MÜƏLLİf haqqinda bir neçƏ SÖZ


TƏQİYYƏ AĞ YALANDAN BAŞQA BİR ŞEY DEYİL



Yüklə 0,94 Mb.
səhifə9/14
tarix06.05.2017
ölçüsü0,94 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

TƏQİYYƏ AĞ YALANDAN BAŞQA BİR ŞEY DEYİL
Şiələrin bəziləri özlərini təqiyyəni inkar edən kimi göstərmiş, özlərini elə aparmışlar ki, guya onlar təqiyyə deyəndə yalan demək istəmirlər, onunla özlərini şərdən qoruyub saxlamaq üçün fikirlərini gizlətmək məqsədi güdürlər.

Həqiqət isə budur ki, bu belə deyil, onlar bunu de-yəndə də yalan işlətmişlər. Çünki onlar təqiyyəni yal-nız yalan demək və aldatmaq, batində fikirləşdiklə-rinin əksini göstərmək məqsədilə işlədirlər.

Buna dəlil və sübut kimi rəvayətlər göstərək:

Məsələn, Məhəmməd ibn Yəqub Küleyni özünün “əl-Kafi fi əl-füru” hədis toplusunda Əbu Abdulladan belə rəvayət edir ki, münafiqlərdən bir kişi ölür-müş, Hüseyn ibn Əli (Onların hər ikisinə Allahın salavatı olsun!) cənazə ilə birlikdə yola çıxır. Onun qarşısına bir mövlası (mövla: azad olunmuş qul. — red.) çıxır, Hüseyn əleyhissəlam ondan soruşur: “Hara gedirsən?” O deyir: “Bu münafiqin cənazəsindən qaçı-ram ki, onun üçün namaz qılmayım”. Hüseyn əleyhissə-lam ona deyir: “Sən namaz zamanı mənim sağımda dayan və məndən nə eşitsən, sən də elə de”. Guya dostu Hüsey-nin təkbir duasında belə dediyini söyləyir: “Allahü əkbər! Allah, sən bu qulun filankəsə min dəfə eyni, bir-birindən fərqlənməyən lənətlər yağdır. Qulla-rından birini cəzalandır, onu Cəhənnəm odunun qız-marına at, ona Özünün ən şiddətli əzabını daddır, çünki o sənin düşmənlərinə dost, övliyalarına düş-mən olmuşdur; o sənin Peyğəmbərinin ailəsinə nif-rət etmişdir”.347

Sonra onlar bu qəbildən olan bir yalanı Rəsul səl-ləllahü əleyhi və səlləmə aid edib ona böhtan atmış və demişlər ki, Əbu Abdulla əleyhissəlamın dediyinə görə Abdulla ibn Übey ibn Səlul öləndə Peyğəmbər onun dəfnində iştirak edirdi. Ömər Rəsulullah səl-ləllahü əleyhi və səlləmə dedi: “Məgər Allah sənə onun qəbri üstündə dayanmağı qadağan etməmişdir?” Peyğəmbər cavab vermədi. Ömər yenə soruşdu: “Ya Rəsu-lullah, məgər Allah sənə onun qəbri üzərində dayan-mağı qadağan etməmişdir?” Belə olduqda Peyğəmbər dedi: “Hayıf ki, sən mənim nə dediyimi anlamırsan. Mən dedim ki, ilahi, onun içinə od sal, qəbrini odla doldur, onu Cəhənnəmə vasil elə”.348

Şiələrin təqiyyə haqqında əqidələri hətta onu de-məyi rəva bilir ki, Rəsul səlləllahü əleyhi və səlləm adamları (Allah eləməmiş!) aldadırmış. Belə ki, o özünü Allahın ona bağışlanmasını xahiş etməyi qada-ğan etdiyi münafiqin bağışlanmasını xahiş edən ki-mi göstərir. Beləliklə də, özünü Allahın əmrlərinə və qadağanlarına qarşı çıxan kimi aparır. Belə ki, o özü öz əshabələrinin Rəsulullah əleyhissəlamdan rəva-yət olunanlara əsasən etdiklərinin əksini edir. Axı onlar heç nəyi Rəsulullahın onun lehinə, yaxud əley-hinə olduğunu bilmədən etməzdilər Necə ola bilər ki, Rəsul yoldaşlarının rəhmət dilədikləri bir şəxsi lənətləsin? Necə ola bilər ki, onun gizlin fikir-ləri aşkar fikirlərinə, zahiri batininə o qədər zidd olsun və Ömər də, onların rəvayət etdiklərinə görə, (Allah eləməsin!) bunu istəmiş olsun?

Soruşmaq gərəkdir ki, Rəsullulah səlləlahü əleyhi və səlləm Islamın güclü olduğu o dövrdə nədən qorxub Abdulla ibn Übeyin cənazəsi üzərində namaz qılmağı qadağan etmirdi? Ibn Übey özü Islamdan və onun şöv-kətindən qorxub, onun qazanc və faydalarına tamah sa-lıb münafiqlik etmirdimi? Elə şiələr də bu ifti-ranı yalnız və yalnız özlərinin Rəsulullah səlləllahü əleyhi və səlləmin də imamlar kimi təqiyyəyə əməl et-məsi haqqında çirkin əqidələrini isbat etməkdən ötrü uydurmuşlar. Şiələrin özlərini qorumaq və şərin qarşısını almaq üçün öz fikirlərini gizlətməkdən ibarət bir şey olduğunu iddia etdikləri təqiyyə budur. Görəsən, bunun ikiüzlülük və yalanın eyni olduğuna şübhə edən bir nəfər varmı?

Bir başqa rəvayət onun sırf ikiüzlülük olduğunu aydınlaşdırır. Küleyni “əl-Kafi”nin “Kitab ər-rövzə” hissəsində Məhəmməd ibn Müslimin belə dedi-yini rəvayət edir: “Bir dəfə Əbu Hənifə Əbu Abdulla əleyhissəlamın yanında olanda mən onun yanına girdim və ona dedim ki, sənə fəda olum, qəribə bir yuxu gör-müşəm. O mənə dedi ki, ey ibn Müslim, yuxunu danış, onun alimi burada əyləşib. Bunu deyib əli ilə Əbu Hə-nifəyə işarə etdi. Mən dedim: “Yuxuda gördüm ki, guya mən öz həyətimə girdiyim vaxt arvadım əlində çoxlu qoz qarşıma çıxıb qozları mənim üstümə atdı. Mən bu yuxuya məəttəl qaldım”. Əbu Hənifə dedi: “Sən öz arva-dının mirası üstündə alçaq adamlarla rəqabət aparır, çalışırsan. Böyük əziyyətdən sonra, inşallah, istə-yinə nail olacaqsan”. Əbu Abdulla əleyhissəlam dedi: “Ey Əbu Hənifə, Allaha and olsun ki, doğru dedin!”.

Sonra Əbu Hənifə çıxıb getdi və mən ona dedim: “Sənə fəda olum, mən bu yalançının ifadəsindən iyrəndim”. O dedi: “Ey Ibn Müslim! Allah sənə pislik eləməsin, onların ifadələri bizim ifadələrimizlə, bizimki onlarla bir deyil. Bu ifadə onun dediyi mə-nanı vermir”. Mən dedim: “Sənə fəda olum, bəs o, səhv etdiyi halda sənin and içib ona “doğru dedin” deməyinə nə ad verək?” O dedi: “Bəli, mən and içdim ki, o, ya-lanı doğru dedi”.349

Məlumdur ki, Əbu Hənifə (Allah ona rəhmət eləsin!) hakimiyyət və şan-şövkət sahibi deyildi ki, adamlar ondan heybətlənib qorxsunlar. Əksinə, o, hökm və ad-san sahiblərinin yanında nifrətə layiq, özü də onlardan narazı bir adam idi.

Sonra, o (Əbu Hənifə), Əbu Abdulla Cəfərdən nə onu mədh etməsini, nə yuxu yozmaq xahiş edəni ona yönəltməsini xahiş etməmişdi. Əksinə, Əbu Abdulla özü onu tərifləmiş, Məhəmməd ibn Müslimə demiş-di ki, yuxunun yozumunu ondan soruşsun. O, Məhəmməd ibn Müslimə cavab verəndə Əbu Abdulla onun doğru dediyini söyləmiş və buna and içmişdi. Lakin sonra onun səhv etdiyini demiş və onu pisləmişdi. Buna nə deyilə bilər? Bunun ikiüzlülükdən başqa adı varmı?

Belə bir rəvayət də Qüdrət və Cəlal sahibi Allahın Kitabından bir ayə haqqında rəvayət olunur. Küleyni həmin rəvayəti “əl-Kafi”də belə verir: “Musa ibn Əşyəm demişdir ki, bir dəfə mən Əbu Abdulla əley-hissəlamın yanında olanda bir nəfər ondan Qüdrət və Cəlal sahibi Allahın Kitabından bir ayə haqqında soruşdu, o həmin adama bir cür cavab verdi, sonra onun yanına bir başqası daxil olub həmin ayə haqqında so-ruşdu və o ona birinciyə verdiyi cavabın əksini dedi. Allah bilir, mən bundan nə çəkdim, sanki ürəyimi bı-çaqla yaraladılar, öz-özümə dedim: “Bir vergülün ya-rısı qədər də səhv etməyən Əbu Qətadəni Şamda qoyub hər şeydə elə mənim kimi səhv edən bunun yanına gəl-dim...” Bu zaman bir başqası da daxil oldu və ondan həmin ayə haqqında soruşdu. O ona da mənə və dostuma cavab verdiyinin əksini dedi.350 Belə olduqda mən sakit oldum və bildim ki, o bunu təqiyyə məqsədilə edir”.351

Nə ola, insaflı adamların buna nə deyəcəyini bi-ləydim?! Görəsən, bu təqiyyə nə növ təqiyyədir? Görə-sən, bu əksliklər və ziddiyyətlər vasitəsilə hansı şər dəf olundu? Bununla hansı müsibətdən nicat ta-pıldı? Görəsən, dini və dünyəvi məsələlərdə bu eti-qadda olan adama etimad oluna bilərmi? Görəsən, belə bir iş Kitab və Sünnənin təhlükəsizliyi üçün bir şey edərmi?

Kim bilir ki, təqiyyəyə nə vaxt əməl etmək lazım-dır, nə vaxt yox? Bu, dini korlamaq, Islamın əsasını yıxmaq, Qüdrət və Cəlal sahibi Allahın Kitabından olan ayələrlə oynamaq deyilmi?

Imamlar, onların dediyinə görə, bundan da irəli gedib təqiyyə işlədərək haram buyurulmuş şeyləri halal, halal buyurulmuş şeyləri isə haram buyurmuş-lar. “əl-Kafi”nin ravilərindən biri Iban ibn Təğlib rəvayət edib deyir: “Mən Əbu Abdulla əleyhissəlamın belə dediyini eşitmişəm: “Mənim atam Məhəmməd Ba-qir əleyhissəlam Bəni Üməyyə zamanında fitva verərdi ki, şahin və quzğunun öldürdükləri halaldır və belə-liklə, onlara qarşı təqiyyə işlədərdi. Mən isə onla-ra qarşı təqiyyə işlətməzdim, çünki öldürülmüş hər bir şey haramdır”.352

Buna nə deyilə bilər? Haram haqqında fitva verilir ki, o, halaldır. Ey Allah bəndələri, bu da bir din, bir şəriətdir? Adi adama belə onun etiqad etdiklərinə görə haram sayılan şeyin halal olduğuna fitva verməyə icazə verilmədiyi halda, imamlığından və məsumluğun-dan dəm vurulan adam bunu necə edə bilərdi?

Qüdrət və Cəlal sahibi Allah bu barədə demişdir: “De ki, Allahın öz qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurdu?”353

Sübhanəhü yəhudiləri və xristianları danlayaraq de-mişdir: “Onlar Allahı yox, öz alimlərini və ravilə-rini özlərinə tanrı seçdilər”.354

Allahın doğrucul və etibarlı Rəsulu Allahın bu kəlamını belə təfsir etmişdir: “Onlar onların (alimlərinin və rahiblərinin) halal buyurduqlarını özlərinə halal bilər, haram buyurduqlarını isə haram bilərdilər”.355

Allah-sübhanəhü bəyan etmişdir ki, halal-haram bu-yurmaq məsələsi ancaq onun xüsusi işidir, hətta hör-mətli Peyğəmbərin belə bu işdə payı yoxdur. Allah bunu bu ayədə bildirmişdir: “Ey Peyğəmbər, Allahın sənə halal buyurduğunu özün özünə haram etmə”.356

Belə olduqda Baqir necə haramı halal, halalı haram edə bilər? Onlar isə bunu təkcə Baqirə aid etmirlər, onların dediklərinə görə, bütün imamlar Allahın haram buyurduğunu halal, halal buyurulduğunu haram edə bilərlər.

Budur, onların böyük mühəddisi Əbu Amr Məhəmməd Kəşşi öz kitabında Həmdveyhin belə dediyini qeyd edir: “Bizə Məhəmməd ibn Hüseyn ona Həkəm ibn Mis-kin Səqəfinin ona Əbu Həmzə Məqil Iclinin ona Abdulla ibn Yəfurun belə bir hədis danışdığını de-mişdir: “Mən Əbu Abdullaya (Cəfərə) dedim: “Allaha and olsun ki, sən bir payı ikiyə bölüb desən ki, bu halaldır, bu haram, mən sənin halal dediyinə halal, haram dediyinə haram deyərəm. (Görəsən, Əbu Abdulla bunu inkar edib onun bu sözünə rədd cavabı verdimi? Əlbəttə, yox.) O dedi: “Allah sənə rəhm eləsin, Allah sənə rəhm eləsin!”.357

Onların mədh etdikləri etiqadları budur. Buna gö-rə də Cəfər demişdir: “Abdulla ibn Yəfurdan başqa heç kəs bizə münasibətdə Allahın bizə bəxş etdiyinə uyğun hərəkət etməmişdir”.358

Beləliklə, imamlar adamlara özlərini ibadət olu-nan məbud etməyi əmr edir, istədiklərini halal, istə-mədiklərini haram buyururdular. Bunu onların doqqu-zuncu imamı — Məhəmməd ibn Əli ibn Musa da ondan şiələr arasındakı ixtilaf haqqında soruşarkən bil-dirmişdir: “Imamlar istədiklərini halal, istədiklə-rini haram adlandırırlar”. Belə bir etiqadda olan adamın başqa işlərdə yalan danışacağını istisna et-mək olarmı? Halal və haram məsələsində doğru danış-dığına əmin olmadığımız adamın heç kəsə qadağan ol-mayan şeylər haqqında doğru danışmasına necə əmin olmaq olar?

Axı Baqiri kim məcbur edirdi ki, belə fitva ver-sin? Cəfərin sözündən göründüyü kimi, onun atasının bu fitvası ancaq əməvi hökmdarlarını razı salmaqdan ötrü idi. Çünki o deyir: “Bəni Üməyyə zamanında fitva verərdi”. Belə olmuşsa, onda şiələr özləri də belə yazdıqdan sonra nə deyə bilərlər? Cabirin dediyinə görə, Baqir özü, ondan da Cəfər rəvayət etmişlər ki, Rəsulullah səlləllahü əleyhi və alihi və səlləm de-mişdir: “Kim bir hökmdarı Allahı qəzəbləndirməklə razı salsa, Allahın dinindən çıxmış olar”.359

Məgər şiələr haramı halal etməyi Allahı qəzəb-ləndirmək hesab etmirlər?

Görün Əli ibn Əbu Talib, onların təsdiq etdiklə-rinə görə, öz xütbələrində nə deyir: “Iman odur ki, harada zərərli, harada xeyirli olmasından asılı olma-yaraq, yalan yox, doğru danışasan”.360

Görəsən, bundan sonra kimsə təqiyyənin sadəcə yalan deyil, ağ yalan olduğuna şübhə edərmi?



BUNA MİSALLAR
Buna çoxlu misallar göstərmək olar. Onlardan bi-ri: Sələmə ibn Mühriz demişdir ki, mən Əbu Abdulla əleyhissəlama dedim: “Bir nəfər erməni öləndə mənə vəsiyyət edib”. O dedi: “Erməni nə olan şeydir?” De-dim: “Dağlı qara camaatdan biri. O öləndə öz mirası-nı və qızını mənə vəsiyyət edib”. Əbu Abdulla əley-hissəlam mənə dedi: “Yarısını qıza ver”. Mən bunu Zürarəyə danışdım, Zürarə mənə dedi: “O bunu sənə təqiyyə ilə deyib, əslində mal qıza düşür”. Mən sonra onun yanına girdim və dedim: “Allah səni islah elə-sin, dostlarımız (əshabələrimiz) deyirlər ki, sən təqiyyə ilə cavab vermisən”. O dedi: “Yox, Allaha and olsun ki, mən sənə qarşı təqiyyə işlətməmişəm, mən səni qorumaq üçün təqiyyə işlətmişəm ki, sən əmin olasan ki, bunu bir nəfər bildimi?” Mən dedim: “Yox”. Dedi: “Qalanını da qıza ver”.361

Işə bax ki, o, Sələmə ibn Mührizə əvvəlcə miras malının yarısını vermiş, sonra onu malın ikinci yarısından da məhrum etmişdir. Burada iki haldan bi-ri ola bilər: ya onun malın yarısını götürməyə haqqı vardı, ya da haqqı yox idi. Əgər onun haqqı yox idi, onda imam əvvəlcə malı ona necə verdi? Yox, əgər onun haqqı vardı, onda ikinci dəfə niyə qaytardı? Bəs, ima-mın qorxduğu şey nə idi? Bir halda ki, onun dostu, yol-daşı və təqlidçisi Zürarə ibn Əyun buna əhəmiyyət vermirdi.

Məgər kiməsə Allahın dini adından Allahın və əleyhissəlam Rəsulullahın dediklərinin əksinə ola-raq, təqiyyə ilə, yaxud düzgün ifadə olunsa, yalandan fitva verməyə icazə verilib?

Müsəlman üçün fərz olan şeylərlə bağlı məsələlər müsəlmanların göstərdikləri səylərlə bağlı olmayıb, müvafiq mətnlərlə əsaslandırılmışdır. Bu mətnləri dəyişdirib, təhrif edib onların əksinə fitva verən adama başqa məsələlərdə etibar edilərmi? Bu haqda yenə də Küleyninin “əl-Füru”da rəvayət etdiyi, birin-ci rəvayətə bənzər başqa bir rəvayət də var. Orada Abdulla ibn Mührizin belə dediyi rəvayət olunur ki, mən Əbu Abdulla əleyhissəlamdan mənə vəsiyyət edib həlak olmuş, özündən sonra bir qızı qalmış bir ada-mın malı haqqında soruşdum, o dedi ki, qıza malın yarısını ver, bir yarısını da mövlalara payla. Onun yanından qayıtdım, əshabələrimiz mənə dedilər: “Yox, Allaha and olsun ki, mövlalara heç nə düşmür”. Tez onun yanına qayıdıb dedim ki, əshabələrimiz deyirlər ki, mövlalara heç nə düşmür, imam sənə qarşı təqiyyə işlədib. O dedi: “Yox, Allaha and olsun ki, mən bunu sənə təqiyyə ilə deməmişəm, lakin mən qorxdum ki, səni malın yarısına görə qınayarlar, əgər qorxmur-san, o biri yarısını da qız üçün apar, Allah Özü sənin borcunu ödəyəcək”.362

Bu iki rəvayətdən görünür ki, şiələr yalanı özlə-rini qorumaq və hifz etmək məqsədilə işlətmirdilər, onlar heç nədən yalan deməyə vərdiş etmişdilər. Ima-ma sual verən Abdulla ibn Mühriz və Sələmə nə əmə-vilərdən, nə də abbasilərdən deyil, hər ikisi xalis şiələrdən və şiələrə görə “məsum imam”ın əshabə-lərindən idilər. Həmçinin Cəfər bildirmişdir ki, o, batil şeyə təqiyyə məqsədilə deyil, mənafe üçün və yalandan fitva vermişdi.

Şiə imamları da şiələrin təsdiq etdikləri kimi, təqiyyənin sırf yalandan başqa bir şey olmadığını bildirmişlər. Məsələn, Əbu Bəsir Əbu Abdullanın (Cəfərin) belə dediyini rəvayət etmişdir: “Təqiyyə Allahın dinindəndir”. Guya Əbu Bəsir soruşmuşdur: “Lap Allahın dinindəndir?” Imam demişdir: “Bəli, Allaha and olsun ki, Allahın dinindəndir, hələ Yusif (peyğəmbər — tərc.) demişdir: “Ey karvan əhli, siz oğ-rusunuz”. Allaha and olsun ki, onlar bir şey oğurlama-mışdılar”.363

Indi də onların mühəddisi Kəşşinin rəvayət etdiklərini aydınlaşdırım. O, Hüseyn ibn Müaz ibn Müslim Nəhəvidən Əbu Abdulla əleyhissəlamın belə dediyini rəvayət edir: “O (Əbu Abdulla) mənə dedi: “Eşitmişəm ki, sən adamları məscidə toplayıb fit-valar verirsən”. Mən dedim: “Bəli, mən buradan çıx-mamış səndən bir şey soruşmaq istədim. Mən məscid-də olanda bir adam gəlib məndən bir şey haqqında so-ruşur. Əgər mən onun əksini bilsəm, ona onların (Sünnə əhlinin — tərc.) dedikləri kimi deyirəm: “O (Əbu Abdulla) mənə (yəni Müaz ibn Müslimə) dedi: “Belə et, mən də belə edirəm”.364

Onların dediyi kimi, imam adamlara əmr edir ki, başqalarına yalan desinlər, onları aldatsınlar, on-ları buna sövq edir. Bu haram Qüdrət və Cəlal sahibi Allahın bu sözü ilə bir yerə sığarmı: “Allahdan qorxun və doğru danışanlarla olun”.365

Şan-şöhrət sahibi Allah demişdir: “Ey iman gə-tirənlər! Allahdan qorxun və sözün düzünü deyin”.366

Lakin burada məsələ əksinə və ziddiyyətlidir; bu tayfa təkcə yalan danışmaqla kifayətlənmir, habelə yalan danışmağı əmr edir və yalanı Allaha yaxınlaş-mağın ən üstün cəhətlərindən sayır. Onlar öz məzhəb-lərini də bunun üzərində əsaslandırmışlar. Onların hədis və təfsir kitabları da belə yalanlar və batil şeylərlə doludur.

Bir nəfər bundan şikayət edəndə onu inandırmış-lar ki, bu əkslik, ziddiyyət və yalan yalnız müəyyən mə-nafe və məqsədə xidmət edir.

Məsələn, Kəşşi qeyd edir ki, Əbülhəsən Musa Ka-zım həbsxanada olan ardıcıllarından birinə belə yaz-mışdır: “Kimi istəyirsən, bizim haqqımızda öz Rəb-binin yoluna dəvət et. Bizdən imtina etmə, Məhəmməd ailəsinə yaxın ol. Bizim haqqımızda eşitdiyin və ya bizə aid edilən hər hansı şey haqqında onun əksini bilsən də, “bu batildir” demə.367 Çünki sən bilmirsən ki, biz onu niyə demişik və nə cür təsvir etmişik”.368

Onlar öz şiələrini hətta belə işlərə təhrik et-mişlər. Əbu Abdulladan rəvayət olunduğu kimi. Guya o demişdir: “Sizlərdən biriniz fərz olan namazı vax-tında qılandan sonra onlarla birlikdə bir könüllü namaz qılsa, Allah onu iyirmi beş namaz sayar, buna çalışın”.369

Insanın Quranın və Sünnənin mətninə zidd olan sözü dinləyib, sonra onun bu imamlardan birindən rə-vayət olunduğu üçün batil olmadığını söyləməsi ağla-sığan işdirmi? Çünki yalnız imam tərəfindən deyil-məsi sözün məqbul olması üçün əsas ola bilməz. Bunun üçün deyilən söz Qurana və Sünnəyə müvafiq olmalı-dır. Belə ki, şəriətin əsası yalnız və yalnız ziddiy-yət və əksliklərdən xali Allahın Kitabı və Rəsulul-lahın Sünnəsidir.

Həmçinin mümkündürmü ki, ağıllı adamlardan biri ziddiyyətli, bir-birinin əksi olan sözlər eşitsin, sonra desin: “Bunlar hamısı düzgün və doğrudur”. Əs-lində isə məlumdur ki, haqq bir olur. Yalanın isə əlamətlərindən biri də onu deyənin sözlərində müxtə-liflik, rəylərində ziddiyyət olmasıdır.

Şiələrdə isə hansısa bir məsələ haqqında elə bir söz yoxdur ki, bu barədə onun əksi olan başqa bir söz olmasın. Hətta onların hədis raviləri içərisində elə bir ravi yoxdur ki, onun haqqında iki fikir olma-sın, bir fikir onu təsdiq edəndə o biri inkar etmə-sin. Nəinki inkar etməsin, hətta onu ən aşağı səviy-yəyə salıb məlunların məlunu etməsin.



ŞİƏ RAVİLƏRİ
Onların böyük mühəddisi və məşhur ravisi üç imamın — Musa, Cəfər və Baqirin əshabəsi olmuş Zürarə ibn Əyun bu ravilərə ən yaxşı misaldır. Şiə bioqrafları onu öz kitablarında göstərir, bir səhi-fədə mədh edir, o birində pisləyirlər. Bir dəfə onu Cənnət əhlinə, bir başqa dəfə Cəhənnəm əhlinə aid edilər. Bir yerdə ən sədaqətli dost, başqa bir yerdə ən qəddar düşmən kimi qələmə verirlər.

Məsələn, Kəşşi Zürarənin bioqrafiyasında Əbu Abdulla (Cəfər) əleyhissəlama istinad edərək onun belə dediyini yazır: “Ey Zürarə! Sənin adın Cənnət əhlinin adları arasındadır”.370

Bunu da Əbu Abdulla demişdir: “Mən dirilər və ölülər arasından ən çox dörd nəfəri sevirəm: Büreyd ibn Müaviyəni, Zürarəni, Məhəmməd ibn Müslimi və Əhvəli. Onlar dirilər və ölülər arasında mənim ən çox sevdiyim adamlardır”.371

Əbu Abdulla həmçinin demişdir: “Allah Zürarə ibn Əyüna rəhmət eləsin! Zürarə və onun kimilər ol-masaydı, atamın hədisləri unudulub gedərdi”.372

Bunu da o demişdir: “Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Iclidən başqa bizim zikrimizi və atamın hədislərini dirildən heç kəsi tanımıram. Əgər onlar olmasaydılar, heç kəs bu işi sona yetirə bilməzdi. Bunlar dinin qoruyucuları və atamın Allahın haram-halal buyurduğu şeyləri öy-rətdiyi sirdaşlarıdır. Onlar bu dünyada da, axirətdə də bizə ən yaxın adamlardır”.373

Sonra elə həmin bu Zürarə ibn Əyün haqqında hə-min bu Cəfər özü Ibn Əbu Həmzənin rəvayət etdiyinə görə başqa sözlər deyir: “Mən (Əbu Həmzə) dedim: “Iman gətirənlər öz imanlarına zülm libası geydir-məzlər”. O (yəni Əbu Abdulla Cəfər) dedi: “Allah bizi və səni o zülmdən qorusun”. Mən dedim: “O nə zülmdür ki?” O dedi: “Allaha and olsun ki, o elə şey-dir ki, Zürarə, Əbu Hənifə və bu kimi mühəddislər danışırlar”. Mən (yəni Əbu Həmzə) soruşdum: “O, zina edib?” O dedi: “Zinaya batsaydı nə vardı ki, zina adi günahdır”.374

Bundan da bədtəri Ziyad Əbu Həlalın rəvayət etdiyi-dir. Onun dediyinə görə, bir dəfə Əbu Abdulla əley-hissəlam dedi: “Allah Zürarəyə lənət eləsin! Allah Zürarəyə lənət eləsin! Allah Zürarəyə lənət elə-sin!”375

Leys Muradinin belə dediyi rəvayət olunur: “Mən Əbu Abdullanın bu sözlərini eşitmişəm: “Zürarə an-caq qürurundan öləcək”.376

Əli Qəsir belə demişdir: “Zürarə ibn Əyün və Əbu Carud Əbu Abdulla əleyhissəlamın yanına daxil olmaqa izn istəmişlər, Əbu Abdulla demişdir: “Ay oğlan, onları burax gəlsinlər, onlar sağlıqlarında da, ölən-dən sonra da həmişə tələsəcəklər”.377

O bunları həmin o adam haqqında deyir ki, bir vaxt onun haqqında demişdi: “Zürarə olmasaydı, atamın hə-disləri itib-batardı”, “Ey Zürarə, sənin adın Cənnət əhlinin adları arasındadır”. O onun üzünə belə deyir, dalınca isə belə: “Əyün ailəsinin uydurmalarından olan şey mənim və ata-babamın dinindən deyil”.378

Sonra həmin bu Zürarə haqqında onların yeddinci imamı Ibn Cəfər Əbülhəsən Musa demişdir: “Allaha and olsun ki, Zürarə Allah-təalaya hədiyyə aparan ol-muşdur”.379

Həmçinin onun haqqında Ibn Əbu Mənsur Vasitidən rəvayət olunmuşdur: “Mən Əbülhəsən əleyhissəlamın belə dediyini eşitmişəm: “Zürarə mənim imamlığıma şəkk edirdi, mən də Allah-təaladan onu mənə hədiyyə etməsini dilədim”.380

Zürarə Əbülhəsənin babası Əbu Cəfər Baqirdən fəhlələrin əmək haqqları barədə soruşanda o (Əbu Cəfər) demişdir: “Pis deyil”, sonra demişdir: “Yəqin Zürarə məndən bunu soruşub Hişama (xəlifəyə) mənim hakimiyyəti haram yeməkdə təqsirləndirdiyimi xəbər vermək istəyirdi”.381

Yəni Zürarə xaindir və əməvi xəlifələrinin ca-suslarındandır. Lakin onun oğlu Cəfər Əbu Abdulla öz atasının vəfatından sonra onu mədh edir, sonra isə pisləyir. Sonra onun oğlu, yəni Əbu Cəfərin oğlu Əbülhəsən Musa atası Əbu Abdullanın onun haqqında başqa fikirdə olmasına baxmayaraq, onu mədh edir. Onun atası Əbu Abdulla öz şiələrindən birindən “Zürarə ilə nə vaxt görüşmüsən?” deyə soruşanda o cavab vermişdir ki, neçə gündür onu görməmişəm. Əbu Abdulla demişdir: “Işin olmasın, xəstələnibsə, yanına getmə, ölübsə, cənazəsinə də baxma”. O (ravi) onun dediyindən təəccüblənib demişdir: “Zürarənin?” O (Əbu Abdulla) demişdir: “Bəli, Zürarə yəhudilər-dən, xristianlardan və “Allah üç nəfərdən üçüncüsü-dür” deyənlərdən də pis adamdır”.382

Bu, şiələrin üç imamını görmüş qütblərindən (ən görkəmli adamlarından) biridir ki, onun haqqında ancaq vəhy və ilhamla danışan “məsum”lardan üçünün sözləri bir-birinə uyğun gəlmir. Qüdrət və Cəlal sa-hibi Allah doğru demişdir: “Allaha böhtan atan, yaxud ona heç nə vəhy olunmadığı halda mənə vəhy olunmuş-dur” deyəndən zalım kim ola bilər?”.383

Allahın başqa bir kəlamı: “Əgər o, (Quran) Al-lahdan gəlmə olmasaydı, insanlar onda çoxlu ziddiy-yətlər görərdilər”.384

Bir başqası: “Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar, amma yalnız özlərini aldadır-lar, bunu da hiss etmirlər”.385

Şan-şövkət sahibi Allah başqa bir kəlamında de-mişdir: “Onlar iman gətirənləri görəndə “Biz iman gətirdik” demişlər, öz şeytanları ilə xəlvətdə qa-landa isə “Biz sizinləyik, onlara istehza edirik”, de-mişlər”.386

Belə hallar çoxdur. Hamı ilə belə rəftar etmək onların adətidir. Onlar Məhəmməd ibn Müslim, Əbu Bəsir, Həmran ibn Əyün kimiləri və şiələrin digər böyükləri və onların ravilərinin imamları ilə də belə rəftar etmişlər. Onlar bu adamlara Cənnət müj-dəsi verir, onları ən sədaqətli adamlar hesab edir, sonra isə onları pisləyir, kafir adlandırır, Cəhən-nəmlə qorxudurlar.
ONLAR ÖZ SÖZLƏRİNİ NƏ ÜÇÜN

TƏQİYYƏ İLƏ DEMİŞLƏR
Şiələr keçmişdə və indi sözlərini demək üçün tə-qiyyə üsulunu seçməklərinin səbəblərini bildirmiş, lakin bütün işlərdə müxtəlif fikirdə olduqları ki-mi, bunda da fərqli fikirlər söyləmişlər.

Bir qrup demişdir: “Təqiyyə özünü, namusunu və ma-lını qorumaq üçün vacib bir işdir”.387

Şiələrin şeyxi Tusi “ət-Tibyan”da demişdir: “Tə-qiyyə özündən təhlükəni uzaqlaşdırmaq üçün vacibdir, belə də rəvayət olunmuşdur ki, haqqı açıb söyləməmə-yin mümkünlüyünə rüxsətdir”. O sonra demişdir: “Mü-seylimənin hekayətindən görünür ki, təqiyyə rüxsətdir, haqqı açıq söyləmək - fəzilət”.388

Şeyx Səduq demişdir: “Təqiyyə elə bir borcdur ki, Müdafiəçi zühur edənədək onu aradan götürmək olmaz. Kim təqiyyəni imamın zühurundan əvvəl aradan götürsə, imamilik dinindən çıxmış, Allaha, Onun Rəsuluna və imamalara müxalif olmuş olur”. Sadiq əleyhissəlam-dan Qüdrət və Cəlal sahibi Allahın bu sözü haqqında soruşmuşlar: “Allahın yanında ən qiymətliniz Allah-dan daha çox qorxanınızdır”. O demişdir: “Daha çox qorxanınızdır” yox, “təqiyyəyə daha çox əməl edəni-nizdir” olmalıdır”.389

Əli ibn Əbu Talibdən (Allah-təala ondan razı ol-sun!) nəql etmişlər ki, o demişdir: “Təqiyyə möminin ən yaxşı işlərindəndir; o, bununla özünü və qardaş-larını əxlaqsız adamlardan qoruyur”.390

Bəziləri demişlər: “O, istər özünü qorumaq üçün olsun, istər başqa məqsədlə, vacibdir”. Küleyni isə Zürarədən Əbu Cəfər əleyhissəlamın belə dediyini rəvayət edir: “Təqiyyə hər bir şeydə zərurətdir, onun nazil olduğu adam təqiyyə ona nazil olanda onun nə ol-duğunu bilir”.391

Səduq Cabirdən belə bir rəvayət etmişdir: “Mən dedim: “Ya Rəsulullah, adamlar deyirlər ki, Əbu Talib kafir (imana gəlməmiş — tərc.) ölüb”. O dedi: “Ey Cabir, qeybi sənin Rəbbin daha yaxşı bilir. Mən sə-maya gecə səfərim zamanı Ərşə çatdım və orada dörd işıq gördüm. Mənə dedilər: “Bu, Əbdülmüttəlibdir, bu sənin əmin Əbu Talibdir, bu sənin atan Abdul-ladır, bu isə əmin oğlu Cəfər ibn Əbu Talib”. Belə olduqda mən dedim: “Ilahi, onlar bu dərəcəyə nəyə görə çatıblar?!” O dedi: “Öz imanlarını gizlədib küfr izhar etmələri və bu vəziyyətdə ölmələri ilə”.392

Başqaları demişlər ki, təqiyyəyə özünü qorumaq üçün icazə verilir. Şiə təfsirçisi Təbərsi isə demiş-dir: “Bu ayədə dində təqiyyəyə öz təhlükəsizliyini tə-min etmək üçün icazə verildiyinə dəlil vardır”.393

Tusi Müseylimənin hekayətində Həsənin rəvayətini qeyd edəndən sonra deyir: “Buna əsasən, təqiyyə rüxsət-dir, haqqı açıq söyləmək isə - fəzilət”.394

Lütfulla Safi özünün “Məə əl-Xətib...” kitabında deyir: “Bəli, şiələr təqiyyənin mümkünlüyü fikrində olmuş və islam ölkələrində Müaviyə, Yezid, Vəlid və Mənsur kimi zülmkar əmirlərin və amansız hökmdar-ların hökm sürdükləri dövrlərdə təqiyyə ilə hərəkət etmişlər”.395

Hind şiə aləminin imamı Seyyid Əli demişdir: “Imami şiələr özlərini və mallarını qorumaq üçün təqiyyənin mümkünlüyü fikrindədirlər”.396

Küleyni Zürarədən Əbu Cəfərin belə dediyini rə-vayət edir: “Mən üç şeydə heç kəsə qarşı təqiyyə iş-lədə bilmərəm: spirtli içki məsələsində,397 ayaqların altına məsh çəkilməsində, ləzzət almaqdan ötrü həcc ziyarəti edilməsində”.398

Ibn Babveyh Qümmi öz kitabında buna bənzər bir rə-vayət verir: “Imam əleyhissəlam demişdir: “Üç şeydə heç kəsə qarşı təqiyyə işlətmərəm: spirtli içki iç-mək məsələsində, ayaqların altına məsh çəkilməsində, ləzzət xətrinə həcc ziyarəti edilməsində”.399

Həqiqət budur ki, şiələr təqiyyəni bütün işlərdə, istər özlərini qorumaq üçün, istər başqa məqsədlə va-cib bilirlər.

Doğrusu odur ki, onlar yalan danışmağa adət etmiş, onu qanuniləşdirmiş, öz adı ilə deyil, başqa adla adlandırmış, sonra onun üstünlüyü haqqında hədislər qondarmışlar.

Onlar öz imamlarından bir-birinin əksi olan söz-lər və ziddiyyətli fikirlər eşidəndə də təqiyyəyə eh-tiyac duymuş və onun köməyinə arxalanmışlar. Onlara etiraz edəndə ki, əgər onların məsum imamları səhv etmirlər və heç nəyi unutmurlar, onda necə olur ki, eyni bir şeydə müxtəlif fikirlər söyləyirlər? Bir dəfə həmin şeyə icazə verirlər, başqa bir dəfə onu haram buyururlar, bir vaxt bir şey deyirlər, sonra baş-qa bir vaxt bunun əksini söyləyirlər. Onlar bunun qar-şısında cavab tapmayıb demişlər: “Onlar (yəni imamlar) bunu, yaxud onu təqiyyə ilə belə demişlər”. Bunu insaflı şiələr etiraf etmişlər.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə