tərc.), Allah istəməsə, özü üçün belə bir xeyir və zərər əldə edə biləcəyini inkar edir. Onlar isə Əlini (Allah ondan razı olsun!) Cənnət və Cəhənnəmin bölüşdürücüsü edir və şiələri o mərtəbəyə qaldırırlar ki, peyğəmbərlərlə və mürsəllərlə onlara görə əhd-peyman edilir.

Uğurlu və Uca Allah Qiyamətin nə vaxt qopacağını, yağışın nə vaxt yağacağını, ölümün vaxtını və yerini bilməyi özünə aid etmişdir. Lakin şiələr bu xüsusiyyətləri öz imamlarına aid etmişlər. Həmçinin Allah xəlq olunmuşların ağasının münafiqləri tanımasını və onları möminlərdən ayıra bilməsini inkar etdiyi halda, onlar deyirlər ki, imamlar adamların mömin, yaxud münafiq olduqlarını dərhal bilirlər.

Siz bir Allahın Öz Peyğəmbəri Məhəmməd əl-Mustafa səlləllahü əleyhi və səlləmə nazil etdiyi dininə və bu tayfanın yəhudilərin və atəşpərəstlərin onlara "vəhy etdikləri" və təlqin etdikləri dinlərinə baxın, onların bir-birindən fərqinə və uzaqlığına fikir verin.

Şiələr bununla da kifayətlənmir, habelə açıq-aşkar peyğəmbərlərə və Allah elçilərinə hörmətsizlik göstərir, imamlarını tərifləməkdən yorulmur, onları peyğəmbərlərdən də yüksəklərə qaldırırlar.

Küleyni rəvayət edir ki, Yusif Təmmar demişdir: "Biz bir dəstə şiə Həcərdə Əbu Abdulla əleyhissəlamla birlikdə idik. O (Əbu Abdulla) dedi: — Üstümüzdə göz (casus) var. Biz sağa-sola çevrilib baxdıq, heç kəsi görmədik və dedik: — Üstümüzdə göz yoxdur. O dedi: — Kəbənin Rəbbinə and olsun. — Üç dəfə belə deyib davam etdi: — Musa və Xızr əleyhissəlamların yanında olsaydım, onlara deyərdim ki, mən onların hər ikisindən çox bilirəm və onlara bildiklərini xəbər verərdim; çünki Musa və Xızr əleyhissəlamlara olub keçmiş şeyləri bilmək bacarığı verilib, onlara gələcəkdə olacaq və Qiyamət gününədək olan hadisələri bilmək bacarığı verilməyib".147

Yenə də guya o deyib: "Mən səmalarda və yerdə nə olduğunu, Cənnətdə və Cəhənnəmdə nə olduğunu, ümumiyyətlə, əvvəllər baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilirəm".148

Bundan böyük yalan və açıq-aşkar hörmətsizlik olar? Bəli, onlardan bundan da çox-çox böyük yalanlar və hörmətsizliklər görmək mümkündür. Onlar öz imamlarını şişirdib böyütməkdən ötrü yalandan rəvayətlər düzəltmiş, onları Allahın peyğəmbərlərindən və elçilərindən üstün tutmuşlar.

Cəfərdən onun özünü Xızr və Musa əleyhissəlamlardan üstün tutması nəql olunduğu kimi, onların öz imamlarını hətta peyğəmbərlərin sonuncusundan və mürsəllərin başçısından da üstün tutmaları haqqında misallar gətirilmişdir.

"Əl-Bəsair"in müəllifi, Əbu Həmzənin belə dediyini rəvayət edir: "Mən Əbu Abdullanın bu sözləri dediyini eşitmişəm: — Bizlərdən eləsi var ki, qulaqdan itidir, eləsi var ki, yatanda ölü kimi yatır, eləsi var ki, qulağına teştə zəncir düşən kimi səs gəlir, eləsi də var ki, gözünə Cəbrayıl və Mikayıldan da böyük bir surət görünür".149

Rəvayət edirlər ki, Əbu Rafi Xeybərin fəthi haqqında danışarkən belə demişdir: "Əli yola düşdü, mən də onunla birlikdə. Səhər açılanda o, şəhəri fəth etdi və adamların arasına çıxıb uzun-uzadı dayandı. Adamlar bir-birinə dedilər: "Yəqin Əli Rəbbi ilə danışır". Bir qədər belə qaldıqdan sonra o, fəth etdiyi şəhəri qarət etməyi əmr etdi". Əbu Rafi sözünə davam edir: “Mən Peyğəmbər səlləllahü əleyhi və alihinin yanına gəlib dedim ki, Əli sənin əmr etdiyin kimi, adamların arasında dayanıb, onlardan bəziləri deyirlər ki, Allah onunla danışır. O (Peyğəmbər) dedi: "Bəli, ey Əbu Rafi. Allah onunla danışır. Taif döyüşündə də, Təbuk döyüşündə də, Hüneyn döyüşündə də danışıb".150

Həmçinin Əbu Abdullanın belə dediyi göstərilir: "Rəsulullah Taif əhalisinə dedi: — Mən sizə özüm kimi bir kişi göndərəcəyəm, Allah onun gücü ilə Xeybəri fəth edəcək. Onun qılıncı qırmancıdır...”. Adamlar yollara boylanıb onu gözləməyə başladılar. Səhər açılanda Peyğəmbər Əlini öz yanına çağırdı və dedi ki, Taifə get. Sonra Allah Peyğəmbərə əmr etdi ki, onun (Əlinin) ardınca getsin. Peyğəmbər onun yanına çatanda Əli dağın başında idi. Rəsulullah ona xəbərdarlıq etdi ki, dözümlü ol. Bu vaxt biz gurultu eşitdik. Soruşduq ki, ya Rəsulullah, bu nədir? Dedi: — Allah Əli ilə danışır".151

Bu necə də qəribə bir tayfadır. Görün onlar yollarını necə azmışlar ki, Məhəmməd səlləllahü əleyhi və səlləmdən sonra yerdən ilahi vəhyin kəsildiyini və peyğəmbərliyin sona yetdiyini danmaq səviyyəsinə gəlib çatırlar. Belə ki, onlar öz imamlarına Cəbrayıldan və Mikayıldan böyük mələklərin nazil olduğunu bildirir, bununla da imamların peyğəmbərlərdən üstün olduqlarını bəyan edirlər.

Budur, Seyid Nemətulla Cəzairi öz kitabında qeyd edir: "Bil ki, əshabələrimiz (Allah onlardan razı olsun!) arasında Peyğəmbərimizin səma xəbərlərini ardıcıl olaraq yerə çatdırmış sair peyğəmbərlərdən daha şərəfli olması məsələsində ixtilaflar yoxdur. Onların arasındakı ixtilaf Əmirəlmömininin (Əlinin) və pak imamların öz babalarından başqa bütün peyğəmbərlərdən üstün olub-olmaması məsələsindədir. Onlardan bir dəstə adam bu fikirdədir ki, imamlar ululəzm (böyük peyğəmbərlər: Nuh, Ibrahim, Musa, Isa və Məhəmməd əleyhissəlamlar — tərc.) peyğəmbərlərdən başqa, qalan peyğəmbərlərdən üstündürlər, bu peyğəmbərlər isə imamlardan üstündürlər. Bəziləri onların bir-birinə bərabər olduğunu deyirlər. Qalan əksəriyyət isə imamların ululəzm və digər peyğəmbərlərin hamısından üstün olduğu fikrini irəli sürürlər ki, doğrusu da budur".152

"Öz babalarından başqa" ifadəsi isə sırf saxtakarlıqdan başqa bir şey deyil, çünki onlar imamları, onların öz kitablarından gətirdiyimiz misallardan göründüyü kimi, onun (babaları Məhəmmədin) özündən də üstün hesab edirlər. Molla Məhəmməd Baqir Məclisi "Bihar əl-ənvar" kitabında yalandan Peyğəmbər əleyhissəlamın Əliyə belə dediyini qeyd etmişdir: "Ey Əli, sən mənim malik olmadığım xüsusiyyətlərə maliksən: sənin arvadın Fatimədir, mənim elə arvadım yoxdur; sənin ondan iki oğlun var, mənim elə oğullarım yoxdur; sənin arvadının anası Xədicədir, mənim elə qaynanam yoxdur; sənin qaynatan mənəm, sənin qaynatan kimi qaynatam yoxdur; Cəfər sənin atabir qardaşındır, mənim Cəfər kimi qardaşım yoxdur; haşimilərdən olan mühacir qadın Fatimə sənin anandır, mənim üçün elə ana haradandır?".153

Onların şeyxi Müfid154 Hüzeyfənin dilindən Peyğəmbər salavatullahla onun arasında belə bir söhbət olduğunu rəvayət edir: "Peyğəmbər salavatullah dedi: — Mənim qabağıma çıxan adamı görmədinmi? Mən dedim: — Gördüm, ya Rəsulullah! O dedi: — Bu, Qiyamət günündən əvvəl heç vaxt yerə düşməyəcək bir mələkdir, indi Əliyə salam verməkdən ötrü Qüdrət və Cəlal sahibi Allahdan izn istəyib. Allah ona izn verib, o da Əlini salamladı".155

Bu tayfanın uydurduğu yalanların və öz imamlarını şişirtmələrinin dərəcəsinə baxın ki, onlar bu yolda iki dünyanın (həyatın — tərc.) ağası Peyğəmbərin şan-şövkətini kiçiltməkdən, öz imamlarını ondan yüksəyə qaldırmaqdan belə çəkinmirlər.

Yenə də Müfidin rəvayət etdiyi daha bir uydurma əhvalata nəzər yetirək: "Əbu Ishaqın dediyinə görə onun atası demişdir: — Bir dəfə Rəsulullah səlləllahü əleyhi və səlləm əshabələrindən bir neçəsi ilə oturmuşdu. Bu zaman Əli ibn Əbu Talib əleyhissəlam ona yaxınlaşdı. Belə olduqda Rəsulullah dedi: — Kim Adəmin görkəmini, Nuhun hikmətini, Ibrahimin həlimliyini görmək istəyir, Əli ibn Əbu Talibə baxsın".156

Bir halda ki Əli və onun övladları, şeytanın şiələrə təlqin etdiyi kimi, bu mərtəbədə idilər, onda onları bu dünyanın və o dünyanın sahibi eləməyə nə vardı ki? Küleyninin öz hədis kitabında "Yer kürəsi bütünlüklə imamındır" başlığı altında Əbu Abdulladan rəvayət etdiyi kimi, onlar doğrudan da, bunu etmişlər: "Bu dünya və axirət imama məxsusdur. O bunları istədiyi yerə qoya bilər, istədiyi adama verə bilər".157

Həmçinin Əbdürrəhman ibn Kəsirdən Cəfər ibn Baqirin belə dediyi rəvayət olunmuşdur: "Biz Allahın əmrinin, Allahın elm xəzinəsinin və Allahın vəhy sandıqçasının sahibləriyik".158

Guya Baqir demişdir: "Biz Allahın elminin xəzinədarı, Allahın vəhyinin tərcüməçiləriyik; biz uca (səma altında və yer üstündə olan — tərc.) bütün canlılara kamil nümunəyik".159

Onlar imamları bəşəriyyətin fövqünə qaldırmaq üçün onlar haqqında elə batil rəvayətlər, yalan əhvalatlar, gülməli əfsanələr uydurmuşlar ki, hətta onların ilahi olmasına bir şey qalmır. Belələrinə misal olaraq Cəzairinin Bərsidən etdiyi rəvayəti göstərmək olar: "Bərsi Xeybər döyüşünü təsvir edərkən rəvayət etmişdir ki, oranı Əli əleyhissəlam fəth etmişdir. Bu döyüşdə Mürhib öldürüldükdən sonra Cəbrayıl Rəsulullah səlləllahü əleyhi və səlləmə xəbər gətirir. Peyğəmbər ondan nə xəbər gətirdiyini soruşur. O deyir: — Ya Rəsulullah, Əli qılıncını qaldırdı ki Mürhibi vursun, Allah Sübhanəhü Israfil və Mikayıla əmr etdi ki, onun əlini havada tutsunlar ki, var qüvvəsi ilə vurmasın. Buna baxmayaraq, Əli onun özünü, zirehini, eləcə də atını iki yerə böldü və qılınc yerin dərin qatlarına çatdı. Allah Sübhanəhü mənə dedi ki, ya Cəbrayıl, onu qabaqlayıb yerin altına gir və Əlinin qılıncına mane ol ki, o, Yeri belində saxlayan öküzə gedib çatmasın, yoxsa Yer alt-üst olar. Mən gedib qılıncdan yapışdım. Qılınc mənə qanadım üstündə Lut qövmünün şəhərlərindən ağır gəlirdi, yeddi şəhərin ağırlığına bərabər idi. Mən onu Yerin yeddinci qatından çəkib çıxardım və qanadımın bir tükü üstünə qoyub səmanın yaxınlığına qaldırdım, sübh açılıb Allah mənə onu yerə qoymağı əmr edənədək belə qaldım. Mən öz qanadımın tükü üzərində Əlinin qılıncından ağır bir şey görməmişəm...” Yenə həmin gün qala fəth olunub oradakı qadınlar əsir alınanda onların arasında qalanın hökmdarının Səfiyyə adlı bir qızı da vardı. O, Peyğəmbər əleyhissəlamın qarşısından keçəndə Peyğəmbər gördü ki, onun üzündə yara var. Ondan səbəbini soruşdu. Qız dedi ki, Əli qalaya gəlib onu almaq istəyəndə onun bürclərinin birinin yanına gəldi. O, bürcü silkələdi, bütün qala silkələndi. Kim ki yüksək yerə çıxmışdı, oradan yerə düşdü. Mən də öz çarpayımın üstündə əyləşmişdim, onun üstündən diyirlənib yerə düşdüm, çarpayı məni yaraladı. Peyğəmbər ona dedi ki, ey Səfiyyə, Əli qəzəblənib qalanı silkələyəndə Allah onun qəzəbləndiyinə qəzəbləndi və bütün səmaları elə silkələdi ki, mələklər qorxub üz üstə düşdülər. Görün onun necə ilahi şücaəti var imiş!.. Xeybərin qapısı elə bir qapı idi ki, gecələr onu qırx kişi çətinliklə bağlayırdı. Əli qalaya daxil olanda zərbənin qüvvəsindən qalxanı əlindən uçub getdi. O, qalanın qapısını yerindən çıxardı. Allah qalanı ona təslim edənə kimi o, qapını əlində qalxan kimi tutub döyüşdü".160

Görəsən, bundan sonra onun ilahidən əskik bir şeyi var? Bax bu tayfa belə tayfa, onların əqidələri belə əqidələrdir. Allah bizi o əqidələrdən və onların özlərindən qorusun! Qüdrət və Cəlal sahibi Allah bu kəlamında doğru buyurmuşdur: "Onların sözləri əvvəllər kafirlik edib yalan dedikləri üçün Allahın məhv etdiyi adamların sözlərinə oxşayır; onlar haqdan üz çevirməkdə davam edirlər".161



II-ci fəsil
ŞİƏLƏR VƏ QURAN
Sünnilərlə şiələr arasındakı ixtilaflardan ən mühümü ondan ibarətdir ki, Sünnə əhli bütün digər müsəlmanlar kimi inanır ki, Allahın Peyğəmbərimiz Məhəmməd səlləllahü əleyhi və səlləmə nazil etdiyi Qurani-məcid bütün insanlara Allah tərəfindən nazil edilmiş sonuncu kitabdır və o, nəinki dəyişilməmiş və təbdil olunmamışdır, habelə Qiyamət gününədək dəyişilməyəcək və təhrif olunmayacaq. O, müshəflərin (Quranın əlyazma variantı, yaxud ümumiyyətlə Quran kitabı — tərc.) cildi içərisində qorunur. Çünki Allah Özü rəsulların vəfatından sonra artırılma və əskildilmədən qoruna bilməmiş Ibrahimin və Musanın sühüfləri, Zəbur, Incil və digər əvvəllər nazil olmuş qədim kitablardan fərqli olaraq, Quranın hər hansı təhrifdən, əskildilməkdən və artırılmaqdan qorunmasına və saxlanmasına zəmanət vermişdir. Həmin kitablardan fərqli olaraq, Sübhanəhü-təala Quranı nazil edərkən demişdir: "Zikri həqiqətən Biz nazil etmişik, Biz də onu qoruyuruq".162 Həmçinin demişdir: "Onu toplamaq və oxutdurmaq Bizim borcumuzdur, Biz onu oxuyanda sən qiraəti izlə. Onun izahı da Bizim borcumuzdur".163 Daha sonra demişdir: "Nə keçmişdə batil edilmiş, nə də gələcəkdə batil ediləcəkdir; Hikmətli və Bəyənilmiş Allahın nazil etdiyidir".164

Quranın Allah tərəfindən qorunmasına və saxlan-masına inanmamaq adamı Quranı inkar etməyə və Rəsulullah səlləllahü əleyhi və səlləmin gətirdiyi şə-riəti batil etməyə sövq edir, çünki o belə olduqda Hikmətli Kitabın ayələrindən hər birinin təbdil və təhrif olunduğunu ehtimal edir. Ehtimallar başlanan yerdə isə etiqadlar, imanlar batil olur. Çünki iman yalnız inamla mümkündür, zənlər və ehtimallarla yox!

Şiələr isə insanların əlindəki Böyük Allahın hifz etdiyi bu Qurani-kərimə inanmır, bütün müsəlman birliklərinə, islam məzhəblərinə müxalif çı-xır, Qurandakı və Sünnədəki bütün düzgün mətnləri inkar edir, ağlın və müşahidənin sübut etdiyi hər bir şeyin əksinə çıxır, haqqı danır və doğruya məhəl qoymurlar.

Sünnə əhli ilə şiələr arasında, başqa sözlə desək, müsəlmanlarla şiələr arasında165 əsas həqiqi ixtilaf bundan ibarətdir. Çünki insan Quranın Rəsulullah səlləllahü əleyhi və səlləmin Qüdrət və Cəlal sahibi Allahın əmri ilə təbliğ etdiyindən ibarət olduğuna inanmadan müsəlman ola bilməz. Quranın inkarı isə Rəsulu təkzib etməkdən başqa bir şey deyil.

Indi də şiələrin Qurana dair fikirlərini əks etdirən mətnləri nəzərdən keçirək. Müsəlmanlar ara-sında imam Buxarinin böyük nüfuza malik olduğu kimi, şiələr arasında imam kimi tanınmış böyük şiə mühəddisi Küleyni özünün "əl-Kafi fi əl-üsul" kitabında Hişam ibn Səlimdən Əbu Abdulla əleyhis-səlamın belə dediyini rəvayət edir: "Cəbrayıl əleyhis-səlamın Məhəmməd səlləllahü əleyhi və alihiyə gətirdiyi Quran on yeddi min ayədir".166

Məlumdur ki, Quranın ayələrinin sayı altı mindən bir az çoxdur. Şiə təfsirçisi Əbu Əli Təbərsi öz təfsirində əd-Dəhr surəsindən bir ayənin altında belə bir qeyd etmişdir: "Quranın bütün ayələrinin sayı altı min iki yüz otuz altıdır".167

Buradan belə çıxır ki, şiələr Quranın üçdə ikisini itiriblər. “əl-Kafi”dəki bir rəvayətdə də belə deyilir: "Əbu Bəsir demişdir: "Əbu Abdulla əleyhis-səlamın yanına girdim və dedim: — Sənə fəda olum, mən səndən bir şey soruşmaq istəyirəm. — Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki? — Əbu Abdulla özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: — Soruşmaq istədiyini soruş. Mən dedim: — Sənin şiələrin danışırlar ki, Rəsulullah səlləllahü əleyhi və alihi Əliyə bir qapı tanıdıb — ondan min qapı açılır. O dedi: — Rəsulullah səlləllahü əleyhi və alihi Əliyə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: — Allaha and olsun ki, bu elmdir. O bir qədər susdu, sonra dedi: — Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: — Ey Əbu Məhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: — Sənə fəda olum, Camiə nə olan şeydir? — O dedi: — Camiə uzunluğu Rəsulullah səlləllahü əleyhi və alihinin dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbərin dilindən çıxan sözlərdir. Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: — Ey Əbu Məhəmməd, izn verirsən? Dedim: — Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi: — Elə götürək bu ərəşi. O bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: — Allaha and olsun ki, bu elmdir. O dedi: — Bu, doğrudan da, elmdir, amma o elmdən deyil. Sonra bir qədər sakit oturduqdan sonra dedi: — Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir? Mən soruşdum: — Yaxşı, Cifr nədir? O dedi: — Bu elə bir dəri lövhədir ki, onda peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var. Mən dedim: — Elm buna deyərlər. O dedi: — Düzdür, bu elmdir, lakin o elmdən deyil. Sonra yenə bir az susduqdan sonra dedi: — Bizdə Fatimə əleyhəs-səlamın Müshəfi var, onlar isə bilmirlər ki, Fatimə Müshəfi nə olan şeydir? Mən soruşdum: — Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi: — Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur"168 və s. və i.a.

Bu rəvayətdə, adətən, şiələrin əqidələrinin özülü olan axmaq fikirlər, xürafat və boş sözlər bir yana dursun, açıq-aşkar bildirilir ki, şiələrdən başqa bütün müsəlmanların əsaslandıqları mövcud müshəfdə Quranın dörddən üç hissəsi buraxılıb və itib-batıb.

Bəs özlərini — məzhəblərini gizlədərək və müsəlmanları aldadaraq — Quranın təhrif olunduğunu deyənləri inkar edən kimi qələmə verən şiələr "ixtiyar sahibi", məşhur Mehdinin "elçi”ləri ilə "görüşən", bu "elçi”lərin vasitəçiliyi ilə özünün “əl-Kafi” kitabını "ixtiyar sahibi”nə göstərib onun razılığını alan, "azmüddətli qeybolma vəziyyəti keçirən" Məhəmməd ibn Yəqub Küleyninin nəql etdiyi bu iki rəvayət haqqında nə deyirlər?

Bəs insaflı adamlar bu hərəkətə və onun özünə necə baxırlar?

Ey alimlər, ey fəzilət sahibləri, günahkar kimdir? Cinayət işlədib rüsvay olan, yoxsa cinayətin baş verdiyini, bunun biabırçılıq olduğunu deyən? Belə rəvayətlər bir, iki deyil. Şiələrin Quranın dəyişikliklərdən və təbdillərdən hifz olunmadığını, mövcud Quranın şiə Quranı olmadığını, bir hissəsinin uydurma, bir hissəsinin də təhrif edilmiş olduğunu iddia etdikləri saysız-hesabsız rəvayətlər və əhvalatlar var. Görün bu şiələr Əbu Cəfər haqqında nə rəvayət edirlər. "Bəsair əd-dərəcat"ın müəllifi deyir: "Bizə Əli ibn Məhəmməd Qasim ibn Məhəmməddən, o da Süleyman ibn Davuddan, o da Yəhya ibn Ədimdən, o da Şərikdən, o da Cabirdən bir dəfə Əbu Cəfərin belə dediyini söyləmişdir: — Rəsulullah Minada öz əshabələrini yanına çağırdı və onlara dedi: — Mən sizə Allahın müqəddəs şeylərini: Allah Kitabını, öz ailə üzvlərimi və Müqəddəs Kəbəni qoyub gedirəm. Guya sonra Əbu Cəfər demişdir: — Indi baxıram: Peyğəmbərdən sonra Allahın Kitabını təhrif etmişlər, Kəbəni dağıtmışlar, Peyğəmbərin ailə üzvlərini isə öldürmüşlər. Beləliklə, Allahın bütün əmanətlərinin axırına çıxmışlar".169

Bundan da böyük yalan olar? Bəli, olarmış, özü də bundan da böyük və bundan da açıq-aşkar. Bu, Küleyninin “əl-Kafi”dəki rəvayətidir: "Əbülhəsən Musa əleyhissəlam həbsdə olan Əli ibn Süveydə yazmışdır: “Öz şiələrindən olmayanların dinini qəbul etmə və sevmə, onlar Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmişlər" — dedikdə nəyi nəzərdə tuturam? Allahın Kitabı onlara əmanət qoyulmuşdur, onlar isə onu təhrif və təbdil etmişlər".170

Küleyni buna bənzər bir rəvayət də Əbu Bəsirdən edir: Əbu Bəsir Əbu Abdulla əleyhissəlamdan rəvayət edib deyir ki, mən bir dəfə ona dedim: — Qüdrət və Cəlal sahibi Allah demişdir: "Bu Bizim sizə həqiqəti danışan Kitabımızdır”. O dedi: — Kitab heç vaxt danışmayıb, danışmayacaq da, lakin bu kitabın dili ilə danışan Rəsulullahdır. Adı təsvirə gəlməyən Allah elə yox, belə demişdir: “Bu Bizim sizə həqiqət danışılan Kitabımızdır". Mən dedim: — Sənə fəda olum, biz bu ayəni belə oxuyuruq. O dedi: — Allaha and olsun ki, onu Cəbrayıl dediyim kimi gətirib, sonralar Allahın Kitabı təhrif olunub".171

Şiələrin doğrucul hesab etdikləri Ibn Babveyh Qümmi öz kitabında belə rəvayət edir: "Bağdad hafizi Məhəmməd ibn Ömər Hafiz Bağdadi bizə Abdulla ibn Bişrdən, onun Əcləhdən, onun Əbu Zübeyrdən, onun da Cabirdən eşitdiyi bir hədis danışmışdır. Cabir belə demişdir: "Mən Rəsulullah səlləllahü əleyhi və alihinin bu sözləri dediyini eşitmişəm: "Qiyamət günü gələndə üç şey şikayət edəcək: Müshəf, məscid, mənim nəslim. Müshəf deyəcək: — Ya Rəbb, məni yan-dırıblar və parça-parça ediblər"172 və i.a.

Tanınmış şiə təfsirçisi Şeyx Mühsin Kaşi şiələrin bu böyük təfsirçisi haqqında belə nəql edir: "O öz təfsirində Əbu Cəfər əleyhissəlamın belə dediyini qeyd etmişdir: — Allahın Kitabını artırıb-əksiltməsəydilər, bizim haqqımız ağıllı adamlardan gizli qalmazdı və bizim qaimimiz (müdafiəçimiz: sonuncu imama işarədir — tərc.) üzə çıxanda Quran onu təsdiq edərdi".173



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə