MüƏSSİSƏNİN İQTİsadiyyati «Müəssisənin iqtisadiyyatı»



Yüklə 27,53 Kb.
səhifə1/3
tarix22.09.2022
ölçüsü27,53 Kb.
#63962
  1   2   3
referat 4196 (1)
Müdafiə, Doc1, Biometrik məlumatların aviasiya təhlükəsizliyinin təmini məqsədi ilə tətbiqi, novruz bayramı, Slm, Corel Drav X3 qrafik dizayn, vektor qrafikanın yaradılması, Zakir Yolçuyev TRASEKA – Tarixi İpək Yolunun Bərpası, 1654507292450 ƏM kimyası testə əlavə, wefwffe

MÜƏSSİSƏNİN İQTİSADİYYATI

«Müəssisənin iqtisadiyyatı» kursu «Ümumi iqtisadiyyat» və «Müəssisə iqtisadiyyatı və idarə edilməsi» istiqamətlərinin bütün ixtisaslarından iqtisadçı bakalavr təhsil səviyyəsi üzrə iqtisadçı kadr hazırlığı prosesində tədris olunan əsas fənlərdən biridir.


Kursun tədrisində əsas məqsəd iqtisadçı-bakalavrlara bazar münasibətləri şəraitində müəssisələrin iqtisadiyyatının bütün məsələləri haqqında zəruri bilikləri verməkdir.
Oxuculara təqdim olunan bu dərsliyin məzmunu və quruluşu müəssisələrin iqtisadiyyatı ilə bağlı proseslərin qarşılıqlı əlaqə və asılılığı nəzərə alınmaqla məntiqi ardıcıllıqla qurulmuşdur.
«Müəssisənin iqtisadiyyatı» kursunun səmərəli tədrisi və tələbələr tərəfindən asan mənimsənilməsi məqsədi ilə mövzular aşağıdakı bölmələr üzrə qruplaşdırılmışdır.
Müəssisələr milli iqtisadiyyatın əsasıdır, müəssisədə istehsal prosesi;
Müəssisənin istehsal resursları və onların iqtisadi səmərəliliyi;
Müəssisənin maddi-texniki təminatı, marketinq fəaliyyəti və müəssisədə istehsalın ictimai təşkili formaları;
Müəssisənin idarəetmə mexanizmi, innovasiya və investisiya fəaliyyəti;
Məhsulun keyfiyyəti və qiymət, müəssisənin maliyyəsi və xarici iqisadi fəaliyyəti.
Birinci bölmədə kursun predmeti ilə yanaşı bazar iqtisadiyyatı şəraitində istehsal müəssisələrinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsinə, onların bazar əlaqələrinin öyrənilməsinə xüsusi yer verilmişdir. Burada habelə müəssisələrin təşkilati-hüquqi formalarının səciyyəsi, onların təsnifləşdirilməsi, istehsal quruluşu və onun tiplərinin ətraflı öyrənilməsi nəzərdə tutulmuşdur. Eləcə də yeni müəssisələrin yaradılması, hüquqi qeydiyyatı və ləğvi ilə bağlı məsələlər şərh olunmuşdur.
Bazar iqtisadiyyatının yaranması, respublikamızda özəlləşdirmənin həyata keçirilməsi, iqtisadiyyatda, eləcə də sənaye müəssisələrində sahibkarlıq fəaliyyətinin yeni vüsət almasına səbəb olmuşdur. Buna görə də dərslikdə sənayedə sahibkarlıq, onun inkişaf mərhələləri, formaları, növləri və s. ilə əlaqədar məsələlərin öyrənilməsinə də lazımınca yer verilmişdir.
«Müəssisənin iqtisadiyyatı» dərsliyinin ikinci bölməsi bütövlükdə istehsal resursları və onlardan istifadəyə həsr edilmişdir. Burada müəssisənin kadrları, əmək məhsuldarlığı, əməyin ödənilməsi ilə bağlı məsələlər, eləcə də istehsal əsas fondları və dövriyyə vəsaitlərindən səmərəli istifadə edilməsi hərtərəfli şərh olunmuşdur.
Müəssisənin istehsal xərclərinin öyrənilməsinə mənfəət və ona təsir edən amillərin müəyyənləşdirilməsi, vergi sistemi və qiymətin əmələgəlmə məsələlərinin və habelə rəqabət qabiliyyəti göstəricisi olan rentabelliyin tədrisi və təhlili zəruri hesab olunmuşdur.
Hər bir müəssisədə istehsalın iqtisadi səmərəliliyinin artırılması bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bu gün daha böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də istehsalın iqtisadi və sosial səmərəliliyinin meyar və göstəricilərinin və habelə səmərəliliyin yüksəldilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dərslikdə xüsusi yer verilmişdir.
Dərsliyin üçüncü bölməsində müəssisədə marketinq fəaliyyyəti və maddi-texniki təminata dair elmi biliklərin və müddəaların izahına xüsusi yer ayrılmışdır. Bundan əlavə, burada istehsalın ictimai təşkili formalarının (istehsalın təmərküzləşdirilməsi, ixtisaslaşdırılması, kooperativləşdirilməsi, kombinələşdirilməsi) müəssisə iqtisadiyyatının inkişafındakı rolu və əhəmiyyətlərini nəzərə alaraq həmin məsələlər lazımınca şərh olunmuşdur.
Kitabın dördüncü bölməsində, müəssisələrin idarə edilməsi və onların fəaliyyətinin tənzimlənməsi məsələlərinə baxılır, müəssisənin idarəetmə mexanizmi, təsərrüfat fəaliyyətinin planlaşdırılması və bazar münasibətlərinə uyğun olaraq idarə edilməsində baş verəcək zəruri dəyişikliklər şərh edilir. Burada, habelə elmi-texniki tərəqqinin mahiyyəti və istiqamətləri, xüsusilə də bazar iqtisadiyyatı şəraitində onun roluna xüsusi yer verilmişdir. Daha sonra elmi-texniki tərəqqi və elmi-texniki potensial, müəssisənin innovasiya fəaliyyəti və investisiya siyasəti ətraflı şəkildə izah olunmuşdur.
Dərsliyin «Məhsulun keyfiyyəti, müəssisənin maliyyəsi və xarici iqtisadi əlaqələr» adlanan sonuncu – beşinci bölməsində bazar münasibətləri şəraitində müəssisələrin qarşısında duran tə-sərrüfat vəzifələrinin yerinə yetirilməsində maliyyə resurslarından səmərəli istifadə edilməsi və məhsulun keyfiyyətinin yüksəldilməsi məsələlərinə lazımınca yer verilmişdir. Burada maliyyənin ma-hiyyətinə və funksiyalarına, maliyyə resurslarından istifadənin təşkilinə, onların yaranma mənbələrinin öyrənilməsinə və nəhayət, qiymətin əmələ gəlməsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğun hesab edilmişdir.
Dərsliyin müəllifi belə hesab edir ki, «Müəssisənin iqtisadiyyatı» təklif edilən məzmunda və quruluşda təhsilin bakalavr səviyyəsində hazırlanan iqtisadçılara müəssisələrin iqtisadiyyatı haqqında zəruri biliklərin mənimsənilməsinə köməklik göstərə biləcəkdir.
Ümumiyyətlə, oxuculara təqdim olunan bu dərsliyin strukturu 5 bölmədən, 21 fəsildən və 97 paraqrafdan ibarətdir.
Kursun vəzifələrindən biri istehsalın idarə olunması və xüsusilə, iqtisadi və hüquqi islahatlardan irəli gələn vəzifələrlə əlaqədlar olaraq idarəetmə sisiteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyyatına dair tənzimlənmə tədbirləri və s. bu kimi məsələləri öyrənməkdir.
«Müəssisənin iqtisadiyyatı» kursunun tədrisində məqsəd tələbələri bazar iqtisadiyyatının ümumi qanunauyğunluqlarının müəssisədə təzahürü xüsusiyyətləri və onun fəaliyyətinə təsiri formaları, təsərrüfat tədbirlərinin həyata keçirilməsinin konkret yolları, texniki, texnoloci və iqtisadi siyasətin planlaşdırılıması, istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodologiyası, habelə idarəetmə qərarlarının əsaslandırılması metodları sahəsində təcrübədə təsdiqini tapmış biliklərlə silahlandırmaqdır.
Mövzu 2. İstehsal müəssisələri milli iqtisadiyyatın əsasıdır
Plan:
1. İstehsal müəssisələrinin mahiyyəti və vəzifələri
2. Müəssisənin təşkilatı-hüquqi formaları
3. Müəssisələrin növləri və təsnifatı
4. Müəssisələrin quruluşu və onu müəyyən edən amillər
5. Müəssisənin yaradılması və ləğvi

Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə